Məhkəmə qərarları › İş №2(103)-2149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2149/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2149/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(007)-1182/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun, həmin pulun qanunda nəzərdə tutulmuş illik beş faizinin bank uçot dərəcəsi ilə alınaraq ona verilməsi, vurulmuş maddi və mənəvi ziyan kimi 2000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkil üçün çəkdiyi xərc olan 50 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin nəticə hissəsində iddia tələbinin məbləği səhvən 10000 manat göstərilmişdir. Faktiki olaraq iddianın məbləği 1100 manat təşkil edir. Ona görə də 10000 manat əvəzinə 1100 manat pulun illik faizi və bank uçot dərəcəsi nəzərə alınmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, etibarnamə əsasında sahibliyində və istifadəsində olan “Opel Astra” markalı Az ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili 05 iyul 2015-ci il tarixdə qohumu X1 vasitəsilə tanıdığı Cavabdeh notarial qaydada təsdiq olunmuş etibarnamə ilə satmış, avtomaşının qiymətini 3000 manata razılaşdırmışlar. Cavabdeh əvvəlcə ona 1300 manat, bir müddət sonra 200 manat, daha bir müddət sonra 400 manat, cəmi 1900 manat vermiş, 1100 manat borclu qalmışdır. 2016-cı ilin noyabr ayından etibarən cavabdeh ümumiyyətlə onunla əlaqə saxlamaqdan yayınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(007)- 1182/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək və ərizə verərək cavabdehdən tələb etdiyi əsas borcun məbləğinin 1100 manat, pulun vaxtında qaytarılmamasına görə vurulmuş zərərin məbləğinin bank uçot dərəcəsi nəzərə alınmaqla 900 manat olduğunu bildirdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2015-ci ildə iddiaçı etibarnamə əsasında avtomaşını 3000 manat məbləğində pula cavabdehə satmış, cavabdeh əvvəlcə 1300 manatı vermiş, qalanını sonra verəcəyini demişdir. Lakin o, pulun şəxsən verildiyinin şahidi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(007)- 1182/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı cavabdeh Kamal Cəfərovla aralarında avtomobil alqı-satqısı barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Opel Astra” markalı Az ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində yox, etibarnamə ilə sahiblik və istifadəsində olmuşdur. Göründüyü kimi, İddiaçı Cavabdeh həqiqətən ona 1100 manat məbləğində borclu olmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə və iddia tələbini əsaslandıran digər dəlilləri məhkəməyə təqdim edə bilməmiş, istər aparılmış məhkəmə araşdırması zamanı, istərsə də təqdim edilmiş sənədlərdən iddia tələbinin əsaslı olmasına dair heç bir sübut müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi heç bir mötəbər sübuta əsaslanmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(007)- 1182/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar