Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2086/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X1, Cavabdeh5 MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC, Bakı şəhər 17 saylı notariat ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası İxtisaslaşmış Əmtəə Birjası Cavabdeh5 MMC və Cavabdeh4 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4898/2023 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022- ci il tarixdə verilmiş İcra Qeydinin ləğv olunması, "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, haqqında danışılan fərdi yaşayış evinə "xxxx" BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması və yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manatın (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcmini artıraraq onun tərəfindən cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və "xxxx" BOKT MMC-yə qarşı icra qeydinin ləğv edilməsi və digər tələblərə dair e-2(008)-4898/2023 nömrəli mülki iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsinin və Azərbaycan Respublikası İxitisaslaşmış Əmtəə Birjası Cavabdeh5 MMC-nin iş üzrə cavabdeh qismində işə cəlb olunması, Azərbaycan Respublikası İxitisaslaşmış Əmtəə Birjası Cavabdeh5 MMC tələfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "xxxx" BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023- cü il tarixli, 103/23 nömrəli, “X9, barədə Protokol”un (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X10 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilməsi və iddia ərizəsində qeyd olunan digər iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4898/2023 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixdə verilmiş İcra Qeydinin ləğv olunması, Cavabdeh4 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, R01/84/22 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İxitisaslaşmış Əmtəə Birjası Cavabdeh5 MMC tərəfindən tərtib edilmiş və Hərrac Mərkəzi, Sabunçu rayon İcra Şöbəsi və "xxxx" BOKT MMC tərəfindən imzalanmış, xx.xx.2023-cü il tarixli, 103/23 nömrəli, “X9 barədə Protokol”un (İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X10 yerləşən 110 nömrəli fərdi yaşayış evi barədə) etibarsız hesab edilməsi, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 yerləşən 110 nömrəli fərdi yaşayış evinə cavabdeh "xxxx" BOKT MMC-nin mükiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması, "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə İddiaçı mülkiyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə "xxxx" BOKT MMC-nin mülkiyyət hüquqlarının ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 yerləşən, 110 nömrəli fərdi yaşayış evinə dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 112 (bir yüz on iki) manat (11 manat müvəqqəti təminat tədbiri üçün, 101 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehlər "xxxx" BOKT MMC, Bakı şəhəri 17 saylı notariat ofisi (xüsusi notarius X4), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon İcra Şöbəsi, Azərbaycan Respublikası İxitisaslaşmış Əmtəə Birjası Cavabdeh5 MMC və Cavabdeh4 MMC-dən birgə qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh5 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2086/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh "xxxx" BOKT MMC tərəfindən elektron qaydada ərizə daxil olaraq göstərilmişdir ki, hazırda mübahisələndirilən qətnamədən narazı olduqları üçün apellyasiya şikayəti vermişlər. Bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə iclasında digər Cavabdeh5 MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, digər cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, digər cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya icraatı zamanı eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin 15 noyabr 2024-cü il qətnaməsindən iş üzrə cavabdeh "xxxx" BOKT MMC tərəfindən şikayət verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası cavabdeh "xxxx" BOKT MMC tərəfindən elektron qaydada təqdim edilən apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2086/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4898/2023 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 MMC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2086/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" BOKT MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4898/2023 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 MMC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2086/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2086/2024
17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver