Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2121/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2063/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri”nin (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xətlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xətlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlərin; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların (telefon, internet, televiziya və s.), ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun Cavabdeh MTKdan alınıb İddiaçı MMMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Cavabdehnə qətnamənin surəti təqdim olunmamış və ünvanına qətnamə daxil olmamışdır. Cavabdeh bir neçə gün əvvəl iddiaçının apellyasiya şikayəti verməsi ilə əlaqədar məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 357.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizə təmin edilməli, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il qərardadını ləğv edərək, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 60.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir və apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizədə absurd şəkildə qeyd edilmişdir ki, guya bunların Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən məlumatları olmamışdır. Yasamal Rayon Məhkəməsi absurd formada bu apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəni təmin etmişdir. Belə ki, hələ cavabdeh tərəfindən verilən buraxılmış müddətin bərpasına dair ərizəyə etirazlarında xüsusilə vurğulamışlar ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizədə absurd şəkildə qeyd edilmişdir ki, guya onların Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən məlumatları olmamışdır. Lakin bu əsas tamamilə yanlışdır, əvvəla məhkəmə qətnaməsi qəbul edilərkən həm iddiaçının, həm də cavabdehin yəni Cavabdeh MTK-nın elektron kabinetində yerləşdirilmişdir. Belə ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetində yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da görünür ki, 2(004)-2063/2022 nömrəli iş üzrə yekun məhkəmə aktı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetində yerləşdirilmişdir. Bundan əlavə, Yasamal Rayon Məhkəməsi tərəfindən poçt vasitəsilə 08 iyun 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi hər iki iştirakçıya (iddiaçı və cavabdeh) göndərilmişdir. Əlavə olaraq iddiaçı bu qətnamədən apellyasiya şikayəti verərkən həmin apellyasiya şikayətinin də həm icraata qəbul edilməsi üçün baxılması, həm icraata qəbul barədə məhkəmə bildirişi vaxtı-vaxtında Cavabdeh MTK-ya göndərilmişdir. Bununla paralel, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetində yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışları da maddi sübut kimi etirazlarına əlavə etmişlər. Lakin, çox təəssüflər olsun ki, Yasamal Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol verərək qərardadda onların etiraz verdiyi qeyd edilsə də, etirazın dəlillərinə heç bir münasibət bildirilməmiş, həmin etiraz üzrə təqdim olunan maddi sübutlar ümumiyyətlə görməzdən gəlinmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 135, 146, 357, 360, 385, 387, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş dəlillər üzrə qərardadın qüvvədə saxlanılması üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, ərizəçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə qətnaməsi həm iddiaçının, həm də cavabdehin elektron kabinetlərində yerləşdirilmiş, poçt vasitəsilə 08 iyun 2022-ci il tarixində hər iki iştirakçıya göndərilmiş, iddiaçı bu qətnamədən apellyasiya şikayəti verərkən həmin apellyasiya şikayətinin qeyri-mümkünlüyü və geri qaytarılması barədə qərardadlarında, həm də icraata qəbulu barədə məhkəmə bildirişləri Cavabdeh MTK-ya göndərilmişdir. Diqqətə çatdırılmalıdır ki, prosessual müddətləri ötürülmüş qətnamədən şikayəti, bu qətnaməni elektron məhkəmə sistemi vasitəsi ilə qəbul etmiş cavabdehin vəkil-nümayəndəsi Vəkil1 08 dekabr 2022-ci il tarixdə təqdim etmişdir. Müddətin ötməsinin üzrlülük meyarlarına dair fərqli münasibətin sərgilənməsi məhkəmə müdafiə hüquqlarının əsassız məhdudlaşmasına və ya hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi dəyərləndirilməlidir. Kollegiya səlahiyyətləri həddində verilən şikayətin (birinci instansiya məhkəməsində müzakirə predmeti olmayan) dəlillərinə münasibətdə digər əsaslarla müddətin ötməsi hallarının da müzakirəsini prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz hesab edir. Qeyd edilənlərə əsasən, kollegiya, ərizənin üzrlülük meyarları üzrə işin müəyyən edilən hallarından əsaslandırılmamış qərardaddan verilən şikayətin dəlillərini əsaslı hesab edir və bu dəlilləri təkzib edən xüsusatlar müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2063/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh MTK tərəfindən verilmiş ərizə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2(103)-2121/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2121/2023
27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver