Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2050/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4398/2021 saylı, 27 avqust 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) 20.000 ABŞ dolları və 22.000 manat məbləğində borc pul verib.
2. Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X6 Mustafayevanın şikayəti əsasında verdiyi izahata əsasən Cavabdeh1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Ramil adlı şəxsin biznes işləri ilə bağlı İddiaçı Ramillə birlikdə 20000 manat pulu borc kimi almış, sonradan geri qaytarmışdır. 2019-cu ildə müxtəlif vaxtlarda Ramillə birlikdə İddiaçı 20000 ABŞ dolları, 20000 manat pulu borca alsalar da, Ramil həmin pulları geri qaytara bilməmiş, 2021-ci ilin yanvar ayında isə polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində dələduzluq əməlləri ilə bağlı cinayət işi başlanmış, hazırda da Ramil həbsdədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları və 22000 manat pulun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 və onun anası Cavabdeh2 ilə uzunmüddətli ailəvi dostluq münasibətləri olmuşdur. Onun mərhum əri ilə Cavabdeh1 atası da yaxın dost olmuşlar. Əri sağ olarkən Vüsalə onlardan təxminən 19000 manat borca pul götürmüş, lakin həmin puldan 12000 manat hələ də qaytarılmamışdır. Sözügedən borc 2014-cü ildən yaranmışdır. Sonradan 2019-cu ilin aprel ayının sonlarında Vüsalə onların ev telefonlarına zəng vuraraq ərinin problemi ilə bağlı külli miqdarda pula ehtiyacı olduğunu demiş, ondan kömək istəmişdir. O, həmin vaxt özünə ev almaq istəyirdi, Vüsalə də bunu bilirdi. O, Vüsaləyə inanıb ona kömək edə biləcəyini demiş, pul bacısıgildə olduğundan gecə saat 11 radələrində Vüsalə qeyri-rəsmi nikahda olduğu Ramil adlı şəxslə onun yaşadığı evə gələrək onu maşınla bacısıgilə, Əhmədliyə aparmışlar. O, bacısıgildən 20000 ABŞ dolları məbləğində pul vəsaitini götürərək maşında Vüsaləyə vermişdir. Vüsalə onu əmin etmişdir ki, pulu 5-10 günə qaytaracaqdır. Təxminən 2 ay sonra Vüsalə həmin məbləğdə pulu ona qaytarmış, səhəri istəmiş, həmin vaxt bacısı İradə də onlarda olmuşdur. O, Vüsaləyə inanıb 20000 ABŞ dolları məbləğində pul vəsaitini yenidən ona vermişdir. 28 sentyabr 2020-ci il tarixdə X7 vilayətindən zəng vuraraq ondan borca pul istəmiş, onda pul olmadığından bacısı Cəmilənin adına “Bank Respublika”dan 10000 manat kredit götürmüş, Cəmilədən əlavə 3000 manat, bacısı İradədən 2000 manat və 1000 ABŞ dolları pul götürərək Vüsalənin anası Cavabdeh2 vermişdir.
5. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tələbinin 2014-cü ildən qalan 12000 manat pulun tutulması hissəsinin ona ümumiyyətlə aidiyyəti yoxdur. Çünki, həmin borc münasibətləri onun mərhum atası ilə İddiaçı mərhum əri arasında olmuş, göstərilən pul vəsaitinin qaytarılıbqaytarılmamasından məlumatı yoxdur. İddianın digər hissələrinə münasibətdə isə Cavabdeh1 bildirdi ki, o, 2018-ci ildə Musazadə Ramil adlı şəxslə tanış olmuş, sonradan Ramillə qeyri-rəsmi nikah münasibətlərində ailə kimi yaşamışdır. Ramil onun bütün qohumtanışları ilə yaşı münasibət qurmuşdur. Tanış olduqları ilk vaxtlar Ramil bizneslə məşğul olduğunu bildirmiş, bir müddət sonra işlərinin yaxşı getmədiyi ilə əlaqədar pula ehtiyacı olmuşdur. O, Ramili ailəsi bildiyindən ona inanaraq 2019-ci ildə Ramil üçün İddiaçı 20000 manat pulu borc kimi almış, təxminən 2 ay sonra Ramil həmin məbləği toplayıb ona vermiş, o da iddiaçıya qaytarmışdır. Ramili İddiaçı özü də tanımış, aralarında yaxşı münasibət olmuşdur. Ramil bu münasibətdən istifadə edərək şəxsən özü İddiaçı sonradan yenidən bir neçə dəfə borca pul götürmüş, lakin qaytarmamışdır. Ramil onun özünə də xeyli maddi ziyan vurmuşdur. Hazırda Ramilin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə, həmçinin 178, yəni dələduzluq maddələri ilə cinayət işi başlanmış, ibtidai istintaq yekunlaşmaq üzrədir. O, həmin cinayət işi ilə bağlı zərərçəkmiş şəxs kimi tanınması ilə bağlı müraciət etsə də, müraciəti təmin olunmamışdır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil Cavabdeh1 izahatında göstərilənləri təsdiq edib əlavə olaraq bildirdi ki, Ramil Musazadə barəsində başlanmış cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmasının rədd edilməsindən onlar tərəfindən şikayət verilmişdir. Çünki, həqiqətən də Ramil Cavabdeh1 külli miqdarda maddi ziyan vurmuşdur.
6. Birinci instansiya məhkəməsində şahid X4 izahatında göstərdi ki, o, İddiaçı bacısıdır. 2019-cu ilin aprel ayında Rakiyə ona zəng vuraraq ev almaq üçün yığdığı puldan 20000 ABŞ dollarını hazırlamağı, az sonra gəlib götürəcəyini demişdir. Belə ki, həmin ərəfədə Rakiyə özünə ev almaq istəyirdi, pulu isə onların evində saxlayırdı. Həmin gecə saat 11 radələrində Rakiyə onun evinə gəlmiş, evə daxil olmamış, o, blokun pilləkənlərində 20000 ABŞ dolları məbləğində pul vəsaitini bacısına vermiş, maraqlı gəldiyindən dərhal pəncərədən həyətə baxmış və bacısının həmin pulu həyətdə hansısa qara rəngli maşının yanında dayanmış Vüsaləyə verdiyini görmüşdür. Vüsalə pulu saymadan onlar hamılıqda həmin avtomobilə əyləşmiş, oradan uzaqlaşmışlar. Avtomobili idarə edən şəxsi görməmişdir. Təxminən 2 ay sonra Rakiyə ona zəng vuraraq onlara gəlib pulu götürməsini istəmiş, o, bacısıgilə getmiş, pulu götürüb öz evinə aparmaq istəyərkən bacısına Vüsalədən zəng gəlmiş, Vüsalə həmin pulu yenidən istəmiş, buna görə də bacısı 20000 ABŞ dolları məbləğində pulu Vüsaləyə verməsi üçün saxlamış, az sonra Vüsalə gələrək pulu götürüb getmişdir. Pulu götürən zaman Vüsalə özünə ev alması üçün pul lazım olduğunu demişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4398/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 10000 manat və 20000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi iddia tələbinin 20000 ABŞ dollarının tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğdə pul vəsaitinin İddiaçı tərəfindən şəxsən Cavabdeh1 təqdim edilməsi və təxminən 2 ay sonra qaytarılması həm iddiaçının həm də Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatı ilə öz təsdiqini tapır. Bu fakt həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş İradə Nəsibovanın izahatı ilə də təsdiqlənir. Cavabdeh1 20000 ABŞ dolları məbləğində pulu İddiaçı qaytardıqdan sonra Ramil İsazadənin şəxsən özünün İddiaçı borc götürdüyünü, hazırki iddianın Ramilə qarşı yönəlməli olduğunu bildirsə də, onun 20-ci Polis Bölməsində verdiyi izahatdan müəyyən olunur ki, o, qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Ramil adlı şəxsin işləri ilə bağlı İddiaçı 20000 manat və 20000 ABŞ dolları məbləğində pulu borc kimi götürmüş, sonradan Ramil həmin pulu qaytara bilməmişdir.
9. Birinci instansiya məhkəməsi iddianın 22000 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, İddiaçı həmin borcun 12000 manat hissəsinin 2014-cü ildən yarandığını, 10000 manatının isə 2020-ci ilin sentyabr ayından yarandığını, hər iki halda pulun şəxsən Vüsal Əliyevaya təqdim edilməsini bildirsə də, 2014-cü ildə pulun Cavabdeh1 verilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh1 polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından əlavə 20000 manat borc aldıqlarını, həmin pulun qaytarılmadığını göstərmişdir. Hazırki iddia tələbinin 22000 manat hissəsinin 12000 manatına dair sübut mövcud olmasa da, V.X2 verdiyi izahat iddianın qalan 10000 manat hissəsinə sübut kimi qəbul edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.2,442-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-686/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdehdən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə və 10000 (on min) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 20000 ABŞ dolları və 10000 manatın borc olaraq verilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Kollegiya hesab etmişdir ki, iddiaçı 2019-cu il və 2020-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqdlər əhəmiyyətsizdir. Hazırki halda iddiaçının tələb etdiyi 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dolları əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh1 əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı Cavabdeh1 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dollarının geri qaytarılmasını tələb etməkdə haqlıdır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.1, 329.2, 337.1, 372.2, 739.1, 739.2, 740, 740.2, 1091.1, 1091.2, 1092.1-ci, maddələrinə, MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4668/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X1 ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti qismən təmin edimiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-686/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 22.000 manat və 20.000 ABŞ dolları məbləğində borcu tələb edir. Cavabdeh məhkəmə iclaslarında iddia tələbinin 2014-cü ildən qalan 12000 manat borcun ona aid olmamasını, 2019-ci ildə ailə münasibətlərində olduğu Ramil üçün İddiaçı 20.000 manat pulu borc alıb, 2 ay sonra qaytardığını, sonradan Ramilin şəxsən özünün İddiaçı yenidən bir neçə dəfə borca pul götürüb qaytarmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında iddiaçıya borcu olmadığını bildirsə də, Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X6 Mustafayevanın şikayəti əsasında verdiyi izahata əsasən Cavabdeh1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Ramil adlı şəxsin biznes işləri ilə bağlı 2019-cu ildə müxtəlif vaxtlarda Ramillə birlikdə İddiaçı 20000 ABŞ dolları, 20000 manat pulu borca alaraq geri qaytara bilmədiklərini göstərmişdir. Apellyasiya məhkəməsi V.X2 verdiyi izahatını sübut kimi qiymətləndirərək iddianın 20.000 ABŞ dolları və 10.000 manat borc hissəsinin sübutu kimi qəbul etmiş, lakin qalan 12.000 manatın borc verilməsinin iddiaçı tərəfndən sübut edilməməsi əsası ilə iddianı həmin hissədə rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borcun 12.000 manat hissəsinin 2014-cü ildə cavabdehə verilməsinin sübut olunmaması əsası ilə iddianın bu hissədə rədd edilməsi barədə apellyasiya məhkəməsinin qənaəti aşağıdakılara görə əsassızdır. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları isə tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gələcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut - protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Hazırkı iş üzrə məhkəmə baxışında iştirak etmiş Cavabdeh1 verdiyi şifahi izahatında iddiaçıdan 20.000 manat borc alması faktını təsdiq etmiş, lakin onun 2019-cu ildə alındığını göstərmiş, həmçinin polis şöbəsində verdiyi yazılı izahatında iddiaçıdan 20.000 ABŞ dolları və 20.000 manat aldıqlarını və qaytarmadıqlarını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin izahatların borcun bir hissəsinə münasibətdə sübut kimi qəbul edilməsi, qalan hissəyə münasibətdə isə qəbul edilməməsi barədə məhkəmənin mövqeyi mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir. Borcun hansı tarixdə verilməsindən asılı olmayaraq cavabdeh 20.000 manat məbləğdə borcu aldığını etiraf etdiyindən həmin məbləğdə borcun qaytarıldığını sübut etmək yükü cavabdehin üzərində olmaqla, həmin məbləğdə borc verilməsini sübut etmək yükündən iddiaçını azad edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, yoxlanılan hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğvi üçün əsasdır. Buna görə də, qətnamə həmin hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
18. Hazırki apellyasiya baxışının predmeti olan iddiaçının apellyasiya şikayətində qətnamənin 12000 manat pulun tutulması hissəsində qismən ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə 2014-cü ildən qalmış 12000 manat borcun cavabdehdən tutulması ilə bağlı iddianı rədd edərkən qeyd etmişdir ki, həmin pulun cavabdehə verilməsini təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən cavabdeh polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından başqa, 20000 manat borc aldığını, həmin pulu qaytarmadığını bildirmişdir. Hazırki halda 22000 manat hissəsinin 12000 manata dair sübut mövcud olmasa da, cavabdehin polis bölməsində verdiyi izahat iddianın qalan hissəsində də sübut kimi qəbul olunmalıdır. Əslində isə 2014-cü ildən qalan həmin 12000 manat pulu ondan Cavabdeh1 götürmüş, hətta həmin borcdan 500 manat pulu xx.xx.2021-ci il tarixdə ********* saylı mədaxil qəbzi ilə Azərpoçt MMC AZ5005 vasitəsi ilə onun adına özü ödəmişdir. Həmin qəbz barəsində birinci instansiya məhkəməsində ifadə olaraq bildirsə də, qəbzi təzə bərpa etdiyinə görə təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
20. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
21. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin hazırki apellyasiya icraatının predmeti olan iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə qismən edilməsi üçün əsasdır.
25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
27. İddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni hazırki apellyasiya icraatının predmeti olan iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin, yəni hazırki apellyasiya icraatının predmeti olan iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
28. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
29. Əvvəla, iddanın, yəni hazırki apellyasiya icraatının predmeti olan iddia tələbinin təmin edilmədiyi hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə də qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
30. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə hazırki apellyasiya icraatının predmeti olan iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. İddianın bu hissəsi ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə də iddia qismən haqlı sayılırdı.
31. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
32. Birinci instansiya məhkəməsinin borcun 12.000 manat hissəsinin 2014-cü ildə cavabdehə verilməsinin sübut olunmaması əsası ilə rədd edilməsi barədə qənaəti əsassız olmuşdur. Belə ki, iş üzrə məhkəmə baxışında iştirak etmiş Cavabdeh1 verdiyi şifahi izahatında iddiaçıdan 20.000 manat borc alması faktını təsdiq etmiş, lakin onun 2019-cu ildə alındığını göstərmiş, həmçinin polis şöbəsində verdiyi yazılı izahatında iddiaçıdan 20.000 ABŞ dolları və 20.000 manat aldıqlarını və qaytarmadıqlarını göstərmişdir. Həmin izahatların borcun bir hissəsinə münasibətdə sübut kimi qəbul edilməsi, qalan hissəyə münasibətdə isə qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. 33.Çünki, borcun hansı tarixdə verilməsindən asılı olmayaraq cavabdeh 20.000 manat məbləğdə borcu aldığını etiraf etdiyindən həmin məbləğdə borcun qaytarıldığını sübut etmək yükü onun üzərinə düşür, həmin məbləğdə borc verilməsini sübut etmək yükündən isə iddiaçı azad edilir. Ancaq Cavabdeh1 aldığı 20000(iyirmi min) manat borcdan 10000(on min)manatı qaytardığına dair məhkəməyə hansısa bir mötəbər sübut təqdim etməmişdir. Ona görə iddia 10000(on min)manatın qaytarılması hissəsindədə təmin edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda borc münasibətləri, əsassız varlanma və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4398/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; Cavabdeh1 10.000 (on min) manat alınaraq İddiaçı verilməli; iddia tələbi apellyasiya icraatının predmeti olan qalan hissədə təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4398/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 10.000 (on min) manat alınaraq İddiaçı verilsin. İddia apellyasiya icraatının predmeti olan qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.