Məhkəmə qərarları › İş №2(103)-2058/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2058/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2058/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı vəkili X2 iştırakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2664/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “vergi orqanlarında hüquqi şəxsin qeydiyyatının dəyişdirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı “Murphy Shipping and Commercial LTD” şirkətinin qanuni təmsilçinin qeydiyyata alınmasına dair “Murphy Shipping and Commercial LTD” şirkətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yanında Milli X1 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə mürcaiət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2664/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2664/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili C.Ağayeva şikayəti müdafiə edərək qeyd etdi ki, İddiaçı cavabdehin yeni rəhbəri (direktoru) təyin olunan X3 şifahi formada müraciət edərək lazımi sənədlərin müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasını xahiş etmiş, lakin o, müəssisənin ləğvetmə prosesində olduğu üçün bunun hazırkı dövr üçün mümkün olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün mülki iş materialları Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbinin predmeti qismində çıxış edən hüquq münasibətləri üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi çıxış etdiyindən, bununla bağlı ilk növbədə həmin orqana müraciət etməli və ya bundan imtina olunduqda həmin inzibati orqanının hərəkət və ya hərəkətsizliyindən aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğunu göstərmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, rayon məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədləri yuxarıda göstərilən əsasla geri qaytarması əsassız olmuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9 və 9-1-ci maddələrinin sistematik təhlilindən aydın olur ki, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınması üçün hüquqi şəxsin işəgötürəni (təsisçilər, qanuni təmsilçilər) müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Belə olan halda müəyyən olunur ki, hazırkı mübahisədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyi iddiaçının yox, cavabdehin yeni direktoru və ya digər qanuni təmsilçilərinin üzərinə düşür. Sözügedən iddia tələbinin predmeti isə iddiaçı ilə cavabdeh – hüquqi şəxsin təsisçiləri arasında əmələ gələn əmək münasibətləri olduğundan, İddiaçı ilkin növbədə cavabdehin səlahiyyətli nümayəndəsi ilə mübahisəni pretenziya qaydasında həll etmək öhdəliyi daşıyır, daha sonra ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Əlavə olaraq, iddiaçının vəkili C.Ağayeva izahatında İddiaçı ilə cavabdehin səlahiyyətli nümayəndəsi arasında sözügedən mübahisə ilə bağlı müəyyən danışıqların olduğunu, lakin bunun heç bir nəticə vermədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən, rayon məhkəməsi hazırkı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmalı idi. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərin iştirakı olamadan baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması və tərəflərin iştirakını təmin etməklə işin hallarının hərtərəfli araşdırılması üçün mülki iş materialları Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2664/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə baxılması üçün mülki iş materialları Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar