Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2132/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş zərərlərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)-6185/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş zərərlərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutduğu torpaq sahəsinin ayrılması ilə bağlı zəruri razılaşdırma tətbirlərinin yerinə yetirilməməsi ilə müşayiət edilən hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsi üzərində hüquqların müəyyən edilməsi ilə bağlı Bələdiyyə ilə razılaşdırma tədbirlərinin yerinə yetirilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması, cavabdehin faktiki istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, 16 saylı yaşayış binasının arxasında (Azadlıq prospektinin kənarında) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etdiyi torpaq sahəsi üzərində inşa etdiyi iaişə obyekti olan “Taqlaura Baku” restoranının tutduğu 750 kv.m torpaq sahəsinə görə 450.000 manat pulun və əldən çıxmış faydanın əvəzi olaraq 2.925 manat pulun, ümumilikdə 452.925 manat vurulmuş zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 6185/2020 saylı qərardadı ilə iddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş zərərlərin tutulması” qarşı dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, iddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə öz seçiminə əsasən hazırki iddia ilə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmıdır ki, iddiaçı tərəfindən, norma ilə göstərilən pozulmuş hüquqlarının bərpası iddia predmeti olan daşınmaz əmlakdan istifadənin qanunsuzluğu ilə bir-başa bağlıdır və bu danılmaz faktdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1889/2020 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(009)-1889/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmənin qeyd edilən qərardadından iddiaçılar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6185/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarının təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddia ərizəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçı cavabdehlərdən maddi zərər qismində pul məbləğinin tutulmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdir. Bu baxımdan qeyd edir ki, Azərbaycan Respublikası MPM 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə, iddiaçının iddia tələbi mübahisə predmeti və subyekt tərkibinə görə kommersiya xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Qeyd olunanlara əsasən, qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 6185/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2132/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2132/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver