Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2104/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "qanunsuz sahiblikdə olan avtomobilin geri qaytarılması" ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı "pul tələbi”nə dair .qarşılıqlı tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-873/2021 saylı mülki iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 qanunsuz sahibliyində olan Ford Escape minik **-RR-***, Ford Transit yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı «Ford Transit» yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri alınmasına görə Cavabdeh1 xeyrinə 22000 manat, 90-RR- 457 nömrəli Ford eseape minik avtomobilinin geri alınmasına görə Cavabdeh2 xeyrinə isə 30000 manat pulun və ödənilmiş 30 manat dövlət tutulması, avtomobillərin qaytarılmasının pulun ödənilməsi ilə eyni vaxtda həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-873/2021 saylı işi üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə, ilk iddianın qismən təmin edilməsi, "Ford Escape” minik **- RR-*** və "Ford Transit” yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilləri (müvafiq olaraq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə (Cavabdeh3 və X7 münasibətdə) təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 xeyrinə 11000 manat, Cavabdeh2 xeyrinə 15000 manat pul tutularaq ödənilməsi, avtomobillərin qaytarılmasının pulların ödənilməsi ilə eyni vaxtda icra edilməsi,qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi ilkin iddia üzrə İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilsin, dövlət rüsumunun 10 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi,qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, işin hallarını araşdıraraq etibarnamənin etibarsız olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Xəttşünaslıq Ekspertizası təyin eedilməsini,Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-873/2021 nömrəli, 24.08.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin olunması barədə hissəsi ləğv edilməsini, məhkəmə tərəfindən ilkin iddianın tam şəkildə təmin olunmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki: - İddiaçı 30.02.2018-ci il tarixdə 26 saylı Notariat X1 adına 10 il müddətinə verdiyi 7E-3455 reysetr nömrəli etibarnaməyə əsasən etibar edən etibar edilənə 10 il müddətinə özündə geniş səlahiyyətlər əks edilən hərəkətləri etməyi etibar etmişdir; - 31.01.2019-cu il tarixdə İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 qismində bir tərəfdən, digər tərəfdən isə Cavabdeh2 satıcı qismində imzaladıqları müqaviləyə görə ümumi dəyəri 15000 manat olan Ford Escape markalı **- RR-*** nömrəli minik avtomobilinin satışı ilə bağlı razılığa gəlmişlər. Müqavilənin şərtlərinə əsasən 3000 manat ilkin ödəniş etməklə və hər ***-**** manat ödəmək şərti ilə avtomobil alıcıya satılır. Avtomobilin dəyəri 15000 manat tam ödənildikdən sonra avtomobil alıcının adına rəsmiləşdirilir. Alıcı ardıcıl olaraq iki ay ödənişi üzürsüz səbəbdən etməzsə bu halda müqavilə pozulmuş hesab edilir və ilk çağırışda avtomobil satıcıya qaytarılır. Müqavilə öhdəliyini pozan tərəf qarşı tərəfə dəymiş zərəri iki qat ödəyir və bu şərtin başqa cür şərh və ya təfsir olunması qəbul oluna bilməz. (1.1-1.4 bəndlər) Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər tərəflərin arasında təhvil təslim aktına əsasən həyata keçirilir; - İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X8 ilə Cavabdeh2 arasında bağlanmış 31.01.2019- cu il tarixli təhvil təslim akta əsasən sonuncu Ford Escape minik 90- RR-457 nömrəli avtomobili təhvil aldı. Həmin aktda həmçinin əlyazma ilə X8 tərəfindən imzalanmaqla göstərilmişdir ki, 01.03.2019, 01.04.2019, 01.05.2019, 01.06.2019- cu il tarixlərdə hər dəfə 1000 manat, 01.07.2019, 01.08.2019, 01.09.2019, 10.10.2019, 01.11.2019, 01.12.2019, 01.01.2020, 01.02.2020, 01.03.2020, 01.04.2020-ci il tarixlərdə hər dəfə 500 manat, 01.05.2020, 01.06.2020, 01.07.2020-ci il tarixlərdə hər dəfə 1000 manat, ümumilikdə 12000 manat pul almışdır; - 19.12.2019-cu il tarixdə İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 qismində bir tərəfdən, digər tərəfdən isə Cavabdeh1 satıcı qismində imzaladıqları müqaviləyə görə ümumi dəyəri 11000 manat olan Ford Transit markalı **-RD-*** nömrəli yük avtomobilinin satışı ilə bağlı razılığa gəlmişlər. Müqavilənin şərtlərinə əsasən 5000 manat ilkin ödəniş etməklə və hər ***-**** manat ödəmək şərti ilə avtomobil alıcıya satılır. Avtomobilin dəyəri 11000 manat tam ödənildikdən sonra avtomobil alıcının adına rəsmiləşdirilir. Alıcı ardıcıl olaraq iki ay ödənişi üzürsüz səbəbdən etməzsə bu halda müqavilə pozulmuş hesab edilir və ilk çağırışda avtomobil satıcıya qaytarılır. Müqavilə öhdəliyini pozan tərəf qarşı tərəfə dəymiş zərəri iki qat ödəyir və bu şərtin başqa cür şərh və ya təfsir olunması qəbul oluna bilməz. (1.1-1.4 bəndlər) Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər tərəflərin arasında təhvil təslim aktına əsasən həyata keçirilir; - İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X8 ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019- cu il tarixli təhvil təslim akta əsasən sonuncu "Ford Transit» markalı 99- RD-648 nömrəli yük avtomobilini təhvil aldı. Həmin aktda həmçinin əlyazma ilə X8 tərəfindən imzalanmaqla göstərilmişdir ki, 15.0l.2020, 15.02.2020-ci il tarixlərdə hər dəfə 1000 manat, 15.03.2020, 15.04.2020-ci il tarixlərdə hər dəfə 500 manat, 15.05.2020- ci il tarixdə 1000 manat, 15.06.2020, 15.07.2020, 15.08.2020, 15.09.2020-ci il tarixlərdə hər dəfə 500 manat, ümumilikdə 6000 manat pul almışdır; - İddiaçı 19.12.2019-cu il tarixdə 17 saylı Notariat Kontorunda Cavabdeh1 adına verdiyi verdiyi 7E-9683 reysetr nömrəli etibarnamə ilə etibar edən etibar edilənə 5 ay 11 gün müddətinə Ford Transit yük **-RD-*** nömrəli avtomobili idarə etmək səlahiyyətini vermişdir; - İddiaçı 01.06.2020-ci il tarixdə 48 saylı Notariat Ofisinin xüsusi notraiusu tərəfindən Cavabdeh1 adına verdiyi verdiyi 7E- 706204 reysetr nömrəli etibarnamə ilə etibar edən etibar edilənə 6 il 9 ay 28 gün müddətinə "Ford Transit» yük **-RD-*** nömrəli avtomobili idarə etmək səlahiyyətini vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.1, 259.0.12, 371, 372, 384.0.4, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun ərizələrin təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayyət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətinin qismən təmin edilməsini qanuni hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyinin müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayyət) edilməmiş, ilk iddia tələbi üzrə ərizədə qeyd edilən tələb üzrə hər bir cavabdehə yönələn tələbin nədən ibarət olduğu müəyyən edilməmiş, hər iki tələb üzrə münasibətlər nisyə alqı-satqı müqaviləsindən irəli gəldiyindən və müqavilədə “çağırış” müddəası olsada pretenziya qaydalarına uyğun cavabdeh olmalı olan tərəfə bildiriş göndərilməmişdir. Apellyasiya baxışının hədlərində qeyd edilən nöqsanların aradan qaldırılması səlahiyyət baxımından mümkün olmamışdır. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 149.2.2, 149.2.3, 149.2.4 və 149.4-cü maddələrinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb,cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri iddia ərizəsində göstərilməlidir. Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçıların məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-873/2021 saylı mülki iş üzrə 24 avqust 2021-ci -ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "qanunsuz sahiblikdə olan avtomobilin geri qaytarılması" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı "pul tələbi”nə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2104/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2104/2022
28.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver