Məhkəmə qərarları › İş №2(103)-2116/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2116/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2116/2021 21.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3751/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və qırx qəpik bank xidməti daxil olmaqla cəmi 880,40 (səkkiz yüz səksən manat qırx qəpik) pulun cavabdeh X1 tutularaq “xxxx” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3751/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı «xxxx» ASC tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3751/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı «xxxx» ASC tərəfindən məhkəməyə şikayət daxil olmuşdur. Şikayətin təmin edilməsini və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3751/20 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək işin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmə iddiaçının, cavabdehin Nərimanov rayonu ərazisində qeydiyyatına dair sübut əlavə etmədiyini əsas gətirmiş və iddia ərizəsini bu səbəblə geri qaytarmışdır. Cavabdeh X2 nəinki Nərimanov rayonu ərazisində, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində qeydiyyatının olması barədə məlumat yoxdur. Belə olan halda iddiaçının prosessual hüququdur ki, iddia ərizəsini özünün qeydiyyatda olduğu yerə görə versin. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı isə hazırkı iddia ərizəsindən göründüyü kimi cavabdehin qeydiyyat yerini Türkiyə Cümhuriyyəti, Kahramanmaraş, Kelibizler Məhəlləsi olduğunu qeyd etmiş, iddia ərizəsinə cavabdehin Bakı şəhəri, Nərimanov rayonu ərazisində qeydiyyatını təsdiq edən sübut əlavə etməmişdir. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, cavabdeh Yatar X3 Respublikasının vətəndaşıdır və hazırda cavabdehin yaşadığı və qeydiyyat yeri barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilməmiş, eyni zamanda “Azemis” elektron məhkəmə sisitemi vasitəsilə cavabdehin qeydiyyatını təsdiq edən məlumatlar aşkar edilməmişdir. Həmçinin Kollegiya qeyd edir ki, şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.12-ci maddəsinə istinad olunsa da hazırki münasibətlər həmin maddənin təsir dairəsinə düşmür. Belə ki, həmin maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Maddənin məzmunundan açıq-aydın görünür ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3751/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Məmməd Məmmədov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar