Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2129/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-926/2022 saylı, 10.01.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(004)-926/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi“ tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Hazırda İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-926/2022 saylı, 10.01.2022-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaxcan Respublikası MPM-ııin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və va kommersiva məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alnımaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəməməyə verdiyi iddia ərizəsindən də göründüyü kimi o, Bakı şəhər DYPP-nin Yol patrul xidməti inspektoru, polis sıravisi olan Cavabdeh2 (cavabdehlərdən biri) tərəfindən tamamilə qanunsuz olaraq barəsində tərtib edilmiş İXP3729868 nömrəli inzibati xəta haqqında protokol nəticəsində ona həm maddi, həmdə mənəvi ziyan vurulduğunu qeyd edərək, hazırkı, iddia tələbi ilə, məhkəməyə müraciət etmişdir.Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1100-cü maddələrinə istinad edərək. Cavabdeh2 əməkdaşı olduğu Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin də ona vurulmuş maddi və mənəvi ziyana görə məsuliyyət daşıdığını, bu səbəbdən də vurulmuş ziyanın müştərək qaydada hər iki cavabdehdən tutulmasını xahiş etmişdir.Göründüyü kimi irəli sürdüyü tələb mülki xarakterlidir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Mülkiprosessual tələblərə əməl edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İlk olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Daha sonra Kollegiya qeyd edir ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı cavabdehlər Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə və Bakı şəhər DYPP-nin Yol patrul xidməti inspektoru, polis sıravisi olan Cavabdeh2 qarşı tələb irəli sürərək qanunsuz olaraq barəsində tərtib edilmiş İXP3729868 nömrəli inzibati xəta haqqında protokol nəticəsində ona həm maddi, həmdə mənəvi ziyan vurulduğunu iddia edir. Birinci instansiya məhkəməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi inzibati orqan olduğundan ona münasibətdə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə işə baxılmalı olması qənaətinə gəlmişdir.Həmçinin, digər Cavabdeh2 rəsmi qeydiyyat ünvanının ünvan 1bul edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1 maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.3. maddəsinə əsasən isə Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Lakin, Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, iddiaçı iddiasında cavabdehlər Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə və Bakı şəhər DYPP-nin Yol patrul xidməti inspektoru, polis sıravisi olan Cavabdeh2 qarşı tələb irəli sürərək qanunsuz olaraq barəsində tərtib edilmiş İXP3729868 nömrəli inzibati xəta haqqında protokol nəticəsində ona həm maddi, həmdə mənəvi ziyan vurulduğunu iddia etdiyindən və cavabdehlərin bu halda fəaliyyəti inzibati xətalara dair işlər üzrə fəaliyyət olduğundan, beləliklə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasın Qanununun 3.2.2.-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasın Qanunu inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığından hazırkı işə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-926/2022 saylı, 10.01.2022 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata götürülübgötürülməməsi ilə bağlı Mülki- prosessual tələblərə əməl edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-926/2022 saylı, 10.01.2022 nömrəli qərardadı ləğv edilsin. Bu Qərardadda göstərilənlər nəzərə alınmaqla iddia ərizəsinin icraata götürülübgötürülməməsi ilə bağlı Mülki-prosessual tələblərə əməl edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanini qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2129/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2129/2022
14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver