Məhkəmə qərarları › İş №2(103)-2074/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2074/2022

01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2074/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” barədə iddia ərizəsi üzrə ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2431/2021 saylı 10.12.2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyi icra edilməsi” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(001)- 1233/2022 saylı qərardadı ilə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer Kürdəmir rayonu, Dəyirmanlı kəndidir. Kollegiya hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən, düzgün olaraq iddianı cavabdehin rəsmi qeydiyyat ünvanının qeydə alındığı yerə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənatə gəlir ki, hazırki iş üzrə iddia ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar