Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2071/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 2599/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “vəzifəli şəxsin hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-2599/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “vəzifəli şəxsin hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İş üzrə İddiaçı Məhkəmənin həmin qərardadından şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2599/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli yekun məhkəmə aktının ləğv edilməsini, işə yenidən baxılmasını, bu Apellyasiya şikayəti ilə xx.xx.2020-ci il tarixli iddia ərizəsi - “Azərbaycan Respublikası Prokurorluğu orqanının və işçilərinin qanuna zidd prosessual hərəkətləri nəticəsində (korrupsiya əməlləri ilə, hərəkətləri/hərəkətsizliyi ilə) şikayətçinin hüquqların pozulduğu üçün Azərbaycan Respublikası CPM-in X-cu fəslinə, 449- 450-cu maddələrinə (məhkəmənin nəzarət funksiyası qaydalarına) müvafiq olaraq verilmiş şikayət” kimi qəbul olunmasını, verildiyi tarixdən icraata qəbul edilməsini, xx.xx.2020-ci il tarixli iddia ərizəsinin təmin olunması məqsədi ilə şikayətçi tərəfindən bu apellyasiya şikayəti ilə xx.xx.2020-ci il tarixli iddia ərizəsinin xahiş hissəsinin tələblərində şikayət ərizəsinin 1-ci tələbinin (və ya xx.xx.2020-ci il tarixli iddia ərizəsinin xahiş hissəsinin 2-6-ci bəndlərinin yerinə bu “şikayətin” 1-ci tələbi kimi) - “Məhkəmə nəzarəti qaydasında CPM-in 449-cu maddəsinə əsasən AR Prokurorluğuna qarşı cinayət təqibi üzrə “xüsusi qərardad” çıxarılsın” kimi, şikayət ərizəsinin 2-ci tələbi (və ya xx.xx.2020-ci il tarixli iddia ərizəsinin xahiş hissəsinin 7-12-ci bəndlərinin yerinə şikayət ərizəsinin 2-ci tələbi kimi) aşağıdak istintaq hərəkətlərinin məcburi aparılması hüququna əsasən “Dent Art” klinikasına qarşı mülki tələblərlə iddia qaldırılmasına imkan verilməsini, şikayətçiyə verilməyən və ondan gizlədilən, məhkəmələrdə öz hüquqularını bərpa etmək üçün zəruri olan faktların təsdiq edilməsi, şikayətçiyə verilməsi məqsədilə istintaq hərəkətlərinin məcburi aparılması hüququna əsasən, CPM-in 177.3 maddəsinə uyğun olaraq AR Prokurorluğu qarşısında CPM-in 442-454-cü maddələrinə müvafiq olaraq “Dent Art” klinikasına qarşı cinayət təqibi üzrə icraata başlanması barədə “xüsusi qərardad” çıxarılsın” kimi, şikayət ərizəsinin 3-cü tələbi (və ya xx.xx.2020-ci il tarixli iddia ərizəsinin xahiş hissəsinin 13-cü bəndinin yerinə şikayət ərizəsinin 3-cü tələbi kimi) - “AR Prokurorluğunun işçilərinin “Dent ART” klinikasının rəhbərləri ilə korrupsiya əlaqələrinin mövcudluğunun Prokurorluq tərəfindən araşdırılmadığı, araşdırmasından imtina edildiyi üçün, AR Prokurorluğunun bu hərəkətləri (hərəkətsizliyin) hüquqlarının bərpa edilməsinə manelər yaratdığı üçün CPM-in 176-cı maddəsinə əsasən AR Prokurorluğu qarşısında Prosessual hərəkətlərin aparılması üçün tətbiq olunan məcburiyyət tədbirləri çərçivəsində digər məcburiyyət tədbirləri kimi, prosessual hərəkətlərin aparılması üçün bu işlə əlaqəli olan səlahiyyətli şəxslər barəsində istintaq əməliyyatının aparılması barədə “xüsusi qərardad” çıxarılsın” kimi, şikayət ərizəsinin 4-cü tələbi (və ya xx.xx.2020-ci il tarixli iddia ərizəsinin xahiş hissəsinin 1-ci bəndinin yerinə şikayət ərizəsinin 4-cü tələbi kimi) - “Dent ART” Klinikasının rəhbərliyinin cinayət əməllərinin (dələduzluq, şantaj, rüşvətlə ələ alma, korrupsiya əlaqələri ilə şikayətlərin icrasına təsir etmə hallan) araşdırılmaması və məhkəməyə müraciət etmək imkanlarının məhdudlaşdırılmasına səbəb olan hərəkətlər nəticəsində şikayətçiyə dəymiş maddi ziyanın, sağlamlığına vurulan zərərin aradan qaldırılması xərclərinin, mənəvi zərərin seçilmiş cavabdehdən (məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmiş şəxsdən/şəxslərdən, həqiqi cavabdehlərdən) tutularaq zərərçəkənə ödənilməsi barədə tələbin ayrıca ərizə, tələb, xahiş və ya vəsatət şəklində icraatının müvafiq mərhələsində məhkəməyə təqdim edilməsi, eyni icraat çərçivəsində baxılması qanuna və prosedur qaydalara uyğun hesab olunması, iddia ərizəsinin xahiş hissəsində halların izahı cəhətdən məzmununa, iddianın əsaslarına xələl gətirməyən və iddianın ümumi tələblərinin başa düşülməsinə maneçilik törətməyən ifadə səhvi yer almışdır (iddia ərizəsinin xahiş hissəsinin 3-cü bəndində xüsusi ittiham qaydasında ifadəsi əvəzinə səhv olaraq “xüsusi icraat qaydasında” ifadəsi işlənmişdir). bununla, bu səhv texniki səhv hesab olunması, sağlamlıq durumunun getdikcə pisləşdiyini, AR Ali Məhkəməsinin “Tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi ilə bağlı” xx.xx.2020-ci il tarixli tövsiyyələrini nəzərə alaraq, bu işdə təqsirləndirilən şəxslərin sayının 2 nəfərdən (2 tərəf, cavabdeh-AR Prokurorluğu və mülki şəxs) artıq olmadığını, özündə xüsusi ittiham qaydasında şikayət üzrə materialları birləşdirdiyini, şikayətçinin (onun) məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsinə bütün imkanlarının və texniki hazırlığının olduğunu, görüləsi tədbirlərin təxirəsalınmazlığını nəzərə alaraq bu apellyasiya şikayəti təcili baxılmalı iş kimi qəbul edilməsi, iddianın icrasının tezləşdirilməsini və dayandırılmamasını xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-2599/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 1-ci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsassən, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və məlumatlarda göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir. ... Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Qeyd edilənləri nəzərə alaraq 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəyə məhkəmə qaydasında – mülki mühakimə (iddia) icraatı qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində 13 bənddən ibarət tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, İddiaçı və Azərbaycan Respublikası Baş Prokurorluğu cavabdehdir, məhkəməyə müraciət isə “iddia ərizəsi” formasındadır. Apelyasiya baxışı zamanı iddiaçı iddia ərizəsi formasında məhkəməyə müraciət etsə də, əslində Azərbaycan Respublikası Baş Prokurorluğundan şikayətlə məhkəməyə müraciət etdiyini və sonradan Məhkəmənin həmin qərardadından şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2599/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli yekun məhkəmə aktının ləğv edilməsini, işə yenidən baxılmasını, bu Apellyasiya şikayəti ilə xx.xx.2020-ci il tarixli iddia ərizəsi - “Azərbaycan Respublikası Prokurorluğu orqanının və işçilərinin qanuna zidd prosessual hərəkətləri nəticəsində (korrupsiya əməlləri ilə, hərəkətləri/hərəkətsizliyi ilə) şikayətçinin hüquqların pozulduğu üçün Azərbaycan Respublikası CPM-in X-cu fəslinə, 449- 450-cu maddələrinə (məhkəmənin nəzarət funksiyası qaydalarına) müvafiq olaraq verilmiş şikayət” kimi qəbul olunmasını, verildiyi tarixdən icraata qəbul edilməsini xahiş etdiyini bildirsə də, iş materiallarından həmçinin görünür ki, (iş materialları səhifə 22) iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu da ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). Beləliklə, Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-in 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ərizəsində göstərdiyi hallarla bağlı müvafiq səlahiyyətli dövlət orqanına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2599/2020 saylı iş üzrə xx xxxxxx 2020-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2071/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2071/2021
28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver