Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2048/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 MMC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsi və "xxxx" MMC-nə qarşı “ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair və birləşmiş iddiaçı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işlər üzrə QƏTNAMƏ (Açar sözlər: “ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi və sair”, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndələri X18, X15, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13, Maraqlı şəxs1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4, Maraqlı şəxs2 nümayəndəsi və vəkili X9 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması eyni zamanda Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs2 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə keçirilmiş hərrac üzrə Bank ipoteka predmetini əldə etmədiyindən ipoteka qoyan kimi onun “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İcra şöbəsi isə qanuna zidd olaraq xx.xx.2019-cu il tarixli məktubla ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi barədə yenidən sifariş vermiş və hərrac təşkilatı da həmin sifariş əsasında xx.xx.2019-cu il tarixdə ilkin və xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarı ilə, ipoteka predmeti qeyri-qanuni olaraq xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolla Maraqlı şəxs2 satılmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracın keçirilməsi qanuna zidd hesab edilməlidir. Bank 04 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixli müqaviləyə əsasən problemli kreditlər üzrə tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etdiyini bildirmiş, özünün əsl cavabdeh Maraqlı şəxs1 QSC ilə əvəz edilməsini xahiş etmişdir. 04 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin təmin olunmasına etiraz edərək, Bank tələb hüququnu versə belə, əmlakın sənədlərdə onun adına yüklü olunduğunu bildirmişdir. Cavabdehin əsl cavabdehlə əvəz olunmasına iddiaçının razılığı olmadığından məhkəmə tərəfindən ərizə təmin olunmamışdır.
2. Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evin ipotekasına xitam verilmiş, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilmiş, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onların dəlilləri.
3. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, ipoteka predmetləri ilə bağlı iki dəfə hərrac təyin edilmiş, daha sonra hərrac mərkəzi xx.xx.2016cı il tarixli, 2427 nömrəli bildirişdən müəyyən edilir ki, "xxxx" ASC-yə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək bildirirlmişdir ki, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi icra şöbəsinə geri qaytarılması barədə xəbərdarlıq edilmiş, həmin məktuba cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubala "xxxx" MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuşqiymətlərlə,yəni təkrarhərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda “Bank tərəfindən ipoteka predmetlərinin əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmiş, lakin müqavilə hərrac mərkəzi tərəfindən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Xəzər Rayon Məhkəməsinin qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Xəzər Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülməyərək icra işi başa çatdırılmamışdır. Bundan sonra borclu şəxs X3 dair sənədlər S-FK-1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Maraqlı şəxs1 QSC -yə verilmiş, araşdırma aparılarkən, icra sənədi icra edilmədiyindən onların ərizəsi əsasında təkrar icra şöbəsinə göndərilmiş və hərrac keçirilmişdir. Hesab edir ki, hərrac qanunun tələblərinə uyğun olmuşdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC də qətnamədən apellyasiya şikayəti vermiş əsas dəlili ondan ibarət olmuşdur ki, birinci dəfə keçirilmiş iki hərracda əmlak satılmadığından hərrac təşkilatı tərəfindən Banka müqavilənin bağlanılması təklif olunmuş, həmin bildirişə cavab olaraq bank tərəfindən xx.xx.2016-cı il tarixdə "xxxx" Mərkəzi MMC-yə ipoteka predmetlərinin əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Əlavə olaraq, onlar tərəfinfən xx.xx.2021-ci il tarixdə “Famko Kuryer və Kargo" Məhdud Məsuliyyətli Cəmiyyəti-nə “xx.xx.2016-cı il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən "xxxx" MMC-yə 836690 nömrəli qaimə ilə məktub göndərilmişdir. Hal-hazırda məhkəmə mübahisəsində yaranmış zərurətlə əlaqədar olaraq, həmin qaimənin çatdırılma qəbzini Banka göndərilməsi ilə bağlı” məktub göndərilmiş, adı çəkilən şirkət tərəfindən verilən məlumata əsasən məktub "xxxx" ASCdən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuriyer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15:00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məlumdur ki, “İpoteka haqqında” qanunda qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, "xxxx" ASC-nin qanunvericiliyin tələblərinə tam əməl edərək, hərrac təşkilatına müvafiq protokolun imzalanması ilə bağlı məktub ünvanlamasına baxmayaraq, "xxxx" MMC öz üzərinə düşən öhdəliyi icraetməmiş, icra etməməsinin səbəbləri barədə hər hansı məlumat daxil olmadığından, Bank ipoteka predmeti olan əmlakı almaq imkanından məhrum olmuşdur. Həmçinin əmlakın ipotek ilə yüklü edildiyi kredit müqaviləsinə əsasən, tələb hüququ Maraqlı şəxs1 QSC-yə keçdiyindən, hesab edir ki, hal-hazırda həmin mənzillə bağlı hər hansı hüququn mübahisələndirilməsi "xxxx" ASC-nin marağında olmadığından, "xxxx" ASC bu mülki iş üzrə əsl olmayan cavabdehdir. Xəzər rayon icra və probasiya Şöbəsindən qeyd olunan icra işinin məhkəməyə göndərilməsinə dair vəsatət verilsə də, məhkəmə zamanı həmin icra işinin göndərilib-göndərilməməsi əhəmiyyətli faktor kimi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Maraqlı şəxs1 QSC BOKT apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia tələbinə baxılarkən maraqlarına toxunan tərəf olaraq nə Maraqlı şəxs1 QSC BOKT, nə də ki Maraqlı şəxs2 işə cəlb olunmamışdır. Həmçinin digər iki cavabdehlər Cavabdeh2 MMC və "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin apellyasiya şikayətlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilmədiyinə, bunun nəticəsində ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş sübyektiv hüququnu həyata keçirə bilməməsinə istinad etmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qeyd etimişdir ki, məhkəmə, ona qarşı iddia tələbini təmin etmiş, onunla bağlı hərracı, tərəf olduğu alqı-satqı müqaviləsini, onun konstitusion hüququnu - mülkiyyət hüququnu (çıxarışını) etibarsız hesab etməklə ləğv etmiş, ancaq, onu işə cəlb etməmiş, ciddi prosessual pozuntularla düzgün olmayan qətnamə çıxarmışdır. O, vicdanlı alıcıdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Kassasiya instansiyası məhkəməsində icraat:
8. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər X10 (məruzəçi), X14 və X8 ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
10. Hazırkı işə apellyasiya qaydasında ikinci dəfə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixi qərardadı ilə iddiaçı Maraqlı şəxs1 QSC BOKT-un cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Xəzər Rayon İcra Şöbəsi, X11, X3 qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)- 795/2023 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. İkinci iş üzrə işin halları:
11. İddiaçı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(003)-1052/2013 saylı qətnaməsi əsasında ipoteka predmeti əvvəlcə "xxxx" MMC tərəfindən 2016-cı ildə iki dəfə hərraca çıxarılmış, hər iki hərrac baş tutmamış, sonda ipoteka predmeti banka təklif olunmuş, bununla bağlı ona təklif məktubu da göndərilmiş, bank da öz növbəsində xx.xx.2016-cı il tarixli məktubla təklifə müsbət cavab vermiş, lakin tərəflər arasında nə alqı-satqı müqaviləsi, nə də yekun protokol bağlanılmamışdır. xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin X3 qarşı tələb hüququ Maraqlı şəxs1 QSC BOKT-a keçmişdir. Maraqlı şəxs1 QSC BOKT sonradan Xəzər Rayon Məhkəməsinə məktub ünvanlayaraq icra vərəqəsinin təkrarən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Nəticədə icra vərəqəsi təkrarən icraya yönəldilmiş, yuxarıda göstərilən ipoteka predmeti xx.xx.2019-cu il tarixdə üçüncü dəfə hərraca çıxarılmış, həmin hərracda da satılmamış,xx.xx.2019-cu il tarixdə dördüncü dəfə hərraca çıxarılmış, bu dəfə isə 212500 manata Maraqlı şəxs2 satılmışdır. Bununla bağlı xx.xx.2019-cuil tarixli hərracın nəticələrinə dair yekun protokol imzalanmış və Maraqlı şəxs2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
13. Bundan sonra ipoteka qoyan İddiaçı cavabdehlər "xxxx"ASC-yə, Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)- 2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, hazırda həmin qətnamədən cavabdehlər Cavabdeh2 MMC, "xxxx"ASC və maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
14. Bütün qeyd olunanlar bir daha onu göstərir ki, həmin qətnamənin icrası ilə bağlı hərrac təşkilatı tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "xxxx" ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə Hərrac təşkilatına yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq, həmin razılıq məktubuna Hərrac təşkilatı tərəfindən heç bir münasibət bildirilməmiş, "xxxx" ASC ilə protokol imzalanmamış, son nəticədə Hərrac təşkilatı həmin protokolu imzalamaqdan yayınmışdır.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən X2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ "xxxx" ASC-dən Maraqlı şəxs1 QSC-yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da "xxxx" ASC-dən Maraqlı şəxs1 QSC-yə ötürülmüşdür, yəni, X2 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və Xəzər Rayon Məhkəməsinin 2(003)- 1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutmanın yönəldiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi ilə bağlı tələb hüququ artıq Maraqlı şəxs1 QSC-yə məxsusdur.
16. Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokol cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
17. Həmin qətnamədən 3-cü şəxs İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə əlavə verərək, şikayətinin dəlili kimi qeyd etmişdir ki, hazırkı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, guya ki, 2016-cı ildə hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti "xxxx" ASC-yə təklif olunmuş, bank tərəfindən həmin təklifə müsbət cavab verilmiş və yekun protokolun və alqı-satqı müqaviləsinin imzalanması üçün konkret tarix müəyyənləşdirilməsi xahiş olunmuşdur. Ona görə də iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir. Hesab edir ki, Səbail Rayon Məhkəməsinin hazırkı qətnaməsi və ümumiyyətlə, mübahisənin mahiyyətinə yanaşması ilə həm Mülki Məcəllənin, həm “İpoteka haqqında” qanunun müddəalarını, həm Konstitusiya Məhkəməsi Plenumunun sahəvi qanunvericiliyin şərhi ilə bağlı qərarlarını və ən əsası da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqeyi şübhə altına almış, tamamilə əsassız bir nəticəyə gəlmişdir. Ümumilikdə, qətnamə saysız-hesabsız və kobud maddi və prosessual pozuntulara yol verilməklə çıxarılmışdır. Birincisi, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Maraqlı şəxs1 QSC BOKT-un bu cür iddia tələbi ilə çıxış etmək hüququ yoxdu, çünki, hazırkı işdə ipoteka saxlayan "xxxx" ASC-dir. Əgər bu cür iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmuşdursa belə, bu hüquq Maraqlı şəxs1 QSC-yə deyil, Beynəlxalq Banka aiddir. Ali Məhkəmə (sədrlik edən hakim Elşanə Vəliyeva) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsini ləğv edərkən həmin qətnamədə yol verilmiş prosessual hüquq pozuntularından biri olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi Bankın tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir. Baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qaldırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur (Qərarın 64, 65, 66, 67, 68 və 69-cu bəndləri). Nəticə etibarilə, Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin vaxt daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayan kimi "xxxx" ASC qeydiyyatdan keçmişdir və nə qədər ki, Beynəlxalq bank ipoteka saxlayandır, o vaxta qədər də bu cür iddia ərizəsi ilə çıxış etmək hüququ ona məxsusdur. Göründüyü kimi, Səbail Rayon Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində yol verdiyi pozuntunu təkrarlamış, Ali Məhkəmənin bu pozuntunu aşkara çıxaran qərarını nəzərə almamışdır. Halbuki, MPMnin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Belə olan halda Səbail Rayon Məhkəməsi həm də hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş olur. İkincisi, aydın məsələdir ki, hazırda iddiaçının bu cür iddianı qaldırmasında əsas Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadıdır (konkret olaraq qərarın 4-cü bəndi). MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı İddiaçı vəkili iddiaçının nümayəndəsinə konkret olaraq sual vermişdir ki, onlar, yəni iddiaçı 2016-cı ildə yekun protokolun imzalanmamasının hərrac təşkilatının səhlənkarlığı nəticəsində olmasını nə ilə sübut edirlər. Təbii ki, iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının əsaslandığı yeganə hal ondan ibarətdir ki, hərrac təşkilatının ipoteka predmetinin əldə olunması ilə bağlı xx.xx.2016-cı il tarixli təklifinə bank xx.xx.2016-cı il tarixli məktubla müsbət cavab vermişdir. Səbail Rayon Məhkəməsi məhz bu halı əsas götürərək hesab etmişdir ki, protokolun imzalanmaması hərrac təşkilatının səhlankarlığı nəticəsində baş vermişdir. Təəssüf ki, məhkəmə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadını düzgün tətbiq etməmişdir. Belə ki, həmin qərardadda bununla bağlı məsələlər aydın şəkildə tənzimlənir. Qərardadın 59-cu bəndində konkret olaraq qeyd olunur ki, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Göründüyü kimi, Ali Məhkəmə bu tip iddia qaldırılarkən ipoteka saxlayanın formal əsaslarla deyil, məhz qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməsi halında iddianın təmin olunmasını mümkün hesab edir. İddiaçı özü bildirir ki, hərracın təklifi banka 2016-cı ilin iyun ayında daxil olmuşdur. İddiaçı onu da bildirir ki, X3 aid kredit portfeli xx.xx.2018-ci ildə Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Sual yaranır ki, aradan keçən 1 il 8 aylıq uzun bir müddət ərzində bankın hər hansı nümayəndəsi hərrac təşkilatına yaxınlaşıb protokolun imzalanması ilə bağlı hər hansı təşəbbüs göstərmişdirmi?! Əgər doğurdan da hərrac təşkilatının protokolu imzalamaqdan imtina etmək kimi bir niyyəti var idisə və bu “imtina” banka məlum idisə, niyə bank qeyd olunan müddət ərzində bununla bağlı nə məhkəmədə iddia qaldırmamış, nə də ki, hərracın sifarişçisi olan icra qurumuna, yaxud icra vərəqəsinin icrasına nəzarəti həyata keçirən Xəzər Rayon Məhkəməsinə, yaxud ən azından hərrac təşkilatının özünə bir xəbərdarlıq, yaxud məlumat xarakterli bir məktub göndərməmişdir. Sual doğuran daha iki məqam ondan ibarətdir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi niyə onun marağında olsun?! Əgər hərrac təşkilatının belə bir marağı var idisə, onda Maraqlı şəxs1 QSC-nin adından çıxış edən Cavabdeh2 MMC-nin 2019-cu il tarixli müraciəti əsasında niyə həmin ipoteka predmeti yenidən hərraca çıxarıldı?! Təbii ki, hazırki iddianın mahiyyətini aşkara çıxaran bütün bu suallara iddiaçının nümayəndəsi cavab verməli olsa da, cavab vermir. Onu da qeyd edilir ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2019-cu ildə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinin məhz yenidən hərraca çıxarılmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçının nümayəndəsi məhkəməyə düzgün ifadə verməmiş və bildirmişdir ki, guya ki, Maraqlı şəxs1 QSC-nin 2016-cı ildə keçirilmiş hərracdan məlumatları olmamışdır. Bu həm də onu sübut edir ki, iddiaçı 2016-cı ildə təşkil olunmuş hərracın bu formada yekunlaşması ilə razı olmuş və ipoteka predmetinin "xxxx" ASC tərəfindən əldə olunmasında maraqlı olmamışdır. Əks təqdirdə həmin hərracın nəticələrinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırardı. Üçüncüsü, Ali Məhkəmənin sözügedən qərardadının 61-ci bəndində bu cür iddia qaldırılarkən ipoteka saxlayanın müddət məsələsinə və vicdanlılığa əməl etməsi şərti xüsusilə vurğulanmışdır. Həmin bənddə qeyd olunur ki, bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir. İddiaçı 2019-cu ildə məhkəməyə müraciət edərək, ipoteka predmetinin təkrarən hərraca yönəldilməsini xahiş etmişdir. Yəni 2019-cu ildə baş tutmuş hərracın nəticələrindən razı olduğunu etiraf etmiş və hal hazırda 7 il sonra əqdin bağlanılmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı vicdanlılıq prinsiplərindən kənara çıxmaqla məhkəmədə əsassız iddia qaldırmışdır. Diqqətlə nəzər yetirilsə görünər ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı “hərracın nəticələrinə dair yekun protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılması barədə” iddianın məhz o halda qaldırılmasını mümkün sayır ki, qanuni keçirilmiş hərrac baş tutmasın, ipoteka saxlayan yekun protokolun imzalanması üçün bütün zəruri tədbirləri görsün, hərrac təşkilatı qəsdən protokolu imzalamaqdan yayınsın, bundan sonra ipoteka saxlayan yuxarıda qeyd olunmuştələblə məhkəməyə müraciət etsin. Hazırda isə iddiaçı öz istəyi ilə ipoteka predmetinin təkrarən hərraca çıxarılmasını təmin etmiş və 2019-cu ildə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Yəni bu halın mövcudluğu Maraqlı şəxs1 ASC-yə bu cür iddia qaldırmağa əsas vermir. Səbail Rayon Məhkəməsi isə Ali Məhkəmənin qərardadını bütün digər hissələrdə nəzərə almadığı kimi, bu hissədə də nəzərə almamışdır. Hazırkı iddia ona görə qeyri-mümkündür ki, Maraqlı şəxs1 QSC tamamilə başqa iki müstəqil kommersiya hüquqi şəxsinin arasında hər hansı əqdin bağlanılmış hesab olunmasını məhkəmədən xahiş edir. Belə bir əqdin bağlanılmış hesab olunması üçün ən azı "xxxx" ASC-nin iradə ifadəsi zəruridir ki, bank da bu cür tələblə çıxış etməmişdir. Belə olan halda Səbail Rayon Məhkəməsinin iddianı mümkün hesab etməsi anlaşılan deyil və mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarının kobud pozuntusu deməkdir. Hazırda məhkəmədə irəli sürülmüş tələb bir tərəfdən ipoteka saxlayan "xxxx"ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanılmış ipoteka müqaviləsindən, digər tərəfdən hərrac təşkilatı ilə "xxxx" ASC arasında mövcud olmuş və “İpoteka haqqında” qanunun tələblərindən irəli gələn hüquq münasibətləri ilə bağlıdır. Maraqlı şəxs1 QSC yuxarıda qeyd olunmuş hüquq münasibətlərinin heç birində tərəf deyil və onun üçün bu münasibətlərdən irəli gələn hər hansı öhdəlik mövcud olmadığı kimi, heç bir hüquq (hüquqi ixtiyar) da nəzərdə tutulmamışdır. Qeyd olunan əsasla hesab edir ki, Maraqlı şəxs1 QSC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Hesab edir ki, məhkəmə iddia müddətinin tətbiqinə dair 3-cü şəxs İddiaçı ərizəsini təmin etməli idi. Hazırda iddiaçı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə çıxış edir. Eləcə də tələb daşınmaz əmlakla bağlıdır. Məhkəmə əsassız olaraq qeyd etmişdir ki, hazırkı tələb hərracın nəticələrinə dair yekun protokolun imzalanmış hesab edilməsi ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, hərracın nəticələrinə dair yekun protokol özü də müqavilədir və tərəflər üçün hüquq və öhdəliklər yaradır. Deməli, hazırki mübahisəyə müqavilə tələbləri üzrə 3 illik iddia müddəti, ən pis halda isə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı 2016-cı ildə "xxxx" MMC ilə "xxxx" ASC arasında hərracın nəticələrinə dair yekun protokolun bağlanmış hesab olunmasını məhkəmədən xahiş edir, ancaq həmin protokolun məhz hərrac təşkilatının səhlənkarlığı (hərəkət və ya hərəkətsizliyi) üzündən baş verdiyini sübut edən dəlilləri məhkəməyə təqdim edə bilmir. Məhkəmənin diqqətinə bir daha çatdırırıq ki, iddia tələbini təsdiq edən halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Səbail Rayon Məhkəməsi bu hala diqqət yetirməmişdir və nəticədə aşkar prosessual pozuntuya yol vermişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-795/2023 saylı qətnaməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Səbail Rayon Məhkəməsinin hazırda mübahisələndirdikləri qətnaməsi hüquqi müəyyənlik prinsipinə həm də ona görə ziddir ki, iddianın təmin olunacağı təqdirdə İddiaçı 2021-ci ildə cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı iddia rədd olunacaqdır. Məlumdur ki, həmin iddia ərizəsində tələblərdən biri də 2019-cu ildə hərrac təşkilatı ilə Maraqlı şəxs2 arasında bağlanmış Y-187 saylı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi və onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsidir. Nəticədə hər iki hərracın nəticələri qanuni sayılacaq və ipoteka predmetinin hüquqi taleyi həll olunmaz qalacaqdır. Bununla da məhkəmə qətnaməsi mövcud vəziyyətə aydınlıq gətirmək əvəzinə, onu daha da mürəkkəb vəziyyətə gətirəcəkdir. Həmçinin apellyasiya şikayətinə əlavədə qeyd etmişdir ki, hazırkı tələbə ümumi məhkəmədə baxılması yol verilmezdir. Çünki hem iddiaçı "xxxx" QSC, həm də cavabdeh hərrac təşkilatı kommersiya fəaliyyəti hətata keçirən, VÖEN-i olan hüquqi şəxsdir. Odur ki, MPM-in 26.1-ci maddəsinin tələbləri baxımından hesab edir ki, hazırkı tələbə Səbail Rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalı idi. Mülki iş materiallarına diqqətlə nəzər yetirilsə görünür ki, "xxxx" MMC-nin "X7" ASCye gonderdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda yalnız hazırda mübahisəsi gedən daşınmaz əmlakın deyil, ümumilikde 4 əmlakın əldə olunması təklif olunur ki, bunlardan da biri "X27" markalı, **-RC-*** dovlət qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şəhəri, C.Cabbarlı küçəsinde yerləşən 19 saylı fərdi yaşayış evi, üçüncüsü isə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,36 ha torpaq sahəsidir. Onlar tərəfindən AR DİN Baş Dövlet Yol Polisi İdarəsinə ve Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə yuxarıda qeyd olunmuş ipoteka predmetlerinin özgəninkiləşdirilməsi ile bağlı hər hansı qeydin aparılıb-aparılmaması haqqında sorğular gondərilmiş və sorğulara cavab verilmişdir. Beləliklə, cavab məktubundan aydın olur ki, yuxarıda qeyd olunmuş "X27" markalt, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq "Azərbaycan Beynalxalq Bankı" SKB-nin Sənaye filialının xeyrinə yüklü edilmiş və "Azərbaycan Beynalxalq Bankı" SKB-nin xx.xx.2016-cı il tarixli 19/1868 nömreli məktubu əsasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X6 adından qeydiyyatdan çıxarılaraq X12 adına rəsmiləşdirilmişdir. Bele çıxır ki, banka teklif olunan əmlaklardan biri ilə bağlı qanunsuz da olsa, yekun protokol tərtib olunaraq, həm hərrac mərkəzi, həm də bank tərəfindən həmin protokol imzalanmış, həmin protokol əsasında avtomobil qanunsuz olaraq üçüncü bir şəxsin adına rəsmiləşdirilmişdir. Sual olunur ki, əgər hərrac təşkilatı bir təklif məktubunda qeyd olunmuş ipoteka predmetlərindən biri ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair yekun protokolu imzanlanması üçün banka təqdim etmişdirsə, digər əmlaklarla bağlı keçirilmiş hərrac protokolunu niyə təqdim etməməli idi? Deməli hərracın nəticələrinə dair yekun protokolların imzalanması yalnız "xxxx" ASC-nin iradəsindən asılı olmuşdur. Bank hərrac xərclərini ödəmək istədiyi ipoteka predmetlerini əldə etmiş, digərlərini isə qanunsuz olaraq üçüncü bir şəxsin adına protokollarla rəsmiləşdirmiş və hərrac xərclərini də ona ödətmişdir. Eləcə də DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka təklif etdiyi ipoteka predmetlərindən digəri – ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(114)-3096/2022 nömrəli qərarı və JN-185A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 15 fevral 2023-cü il tarixli ümumi birgə mülkiyyet hüququnu təsdiq edən çıxarış verilmişdir, Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022ci il tarixli, 2-1(114)-3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı artıq xx.xx.2013-cü il tarixde Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi, bankın qarşısında təklif olunan ipoteka predmetlərini əldə etməsi üçün heç bir maneə olmamışdır və "xxxx" QSC BOKT-un iddia ərizəsində qeyd etdiyi kimi - "hərracın nəticələrinə dair yekun protokolun hərrac təşkilatının səhlənkarlıq səbəbindən imzalanmaması” həqiqətə uyğun gəlmir. Beləliklə, məhkəmə həmin halları hərtərəfli və obyektiv surətdə araşdırmamışdır. Bu səbəbdən, hazırkı iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı 2(103)-5240/2023 nömrəli mülki işin 2(103)- 2048/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Tərəflərin izahatı:
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Maraqlı şəxs1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4 birinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, ikinci iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, ikinci iş üzrə apellyasiya şikayətinin məhkəmə aidiyyəti ilə bağlı qeyd etdi ki, ikinci iş birincidən törəmədir, əslində ikinci iş birinci mülki iş üzrə hərracın nəticələrinin tamamlanması ilə bağlıdır, həm də birinci işin icraatı məhz ikinci işə görə dayandırılmışdır, bu da onu göstərir ki, bu işlər əlaqəli olub bir icraatda baxılmalıdır.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndələri A.Əliyev və N.Əliyev birinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, ikinci iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, ikinci iş üzrə apellyasiya şikayətinin məhkəmə aidiyyəti ilə bağlı isə Maraqlı şəxs1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4 mövqeyinin tam əsaslı olduğunu bildirdi.
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.Məmmədov birinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, ikinci iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, ikinci iş üzrə apellyasiya şikayətinin məhkəmə aidiyyəti ilə bağlı isə Maraqlı şəxs1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4 mövqeyinin tam əsaslı olduğunu bildirdi.
22. Məhkəmə kollegiyasının Maraqlı şəxs2 nümayəndəsi və vəkili Z.Abbasov birinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, ikinci iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, ikinci iş üzrə apellyasiya şikayətinin məhkəmə aidiyyəti ilə bağlı isə Maraqlı şəxs1 QSC-nin nümayəndəsi və vəkili Nümayəndə4 mövqeyinin tam əsaslı olduğunu bildirdi.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ikinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini bildirdi və əlavə olaraq da göstərdi ki, qarşı tərəfin əsas sübut kimi istinad etdiyi "xxxx" MMC tərəfindən Bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq verilən məlumatın həqiqiliyi böyük şübhə doğurur və onun məhz bu işi “keçirmək” üçün “düzəldiyi” aşkardır, bu səbəbdən də həmin məktub etibarlı sübut hesab oluna bilməz, birinci iş üzrə isə Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
24. Bununla yanaşı birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ikinci iş üzrə apellyasiya şikayətinin məhkəmə aidiyyəti ilə bağlı dəlilləri ilə bağlı qeyd etdi ki, şikayətində məhkəmə aidiyyəti məsələsini vurğulaması düzgün olmuşdur, lakin hazırkı apellyasiya icraatı zamanı bu məsələyə dair aparılmış ətraflı araşdırmalar zamanı soylənilən fikirlər, bu zaman gətirilmiş dəlillər, xüsusən də hazırda birləşmiş işlərin əlaqəli olması və nəhayət prosessual qənaət və işlərə ağılabatan müddətlərdə baxılması kimi prinsiplər baxımından hesab edir ki, ikinci işin də birinci işlə birləşmiş bir icraat çərçivəsində baxılması mümkün və zəruridir.
25. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
Birinci iş üzrə:
26. Y-187 nömrəli, xx.xx.2019-cu il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V. Seryogin küçəsində yerləşən 20 nomrəli fərdi yaşayiş evi Maraqlı şəxs2 tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 212500 manata almışdır.
27. Mülki iş materiallarında olan 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh X1 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X2 və X4 ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunmuş Qətnaməsi icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir.
28. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 01 aprel 2016-cı il tarixli, 1316 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 04 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır.
29. "xxxx" MMC-nin Xəzər rayon İcra Şöbəsinin rəisinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş Xəzər rayon İcra şöbəsinə geri qaytarılmışdır.
30. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılmamışdır.
31. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 214.6 kv.m yaşayış, 556.4 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8790 nömrəli vərəqində qeydiyyata alınmışdır.
32. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 31 may 2019-cu il tarixli, 610 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 25 iyun 2019-cu il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır.
33. "xxxx" ASC xx.xx.2021-ci il tarixli tərəfin əvəz edilməsinə dair ərizəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun xx.xx.2017-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsini nəzərə alaraq, cavabdeh "xxxx" ASC-nin Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz olunmasının və mülki işə cavabdeh qismində Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatının cəlb olunmasını xahiş etmişdir.
34. Bakı Şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 2300/2021 saylı sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********20 saylı ünvana dair məlumatın və sənədlərin surətinin verilməsi barədə məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, 20 saylı evi İddiaçı adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə, Hərracın nəticələri haqqında Y-187 nömrəli protokoluna, Hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
35. Bakı Şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 355 saylı Sərəncamından görünür ki, Buzovna qəsəbəsində vətəndaş İddiaçı tikdiyi 2 mərtəbəli, zirzəmilli, mansardalı 7 yaşayış otağa sahəsi-214,6m2 , köməkçi sahə- 556,3m2 , zirzəmi-106,1m2 , kürsü-17,1m2 , torpaq sahəsinin tikili olmayan cəmi torpaq sahəsi-400m2 –dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış. Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş İddiaçı adına reyestrdən çıxarış və texniki pasport verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən xahiş edilmişdir.
36. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin xx.xx.2008-ci il tarixli, 263 saylı arayışından görünür ki, V.Seryogin küçəsi ev 20 ünvanındakı mülk İddiaçı məxsusdur.
37. Mülki iş materiallarında olan 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqindən görünür ki, cavabdeh X1 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X2 və X4 ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. İcra vərəqəsi 07 may 2019-cu il tarixində verilmişdir.
38. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus ünvan 5 ünvanındaki əmlak Maraqlı şəxs2 satılmışdır. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur.
39. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin Hərracın nəticələri haqqında Y-187 nömrəli protokolundan görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin təşkilatçılığı ilə İddiaçı məxsus ünvan 5 ünvanındaki əmlak Maraqlı şəxs2 satılmışdır. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur.
40. Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 9253/11B saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlandığı məktubundan görünür ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin Y-187 saylı, xx.xx.2019-cu il tarixli nömrəli protokoluna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərracda qalib alıcı Maraqlı şəxs2 tərəfindən alınmışdır. Ona görə də, məktubda xahiş olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi İddiaçı adından çıxarılıb Maraqlı şəxs2 adına rəsmiləşdirilsin.
41. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 185993 saylı Çıxarışından görünür ki, ünvan 5 ünvanındakı əmlak Maraqlı şəxs2 adına rəsmiləşdirilmişdir. İkinci iş üzrə:
42. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdı.
43. Xəzər rayon İcra Şöbəsi tərəfindən borclu X3, surəti borclu İddiaçı, tələbkar "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-1052/2013 saylı. xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən X1 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində pul, 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutma İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin ev İddiaçı sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250000 manat müəyyən edilməli, evin satışından əldə olunmuş vəsaitdən 173200 manat məbləğində əsas kredit borcu 115005 manat məbləğində faiz borcu 3000 manat məbləğində dəbbə pulu cəmi 291205 manat məbləğində borc, bundan başqa 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu,cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nə ödənilməlidir.
44. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişin surətindən görünür ki, Banka kredit borcu olan X2, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli evi keçirilən hərraclar zamanı satılmamışdır (evin ilkin satış qiyməti - 250.000 manat, satış qiyməti – 159.375 manat). AR Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” AR Qanununun 43.7,43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması banka təklif olunur. “İpoteka haqqında” AR Qanununun 43.8ci maddəsinə əsasən “ipotekasaxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir”. Bildirirlər ki, xx.xx.2016-cı il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə qaytarılacaqdır. AR Mülki Məcəlləsinin 319.3-cü və 398-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün icra işini icra şöbəsinə qaytarma tarixinə qədər hərrac təşkilata xidmət haqqı ödəməlidir.
45. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X27” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkar şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nüqədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinə çatdırırlar ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir.
46. "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit X5 sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə aşağıdakı məzmunda xx.xx.2016-cı il tarixli 13/2573 nömrəli məktub göndərilmişdir: "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X27” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkar şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nüqədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazı yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməyinizi xahiş edirik.”
47. "xxxx" MMC tərəfindən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir, lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
48. AR DiN Baş Dövlet Yol Polisi İdarəsinə xx.xx.2023-cü il tarixli, 3-xxxx/299462/2023 nömrəli cavab mektubundan aydın olur ki, yuxarıda qeyd olunmuş "X27" markalt, 90- RC-579 dovlet qeydiyyat nişanlı avtomobil 17 .07.2012-ci il tarixde gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq "Azərbaycan Beynalxalq Bankı" SKB-nin Sənaye filialının xeyrinə yüklü edilmiş və "Azərbaycan Beynalxalq Bankı" SKB-nin xx.xx.2016-cr il tarixli 19/1868 nömreli mektubu esasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X6 adından qeydiyyatdan çıxarılaraq X12 adına rəsmiləşdirilmişdir.
49. DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka teklif etdiyi ipoteka predmetlerinden digəri – ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evine dair daşınmaz əmlakın dövlet reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3096/2022 nömrəli qərarı və JN-185A saylı "Torpağın mülkiyyətə verilmesine dair şəhadətnamə esasında 15 fevral 2023-cü il tarixli ümumi birge mülkiyyet hüququnu təsdiq edən çıxarış verilmişdir.
50. Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(114)-3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı artıq xx.xx.2013-cü il tarixdə Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-153/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə daşınmaz əmlakla bağlı artıq xx.xx.2013-cü il tarixdə Y-304 nömrəli protokol və hərracın yekunlarına dair əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Tətbiq edilən maddi hüquq
51. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3.Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsindəvə özünün rəsmi internet saytındaməlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakıilkinsatış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Tətbiq edilən prosessual hüquq normaları:
54. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
55. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və ikinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)- 795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ikinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci iş üzrə:
57. Kollegiya ilk növbədə qeyd edir ki, birinci işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
58. Hazırkı işin mübahisəsiz halları ondan ibarədir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 2016-cı ildə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktubla icra vərəqəsini “İcra haqqında” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır. Bank qeyd olunan icra vərəqəsi üzrə tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, bundan sonra həmin Maraqlı şəxs1 QSC-nin müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.
59. Hazırda iddiaçı - ipoteka qoyan 2016-cı ildə keçirilmiş hərracın baş tutumamış elan edilməsindən sonra ipoteka predmetin tələbkar – ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş müddət ərizində əldə olunmadığını və eyni əmlakla bağlı 2019cu ildə yenidən keçirilmiş hərracın qanunsuz olduğunu bildirərək, həmin hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə mübahisə açmışdır.
60. Cavabdeh bank, agentlik və Maraqlı şəxs1 QSC-nin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 2018-ci ildə bankın kredit müqaviləsi üzrə tələb hüququnu (hazırkı əmlak həmin kredit müqaviləsinə əsasən ipoteka ilə yükül edilmişdir) Maraqlı şəxs1 QSC-yə güzəşt etmişdir, ona görə də hazırkı iddia tələbi üzrə o, əsl olmayan cavabdehdir.
61. Apellyasiya məhkəməsinin öncəki qətnaməsinin ləğv edilməsi barədə Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 68-ci bəndində qeyd edilir ki, apellyasiya məhkəməsi Bankın tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir. Qərarın 69-cu bəndində göstərilir ki, baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qalıdırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur.
62. Kollegiya bununla bağlı bildirir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən təqdim edilmiş DƏRX-nin ******* nömrəli çıxarışından məlum olur ki, İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş əmlakın Maraqlı şəxs1 QSC BOKT-un xeyrinə yüklü edilməsi barədə qeyd yalnız xx.xx.2019-cu il tarixdə aparılmışdır. Demək ki, 2016-cı ildə keçirilmiş iki hərracın baş tutmaması, ipoteka predmetinin qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməməsi zamanı həmin əmlak Bankın xeyrinə ipoteka ilə yüklü olmuşdur. Bu mənada qeyd edilməlidir ki, iddia tələbi 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmaması və ipoteka predmetinin qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməməsinə əsaslandığından, həmin vaxt hüququn daşıyıcısı Bank olduğundan hazırkı iddia tələbinə də cavabdeh Bankdır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən ipoteka haqqında qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edilir. Plenum, bununla bağlı qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur.Belə ki, təkrar hərracın baştutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət Qanunun 43.8-cimaddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.
64. Göründüyü kimi, 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmadığından və ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə bank tərəfindən əldə edilmədiyindən, Maraqlı şəxs1 QSC-nin ərizəsinə əsasən, 2019-cu ildə icra sənədinin yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni hərraclar keçirilməklə, əmlak satılması yuxarıda qeyd olunan hüquqi mövqelərə zidd olmuşdur. Qanuna görə, 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İddiaçı da hazırda həmin tələblə çıxış edir və onun tələbi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə, əsaslıdır.
65. Maraqlı şəxs2 apellyasiya şikayətinin iki əsas dəlili var. Birincisi, onu işə cəlb etmədən, hazırkı tələbə baxılmış, ikincisi, o vicdanlı alıcıdır. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin işə onu cəlb etmədən baxılması barədə qeyd edir ki, işin hallarından görünür ki, bu belədir. Bununla belə, qeyd edilməlidir ki, MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
66. Hazırkı halda, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin imperativ göstərişinə əsasən, 2016-cı ildə keçirilmiş iki hərracın baş tutmaması və ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə bank tərəfindən əldə edilmədiyindən ipotekaya xitam verilməsini tələb edir. Üçüncü şəxs Maraqlı şəxs2 qanunun tələbinə görə artıq xitam verilmiş ipoteka predmetini Maraqlı şəxs1 QSC-nin ərizəsinə əsasən, 2019-cu ildə icra sənədinin yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni qanunsuz hərraclar keçirilməsi nəticəsində əldə etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Maraqlı şəxs2 cəlb edilməməsinə, yəni prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticədə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir. MPM-in 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin onun vicdanlı alıcı olması barədə dəlili üzrə isə, Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 77-ci bəndində qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən, həm də ipoteka predmetini 2019-cu ildə keçirilmiş təkrar hərracdan əldə etmiş Maraqlı şəxs2 vicdanlı əldə edən olmasına istinad etmiş, lakin bu hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
68. Belə ki, Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyinə güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqca təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (bənd 78).
69. Beləliklə, Ali Məhkəmənin həmin mövqeyi ilə razılaşaraq Məhkəmə Kollegiyası bildirir ki, vicdanlılıq reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Hazırkı halda isə əldə edən reyestr məlumatlarına deyil, hərrac təşkilatı tərəfindən keçirilən hərracın qanuniliyinə güvənərək hüquq əldə etmişdir ki, bu halda hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsi onun vicdanlı əldə edən kimi tanınmasını istisna etməklə, etibarsız əqdin nəticələrinin tətbiq olunması və düşdüyü zərərin əvəzini tələb etmək hüquqlarını əmələ gətirir.
70. Məhkəmə kollegiyası birinci işdən apellyasiya şikayəti vermiş Maraqlı şəxs1 QSC-nin və Maraqlı şəxs2 apellyasiya şikayətinin işə onları cəlb etmədən baxılması barədə dəlili üzrə bildirir ki, onların bu dəlili formal olmaqla işin hallarına və mahiyyətinə aid deyildir. Əvvəla ona görə ki, Cavabdeh2 MMC iş üzrə cavabdeh olmuşdur, həmin Agentliyin isə məhz Maraqlı şəxs1 QSC-nin təmsil etmək üçün yaradıldığı onun nizamnaməsində birbaşa qeyd olunmuş, bütün məhkəmə işlərində olduğu kimi hazırkı işdə də Agentlik məhz Maraqlı şəxs1 QSC-nin səlahiyyətli təmsilçisi kimi cavabdeh olaraq göstərilmişdir. Demək ki, Maraqlı şəxs1 QSC-nin işə cəlb olunmaması barədəki dəlili qətnamənin əsassız olması qənaətinə gəlinməsi və ləğvi üçün ola bilməz. İkincisi isə, mülki işin materiallarından bəli olur ki, Bankın və Agentliyin nümayəndələrinin iddiaya etiraz dəlilləri və bütün izahatları Maraqlı şəxs1 QSC və vicdanlı alıcı hesab etdikləri Maraqlı şəxs2 hüquqlarının müdafiəsinə yönəlmişdir. Birinci iş üzrə Bankın, Agentliyin, Maraqlı şəxs1 QSC-nin və eləcə də Maraqlı şəxs2 verdiyi şikayətləri mahiyyət etibarı ilə eyni məzmunlu olması da onu göstərir ki, onu hüquqları ilə bağlı məsələ müzakirə olunmuş və məhkəməyə bu hal məlum olmuşdur, demək ki, Maraqlı şəxs2 rayon məhkəməsində işə baxılmasına cəlb edilməməsi formal baxımdan pozuntu olsa da, onun iştirakı mahiyyət etibarı ilə fərqli nəticəyə gətirib çıxarmayacaqdı. MPM-in 385.2-ci maddəsinə görə də belə olan hal qətnamənin mütləq ləğvinə əsas olmur.
71. Məhkəmə kollegiyası birinci iş üzrə cavabdeh Bank, Agentlik və maraqların toxunan şəxs Maraqlı şəxs1 QSC-nin apellyasiya şikayətlərinin "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilmədiyinə, bunun nəticəsində ipoteka saxlayanın, yəni bankın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməməsi barədə dəlillərinə ikinci iş üzrə münasibət bildirəcəkdir. İkinci iş üzrə:
72. Kollegiya qeyd edir ki, birinci işə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixi qərardadı ilə iddiaçı Maraqlı şəxs1 QSC BOKT-un cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Xəzər Rayon İcra Şöbəsi, X11, X3 qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-795/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.
73. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı 2(103)-5240/2023 nömrəli mülki işin 2(103)- 2048/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır.
74. İkinci iş üzrə iddiaçı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi bardədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
75. Xəzər Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(003)-1052/2013 saylı qətnaməsi əsasında ipoteka predmeti əvvəlcə "xxxx" MMC tərəfindən 2016-cı ildəiki dəfə hərraca çıxarılmış, hər iki hərrac baş tutmamış, sonda ipoteka predmeti banka təklif olunmuş, bununla bağlı ona təklif məktubu da göndərilmiş, bank da öz növbəsində xx.xx.2016-cı il tarixli məktubla təklifə müsbət cavab vermiş, lakin tərəflər arasında nə alqı-satqı müqaviləsi, nə də yekun protokol bağlanılmamışdır. İddiaçı hesab edir ki, bank hərrac təşkilatının təklifinə müsbət cavab versə də, alqı-satqı müqaviləsi, yekun protokol bağlanılmaması hərrac təşkilatının yayınması nəticəsində baş vermişdir.
76. İddiaçı Maraqlı şəxs1 QSC iddia edir ki, həmin vaxt ipoteka saxlayan olan banka hərrac mərkəzi xx.xx.2016-cı il tarixli bildirişlə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə məlumat vermiş, bank da xx.xx.2016-cı il tarixli cavab məktubu vermişdir ki, əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir.
77. İddiaçı Maraqlı şəxs1 QSC həmin vaxt ipoteka saxlayan olan bankın qeyd edilən xx.xx.2016-cı il tarixli cavab məktubuna istinad edərək əmlaka dair alqı-satqının bağlanmış hesab edilməsini tələb edir. Kollegiya hesab edir ki, iddia tələbi tamamilə əsassızdır.
78. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022ci il tarixli qərardadının 57-ci bəndinə görə, bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər
79. Qərardadın 59-cu bəndində qeyd edilir ki, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
80. Həmin qərardaddan göründüyü kimi bu iddianın təmin edilməsi üçün məhkəmə ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edilməlidir.
81. Hazırkı halda iddiaçımnın istinad etdiyi yeganə sübut bankın qeyd edilən xx.xx.2016-cı il tarixli əmlakın razılıq barədə cavab məktubudur. İddiaçı qanunla nəzərdə tutulmuş müddət, söhbət 30 günlük müddətdən gedir ki, o vaxtkı ipoteka saxlayan bankın ipoteka predmetinin əldə edilməsi üçün bütün zəruri tədbirləri görməsi barədə başqa bir sübut təqdim etməmişdir.
82. Apellyasiya şikayətində üçüncü şəxs bankın qeyd edilən cavab məktubunun hərrac təşilatına çatdırılması barədə məlumatın-sübutun səhihiyini mübahisələndirmişdir.
83. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir, lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
84. Kollegiya qeyd edir ki, arxiv sənədləri məhv olduğu halda 836690 nömrəli qəbzin "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülərək, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilməsi barədə sistemdən alındığı qeyd edilən məlumatın hansı sistemdən alınması, ən azından bunun təsdiqi kimi hər hansı bir çıxarış əlavə edilmədiyindən üçüncü şəxsin həmin məlumatın qeyri-dürüst olması barədə dəlillərinin aşkar əsassız olmadığı qənaətinə gəlməyə əsas verir.
85. Bundan başqa üçüncü şəxs apellyasiya şikayətində qeyd edir ki, "xxxx" MMCnin "X7" ASC-ye gönderdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda yalnız hazırda mübahisəsi geden daşınmaz əmlakın deyil, ümumilikde 4 emlakın əldə olunması təklif olunur ki, bunlardan da biri "X27" markalı, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şeheri, C.Cabbarlı küçesinde yerleşen 19 saylı ferdi yaşayış evi, üçüncüsü ise Quba rayonu, 2-ci Nügədi kendinde yerləşən 1,36 ha torpaq sahesidir.
86. Onlar tərəfindən AR DİN Baş Dövlet Yol Polisi İdarəsinə ve Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə yuxarıda qeyd olunmuş ipoteka predmetlerinin özgəninkiləşdirilməsi ile bağlı her hansı qeydin aparılıb-aparılmaması haqqında sorğular gonderilmiş və sorğulara cavab verilmişdir.
87. Beləliklə, cavab mektubundan aydın olur ki, yuxarıda qeyd olunmuş "X27" markalt, 90- RC-579 dovlet qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixde gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq "Azərbaycan Beynalxalq Bankı" SKB-nin Sənaye filialının xeyrinə yüklü edilmiş və "Azərbaycan Beynalxalq Bankı" SKB-nin xx.xx.2016-cı il tarixli 19/1868 nömreli mektubu esasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X6 adından qeydiyyatdan çıxarılaraq X12 adına rəsmiləşdirilmiş, Eləcə də DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka teklif etdiyi ipoteka predmetlerinden digəri – ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evine dair daşınmaz əmlakın dövlet reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3096/2022 nömrəli qərarı və JN-185A saylı "Torpağın mülkiyyətə verilmesine dair şəhadətnamə əsasında 15 fevral 2023-cü il tarixli ümumi birgə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir, Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(114)-3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı xx.xx.2013cü il tarixde Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir.
88. Üçüncü şəxs qeyd edir ki, bankın qarşısında teklif olunan digər ipoteka predmetlərini əldə etmesi, lakin İddiaçı məxsus ipoteka predmetini isə əldə etməməsi "xxxx" QSC BOKT-un iddia ərizəsində qeyd etdiyi kimi - "hərracın nəticələrinə dair yekun protokolun hərrac təşkilatının səhlənkarlıq səbəbindən imzalanmaması” həqiqətə uyğun gəlmir.
89. Bununla bağlı araşdırma aparılarkən, bank tərəfindən təklif olunan digər ipoteka predmetləri əldə edilsə də, məhz bu ipoteka predmetinin əldə edilməməsi barədə hər hansı bir tutarlı əsas göstərilməmişdir.
90. Kollegiya onu da qeyd edir ki, iddiaçı Maraqlı şəxs1 QSC hazırkı iddia tələbini qaldırmaqla, onun ərizəsi əsasında icra vərəqinin yenidən icraya yönəldilməsi, təkrar hərracda ipoteka predmetinin Maraqlı şəxs2 satılması barədə birinci iş üzrə mübahisələndirilən hərracın qanunsuz keçirilməsini də bir növ qəbul etmişdir.
91. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022ci il tarixli qərardadının, 39-cu bəndində göstərilir ki, o da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. Həmin Qərardadın 60-cı bəndində qeyd edilir ki, bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir.
92. Kollegiya qeyd edir ki, iddiaçı QSC 2016-cı ildə iki dəfə keçirilən hərracın baş tutmaması nəticəsində hərrac təşkilatının hərəkətsizliyi nəticəsində protokolun bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni yeddi il sonra müraciət etmişdir.
93. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərardadındakı ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir ifadəsi qətiyyən hazırkı işdə olduğu kimi bu qədər uzun müddət sonra, yəni yeddi il sonra ipotekanın bağlanmış hesab edilməsini nəzərdə tutmur.
94. Çünki başqa cür yanaşma Qanunun 43.8-ci maddəsində olan ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir müddəasına zidd olardı.
95. Həmin qərardadın 55-ci maddəsində qeyd ediliyi kimi, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir.
96. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili hazırkı iddianı qaldırmaq üçün Maraqlı şəxs1 QSC-nin subyektiv hüququ olmaması, çünki protokolun imzalanmış hesab edilməsinin tələb edildiyi dövrdə ipoteka saxlayanın bank olması ilə bağlıdır.
97. Kollegiya hesab edir ki, bu dəlil də əsaslıdır. Çünki ipoteka müqaviləsi üzrə bank tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, ilk iki hərrac isə 2016-cı ildə keçirilmişdir ki, həmin vaxt ipoteka saxlayan bank olmuşdur.
98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
99. Məhkəmə kollegiyası ikinci iş üzrə apellyasiya şikayətinin iddiaçı və cavabdehin, yəni hər iki tərəf hüquqi şəxs olduğundan işə kommersiya məhkəməsində baxılmalı olması barədə dəlili üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
100. Belə ki, bununla bağlı aparılmış müzakirələr zamanı ikinci iş üzrə apellyator İddiaçı nümayəndəsi və vəkilindən başqa məhkəmə prosesinin bütün iştirakçıları ikinci işin də birinci işlə birlikdə baxılmalı olduğunu bildirmiş və bu mövqelərini izahatlarında müvafiq qaydada əsaslandırmışlar. Sonuncu məhkəmə iclasında isə ikinci işin kommersiya məhkəməsinə aid olmasına dair şikayətinin dəlilinə münasibətdə İddiaçı vəkili aparılmış müzakirələrin nəticəsi olaraq (həmin mövqeyinin formal olaraq əsaslı olsa da) mahiyyət etibarı ilə digər proses iştirakçıların mövqelərini qəbul etdiyini və ikinci işə də birləşmiş ilkin işlə bir icraatda baxılmasının daha düzgün və prosessual qənaət, eləcə də işlərə ağlabatan müddətlərdə baxılması kimi vacib prinsiplər kontekstindən daha səmərəli olduğunu bildirmişdir.
101. Bununla bağlı qeyd edilməlidir ki, birləşmiş işlər üzrə ikinci işin məhkəmə aidiyyəti ilə bağlı uzun-uzadı müzakirələr aparılmış və nəhayətdə işlərin birlikdə baxılması qənaətinə gəlinmişdir. Məhkəmənin bu qənaətə gəlməsi əsassız olmamışdır. Bu vaxt hazırkı işin xüsusi halları, o cümlədən: birinci işin 2 (iki) il 5 (beş) ay icraatda olması; birinci işə apellyasiya və kasassiya qaydasında bir dəfə baxıldıqdan sonra, ikinci apellyasiya baxışı zamanı onun icraatının məhz ikinci işə görə dayandırılması; ikinci iş rayon məhkəməsində baxıldıqdan sonra, məhz apellyasiya mərhələsində onun birinci işə birləşdirilməsinə dair qərardadın çıxarılması; bundan sonra ikinci işin aidiyyət pozuntusuna görə ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi; bu halda birləşmiş işlərin yenidən ayrılmalı olması və birinci işin icraatının yenidən, həm də ikinci iş üzrə yekun məhkəm aktı qəbul olunanadək dayandırılmasının zəruriliyi, bunun isə o qədər də mürəkkəb olmayan birinci işin baxılmasının ağlabatan hesab edilməyən və həddən artıq uzun müddət çəkməsinə səbəb olacağı nəzərə alınmışdır. Bu zaman Məhkəmə Kollegiyası həm də məhkəmə aidiyyəti ilə bağlı aparılmış araşdırmalar zamanı son olaraq bütün proses iştirakçılarının, xüsusən də həmin dəlilin müəllifi olan ikinci iş üzrə apellyatorun da ikinci işə də onun birləşdirildiyi birinci işlə birlikdə baxılmasına dair vahid mövqedə olmalarını nəzərə almışdır.
102. Məhkəmə bu qənaətə gələrkən, həm də ədalət mühakiməsinin işlərə baxılmasında ağlabatan müddət, prosessual qənaət, eləcə də səmərəlilik kimi fundamental prinsiplərə əsaslanmışdır. Nəticə:
103. Göstərilənlərə əsasən, birinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)- 2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, ikinci iş üzrə ikinci iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
104. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
105. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən birinci iş üzrə apellyasiya şikayətərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməli, ikinci iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq İddiaçı verilməlidir.
106. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ: Birinci iş üzrə: Cavabdehlər Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. İkinci iş üzrə: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat iddiaçı Maraqlı şəxs1 QSC BOKT-dan alınaraq üçüncü şəxs İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.