Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2109/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı işi üzrə Açar sözlər: (“maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2319/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdehlər "Matrix Oasis” MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh "Matrix Oasis” MMC-nin əməkdaşı olmuş Cavabdeh2 bir neçə dəfə pul ödəyərək sonuncudan istirahət üçün tur paketləri və təyyarə biletləri almaq istəmiş, nəticədə aldadılaraq külli miqdarda maddi və mənəvi ziyanla üzləşmişdir. Belə ki, o, 2024-cü ilin mart ayında Cavabdeh2yla əlaqə saxlayaraq, yay aylarında qardaşına istirahət üçün Türkiyə Respublikasına tur paketi hədiyyə etmək istədiyini bildirmişdir. Razılaşmadan sonra xx.xx.2024-cü il tarixdən etibarən 8 gecəlik Türkiyə Respublikasında yerləşən otel üçün ümumilikdə 7582 manat məbləği "Matrix Oasis” MMC-yə gedərək Cavabdeh2 ödəmişdir. Həmin məbləği ödədikdən sonra qardaşına xəbər etmiş, ona hədiyyə etdiyini bildirmişdir. Xüsusi Xidmət Orqanlarında çalışan qardaşı da öz növbəsində qeyd olunan tarixlər üçün ölkədən çıxış icazəsi almışdır. Qeyd olunan tarixə yaxınlaşdıqda o, mütəmadi olaraq cavabdehdən təsdiqlənmiş qeydiyyat formasını istəməyə başlamış, cavabdeh isə müxtəlif bəhanələrlə onu aldatmışdır. xx.xx.2024-cü ildə artıq heç bir təsdiqlənmiş formanın göndərilmədiyini görən o, cavabdehin çalışdığı "BASE” İş Mərkəzində yerləşən "Matrix Oasis” şirkətinə getmiş və şirkətin müdiri Nuridə xanımla görüşmüşdür. Nuridə xanım artıq Cavabdeh2 həmin şirkətdə çalışmadığını, çoxsaylı şikayətlərin olmasını və onun adına bron üçün qeyd olunan otelə heç bir ödənişin edilmədiyini bildirmişdir. Çoxsaylı danışıqlardan sonra səyahət tarixi xx.xx.2024-cü ilə dəyişdirilmiş və ondan əlavə olaraq 3.270 manat ödəniş alınmışdır. İstirahətin qardaşına hədiyyə edildiyini və qardaşının ailəvi olaraq bütün hazırlıqları görməsini, eyni zamanda ölkədən çıxış üçün müvafiq icazənin alınmasını nəzərə alan o, məcbur olaraq 3.270 manat əlavə ödəniş etməli olmuşdur. Beləliklə cavabdeh tərəfindən aldadılma nəticəsində ona 3.270 manat maddi ziyan dəymişdir. Həmçinin o, ailəsi ilə birlikdə müalicə məqsədi ilə Almaniyaya səfər etmək məqsədi ilə 2024-cü ilin may ayının 7-də Cavabdeh2 müraciət etmişdir. Cavabdeh də öz növbəsində xx.xx.2024xx.xx.2024 tarixləri üçün Almaniyanın Frankfurt şəhərinə bir nəfər üçün 199 Avrodan olmaqla sərfəli biletlərin olduğunu bildirmişdir. Bununla razılaşan o, xx.xx.2024-cü il tarixdə cavabdehin vatsap vasitəsilə göndərdiyi bank kartına ümumilikdə 1.458,26 manat pul köçürmüşdür. O, qardaşı üçün əldə etmək istədiyi tur paketində aldadıldığını anladıqdan sonra Almaniyaya üçün pulunu ödədiyi təyyarə biletləri ilə də maraqlanmış, belə bir biletin olmadığı, aviaşirkətə cavabdeh tərəfindən heç bir ödənişin edilmədiyi məlumat olmuşdur. Belə olan halda o, məcbur qalaraq (Almaniyada müalicə üçün bütün randevular alınmış, otel bron edilmiş və səfər üçün bütün hazırlıqlar həyata keçmişdir) 1200 ABŞ dolları və 662 Avro qarşılığı olaraq ümumilikdə 3.231 manat ödəyərək yeni biletlər almışdır. Beləliklə cavabdeh tərəfindən aldadılan iddiaçının cavabdehdə 1.458 manat pulu qalmış, həmçinin ona vəd edilən biletin zamanında alınmaması səbəbindən 1.773 manat əlavə pul ödəyərək daha baha (3.231 manat) qiymətə biletləri almışdır. Nəticədə, cavabdeh tərəfindən aldadılan iddiaçı (1.458,26+1.773) 3.231 manat məbləğində ziyana düşmüşdür. Eyni zamanda 2024-cü ilin mart ayının 27-i o, öz qardaşına hədiyyə olaraq tur paketi "aldıqdan” sonra şəxsən özü üçün də 2024-cü ilin sentyabr ayı üçün istirahət üçün paket olaraq otel rezervasiyası etmək istəmişdir. Cavabdeh2 tərəfindən ona 05-xx.xx.2024-cü il tarixləri üçün 960 ABŞ dolları qiymətinə otel bronu edə biləcəyi bildirilmişdir. Tərəflər arasında razılaşmadan sonra o, xx.xx.2024-cü il tarixdə cavabdehin çalışdığı ofisə gedərək 960 ABŞ dolları qarşılığı olaraq 1632 manat pul ödəmişdir. Pul ödənişi edildikdən sonra Cavabdeh2 tərəfindən ona müqavilə (müqavilənin natamam yazıldığı və saxta imzaların olması sonradan məlum olmuşdur) və saxta "vauçer” (heç bir ödənişin otelə edilmədiyi və həmin vauçerin heç bir hüquqi əsası olmadığı şirkət rəhbərliyi tərəfindən təsdiqlənmişdir) təqdim edilmişdir. 2024-cü ilin iyun ayında qardaşı üçün əldə etmək istədiyi tur paketində aldadıldığını anladıqdan sonra o, özü üçün də sentyabr ayında tur paketin bron edilmədiyini öyrənmişdir. Dəfələrlə Cavabdeh2 və şirkətin direktoru ilə danışıqlar aparsa da, ödədiyi məbləği geri ala bilməmişdir. Nəticədə iddiaçıya məxsus 1632 manat cavabdehdə qalmışdır. Qeyd olunan faktlar nəticəsində cavabdeh və onun çalışdığı turizm şirkətinin əmilləri nəticəsində ona ümumilikdə (3.270+3.231+1.632) 8.133 manat maddi ziyan dəymişdir. Ötən bu müddət ərzində onun istər qardaşı və onun ailəsi qarşısında, istər öz ailəsi qarşısında çətin vəziyyətlərə düşməsi, dəfələrlə cavabdehlə əlaqə qurmaq istəməsi, dəfələrlə cavabdehin çalışdığı turizm şirkətinə gedərək şirkətin rəhbəri ilə görüşməsi, məqsədli istirahət etmək olduğu halda əsəb sarsıntıları keçirtməsi inkaredilməz faktdır. Bütün bu əsəb sarsıntıları və mənəvi əziyyət nəticəsində o, əvəzi hesablanmayacaq dərəcədə mənəvi sarsıntı keçirtmişdir. Buna görə də düşünür ki, cavabdehlər yuxarıda qeyd olunanlardan əlavə ona mənəvi ziyan üçün 2000 manat həcmində pul ödəməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və mübahisəli hüquq münasibəti yarandığı zaman əməkdaşı olduğu "Matrix Oasis” MMC tərəfindən onun aldadılması nəticəsində ona dəymiş 8133,26 manat maddi, 2000 manat mənəvi ziyanın əvəzi və onun tərəfindən vəkili göstərdiyi yardıma görə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 10633 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "Matrix Oasis” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh "Matrix Oasis” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək göstərmişdir ki, iddia tələbi üzrə zərərin eyni zamanda cavabdeh "Matrix Oasis” MMC-dən tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı özü də ilkin hazırlıq məhkəmə iclasında qeyd etmişdir ki, o, əvvəllər Cavabdeh2 tanımış, onunla əlaqə saxlamış və Şəfiqə tərəfindən ona biletlərin satıldığını iddia etmişdir. Həmçinin iddiaçı öz izahatında qeyd etmişdir ki, bütün ödənişləri Şəfiqənin ona verdiyi bank kartı hesabına və ya birbaşa Şəfiqəyə nağd qaydada vermişdir. Həmin ödənişlərlə bağlı isə ona heç bir mədaxil qəbzi verilməmişdir. Məlumat üçün bildirirlər ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinədək "Matrix Oasis” MMC-də tur operatoru çalışmışdır. Əmək müqaviləsi üzrə "Matrix Oasis” MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh2 vəzifə səlahiyyətləri aşağı qeyd olunanlar kimidir: müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi, perspektiv xidmət proqramlarının (tur paketlərinin) yığılması, xidmət təklif edən müəssisələrlə əlaqələrin yaradılması, turların qiymətinin bazar şəraiti nəzərə alınmaqla müəyyən edilməsi, tur məhsulun iştirakçıya çatdırılması üçün reklam-informasiya fəaliyyəti, xidmətin keyfiyyətinə və məhsula uyğunluğuna nəzarət etmək, xidmət zamanı turistlərə daimi operativ əlaqə yaratmaq, ortaya çıxan məsələləri həll etmək, viza xidməti, yeni tur operatorlar tətil turlarının təşkili və hazırlanmasından məsuldurlar. Onlar səyahəti əsasən hazırlayır, yəni yaradırlar. İstiqamətlərin və paketlərin populyarlığındakı tendensiyaları izləyir və şirkət planlarını buna uyğun olaraq tənzimləyirlər. Göründüyü kimi tur operlatorlar sadəcə səyahət planını hazırlayır və həmin turların satışı ilə birbaşa MMC-nin rəhbərliyi tərəfindən həyata keçirilir. Lakin faktiki iddia tələbindən aydın görünür ki, Cavabdeh2 iddiaçını aldadaraq bilet ala biləcəyini bildirmiş və şəxsi mənfəəti üçün iddiaçının vəsaitini əldə etmişdir. Ustəlik Şəfiqə bu qanunsuz hərəkətləri edərkən hüquqi şəxs adından deyil, birbaşa öz adından hərəkət etmişdir. Bunu sübut edən hal ondan ibarətdir ki, Şəfiqə saxta məlumatları özündə əks etdirən və səlahiyyətsiz şəxs olan özü tərəfindən imzalanmış müqaviləni iddiaçıya vermişdir. Həmin müqavilənin imza hissəsini isə direktor imzası təqlid edilərək imzalamışdır. Bütün bunlardan direktor X2 heç bir məlumatı olmamışdır. Hətta onu da qeyd etmək olar ki, İddiaçı Cavabdeh2 bu qanunsuz əməllərinin işlədiyi "Matrix Oasis” MMC-nin xəbəri olmadan etdiyini anlamış və dərhal yenidən MMC-nə ödəniş edərək həqiqi biletlərini əldə etmişdir. Bu hal isə iddiaçının iddiasının "Matrix Oasis” MMC-nə aid hissədə əsassız olmasını sübut edir. İşin hallarından aydın görünür ki, Cavabdeh2 işəgötürən tərəfindən ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən kənar olaraq iddiaçıya aviabiletlər satmış və bu hərəkətləri edərkən MMC-nin məlumatı olmamış və hətta Cavabdeh2 və iddiaçı ilə olan danışıqlar ilə razılaşmalar telefon danışıqları əsasında aparılmışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi cavabdeh "Matrix Oasis” MMC-nə aid hissədə əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Matrix Oasis” MMC-nin direktoru X4 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh2 "Matrix Oasis” MMC-yə tur operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi "47/ğ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (Az.Resp.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəblərə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay 1 gün müddətinə bağlanmışdır (bənd 2.3); - İş üzrə "Matrix Oasis” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 503732 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, İddiaçı tərəfindən "İC X12 No 0015” görə 327 manat məbləğində pul ödənilmişdir; - İş üzrə "Matrix Oasis” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli turizm xidmətlərinin göstərilməsi haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək Baku-Antalya-Baku marşrutu üzrə "İC X10” hoteldə qalmaq üçün tur paketi sifariş etmiş, müqaviləyə əsasən göstərilən turizm xidmətlərinin dəyəri 970 ABŞ dolları təşkil edir; - İş üzrə "Matrix Oasis” MMC tərəfindən verilmiş 0019 nömrəli voucherdən görünür ki, İddiaçı tur paketi sifariş etmiş, ailəsi ilə birlikdə xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 8 gecəlik Türkiyə Respublikasının Antalya şəhərində yerləşən otel üçün rezervasiya etmişdir; - İş üzrə xxxxxxx0005X0 saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "Matrix Oasis” MMC-nin k/01 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) Cavabdeh2 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2319/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər "Matrix Oasis” MMC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 8133,26 manat, hüquqi xidmət üçün ödədiyi 500 manat, cəmi 8633,26 məbləğində pulun tutulması, cavabdehlər "Matrix Oasis” MMC-dən və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 101,33 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 21.1, 21.2, 21.3, 385.1, 386.1, 442, 448.1, 448.2, 777.1, 777.2, 779.1, 1096, 1099.1, 1114.1; Mülki Prosessual Məcəllənin 121.1, 119.2-ci maddələrinə və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına istinadən qeyd edilmişdir ki, Cavabdeh2 "Matrix Oasis” MMC ilə əmək münasibətində olduğu müddətdə, yəni onun işçisi olduğu vaxt iddiaçı və onun qardaşı üçün tur paketləri və təyyarə biletlərin alınması ilə bağlı ödənişlər alaraq, həmin sifarişləri icra edilməsi ilə bağlı üzərinə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyrimüəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti - pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçı tərəfindən verilmiş sifarişləri yerinə yetirmədiyindən, o, sifarişlərə görə ödənilmiş məbləğ həddində əsassız varlanmışdır. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə iclasında iddiaçı tərəfindən tur səyahətlərinin və təyyarə biletlərinin sifarişi ilə əlaqədar edilən tapşırığın icra edilməməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddiaçı birgə cavabdeh kimi qeyd etdiyi "Matrix Oasis” MMC-yə qarşı qaldırdığı tələbini Cavabdeh2 həmin şirkətin işçisi olması və maddi ziyanın həmin şirkətdə işlədiyi müddətdə vurulması ilə əlaqələndirir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçi yalnız işlədiyi müddət ərzində əmək münasibətində olduğu işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. İşlədiyi müddət ərzində 3-cü şəxslərə vurduğu ziyana görə işəgötürənin məsuliyyəti həmin qanunvericilikdə nəzərdə tutulmamışdır. İşçi yalnız vurduğu ziyana görə mülki məsuliyyət daşıya bilər. Mülki qanunvericilikdə işçi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyanın vurulması zamanı o, "Matrix Oasis” MMC-nin işçisi olduğundan, yəni onunla əmək münasibətində olduğundan, işəgötürən qismində "Matrix Oasis” MMC də işçisinin vurduğu ziyana görə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə baxımından məsuliyyət daşıyır. Məhkəmə cavabdeh "Matrix Oasis” MMC-nin nümayəndəsinin iddiaya dair yazılı etirazında onların hazırkı tələbə dair cavabdehlik daşımaması barədə dəlillərinə, yəni işəgötürənin işçisi tərəfindən törətdiyi hüquq pozuntusunun onun əmək və xidmət vəzifəsinin icrası ilə baş verməməsini, zərərin əvəzinin bilavasitə zərərvuranın daşımasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 əmək münasibətində olduğu "Matrix Oasis” MMC-də işlədiyi müddətdə iddiaçıya ziyan vurması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, işəgötürən də işçinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində əsaslı hesab edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8133,26 manat maddi ziyanın əvəzi kimi pul tutulmalıdır. Məhkəmə həmçinin izah edir ki, işəgötürənin işçisinin vurduğu ziyana görə, ziyanın əvəzinin ödənilməsi zamanı həmin həddə ona qarşı reqress hüququ da vardır. Məhkəmə vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(009)-2319/2024 nömrəli xx.xx.2024-cüil tarixli qətnaməsinin bir hissədə ləğv edilməsinin, Cavabdeh1 MMC münasibətdə iddianın rədd edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 87, 360.1, 1099.1 1099.2; Mülki Prosessual Məcəllənin 386, 387, 389, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-yə və Cavabdeh2 arasında olan əmək münasibətləri çərçivəsində sonuncuya verilən səlahiyyətləri hərtərəfli araşdırmadan Cavabdeh1 MMC-ni əsassız və qanunsuz məsuliyyətə cəlb etmişdir. Belə ki, qətnamə ilə müəyyən edilən hallardan da göründüyü kimi Cavabdeh1 MMC-nin direktoru X4 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 MMC-yə tur operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi “47/ğ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (Az.Resp.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəblərə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay 1 gün müddətinə bağlanmışdır (bənd 2.3). Əmək müqaviləsi üzrə Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh2 vəzifə səlahiyyətləri aşağı qeyd olunanlar kimidir: müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi; perspektiv xidmət proqramlarının (tur paketlərinin) yığılması; xidmət təklif edən müəssisələrlə əlaqələrin yaradılması; turların qiymətinin bazar şəraiti nəzərə alınmaqla müəyyən edilməsi; tur məhsulun iştirakçıya çatdırılması üçün reklam-informasiya fəaliyyəti; xidmətin keyfiyyətinə və məhsula uyğunluğuna nəzarət etmək; xidmət zamanı turistlərə daimi operativ əlaqə yaratmaq; ortaya çıxan məsələləri həll etmək; viza xidməti; yeni tur operatorlar tətil turlarının təşkili və hazırlanması.Onlar əsasən səyahəti hazırlayır, yəni, yaradırlar. İstiqamətlərin və paketlərin populyarlığındakı tendensiyaları izləyir və şirkət planlarını buna uyğun olaraq tənzimləyirlər. Göründüyü kimi tur operatorlar sadəcə səyahət planını hazırlayır və həmin turların satışı ilə birbaşa MMC-nin rəhbərliyi tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsinin diqqətinə - Cavabdeh2 iddiaçını aldadaraq bilet ala biləcəyini bildirməsi və şəxsi mənfəəti üçün iddiaçının vəsaitini ələ keçirməsi, Cavabdeh2 bu qanunsuz hərəkətləri edərkən hüquqi şəxs adından deyil birbaşa öz adından hərəkət etməsi, o cümlədən Cavabdeh2 və İddiaçı arasında olan sövdələşmənin iş yerindən kənar olması, bunu sübut edən halın isə Şəfiqənin saxta məlumatları özündə əks etdirən və səlahiyyətsiz şəxs olan özü tərəfindən imzalanmış müqaviləni iddiaçıya verməsi, həmin müqavilənin imza hissəsini direktor imzası təqlid edilərək imzalaması, bütün bunlardan direktor X2 heç bir məlumatı olmaması, İddiaçı cavabdeh Şəfiqə Fərzəlyevanın bu qanunsuz əməllərinin işlədiyi Cavabdeh1 MMC-nin xəbəri olmadan etdiyini anlaması və dərhal yenidən MMC-nə ödəniş edərək həqiqi biletlərini əldə etməsi, bu səbəblərdə də iddiaçının iddiasının Cavabdeh1 MMC-nə aid hissədə əsassız olmasının sübut olunması, Cavabdeh2 işə götürən tərəfindən ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən kənar olaraq iddiaçıya aviabiletlər satması və bu hərəkətləri edərkən MMC-nin məlumatının olmaması və hətta Cavabdeh2 və iddiaçı ilə olan danışıqlar ilə razılaşmalar telefon danışıqları əsasında aparılması-çatdırılmışdır. Buna baxmayaraq, məhkəmə qətnaməsində qeyd edir ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçi yalnız işlədiyi müddət ərzində əmək münasibətində olduğu işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. İşlədiyi müddət ərzində 3-cü şəxslərə vurduğu ziyana görə işəgötürənin məsuliyyəti həmin qanunvericilikdə nəzərdə tutulmamışdır. İşçi yalnız vurduğu ziyana görə mülki məsuliyyət daşıya bilər. Mülki qanunvericilikdə işçi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyanın vurulması zamanı o, Cavabdeh1 MMC-nin işçisi olduğundan, yəni onunla əmək münasibətində olduğundan, işəgötürən qismində Cavabdeh1 MMC-də işçisinin vurduğu ziyana görə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə baxımından məsuliyyət daşıyır. İstinad olunan normadan da göründüyü kimi əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağjayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, Cavabdeh1 MMC-nin direktoru X4 ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixədək işçisi olduğu Cavabdeh2 müvafiq səlahiyyətlər verilmişdir. Həmin səlahiyyətlərə müştərilərlə bağalanacaq müqavilələrin imzalanması daxil olmamışdır. Məhz bu səbəbdən də Cavabdeh2 hüquqi şəxs adından deyil, birbaşa öz adından hərəkət etmişdir. Bunu sübut edən dəlillər kimi qeyd olunmalıdır ki, Turizm haqqında Azərbaycan Respublikasının Qanunun 1.1.12-ci maddəsinə əsasən, turoperator - turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxs. Yəni, həmin maddəni hazırkı iş üzrə tətbiq etməli olsaq deyə bilərik ki, Cavabdeh1 MMC-nin turoperatordur. O ki qaldı Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə, onda “turoperator” vəzifəsinə Cavabdeh2 qəbul edilərkən, ona hər-hansı müqavilələr bağlaması, onları imzalaması, satışın həyata keçirilməsi (xidmət haqqının alınması və s.) vəzifələri nə verilməmiş, nə də göstərilməmişdir. Praktikada oxşar vəzifə üzrə işçinin vəzifələrinə aşağıdakılar daxildir: -Cavabdeh2 iddiaçı ilə aralarında bağlanmış və Cavabdeh2 özü tərəfindən imzalanmış müqavilə. Həmin müqaviləyə diqqət etdikdə onun saxta olması açıq-aşkar görünür. Əvvəla, müqavilənin nömrəsi yoxdur, ikincisi, Cavabdeh1 MMC-nin direktoru olaraq Javid Aghayev, müqavilənin ikinci tərəfi, yəni xidmət göstərilən şəxs isə Shafiyev Vüqar adlı şəxsdir. Lakin rəsmi sənədlərdə və əslində Cavabdeh1 MMCnin direktoru X3r. Elə bu faktlar həmin müqavilənin saxta olmasını sübut etmək üçün kifayətdir. - İddiaçı tərəfindən köçürülən ödənişlər Cavabdeh1 MMC-nin hesabına deyil, başqa şəxslərin bank hesabına edilmişdir. - İddiaçı özü də ilkin məhkəmə hazırlıq iclasında qeyd etmişdir ki, o əvvəldən Cavabdeh2 tanımış, onunla əlaqə saxlamış və Şəfiqə tərəfindən ona biletlərin satıldığını iddia etmişdir. Həmçinin iddiaçı öz izahatında qeyd etmişdir ki, bütün ödənişləri Şəfiqənin ona verdiyi bank kartı hesabına və ya birbaşa Şəfiqəyə nağd qaydada vermişdir. Həmin ödənişlərlə bağlı isə ona heç bir mədaxil qəbzi verilməmişdir. - İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh2 arasında yazışmalara diqqət etdikdə görünən odur ki, İddiaçı Cavabdeh2 çoxdan tanıyıb. İddiaçı bu barədə ikin məhkəmə hazırlıq iclasında da qeyd etmişdir. Həmin yazışmalarda iddiaçı Cavabdeh2 “siz onlardan vauceri ala bildiz” sualını verir. Bu onu göstərir ki, iddiaçı Cavabdeh2 fərdi fəaliyyət göstərməsini bilirdi. Buna baxmayaraq, özünə lazım olan xidməti birbaşa Cavabdeh1 MMCdən deyil, Cavabdeh2 almışdır.- Hətta hesab etsək ki, İddiaçı Cavabdeh2 fərdi fəaliyyət göstərməsini bilmirdi, o, Cavabdeh2 bu qanunsuz əməlləri Cavabdeh1 MMC-nin xəbəri olmadan etdiyini anlamış, dərhal yenidən MMC-nə ödəniş edərək həqiqi biletlərini əldə etmişdir. Göstərilən sübutlar cəmlikdə onu deməyə əsas verir ki, iddiaçı iddia tələbini Cavabdeh1 MMC-nə deyil, məhz Cavabdeh2 yönəltməli idi. Buna baxmayaraq, hətta hesab etsək ki, iddiaçı Cavabdeh2 fərdi fəaliyyət göstərməsini bilmirdi, belə olduğu təqdirdə birinci instansiya məhkəməsi sübutları araşdırarkən, artıq yuxarıda sadalanan məlum olan sübutlar cəmində cavabdehin yalnız Cavabdeh2 olmasını qət etməli idi. İstinad olunan həmin normada həmçinin qeyd olunur ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bir anlıq hesab etsək ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin təmsilçisi olaraq hərəkət etmiş, belə olduğu halda da Cavabdeh1 MMC-nin, səlahiyyətlərini aşaraq Cavabdeh2 tərəfindən qanunsuz imzalanan sözü gedən müqaviləni bəyənməsi heç nə ilə sübut olunmur. Əksinə iş materiallarında olan sübutlar, məhz Cavabdeh2 səlahiyyəti olmadan sözü gedən müqaviləni qanunsuz və saxta yollarla imzalaması, onun bu qanunsuz əməllərini Cavabdeh1 MMC-nin xəbəri olmadan etdiyini İddiaçı anladıqdan sonra dərhal müqaviləni təzələmək üçün MMC-yə gəlməsi, İddiaçı tərəfindən köçürülən ödənişlərin Cavabdeh1 MMC-nin hesabına deyil, başqa şəxslərin bank hesabına köçürülməsi Cavabdeh1 MMC ilə İddiaçı arasında guya bağlanan müqavilənin saxta olduğunu göstərir. Həmin müqavilənin saxtalığı yuxarıda sadalanan dəlillərlə öz əksini tapmışdır. Cavabdeh1 MMC bağlanmış müqaviləni bəyənsəydi, o halda müqavilə bağlandığı andan müqavilə üzrə mülki hüquq və vəzifələr daşıyardı. Lakin iş materiallarından və məhkəmənin müəyyən etdiyi hallardan da göründüyü kimi İddiaçı Cavabdeh2 tərəfindən aldadılmış, öz qanunsuz əməllərini isə Cavabdeh1 MMC adından istifadə etməklə həyata keçirmişdir. Qeyd olunanlara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək əsassız olaraq Cavabdeh1 MMC-ni Cavabdeh2 qanunsuz əməllərinə görə məsuliyyətə cəlb etmişdir. Birinci instansiya məhkəməsi istinad olunan maddəni nəzərə almamış, nəticədə şəxsi mənfəəti üçün iddiaçının vəsaitini ələ keçirən Cavabdeh2 məsuliyyətini Cavabdeh1 MMC-nin üzərinə qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı birgə cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 MMC-yə qarşı qaldırdığı tələbini Cavabdeh2 həmin şirkətin işçisi olması və maddi ziyanın həmin şirkətdə işlədiyi müddətdə vurulması ilə əlaqələndirir. Əmək qanunvericiliyin tələblərinə əsasən işçi yalnız işlədiyi müddət ərzində əmək münasibətində olduğu işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. İşlədiyi müddət ərzində 3-cü şəxslərə vurduğu ziyana görə işəgötürənin məsuliyyəti həmin qanunvericilikdə nəzərdə tutulmamışdır. İşçi yalnız vurduğu ziyana görə mülki məsuliyyət daşıya bilər. Mülki qanunvericilikdə işçi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, işçi işlədiyi dövrdə şəxsi maraqları üçün müqavilə bağlaması halında işəgötürən məsuliyyət daşımalıdır. Halbuki, istinad olunan maddə də göstərilir ki, cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İşin faktiki hallarına gəlincə - Cavabdeh2 iddiaçını aldadaraq bilet ala biləcəyini bildirmiş və şəxsi mənfəəti üçün iddiaçının vəsaitini ələ keçirmişdir. Cavabdeh2 bu qanunsuz hərəkətləri edərkən hüquqi şəxs adından deyil, birbaşa öz adından hərəkət etmiş, o cümlədən Cavabdeh2 və İddiaçı arasında olan sövdələşmə iş yerindən kənar olmuşdur. Bunu sübut edən hal isə Şəfiqənin saxta məlumatları özündə əks etdirən və səlahiyyətsiz şəxs olan özü tərəfindən imzalanmış müqaviləni iddiaçıya verməsi, həmin müqavilənin imza hissəsini direktor imzası təqlid edilərək imzalaması, bütün bunlardan direktor X2 heç bir məlumatı olmaması, İddiaçı Cavabdeh2 bu qanunsuz əməllərinin işlədiyi Cavabdeh1 MMC-nin xəbəri olmadan etdiyini anlaması və dərhal yenidən MMC-nə ödəniş edərək həqiqi biletlərini əldə etməsidir. Qeyd olunan hallar iddiaçının iddiasının Cavabdeh1 MMC-nə aid hissədə əsassız olmasını sübut edir. Göründüyü kimi Cavabdeh2 işə götürən tərəfindən ona həvalə edilmiş vəzifə səlahiyyətlərini aşaraq, iş yerindən kənar vaxtda iddiaçıya aviabiletlər satmış və bu hərəkətləri edərkən MMC-nin məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş sübutlardan da görünür ki, Cavabdeh2 və iddiaçı arasında danışıqlar və razılaşmalar məhz telefon vasitəsi ilə aparılmışdır. Qeyd olunanlara görə hesab edir ki, məhkəmənin Cavabdeh2 şəxsi mənfəəti üçün iddiaçının vəsaitini ələ keçirməsi Cavabdeh1 MMC-nin üzərinə qoyulması əsassız və qanunsuzdur. İşin hallarından aydın görünür ki, Cavabdeh2 işəgötürən tərəfindən ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən kənar olaraq iddiaçıya aviabiletlər satmış və bu hərəkətləri edərkən MMC-nin məlumatı olmamış və hətta Cavabdeh2 və iddiaçı ilə olan danışıqlar ilə razılaşmalar telefon danışıqları əsasında aparılmışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi Cavabdeh1 MMC-nə aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etməmiş, nəticədə Cavabdeh1 MMC-ni qanunsuz olaraq məsuliyyətə cəlb etmişdir. Belə ki, iş materiallarında da göründüyü kimi - cavabdeh Şəfiqə Fərzəlyeva iddiaçını aldadaraq bilet ala biləcəyini bildirmiş və şəxsi mənfəəti üçün iddiaçının vəsaitini əldə keçirmişdir. Cavabdeh2 bu qanunsuz hərəkətləri edərkən hüquqi şəxs Cavabdeh1 MMC adından deyil, birbaşa öz adından hərəkət etmiş, özü də iş yerindən kənarda həyata keçirmişdir. Bunları sübut edən dəlillər isə Cavabdeh2 saxta məlumatları özündə əks etdirən və səlahiyyətsiz şəxs olan özü tərəfindən imzalanmış saxta müqaviləni iddiaçıya təqdim etməsidir. Müqavilənin saxtalığı yuxarıda qeyd etdiyi kimi onun nömrəsinin olmaması, Cavabdeh1 MMC-nin direktorunun yerinə Javid Aghayevin, müqavilənin ikinci tərəfinin, yəni xidmət göstərilən şəxs İddiaçı yerində isə Shafiyev Vüqar adlı şəxsin olması, rəsmi sənədlərdə və əslində Cavabdeh1 MMC-nin direktoru X5 olmasına baxmayaraq, həmin müqavilənin imza hissəsində direktor imzasının təqlid edilərək imzalanması, bütün bunlardan direktor X2 heç bir məlumatı olmamasıdır. İddiaçı isə Cavabdeh2 bu qanunsuz əməllərinin işlədiyi Cavabdeh1 MMC-nin xəbəri olmadan etdiyini anlamış və dərhal yenidən MMC-nə ödəniş edərək həqiqi biletlərini əldə etmişdir. Həmin müqaviləyə görə iddiaçı və Cavabdeh2 ilə razılaşdırılmış məbləğ isə İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına deyil, başqa şəxslərin bank hesabına köçürülmüşdür. Elə bu faktlar cəmlikdə həmin müqavilənin saxta olmasını sübut etmək üçün kifayətdir. Belə olan halda isə məhkəmə Mülki Məcəllənin 360.1, 360.2 və 87-ci maddələrinə əsasən, İddiaçı ilə cavabdeh Şəfiqə Fərzəlyeva arasında bağlanmış müqavilənin sonradan təmsil edilən tərəfindən bəyənilməməsini müəyyən edərək təmsilçidən həmin müqavilənin bağlanması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsini qət etməli idi. İş materiallarında görünən odur ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin sonradan təmsil edilən tərəfindən bəyənilməməsini müəyyən etmiş, lakin iddia tələbini həm Cavabdeh1 MMC-nə, həm də Cavabdeh2 yönəltmişdir. İş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbərdir, ziddiyyətlidir. Turizm haqqında Azərbaycan Respublikasının Qanunun 1.1.12-ci maddəsinə əsasən, turoperator - turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxs. Yəni, həmin maddəni hazırkı iş üzrə tətbiq etməli olsaq deyə bilərik ki, Cavabdeh1 MMC-nin turoperatordur. O ki qaldı Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsində göstərilən “turoperator" vəzifəsinə, həmin müqavilədə Cavabdeh2 hər-hansı müqavilələr bağlaması, onlan imzalaması, satışın həyata keçirilməsi (xidmət haqqının alınması və s.) göstərilməmişdir. Praktikada oxşar vəzifə üzrə işçinin vəzifələrinə aşağıdakılar daxildir:müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi; perspektiv xidmət proqramlarının (tur paketlərinin) yığılması; xidmət təklif edən müəssisələrlə əlaqələrin yaradılması;turların qiymətinin bazar şəraiti nəzərə alınmaqla müəyyən edilməsi;tur məhsulun iştirakçıya çatdırılması üçün reklam- informasiya fəaliyyəti;xidmətin keyfiyyətinə və məhsula uyğunluğuna nəzarət etmək; xidmət zamanı turistlərə daimi operativ əlaqə yaratmaq;ortaya çıxan məsələləri həll etmək;viza xidməti; yeni tur operatorlar tətil turlarının təşkili və hazırlanması. Onlar əsasən səyahəti hazırlayır, yəni, yaradırlar. İstiqamətlərin və paketlərin populyarlığındakı tendensiyaları izləyir və şirkət planlarını buna uyğun olaraq tənzimləyirlər. Göründüyü kimi turopertorlar sadəcə səyahət planını hazırlayır və həmin turların satışı isə birbaşa MMC-nin rəhbərliyi tərəfindən həyata keçirilir.Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, Cavabdeh2 səlahiyyətlərinə müqavilələrin bağlanması, onların imzalanması, satışını həyata keçirməsi (xidmət haqqının alınması və s.) səlahiyyətləri vardır. Eyni zamanda iş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə də yuxarıda da qeyd etdiyi kimi saxtadır. Belə ki, həmin müqavilə Cavabdeh2 özü tərəfindən imzalanmışdır. Həmin müqaviləyə diqqət etdikdə müqavilənin nömrəsinin olmamasını, “Matrix Oasis" MMC-nin direktoru olaraq Javid Aghayevin, müqavilənin ikinci tərəfi, yəni xidmət göstərilən şəxsin isə Shafyev Vüqar adlı şəxs olması görünməkdədir. Halbuki rəsmi sənədlərdə və əslində “Matrix Oasis" MMC-nin direktoru X3r. İddiaçı tərəfindən köçürülən ödənişlər “Matrix Oasis" MMC-nin hesabına deyil, başqa şəxslərin bank hesabına edilmişdir. Elə bu faktlar həmin müqavilənin saxta olmasını sübut etmək üçün kifayətdir. Məhkəmə məsələni həll edərkən ilk növbədə Cavabdeh2 müqavilələrin bağlanması, onların imzalanması, satışını həyata keçirməsi (xidmət haqqının alınması və s.) səlahiyyətlərinin verilib-verilməməsini müəyyən etməli, daha sonra isə “Matrix Oasis" MMC-nin mübahisə ilə əlaqəli şəxs olduğunu təsdiq etməli idi. Lakin birinci instansiya məhkəməsi bunu müəyyən etmədən hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyanın vurulması zamanı o, “Matrix Oasis" MMC-nin işçisi olduğundan, yəni onunla əmək münasibətində olduğundan, işəgötürən qismində “Matrix Oasis" MMC də işçisinin vurduğu ziyana görə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə baxımından məsuliyyət daşıyır. Halbuki həmin səlahiyyətlərin Cavabdeh2 verilməməsi iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun hesab edilməməsidir. Göründüyü kimi Prosessual hüquq normalarının pozulması nəticəsində məhkəmə əsassız və qanunsuz qətnamə çıxarmış, bu isə qətnamənin ləğv edilməsi üçün əsassızdır. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən izahat vermiş və qeyd etmişdir ki, şikayətin dəlillərini müdafiə edərək, cavabdeh Fərzəliya Şəfiqənin işəgötürən tərəfindən ona həvalə edilmiş vəzifə səlahiyyətlərini aşaraq, iş yerindən kənar vaxtda iddiaçıya aviabiletlər satmış və bu hərəkətləri edərkən MMC-nin məlumatı olmamışdır, iş materiallarına əlavə edilmiş sübutlardan da görünür ki, Cavabdeh2 və iddiaçı arasında danışıqlar və razılaşmalar məhz telefon vasitəsiilə aparılmışdır, qanunvericiliyin tələblərinə əsasən, işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən qət edilən məbləği mübahisələndirmədiklərini bildirməklə, qeyd edilənlərə əsasən Cavabdeh1 MMC münasibətində iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddiaçının Cavabdeh1 MMC-nin əməkdaşı olmuş Cavabdeh2 üç hal üzrə tur paketlər və təyyarə biletləri almaq üçün ödənişlər etdiyini, lakin Cavabdeh2 tapşırığı icra etmədiyini və bunun nəticəsində iddiaçıya maddi ziyan dəydiyini qeyd etmişdir. Bildirmişdir ki, müvafiq ödənişlər yalnız kart vasitəsilə deyil, eyni zamanda MMC-nin ofisində nağd şəkildə də edilmişdir, bundan əlavə bu faəliyyətlərin həyata keçirilməsi zamanı Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olmuşdur, qeyd edilən hərəkətlərin aparılmasından rəhbərliyin məlumatı olmuşdur, belə ki, rəhbərlik tərəfindən həmin hərəkətlərin icrasına dair Cavabdeh2 təlimatların verilməsinə dair səs yazıları mövcuddur. Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə, yəni Cavabdeh1 MMC-in mülki məsuliyyət hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 862.2.1. qidalanma; 862.2.2. mehmanxanalarda yerləşdirmə; 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. 862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. 863.1. Turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna edən və ya azaldan qüsurları olmasın. 863.2. Bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur.1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir: lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.
11. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Məhkəmə kollegiyası qeyd edilənlərə, apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Cavabdehin apellyasiya şikayəti iddia tələbinin təmin edilən hissəsinin "Matrix Oasis” MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulması ilə bağlıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Plenum qeyd etmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. İddiaçı Cavabdeh2 işəgötürən digər Cavabdeh1 MMC ilə bağladığı əmək müqaviləsi üzrə hansı səlahiyyətlərə malik olmasını bilə bilməzdi. Belə səlahiyyətləri olmayan və səlahiyyətləri aşan işçi işəgötürən qarşısında məsuliyyət daşıyır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı hər iki cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin digər tələbləri də bunlardan irəli gəldiyindən təmin edilməsi üçün hər hansı əsas yoxdur. Qət edilən məbləğ mübahisələndirilmədiyindən, iddiaçı və digər cavabdeh şikayət vermədiyindən, kollegiya şikayət verilən dəlillərə, yəni Cavabdeh1 MMC-in mülki məsuliyyət hissəsində araşdırma apararaq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
15. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci -cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2319/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.