Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2128/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 Mirələm oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (X3 və “Halliburton Eurasia” LTD Azərbaycan Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2023 saylı 11 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları xx.xx.2005-ci il tarixdə bağlanmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyəti olaraq xx.xx.2011-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır.
3. AC seriyalı, 699348 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X13 LC200 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi xx.xx.2016-cı il tarixdən Əli-zadə Yelizaveta Eduard qızıdır.
4. “İcarəyə verən” X9 ilə “İcarəçi” Cavabdeh1 MMC arasında bağlanmış APT-049 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən əmlakı “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə həmin əmlakı qəbul edib, yaşayış mənzili kimi istifadə etməyi və kirayə haqqı verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə, müqavilə 20 avqust 2022-ci il tarixdə tərəflər imzaladıqdan sonra qüvvəyə minir və qüvvədə olma müddəti 1 il ərzində müəyyən edilir ki, həmin müddət gələcəkdə uzadıla bilər. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəçi icarəyə verənin yazılı razılığı olmadan əmlakı (yaxud onun bir hissəsini) üçüncü şəxslərə kirayəyə verə bilməz.
5. “İcarəyə verən” Cavabdeh1 MMC ilə “İcarəyə götürən” “Halliburton Eurasia” LTD Azərbaycan Filialı arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” ünvan 1 ünvanında yerləşən mənzil sahəsini icarəyə verməyi, “İcarəyə götürən” isə mənzil ilə əlaqədar öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3 və 6.4-cü bəndlərinə görə, müqavilənin ilkin müddəti 12 aydır. Müqavilə 2022-ci il avqust ayının 20-dən etibarən qüvvəyə minir.
6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İİ seriyalı, ******* saylı iş icazəsinin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Rory Gardner “Hallibörton Yeureyja Limited” şirkətinin filialında fəaliyyət göstərməsinə icazə verilir.
7. Cavabdeh2 notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilinə Britaniya vətəndaşı – Gardner Rory-nin müvəqqəti qeydiyyatına alınmasına etiraz etmir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5671-9/5801 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Y.Səfərov küçəsi, 19 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin eyvanında quraşdırılmış 1.75x3.5m ölçüdə 5 hissədən ibarət şüşəli cam balkonun bir şüşəsinin sındığı müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı pəncərə işlək vəziyyətdə olduğundan, şüşəli cam balkonun profilinin üzərində hər-hansı zədə müəyyən olunmadığından, həmin pəncərənin quraşdırılmasında qüsur olmadığı müəyyən edilmişdir. “X13” markalı, **-KX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə X7 məxsus evin pəncərəsinin (cam balkon) düşmə səbəbinin müəyyən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Nəzəri hesablama yolu ilə, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “X13” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9.589,0 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər X9 və Cavabdeh1 MMC-yə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və X6 müştərək qaydada 10.136,00 manat maddi ziyanın, tərəflərindən "xxxx" MMC-yə ödənilmiş 160,01 manat xidmət haqqının, bu müddət ərzində "xxxx" QSC ilə bağladığı avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında ödədiyi 140 manatın və 3.000 manat mənəvi zərərin, eləcə də tərəfindən ödənilmiş 131 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 10.136,00 manat maddi zərər, "xxxx" MMC-yə ödənilmiş 160,01 manat xidmət haqqının və bu müddət ərzində "xxxx" QSC ilə bağladığı avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında ödədiyi 1.680 manat pulun və 3.000 manat mənəvi zərərin, eləcə də 131 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində özünə məxsus “X13” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı binanın həyətində saxlamışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixində, saat 19:30 radələrində binanın 7-ci mərtəbəsində yerləşən evin pəncərəsinin (yəni cam balkon) şüşəsi naməlum səbəbdən qopub istifadəsində və sahibliyində olan “X13” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə düşdüyünü aşkar etmişdir. Hadisəni bildikdən sonra dərhal DİN 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra onun şikayəti üzrə Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma başladılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, yaşayış binasının 7-ci mərtəbəsində yaşayan, yəni evin sahibi X9 adlı şəxsdir. X9 öz izahatında bildirmişdir ki, o, ona məxsus olan ünvanda yerləşən 21 saylı 3 otaqlı mənzilini müqavilə əsasında Cavabdeh1 MMC-yə icarəyə vermişdir və hadisə barədə məsuliyyəti onlar daşıdığını bildirmişdir. Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəymişdir. Həmin vaxtı o, dəymiş zərərin ödənilməsi üçün X7 və Cavabdeh1 MMCnin rəhbərliyinə məlumat versə də, onun müraciətinə əhəmiyyət verilməmişdir. Sonra o, avtomobilinə dəymiş maddi ziyanın hesablanması üçün "xxxx" MMC-yə müraciət edib. "xxxx" MMC qiymətləndirmə aktı tərtib etdi və həmin qiymətləndirmə aktına əsasən onun avtomobilinə dəymiş ziyanı 10.136,00 manat qiymətləndirdi. Bakı şəhəri, Xətai RPİ-nin 37ci PŞ-də onun şikayəti üzrə 28 sentyabr 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra o, törədilmiş hərəkətə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Xətai rayon Prokurorluğuna müraciət edib. Bakı şəhəri Xətai rayon Prokurorluğu da aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsini tövsiyə etmişdir. Hadisə baş verdiyi andan istifadəsində və sahibliyində olan “X13” markalı, **-KX- *** dövlət qeydiyyat nişanlı avtomaşın hər hansı bərpa işi aparılmadığından bu günə kimi tərəfindən istifadə olunmur. Bu da maşının bazar qiymətinə təsir etməklə yararsız hala düşməsinə səbəb olur. Belə olan halda, Mülki Məcəllənin tələblərinə əsasən həm Cavabdeh1 MMC-dən və X9 müştərək qaydada vurduğu zərərin əvəzini, yəni avtomobilinə vurulmuş 10.136,00 manat maddi ziyan və tərəfindən ödənilmiş rüsumlar ona ödəməlidir. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, o, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmiş, cavabdehlə danışıqlar aparmış, vaxt itirmiş və əsəb, gərginlik keçirmişdir. Bütün bunlar ona əsəb və stress yaşatmış, o, uzun müddət psixoloji gərginlik altında olmuş, onu daha da əsəbləşdirmiş, keçirdiyi iztirabı daha da dərinləşdirmişdir. Bunlar da iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Onun yuxarıda qeyd edilən formada mənəvi ziyan keçirməsinin birbaşa səbəbkarı heç bir qanuni və hüquqi əsas olmadan onu aldadan cavabdeh olmuşdur.
12. Cavabdeh1 MMC iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh1 MMC ilə digər cavabdeh X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 MMC ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı istifadəyə götürmüşdür. Sözügedən daşınmaz əmlak Cavabdeh1 MMC tərəfindən yalnız iş saatları daxilində istifadə edilmişdir. İddia ərizəsində qeyd edilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində qeyd olunan ünvanda iş saatı bitdiyinə görə MMC-nin heç bir əməkdaşı olmamış, hadisənin necə və hansı şəraitdə baş verməsi barədə məlumatları olmamışdır. Onların hadisə barədə yalnız telefon vasitəsilə məlumat verildikdən sonra xəbərləri olmuşdur. Hadisə barədə Xətai RPİ-nin 37-ci PŞ-da araşdırılma aparılmış və həmin araşdırma üzrə onların şirkət olaraq hər hansı məsuliyyət daşımaqları qeyd edilməmişdir. Ümumiyyətlə hadisə barədə onlar heç polis şöbəsinə dəvət edilməmişlər. Çünki daşınmaz əmlakın mülkiyyətçisi onlar olmadıqlarına görə və binada və yaxud onun hər hansı bir mərtəbəsində baş vermiş nasazlıqla bağlı onların nə icarə müqaviləsi üzrə, nə də ki qanunvericilik üzrə heç bir məsuliyyətləri mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunan icarə müqaviləsinin 3.1-ci bəndinin 6-cı yarımbəndinə əsasən, icarəyə verilən əmlak və onun içərisində olan bütün avadanlıqları, sanitar-texniki, sanitar-avadanlıqları, məişət texnikası, mebellər, qaz, su, kanalizasiya, istilik sistemləri borularını elektrik və digər xətləri daimi olaraq tam saz vəziyyətdə saxlamalı, vaxtaşırı olaraq onların sazlığını yoxlamalı və zəruri, cari və əsaslı təmir işlərini yerinə yetirməlidir. Bununla yanaşı, iddiaçı tərəfindən hadisənin məhz onların təqsirləri ucbatından törənməsi, ümumiyyətlə onların həmin hadisəyə bilavasitə aidiyyətlərini sübut edən heç bir dəlil iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, iddia tələbi onlara qarşı əsassız olaraq yönəldilmişdir və buna görə də onlara aid hissədə rədd edilməlidir.
13. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixində məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndələri bildirmişlər ki, Cavabdeh1 MMC şirkəti X9 ilə bağlanmış müqavilə əsasında X11 Səfərov küçəsi, 9 saylı evdə yerləşən 21 saylı mənzili iş vaxtı şirkətin əməkdaşları üçün yalnız ofis kimi işlətmək məqsədilə icarəyə götürmüşdir; həmin mənzilə heç kim köçürülməmişdir, habelə həmin mənzil başqa ölkə vətəndaşlarına yaşamaq üçün kirayəyə verilməmişdir. Bundan əlavə, vəkillər həmçinin bildirmişlər ki, 21 saylı mənzilin eyvanından pəncərə çərçivəsi şüşə ilə birlikdə qoparaq yerə düşmüş və nəticədə bu, Orxan Əlizadənin avtomobilinə ziyan vurmuşdur. Lakin məlum olmuşdur ki, bu iddialar açıq-aşkar yalandır. Müəyyən olunub ki, 20 avqust 2022-ci il tarixində Cavabdeh1 MMC şirkəti X9 ilə bağlanmış müqavilənin 4.1.5-ci bəndini pozaraq Həsənov Fəriddən icarəyə götürdüyü mənzili “Halliburton” şirkətinin işçisi, Böyük Britaniya vətəndaşı X15ə onun yaşaması üçün qeyri-qanuni olaraq təqdim etmişdir. X15 bu günə qədər həmin mənzildə yaşayır. 6 sentyabr 2022-ci ildə X15 eyvanda pəncərəni açıq qoyaraq yelçəkən (skvoznyak) yaratmış və bunun nəticəsində pəncərə şüşəsinin bir hissəsi (Cavabdeh1 MMC şirkəti nümayəndələri tərəfindən açıq-aşkar yalandan iddia edildiyi kimi bu şüşə ilə birlikdə pəncərə çərçivəsi deyildir) qırılaraq həyətə düşmüşdür. Yusif Səfərov küçəsindəki 9 saylı evdə yerləşən 21 nömrəli mənzilin eyvanında pəncərə çərçivələri ümumiyyətlə yoxdur. Müəyyən edilmişdir ki, F.Həsənovla bağlanmış İcarə Müqaviləsinin 4.1.5-ci bəndini pozaraq, 20 avqust 2022-ci il tarixində Cavabdeh1 MMC şirkəti, bunu etməyə ixtiyarı olmasa da, “Halliburton” şirkəti ilə Yusif Səfərov küçəsindəki 9 saylı evdə yerləşən 21 saylı mənzilin “Halliburton” şirkətinə icarəyə verilməsi ilə bağlı qanunsuz müqavilə bağlayıb. Yusif Səfərov küçəsindəki 9 saylı evdə yerləşən 21 nömrəli mənzildə X15in yaşaması faktı, o cümlədən video yazı ilə qeydə alınıbdır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, “İcarəyə verən” icarə müddətində həmin mənzildə yaşayan kirayəçi və onun ailə üzvləri ilə hər hansı bəhanə əsnasında birbaşa kontakta girməsi (həmçinin telefon vasitəsi ilə əlaqə, internet və SMS yazışmaları) qəti qadağandır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, Fərid Həsənov tərəfindən Cavabdeh1 MMC-ə kirayə verilmiş Bakı şəhəri, Y.Səfərov küç., 9 saylı evin 21 nömrəli mənzili təhlükə mənbəyi deyil. 10/5671-9/5801 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Y. Səfərov küçəsi, çoxmərtəbəli 9 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin eyvanında quraşdırılmış 1.75x3.5m ölçüdə 5 hissədən ibarət şüşəli cam balkonun bir şüşəsinin sındığı müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı pəncərə işlək vəziyyətdə olduğundan, şüşəli cam balkonun profilinin üzərində hər-hansı zədə müəyyən olunmadığından, həmin pəncərənin quraşdırılmasında qüsur olmadığı müəyyən edilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2023 saylı 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilərək, Cavabdeh1 MMC-dən vurulmuş maddi zərərə görə 9.589 manat, mənəvi zərərə görə 300 manat, çəkilmiş xərclərin əvəzi 160,01 manat olmaqla, cəmi 10.049,01 (on min qırx doqquz manat, bir qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 131 manatın 98 (doxsan səkkiz) manatı pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, hazırki işdə digər Cavabdeh2 hər hansı bir təqsiri, qanunsuz hərəkət və hərəkətsizliyi ilə zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir.
16. Həmçinin məhkəmə qeyd etmişdir ki, əmlak ikinci əldən kirayəyə verilmiş, əmlakın ilkin mülkiyyətçisi, ilkin kirayəçisi və ikinci əldən kirayəçisi olan üç fərqli şəxslər mövcuddur. Mənzil üzərində kirayə müqaviləsi və əmlakın ikinci əldən kirayə verilməsi müqaviləsi bağlanmışdır. İlkin icarə müqaviləsinə əsasən mənzil ilə bağlı bütün öhdəlikləri “İcarəçi”, yəni Cavabdeh1 MMC öz üzərinə götürmüşdür, həmçinin icarə müqaviləsində mənzilin icarəyə verənin yazılı razılığı olmadan üçüncü şəxslərə icarəyə verilməsi qadağan edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndələri isə belə bir razılığın alınmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə mənzilin üçüncü şəxsə kirayə verilməsi barədə məlumatlarının olmadığını bildirmişlər. Mülki Məcəllənin 683.3-cü maddəsinin tələbinə uyğun olaraq, kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Baş vermiş hadisəyə görə cavabdehlər sırasında məsuliyyət daşıyan şəxs müvafiq razılıq olmadan əmlakı ikinci əldən kirayəyə verən Cavabdeh1 MMC-dir.
17. “X13” markalı, **-KX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə evin pəncərəsinin (şüşəsinin) düşməsi nəticəsində avtomobilə zərər dəymişdir və həmin zərərin məbləği 9.589 manat təşkil edir. Məhkəmə eyni zamanda avtomobilə göstərilən xidmətə görə "xxxx" Mərkəzi MMC-yə ödənilmiş 160,01 manat məbləğində pulun tutulması hissəsində iddia tələbinin əsaslı olduğunu və pulun ödənilməsinin təsdiq edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh1 MMC-dən vurulmuş zərərə görə çəkdiyi xərclərin əvəzi olaraq 160,01 manat pul iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 1096, 1097 və 1111.2ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-523/2023 saylı Qətnaməsinin ləğv edilərək, iddianın Cavabdeh1 MMC-yə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə, İddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektv hüququ (tələb etmək hüququ) yoxdur. Belə ki, “X13 LC200 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus deyildir. AC seriyalı, 699348 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X13 LC200 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Əli-zadə Yelizaveta Eduard qızıdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasına baxmayaraq buna əhəmiyyət verməmiş, iddia tələbinin qismən edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Digər tərəfdən məhkəmə yekun qənaətə gələrkən Cavabdeh1 MMC-nin hadisə ilə bağlı heç bir təqsirinin olmamasına baxmayaraq iddia tələbini ona aid hissədə təmin etmişdir. Halbuki, mülki iş materiallarında hadisənin hansı səbəbdən, hansı şəraitdə, kimin təqsiri ucbatından baş verməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Bununla yanaşı hadisənin baş verməsinin Cavabdeh1 MMC ilə heç bir səbəbli əlaqəsi yoxdur. Bundan başqa mülki işin araşdırılması zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 523/2023 nömrəli qərardadına əsasən mülki iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5671-9/5801 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, hadisə zamanı cam balkonun sadəcə 1 şüşəsi sınmışdır. Buna baxmayaraq, ekspert nəzəri hesablama yolu ilə “X13” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9.589,0 manat ziyan dəyməsini müəyyən etmişdir. Ekspertiza keçirilən vaxtadək sözügedən avtomobil təmirsiz vəziyyətdə olmuş, lakin buna baxmayaraq məhkəmə avtomobilin ekspertizaya təqdim edilməsi barədə göstəriş verməmiş, ekspertiza iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasına əsasən keçirilmişdir. Nəticədə isə qeyri obyektiv, ədalətsiz rəy verilmişdir. Belə olan halda məhkəmənin işə qərəzli, ədalətsiz və qeyri obyektiv yanaşmasına şübhə yaranır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın Cavabdeh1 MMC-yə aid hissədə rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə bu cavabdehə münasibətdə yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. “Halliburton” şirkəti onlara aid olmayan şirkətdir. Həmin mənzilin bu şirkətin icarəsinə verilməsindən mülkiyyətçinin məlumatı olmuşdur. Bu barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edir. Həmin ərizədən görünür ki, mənzilin mülkiyyətçisi Cavabdeh2 adından onun oğlu X9 həmin ünvanda yerləşən 21 saylı mənzilə Britaniya vətəndaşı olan Gardner Rory adlı şəxsin müvəqqəti qeydiyyata alınmasına razılığını verir. Gardner Rory “Halliburton” şirkətinin əməkdaşıdır. 27.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, bu iş artıq iki ilə yaxındır davam edir və maşın da həmin vəziyyətdədir. İddiaçı maşınsız qalıb, onlar qarşı tərəfə neçə dəfə maşını düzəltdirməyi təklif etmişlər. Əgər qarşı tərəf evi başqa şəxsə icarəyə vermişdirsə bu onların təqsiridir. Subyektiv hüquqla bağlı bildirilməlidir ki, alə qanunvericiliyi qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak olduqda birgə fəaliyyət kimi nəzərdə tutulmalı və qarşı tərəfin razılığı ilə hərəkət edilməlidir. Burada payların müəyyən olunmasına ehtiyac yoxdur və nikah haqqında şəhadətnamə məhkəməyə təqdim olunmuşdur. Gardner Rory adlı şəxsin həmin evdə yaşamasına dair iş materiallarında sübut yoxdur.
28. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 32.1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 33.1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməzərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
34.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesabolunurlar. 36.54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiayacavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 37.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 41.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 42.Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan göründüyü kimi, tərəflər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, iddiaçıya ziyan vurulmuşdur və o da hazırkı tələbində ona vurulmuş zərərin ödənilməsini tələb edir. 43.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, zərərə uğramış avtomobil iddiaçının adına rəsmi reyestrdə qeydiyyata alınmasa da onun, əmlakın zədələnməsi nəticəsində yaranmış zərərin ödənilməsini tələb etmək üzrə subyektiv hüququ mövcuddur və bu hüquq ər-arvadın ümumi əmlakının qanuni rejiminə (Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr)), yəni “X13” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin onunla X2 ümumi birgə mülkiyyəti sayıldığına dayanır. 44.Beləliklə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 45.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 46.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq (1108, 1101, 1128 və s.) maddi məsuliyyət (təqsirsiz məsuliyyət) daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
47. Məhkəmə araşdırması zamanı 9 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Y. Səfərov küçəsi, çoxmərtəbəli 9 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin eyvanında quraşdırılmış 1.75x3.5m ölçüdə 5 hissədən ibarət şüşəli cam balkonun bir şüşəsinin iddiaçının birgə mülkiyyətində olan “X13” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşdüyü müəyyən olunmuşdur. Mənzilin pəncərəsinin (şüşəsinin) düşməsi nəticəsində həmin nəqliyyat vasitəsinə zərər dəymişdir.
48. Zərər dəymiş avtomobil iddiaçının həyat yoldaşı, X2 mülkiyyətindədir. Avtomobil birgə nikah dövründə əldə edilmişdir.
49. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 9 saylı evdə yerləşən 21 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Həmin mənzilə dair mülkiyyətçi ilə digər Cavabdeh1 MMC arasında 20 avqust 2022-ci il tarixində 1 il müddətinə kirayə müqaviləsi bağlanmış, daha sonra isə Cavabdeh1 MMC 22 avqust 2022-ci il tarixində həmin mənzilə dair üçüncü şəxs - “Halliburton Eurasia” LTD Azərbaycan Filialı ilə 1 il müddətinə icarə müqaviləsi bağlamışdır. Baş vermiş hadisə zamanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 9 saylı evdə yerləşən 21 saylı mənzilin faktiki sahibi “Halliburton Eurasia” LTD Azərbaycan Filialının işçisi, Böyük Britaniya vətəndaşı Rori Qardner olmuşdur, o, qeyd edilən ünvanda yerləşən yaşayış sahəsindən hazıradək istifadə edir. Cavabdeh2 da özünə məxsus mənzilə Rori Qardnerin müvəqqəti qeydiyyata alınmasına razılığını notariat qaydasında təsdiq olunmuş ərizə ilə vermişdir.
50. İşin müəyyən edilən faktiki hallarına, iddia tələblərinə uyğun gələn qanuni əsasının dispozisiya şərtlərindən (Mülki Məcəllənin 1096, 1111.2-ci maddələri) görünür ki, müvafiq otaqdan nəyinsə atılması, və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulan zərərə görə məsuliyyət, müvafiq otağı tutan şəxs, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyini sübuta yetirə bilmədiyi halda, daşıyır. Otağı tutan şəxs isə məhz bu otağı (mənzili) öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edən şəxsdir. Belə ki, sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.
51. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlərdən Cavabdeh2 Bakı şəhəri, Y. Səfərov küçəsi, 9 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin mülkiyyətçisi olaraq qalsa, onunla Cavabdeh1 MMC arasında 20 avqust 2022-ci il tarixində 1 il müddətinə kirayə müqaviləsi bağlansa da, adları çəkilən bu iki cavabdeh hadisə baş verdiyi zaman mənzilə sahiblik etməmişlər, bu hal da baş vermiş hadisəyə görə onların müvafiq vəzifələrin yaranmasını istisna edir. Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əmlakın faktiki sahibi, müvafiq otaqdan nəyinsə düşməsi nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında sahibliyə dayanan məsuliyyət daşıyır.
52. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Hazırki mülki işdə isə apellyatorun mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması (maddi və bundan irəli gələn mənəvi zərər üzrə) üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq şərtlərin mövcud olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə mübahisələndirilən nəticəyə gələrkən ümumi normadan başqa (Mülki Məcəllənin 1096-cı maddə), bu mübahisəyə aid olmayan normalara (Mülki Məcəllənin 683.1 və 683.3-cü maddələrinə) istinad etmiş, iddianın birbaşa qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1111.2-ci maddəsini isə düzgün tətbiq etməmişdir.
53. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 683.1 və 683.3-cü maddələrinə istinad edərək, Cavabdeh1 MMC-nin mənzili, müqavilədə nəzərdə tutulmadığı halda, icarəyə verənin yazılı razılığı olmadan ikinci əldən kirayəyə verdiyini, bu mənzilin üçüncü şəxsə kirayə verilməsi barədə mülkiyyətçisinin, yəni Cavabdeh2 məlumatlı olmadığını, sonuncunun hər hansı bir təqsiri, qanunsuz hərəkət və hərəkətsizliyi ilə zərər arasında səbəbli əlaqənin olmasının müəyyən edilmədiyini qeyd edərək, cavabdehlərdən MMC-nin iddiaçının qarşısında məsuliyyət yarandığı qənaətinə gəlmişdir. Halbuki birinci instansiya məhkəməsi nəzərə almayıb ki, qeyd edilən bu hallar müvafiq otaqdan nəyinsə düşməsi nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyan şəxsin müəyyən edilməsi üçün zəruri şərtlər toplusunun mövcudluğunu müəyyən etməkdən imtina etmək üçün əsas deyil. Göstərilən tələblərin predmetini və əsasını nəzərə alsaq, qeyd olunan bu faktların hazırki işin həlli üçün hüquqi əhəmiyyəti yoxdur.
54. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 683.1 və 683.3-cü maddələri müqavilə münasibətlərində olan şəxslərə tətbiq edilir. Yəni, həmin maddənin dispozisiya şərtlərinə görə istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məhz kirayə verənin qarşısında yaranmış zərər üçün məsuliyyət daşıyır. Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan isə görünür ki, iddiaçı ilə cavabdehlər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, iddiaçının uğradığı maliyyə itkilərinin ödənilməsi ilə pozulmuş hüququnu bərpa etmək tələbi (çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)) isə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə yaranan məsuliyyətə dayanır.
55. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətləri tənzimlənərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
56. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
57. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. 59.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 60.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2023 saylı 11 dekabr 2023-cü il tarixli qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası Cavabdeh1 MMC-yə münasibətdə tamamilə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova