Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2057/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dаir mülki iş üzrə Açar sözlər: (maddi zərər və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(010)-288/2022 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh2 MMC-yə məxsus “Mercedes Benz GLS” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə yolun solunda dayanmış vəziyyətdə olan İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 2.İddiaçı özünə məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyi üçün, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 “Mervedes Benz GLS 450” markalı, **-AA-*** nömrə nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, 90- LG-464 nömrə nişanlı avtomobilə dəymiş ziyan – 19995 manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 160 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 00-50-də Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz GLS 450” markalı, **-AA-*** nömrə nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW markalı, **- LG-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Nəsimi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qeyd edilən yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta protokol əsasında eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək üçün "xxxx" tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısından görünür ki, “BMW” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün 19995 manat xərc çəkilməlidir. Avtomobil hal-hazırda qəzalı vəziyyətdə həyətdə saxlanılır. **- AA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsi AD 750311 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə Cavabdeh2 MMC-yə məxsusdur. Cavabdeh2 MMC-nin məsuliyyəti isə avtomobilin gecə saatlarında idarə olunması ilə bağlıdır. Belə ki, hadisənin baş verdiyi vaxtlarda Cavabdeh1 həmin avtomobili idarə etmək üçün yol vərəqəsinin olub-olmaması ilə bağlı heç bir məlumat yoxdur. Hesab edilir ki, sürücünün xx.xx.2021-ci il tarixdə saat 00:50-də avtomobildən istifadə hüququ olmamışdır. 5.İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncu ərizəsində məhkəmədən yol nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan – 19995 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması, İddiaçı vurulmuş 3000 manat məbləğində mənəvi ziyan, həmçinin 900 manat məbləğində ziyan, ödənilmiş 192 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Daha sonra Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi tələbin ödənilməsinə” dair iddia tələbinin qismən, yəni ikinci ekspert rəyində nəzərdə tutulmuş məbləğdən "xxxx" ASC-nin iddiaçıya ödədiyi məbləğ çıxıldıqdan sonra qalıq 605 manat məbləğində təmin edilməsini xahiş etmişdir. 7.Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları belədir ki, Cavabdeh2 MMC ona məxsus “Mercedes Benz GLS 450” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2021-ci il tarixli, 07 № 21 nömrəli etibarnamə ilə Cavabdeh1 vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 MMC-nin arayışına əsasən Cavabdeh1 həmin MMC-nin işçisi deyildir. Cavabdeh1 Cavabdeh2 MMC-nin rəhbərliyi ilə tanışdır və bu səbəbdən MMC-yə məxsus nəqliyyat vasitəsilə bəzən sənədlərin daşınması ona həvalə olunmuşdur. Cavabdeh1 “Mercedes Benz GLS 450” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir və dəymiş ziyan Nəsimi RDYPŞ axtarış üzrə inspektoru polis leytenantı X6 tərəfindən tərtib edilmiş 043436 nömrəli nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışda əks olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 116623 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, iddiaçıya məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 2270 manat təşkil edir və bu məbləğ iddiaçıya ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 19995 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 9/1223 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 2270 manat müəyyən olunmuşdur. Bu zaman həm "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 116623 nömrəli, həm də işdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 9/4277 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin yekun məbləği 2875 manat müəyyən olunmuşdur. Göründüyü kimi verilmiş hər iki ekspert rəyində iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin qiyməti təqribən eyni olmuşdur. Lakin iddiaçı "xxxx" MMC-nin qüsur aktını əsas gətirərək 19995 manat dəyərində dəymiş ziyanın cavabdehlərdən tutularaq ödənilməsini xahiş etmişdir. Halbuki, 2000-ci il buraxılışlı, “BMW 540” markalı bənzər maşınların alğı-satqısı ilə bağlı “Turbo.az” internet səhifəsində axtarış aparıldıqda 2000-ci il buraxılışlı, “BMW 540” markalı nəqliyyat vasitələrinin satışı ilə bağlı bazar qiymətinin 10000-12000 arasında dəyişdiyi görülə bilər. Odur ki, "xxxx" MMC-nin 2000-ci il buraxılışlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətinin maşının bazar qiymətindən artıq müəyyən etməsi ağlabatan deyildir ki, bu da iki ekspert rəyi ilə təsdiqlənmişdir. 8.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, avtomobilinə dəymiş zərərin tam olaraq qarşılanmasını tələb edir. Hansı ki, real zərər ekspert rəyində göstəriləndən dəfələrlə artıqdır. Belə ki, avtomobil qəzadan sonra yararsız hala düşdüyündən artıq 1 il 8 aydır ki, gün altında işlənmədən qalır. Bu vəziyyətdə olan avtomobilin məsələn rəngsaz işi xərci əlbəttə daha çox olmalıdır. Digər tərəfdən, hər usta avtomobilin təmir işlərini müxtəlif qiymətləndirə bilər. Hər bir halda hesab edir ki, “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş təmir xərcləri daha realdır. Belə ki, həmin rəy tam obyektiv verilmişdir. Bununla belə əgər zərurət olarsa, o, “Deluxe Pro”nun nümayəndəsini məhkəməyə də dəvət edə bilər. "xxxx" ASC, eləcə də ekspert rəyi ilə müəyyən edilmiş təmir xərci isə avtomobilin real xərcindən dəfələrlə azdır. "xxxx" ASC tərəfindən ona 2270 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin bu məbləğ avtomobilə dəymiş zərərin yalnız çox cüzi bir hissəsini qarşıladığından o, real zərərin cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Hesab edir ki, cavabdehlərdən tutulacaq pul “Deluxe Pro”nun verdiyi qüsur aktına uyğun olmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 9.Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, iş materiallarında “Deluxe Pro” tərəfindən tərtib olunmuş qüsur aktı mövcuddur. Həmin aktdan görünür ki, cavabdehin təqsirli olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər 19995 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında həmçinin, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı mövcuddur və həmin akta əsasən hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə 2270 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçıya ödənilmişdir. Lakin iddiaçının avtomobilinə dəymiş real zərər “Deluxe Pro” tərəfindən tərtib olunmuş qüsur aktından da göründüyü kimi daha çox olduğundan dəymiş zərərin cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, ekspert rəyi alınmışdır. Lakin ekspert yalnız "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına istinad etmiş, avtomobilə dəymiş zərəri həmin rəyə uyğun hesablamışdır. Halbuki iş materiallarında “Deluxe Pro” tərəfindən verilmiş rəy də olmuşdur və əgər ekspert “Deluxe Pro”nun yox, "xxxx" ASC-nin rəyinə istinad etmişsə, bunu rəyində əsaslandırmalı idi. Lakin bununla bağlı rəydə heç bir qeyd edilməmişdir. Bundan başqa, əlavə ekspertizanın rəyindən görünür ki, rəy "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi əsasında verilmişdir. Halbuki, avtomobilə baxış “Toyota Əhmədli” servisində baş tutmuşdur. Buna baxmayaraq, mütəxəssis rəyi "xxxx" adlı bir MMC tərəfindən verilmiş, üstəlik rəydə MMC-nin VÖEN məlumatları belə göstərilməmişdir. Belə bir vəziyyətdə həmin MMC-nin həqiqətən mövcud olması belə mübahisəlidir. Bundan başqa, avtomobilə həmin MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman tərəfindən mütəxəssislərə təklif etmişdir ki, qiymətləri elə müəyyən etsinlər ki, qətnamə çıxarıldıqdan sonra həmin qiymətə elə özləri avtomobili təmir etsinlər. Lakin onlar buna qəti şəkildə qarşı çıxmışlar. Belə bir vəziyyətdə həmin mütəxəssislər tərəfindən verilmiş rəy barədə şübhə yaranmaya bilməz. Buna baxmayaraq, ekspert öz rəyində bu MMC-nin verdiyi rəyə istinad etmişdir. Hər bir halda qəbul edir ki, iş üzrə kifayət qədər araşdırma aparılmış, tərəfindən verilmiş bütün vəsatətlər təmin edilmişdir. Lakin ekspert belə bir rəy vermişdir. Hesab edir ki, həmin rəy əsassız və qərəzli rəydir. Belə ki, ekspert nəyə görə “Deluxe Pro” tərəfindən verilmiş rəyi qəbul etmədiyini əsaslandırmamışdır. O, məhkəmə iclasında çıxışı zamanı həmin rəydəki xərclərin absurd olduğunu bildirməklə kifayətlənmiş, fikrini əsaslandıra bilməmişdir. Bu səbəbdən hesab edir ki, ekspert rəyində göstərilmiş xərc məbləği nəzərə alınmamalı, cavabdehlərdən tutulacaq pul “Deluxe Pro” tərəfindən verilmiş qüsur aktına uyğun müəyyən edilməlidir. Hər bir halda onu da qeyd etməyi zəruri hesab edir ki, “Deluxe Pro” tərəfindən verilmiş qüsur aktına əsasən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 20000 manata yaxın olmuş, ekspertin özünün də qəbul etdiyi kimi avtomobilin satış qiyməti isə 12-13000 manat olmuşdur. Buna baxmayaraq, iddiaçı razılaşmışdır ki, cavabdehlər tərəfindən ona 10000 manat qiyməti olan köhnə də olsa bir maşın alınıb verilsin. Lakin cavabdehlər bunu qəbul etməmişlər. Bu vəziyyətdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 10.Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iddiaya etirazı müdafiə edərək, iddianı qismən qəbul etdiklərini bildirmişdir. Əlavə olaraq, iddiaçının vəkilinin izahatında mübahisələndirdiyi məsələlərə münasibətdə bildirmişdir ki, iddiaçının vəsatəti əsasında iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və bu zaman avtomobilə “Toyota Əhmədli” servis mərkəzində baxış keçirilmişdir. Belə görünür ki, “Toyota Əhmədli” servis mərkəzi tərəfindən öz servislərində baxılmış avtomobilə görə qüsur aktı "xxxx" MMC adından verilir. Hansı ki, “Toyota Əhmədli” servis mərkəzi və "xxxx" MMC-nin ünvanları eynidir və məhkəmə iclasında dinlənilən ekspert də "xxxx" MMC-nin “Toyota Əhmədli”nin servisi olduğunu bildirmişdir. Hesab edir ki, ekspert rəyi kifayət qədər əsaslıdır. Əksinə, iddiaçı tərəfindən tələb edilən məbləğ isə hədsiz şişirdilmiş məbləğdir. Ekspertin də bildirdiyi kimi iddiaçının avtomobilinə bu məbləğdə zərər dəymiş olması mümkün deyil. Odur ki, məhkəmədən iddianın qismən - iddiaya etirazda qeyd edildiyi kimi ikinci ekspert rəyində nəzərdə tutulmuş məbləğdən "xxxx" ASC-nin iddiaçıya ödədiyi məbləğ çıxıldıqdan sonra qalıq 605 manat məbləğində pul hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etdi. 11.Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirərək hadisədən əvvəlki vəziyyətinə qaytarmağa razıdır. 12.Daha sonra Cavabdeh1 yenidən məhkəməyə ərizə ilə müraciət edərək, məhkəməyə təqdim etdiyi əvvəlki ərizəsində fikrini səhv ifadə etdiyindən həmin ərizənin etibarsız hesab edilərək, ekspert rəyində göstərilmiş məbləğ həcmində iddianı qəbul etdiyini və sığorta şirkəti tərəfindən ödənilmiş məbləğin ekspert rəyindən çıxıldıqdan sonra qalan hissəsini ödəməyə razı olduğunu bildirmişdir. 13.Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək əlavə etmişdir ki, yol nəqliyyat hadisəsi törətdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus olmuş, avtomobili etibarnamə əsasında idarə etmişdir. O, iddiaçıya ödənilmiş sığorta ödənişi çıxıldıqdan sonra ekspert rəyində dəymiş zərər kimi göstərilmiş qalan məbləği ödəməyə etiraz etmir. Lakin nə iddiaçının tələb etdiyi məbləğdə pul ödəməyə, nə də ona yeni avtomobil almağa maddi imkanı yoxdur. Odur ki, məhkəmədən tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ərizəyə uyğun olaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. 14.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 31 oktyabr 2022-ci il tarixli, 2(010)-288/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Səlimə Miriyeva) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 605 (altı yüz beş) manat məbləğində pul və 9 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, artıq ödənilmiş 30,4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılması, 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 15.Nəsimi RDYPŞ tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 00:50-də, Neftçilər prospektində “Mercedes Benz GLS” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cəlilov X4 prospektində hərəkət edərkən sola manevr etmiş, yolun solunda dayanmış vəziyyətdə olan “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xəta nəticəsində İddiaçı maddi zərər yetirilmişdir. 16.Nəsimi RDYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində, saat 00:50-də, Nəsimi rayonu ərazisində “Mercedes Benz GLS 450 minik” markalı, 90- AA-575 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və hadisə yerindən yayınmışdır. Nəticədə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutuluş inzibati xəta törədilmiş və bu inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır. 17.Nəsimi RDYPŞ tərəfindən verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 043436 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, 01:00-da, Neftçilər prospektində baş vermiş hadisə zamanı İddiaçı məxsus “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad, arxa sağ qapı, qabaq sağ qapı, sağ arxa təkər, qabaq oblitsovka, qapaq kapot, qabaq bufer hissələrində xarici əzintilər aşkar olunmuşdur. 18.Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 07/21 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC ona məxsus olan ** AA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLS 450” markalı nəqliyyat vasitəsini Cavabdeh1 Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ verir və etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədədir. 19."xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG- *** dövlət qeydiyyat nişanlı avtomobilə material və ehtiyat hissələri üçün 1270 manat məbləğində, görüləcək işlər üçün 1000 manat məbləğində zəhmət haqqı olmaqla cəmi 2270 manat zərər dəydiyi hesablanmışdır. 20."xxxx" tərəfindən tərtib edilmiiş xx.xx.2021-ci il tarixli avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısından görünür ki, 2000-ci il buraxılışlı, “BMW” markalı, E39 model avtomobilin ehtiyat hissələri və işçilik üçün cəmi 19995 manat xərc hesablanmışdır. 21.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1223 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2270 manat müəyyən edilmişdir. 22."xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00203 nömrəli qiymətləndirmə haqqında rəydən görünür ki, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə material və ehtiyat hissələri üçün 2025 manat məbləğində, görüləcək işlər üçün 850 manat olmaqla, cəmi 2875 manat zərər dəymişdir. 23.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4277 nömrəli əlavə ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2875 manat müəyyən edilmişdir. 24.Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 MMC-nin Cavabdeh1 adlı işçisi olmamışdır. 25.Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 402/3/Ü saylı arayışdan görünür ki, Cavabdeh1 həqiqətən xx.xx.2019-cu il tarixindən Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatında baş mütəxəssis (sürücü) vəzifəsində işləyir. 26.Məhkəmə iclasında iştirak edərək, verdiyi rəylə bağlı tərəflərin və məhkəmənin suallarına cavab verən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 bildirmişdir ki, o, bu işlə bağlı iki rəy vermişdir. İlk rəyi verdiyi zaman iş materiallarında "xxxx" və "xxxx" ASC tərəfindən tərtib edilmiş iki qüsur aktı olmuşdur. O, həmin aktları araşdırarkən müəyyən etmişdir ki, "xxxx" tərəfindən tərtib edilmiş aktdakı xərc məbləğləri açıq-aşkar absurd məbləğlərdir. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus avtomobilin satış qiyməti 12-13000 manat məbləğindədir. Bu vəziyyətdə onun təmir xərcləri heç bir halda 20000 manata yaxın ola bilməz. Birinci rəyi verərkən onun keçirdiyi tədqiqatın nəticəsi iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş akta uyğun olduğundan o da həmin akta uyğun rəy vermişdir. İkinci rəyi vermək üçün isə avtomobilə servisdə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin hansı hissələrinin zədələndiyini, təmir üçün hansı ehtiyat hissələrin dəyişməsinə ehtiyac olduğunu müəyyən etmək ekspert kimi onun səlahiyyətində olmasa da (çünki o, əmtəəşünas ekspert kimi yalnız bu hissələrin qiymətlərini müəyyən edir) avtomobilin xarici görünüşü əsasında deyə bilər ki, həmin avtomobilin maksimum 2400-2500 manatlıq təmir işi olmuşdur. Hər bir halda “Toyota Əhmədli” servisində tərəflərin də iştirakı ilə mütəxəssislər tərəfindən avtomobilə baxış keçirilmiş, avtomobilin hansı ehtiyat hissələrinin dəyişilməli olduğu, hansı təmir işlərinə ehtiyac olduğu mütəxəssislər tərəfindən müəyyən edilmiş, o da həmin rəy əsasında öz rəyini vermişdir. Müvafiq mütəxəssis rəyinin “Toyota Əhmədli” servisi tərəfindən yox, "xxxx" MMC tərəfindən imzalanıb möhürlənməsinə münasibətdə qeyd edir ki, bu hal qeyri-adi qarşılanmamalıdır. Çünki servis mərkəzlərinin çoxunda bu cür aktlar başqa MMC adı ilə verilir. Məsələn, “Porsche” markalıavtomobilüçünqüsuraktı “Performance Center” tərəfindən verilir. Bu, servislər üçün ümumi praktikadır. Lakin "xxxx" MMC-nin VÖEN-nin rəydə göstərilməməsi barədə bildirir ki, bütün ekspertlər üçün əsas məsələ istənilən rəy və qüsur aktında imza və möhür olmasıdır. Əgər imza və möhür varsa, ekspert həmin sənədi qəbul edir və tədqiqat keçirərkən nəzərə alır. MMC-nin VÖEN-nin olub-olmaması kimi məsələlər hüquqi məsələlərdir və tərəf istəsə bu kimi məsələləri araşdıra bilər. Lakin ekspert kimi onun bu məsələləri araşdırmaq səlahiyyəti yoxdur. Avtomobilə baxış keçirən mütəxəssislərin rəy verdikləri qiymətə avtomobili təmir etməyə razı olmaması barədə vəkilin qeyd etdiyi hallara şahid olmamış, onun yanında belə bir söhbət baş verməmişdir. Hər bir halda belə bir hal baş tutmuşsa belə, nəzərə alınmalıdır ki, avtomobil ehtiyat hissələrinin qiymətləri, təmir xərcləri mütəmadi olaraq artır. Belə bir vəziyyətdə aydındır ki, bundan aylar sonra təmirə aparılacaq avtomobilin qiyməti bu günkü ilə eyni ola bilməz. Bu səbəbdən avtomobilə baxış keçirən mütəxəssislərin avtomobili həmin qiymətə təmir etməyə razı olmaması başa düşüləndir və burada şübhəli heç nə yoxdur. Sonda, "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktına nəyə görə istinad etməməsi ilə bağlı qeyd edir ki, əmtəəşünas ekspert kimi tam əminliklə deyə bilər ki, həmin avtomobilin təmir xərcləri Azərbaycan Respublikasında yerləşən heç bir servis mərkəzində, heç bir usta tərəfindən o qiymətə müəyyən edilə bilməz. Hətta deyə bilər ki, sonuncu rəydə verdiyi 2800 manatlıq təmir xərci belə o avtomobil üçün çoxdur. Çünki avtomobilə vizual baxışdan maksimum 2400-2500 manatlıq xərcə ehtiyac olduğu görünür. Hər bir halda hansı hissələrin dəyişilməli olması, hansı təmir işlərinə ehtiyac olması kimi məsələlər onun tərəfindən yox, mütəxəssislər tərəfindən müəyyən edildiyindən və o, ancaq əmtəəşünas ekspert kimi qiymət müəyyən edə bildiyindən bu rəyi vermişdir. "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktı isə istənilən vəziyyətdə qeyri-realdır. Məsələn, aktda avtomobilə 3500 manatlıq rəngsaz işi lazım olduğu qeyd edilmişdir. Hansı ki, bu məbləğdə rəngsaz işi qiyməti ölkə ərazisində heç bir servisdə qoyulmur. Bu gün ölkədə istənilən avtomobil üçün ən bahalı servisdə görülə biləcək ən bahalı rəngsaz işinin maksimum qiyməti 1800 manat ola bilər. "xxxx" tərəfindən tərtib edilmiş aktdakı bütün digər məbləğlər də bunun kimi dəfələrlə şişirdilmiş və tamamilə qeyri-real məbləğlər olmuşdur. O da bu səbəbdən həmin akta istinad etməmişdir. İşin faktiki halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir. 27.Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh2 MMC-yə məxsus “Mercedes Benz GLS” markalı, 90- AA-575 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə yolun solunda dayanmış vəziyyətdə olan İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 28.Hadisədən sonra İddiaçı məxsus “BMW” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən, xx.xx.2021-ci il tarixdə isə “Deluxe Pro” tərəfindən qüsur aktı tərtib edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş aktda avtomobilin təmiri üçün dəyişilməli hissələrin qiyməti 1270 manat, təmir-bərpa işləri 1000 manat olmaqla, cəmi 2270 manat məbləğində, “Deluxe Pro” tərəfindən tərtib edilmiş aktda isə dəyişilməli hissələrin qiyməti 11995 manat, təmir-bərpa işləri 8000 manat olmaqla, cəmi 19995 manat məbləğində qiymətləndirilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı “Deluxe Pro” tərəfindən tərtib edilmiş aktda müəyyən edilmiş təmir xərcinin cavabdehlərdən tutulmasını xahiş edir. 29.“Deluxe Pro” və "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktları ilə müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli fərq olduğundan məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ilk rəydə 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin hadisə baş verən tarixə təxminən 2270 manat (dəyişilməli olan hissələrin qiyməti – 1270 manat, təmir-bərpa işlərinin qiyməti 1000 manat) olması müəyyən edilmişdir. Lakin bu rəyin məhkəmənin qərardadında bu barədə göstəriş olmasına baxmayaraq, avtomobilə baxış keçirilmədən və "xxxx" ASC tərəfindən verilmiş qüsur aktındakı qiymətlərin eynilə təkrarlanması yolu ilə verildiyini nəzərə alan məhkəmə əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Əlavə ekspertiza zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən avtomobilə tərəflərin iştirakı ilə servisdə baxış keçirilmiş, bu baxış əsasında tərtib edilmiş qüsur aktına əsasən 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2875 manat (dəyişilməli olan hissələrin qiyməti – 2025 manat, təmir-bərpa işlərininqiyməti 850 manat) təşkil etdiyi müəyyən edilmişdir. 30.Bundan sonra müvafiq rəyi vermiş ekspertə rəylə bağlı müəyyən suallar verilməsinin zəruri olduğunu bildirən iddiaçı tərəfin vəsatəti əsasında ekspertin məhkəmə iclasında dinlənilməsi təmin edilmiş, ekspert tərəfindən həm tərəflər, həm də məhkəmə tərəfindən verilmiş suallara cavab verilmişdir. Onun cavablarının ümumi məzmunu ondan ibarət olmuşdur ki, işmateriallarında “Deluxe Pro” və "xxxx" ASC tərəfindən eyni avtomobilin təmiri üçün lazım olan təmir xərci müəyyən edilsədə “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı məbləğlər həddindən artıq şişirdilmiş, ölkə ərazisində heç bir servis üçün xarakter ola bilməyəcək dərəcə də qeyri-real məbləğlər olduğundan, bunun əksinə, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı qiymətlər onun apardığı ekspert tədqiqatı nəticəsində müəyyən etdiyi qiymətlərə uyğun olduğundan o, ilk rəyini "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına uyğun vermişdir. Tərəfindən aparılmış əlavə ekspertiza tədqiqatı zamanı isə avtomobilə tərəflərin və özünün iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilmiş və yekun rəy verilmişdir. Əmtəəşünas ekspert kimi hesab etmişdir ki, həmin avtomobilin təmir xərci tərəfindən verilmiş rəydəki məbləğdən çox ola bilməz. 31.Məhkəmə iclasında iddiaçı tərəf avtomobilin təmiri üçün zəruri olan xərcin "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktına uyğun olduğunu, həm "xxxx" ASC, həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən müəyyən edilmiş qiymətlərin avtomobilə dəymiş real zərəri əks etdirmədiyini iddia etmiş, məhkəmədən “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 19995 manat məbləğində təmir xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı tərəf əlavə etmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 2270 manat məbləğində pul ona ödənilmişdir. Həmçinin, iddiaçının bildirdiyinə görə o, cavabdehlərə təklif etmişdir ki, avtomobilinə dəymiş zərərin əvəzi kimi cavabdehlər ona 10000 manat məbləğində avtomobil alıb versinlər, lakin qarşı tərəf buna razı olmamışdır. 32.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və digər Cavabdeh2 MMC isə iddianı qismən qəbul etmiş, ekspert tərəfindən verilmiş əlavə ekspertiza rəyi ilə müəyyən edilmiş ümumi təmir xərcindən (2875 manat) iddiaçıya ödənilmiş sığorta ödənişi (2270 manat) çıxıldıqdan sonra yerdə qalan məbləği (605 manat) ödəməyə etiraz etmədiklərini, qalan hissədə isə iddianı qəbul etmədiklərini bildirmişdir. 33.Məhkəmə tərəfindən İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmiş, və belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Tərəflər işin bu hallarını mübahisələndirməsələr də cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçı ya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı tam fərqli mövqedədirlər və aralarındakı əsas mübahisə də elə bununla bağlıdır. 34.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf avtomobilə dəymiş zərərin iş materiallarında olan “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 19995 manat məbləğində olduğunu iddia edərək həmin pulu cavabdehlərdən tələb etmişdir. Cavabdeh tərəf isə avtomobilə dəymiş zərərin əlavə ekspertiza rəyinə əsasən müəyyən edilmiş məbləği ilə (2875 manat) razı olduqlarını, bu məbləğdən iddiaçıya ödənilmiş 2270 manat məbləğində sığorta ödənişi çıxıldıqdan sonra qalıq 605 manat məbləğində pulu ödəməyə etiraz etmədiklərini, qalan hissədə isə iddianı qəbul etmədiklərini bildirmişlər. 35.Tərəflərin mövqelərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə cavabdeh tərəfin mövqeyini əsaslı hesab etmiş, bu cür nəticəyə gələrkən iş materiallarında olan ekspert rəylərini, məhkəmə iclasında verdiyi rəylə bağlı dinlənilmiş ekspertin qeyd etdiyi halları nəzərə almışdır. Hansı ki, həmin ekspert tərəfindən verilmiş birinci rəy avtomobilə baxış keçirilmədən və kifayət qədər araşdırma aparılmadan verildiyindən iddiaçı tərəfin vəsatəti ilə məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilmiş və bu dəfə tərəflərin, eləcə də ekspertin iştirakı ilə servisdə avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmiş, yekunda avtomobilin təmiri üçün cəmi 2875 manat məbləğində vəsaitin lazım olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında verdiyi rəylə bağlı suallara cavab verən ekspert əminliklə bildirmişdir ki, iddiaçıya məxsus avtomobilin təmiri üçün kifayət edəcək maksimal məbləğ tərəfindən verilmiş ikinci rəydə müəyyən etdiyi məbləğdir. Əlavə etmişdir ki, iş materiallarında olan eyni avtomobilin təmiri üçün “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş məbləğlər dəfələrlə şişirdilmiş qeyri-real məbləğlərdir və avtomobilə dəymiş real zərərin həmin akt əsasında müəyyən edilməsi istisna edilir. 36.Məhkəmə eksperti də dinləyərək belə nəticəyə gəlmişdir ki, aparılmış əlavə ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyi əsaslıdır və məhkəmənin rəydə qeyd edilən məbləğlərlə razılaşmaması üçün heç bir əsas yoxdur. Ardınca qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bunun məntiqi davamı olaraq, əgər iddiaçı tərəf bu rəydə qeyd edilən məbləğlərlə razılaşmırsa, bununla bağlı mövqelərini əsaslandırmalı, məhkəməyə mötəbər dəlillər təqdim etməlidir. 37.Məhkəmə iclasında izahat verən iddiaçının vəkili əlavə ekspertiza rəyini bir neçə əsasla mübahisələndirmişdir. Bunlardan ilki odur ki, müvafiq rəydə nəyə görə “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı qiymətlərə istinad edilmədiyi əsaslandırılmamışdır. Halbuki, ikinci rəydənə "xxxx" ASC, nədə “Deluxe Pro” tərəfindən verilmiş qüsur aktına istinad olunmamışdır. Məhkəmənin iş üzrə əlavə ekspertiza təyin edilməsi nəticəsinə gəlməsinə əsas olmuş hallardan biri də elə bu olmuş, məhkəmə ekspert tərəfindən yalnız iş materiallarında olan qüsur aktlarına istinad edərək rəy verilməsinin qarşısını almaq, avtomobilə baxış keçirərək rəy verilməsini təmin etmək məqsədilə əlavə ekspertiza təyin etmişdir. Bu baxımdan ekspertdən iş materiallarında olan qüsur aktlarından hər hansı birinə istinad etməsi gözlənilməməlidir. Bundan başqa, ekspert məhkəmə iclasında iddiaçının vəkilinin əlaqəli sualına cavab olaraq bildirmişdir ki, ilk rəyində “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktına yox, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına uyğun nəticəyə gəlməsinə səbəb “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı məbləğləri əmtəəşünas ekspert kimi qeyri-real, hədsiz şişirdilmiş məbləğlər hesab etməsi, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məbləğlərin isə onun keçirdiyi tədqiqatın nəticəsinə uyğun olması olmuşdur. Avtomobilə baxış keçirilərək verilmiş əlavə ekspert rəyindən isə belə görünür ki, ekspert bu mövqeyində qismən haqlıolmuşdur. Belə ki, əlavə ekspert rəyinin nəticəsi ilə ilk ekspert rəyi tam üst-üstə düşməsədə bu rəyin "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı yekun məbləğə “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı yekun məbləğlə müqayisədə daha yaxın olması mübahisəsizdir. 38.Bundan başqa, iddiaçının vəkili mübahisələndirmişdir ki, avtomobilə ekspert tərəfindən baxış keçirilməsi “Toyota Əhmədli” servisində baş tutsa da, müvafiq mütəxəssis rəyi "xxxx" MMC tərəfindən verilmiş, həmçinin rəydə bu MMC-nin VÖEN-i ilə bağlı məlumatlara yer verilmədiyindən bu MMC-nin həqiqətən mövcud olub-olmadığını belə müəyyən etmək mümkün olmamışdır. 39.Bununla bağlı məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçının vəkili özüdə mübahisələndirmədən qəbul edir ki, avtomobilə baxış özünün iştirakı ilə baş tutmuşdur. Bu vəziyyətdə avtomobilə onunməlumatıolmadanbaşqa bir servis mərkəzində baxılması, yaxud baxılmadan rəy verilmiş olması istisna edilir. Həmçinin, məhkəmə iclasında vəkilin əlaqəli sualına cavab verən ekspert avtomobil servis mərkəzləri üçün bu halın adi hal olduğunu, digər mərkəzlərdə də qüsur aktı tərtibedən MMC-nin adının mərkəzin adından fərqli olduğunu, lakin bunun formal olduğunu, müvafiq MMC-nin məhz servisə məxsus olduğunu bildirmişdir. Məhkəmə ekspertin bu məsələ ilə bağlı qeyd etdikləri ilə razılaşır. Çünki "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə haqqında rəydə MMC-nin ünvanı kimi qeyd edilmiş ünvan “Toyota Əhmədli” servisinin ünvanı ilə eynidir. Belə olan halda məhkəmə bu halın ekspert tərəfindən verilmiş rəyin əsaslılığına şübhə yaratmadığını hesab etmişdir. 40."xxxx" MMC-nin VÖEN məlumatlarının rəydə qeyd edilməməsi və bu səbəbdən həmin MMCnin həqiqətən mövcud olub-olmaması, dövlət qeydiyyatına alınıb-alınmaması kimi halları müəyyən etməyin qeyri-mümkün olması ilə bağlı vəkilin mövqeyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında "xxxx" MMC-nin hesab məlumatları mövcuddur və həmin məlumatlarda MMC-nin VÖEN-i (**********) də qeyd edilmişdir. Həmin VÖEN nömrəsinin həqiqətən MMC-yə məxsus olubolmamasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatlarının yoxlanılması pəncərəsindən yoxlanılması mümkündür (Məhkəmə tərəfindən yoxlanılmış, müvafiq VÖEN nömrəsinin həqiqətən"xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir). 41.Bunun əksinə, iddiaçı tərəfin etibarlı mənbə hesab etdiyi “Deluxe Pro”nun (təşkilati hüquqi forması məlum deyil) VÖEN-nin (**********) isə müvafiq saytdan yoxlanılması zamanı bu VÖEN-ə uyğun kommersiya qurumu ilə bağlı heç bir məlumat tapılmamışdır. Lakin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların yoxlanılması zamanı müvafiq VÖEN-in fərdi sahibkar X2 məxsus olduğu aşkar edilmişdir. İş materiallarından görünür ki, “Deluxe Pro” adından tərtib edilmiş qüsur aktını imzalayan fərdi sahibkar Turan İsmayılov olmuşdur. Belə görünür ki, qüsur aktını tərtib edəndə elə həmin fərdi sahibkar olmuşdur. Lakin aktın blankında nəyə görə "xxxx" yazıldığı, möhürdə nəyə görə “Deluxe Pro” qeyd edildiyi qeyri-müəyyəndir. Hər bir halda müvafiq icra hakimiyyəti orqanının rəsmi saytında nə “Deluxe Pro”, nədə “DeluxPro”ya aid məlumatlar aşkar olunmamışdır. Bu qeyd edilənlər müvafiq qüsur aktının etibarsız olması nəticəsinə gəlmək üçün kifayət etməsədə, məhkəmə iddiaçının vəkilinin "xxxx" MMC-nin dövlət qeydiyyatına alınıbalınmaması ilə bağlı məsələni mübahisələndirməsini nəzərə alaraq, qeyd edilənlərin fonunda "xxxx" MMC ilə müqayisədə “Deluxe Pro”nun dövlət qeydiyyatının mübahisələndirməyə daha açıq olduğunu vurğulamağı zəruri hesab etmişdir. 42.Beləliklə, bütün bu qeyd edilənlər əsasında məhkəmə iş üzrə verilmiş əlavə ekspert rəyinin əsaslı olduğunu hesab edərək, Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı məxsus avtomobilə ekspert rəyinə uyğun olaraq cəmi 2875 manat məbləğində zərər dəydiyi nəticəsinə gəlmişdir. 43.Lakin məhkəmə qeyd etmişdir ki, bu məbləğ bütövlükdə cavabdehlərdən iddiaçının xeyrinə tutula bilməz. Ona görə ki, məhkəmə iclasında iştirak edən iddiaçı da qəbul etmişdir ki, həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ona 2270 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarından da görünür ki, "xxxx" ASC avtomobilə dəymiş zərəri 2270 manat məbləğində qiymətləndirərək müvafiq qüsur aktı tərtib etmişdir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, eyni yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə sığortaçı tərəfindən ödənilmiş pul təkrar təqsirli şəxsdən tutulmamalı, dəymiş zərərin (2875 manat) yalnız sığorta ödənişi (2270 manat) ilə əhatə edilməmiş hissəsi olan 605 (2875- 2270) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. 44.Məhkəmə bu cür nəticəyə gələrkən həmdə o halı nəzərə almışdır ki, iddiaçıya sığorta ödənişi etmiş sığortaçı gələcəkdə ödədiyi sığorta ödənişinin hadisənin baş verməsində təqsiri müəyyən edilmiş şəxsdən subroqasiya qaydasında tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Əgər hazırkı qətnamə ilə dəymiş zərər bütövlükdə cavabdehlərdən tutularsa, bu o mənaya gəlir ki, cavabdehlər gələcəkdə iddiaçıya ödədikləri pulu təkrar sığortaçıya ödəməli olacaqlar. Odur ki, həm də bu səbəbdən məhkəmə avtomobilə dəymiş zərərə görə cavabdehlərdən yalnız 605 manat məbləğində pulun tutulmalı olduğu nəticəsinə gəlmişdir. 45.Bu hissədə məhkəmə iddianın dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmiş cavabdehlərdən 19995 manat məbləğində pul tutulmaqla “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması” ilə bağlı qeyd etmişdir ki, bu hissə hazırkı iş üzrə müstəqil tələb kimi qiymətləndirilə bilməz. Ona görə ki, tərəflər iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəymiş olması, bu ziyanın cavabdehlər tərəfindən qarşılanmalı olması və iddiaçının avtomobilinin təmir edilməli olması ilə bağlı onsuz da eyni mövqedədirlər. Onlar arasındakı əsas mübahisə avtomobilin təmiri üçün iddiaçıya ödənilməli olan pulun məbləği ilə bağlıdır. Belə olan halda məhkəmə “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması”nı bu iş üzrə hüquqi nəticə doğuran müstəqil tələb kimi qiymətləndirmir. Eyni səbəbdən Cavabdeh1 “avtomobili hadisədən əvvəlki vəziyyətinə qaytarmağı qəbul etməsi” barədə ərizəsi iddianın etirafı kimi qiymətləndirilməmişdir. 46.Dəymiş zərərin Cavabdeh1 başqa həm də "xxxx" MMC-dən tutulub-tutulmaması ilə bağlı məhkəmə ilk növbədə Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilənləri xatırlatmağı zəruri hesab etmişdir.Həmin qərarda qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. 47.İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ona məxsus olan ** AA *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLZ 450” markalı nəqliyyat vasitəsini AC 726828 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh1 Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qüvvədədir. Lakin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-nin Cavabdeh1 adlı işçisi olmamışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatında baş mütəxəssis (sürücü) vəzifəsində işləyir. 48.Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsi əsasında əmək münasibətləri olmadığı aşkardır. Bununla belə nəzərə alınmalıdır ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Hətta məhz bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında belə bir misal çəkilmişdir ki, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. 49.Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 və digər cavabdeh "xxxx" MMC arasında faktiki əmək münasibətləri olmuş, "xxxx" MMC-yə məxsus avtomobil məhz əmək funksiyalarının icrası üçün Cavabdeh1 etibar edilmiş, bununla bağlı cavabdehə müvafiq etibarnamə verilmişdir. Həmin etibarnamənin mövcudluğu və məzmunu cavabdeh "xxxx" MMC tərəfindən iddiaya verilmiş etirazda da təsdiqlənmiş, lakin Cavabdeh1 MMC-nin işçisi olmadığı, sadəcə olaraq rəhbərliklə tanış olduğuüçün MMC-yə məxsus nəqliyyat vasitəsilə bəzi sənədlərin daşınmasının ona həvalə edildiyi bildirilmişdir. Məhkəmə təkrar qeyd edir ki, tərəflər arasında əmək müqaviləsinə əsaslanan işə götürən-işçi münasibətlərinin olmaması onlar arasında faktiki əmək münasibətlərinin mövcudluğunu istisna etmir. Üstəlik, "xxxx" MMC iddiaya etirazda həmin avtomobilin Cavabdeh1 məhz əmək funksiyalarının yerinə yetirilməsi (sənədlərin daşınması) üçün verildiyini təsdiq etmişdir. Belə olan halda məhkəmə hesabetmişdir ki, tərəflər arasında faktiki əmək münasibətləri mövcud olduğundan Cavabdeh1 "xxxx" MMC-yə məxsus avtomobillə törətdiyi yolnəqliyyat hadisəsinə görə həmdə "xxxx"MMC birgə məsuliyyət daşıyır. Odur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə 605 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır. 50.İddia tələbinin 3000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında AzərbaycanRespublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. 51.“Kletsova Yusiyayaqarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyasıhesab etmişdir. 52.Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab etmişdir ki, iddiaçının avtomobilinə dəymiş zərərin sığortaçı tərəfindən qarşılanmamış hissəsinin cavabdehlərdən tutulmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odurki, iddia bu hissədə təmin edilməməlidir. 53.Son olaraq, iddiaçı cavabdehlərdən həmdə 900 manat məbləğində ziyana görə pul tutulmasını tələb etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmunundan görünür ki, iddiaçı cavabdehlərdən dəymiş ziyan kimi tələb etdiyi bu pulu taksi üçün çəkilən xərc adı ilə tələb etmişdir. Lakin iş materiallarında iddiaçının hansısa məbləğdə taksi xərci çəkməsini təsdiq edən heç bir sübut yoxdur. 54.Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). 55.Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübut etmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 56.Məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, 23895 manatlıq iddianın təmin edilmiş 605 manatlıq hissəsi ümumi iddianın 2.5 %-ni təşkil etdiyindən ümumi 361.6 (161.6+100+100) manat məbləğində məhkəmə xərcinin 2.5 %-i olan 9 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, cəmi 200 manat məbləğində ekspertiza xərci isə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. 57.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1108.2, 1108.3-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 61, 63.1, 63.2, 63.3, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 58.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 59.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert birinci ekspert rəyində "xxxx"avtoservisin qüsur aktında göstərilən qiymətlərə və nəticələrə istinad edilməməsinin səbəblərini izah etməmişdir. Yalnız məhkəmədə izahat verərkən "xxxx"tərəfindən tərtib edilmiş aktlarıdakı xərc məbləğlərini “açıq-qşkar absurd məbləğlərdir” adlandırmışdır. İlk növbədə qeyd olunmalıdır ki, ekspertin bu ifadəsi qeyri-peşəkar ifadədir. Bundan başqa ekspert öz “fikrini” aşağıdakılarla əsaslandırır: “iddiaçıya məxsus avtomobilin satış qiyməti 12-13000 manat məbləğindədir. Bu vəziyyətdə onun təmir xərcləri heç bir halda 20000 manata yaxın ola bilməz.” Halbuki, müəyyən müddət avtomobil sahibi olmuş hər bir şəxsə məlumdur ki, təmir köhnə buraxılışlı avtomaşınlarıda maşının dəyərinə nisbətən çox baha başa gəlir. Lakin ekspert bu fikiri təmamilə əks istiqamətdə, yəni təmirin qiymətinin maşının qymətinə bərabərliyi ilə izah etmək istəmişdir. Halbuki iş materiallarından və ekspertiza keçirilirərkən ekspertin özünə iddiaçı bildirmişdi ki, ona maşınını təmir edib qaytarılması lazımdır. Faktiki olaraq, ekspert avtomaşının təmir olunub iddiaçıya saz vəziyyətdə qaytarılması üçün kifayət edən məbləği müəyyən etməkdən yayınmışdır. Belə olduğu halda ekspertin nə birinci, nə də ikinci rəyinə ciddi yanaşılması mümkün deyil. Ardı ilə Məhkəmə qətnamədə ekspertin rəyinə münasibətdə yenidən məhkəmədə elan olunmamış sübut növünə istinad edərək, "xxxx" MMC-nin VÖEN məlumatlarının rəydə qeyd edilməməsi və bu səbəbdən həmin MMC-nin həqiqətən mövcud olub-olmaması, dövlət qeydiyyatına alınıbalınmaması kimi halları müəyyən etməyin qeyri-mümkün olması ilə bağlı vəkilin mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında "xxxx" MMC-nin hesab məlumatları mövcuddur və həmin məlumatlarda MMC-nin VÖEN-i (**********) də qeyd edilmişdir. Həmin VÖEN nömrəsinin həqiqətən MMC-yə məxsus olub-olmamasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatlarının yoxlanılması pəncərəsindən yoxlanılmasının mümkün olduğunu qeyd etmiş, məhkəmə iclasında elan etməmişdir. Halbuki, ekspert rəyində "xxxx" MMC-nin VÖEN-in olamamsını iddiaçı tərəf “Toyota Əhmədli” avtoservisində servisin işçiləri kimi təqdim olumuş şəxslərin ekspertin yanında onlara iddiaçı tərəfindən bildiriləndə ki, “nə qiymət qoymağınızdan aslı olmayaraq, sizin servisdə həmin qiymətə təmir etdirəcəyik” sözlərinə dərhal “yox biz bu maşnın təmirə qəbul etməyəcəyik,çünki öz müştərilərilərimizi seçirik” cavabının məhkəmə çatdırılması və ikinci ekspert rəyinə dəşübhəilə yanaşılamsına ehtyac olması ilə əlaqədardır. Məhkəmə iddia tələbi çərçivəsini bir tərəfli azaldaraq ekspert rəylərinin arxasında gizlənməyə üstünlük vermişdir. Nəticə iddiaçının qanunla qorunan hüquqlarının və məhkəmə sisteminin təməlini təşkil edən ədalətlilik prinsipinin pozulması ilə nəticələnmişdir. Belə nəticəyə gəlmək olar ki, cavabdehlər tərəfindən verilmiş etiraz (hakimə etiraz) öz məqsədinə çatmış, hakim faktiki olaraq cavabdehlərin nüfuzundan, hədələrindən çəkinmişdir. Daha sonra Qətnamənin 46-cı bəndində göstərilmişdir ki, “Bunun əksinə, iddiaçı tərəfin etibarlı mənbə hesab etdiyi “Deluxe Pro”nun (təşkilati hüquqi forması məlum deyil) VÖEN-nin (**********) isə müvafiq saytdan yoxlanılması zamanı bu VÖEN-ə uyğun kommersiya qurumu ilə bağlı heç bir məlumat tapılmamışdır. Lakin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların yoxlanılması zamanı müvafiq VÖEN-in fərdi sahibkar X2 məxsus olduğu aşkar edilmişdir. İş materiallarından görünür ki, “Deluxe Pro” adından tərtib edilmiş qüsur aktını imzalan fərdi sahibkar Turan İsmayılov olmuşdur. Belə görünür ki, qüsur aktını tərtib edən də elə həmin fərdi sahibkar olmuşdur. Lakin aktın blankında nəyə görə "xxxx" yazıldığı,möhürdə nəyə görə “Deluxe Pro” qeyd edildiyi qeyri müəyyəndir. Hər bir halda icra hakimiyyəti orqanının rəsmi saytında nə “Deluxe Pro”, nə də "xxxx"ya aid məlumatlar aşkar olunmamışdır. Bu qeyd edilənlər müvafiq qüsur aktının etibarsız olması nəticəsinə gəlmək üçün kifayət etməsə də məhkəmə iddiaçının vəkilinin "xxxx" MMC-nin dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı məsələni mübahisələndirməsini nəzərə alaraq, qeyd edilənlərin fonunda "xxxx" MMC ilə müqayisədə “Deluxe Pro”nun dövlət qeydiyyatının mübahisələndirməyə daha açıq olduğunu vurğulamağı zəruri hesab edir.” Bu hissədə Məhkəmə açıq-aşkar iş materiallarında olan sübutu (“Deluxe Pro”nun qüsur aktı) təhrif etmişdir. Belə ki, qüsur aktı sənədində ünvan Gülarə Qərbəyova küçəsi, 63 və fərdi sahibkar İsmayılov Turan olması, VÖEN aydın şəkildə göstərilmişdir. Fərdi sahibkarın İsmayılov Turan olmasını vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlar bazasından axtarmağa heç bir ehtiyac olmamışdır. Sənəddə açıq-aşkar göstərilmişdir. “Deluxe Pro” adı isə fərdi sahibkarın götürdüyü ticari addır. Belə bir ticari addan istifadə edilə bilinməməsi barədə qanunvericilikdə heç bir qadağa yoxdur. Qeyd olunmalıdır ki, Məhkəmənin cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması tələbinin müstəqil tələb kimi qiymətləndirməməsi əsassız və qanunsuzdur. Belə ki, tələb iddia ərizəsində dəqiq göstərilmişdir. Bundan başqa, Məhkəməyə bəlli idi ki, məhkəmə gedişində cavabdehlərin mövqeləri dəyişmişdir. O cümlədən, Cavabdeh1 tərəfindən ehtiyat hissələləri və xidmət haqqını birbaşa avtoservis müəssisəsinə ödəməklə avtomaşını iddiaçıya təmir edib təhvil verməyə razı olmasını bildirmişdir. Qeyd olunmalıdır ki, cavabdehin bu razılığı iddiaçının əsassız varlanması ehtimalı ilə bağlı olmuşdur ki, cavabdeh təmir pulunu alıb maşını təmir etdirib yerdə qalma ehtimalı olan pul vəsaitini digər ehtiyaclarına sərf edə bilər. İddiaçı tərəfdən bu ehtimalları aradan qaldırmaq üçün iki təkif irəli sürülmüşdür. 1-ci təklif: avtomaşını tam olaraq olduğu qəzalı qəziyyətdə cavabdehlərə təhvil vermək və əvəzində cavabdehlər eyni maşını bazardan alıb iddiaçıya təhvil verirlər, 2-ci təklif: cavabdeh öz hesabına maşını təmir etdirib iddiaçıya təhvil verir. Cavabdehlər 1-ci təklifi qəbul etməmiş, 2-ci təklifi isə müzakirə edib məhkəmə sonuna yaxın vaxtda razılıq vermişdilər. Cavabdeh1 tərəfindən Məhkəməyə verilən ərizə məhz bu razılaşmanın nəticəsidir. Belə olan halda, cavabdehin ikinci ərizəsinin məhkəmədə elan olunmaması kənar müdaxilələrəin olunması ehtimalından xəbər verir və məhkəmənin qərəzsizliyinə əsaslı şübhə yaradır. Əlavə olaraq Cavabdeh1 “avtomobili hadisədən əvvəlki vəziyyətinə qaytarmağı qəbul etməsi” barədə ərizəsini Məhkəmənin iddianın etirafı kimi qiymətləndirilməməsi bu şübhələri daha da gücləndirir. Nəzərə alınmalıdır ki, iddiaçını sadəcə avtomaşının cavabdehlər tərəfindən təmir olaraq ona təhvil verilməsinin qət olunması da qane edir. Və indiki qətnamə ilə avtomaşının həmin məbləğə (sığorta məbləği + qət etdi hissəsindəki məbləğ) təmir edilib istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkün deyil. Və bu səbəblərdən hazırkı apellyasiya şikayəti verilir. Nəticə etibarı ilə Məhkəmə tərəfindən iddia ərizəsinə iddia tələbləri hədlərində deyil, iddia tələbinə “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması” tələbi nəzərə alınmadan baxılaraq qətnamə çıxarılmışdır. Bunlardan başqa, qətnamədə göstərilmişdir ki, “iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2021-ciil tarixli, 116623 nömrəli ...zərərin yekun məbləği 2270 manat təşkil edir və bu məbləğ iddiaçıya ödənilmişdir.” Qətnamə ilə belə təəssürat formalaşdırılır ki, iddiaçı tərəfindən sığorta təşkilatının müəyyən etdiyi (iddiaçı razı olmayan) 2270 manat sığorta məbləği 13 aprel 2021-ci il tarixində alınmışdır. Halbuki, həmin ödəniş məhkəmə başlayandan xeyli sonra 2022-ci ilin oktyabr ayında cavabdehin dəymiş ziyanı ödəmək istəməməsi və məhkəmənin də xeyli uzanması səbəbindən iddiaçının ağır maddi vəziyyətə düşməsi olmuşdur. Bu hal cavabdehin qərəzli olması və məhkəmənin də cavabdehin mövqeyini müdafiə halına keçməsi ilə bağlı olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 60.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 61.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 62.Maddələr 21.1, 21.2, 21.3.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 63.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 64.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 65.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 66.Maddə 1099.1.Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 67.Maddə 1099.2.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 68.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 69.Maddə 1108.2.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 70.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 71.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 72.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 73.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 74.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 75.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 76.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 77.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, qətnaməni yalnız iddianın avtomobilə dəymiş ziyan-19995 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq, cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulmasının qismən təmin edilən hissəsində mübahisələndirmiş, cavabdehlər isə qətnamədən apellyasiya şikayəti verməmişlər. Buna görə də hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın avtomobilə dəymiş ziyan-19995 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq, cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulmasının qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 78.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(010)-288/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 79.Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı apellyasiya şikayətinin dəlili olaraq bildirir ki, iddiaçı dəymiş zərərin əvəzi kimi 19995 manat tələb etdiyi halda, məhkəmə iddianı qismən təmin edərək cavabdehlərdən 605 manat tutulması qənaətinə gəlmişdir. Həmçinin cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması tələbi nəzərə alınmadan baxılaraq qətnamə qəbul olunmuşdur. Məhz bu səbəbdən iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. 80.Kollegiya aşağıda qeyd olunanlara əsasən iddiaçının dəlillərini əsassız hesab edərək, mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 81.Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin həcmini müəyyənyəşdirmək üçün ekspert rəyləri alınmışdır. 82.Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1223 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2270 manat müəyyən edilmişdir. 83.Məhkəmə ekspert tərəfindən verilmiş birinci rəy avtomobilə baxış keçirilmədən və kifayət qədər araşdırma aparılmadan verildiyindən, iddiaçı tərəfin vəsatəti ilə əlavə ekspertiza təyin edilmiş və bu dəfə tərəflərin, eləcə də ekspertin iştirakı ilə servisdə avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmişdir. 84.Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00203 nömrəli qiymətləndirmə haqqında rəydən görünür ki, “BMW 540” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə material və ehtiyat hissələri üçün 2025 manat məbləğində, görüləcək işlər üçün 850 manat olmaqla, cəmi 2875 manat zərər dəymişdir. 85.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4277 nömrəli əlavə ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, “BMW 540” markalı, 90- LG-464 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2875 manat müəyyən edilmişdir. 86.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş əlavə məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 87.Kollegiya məhkəmənin Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı məxsus avtomobilə ekspert rəyinə uyğun olaraq cəmi 2875 manat məbləğində zərər dəydiyi barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi, heç bir əsaslandırma aparılmadan, sadəcə avtomobilin müxtəlif hissələrinin adlarının və onların qarşısında da müxtəlif qiymətlərin yazıldığı, “Deluxe Pro” tərəfindən verilmiş mütəxəssis rəyi ilə müqayisədə, yuxarıda qeyd olunan və kifayət qədər əsaslandırılmış, tərəflərin və ekspertin iştirakı ilə avtomobilə baxış keçirməklə tərtib olunmuş "xxxx" MMC müstəqil qiymətləndirmə rəyinə əsaslanaraq verilmiş ekspert rəyi əsasında məhkəmənin gəldiyi nəticə daha obyektiv və qanuni olmuşdur. 88.Məhkəmə iclasında verdiyi rəylə bağlı suallara cavab verən ekspert əminliklə bildirmişdir ki, iddiaçıya məxsus avtomobilin təmiri üçün kifayət edəcək maksimal məbləğ tərəfindən verilmiş ikinci rəydə müəyyən etdiyi məbləğdir. Əlavə etmişdir ki, iş materiallarında olan eyni avtomobilin təmiri üçün “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktında müəyyən edilmiş məbləğlər dəfələrlə şişirdilmiş qeyri-real məbləğlərdir və avtomobilə dəymiş real zərərin həmin akt əsasında müəyyən edilməsi istisna edilir. 89.Digər tərəfdən əlavə ekspert rəyinin nəticəsi ilə ilk ekspert rəyi tam üst-üstə düşməsə də, bu rəyin "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı yekun məbləğə “Deluxe Pro” tərəfindən tərtib edilmiş qüsur aktındakı yekun məbləğlə müqayisədə daha yaxın olması mübahisəsizdir. 90.İddiaçı tərəf qeyd edir ki, avtomobilə ekspert tərəfindən baxış keçirilməsi “Toyota Əhmədli” servisində baş tutsa da, müvafiq mütəxəssis rəyi "xxxx" MMC tərəfindən verilmiş, həmçinin rəydə bu MMC-nin VÖEN-i ilə bağlı məlumatlara yer verilmədiyindən bu MMC-nin həqiqətən mövcud olub-olmadığını belə müəyyən etmək mümkün olmamışdır. 91.Kollegiya qeyd edir ki, iddiaçının vəkili özü də mübahisələndirmədən qəbul etmişdir ki, avtomobilə baxış özünün iştirakı ilə baş tutmuşdur. Bu vəziyyətdə avtomobilə onun məlumatı olmadan başqa bir servis mərkəzində baxılması, yaxud baxılmadan rəy verilmiş olması istisna edilir. Həmçinin, məhkəmə iclasında vəkilin əlaqəli sualına cavab verən ekspert avtomobil servis mərkəzləri üçün bu halın adi hal olduğunu, digər mərkəzlərdə də qüsur aktı tərtib edən MMC-nin adının mərkəzin adından fərqli olduğunu, lakin bunun formal olduğunu, müvafiq MMC-nin məhz servisə məxsus olduğunu bildirmişdir. Məhkəmə ekspertin bu məsələ ilə bağlı qeyd etdikləri ilə razılaşmışdır. Çünki "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə haqqında rəydə MMC-nin ünvanı kimi qeyd edilmiş ünvan “Toyota Əhmədli” servisinin ünvanı ilə eynidir. Belə olan halda məhkəmə bu halın ekspert tərəfindən verilmiş rəyin əsaslılığına şübhə yaratmadığı qənaətinə gəlmişdir. 92."xxxx" MMC-nin VÖEN məlumatlarının rəydə qeyd edilməməsi və bu səbəbdən həmin MMCnin həqiqətən mövcud olub-olmaması, dövlət qeydiyyatına alınıb-alınmaması kimi halları müəyyən etməyin qeyri-mümkün olması ilə bağlı vəkilin mövqeyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında "xxxx" MMC-nin hesab məlumatları mövcuddur və həmin məlumatlarda MMC-nin VÖEN-İ (**********) də qeyd edilmişdir. Həmin VÖEN nömrəsinin həqiqətən MMC-yə məxsus olubolmamasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytından kommersiya qurumlarının dövlət reyestri məlumatlarının yoxlanılması pəncərəsindən yoxlanılması mümkündür (Məhkəmə tərəfindən yoxlanılmış, müvafiq VÖEN nömrəsinin həqiqətən "xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir). 93.Məhkəmə kollegiyası həmçinin, dəymiş zərərin əvəzinin "xxxx" ASC tərəfindən 2270 manat həcmində sığorta ödənişi formasında ödənildiyindən dəymiş zərərin (2875 manat) yalnız sığorta ödənişi (2270 manat) ilə əhatə edilməmiş hissəsi olan 605 (2875- 2270) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmalı olması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. 94.Belə ki, iddiaçıya sığorta ödənişi etmiş sığortaçı gələcəkdə ödədiyi sığorta ödənişinin hadisənin baş verməsində təqsiri müəyyən edilmiş şəxsdən subroqasiya qaydasında tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Əgər hazırkı qətnamə ilə dəymiş zərər bütövlükdə cavabdehlərdən tutularsa, bu o mənaya gəlir ki, cavabdehlər gələcəkdə iddiaçıya ödədikləri pulu təkrar sığortaçıya ödəməli olacaqlar. Odur ki, həm də bu səbəbdən məhkəmə avtomobilə dəymiş zərərə görə cavabdehlərdən yalnız 605 manat məbləğində pulun tutulmalı olması ilə bağlı düzgün nəticəsinə gəlmişdir. 95.Məhkəmə iddianın dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmiş cavabdehlərdən 19995 manat məbləğində pul tutulmaqla, “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması” ilə bağlı qeyd etmişdir ki, bu hissə hazırkı iş üzrə müstəqil tələb kimi qiymətləndirilə bilməz. Ona görə ki, tərəflər iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəymiş olması, bu ziyanın cavabdehlər tərəfindən qarşılanmalı olması və iddiaçının avtomobilinin təmir edilməli olması ilə bağlı onsuz da eyni mövqedədirlər. Onlar arasındakı əsas mübahisə avtomobilin təmiri üçün iddiaçıya ödənilməli olan pulun məbləği ilə bağlıdır. Belə olan halda məhkəmə “cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulması”nı bu iş üzrə hüquqi nəticə doğuran müstəqil tələb kimi qiymətləndirmir. Eyni səbəbdən Cavabdeh1 “avtomobili hadisədən əvvəlki vəziyyətinə qaytarmağı qəbul etməsi” barədə ərizəsi iddianın etirafı kimi qiymətləndirilməmişdir. 96.Digər tərəfdən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasn zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçının dəqiqləşdirmə barədə ərizəsindən görünür ki, iddiaçı “yol nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan-19995 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq, cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi və zərərin əvəzini naturada ödəmək, yəni cavabdehlərin üzərinə həmin avtomobili təmir etmək vəzifəsi qoyulmasını tələb etmişdir. Hansı ki, iddiaçı ancaq bunlardan birini tələb edə bilərdi. İşin araşdırılmış hallarına əsasən iddiaçının dəymiş zərərin məbləğini mübahisələndirməsi (19995 manat məbləğində pulun tələb edilməsi), iddiaçıya "xxxx" ASC tərəfindən 2270 manat həcmində sığorta ödənişinin ödənilməsi onu deməyə əsas verir ki, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbə qiymət verilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 97.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 98.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 99.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 100.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 101.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(010)-288/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. . Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2057/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2057/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver