Məhkəmə qərarları › İş №2(103)-2112/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2112/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2112/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 Firuddin oğlu, İddiaçı2, İddiaçılar İddiaçı1 Firuddin oğlu, X5 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar X5, İddiaçı1 Firuddin oğlu, İddiaçı4 Firuddin oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi tələbinə dair” ilkin, Cavabdeh1 MMC-nin X5, İddiaçı1 Firuddin oğlu və İddiaçı2 qarşı “maddi və mənəvi ziyan tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(006)-99/2022 nömrəli qətnaməsindən X5, İddiaçı1 Firuddin oğlu və İddiaçı2 və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar X5, İddiaçı1 Firuddin oğlu, İddiaçı4 Firuddin oğlu və İddiaçı2 Cavabdeh1 MMC-yə (Cavabdeh2 ikinci cavabdeh kimi sonradan mülki işə cəlb edilmişdir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən X4 əldən çıxmış əmək haqqı olaraq 21.600 manat, sağlamlığının bərpa edilməsi üçün 50.000 manat, mənəvi ziyan olaraq 50.000 manat olmaqla, cəmi 121.600 manat, İddiaçı4 Firuddin oğluna dəymiş mənəvi zərərə görə 30.000 manat, İddiaçı1 Firuddin oğluna dəymiş mənəvi zərərə görə 30.000 manat, İddiaçı2 dəymiş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC X5, İddiaçı1 Firuddin oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, X1, İddiaçı2, İddiaçı1 Firuddin oğlundan müştərək qaydada 40.000 manat maddi ziyan və 50.000 manat vurulmuş mənəvi zərərin alınaraq MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(006)-99/2022 nömrəli qətnaməsi ilə iddiaçı X3 ilk iddiası qismən təmin edilmiş, əmək qabiliyyətinin azalması (itirilməsi) nəticəsində dəyən zərərin əvəzi olaraq itirdiyi qazanc (əmək haqqı) qismində (2019-cu ilin aprel ayından etibarən 2022-ci ilin aprel ayınadək) ümumilikdə 7.400 manat və vurulmuş mənəvi ziyana görə 5.000 manat pul məbləğinin ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X4 ödənilməsi, ilk iddia üzrə iddiaçı X4 icra edilməli olan «sağ tərəfli revizion bud-çanaq endoprotezi» cərrahiyyə əməliyyatı ilk iddia üzrə Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, ilk iddia üzrə iddiaçı X4 «postravmatik ensefalopatiya yaddaş-intelektual enməsi ilə və davranış pozuntuları» ilə bağlı göstərilməli olan ambulator müalicə xərclərinin ödənilməsi öhdəliyinin ilk iddia üzrə Cavabdeh1 MMC-nin üzərinə qoyulması, iddiaçı X3 ilk iddiasının qalan hissədə və ilk iddia üzrə Cavabdeh2 münasibətdə təmin edilməməsi, iddiaçılar İddiaçı1 Firuddin oğlunun, İddiaçı4 Firuddin oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddialarının təmin edilməməsi, Cavabdeh1 MMC-nin X4, İddiaçı1 Firuddin oğluna və İddiaçı2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilk iddia üzrə iddiaçı X5 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı X4 ödənilməsi, ilk iddia üzrə digər iddiaçılar İddiaçı1 Firuddin oğlu, İddiaçı4 Firuddin oğlu və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar X5, İddiaçı1 Firuddin oğlu və İddiaçı2 və Cavabdeh1 MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçılar X5, İddiaçı1 Firuddin oğlu və İddiaçı2 və Cavabdeh1 MMC məhkəməyə barışıq sazişi təqdim edərək, razılığa gəldikləri üçün barışıq sazişinin təsdiq olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində göstərilmişdir ki, Cavabdeh1 MTK və iddiaçılar hazırki apelyasiya baxışının predmetini təşkil edən tələblər üzrə razılığa gəlirlər ki, MTK iddiaçılara hər ay 1500 manat olmaqla, 10000 manat pul ödəyir və bunun müqabilində həm apelyasiya şikayəti vermiş iddiaçılar, həm də MTK birbirlərinə qarşı olan tələblərdən imtina edirlər. Tərəflər razılığa gəlirlər ki, göstərilən vəsait qərardad qüvvəyə mindikdən sonra 3 iş günü və hər növbəti ayda 3 iş günü ərzində iddiaçıların rəsmi təqdim etdikləri hesab nömrəsinə köçürüləcəkdir. Hər hansı ayın ödənişində gecikmə olarsa, MTK yerdə qalan məbləği birdəfəlik ödənişlə iddiaçılara ödəyəcək. Birinci ay iyunun 11-14-ü arası ödəniş ediləcək, hər növbəti ay da eyni qaydada ödəniş ediləcək. Tərəflərə hərəkətlərin prosessual nəticəsi məlumdur. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Qətnamədən İddiaçı4 Firuddin oğlu tərəfindən apelyasiya şikayəti verilmədiyi üçün ona münasibətdə yoxlanılmır. Odur ki, qətnamə İddiaçı4 Firuddin oğluna aid hissə istisna olmaqla qalan hissələrdə ləğv edilir və həmin hissələrdə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – yoxlanılan hissələrdə ləğv edilməklə həmin hissələrdə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Hazırki mülki iş üzrə iddiaçılar X5, İddiaçı1 Firuddin oğlu və İddiaçı2 və Cavabdeh1 MMC arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh1 MTK və iddiaçılar hazırki apelyasiya baxışının predmetini təşkil edən tələblər üzrə razılığa gəlirlər ki, MTK iddiaçılara hər ay 1500 manat olmaqla, 10000 manat pul ödəyir və bunun müqabilində həm apelyasiya şikayəti vermiş iddiaçılar, həm də MTK bir-birlərinə qarşı olan tələblərdən imtina edirlər. Tərəflər razılığa gəlirlər ki, qərardad qüvvəyə mindikdən sonra 3 iş günü və hər növbəti ayda 3 iş günü ərzində iddiaçıların rəsmi təqdim etdikləri hesab nömrəsinə köçürəcəklər. Hər hansı ayın ödənişində gecikmə olarsa, MTK yerdə qalan məbləği birdəfəlik ödənişlə iddiaçılara ödəyəcək. Birinci ay iyunun 11-14-ü arası ödəniş ediləcək, hər növbəti ay da eyni qaydada ödəniş ediləcək.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(006)-99/2022 saylı qətnaməsi qismən – mübahisələndirilən hissələrdə (Əmək qabiliyyətinin azalması (itirilməsi) nəticəsində dəyən zərərin əvəzi olaraq itirdiyi qazanc (əmək haqqı) qismində (2019-cu ilin aprel ayından etibarən 2022-ci ilin aprel ayınadək) ümumilikdə 7.400 manat və vurulmuş mənəvi ziyana görə 5.000 manat pul məbləği ilk iddia üzrə Cavabdeh1 MMCdən tutularaq ilk iddia üzrə iddiaçı X4 ödənilsin; İlk iddia üzrə iddiaçı X4 icra edilməli olan «sağ tərəfli revizion bud-çanaq endoprotezi» cərrahiyyə əməliyyatı ilk iddia üzrə Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilsin; İlk iddia üzrə iddiaçı X4 «postravmatik ensefalopatiya yaddaş-intelektual enməsi ilə və davranış pozuntuları» ilə bağlı göstərilməli olan ambulator müalicə xərclərinin ödənilməsi öhdəliyi ilk iddia üzrə Cavabdeh1 MMC-nin üzərinə qoyulsun; iddiaçı X3 ilk iddiası qalan hissədə və ilk iddia üzrə Cavabdeh2 münasibətdə təmin edilməsin; İddiaçılar İddiaçı1 Firuddin oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiaları təmin edilməsin; Cavabdeh1 MMC-nin X4, İddiaçı1 Firuddin oğluna və İddiaçı2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin) ləğv edilərək mülki işin icraatına həmin hissələrdə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar