Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2127/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızının Cavabdehnə qarşı pul vəsaitinin ödənilməsi və sair tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair mülki iş (Açar sözlər: «icarə haqqının natamam ödənilməsi, mənzilin və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən işin halları ilə müəyyən edilib ki: ünvan 1 ünvanda yerləşən 60 saylı mənzil X1 adına xx.xx.1998-ci ildə qeydiyyata alınmışdır. 2.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(005)- 1003/2006 saylı qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evin 2-ci mərtəbəsində sahə 587.7 kv.m olan (əsas sahə 573.7 kv.m., köməkçi sahə 14,0) tikiliyə X1 mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanda yerləşən evin 2-ci mərtəbəsində sahə 587.7 kv.m olan (əsas sahə 573.7 kv.m., köməkçi sahə 14,0) tikiliyə X1 qeydiyyat vəsiqəsi verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı ərazi İdarəsinə verilməsi qət edilmişdir.
3. 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə “DYNAMEX EXPRESS" MMC arasında ünvan 1 yaşayış 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən ümumi icarə obyektinin aylıq icarə haqqı 1500 manat olmaqla, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrinə uyğun olaraq bərabər məbləğdə bölünərək 375 manat icarəyə verənə ödəniləcəkdir.
4. 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə “DYNAMEX EXPRESS" MMC arasında ünvan 1 yaşayış binasının 3-cü mərtəbəsində yerləşən əsas sahəsi 23.9 kv. m. və köməkçi sahəsi 2.3 kv.m olmaqla, cəmi 26.2 kv. m olan 53 nömrəli mənzilin ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən ümumi icarə obyektinin aylıq icarə haqqı 900(doqquz yüz) manat olmaqla, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrinə uyğun olaraq bərabər məbləğdə bölünərək 225 manat icarəyə verənə ödəniləcəkdir.
5. 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən X7, X6, X8, X10 ilə DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 1 yaşayış evinin 3cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, ünvan 1 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil, ünvan 1 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil, ünvan 1 yaşayış evinin 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik 3/4 hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 2000(iki min) manatdır. ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan İddiaçı icarə məbləği saxlanılmaqla 1-ci tərəflərə ödəniləcəkdir.
7. 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən əsasən X7, X6, X8, X10 ilə DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 1 yaşayış evinin 3cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, ünvan 1 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil, ünvan 1 yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil, ünvan 1 yaşayış evinin 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik 3/4 hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2 tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 4000(dörd min) manatdır. ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan İddiaçı icarə məbləği saxlanılmaqla 1-ci tərəflərə ödəniləcəkdir.
8. 01 iyun 2023-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, 28 may küçəsindəki 5 nömrəli yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzilin və ünvan 1 yaşayış 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən ümumi icarə obyektinin aylıq icarə haqqı 4000(dörd min) manatdır. Bu bəndin 2-ci cümləsində isə İddiaçı aylıq 800(səkkiz yüz) manat icarə məbləği ödəniləcəyi qeyd olunmuşdur.
9. Azərbaycan Respublikasının Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2497/2023 saylı qərara ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1248/2023 nömrəli, 07 mart 2023cü il tarixli qətnaməsinin İddiaçı qarşılıqlı iddiasının rədd, Rəhman Quliyevin qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarın 72-ci bəndində İddiaçı da icarəyə verənlərdən biri olmaqla “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxs kimi həmin müqaviləni imzaladığı qeyd olunmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-351/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi X3 qarşılıqlı iddiasının rədd olunduğu və X4 qarşılıqlı iddiasının təmin olunduğu hissələrdə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş; X3 cavabdehlər Yusif Quliyev, Rəhman Quliyev, Səadət Quliyeva və Rəşid Quliyevdən müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi; X4 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 3kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Cavabdehnə qarşı pul vəsaitinin ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC, ünvan 4 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiada göstərilib ki, İddiaçı ilə Cavabdeh MMC arasında iki icarə müqaviləsi bağlanılmışdır. Birinci icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmış, həmin müqaviləyə əsasən yuxarıda göstərilən daşınmaz əmlakların icarəsinə görə iddiaçıya xx.xx.2022-ci ildən etibarən hər ay 700 (yeddi yüz) manat, 6 ay üçün 4200 (dörd min iki yüz) manat məbləğində pul ödənilmişdir. İkinci icarə müqaviləsi isə, xx.xx.2023-cü il tarixdə bağlanılmış və həmin icarə müqaviləsinə əsasən, iddiaçıya hər ay 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı ödənilmişdir. İcarə müddəti dövründə iddiaçıya heç bir məlumat verilmədən, Cavabdeh MMC daşınmaz əmlakların digər mülkiyyətçiləri ilə gizli olaraq yeni şərtlərlə yeni müqavilə bağlayaraq, ünvan 4 ünvanında yerləşən 53 (26,20 kv.m.) nömrəli mənzilə və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsinə görə hər ay üçün 4000 manat olmaqla icarə haqqı müəyyən etmişdir. Cavabdeh MMC, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilələrdən xəbərsiz olan İddiaçı aldadaraq, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023cü il tarixə qədər əsassız olaraq ona daha az məbləğdə, yəni 700 (yeddi yüz) manat məbləğində pul ödəməkdə davam etmişdir. Əslində isə, cavabdeh digər mülkiyyətçilərlə bağladığı yeni müqavilələrin şərtlərinə görə hər ay üçün 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul ödəməli idi. Bununla da, iddiaçıya hər ay üçün 464 (dörd yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, İddiaçı hər ay 800 (səkiz yüz) manat, ümumilikdə 6 ay ərzində 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı ödənilsə də, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilə şərtlərinə görə iddiaçıya hər ay üçün 364 (üç yüzaltmış dörd) manat olmaqla, ümumilikdə 2184 manat icarə haqqı ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər İddiaçı cəmi 4968 (dörd min doqquz yüzaltmış səkkiz) manat icarə haqqı ödənilməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar, iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır. İddiaçı icarə müqaviləsinin ləğvi (icarə müqaviləsinin müddəti xx.xx.2023-cü ildə başa çatmışdır) və mülkiyyətdə olan əmlakın boşaldılaraq, ona təhvil verilməsinə dair dəfələrlə cavabdehə müraciətlər etməsinə baxmayaraq, cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, hazıra qədər tərəflər arasında icarə müqaviləsi olmadan, qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə edərək faydalanır. Bunula da, cavabdeh tərəfindən iddiaçıya maddi zərər yetirilir. İddiaçı həmin əmlakları icarəyə verəcəyi təqdirdə hər ay ən az 1164 (bir min yüz altmış dörd) manat məbləğində qazanc əldə edə bilərdi. Buna baxmayaraq, Cavabdeh MMC iddiaçıya məxsus əmlaklardan çıxmamaqla və həmin əmlaklarda qanunsuz və əsassız istifadə etməklə, sonuncunu bu imkandan məhrum etmişdir. Eyni zamanda, mübahisə predmeti olan daşınmaz əmlaklar yerli əhəmiyyətli tarixi abidələr sarısına daxildir. İddiaçı tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tarixi abidə olan daşınmaz əmlaklarda qanunsuz olaraq, tikinti, söküntü, yenidən qurma və yenidən planlaşdırma işləri aparmaqla, orada qanunsuz olaraq istilik sistemi quraşdırmışdır. (Sübut kimi foto və video görüntülər təqdim edilir.) Bu barədə iddiaçı dəfələrlə Cavabdeh MMC-yə şifahi və yazılı bildirişlər göndərərək, istilik sisteminin sökülməsini və sökülən sahənin bərpasını tələb etmişdir. Cavabdeh isə iddiaçının müraciətlərinə hazıra qədər heç bir əhəmiyyət vermir.
13. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dört min doqquz yüz altmış səkkiz) manat, həmcinin xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dört) manatın tutularaq ona ödənilməsini xahiş etmişdir.
14. Ərizədə göstərib ki, 27 noyabr 2021-ci il tarixdə Cavabdeh MMC ilə onun arasında, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 5 ünvanında yerləşən 53 nömrəli mənzilin ¼ hissəsi və birgə istifadədə olan sahəni və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsin ¼ hissəsinin icarəyə verilməsi ilə bağlı 2 müqavilə bağlanmışdır. Birinci müqaviləyə əsasən ümümi icarə obyektinin, yəni, 53 saylı mənzilin ¼ hissəsi və birgə istifadədə olan sahəninin aylıq icarə haqqı 900 manat (doqquz yüz) manat, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrinə uyğun bölünmüş və ona ödəniləsi olan məbləğ 225 (iki yüz iyirmi beş) manat təşkil etmişdir. İkinci müqaviləyə əsasən yuxarıda göstərilən ünvanın 4-cü mərtəbəsində yerləşən 395 kv.m qeyri-yaşayış sahəsin ¼ hissəsinin icarəyə verilməsi ilə bağlı ümümi icarə obyektinin aylıq icarə haqqı 1500 manat (min beş yüz) manat, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrə uyğun olaraq bölünmüş və ona ödəniləsi olan məbləğ 375 (üç yüz yetmiş beş) manat təşkil etmişdir. Cəmi, hər iki müqavilə üzrə aylıq icarə haqqı 600 manat təşkil etməklə, qabaqcadan, hər 6 aydan bir, ayın 1-də icarəyə verənə odənilməsi nəzərdə tutularaq icarə müddəti 1 dekabr 2021-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdir. İcarə müddətinin bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddətinin 1(bir) il müddətinə uzadılması şərti ilə. 4 dekabr 2021-ci il tarixdə hər iki müqavilə üzrə icarə haqqının verilməsi ilə bağlı aktlarla 6 aylıq (xx.xx.2021-xx.xx.2022), cəmi 3600 manat icarə haqqı təhvil almış, 1-ci müqavilə üzrə 1350 manat, 2-ci müqavilə üzrə isə 2250 manat. Müqavilə bağlanmamışdan əvvəl, qarşı tərəflə apardıqları hesablamalara əsasən müəyyən etmiş və razılığa gəlmişlər ki, ona ödənilən aylıq icarə haqqı cəmi 700 manat təşkil etməlidir. Lakin razılaşmaya baxmayaraq Yusif Quliyev həmin məbləğin ona verilməsinə etiraz etmiş və həmin məbləği ödəməyə icazə vermədiyini bildirmişdir. Bu səbəbdən o güzəştə gedərək, icarəçi ilə razılığa gəlmişdi ki, ilk 6 ayın aylıq ödənişi 600 manatdan hesablansın, sonradan isə aylıq ödəniş ona 700 manatdan ödənilsin. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinin dəyişilməsinə dair onunla icarəçi arasında əlavə razılaşma bağlandı və aylıq icarə haqqı 900 (doqquz yüz) manat olmaqla icarə haqqı icarəyə verən tərəflər arasında bölünərək ona ödəniləsi məbləğ 225 manat deyil 325 (üç yüz iyirmi beş) manat təşkil etdi. Razılaşmaya əsasən cəmi, hər iki müqavilə üzrə aylıq icarə haqqı 600 manat deyil, 700 manat təşkil etməklə xx.xx.2022-ci il tarixli, icarə haqqının verilməsi ilə bağlı aktlarla 6 aylıq (xx.xx.2022-xx.xx.2022), cəmi 4200 manat icarə haqqı təhvil almış, 1-ci müqavilə üzrə 1950 manat, 2-ci müqavilə üzrə isə 2250 manat. Növbəti, 6 aylıq (xx.xx.2022-xx.xx.2023) icarə haqqı, 4200 manat vəsaiti, xx.xx.2022-ci il tarixdə, vahid qəbzlə təhvil almışdı. xx.xx.2021-ci il tarixli müqavilənin 5.1ci bəndində göstərilmişdir ki, “icarə müddətinin 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddətinin 1(bir) il müddətinə uzadılmış hesab edilir”. Bu bənddə göstərilənlərə baxmayaraq, ondan xəbərsiz, xx.xx.2022-ci il tarixdə, digər icarəyə verənlər və icarəçi arasında, hər iki müqavilə üzrə 6 aylıq icarə haqqı cəmi əvvəl olduğu kimi 2400 (iki min dörd yüz) manat deyil, 4000 (dörd min) manat göstərilərək yeni müqavilə bağlanmışdır. Digər icarəyə verənlərlə icarəçi arasında bağlanan gizli müqavilə xx.xx.2022-ci il tarixdə, yəni onun xx.xx.2022-ci il tarixdə, köhnə müqaviləyə əsasən, qəbzlə 6 aylıq 4200 manat ödəniş aldığından 11 gün əvvəl bağlanmışdır. Baxmayaraq ki, yeni müqaviləyə əsasən ona ödəniləsi aylıq icarə haqqı əvvəlki müqaviləyə əsasən 700 (yeddi yüz) manat deyil, 1164 (bir min yüz altmış dörd) manat təşkil etməlidir. Belə ki, ilkin müqaviləyə əsasən aylıq ümumi icarə haqqı 2400 manat təşkil edir, ona ödəniləsi 700 manat ayliq məbləğ isə həmin məbləğin 29.1% təşkil edir. Müvafiq olaraq yeni, gizli bağlanmış müqaviləyə əsasən, aylıq ümumi icarə haqqı 4000 (dörd min) manat olduğundan ona ödəniləsi aylıq məbləğ, həmin məbləğin 29.1% təşkil etməklə 1164 (bir min yüz altmış dörd) manat vəsait edir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq icarə haqqı 4200 manat deyil (aylıq 700 manat), 6984 (altı min doqquz yüz səksən dörd) manat (aylıq 1164 manat) təşkil etməlidir. Bu səbəbdən də, aldanma nəticəsində ona ödənilməyən, fərq təşkil edən məbləğ 2784 (iki min yeddi yüz səksən dörd) manat vəsait ona ödənilməlidir. Bütün baş verənlərdən onun xəbəri olmadan, xx.xx.2023-cü il tarixdə yenidən icarə haqqının ödəmə vaxtı yaxınlaşanda ona aylıq icarə haqqını 800 (səkkiz yüz) manat verəcəklərini bildirdilər və xx.xx.2023-cü il tarixdə qəbzlə ona ümumi icarə obyektinə görə 4800 manat pul vəsait təhvil verdilər, onunla yeni icarə müqaviləsi bağlamağa isə imtina etdilər. Dəfələrlə icarəçiyə müraciət etməyinə baxmayaraq, onlar icarə müqaviləsi bağlamaqdan yayındılar. İcarəçidən digər mülkiyyətçilərlə müqavilə bağlayıb-bağlamamaqlarını dəfələrlə, təkidlə soruşub, tələb etdikdən sonra, məcbur olub digər icarayə verənlərlə, ondan gizli bağladıqları müqavilə ilə tanış etdilər. Digər mülkiyyətçilərlə gizli bağladıqları müqavilə barədə öyrəndikdən sonra icarəçidən onunla da həmin məbləğdə müqavilə bağlamaqlarını tələb etmişdi. Lakin imtina cavabı aldı, nəinki həmin məbləğdə, onunla heç bir müqavilə bağlamayacaqlarını bildirdilər. Bu hadisələr 1 ay davam etdi. İyul ayının əvvəlində icarəçiyə müraciət edərək, onların əmlakını boşaltmalarını və ona ödədikləri ödənişi geri qaytaracağını bildirib, onlara çıxmaları üçün vaxt vermişdi. Lakin 14 iyul 2023-cü il tarixdə mənzilinə gələndə ona qapını açmayaraq, mənzilinə buraxmadılar. Mübahisələri polisdə araşdırılmağa başladıqdan sonra, xx.xx.2023-cü il tarixdə onunla köhnə tarixlə, xx.xx.2023-cü il tarixli müqavilə bağlamışdılar. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icarəçi Cavabdeh MMC-yə poçtla bildiriş göndərərək xx.xx.2023-cü il tarixdən onlarla bağlanan müqaviləni uzatmayacağını və əmlakını boşaltmalarını tələb etmişdi. Lakin icarəçi onun bildirişlərimə məhəl qoymamışdı, şifahi olaraq onun əmlakından xx.xx.2023-cü il tarixdə çıxmayacağlarını bildirmişdilər. Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona hər ay 1164 (bir min yüz altmış dört) manat və cəmi 6 aya 6984 (altı min doqquz yüz səksən dörd) manat ödəmək əvəzinə hər ay 700 (yeddi yüz) manat ödəməklə, cəmi 6 aya 4200 (dörd min iki yüz) manat ödəmişlər. Belə ki, sonradan müəyyən edilmişdir ki, digər mülkiyyətçilər icarəçi ilə gizli, müqavilə bağlayarkən, icarə obyektlərini cəmi 2400 (iki min dörd yüz) manata deyil, 4000 (dörd min) manata icarəyə vermişlər və məbləğ fərqi 2784 (iki min yeddi yüz səksən dörd) manat təşkil edir. Beləliklə, Cavabdeh MMC ona bu müddət üzrə 2784 (iki min yeddi yüz səksən dörd) manat ödəməli olur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə, ona hər ay 1164 (bi min yüz altmış dört) manat və cəmi 6 aya 6984 (altı min doqquz yüz səksən dörd) manat ödəmək əvəzinə hər ay 800 (səkkiz yüz) manat ödəməklə, cəmi 6 aya 4800 (dörd min səkkiz yüz) manat ödəmişlər və məbləğ fərqi 2184 (iki min yüz səksən dörd) manat təşkil edir. Beləliklə, bu müddət üzrə isə icarəçi Cavabdeh MMC ona 2184 (iki min bir yüz səksən dörd) manat ödəməli olur. xx.xx.2023-cü il tarixdən əmlakı icarəçi tərəfindən boşaldılıb ona təhvil verən günə kimi isə, icarə haqqı hər ay üçün 1164 (bir min yüz altmış dörd) manatdan hesablamaqla ona ödənilməlidir. Belə ki, bu tarixdən icarəçi ilə arasında heç bir müqavilə bağlanmamış, icarəçiyə əmlaklarından çıxması barədə dəfələrlə rəsmi bildiriş göndərilmiş və icarəçi Cavabdeh MMC onun əmlakından bu müddət ərzində faydalanmışdır.
15. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Cavabdehnə və digərlərinə qarşı müqavilənin etibarsız sayılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə ünvan 6 nvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması, Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş, ünvan 6 ünvanında yeləşən binanın 53 nömrəli mənzilində quraşdırılmış istilik sistemləri qanunvericiliyin tələbi nəzərə alınmaqla sökülərək mənzil əvvəlki vəziyyətinə getirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasında göstərilib ki, ünvan 6 ünvanında yerləşən yaşayış evi (2891 inventar nömrəli) tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüşdür. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Qanunun 19-cu maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq, dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) (Mədəniyyət Nazirliyi) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. Qanunun 25-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası ilə bağlı işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın (AMEA) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Mədəniyyət Nazirliyi) tərəfindən təsdiq edildikdən sonra aparılır. İş materiallarından göründüyü kimi ünvan 6 ünvanında yerləşən binanın 53 nömrəli mənzilində Cavabdeh MMC tərəfindən istilik sistemi quraşdırılmış və bununla əlaqədar olaraq müvafiq işlərin aparılmasına dair razılığın alınması məqsədilə Qanuna əsasən aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə hər hansı müraciət etməmişdir. Eyni zamanda bildirirlər ki, həmin mənzilin mülkiyyətçiləri ilə icarə müqaviləsi də Qanununun tələbi pozulmaqla bağlanmışdır. Belə ki, qeyd olunan mənzilin mülkiyyətçiləri ilə “Dynamex Express" MMC arasında icarə müqavilələri bağlanarkən Mədəniyyət Nazirliyi ilə razılaşdırılmamışdır.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) İddiaçı Cavabdehnə qarşı pul vəsaitinin ödənilməsi və sair tələbinin qismən təmin edilərək xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 (səkkiz yüz) manatın cavabdeh Dynamex Express” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi; iddianın digər hissələrdə rədd edilməsi; müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı müqavilənin etibarsız sayılması və sair tələbinin isə rədd edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, ilk olaraq İddiaçı hazırda məhkəmədə hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamamasının araşdırılmasını zəruri hesab edir. Belə ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, hazırda mübahisə predmeti olan əmlaklara nəinki İddiaçı hələ 1/4 hissədə pay hüququ müəyən edilmədiyini, heç həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində belə qeydiyyata alınmadığını vurğulayaraq, nəticə olaraq iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığını bildirmişdir. Bununla bağlı, miras əmlakdakı payın ölçüsündən asılı olmayaraq, İddiaçı vərəsə və mülkiyyətçi olması faktı Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2497/2023 saylı Qərarı ilə artıq öz təqdiqini tapdığından, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ möcuddur. İddiaçı tələbi hazırda aşağıdakılardan ibarətdir:
1. Cavabdeh MMC, ünvan 4 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması;
2. xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi; 3.Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tələbi hazırda aşağıdakilərdən ibarətdir: 1.Cavabdeh MMC ilə ünvan 6 nvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması; 2.Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş, ünvan 6 ünvanında yeləşən binanın 53 nömrəli mənzilində quraşdırılmış istilik sistemləri qanunvericiliyin tələbi nəzərə alınmaqla sökülərək mənzil əvvəlki vəziyyətinə gətirilməsi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamənin: 1.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (bundan sonra – Xidmət) X12, “İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. X12nı və inkişafını təmin etmək və X12na dövlət nəzarətini həyata keçirmək; 2.0.3. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək; 2.0.5. müvafiq sahədə aparılan abadlıq, inşaat, təmir, bərpa, rekonstruksiya, konservasiya və yenidənqurma işlərinin layihələrinin həyata keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla razılıq vermək və işlərin gedişinə nəzarət etmək. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 4. Abidələr üzərində mülkiyyət Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. Maddə 10. Abidələrin toxunulmazlığı Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrıayrı hissələri (arxeoloji abidələr istisna olmaqla)müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1894/2024 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələblərinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı məhkəmədə qaldırılan iddia tələbinin “mənzil əvvəlki vəziyyətinə gətirilməsi” tələbi hissələrində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin ünvan 4 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması” və “Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi” hissələri ilə bağlı qeyd edib ki, Cavabdeh MMC uzun müddətdir ki, mübahisə predmeti olan əmlakları icarə müqaviləsi əsasında istifadə etmişdir və hazırda digər icarəyə verənlər müqavilə münasibətlərinin davam etdirilməsinə razıdırlar. Yalnız İddiaçı müqavilə münasibətlərini davam etdirməkdən imtina edir və əmlakların boşaldılmasını tələb edir. Belə bir vəziyyətdə İddiaçı ilk növbədə sübuta yetirməlidir ki, o, əmlakların məhz hansı % hissəsinin boşaldılmasını hazırda iddiaçıdan tələb edir. Lakin iş materiallarından da göründüyü kimi sözügedən əmlaklar naturada bölünməmişdir və İddiaçı iddia etdiyi 1/4 hissə məhz əmlakların hansı hissəsinin olduğu müəyyən edilməmişdir. İddiaçı iddia etdiyi 1/4 hissə naturada bölünmədiyi halda, onun hazırki iddiası təmin edilərsə, bu qətnamə icrası mümkün olmayan qətnamə olacaqdır (qətnamə icra olunarkən icra məmuru əmlakın məhz hansı hissəsindən cavabdehin çıxarılmalı olduğu və istilik sistemlərinin sökülməli olmasını müəyyən edə bilməyəcək). İddiaçı əmlakların % hissəsinin mülkiyyətçisi olması halı sübuta yetirilmiş olsa belə, onun hazırki tələbi digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Belə ki, mülkiyyətçilərin mənafeləri arasındakı narazılıq məhkəmə tərəfindən qorunmalı, yəni % hissədə paya malik olan mülkiyyətçinin digər - % hissədə payları olan mülkiyyətçilərlə razılığa gəlməməsi sonuncuların öz əmlaklarından istifadəsinə və bu istifadədən qazanc əldə etməsinə, bir sözlə mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə olmamalıdır. Nəticə etibarı ilə, iddiaçının tələbi həm qeyri-müəyyən olduğundan, həm də digər icarəyə verənlərin mənafelərinə zidd olduğundan, iddia bu hissələrdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh “xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, iddiaçı onunla Cavabdeh MMC arasında daha az məbləğli icarə müqavilələrinin bağlandığını iddia edərək, icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üçün 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat, həmcinin xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dörd) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tələbin “icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, İddiaçı razılaşdırılmış məbləğ əsasında azad surətdə, hər hansı məcburiyyət olmadan Cavabdeh ilə müqavilələr bağlamış və müqavilənin dəyəri öncədən ona tam məbləğdə ödənilmiş və o, heç bir mübahisə etmədən həmin ödənişi qəbul etmişdir. Bunu nəzərə alaraq, İddiaçı hazırda həmin məbləğin cavabdehdən tələb etməsi əsassız olmuşdur. Məhkəmə iddianın “xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmış, həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC-yə poçtla bildiriş göndərərək xx.xx.2023-cü il tarixdən onlarla bağlanan müqaviləni uzatmayacağını və əmlakını boşaltmalarını tələb etmişdir. Hazırda işin mübahisəsiz hallarından biri odur ki, mübahisə predmetini təşkil edən sahə hal-hazırda cavabdehin istifadəsindədir, lakin buna baxmayaraq həmin mənzildə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçı ilə yeni müqavilə bağlanmamış və xx.xx.2023-cü il tarixdən ona hər hansı ödəniş edilməyərək onun hüququları pozulmuşdur. Bunları nəzərə alaraq, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 manat (tərəflər arasında azad sürətdə bağlanmış son müqaviləyə əsasən) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin iddia tələbinin “Cavabdeh MMC ilə ünvan 6 ünvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə xüsusi mülkiyyətdə olan memarlıq abidələrinin icarəyə verilməsi zamanı müvafiq qurumun razılığının alınması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Həmçinin, Dövlət Xidməti icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini əsaslandırarkən MM-nin 337.1-ci maddəsinə istinad etmiş, lakin iddia ərizəsində icarə müqaviləsi bağlanarkən Mülki Məcəllənin məhz konkret hansı normasının pozulduğu göstərməmişdir. Belə olan halda, icarə müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş hər hansı şərtin pozuntusuna yol verilmədiyindən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası bu hissədə rədd edilməlidir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
19. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1 oğlu) apellyasiya şikayətində qətnamənin qismən, yəni iddiasının təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin isə təmin olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd etdiyi mövqe, bilavasitə cavabdehin, xüsusən də birgə mülkiyyətdə olan daşınmaz əmlakların digər mülkiyyətçilərinin mənafeyinə xidmət edir. Obyektiv və ədalətli araşdırma aparmalı olan məhkəmə, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu diqqətindən kənarda qoyaraq, üçüncü şəxslərin qayğısına qalmağa çalışmış, onların mülkiyyət hüquqlarını iddiaçı Səidə Səfərovanın (Quliyevanın) mülkiyyət hüququndan daha üstün hesab etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlaklar iddiaçı və üçüncü şəxslərin birgə mülkiyyətində olmaqla, sonuncular ümumiliyin iştirakçıları kimi birgə mülkiyyətin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-cimaddəsinin tələbinə görə “Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.” Məhkəmə isə birgə mülkiyyətçilərə əsassız olaraq, eyni münasibət göstərməmiş, hansısa səbəblərdən, iddiaçının mülkiyyət hüquqlarını görməzdən gələrək, yalnız üçüncü şəxslərin əmlaka olan mülkiyyət hüquqlarını müdafiə etmiş, onların qayğısına qalmış və onları müdafiə etmişdir. Bu hal məhkəmənin işə birtərəfli, qeyri-obyektiv yanaşdığını və tamamilə ədalətsiz qətnamə qəbul etdiyini təsdiq edir. Mülki Məcəllənin 222.2-ci maddəsinin tələbinə əsasən, “birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir”. Beləliklə, qanunun tələbinə əsasən, ümumiliyin iştirakçısı olan iddiaçı Səidə Səfərovanın razılığı olmadan, ümumiliyin digər iştirakçılarının ümumi əmlakı icarəyə verməsi mümkün deyildir. Məhkəmə, əmlakın naturada bölünmədiyini qeyd etsə də, nəzərə almamışdır ki, mübahisəli əmlakın məhz naturada bölünməməsi, həmin ümumi əmlakın icarəyə verilməsi üçün birgə mülkiyyətçilərin hamısının razılığının olmasını tələb edir. Bundan başqa, məhkəmənin əmlakın naturada bölünməməsinə istinad edərək, gələcəkdə icra məmurunun əmlakın “məhz hansı hissəsində istilik sistemlərinin sökülməli olmasını müəyyən edə bilməyəcəyi” barədə qeyd etdikləri son dərəcə təəcüblüdür. Belə ki, iddiaçı tərəfindən iddia tələbində tarixi abidə olan binaya müdaxilənin tam olaraq aradan qaldırılması nəzərdə tutulmuşdur. Məhkəmə isə nədənsə, hesab etmişdir ki, tarixi abidəyə xələl yetirən müdaxilə, yalnız Səidə Səfərovanın mülkiyyətində olan hissədə sökülməli, tarixi binanın digər hissələrində isə qanunsuz müdaxilə qalmaqda davam etməlidir. Məhkəmənin bu mövqeyi absurd xarakter daşımaqla yanaşı, həmçinin işə səthi yanaşıldığını da aşkar təsdiq edir. Məhkəmə tələbin “icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, “İddiaçı razılaşdırılmış məbləğ əsasında azad surətdə, hər hansı məcburiyyət olmadan Cavabdeh ilə müqavilələr bağlamış və müqavilənin dəyəri öncədən ona tam məbləğdə ödənilmiş və o, heç bir mübahisə etmədən həmin ödənişi qəbul etmişdir. Bunu nəzərə alaraq, İddiaçı hazırda həmin məbləğin cavabdehdən tələb etməsi əsassız olmuşdur.” Birinci instansiya məhkəməsi bu hissədə də əsassız mövqe nümayiş etdirmiş, iddiaçının guya azad surətdə, hər hansı məcburiyyət olmadan Cavabdeh ilə müqavilələr bağladığını qeyd etmiş, lakin iddiaçının cavabdeh və üçüncü şəxslər tərəfindən aldadıldığını diqqətdən kənarda qoymuşdur. Halbuki, iddia ərizəsində də aşkar qeyd edilmişdir ki, “Cavabdeh MMC, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilələrdən xəbərsiz olan İddiaçı aldadaraq, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər əsassız olaraq ona daha az məbləğdə, yəni 700 (yeddi yüz) manat məbləğində pul ödəməkdə davam etmişdir. Əslində isə, cavabdeh digər mülkiyyətçilərlə bağladığı yeni müqavilələrin şərtlərinə görə hər ay üçün 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul ödəməli idi. Bununla da, iddiaçıya hər ay üçün 464 (dörd yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir.” Yuxarıda göstərilənləri nəzərə almaq istəməyən birinci instansiya məhkəməsi təmin etmədiyi tələblər üzrə obyektiv araşdırma aparmadan tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
20. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv edib iddiasının tam təmin edilməsini xahiş etdi.
21. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, eləcə də mübahisə predmet barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi, X6, X8 və X10 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
22. 3-cü şəxs X5 nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində bildirib ki, X7 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Saziş imzalansa da, mübahisə predmeti olan əmlaklar 2025-ci ilin aprelində uzun təkidlərdən sonra boşaldılmışdır. "xxxx" MMC tərəfindən iddiaçı istisna olmaqla digər mülkiyyətçilərə noyabr ayına qədər icarə haqqı ödənilmiş, lakin aprel ayına qədər əmlakları boşaltmadığı üçün sonuncuları icarəyə vermək mümkün olmamışdır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
25.”Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun:
Maddə 10. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla)müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi üçün əsasdır.
28. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
30. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddiaçının iddiası qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni Səidə Səfərovanın (Quliyevanın) iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
31. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
32. Səidə Səfərovanın (Quliyevanın) mübahisələndirilən hissədə iddasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşsa da birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəsi düzgün olmamışdır.
33. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia həmin hissədə də qismən haqlı sayılır.
34. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
35. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
36. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin Səidə Səfərovanın(Quliyevanın) iddiasının təmin edilməyən hissəsi üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan maddi hüquq normalarını tam tətbiq etməyib, həm də tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
37. Məhkəmə tərkibi ilk növbədə vurğulayır ki, qətnamə Səidə Səfərovanın(Quliyevanın) iddiasına aid hissədə yoxlanılır, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiası olan hissə isə mübahisələndirilmədiyindən yoxlanılmır.
38. Əvvəla, Səidə Səfərovanın(Quliyevanın) iddiasını şərti olaraq 3 hissəyə, yəni 1)mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma, Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi; 2)xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın tutulması; 3) əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manatın tutulması hissəsinə bölməklə hüquqi dəyərləndirmə aparılması zəruridir.
39. Apellyasiya baxışı zamanı, yaranmış zərurətlə əlaqədar icarəyə verənlər Səfərova (Quliyeva) Səidə Yusif qızı və digər üçüncü şəxslərlə Cavabdeh MMC arasında bağlanmış əmlakın icarəyə verilməsi barədə icarə müqavilələrinə əsasən ünvan 4 ünvanında yerləşən 53 nömrəli mənzil və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə icarə münasibətlərinin davam edib-etməməsi, icarə münasibətlərinə xitam verilmişdirsə mənzilin və qeyri-yaşayış sahəsinin icarəyə verənlərə təhvil verilibverilməməsi, təhvil verilibsə konkret hansı ildə, ayda və gündə verilməsi, yəni konkret hansı tarixdə tam olaraq mənzildən və qeyri-yaşayış sahəsindən çıxması barədə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə məlumat verilməsinə dair sorğu verilmiş və cavabdeh MMC sorğuya cavab olaraq ərizə ilə məhkəməyə müraciət edib qeyri-yaşayış sahələrinin xx.xx.2024-cü ildə boşaldılaraq təhvil verildiyini və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü ildə xitam verildiyini göstərmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli X2 və MMC-nin direktoru tərəfindən imzalanmışdır. Sazişdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi, 53,54, 55 nömrəli qeyri-yaşayış sahəsindən icarəçinin çıxaraq icarəyə verənə təhvil verildiyi qeyd olunmuşdur. Buna baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxs olan X5 nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində göstərib ki, X7 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Saziş imzalansa da, mübahisə predmeti olan əmlaklar 2025-ci ilin aprelində uzun təkidlərdən sonra boşaldılmışdır. "xxxx" MMC tərəfindən iddiaçı istisna olmaqla digər mülkiyyətçilərə noyabr ayına qədər icarə haqqı ödənilmiş, lakin aprel ayına qədər əmlakları boşaltmadığı üçün sonuncuları icarəyə vermək mümkün olmamışdır. Göründüyü kimi, iddia tələbinin birinci hissəsinin bir hissəsi olan mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma hissəsi mənzil və qeyri-yaşayış sahəsi faktiki olaraq 2025-ci ilin aprel ayında boşaldıldıldığından, yəni cavabdeh icarə obyektindən artıq çıxdığından iddianın bu hissəsi üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum qalmır.
40. Bununla yanaşı, iddianın cavabdeh tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi hissəsinə münasibətdə qeyd olunur ki, apellyasiya baxışı zamanı icarə obyektində quraşdırılmış istilik sisteminin yalnız fiziki olaraq qüsurlarla söküldüyü müəyyən edilsə də, iddianın mahiyyəti baxımından sökülmənin tam olmadığı, yəni divarlarda boruların keçməsi üçün dəliklər əmələ gəldiyi, bəzi hissələrdə kiçik daşların qopduğu, eləcə də döşəmə və divarların deşildiyi təsdiq olunmuşdur. Cavabdeh MMC bununla əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1082/2025 qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinərək 1500(min beş yüz)manat cərimə tənbehinə də məruz qalmışdır. Demək ki, cavabdeh icarə obyektindən çıxsa da quraşdırdığı istilik sisteminin sökülməsini tam başa çatdırmayıb, yəni söküntü nəticəsində yaranmış qusurları tam aradan qaldırmamaqla memarlıq abidəsinin əvvəlki vəziyyətini də bərpa etməmişdir. Səfərova(Quliyeva) Səidə Yusif qızı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi X9 arasında 19 avqust 2022-ci il tarixli, 506 nömrəli daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarına dair mühafizə müqaviləsi də bağlanmışdır. Ona görə də iddia tələbinin şərti olaraq bölünmüş 1-ci hissəsinin bu hissələri əsaslı olduğundan təmin edilməlidir.
41. Bundan əlavə, iddia tələbinin xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın tutulması hissəsi qismən əsaslı olduğundan həmin hissədə iddianı tam rədd etməklə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin(53 No li mənzilə aid) 4.1-ci bəndinin dəyişdirilməsinə dair xx.xx.2022-ci il tarixli Əlavə razılaşmaya əsasən icarə obyekti olan 53 nömrəli mənzilə aid hissədə icarə haqqı artırılaraq 325 manat müəyyən edilmiş və qeyri-yaşayış sahəsi ilə birgə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, yəni 6 ay müddət üçün, həm mənzil, həm də qeyri-yaşayış sahəsinə görə aylıq 700 manat olmaqla, cəmi 4200 manat icarə haqqı alması ilə razılaşıb və həmin məbləği xx.xx.2022-ci il tarixli qəbzə imza etməklə almışdır. Demək xx.xx.2022-ci ildən xx.xx.2023cü ilədək olan dövr üçün iddiaçı ödənilməmiş icarə haqqı tələb edə bilməz. Çünki “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” digər 3 icarə verənlərlə icarəçi arasında həmin dövr üçün də hər hansı razılaşma olmamışdır. Başqa sözlə, X7, X6, X8, X10 ilə “DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin 5.1-ci bəndində də icarə müddətinin 01 iyun 2023-cü ildən 01 iyun 2028-ci il tarixədək müəyyən edilmişdir. Demək ki, xx.xx.2023-cü ilədək iddiaçıya ödənilmiş icarə haqqının ödənilməsi müqavilə şərtlərinə uyğun olmuşdur.
42. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2023-cü ildə bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinin 1-ci cümləsində aylıq icarə haqqı 4000(dörd min) manat müəyyən edilmişdir. Bu bəndin 2-ci cümləsində isə iddiaçıya aylıq 800(səkkiz yüz)manat icarə məbləği ödəniləcəyi qeyd olunmuşdur. Bu müqavilə üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə iddiaçıya aylıq 800 manat olmaqla, cəmi 4800 manat ödənilməsi də işin mübahisəsiz halıdır. Ancaq bu müqavilənin predmeti olan məhz 53 nömrəli mənzilin və qeyri-yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçıya icarə haqqının 4000(dörd min) manat müəyyən edildiyi halda hər ay 800(səkkiz yüz)manat ödəniləcəyi barədə şərt müqavilənin məzmununa uyğun olmamışdır. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır(MM.m.404.1). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(MM.m.404.2). Yəni, məhkəmə tərkibi də 53 nömrəli mənzilin və qeyri-yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçıya icarə haqqının 4000(dörd min) manat müəyyən edildiyi halda hər ay 800(səkkiz yüz)manat ödəniləcəyi barədə şərti təfsir edərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini və işin bütün hallarını, o cümlədən müqaviləyə qədərki danışıqları və yazışmalarını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alaraq hesab edir ki, iddiaçıya hər ay üçün 1000(min) manat ödənilməli idi. Çünki iddiaçının müəyyən edilmiş icarə haqqının ¼ hissəsini almaq haqqı olmuşdur.
43. Düzdür, sual oluna bilər ki, X7, X6, X8, X10 ilə “DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin 2.1-ci bəndində icarəyə verilən obyektlər sırasına eyni ünvandakı 54 və 55 nömrəli mənzillər də əlavə edilmişdir. Ancaq elə həmin bənddə də bu əmlakların ¾ hissəsinin icarəyə verildiyi qeyd olunub. Bu müqavilənin 4.1-ci bəndində də aylıq icarə haqqının 4000(dörd min) manat müəyyən edilməsi və 53 nömrəli mənzilin və qeyri-yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyətin qanuni gözləntisi olan Səidə Səfərovanın(Quliyevanın) icarə haqqı saxlanılmaqla 1-ci tərəflərə ödənilməsi razılaşdırılmışdır. Demək ki, bu müqavilənin şərtinə görə də hazırkı iş üzrə iddiaçının xx.xx.2023-cü ildən sonra, hər ay icarə haqqının ¼ hissəsini, yəni aylıq 1000(min) manatı almalı olduğu razılaşdırılmışdır. Bu cür vəziyyətdə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya cəmi 4800(dörd min səkkiz yüz) manat ödənilsə də, müqavilə şərtinə uyğun 1200(min iki yüz)manat ödənilməmiş qalmışdır. Ona görə də xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın tutulması hissəsi qismən əsaslı olduğundan, yəni 1200(min iki yüz)manat ödənilməmiş icarə haqqı qaldığından həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. İddia tələbinin sonuncu hissəsi olan əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manatın tutulması hissəsi üzrə də iddia qismən təmin edilsə də yuxarıda qeyd olunan hüquqi dəyərləndirməyə əsasən bu nəticə düzgün olmamışdır. Çünki xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya ödənilməli olan icarə haqqı hər ay 1000(min) manat olmalı olduğu üçün xx.xx.2023-cü ildən başlayaraq icarə obyekti tam təhvil verilənədək iddiaçıya hər ay əldən çıxmış fayda kimi 800(səkkiz yüz)manat deyil, 1000(min) manat tutularaq iddiaçıya ödənilməsi qət edilməli idi. Ancaq birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlməmişdir.
45. Bununla belə, apellyasiya baxışı zamanı təqdim olunan məlumatlarda, o cümlədən iş üzrə 3-cü şəxs olan X5 nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsindən də bəlli oldu ki, X7 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Saziş imzalansa da, mübahisə predmeti olan əmlaklar 2025-ci ilin aprel ayının ortalarında tam boşaldılmışdır. Demək ki, Yusif Quliyev mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan dörd şəxsdən biri olmasa da, o, da xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin tərəfi kimi faktiki olaraq icarə obyektinin 2025-ci ilin aprel ayında tam boşaldıldığını təsdiq edib. Bu cür vəziyyətdə iddiaçı 2024-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayına kimi də tam boşaldılmamış icarə obyektindən faydalana bilməmişdir. Ona görə də iddia tələbinin bu hissəsi üzrə xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci ilədək cavabdeh tərəfindən hər ay 1000(min)manat olmaqla, cəmi 16000(on altı min)manat da iddiaçıya ödənilməsi təmin edilməlidir. Məhkəmə tərkibinin bu qənaəti həm də ona görə əsaslı hesab olunur ki, apellyasiya baxışı zamanı dəfələrlə cavabdehin nümayəndəsinin iştirakının təmin olunması üçün məhkəmə iclasları təxirə salınmış, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin edərək iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə real münasibət bildirmək istəmədi. Cavabdeh tərəfin bu davranışı da onun iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməkdən hüquqdan sui istifadə etməklə yayınmasına dəlalət edir.
46. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
47. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: iddiaçı Səfərova(Quliyeva) Səidə Yusif qızının apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddiaçı Səfərova(Quliyeva) Səidə Yusif qızının iddiasının qismən təmin edildiyi və edilmədiyi hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə icarə haqqının qalığı kimi 1200 (min iki yüz) manat, əldən çıxmış fayda əvəzi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə olan dövr üzrə hər ay 1000(min)manat olmaqla, cəmi 16.000 (on altı min) manat, ümumilikdə isə 17.200 (on yeddi min iki yüz) manat tutularaq iddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızına ödənilməli; cavabdeh DYNAMEX EXPRESS" MMC-nin icarə obyekti olan mənzil və qeyriyaşayış sahəsində quraşdırdığı istilik sistemini sökməsi ilə bağlı yaranmış qüsurlar aradan qaldırılmalı və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməlidir.
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı Səfərova(Quliyeva) Səidə Yusif qızının apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddiaçı Səfərova(Quliyeva) Səidə Yusif qızının iddiasının qismən təmin edildiyi və edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə icarə haqqının qalığı kimi 1200 (min iki yüz) manat, əldən çıxmış fayda əvəzi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə olan dövr üzrə hər ay 1000(min)manat olmaqla, cəmi 16.000 (on altı min) manat, ümumilikdə isə 17.200 (on yeddi min iki yüz) manat tutularaq iddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızına ödənilsin. Cavabdeh DYNAMEX EXPRESS" MMC-nin icarə obyekti olan mənzil və qeyriyaşayış sahəsində quraşdırdığı istilik sistemini sökməsi ilə bağlı yaranmış qüsurlar aradan qaldırılsın və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.