Məhkəmə qərarları › İş №2(103)-2106/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2106/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2106/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Vəkil Akif oğlu, Cavabdeh1 nümayəndəsi-vəkili Zeynalov Emin Mail oğlunun, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 Tağı qızının iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun qaytarılması və icra sənədinin eyni vaxtda icra olunması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e- 2(011)-5985/2023 nömrəli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı2 2003-cü ilin may ayında ev tikdirmək üçün torpaq axtarışı nəticəsində Bakı şəhərində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini X14 ilə tanış olmuş və Cavabdeh2 İddiaçı2 saxta sənədlər göstərməklə özünün təsisçisi olduğu "xxxx" çoxsaylı kiçik müəssisəsinə məxsus 0.06 ha torpaq sahəsini 4000 ABŞ dollarına (o vaxtki məzənnə ilə 3600 manata) satmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ailə üzvləri ilə birlikdə "xxxx" kiçik müəssisəsinin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin İddiaçı2 və digər aldadılmış vətəndaşların müraciətləri əsasında "xxxx" kiçik müəssisəsinin təsisçisi X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X5 İddiaçı2 cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü cəza hissəsində tam icra olunmuş, lakin X14 azadlığa çıxandan sonra da iddiaçıya olan borcunu geri qaytarmamışdır. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014- cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilmiş, Abşeron rayonu, 1 X16 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarım tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə iddiaçılar iddia ərizəsi ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyatyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədiyi 15000 manat pulun Cavabdeh1ndən alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi və qeyd olunan pul məbləğinin verilməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin sökülməsi eyni vaxtda icra olunmasına da qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin may ayında ev tikdirmək üçün torpaq axtarışı nəticəsində Bakı şəhərində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini X14 ilə tanış olmuş və Cavabdeh2 İddiaçı2 saxta sənədlər göstərməklə guya ki, özünün təsisçisi olduğu "xxxx" çoxsaylı kiçik müəssisəsinə məxsus 0.06 ha torpaq sahəsini 4000 ABŞ dollarına (o vaxtki məzənnə ilə 3600 manata) satmışdır. Sonradan iddiaçıya bəlli olmuşdur ki, X14 bu üsulla bir neçə şəxsə qarşı dələduzluq etməklə saxta sənədlər əsasında torpaq sataraq külli miqdarda pul vəsaitinə sahiblənmişdir. İddiaçı2 ondan torpağa dair sənəd tələb etdikdə isə X14 qabaqdan gəlmişlik edərək onu iddia ərizəsi ilə məhkəməyə vermişdir ki, guya qanunsuz olaraq iddiaçı onun torpağını zəbt etmiş və buna görə ərazidən çıxarılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007- ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ilə İddiaçı2 ailə üzvləri ilə birlikdə "xxxx" kiçik müəssisəsinin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə bütün normativ aktların normalarının pozulması ilə qəbul edildiyi üçün İddiaçı2 ondan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli (hakim Ş.Nəcəfova) qətnaməsi ləğv edilmişdir. Əlavə olaraq həm iddiaçının və digər aldadılmış vətəndaşların müraciətləri əsasında "xxxx" kiçik müəssisəsinin təsisçisi X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə olaraq X5 İddiaçı2 cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü cəza hissəsində tam icra olunmuş, lakin X14 azadlığa çıxandan sonra da iddiaçıya olan borcunu geri qaytarmamışdır. X2 ona dələduzluqla satdığı torpaq sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli təmirsiz evin təmirinə 15000 manat xərcləməklə İddiaçı2 qızı İddiaçı1 (Elnarənin 3 azyaşlı övladı ilə bərabər) köçüb həmin evdə 20 ildir ki, yaşayır. xx.xx.2023-cü il tarixdə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən göndərilən xx.xx.2023-cü il tarixli 18/66845/19-19 saylı xəbərdarlıq məktubunu almışdır. Xəbərdarlıq məktubunun nə ilə əlaqədar olması ilə maraqlanmaq üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə getmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində icra məmuru Nicat Vəlizadə onu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tanış edərək yaşadığı və X7 ona dələduzluqla satdığı torpaq sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli evin sökülməsinin qət olunduğu qətnamə ilə tanış etmişdir. Daha dəqiq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilsin. Abşeron rayonu, 1 X16 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarım tikililər sökülməli və torpaq sahəsi boşaldılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin sökülməsi və iddiaçının ailəsinin qeyd olunan ərazidən çıxarılması nəticəsində iddiaçı həm daimi olaraq yaşadığı yaşayış sahəsindən məhrum olmaqla yanaşı təxminən 30000 manat maddi ziyan almış olacaqdır. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən xəbəri olmamış və bu səbəbdən iddiaçı vaxtında qarşılıqlı iddia verə bilməmişdir. Əlavə olaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində nəzərdə tutulmuş tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin söküntüsü nəticəsində ona dəyə biləcək maddi ziyan cəmi 15000 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmalı və qeyd olunan mübahisənin həllinə dair qətnamə qəbul edilənədək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası dayandırılmalıdır. Daha sonra ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tikinti altı sahəsi 48 kv.m (6.0 m x 8.0 m) olan ikimərtəbəli yaşayış evinin təmirinə və həmçinin həyətyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədiyi 16078.76 manat pulun Cavabdeh1ndən və Cavabdeh1 ÇKM-nin təsisçisi X5 müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, pulun verilməsi ilə İddiaçı1 və İddiaçı2 evdən çıxarılmasının eyni vaxt icra olunması və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun müştərək qaydada Cavabdeh1ndən və Cavabdeh1 ÇKM-nin təsisçisi X5 müştərək qaydada alınaraq, İddiaçı1 və İddiaçı2 verilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi və görülən qanunsuz hərəkətlərin nəticəsində iddiaçı Cavabdeh1 ÇKM-nə 48900 manat məbləğində vurulmuş maddi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 tərəfindən ilkin iddia ərizəsində göstərdiyi hallar uydurma və yalandır. İddiaçıların hazırki iddia tələbi ilə Cavabdeh1nə qarşı iddia qaldırmasına hər hansı bir hüquqi əsas yoxdur. Əksinə, İddiaçı1 və İddiaçı2 Tovuz rayonunda özlərinə məxsus evləri olduğu halda, həmin evdə daimi qeydiyyatda qalmaqla bərabər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən və Cavabdeh1nə məxsus olan torpaq sahəsini 2005-ci ildən zəbt edərək kooperativin ofisində yerləşmiş kooperativə məxsus əşyalardan və kooperativin hesabına çəkilmiş kommunal və kommunikasiya xəttlərindən qanunsuz istifadə etməklə, kooperativə məxsus mülkiyyətə sahiblik göstərməklə, sərəncam verməklə Cavabdeh1nə küllü miqdarda maddi ziyan vurmuşdurlar. Bu da dəymiş maddi ziyanın ödənilməsini tələb etməsinə Cavabdeh1nə əsas və qanuni hüquq verir. İlkin iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 göstərmişlər ki, guya Cavabdeh1nə məxsus sahədə yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli guya təmirsiz evin təmirinə və həmçinin həyatyanı sahədə tikilmiş sanitar qovşağın tikilərək, təmir edilməsinə 15000 manat xərcləməklə İddiaçı1 köçüb həmin evdə 20 ildir yaşayır, ailəsinin qeyd olunan ərazidən çıxarılması nəticəsində onlara daimi yaşadığı yaşayış sahəsindən məhrum olmaqla yanaşı təxminən 30000 manat maddi ziyan dəymiş olacaqdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı icra sənədinə əsasən söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan iki mərtəbəli ev faktiki olaraq kooperativin ofis evidir. Həmin ev Suraxanı rayon kənd Sovetin icazəsinə əsasən 1990-cı illərdə kooperativin hesabına ofis kimi istifadə etmək üçün tikilmişdir. xx.xx.1987-ci il tarixli texniki şərtlərə və xx.xx.1988-ci il tarixli müqaviləyə əsasən “Bakelektroset” İstehsalat Birliyi tərəfindən kooperativə işıq xətti çəkilmiş və sayğac qoyulmuşdur. 1991-ci il tarixdə texniki şərtlərə əsasən “Bakqaz” idarəsi tərəfindən həmin ofis evə kooperativin hesabına qaz xətti çəkilmişdir. Qaz xəttinin çəkilməsi üçün kooperativ 16.000 rubl xərc çəkmişdir (xx.xx.1990cı il tarixli ödəniş qəbzi həmin faktı təsdiq edir). Torpaq sahəsinin ərazisini kooperativ dəmir trubalarla və setka ilə hasarlamışdır. Ofisin həyətyanı sahəsində kooperativ tərəfindən öz hesabına kubik daşdan sanitar qovşağı, taxtadan 10m x 6m (cəmi 60 kv.m.) ambar sahəsi tikilmişdir, 3 tonluq dəmir su ambarı və su quyusu qurulmuş, guya su ambarına su xətti çəkilmişdir. Həmin faktı fotoşəkillər, ödəniş qəbzləri və 2007-ci ildə Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən hazırlanmış Cavabdeh1nə məxsus torpaq sahəsində mövcud tikililərin eskiz layihəsi təsdiq edirlər. Beləliklə, İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh1 hesabına tikilmiş, yaşayış üçün tam şəraitli, tam təmirli olan ofis evi zəbt edilərək, 2005-ci ildən yaşayırlar və kooperativə məxsus əşyalardan, tam şəraitli həyatyanı sahədən, sanitar qovşağından və kooperativin hesabına çəkilmiş kommunal və kommunikasiya xətlərindən qanunsuz bu günə kimi istifadə edirlər. İddiaçı2 1988-cı ildə Tovuz rayonunun Girzan kəndində məşkunlaşmış və daimi pasport qeydiyyatına alınmışdır. 1992-1993-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınkom tərəfindən İddiaçı2 təmənnasız iki otaqlı fərdi ev tikib verilmişdir, 1991-ci il tarixdə ona 0,12 həyətyanı, 1997-ci il tarixdə 0,33 sot pay torpaq sahəsi verilmişdir. Sonra isə Girzan kəndində daimi pasport qeydiyyatında qalaraq 1999-cu il tarixdən kəndi tərk etmişdir (Girzan kəndin nümayəndəliyin 341 saylı, 07.2007-ci il tarixli Arayış (qoşma 2-1). Bugünkü gündə də onların Tovuz rayonunun Girzan kəndində fərdi yaşayış evləri var. İddiaçı2 bu günəcən Girzan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır, Xıdırovanın qızı İddiaçı1 isə xx.xx.2007-ci il tarixdən bugünə qədər Tovuz rayonu Yanıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır (DİN Baş pasport qeydiyyat və miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublar (qoşma 2-2). Kəndi tərk etdikdən sonra 2002- 2004-cü ilə kimi İddiaçı2 qızı Elnarə ilə X6 məxsus olan baxçada kirayədə qalıb yaşayırdılar. Kirayə pulunu vaxtında ödəyə bilmədiyi üçün,“ən əsası isə Lətif adlı bir şəxsin “dayı” adı ilə evə gəlib qaldığına görə” evin sahibi X1 Tamamı evdən çıxartmışdır (G.C.Murtuzovanm istintaqda verdiyi ifadədən çıxarış 2004-cü ilin əvvəlində isə Cavabdeh1 müdiri Mustafayev Babanın xahişi ilə müəssisənin keçmiş təsisçisi X3 Tamamın qaçqın olduğunu nəzərə alıb və yaşayış kirayə ev tapana kimi İddiaçı2 qızı Elnarə ilə birlikdə Cavabdeh1 ÇKM-nin ofisinin ikinci mərtəbəsinə müvəqqəti köçüb gözətçi kimi yaşamağa təmənnasız icazə vermişdir. Həmin zamandan İddiaçı2B dələduz X19 ilə əlbir olub Cavabdeh1nə məxsus və məhkəmənin qətnaməsinə əsasən söküntüyə düşən ofis evini zəbt edərək, ikinci mərtəbəsində özləri yaşayıb evin birinci mərtəbəsini üçüncü şəxslərə kirayəyə verməyə başlamışdırlar. Bu haldan xəbər tutduqdan sonra Cavabdeh1 ÇKM-nin keçmiş təsisçisi olan Cavabdeh2 Xıdırovadan və L.Səmədovdan kooperativin ofisini tərk etməyi tələb etmişdir. Könüllü olaraq ofisdən çıxmadığına görə L.Səmədova və İddiaçı2 qarşı Cavabdeh1 ÇKM-nin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi ilə Cavabdeh2 Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən iddia təmin edilmişdir. Lakin Suraxanı Rayon Məhkəməsinin hakimi Ş.Nəcəfova xx.xx.2007-ci il tarixdə işə baxmağa başlaması və həmin tarixdə Suraxanı Rayon Məhkəməsinin hakimi kimi səlahiyyətlərinin başa çatması və həmin işə baxmağa artıq onun səlahiyyəti olmamasını əsas tutaraq şikayətin dəlillərindən asılı olmayaraq, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Həmin müddət ərzində Səmədov Lətifə qarşı polis orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320 və 178-ci maddələrlə cinayət işi açılmışdır. İddiaçı2 isə kooperativin keçmiş təsisçisi Babayev Fizuli barədə şikayətlər yazmağa başlamışdır. İddiaçı2 müraciətləri əsasında Cavabdeh1 təsisçisi X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaqda onlara məlum olmuşdur ki, X4 Tamamla əlbir olaraq ofisdə olan kooperativin sənədlərini mənimsəyərək, kooperativin ofis binasını və torpağı satırdılar. Beləliklə, müəssisənin idarəçiliyindən qurtularaq İddiaçı2 kooperativə məxsus ofis evi ələ keçirmiş, həmin evdə rahat yaşamasına və evin istifadəsinə sərəncam verməsinə 2006-ci ildən nail olmuşdur. Bugünə kimi naməlum şəxslər qeyri-qanuni olaraq kooperativə məxsus torpaq sahəsinə gələrək, kooperativin ofisin birinci mərtəbəsində gecələr qalırlar, həmin şəxslərin məqsədləri və hansı əsaslarla ofis binasında qalması bilinmir. Bununla əlaqəli Cavabdeh1 tərəfindən mühafizə orqanlarına dəfələrlə şikayətlər edilirdi və mühafizə orqanları tərəfindən İddiaçı2 və İddiaçı1 dəfələrlə xəbərdarlıq elan edilmişdir. Xıdırova və İddiaçı1 tərəfindən 2005-ci ildən Cavabdeh1nə məxsus ofis evi zəbt edilməsi və qanunsuz yaşaması kooperativə öz ərazisindən istifadə etməsinə və sahibkarlıq fəaliyətini həyata keçirməsinə bugünə kimi məhdudiyət yaradır, qanuni qüvvədə olan məhkəmə qərarların icrasına maneə törədir. Öz torpaq sahəsindən sərbəst sahiblik göstərməsinə və istifadə etməsinə Cavabdeh1 üçün mümkünsüzlük yaradır. İddiaçı2 qızı Elnarə ilə ofisə köçdükdən sonra ofisin sənədləri, kooperativə məxsus ofis mebeli, seyf və kooperativin digər əşyaları, o cümlədən dəmir su ambarı, hasarın dəmirləri, ambar sahəsi sökülərək oğurlanmışdır. Bununla kooperativə küllü miqdarda ziyan vurulmuşdur. Kooperativin əşyaları: 200 metr uzunluğunda hasarın dəmir setkası -2000 manat; 66 ədəd 2 m hündürlükdə turbalar-330 manat, 3 ton su ambarı- 2500 manat, su xəttinin turbaları- 1000 manat, qaz xətti- 16.000 rubl (1990- ci il məzənnə ilə 1 rub=0,95$ sayılsa 16842 ABŞ dollar, 1$=0,78 manat sayılsa, 13136,76 manat təşkil edir), 60 kv.m. ambarın 300 kub taxta- 4000 manat və digər əşyaların oğurlanması nəticəsində kooperativə orta rəqəmlə ümumi 23000 manat məbləğində maddi ziyan vurulmuşdur. Əlavə olaraq, 2005-ci ildən bu günə kimi kooperativin ofis evində cavabdehlərin yaşamasını aylıq 100 manat icarə haqqı hesablamaqla onların Cavabdeh1 Ç X12 17 il ərzində təkcə icarə borcu 20.400 manat məbləğində pul vəsaiti təşkil edir. 2005-ci ildən həmin evdə cavabdehlərin yaşaması və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına 17 il ərzində məhdudiyyət yaratması Cavabdeh1 ÇKM-ni gəlirdən məhrum edir. Bir ilə kooperativin xalis gəliri ən azı iki min manat təşkil edə bilərdi. Cavabdehlər tərəfindən kooperativə sahibkarlıq fəaliyyəti ilə 2005 ildən məşğul olmasına problemlər yaratdıqdan sonra 17 il ərzində kooperativin maddi itkiləri və əldən çıxmış qazancı ən azı 34.000 manat təşkil edir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1nə icarə borcu 20.400 manat, əşyaların oğurlanması nəticəsində vurulmuş 23000 manat məbləğində ziyanın və kooperativin maddi itkiləri 34.000 manat qazancının ümumi 57000 manatdan 50% 28500 azn, cəmi 20.400 manat + 28500 manat= 48900 manat məbləğində maddi ziyan vurulmuşdur və ziyan vurulması davam etməkdədir. İlkin iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 göstərirlər ki, guya Cavabdeh1nə sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli evin məhkəmə qərarı ilə söküntüyə düşməsi barədə onların 2023-cü ilə kimi xəbərləri olmamışdır və bu səbəbdən onlar vaxtında qarşılıqlı iddia verə bilməmişdirlər. Cavabdehlərin ikinci uydurması ilə bağlı qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı icra sənədinə əsasən məcburi icra hərəkətləri Suraxanı rayon İcra Şöbəsi tərəfindən 30 sentyabr 2015-ci il tarixdə və 25 fevral 2016-cı il tarixdə həyata keçirilmişdir. Həmin evdə yaşayan şəxslər evdə olmadıqları üçün evin sökülməsi təxirə salınmışdır, (icra vərəqəsi, xx.xx.2015-ci il tarixli və xx.xx.2016 tarixli Aktlar). Halbuki, yuxarıda göstərilən hal 2015-ci, 2016-ci illərdə və 2022-ci ilin dekabr ayından Suraxanı rayon İcra Şöbəsi tərəfindən cavabdehlərə dəfələrlə, hətta 2023-cü ilin 02 iyun, 08 iyun və 24 iyun tarixlərdə icra hərəkətlərin görülməsi barədə xəbərdarlıq elan edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş şikayətlərə əsasən Suraxanı Rayon Polis İdarəsi və Suraxanı Rayon Prokurorluğu tərəfindən 2006-cı, 2007ci, 2016-cı illərdə araşdırmalar aparılmış, məhkəmə qərarı ilə söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşayırdılar. Suraxanı Rayon Polis İdarəsinin 31- ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 1 ünvanda qeydiyyatsız yaşadıqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Bugünkü gündə də həmin hal eyni vəziyyətdədir, qanunun tələbləri pozulmaqda davam edir: Tovuz rayonunun Girzan kəndində evləri olduğu halda, orada qeydiyyatda olduğu halda, zəbt etdikləri evdə bu günə kimi qanunu pozaraq kooperativin ofis evində qeydiyyatsız yaşayırlar. Beləliklə, zəbt olunan və yaşadıqları 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə qanunsuz yaşadıqları barədə cavabdehlərin rəsmi qaydada 2006-ci ildən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı qətnaməsinə əsasən həmin evin sökütüyə düşməsi və kooperativə məxsus torpaq sahəsinin boşaldılması barədə cavabdehlərin rəsmi qaydada 2014-cü ildən xəbərləri var idi. Belə olduğu halda onlar qarşılıqlı iddia ərizəsini vaxtında verə bilərdilər və ya kassasiya şikayətinin verilmə müddətini buraxmazdılar. Xəbərdarlıqlara məhəl qoymayaraq İddiaçı2B və İddiaçı1 A. Suraxanı rayon İcra Şöbəsinin tələblərini icra etməkdən 2015-ci ildən başlayaraq bugünə kimi yayınırlar və icra hərəkətlərin həyata keçirilməsinə maneələr törətməkdə davam edirlər. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4108/20, xx.xx.2020-ci il tarixli qərarla Cavabdeh1 istifadəsində olan torpaq sahəsini hasarlanmasına maneəçilik törədən hərəkətlərdən çəkindirmək vəzifəsi Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə həmin işlərin görülməsini başlanan kimi cavabdehlər 18-20 aprel 2023-cü il tarixlərdə işi aparan işçiləri təhqir etməklə və hasarın profnastil örtüklərini zədələməklə həmin işlərin aparılmasına maneələr törətmiş, məhkəmə qərarının icrası və ərazinin hasarlanma islərinin aparılması müvəqqəti olaraq dayandırılmışdır.. Nəticədə, kooperativin ərazisinə kənar şəxslərin gəlib getməsi, söküntüyə düşən evdə qalması və kooperativin ərazisində qanunsuz tikinti işlərin aparılmasına şərait yaradılmışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin və İnzibati Məhkəmənin icra sənədlərinin icra olunmasına, eyni zamanda Cavabdeh1nə sahibkarlıq fəaliyyətinin göstərilməsinə cavabdehlərin pozucu hərəkətləri bu günə kimi maneələr törətməkdədir. Bu da kooperativin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hərtərəfli maneə törətməklə kooperativə küllü miqdarda maddi ziyan vurmaqdadır. Belə olduğu halda hesab edirlər ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1nə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbi əsassızdır və qanuna ziddir. İddiadan asılı olmadan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsindədir və icra olunmalıdır. Uydurma əsaslarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasına maneələr törədilməsi cavabdehləri inzibati və cinayət məsuliyyətə cəlb etməsinə əsas yaradır. Bundan sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin xahiş hissəsində texniki yanlışlığa yol verildiyini, bu səbəbdən qarşılıqlı iddia ərizəsinin xahiş hissəsini aşağıdakı məzmunda qəbul edilməsini xahiş etmişdir: 1. İlkin iddia ərizəsi üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi. 2. Cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən görülən qanunsuz hərəkətlər nəticəsində iddiaçı Cavabdeh1 ÇKM-nə 48900 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(011)- 5985/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia tələbi cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılmaları, qarşılıqlı iddia tələbi cavabdehlər İddiaçı2 və İddiaçı1 9600 manat müştərək qaydada tutularaq, iddiaçı Cavabdeh1nə ödənilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki mülki işdə olan sübutlarla təsdiq edilir ki, ilk iddia üzrə iddiaçılar Cavabdeh1nə məxsus torpaq sahəsində olan tikilidə qanunsuz və qeydiyyatsız yaşamaqla, həmin tikiliyə dair hər hansı hüquqları olmadıqları – vicdansız sahib olduqları halda tikilinin təmirinə xərclədikləri pul vəsaitlərini tələb etməkdə haqsız olduqları üçün ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 2 ünvanda qeydiyyatsız yaşadıqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Bu haqda Cavabdeh1 yanvar 2016-cı il tarixli ərizəsinə 01 mart 2016-cı il tarixli, 098-2001-1216 saylı Suraxanı RPİ 31-ci Polis Bölməsinin məktubu ilə məlumat verilmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində 2005-ci ildən bu günə kimi kooperativin ofis evində cavabdehlərin yaşamasını aylıq 100 manat icarə haqqı hesablamaqla onların Cavabdeh1nə 17 il ərzində təkcə icarə borcun 20.400 manat məbləğində pul vəsaiti təşkil etdiyini qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, ən azı 2016-cı ilin yanvar ayından iddiaçıların mübahisəli tikilidə qeydiyyatsız yaşamaqları barədə məlumatlı olduqları təsdiq edildiyindən həmin tarixdən başlayaraq, aylıq 100 manat icarə haqqı hesablamaqla (8il x 12 ay x100 manat = 9600 manat icarə borcunun tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Bununla yanaşı məhkəmə qarşılıqlı iddia tələbinin su ambarı, hasarın dəmirləri, ambar sahəsinin sökülərək oğurlanması nəticəsində kooperativə orta rəqəmlə ümumi 23000 manat məbləğində maddi zərərin vurulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbində su ambarı, hasarın dəmirləri, ambar sahəsinin sökülərək oğurlanması nəticəsində maddi zərərin tutulması tələb edilsə də, İddiaçı1 və İddiaçı2 barəsində həmin əşyaların oğurlanması faktını təsdiq edən qüvvədə olan hökm olmadığına görə qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 19; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157.2, 157.4, 157.5, 157.6, 157.7,1096, 1097.1, 1097.3; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 81 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin - İddiaçı1 və İddiaçı2 müştərək qaydada cəmi 9600 manat alınaraq Cavabdeh1nə ödənilməsi, həmçinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən kənd təsərüfatlı təyinatlı 1 ha torpaq sahəsini Cavabdeh1nə evlərin tikilərək kirayə verilməsi üçün ayrılıb və əgər qarşılıqlı iddia üzrə cavabdehlərin yaşadıqları evi vaxtında tərk edəcəkləri təqdirdə Cavabdeh1nə həmin tikilini kirayə verə bilərdi. Halbuki həm Bakı şəhəri Xətai rayon Məhkəməsində keçirilən məhkəmə proseslərində araşdırılmış hallardan və həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən məlum olur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh1nə məhz kənd təsərrüfatı məhsullarının yetişdirilib satılması üçün ayrılaraq istifadəsinə verilib. Bundan əlavə məhkəmə prosesində də aydınlaşdırıldığı kimi, qeyd olunan tikili 2003-cü ilə dək Cavabdeh1 ofisi kimi istifadə edilib. Bu barədə məhkəmə prosesində iştirak edən həm Cavabdeh1nə əvvəlki direktoru Cavabdeh2 həmçinin hazırki direktoru Nümayəndə1 da məlumat vermişdir. Həmçinin ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 hazırda yaşadıqları ünvan 3 ünvanında yerləşən 12 saylı ev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən sökülməlidir. Əgər İddiaçı2 və İddiaçı1 2016-cı ildən bu evdən çıxsaydılar belə tikinti altı sahəsi 48 kv.m olan iki mərtəbəli tikili Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə uyğun olaraq Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurları tərəfindən həmin anda söküləcəkdi. Bununla da Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edildiyi kimi qarşlıqlı iddia üzrə iddiaçılar nəinki tikintialtı sahəsi 48 kv.m olan ikimərtəbəli tikilini kirayə verə bilməzdi, heç özləri də bu tikilidən istifadə edə bilməyəcəkdilər. Bu səbəbdən qətnamə ən azından 9600 manat pulun İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınaraq Cavabdeh1nə verilməsi hissəsində ləğv edilməlidir. Eyni zamanda dəfələrlə Nümayəndə1 evin təmirinə və yaxşılaşdırılmasına çəkilmiş pulun qarşılanması təqdirində 48 kv.m tikinti altı sahəsi olan iki mərtəbəli evi boşaldacaqları bildirilsə də Nümayəndə1 bir manatda olsun verməyəcəyini bildirmişdir. Həmçinin İddiaçı2 və İddiaçı1 ünvan 3 ünvanında yerləşən 12 saylı evə "xxxx" ÇKM-nin əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 razılığına əsasən köçməklə qüvvədə olan qanunvericilik aktlarına əsasən vicdanlı sahib sayılırlar. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi, 2003cü ildə Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 İddiaçı2 qarşı dələduzluq edərək ona saxta sənədlər göstərib ünvan 3 ünvanında yerləşən 1 ha torpaq sahəsinin direktoru olduğu Cavabdeh1 mülkiyyətində olması görüntüsü yaratmış və İddiaçı2 4000 USD alaraq ona 0.006 ha torpaq sahəsini satacağını bildirmişdir. Həmin tarixdən də Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 razılığı ilə İddiaçı2 öz ailəsi ilə birgə ünvan 3 ünvanında yerləşən 48 kv.m tikinti altı sahəsi olan yaşayışa yararsız tikiliyə köçmüşdür. Bundan sonra İddiaçı2 48 kv.m tikintialtı sahəsi olan yaşayışa yararsız tikilini təmir etdirmiş və bugünədək orada yaşayır. Sonradan İddiaçı2 Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 torpağın və evin sənədlərin öz adına keçirtmək və notarial qaydada alqı-satqının həyata keçirilməsi üçün ondan sənədləri tələb etmiş lakin Cavabdeh2 heç bir sənəd təqdim etməmişdir. Bundan sonra Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 qabaqdan gəlmişlik edərək İddiaçı2 ünvan 3 ünvanında yerləşən 48 kv.m tikinti altı sahəsi olan tikilidən və ona satacağını bildirdiyi 0.006 ha torpaq sahəsindən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. İlkin olaraq Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin onun və Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 dələduzluq hərəkətlərindən zərər çəkmiş digər şəxslərin şikayətləri əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə olaraq ondan İddiaçı2 cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır. Əlavə olaraq Cavabdeh1 hazırki direktoru olan Nümayəndə1 da Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair çinayət işi açıldıqdan sonra tanımışdır. Belə ki, Cavabdeh1 hazırki direktoru Nümayəndə1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla X7 5 il 6 ay azadlıqdan məhrum olunması ilə nəticələnən cinayət işində dələduzluq və saxta sənədləri hazırlamada təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi olmuşdur. Yəni hələ 2007-ci ldən Cavabdeh1 hazırki direktoru Nümayəndə1 onların qeyd olunan tikilədə yaşamaqlarını bilirdi və bu evdə hansı proseslər nəticəsində yaşamağa başlamaqlarından məlumatlı olub. Onun direktoru olduğu "xxxx" ÇKM-nin əvvəlki təsisçisinin və direktorunun əməllərini ört basdır etmək və onlara dəymiş zərəri ödəmədən qeyd olunan evdən çıxartmaq üçün X14 ilə qurduqları plandır. Belə ki, X14 Cavabdeh1 direktoru qaldığı təqdirdə onlara dəymiş zərəri ödəmədiyi halda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə uyğun olaraq sökülməsi nəzərdə tutulmuş ünvan 3 ünvanında yerləşən 12 saylı evdən çıxmaqları tələb edə bilməzdi. Bu səbəbdən X14 müdafiəçisi və vəkili olmuş Nümayəndə1 ilə razılığa gələrək təmirinə və yaxşılaşdırılmasına külli miqdarda pul xərclədikləri evdən çıxartmaq üçün direktor kimi Nümayəndə1 Cavabdeh1 başına gətiriblər. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmünün çıxarıldığı gündən bu günə kimi, yəni 17 il ərzində Cavabdeh1 əvvəlki təsisçisinin və direktoru X14 tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. Həmçinin ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə yanaşı qeyd olunan evdə doğulduğu gündən xx.xx.2010-cu il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X25 və xx.xx.2017-ci il təvəllüdlü X18 yaşayırlar. xx.xx.2010-cu il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X25 və xx.xx.2017-ci il təvəllüdlü X21 azyaşlı olmaqla yanaşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı1 himayəsinə verilməklə yuxarıda da qeyd olunduğu kimi mübahisəli 48 kv.m tikinti altı sahəsi olan tikilidə yaşayırlar. Həmçinin onlar Bakı şəhəri Suraxanı rayon ərazsində yerləşən 89 saylı orta məktəbdə təhsil alırlar. Lakin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu barədə hər hansı qeyd aparılmamış və onlar qətnamə üzrə cavabdeh sayılmırlar. Bu isə gələcəkdə qətnamə əsasında veriləcək icra sənədinin icrasında çətinliklər yaradacaq. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X25 və xx.xx.2017-ci il təvəllüdlü X21 azyaşlı olmaqla yanaşı Bakı şəhərində yaşamaları üçün başqa yerləri yoxdur. Bundan başqa tərəflərindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilsə də Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə buna heç bir aydınlıq gətirilməmişdir. Belə ki, qeyd edilən hallarla yanaşı qarşılıqlı iddia üzrə iddiaçının onlardan hər hansı pul vəsaitinin tələb etməsi iddia müddətinin keçməsi ilə əlaqədar əsassızdır və təmin edilməməlidir. Bundan başqa qeyd olunan tikilidə yaşamaqlarına 2008-ci ildən sonra cavabdehlər tərəfindən hər hansı narazılıq bildirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, əgər onlar qeyd olunan tikilidən çıxmaları barədə hər hansı bir məlumatları olsa idi qeyd olunan tikilini yenidən cari təmirinə aparmazdılar. Belə ki, qeyd olunana tikilidə yaşadıları 20 il ərzində evin təmirinə xərclədikləri külli miqdarda vəsaitin hesabına əvvəllər yaşayış üçün tamamilə yararsız olmuş tikili bu gün tam şəraitli yaşayış evi sayılır və əgər onlar bu evdən çıxsalar başqa yaşamağa yararlı yerləri yoxdur. Necə ola bilər ki, çəkdikləri xərclər ödənilmədən tərəflərindən tam təmir edilmiş tikili Cavabdeh1 balansına keçsin. Həmçinin ünvan 3 ünvanında yerləşən 12 saylı ev (tikiliyə) Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Vəkil Akif oğlu ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 və nümayəndəsi-vəkili Nümayəndə2 ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - ilk iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin təmin edilən İddiaçı1 və İddiaçı2 müştərək qaydada cəmi 9600 manat alınaraq Cavabdeh1nə ödənilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin olunmuş hissədə dəyişdirilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Tovuz rayonunun Girzan kəndində yerləşən torpaq sahələri və evləri olduğu halda, Cavabdeh1 tərəfindən verilmiş şikayətlərə əsasən Suraxanı Rayon Polis İdarəsi və Suraxanı Rayon Prokurorluğu tərəfindən 2006-cı, 2007-ci, 2016-cı illərdə araşdırmalar aparılmış, məhkəmə qərarı ilə söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşadıqları müəyyən edilmiş və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 2 ünvanda qeydiyyatsız yaşadıqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Bu haqda Cavabdeh1 yanvar 2016-cı il tarixli ərizəsinə 01 mart 2016-cı il tarixli, 098-2001-1216 saylı Suraxanı RPİ 31-ci Polis Bölməsinin məktubu ilə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçılar Yeni ünvan 2 ünvanda qeydiyyatsız yaşamışlar və bu barədə inzibati protokol tərtib olunmaqla onlara “Xəbərdarlıq” elan edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında ilk iddiaçılar Yeni ünvan 2 ünvanda qeydiyyatsız yaşamalarına dair barələrində inzibati protokol tərtib edilməsi faktını inkar etməklə yanaşı, iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilmiş, Abşeron rayonu, 1 X16 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarım tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədindən də məlumatsız olmalarını, bu barədə 2023-cü ildə məlumatlı olmasını göstərmişlər. Məhkəmə kollegiyası ilk iddiaçıların qeyd edilən sənədlərdə məlumatsız olmalarına dair izahatlarına tənqidi yanaşır və bu qənaətini onunla əsaslandırır ki, əvvəla onlar özləri qeydiyyatları olmadan həmin ünvanda yaşmalarını inkar etməmiş və ətraflarında olan digər evlərin məhkəmə qətnaməsi əsasında icra hərəkətlərinin aparılmasının istəristəməz şahidi olmaya bilməzdilər. Təsadüfi deyildir ki, hazırki iş üzrə ilk tələblərində iddiaçılar qeyd olunan ünvandan çıxarılmalarına etiraz etməmiş, lakin tərəflərindən çəkilmiş xərcin onlara ödənilməsi xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların qeyd olunan ünvana dair hüquqlarının olması, yəni apellyasiya şikayətində qeyd edildiyi kimi Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 razılığına əsasən köçmələrini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir, bunun əskinə isə onların həmin ünvanda qeydiyyatsız yaşamaları barədə xəbərdarlıq elan edilmişdir ki, bununla da iddiaçıların həmin ünvana vicdanlı sahib olmadıqları müəyyən edilir. Kollegiya qeyd edir ki, ilk iddiaçılar mübahisəli tikilidə yaşamalarının əsaslarını qanuni hesab etdikləri halda özlərinin də qeyd etdiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədindən 2023-cü ildə məlumatları olan kimi ondan maraqlarına toxunan şəxs olaraq müvafiq qaydada şikayət vermək hüququndan istifadə edə bilərdilər. İddia ərizəsindən də göründüyü kimi, onlar bu qətnamədən apellyasiya şikayətinin vermədiklərini etiraf etmişlər. Bütün bu sadalananlar ilk iddiaçıların qeydiyyatsız yaşamaları barədə xəbərdarlıq elan edilmələrindən və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədindən tam məlumatlı olmalarını təsdiq edir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-282/2007 saylı 23 noyabr 2007-ci il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikası CM-nin 320.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü madələri təqsirli bilinərək, CM-nin 320.2-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X5 3600 manat alınaraq İddiaçı2 ödənilməsi hökm edilmişdir ki, İddiaçı2 həmin ünvanın alınması zamanı ona dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. Həmçinin də məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlərin baş verməsi iddiaçı tərəfə hazırda yaşadıqları sahədə hüquqi əsas olmadan yaşamalarına dair tam məlumatlı idilər və belə olan halda hüquqi əsas olmadan yaşamağa davam etdikləri sahədə müəyyən yaxşılaşma işləri görməsi özlərinin könüllü təşəbbüsü olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar qeyd olunan ünvana vicdanlı sahib olmadıqlarından əmlakı yaxşılaşdırmaq üçün çəkilməsi üçün məsrəflərin əvəzinin ödənilməsi barədə tələbləri əsassız olmuşdur. Apellyatorlar şikayətlərində ünvan 3 ünvanında yerləşən 12 saylı ev (tikiliyə) Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən hər hansı sənəd olmamasını göstərsələr də, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 12 saylı ev Cavabdeh1 mülkiyyəti kimi 11 dekabr 2019-cu il tarixdən qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası bununla yanaşı ilk iddiaçıların apellyasiya şikayətinin onlardan pul vəsaitinin tutulmasının əsassız olmasına dair dəlilləri ilə qismən razılaşır. Belə ki, əvvəla kollegiya qeyd edir ki, cavabdehlərin istifadəsində olan tikilinin kənd təsərrüfatı məhsullarının yetişdirilib satılması üçün ayrılaraq Cavabdeh1 istifadəsinə verilməsi halının mövcudluğu, Cavabdeh1nə vurulmuş maddi ziyanın iddiaçılar tərəfindən ödənilməməsi üçün əsas deyildir. Çünki, həmin sahə Cavabdeh1nə məxsus olmuşdur və öz istədiyi kimi əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarından istifadə edə bilərdi. Lakin 17 il ərzində qarşılıqlı iddia üzrə cavabdehlərin həmin tikilidən istifadə faktı mövcud olmasına baxmayaraq birinci instansiya məhkəməsinin onların ən azı 2016-cı ilin yanvar ayından mübahisəli tikilidə qeydiyyatsız yaşamaqları barədə məlumatlı olduqlarının təsdiq edilməsinə istinad edərək həmin tarixdən etibarən aylıq 100 manat hesablamaqla (8il x 12 ay x100 manat = 9600 manat borcun tutulmasının ədalətli olması barədə nəticəsi işin faktiki hallarına qismən uyğun gəlmir. Belə ki, məhkəmə kollegiyası tərəfindən tələb edilmiş və baxışdan keçirilmiş 3806/2015 saylı icra işinin materiallarından görünür ki, Cavabdeh1 səlahiyyətli nümayəndəsi tərəfindən icra orqanına təqdim edilmiş 15 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, 25 iyun 2016-cı il tarixində imzalanmış razılaşmaya əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı 01 oktyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə icraat tərəflərindən müvəqqəti dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 səlahiyyətli nümayəndəsi tərəfindən icra orqanına verilmiş digər məktuba əsasən 2(103)-5651/2014 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərdən 20 fevral 2020-ci il tarixdən qarşılıqlı iddia verilən 10 avqust 2023-cü il tarixə kimi hesablanmaqla hər ay 100 manatın, yəni cəmi 4200 manatın (100 x 42 ay) tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun olar. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın 9600 manat tutulması hissəsində dəyişdirilməklə qalan mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində tutulmalı pulun məbləği istisna olmaqla qeyd edilən dəlillər mülahizə xarakterlidir və iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilən əsaslara görə hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorların ödədikləri dövlət rüsumu onların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(011)- 5985/2023 nömrəli qətnaməsi məbləğin tutulması hissəsində dəyişdirilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 4200 manat müştərək qaydada tutularaq, iddiaçı Cavabdeh1nə ödənilsin Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə mülki iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar