Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2116/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-1092/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Həşimov və "xxxx" ASC cəlb edilməklə icra məmurunun hərəkətlərindən, ilkin satış qiymətinin ləğv edilməsi və yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərracın keçirilməsi ilə bağlı Əmlak Hərrac Mərkəzinə göndərdiyi sifarişin qanunsuz hesab edilməsi və “X1 Mərkəzi” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.m ümumi 34,7 kv.m yaşayış, 12,7 kv.m yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin bazar qiymətindən yarı qiymətə, yəni 33250 manat qiymətləndirilməsinə dair 14 dekabr 2021-ci il tarixli qərarın ləğv olunması, mənzilin dəyərinin bazar qiymətinə uyğun olaraq 60000 manat qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-1092/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməyə mane olmur. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, məhkəmə qaytarmanın səbəbini əsaslı olaraq qərardadda göstərməmişdir.Çünki, iddia ərizəsində MPM-in tələblərinə əməl etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-1092/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh MMC qeyd edilsə də, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddiaçı iddia ərizəsinin tələb hissəsində cavabdeh qismində qeyd etdiyi Cavabdeh MMC-yə qarşı hansı tələbin yönəldiyini qeyd etməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin tələb hissəsində “X1 Mərkəzi” MMC tərəfindən qəbul edilən 14 dekabr 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etsə belə, həmin MMC-ni cavabdeh qismində cəlb etməmiş və tələbdə ləğv edilməsini nəzərdə tutduğu qərarı və digər sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə, iddia tələbində icra məmurunun hərracın keçirilməsi ilə bağlı Əmlak Hərrac Mərkəzinə göndərdiyi sifarişin qanunsuz hesab edilməsi tələbi irəli sürülsə də, qeyd etmək lazımdır ki, icra məmurunun hərəkətlərindən şikayət iddia tələbi qismində irəli sürülə bilməz. Həmin müraciətlərə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil, icra məmurunun olduğu yer üzrə şikayət formasında (8 indeksi ilə) müraciət edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Əvvəla, birinci instansiya məhkəməsinin də göstərdiyi kimi cavabdeh MMC-yə qarşı hər hansı bir tələb yönəlməyib.Yəni, hərracın keçirilməsi ilə əlaqədar MMC-yə tələb irəli sürülə bilərdi ki, buda, yəni hərracın keçirildiyi işdən görünmür. İddia ərizəsinin məzmunundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə hərracın keçirilməsi nəzərdə tutulduğu üçün hazırki iddia irəli sürülmüşdür. İkinci, icra məmurunun hərracın keçirilməsi ilə bağlı Cavabdeh MMC-yə göndərdiyi sifarişin qanunsuz hesab edilməsinə dair tələbə də hansısa icraatda baxıla bilməz. Çünki, bu sifariş Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmişdir. Demək ki, bu cür sifariş vermək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası və icra məmurunun birbaşa vəzifəsinin icrası ilə əlaqədar olmuşdur. Üçüncü, “X1 Mərkəzi” MMC tərəfindən qəbul edilən 14 dekabr 2021-ci il tarixli qərarın(rəyin, hesabatın və.s)ləğv edilməsi tələbi də ayrıca iddianın yaxud hansısa icraatın predmeti ola bilməz. Çünki, Abşeron Rayon Məhkəməsinin 2(012)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan bəlli olur ki, “X1 Mərkəzi” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.m ümumi 34,7 kv.m yaşayış, 12,7 kv.m yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 33250 manat müəyyən edilmişdir və tutma ona yönəldilmişdir. Demək ki, qiymətləndirmə rəyi yalınz həmin icraatın çərçivəsində mübahisələndirilə bilərdi. Çünki, məhkəmə qətnaməsi ilə müəyyən edilən ilkin satış qiyməti yenidən ayrıca icraatda mübahisələndirilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-1092/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-1092/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2116/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2116/2023
01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver