Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2138/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sazişin və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5129/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7-ə dair bağlanmış xx.xx.2008-ci il tarixli sazişin və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfındən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı - 1/3 hissə, X1 - 1/3 hissə, X3 - 1/6 hissə, X2 - 1/6 hissədə məxsusdur. Bakı şəhərinin Baş Planına uyğun olaraq Dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. İddiaçı 53 saylı notariat ofısində xx.xx.2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə əsasında əmlakın alqı-satqısını həyata keçirərək 86817 manatı almışdır. Tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5059/2020 saylı qətnaməsi ilə İddiaçı 43408,50 manat kompensasiya məbləği, habelə rüsum məbləğlərinin əvəzi qismində 45,80 manatın alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh aralarında mənzilə dair saziş imzaladıqlarını bildirmişdir. Saziş qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, saziş iddiaçı Bikə Əsədullayeva tərəfindən imzalanmamışdır. Yəni sazişdə çəkilən imza ona məxsus deyil. Saziş notarial qaydada təsdiqlənməmişdir. Fiziki şəxslər arasında bağlanmış daşınmaz əmlaka hüquqmüəyyən edici hər hansı saziş, müqavilə, akt və ya digər sənəd mülki qanunvericiliyin tələbinə əsasən notarial qaydada təsdiqlənməlidir. Saziş sonradan, yəni xx.xx.2008-ci il tarixində deyil, 1-2 il əvvəl tərtib olunmuşdur. Çünki tərəflər arasında məhkəmə mübahisələri zamanı Cavabdeh saziş məsələsini hallandırmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 43408,5 manat pulun gecikdirilməsinə görə, illik beş faiz olmaqla hesablanmış 5607,9 manat pulun və Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 söküldükdən sonra cavabdehə əlavə olaraq ödənilmiş 16 000 manat kompensasiya məbləğinin yarısı olan – 8000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli sazişə əsasən “tərəflər mübahisəsiz qaydada qəbul edir və öhdəlik götürürlər ki, Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 söküldükdən sonra verilməsi nəzərdə tutulan kompensasiya məbləği tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünəcəkdir. İddiaçı evin sökülməsinə görə xx.xx.2019-cu il tarixdə 86817 manat kompensasiya məbləği almışdır. Daha sonra ona əlavə olaraq 16000 manat pul ödənilmişdir. İddiaçı cavabdehə payını ödəmədiyindən cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bir neçə məhkəmə mübahisəsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5059/20 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin olunaraq İddiaçı 43408,5 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin iş hazırda icra mərhələsindədir. İddiaçı pulu ödəmədiyindən Cavabdeh ziyana düşmüşdür. İddiaçı ödənişi 940 gündür ki, gecikdirir. Gecikdirilən məbləğin 5 faizi – 5607,9 manat təşkil edir. Sazişin mötəbərliyi şübhə altına alına bilməz. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktları: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5059/2020 saylı qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-942/2021 saylı qərarı ilə həmin sazişə hüquqi qiymət verilmiş və etibarlı hesab edilərək, onun əsasında da pul tələbi təmin edilmişdir. Sazişin şərtlərinə əsasən iddiaçı kompensasiyanın əlli faizini vaxtında ödəmədiyinə görə kompensasiyanı aldığı gündən, yəni 02 fevral 2019cu il tarixdən qarşılıqlı iddianın verildiyi tarixdək – 2 il 7 ay üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla, cəmi 5607,9 manat ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5129/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7 söküldükdən sonra həmin evdə ona məxsus 1/3 paya görə əlavə olaraq ödənilmiş 16 000 manat maddi yardım məbləğinin yarısı – 8000 (səkkiz min) manat pul və 17,60 (on yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilmişdir. Həmin qətnamədən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ikin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 5 ev 7-ə dair bağlanmış xx.xx.2008-ci il tarixli sazişin və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırki iddianın əsasını təşkil edən hallara, yəni tərəflər arasında bağlanmış sazişin etibarlığı məsələsinə Ali Məhkəmənin istinad olunan qanuni qüvvəyə minmiş qərarı ilə hüquqi qiymət verilmişdir, eyni zamanda qeyd etmişdir ki, hətta sazişin etibarsızlığı halları mövcud olmuş olsa idi belə iddiaçı sazişi mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürdüyündən sazişi mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-942/21 saylı qərarından görünür ki, 2019-cu ilin fevral ayında İddiaçı xalası qızı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş yaşayış sahəsində 60 ildən artıq bir müddət ərzində yaşamasını, İddiaçı isə heç vaxt həmin evdə yaşamamasını, həmin sahə faktiki mülkiyyəti kimi ona məxsus olduğundan onunla İddiaçı arasında 08 may 2008-ci il tarixdə evin sökülməsi ilə əlaqədar ödəniləcək kompensasiyanın məbləğinin bərabər hissələrdə onların arasında bölünməsi barədə Saziş imzalanmasını, lakin İddiaçı aldığı kompensasiyanı Sazişə uyğun olaraq onunla bölüşdürməkdən boyun qaçırmaqla üzərinə götürdüyü öhdəliyə əməl etməməsini əsas göstərməklə cavabdehlər İddiaçı və 19 saylı Notariat Ofisindən kompensasiyanın məbləğinin yarısını təşkil edən 43.408,5 manatın illik bank uçot dərəcəsi əsas götürülməklə ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh iddiası Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(103)-5059/2020 saylı qətnaməsi ilə qismən kompensasiyanın yarısı hissəsində təmin edilmiş, bank uçot dərəcəsi ilə faiz tələbi hissəsində təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiasının əsasını təşkil edən 08 may 2008-ci il tarix sazişdən xəbəri olmamış, sazişdə qeyd olunan imza ona məxsus deyil. Ali Məhkəmənin yuxarıda istinad edilən qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırki iddianın əsasını təşkil edən hallara, yəni tərəflər arasında bağlanmış sazişin etibarlığı məsələsinə Ali Məhkəmənin istinad olunan qanuni qüvvəyə minmiş qərarı ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qərardında göstərilmişdir ki, əqddən irəli gələn tələblərə baxıldığı zaman buna dair müstəqil tələb (iddia) irəli sürülmədən həmin əqdin (əqdlərin) etibarlılığına qiymətin verilməsi, yalnız əqdin bütün tərəflərinin işdə iştirak etməyə cəlb edildiyi halda əsaslı olacaqdır. Etibarsız sayılması üçün məhkəmə qərarının tələb olunduğu əqdlərə münasibətdə isə əqdin tərəfləri ilə yanaşı, müvafiq olaraq hərrac təşkilatı, notarius və digər aidiyyəti təşkilatlar işdə iştirak etməyə cəlb olunmalıdırlar. Belə ki, məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnən formada həll etməsi məhkəmə aktının ləğvi üçün əsasdır. O da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq ilkin iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxdığı üçün məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilk iddia tələbinə münasibətdə ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “sazişin və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (387.1). Azərbaycan Respublikasэ Mьlki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyasэ məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5129/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə münasibətdə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “sazişin və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2138/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2138/2022
04.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver