Məhkəmə qərarları › İş №2(103)-215/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-215/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-215/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçı və onun vəkili Vəkil6, Cavabdehin nümayəndəsi-vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-18/2024 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı üzərində 21 aprel 2020-ci il tarixdə Cavabdeh2 tibb mərkəzində Cavabdeh1 tərəfindən “Labioplastika” plastik cərrahi əməliyyatı icra olunmuşdur. İddiaçı sözügedən əməliyyatın qüsurlu icra edilməsinə və bundan maddi və mənəvi ziyan çəkməsinə istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 50.000 manat dəymiş maddi ziyan və 20.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci ilin aprel ayında kliterində ağrı olduğundan müayinəsi üçün ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Klinikasında həkim işləyən Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 iddiaçını qəbul etmiş və müraciət etdikdən bir neçə gün sonra “Labioplastika” əməliyyatı olmasının lazım gəldiyini bildirmişdir. İddiaçı, həkim işləyən Cavabdeh1 inanmış və əməliyyata razı olmuşdur. 21 aprel 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən Cavabdeh2 tibb mərkəzində cavabdeh plastik cərrah Cavabdeh1 tərəfindən üzərində “Labioplastika” plastik cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyata görə iddiaçı tərəfindən 500 manat pul ödənilmişdir. Əməliyyatdan sonra müayinə Cavabdeh2 Klinikasında davam etdirilmişdir. Belə ki, iddiaçı cinsiyyət orqanınının kliterində ağrı olduğundan ağrıların aradan qaldırılması məqsədilə təkrar cavabdehə müraciət etmişdir. Cavabdeh İddiaçı üzərində cinsi orqanında kəskinləşmiş yanma və qaşınma, qızartılar səbəbi ilə 2021-ci ilin yay aylarında “Vagina plastika” əməliyyatı icra olunmuşdur. Yəni həkim (cavabdeh) iddiaçının cinsiyyət üzvü dodaqlarını tamamilə kəsib götürməklə sağlamlığına ciddi zərər vurmuşdur (tibbdə cinsiyyət dodaqlarının tamamilə kəsilməsi sünnət sayılır). İddiaçı əməliyyatdan sonrakı dövrdə yeriməkdə ciddi çətinlik çəkmiş, cinsiyyət orqanında quruluq, sürtünmə, dəhşətli ağrılar yaranmışdır. İddiaçı cavabdeh həkim Cavabdeh1 dəfələrlə müraciət etsə də, onu qəbul etməkdən imtina etmişdir. İddiaçı məcbur qalıb sağlamlığının bərpası üçün Bakı şəhərində yerləşən klinikaların əksəriyyətinə müraciət etmişdir. Lakin heç bir nəticə olmamış, hətta başqa həkimlərə müraciət etdikdə başqa həkimlər birmənalı olaraq bildirmişlər ki, Cavabdeh1 tərəfindən əməliyyat düzgün icra edilməmişdir. İddiaçı digər tibb mərkəzlərində keçirdiyi müayinələrin nəticəsində müəyyən etmişdir ki, cinsiyyət orqanının tamamilə sünnət olaraq dodaqların kəsilib götürülməsi tibbi baxımdan yolverilməzdir və bu əməliyyat cavabdeh tərəfindən icra edilmişdir. Hazırda isə İddiaçı sağlamlığını itirmişdir. Eyni zamanda digər həkimlərin iddiaçıya verdikləri izahlarından məlum olur ki, əməliyyatdan əvvəl cinsiyyət orqanının vəziyyətinin müəyyən edilməsi üçün mütləq UZİ görüntüsü alınmalı idi. UZİ görüntüsü olmadan belə əməliyyatın aparılması həkim səhlənkarlığıdır. Cavabdeh1 səhlənkarlığa yol verərək iddiaçını aparat müayinəsindən keçirmədən cinsiyyət dodaqlarını dibindən kəsib götürmüşdür. Həkim səhlənkarlığı ilə bağlı Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə iddiaçı tərəfindən Yasamal rayon prokurorluğa şikayət ərizəsi təqdim edilmişdir. Qeyd edilən fakt Yasamal rayon prokurorluğunda araşdırılmış, toplanmış material üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şöbəsinin 42/KEŞ JVb-li, 31 yanvar 2022-ci il tarixli rəyi alınmışdır. Sözügedən rəyin nəticəvi hissəsi ilə müəyyən edilir ki, Cavabdeh2da tərtib edilmiş tibbi sənədlərə əsasən İddiaçı 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinədən sonra ona “Hipertrofik labium minor. Kalpit” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Labioplastika” cərrahiyə əməliyyatı icra olunmuşdur. İddiaçı məhkəmə tibbi və mütəxəssis müayinələri zamanı hazırda onda icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatından sonra kiçik cinsiyyət dodaqlarının anatomik quruluşunun tam itirilməsi, uşaqlıq yolunun bağlanmaması, bartolin vəzilərinin axarlarının anatomik quruluşunun dəyişdiyi üçün şişkinləşmiş və qalxan infeksiyalar səbəbi ilə ödemli olduğu müəyyən edilmişdir. Qeyd olunanlar infeksion mənşəli xəstəliklərə gətirib çıxara bilər. Bu da həyat üçün təhlükəli olan ağırlaşmalara aiddir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilmişdir. İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatıdır. İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul olan şəxs müalicə həkimidir. Prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə Yasamal rayon Prokurorluğunun 14 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 21 aprel 2020-ci il tarixdə plastik cərrah Cavabdeh1 tərəfindən İddiaçı üzərində icra olunmuş “Labioplastika” cərrahi əməliyyatı qüsurlu icra edilmiş, həyat üçün təhlükəli ağırlaşmalara şərait yaratmış və səhiyyə sistemində qüvvədə olan 70 saylı protokol qaydaları pozulmuşdur. İddiaçı sağlamlığını bərpa etmək üçün müxtəlif klinikalarda və həkim müayinələrində olmuş, tibb xidmətlərdən istifadə etmiş, müalicələr etdirmiş, lakin heç bir nəticə verməmişdir. Təkcə həkim müayinələrinə çəkilən xərc 1.645 manat təşkil edir. Əlavə olaraq, Cavabdeh1 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və X1 şöbə müdiri vəzifəsində işləyir. Əməliyyatları isə Cavabdeh2 Klinikasında həyata keçirmişdir. İddiaçı sağlamlığının itirilməsi ilə əlaqədar dəymiş maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Maddi ziyan kimi əməliyyat xərci, həkim müayinələri, dərman perapatlarına çəkilən xərclər, eyni zamanda təkrar əməliyyat olunması üçün çəkiləcək xərclər daxildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-18/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 maddi ziyana görə 1.740 (min yeddi yüz qırx) manat, mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və Cavabdeh1 140.22 (yüz qırx manat iyirmi iki qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı üzərində icra edilən “Hudoplastika” əməliyyatı qüsurlu icra edildiyindən sonuncunun səhhətinə və psixoloji sağlamlığına ziyan vurulmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh1 vəkili iddia tələbinə etiraz edərək əməliyyatın səhv icra edilmədiyini, bunun məhkəmə tərəfindən şəxsə baxış keçirilməklə aparılmış sonuncu ekspert rəyində də təsdiqini tapdığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş sonuncu ekspertizada iddiaçıya baxış keçirilməklə rəy verilməsi tələb edilsə də, iddiaçı çağırılan vaxtda ekspertiza mərkəzinə getmiş, lakin ekspert Cavid Cahangirli tərəfindən ona bildirilmişdir ki, hazırkı məsələ üzrə rəyin verilməsi üçün onun ekspert ginekoloq olması zəruridir, lakin o cərrahdır. Bu səbəbdən də sonuncu ekspert rəyi də iddiaçıya baxış keçirilmədən tərtib edilmişdir. Odur ki, iddiaçı 08 dekabr 2023-cü il tarixli rəyin sübut qismində qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, istinad olunan rəydə yenidən məhkəmə tərəfindən qoyulmuş “Hudoplastika” əməliyyatı ilə bağlı suallara cavab verilməmişdir. Halbuki rəydə iddiaçının mütəxəssis müayinəsindən keçməsi qeyd edilmişdir. Əgər belə bir müayinə keçirilmiş olsaydı, məhkəmənin “Hudoplastika” ilə bağlı qoyduğu suala da cavab verilərdi. Eyni zamanda, rəydə mütəxəssisin kim olduğu, araşdırmanı nəyə əsasən və hansı qaydada apardığı qeyd edilmədiyindən, məhkəmə 08 dekabr 2023-cü il tarixli rəyi mötəbər hesab etməyərək sübut qismində qəbul etməmişdir. Beləliklə, həm məhkəməyədək aparılmış araşdırılma nəticəsində (Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar), həm məhkəmə araşdırması zamanı (16 noyabr 2022-ci il tarixli ekspert rəyi) müəyyən edilmişdir ki, iddiaçının üzərində icra edilmiş “Labioplastika” əməliyyatı qüsurlu icra edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçıya həm maddi, həm mənəvi ziyan dəymişdir. Məhkəmə maddi ziyanın əvəzi olaraq iddiaçının məhkəməyə təqdim etdiyi qəbzləri və arayışları əsas götürərək orada əks edilmiş, ümumilikdə 1.740 manat məbləğin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sözügedən qəbzlərin tarixinin icra edilmiş əməliyyatdan sonraya əməliyyatın da iddiaçının sağlamlığına vurduğu zərərin mövcud olduğu müddətə aid olması, həmçinin bundan sonra iddiaçının sağlamlığının pozulması nəticəsində sonuncunun bədənində başqa kənar fəsadların da törənə biləcəyi ehtimalı məhkəmədə bu qəbzlərin məhz sözügedən əməliyyatın nəticəsi ilə bağlı çəkilən xərclərə sərf edilmiş pul məbləği olması qənaətini formalaşdırır. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, psixoloji ekspertiza rəyi ilə və məhkəmə araşdırması zamanı iddiaçının keçirdiyi əməliyyat nəticəsində onun sağlamlığının pozulması, mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 15.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının dəymiş ziyanın müştərək qaydada hər iki cavabdehdən tutulmasına dair hissədə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və dəymiş ziyan Cavabdeh1 tutulmalıdır. Belə ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında nə işçi və işəgötürən münasibətləri mövcuddur, nə də ki iş materiallarında Cavabdeh2 MMC-nin hərəkətləri nəticəsində iddiaçıya dəyən zərərin həcminin artması hallarına rast gəlinmişdir. Eyni zamanda araşdırma nəticəsində ziyanın məhz Xudiyeva tərəfindən əməliyyatın texniki və taktiki olaraq səhv və qüsurlu icra edilməsi nəticəsində iddiaçıya ziyan dəyməsi öz təsdiqini tapmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən Cavabdeh1 maddi ziyana görə 1.740 (min yeddi yüz qırx) manat, mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməsi, iddianın maddi ziyan hissəsində 4240 manat, mənəvi ziyan hissəsində tam 20000 manat olmaqla ümumilikdə 24240 (iyirmi dörd min iki yüz qırx) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi qəbzləri qəbul edir və əməliyyatdan sonra iddiaçının sağlamlığına vurulmuş zərərlə əlaqələndirir, lakin məhkəmə iddiaçının əməliyyat üçün çəkdiyi xərcləri nəzərə almır. Düzdür iddiaçı sırf əməliyyat üçün çəkdiyi xərclərə dair sənəd təqdim edə bilməmişdir. Çünki bütün klinikalarda olduğu kimi iddiaçının əməliyyat olunduğu klinikalarda da əməliyyat üçün edilən ödənişə dair qəbz təqdim edilməmişdir. Amma bu o demək deyil ki, əməliyyat üçün iddiaçı ödəniş etməmişdir. Ən azından nəzərə alınmalıdır ki, hər hansı özəl klinikada ödəniş edilmədən əməliyyatın icra olunması mümkün deyil. Əgər əməliyyatın həyata keçirilməsi üçün edilmiş ödənişlə bağlı iddiaçı qəbz təqdim etməmişdirsə, bu, iddiaçıdan asılı olmayan səbəblərdən olmuşdur. Çünki bir çox klinikalarda əməliyyat üçün edilmiş ödənişlərə görə vətəndaşlara qəbz təqdim edilmir və bu hal artıq “işgüzar adət” halını almışdır və məhkəmələr də bunu bir çox analoji işlərdə müəyyən edir ki, əməliyyat xərclərini təsdiq edən qəbzlər vətəndaşlara verilmir. Halbuki iddiaçı cavabdehin etdiyi 1-ci əməliyyata görə 500 manat, həmin əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün keçirdiyi 2-ci vagina plastika əməliyyatı üçün 700 manat, 3-cü əməliyyat üçün 1300 manat olmaqla ümumilikdə əməliyyatlara görə 2500 manat ödədiyini bildirir və bunlara dair qəbzləri olmasa da, faktiki olaraq həmin əməliyyatlardan keçmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi qəbzlərdən 1740 manat əməliyyatlardan əlavə cəkdiyi xərcləri təsdiq edir. Bununla yanaşı iddiaçının çəkdiyi xərclər əslində daha çox olmuşdur, lakin digər xırda xərcləri təsdiq etmək imkanı olmadığından ən ağlabatan variantda əməliyyat xərclərini və qəbzlərlə təsdiqini tapmış xərcləri tələb etməkdə haqlı olduğunu hesab edir. Beləliklə, iddiaçının çəkdiyi və məhkəmə tərəfindən maddi zərərlə bağlı ağlabatan tutulmalı məbləğ (500+700+1300+1740=4240) 4240 manat olmuşdur. Digər tərəfdən iddiaçının tələb etdiyi mənəvi zərərin məbləğinin iddia tələbində göstəriləndən daha az miqdarda tutulması barədə məhkəmənin gəldiyi nəticə ədalətli və düzgün olmamışdır. Çünki məhkəmə iddiaçının mənəvi zərərə uğradığını və bunu cavabdehin təqsirli hərəkətləri ilə bağlı olduğunu qəbul edir, lakin məhkəmə nəzərə almır ki, cavabdeh tərəfindən əməliyyatın qüsurlu icra olunması nəticəsində iddiaçı məcbur qalıb daha iki əməliyyat keçirmiş, həmçinin səhhətində yaranmış çox güclü ağrılara görə ağır tərkibli dərmanlar qəbul etmiş, hətta hazırda da ağrılarını hiss etməmək və keçirdiyi iztirabları azaltmaq üçün ağır tərkibli antidepressant dərmanlar qəbul etmiş və indi də etməkdədir. Həmin antidepressant dərmalnar əlavə olaraq iddiaçının səhhətində ağır fəsadlar buraxır. Bundan başqa iddiaçı səhhətində yaranmış problemlər və qüsurlara görə, cinsiyyət orqanının zədələnməsinə və bir daha bərpa ola bilməməsinə görə cinsiyyət orqanında güclü ağrılar və yanma hissi ilə yaşayır və bundan sonra da bir insan kimi və bir qadın kimi tam sağlam yaşaya bilməyəcəkdir. Çünki cavabdehin qüsurlu əməliyyat icra etməsi nəticəsində onun cinsiyyət orqanı sıradan çıxmış və bir daha onun sağlamlığını geri qaytarmaq mümkün olmayacaqdır. Beləliklə, göründüyü kimi, bir həkim səhlənkarlığı və səhvi bir insanın bir ömrü boyu ağrılar və əzablar içində yaşamasına səbəb olmuşdur. O cümlədən iddiaçı cinsiyyət orqanında yaranmış güclü ağrı, yanma hissi ilə yaşadığı üçün özünü daim bədbəxt və qəmgin hiss edir ki, bu hal da onun ailə həyatına təsir edir, istər istəməz həyat yoldaşı və övladları iddiaçının səhhətinə görə narahatlıq hissi keçirirlər. Çünki əgər ailədə qadın və ana xoşbəxt olmasa, o ailədə heç kim xoşbəxt ola bilməz. Beləliklə, iddiaçının yenidən normal həyatına davam edə bilməməsi, çəkdiyi iztirabların və ağrıların, keçirdiyi mənəvi sarsıntıların qarşılığı onun hesab etdiyi məbləğdə ödənilsə, ən azından psixoloji rahatlığına səbəb olacaqdır. Ona görə də mənəvi ziyanla bağlı iddiaçının tələb etdiyi məbləğ tam ödənilməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 barəsində cinayət işinin başlanması ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət edilmişdir. 14 fevral 2022-ci il tarixli Yasamal Rayon Prokurorluğunun qərarı ilə Cavabdeh1 əməllərində cinayətin əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Xətai Rayon Məhkəməsində icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının şikayətlərinin Cavabdeh1 həyata keçirdiyi əməliyyatla səbəbli əlaqəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyinə müvafiq olaraq İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlir ki, İddiaçı adına Cavabdeh2da tərtib edilmiş 11831 saylı ambulator xəstənin tibbi kitabçasına əsasən, o, 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə tez-tez təkrarlanan sidik cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, hipertrofik labioplastika minorları, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri ilə daxil olmuşdur. “Labioplastika” əməliyyatı şəxsin istəyi ilə icra edilən əməliyyatlardandır. Rəydən də göründüyü kimi “Labioplastika” əməliyyatı şəxsin öz istəyi ilə könüllü icra edilən əməliyyatdır. Bu zaman İddiaçı həmin əməliyyata daxil olması üçün Cavabdeh1 tərəfindən hər hansı məcburiyyətə yol verilməmişdir. İddiaçı məhz özünün istəyi ilə biolojik narazılığının aradan qaldırılması məqsədilə Cavabdeh1 müraciət etmişdir. Artıq uzun müddətdir ki, plastik estetik cərrah kimi çalışan Cavabdeh1 edilən belə müraciətlərin çoxu da şəxslərin cərrah qarşısında öz istəkləri ilə tələblər qoyması, öz görünüşlərindən narazı olması, cərrah tərəfindən risklər barəsində məlumat verilsə də, könüllü olaraq əməliyyatı istəmələrinə baxmayaraq, əməliyyatdan sonra istədikləri görünüşü əldə etməmələri ilə bağlıdır. İddiaçı da plastik estetik cərrah Cavabdeh1 müraciət etmiş, Cavabdeh1 tərəfindən də keçiriləcək əməliyyat barəsində bütün məlumatlar verilmiş, lakin İddiaçı tərəfindən öz görünüşünün istədiyi formada olması üçün könüllü olaraq əməliyyatın edilməsinə razılıq verilmişdir. Bu baxımdan hal-hazırda edilən əməliyyatı mübahisələndirilməsi o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyindən İddiaçı şikayətlərinin Cavabdeh1 tərəfindən aparılan əməliyyatla bağlı olmadığı göstərilsə də, Xətai Rayon Məhkəməsi tərəfindən iddiaçının tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsi tamamilə qanunsuzdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyinə əsasən iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 tərəfindən verilmiş ekspert rəylərində “Labioplastika” əməliyyatının qüsurlu icra edildiyi qeyd edilmişdir. Bu da əməliyyatdan qısa bir müddət sonra şəxs müayinədən keçdiyindən qeyd olunan dəyişikliklər əməliyyatın qüsuru kimi qiymətləndirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda aparılmış “Labioplastika” əməliyyatı ilə əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma müəyyən edilmədi. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində X7 İnstitutu Plastik və X1 22 iyun 2021-ci il tarixdə “Vaginoplastika” və “X8”da isə 02 aprel 2022-ci il tarixdə “Ön-arxa kolpoperineorafiya. “Levatorplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış əməliyyatların “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə İddiaçı üzərində “Hudoplastika” cərrahiyyə əməliyyatının aparılması haqqında hər hansı qeydiyyat aparılmamışdır. Rəydən göründüyü kimi X7 İnstitutu Plastik və X1 22 iyun 2021-ci il tarixdə “Vaginoplastika” və “X8”da isə 02 aprel 2022-ci il tarixdə “Ön-arxa kolpoperineorafiya. Levatorplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Ümumiyyətlə, Cavabdeh1 tərəfindən icra edilmiş əməliyyatdan sonra İddiaçı üzərində bir neçə əməliyyat həyata keçirilmişdir və həmin əməliyyatların “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Rəydən göründüyü kimi İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda aparılmış “Labioplastika” əməliyyatı ilə əlaqədar hər-hansı bir fəsad və ya ağırlaşma müəyyən edilməmişdir. Bu baxımdan İddiaçı üzərində Cavabdeh1 tərəfindən həyata keçirilmiş “Labioplastika” əməliyyatından sonra “Vaginoplastika” və “Ön-arxa kolpoperineorafiya. Levatorplastika” əməliyyatlarının icra edilməsinə, o cümlədən həmin əməliyyatlarla Cavabdeh1 həyata keçirdiyi “Labioplastika” əməliyyatı arasında səbəbli nəticə əlaqə olmamasına baxmayaraq, İddiaçı tərəfindən Cavabdeh1 barəsində iddia tələbi ilə məhkəməyə müraciət edilməsi o cümlədən, Xətai Rayon Məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsi tamamilə əsassızdır. Məhkəmə tərəfindən İddiaçı müayinə keçirilməməsinə istinadən rəyin mötəbər sayılmaması da ədalət prinsipini pozur. Belə ki, əgər hakimin belə bir şübhəsi var idisə, rəyin mötəbər olmamasına istinad etdiyi halların araşdırılmasını həyata keçirməli idi. Lakin Xətai Rayon Məhkəməsinin hakimi tərəfindən qərəzli və birtərəfli münasibət göstərilmiş, məhkəmə prosesin əvvəlindən sonuna qədər iddiaçının tələbinin təmin olunması istiqamətində fəaliyyət göstərmişdir. Belə ki, hakim tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən müayinənin aparılıb-aparılmaması ilə bağlı sənədlər tələb olunmamış, sadəcə olaraq öz mülahizəsinə əsasən qətnamədə qeyd etmişdir ki, “halbuki rəydə iddiaçının mütəxəssis müayinəsindən keçməsi qeyd edilmişdir. Əgər belə bir müayinə keçirilmiş olsaydı, məhkəmənin “Hudoplastika” ilə bağlı qoyduğu suala da cavab verilərdi”. Belə olan halda heç bir əsaslı səbəb göstərilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən edilmiş 08 dekabr 2023-cü il tarixli rəyin mötəbər sayılmaması aydın deyildir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 16 noyabr 2022-ci il tarixli rəyində də “Hudoplastika” əməliyyatla bağlı analoji cavab verilmiş, Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş 29 avqust 2023cü il tarixli rəyində də İddiaçı şikayətlərinin Cavabdeh1 tərəfindən icra edilmiş əməliyyatla əlaqəsinə dair heç bir məlumat əks etdirilməmişdir. Həmçinin Yasamal Rayon Prokurorluğu tərəfindən təyin edilmiş ekspertizanın da Xətai Rayon Məhkəməsi üçün hüquqi qüvvəsi yoxdur. Belə ki, mülki məhkəmə mülki işi özü araşdırmalı, ibtidai istintaq materiallarının onun üçün hüquqi qüvvəsi olmamalıdır. Yalnız cinayət işinin rədd edilməsi haqqında qərar cinayət hadisəsinin olub-olmaması ilə bağlı məcburi hüquqi qüvvəsi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda yaranan sual ondan ibarətdir ki, Xətai Rayon Məhkəməsi hansı sübuta istinad edərək, İddiaçı biolojik şikayətləri ilə Cavabdeh1 tərəfindən icra edilmiş əməliyyat arasında səbəbli əlaqə müəyyən etmiş və iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etmişdir. Ədalətin təmin edilməsi məqsədilə apellyasiya məhkəməsində icraat zamanı təkrar ekspertizanın təyin edilməsinə də etiraz etmir. Bundan başqa ümumiyyətlə, Xətai Rayon Məhkəməsi qətnaməsi ilə təmin edilmiş tələbin məbləği mövcud praktikaya uyğun deyildir. Belə ki, analoji işlər üzrə məhkəmə qərarlarına baxdıqda oxşar işlər üzrə təmin edilən mənəvi zərərin məbləği 5000 (beş min) manatdan çox deyildir. Belə olan halda ümumiyyətlə, İddiaçı biolojik şikayətləri ilə Cavabdeh1 icra etdiyi əməliyyat arasında səbəbli əlaqə olsa belə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin təmini Azərbaycan Respublikasının analoji işlər üzrə movcud praktikasına da ziddir. Belə ki, bu hal özü də onlarda Xətai Rayon məhkəmənin qərəzsizliyinə şübhə yaratmışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103) 3249/2024 saylı qərardadı ilə təkrar kompleks məhkəməpatoloji ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 X16 28 oktyabr 2024-cü il tarixli 643/KEŞ saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuş, mülki iş üzrə icraat təzələnmişdir. Keçirilmiş ekspertiza zamanı qərardadda verilən cavablar qoyulmuş sualları tam əhatə edilməməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3249/2024 saylı qərardadı ilə təkrar kompleks məhkəməpatoloji ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 X16 xx.xx.2025-ci il tarixli məktubu ilə 587/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyi daxil olmuşdur. Bununla da işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada digər cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsi maddi və mənəvi zərərin ödənilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdətutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulan maddi ziyan hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin edilməli, qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının izahatına əsasən həkim Cavabdeh1 barədə «İnstaqram» sosial şəbəkəsində məlumat alıb ona müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı üzərində 21 aprel 2020-ci il tarixdə Cavabdeh2 tibb mərkəzində Cavabdeh1 tərəfindən “Labioplastika” plastik cərrahi əməliyyatı icra olunmuş, lakin iddiaçı sözügedən əməliyyatın qüsurlu icra edilməsi ilə səhhətinə dəymiş zərərlə bağlı hüquq mühafizə orqanına müraciət etmişdir. Yasamal rayon prokurorluğunda araşdırma zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X3 xx.xx.2022-ci il tarixli 42/KEŞ №li rəyinin nəticə hissəsinə əsasən İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilmiş, İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul olan şəxs müalicə həkimidir. Cavabdeh1 əməllərində cinayətin əlamətləri aşkar edilmədiyindən 14 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarda göstərilmişdir ki, 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması səbəbi ilə Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vasitəsilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunması üçün Bakı şəhər prokurorluğuna xx.xx.2022-i il tarixdə müraciət edilmişdir İddiaçı sözügedən əməliyyatın qüsurlu icra edilməsinə və bundan maddi və mənəvi ziyan çəkməsinə istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında ginekologiya sahəsi üzrə cərrah mütəxəssis dəvət edilmiş, mütəxəssis X10 verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının üzərində icra edilmiş “Labioplastika” əməliyyatı kosmetik əməliyyatdır və yalnız əməliyyatxanada icra edilməlidir. Manipulyasiya otağında əməliyyatın icra edilməsi yolverilməzdir. Bu tip əməliyyatlar yalnız müəyyən göstəriş əsasında həyata keçirilməlidir. İcra edilmiş “Labioplastika” əməliyyatının diskomfortluq, quruluq, göynəmə, cinsi hissiyyatın azalması ilə heç bir əlaqəsi yoxdur. Cinsiyyət dodaqları kosmetik funksiya daşıyır və quruluq, nəmlik yaratmır. Klitorun kəsilməsi “Hudoplastika” əməliyyatı ilə əlaqədardır. “Vaginaplastika” əməliyyatı nəticəsində cinsi hissiyyat bir qədər azala bilər. Bartolin vəz böyük cinsiyyət dodağının aşağı hissəsində yerləşir. “Labioplastika” əməliyyatının icrası ilə bartolin vəz dəyişə bilməz. Plastik cərrahiyyə əməliyyatlarda protokol olmur. Dünya ölkələrində rekonstruktiv əməliyyatlarda protokol olur, lakin Azərbaycanda hazırda belə hal mövcud deyil. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tibbi ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 16 noyabr 2022-ci il tarixli rəydən görünür ki, İddiaçı adına Cavabdeh2da tərtib edilmiş 11831 saylı ambulator xəstənin tibbi kitabçasına əsasən, o, 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə tez-tez təkrarlanan sidik cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, hipertrofik labioplastika minorları, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri ilə daxil olmuşdur. “Labioplastika” əməliyyatı şəxsin istəyi ilə icra edilən əməliyyatlardandır. İddiaçı cinsiyyət orqanında quruluq, yanma, qaşınma, qızartı kimi hallar infeksion xəstəliklər səbəbindən yarana bilər, bu da aparılmış “Labioplastika” əməliyyatının taktiki və texniki cəhətdən qüsurlu icrası ilə əlaqədardır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə İddiaçı üzərində “Hudoplastika” cərrahiyyə əməliyyatının aparılması haqqında hər hansı qeydiyyat aparılmamışdır. İstinad olunan rəyə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert qarşısında “Hudoplastika” əməliyyatı ilə bağlı sual qoyulmuş olsa da, iddiaçıya baxış keçirilməklə suala cavab vermək əvəzinə iş materiallarına əlavə edilmiş tibbi sənədlərə istinad edilərək rəy tərtib edilmişdir Həmçinin birinci instansiya məhkəməsi təqdim edilmiş rəydə məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallar natamam şəkildə cavablandırıldığından və şəxsə baxış keçirilmədən rəy verildiyindən, iş üzrə kompleks (tibbi və psixoloji) ekspertiza təyin etmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş 29 avqust 2023-cü il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, aparılmış eksperimental psixoloji müayinə zamanı İddiaçı idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğundur. Müayinə gedişatında İddiaçı psixi-emosional sferasında əhval-ruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə və intihar fikirləri aşkar olunmuşdur. Hazırkı psixoloji müayinə zamanı İddiaçı psixi-emosional vəziyyətində əhvalruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə və intihar fikirləri aşkar olunmuşdur. İddiaçı müəyyən edilən psixoloji vəziyyət keçirdiyi əməliyyatlardan sonrakı fəsadlaşma ilə əlaqədar ola bilərdi. Psixoloq və ya psixiatr müayinəsi tövsiyə edilir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlir ki, İddiaçı adına Cavabdeh2da tərtib edilmiş 11831 saylı ambulator xəstənin tibbi kitabçasına əsasən, o, 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə tez-tez təkrarlanan sidik cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, hipertrofik labioplastika minorları, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri ilə daxil olmuşdur. “Labioplastika” əməliyyatı şəxsin istəyi ilə icra edilən əməliyyatlardandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 tərəfindən verilmiş ekspert rəylərində “Labioplastika” əməliyyatının qüsurlu icra edildiyi qeyd edilmişdir. Bu da əməliyyatdan qısa bir müddət sonra şəxs müayinədən keçdiyindən qeyd olunan dəyişikliklər əməliyyatın qüsuru kimi qiymətləndirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda aparılmış “Labioplastika” əməliyyatı ilə əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma müəyyən edilmədi. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində X7 İnstitutu Plastik və X1 22 iyun 2021-ci il tarixdə “Vaginoplastika” və “X8”da isə 02 aprel 2022-ci il tarixdə “Ön arxa kolpoperineorafiya. Levatorplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış əməliyyatların “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə İddiaçı üzərində “Hudoplastika” cərrahiyyə əməliyyatının aparılması haqqında hər hansı qeydiyyat aparılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi yekun olaraq razılaşdığı ekspert rəyini ilk olaraq natamam hesab etməklə təkrar kompleks məhkəmə-patoloji ekspertizasını təyin etsə də, nəticə etibarı ilə həmin rəyləri müqayisəli şəkildə tədqiq etməklə sözügedən ekspertizanın nəticəsi olaraq təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyə münasibətdə qeyd etmişdir ki, istinad olunan rəydə yenidən məhkəmə tərəfindən qoyulmuş “Hudoplastika” əməliyyatı ilə bağlı suallara cavab verilməmişdir. Halbuki rəydə iddiaçının mütəxəssis müayinəsindən keçməsi qeyd edilmişdir. Əgər belə bir müayinə keçirilmiş olsaydı, məhkəmənin “Hudoplastika” ilə bağlı qoyduğu suala da cavab verilərdi. Eyni zamanda, rəydə mütəxəssisin kim olduğu, araşdırmanı nəyə əsasən və hansı qaydada apardığı qeyd edilmədiyindən, məhkəmə 08 dekabr 2023-cü il tarixli rəyi mötəbər hesab etməyərək sübut qismində qəbul etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi «cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar»a, eləcə də, 16 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş hallara istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçının üzərində icra edilmiş “Labioplastika” əməliyyatı qüsurlu icra edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri isə ondan ibarət olmuşdur ki, İddiaçı üzərində Cavabdeh1 tərəfindən həyata keçirilmiş “Labioplastika” əməliyyatından sonra “Vaginoplastika” və “Ön-arxa kolpoperineorafiya. Levatorplastika” əməliyyatlarının icra edilməsinə, o cümlədən həmin əməliyyatlarla Cavabdeh1 həyata keçirdiyi “Labioplastika” əməliyyatı arasında səbəbli nəticə əlaqə olmamasına baxmayaraq, İddiaçı tərəfindən Cavabdeh1 barəsində iddia tələbi ilə məhkəməyə müraciət edilməsi, o cümlədən, Xətai Rayon Məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsi tamamilə əsassızdır. Belə olan halda apellyasiya baxışı zamanı iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti olduğundan, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyləri arasında, eləcə də, prokurorluqda araşdırma zamanı əvvəlki rəyləri vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən verilmiş rəylər arasında ziddiyyət olduğundan iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssislər, yəni, Azərbaycan Respublikasının Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının və Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri X2 və X4”nın bu sahə üzrə ixtisaslaşmış əməkdaşlarının rəyi alınmaqla və sonradan mütəxəssislərin və tərəflərin iştirakı ilə təkrar kompleks məhkəməpatoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-3. "xxxx"da İddiaçı adına tərtib edilmiş ambulator xəstənin tibbi kitabçasına əsasən, o, xx.xx.2020-ci il tarixdə ginekologiya şöbəsinə tez-tez təkrarlanan sidik cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, hipertrofik labioplastika minorları kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri ilə daxil olmuşdur. "Labioplastika" əməliyyatı şəxsin istəyi ilə icra edilən əməliyyatlardandır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. 4. İddiaçı mütəxəssis ginekoloq və plastik rekonstruktiv cərrahın müayinələri keçirilmiş və müayinə zamanı hal-hazırda onun cinsiyyət orqanında aparılmış "Labioplastika" əməliyyatı ilə əlaqədar hər-hansı bir ağırlaşma və ya fəsad müəyyən edilmədi. Həmçinin “Labioplastika" əməliyyatının düzgün icra edildiyi müəyyən edilmişdir. 5-6. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində X7 İnstitutu Plastik və X1 xx.xx.2021-ci il tarixdə "Vaginoplastika" və "X8"da isə xx.xx.2022-ci il tarixdə "Ön-arxa kolpoperineorafiya. Levatorplastika" cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış əməliyyatların "Labioplastika" əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. 7.İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə İddiaçı üzərində "Hudoplastika" cərrahiyyə əməliyyatının aparılması haqqında hər hansı qeydiyyat aparılmamışdır. 8.İddiaçı üzərində aparılmış "Labioplastika" cərrahiyyə əməliyyatı Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Məhkəmə kollegiyası təqdim edilmiş rəyləri müqayisəli şəkildə araşdıraraq hesab etmişdir ki, təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə iş üzrə təqdim edilmiş digər rəylər arasında ziddiyyətlər mövcud olmuşdur. Belə ki, ilk olaraq “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı”nda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X3 xx.xx.2022-ci il tarixli 42/KEŞ №li rəyinin nəticə hissəsinə əsasən İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilmiş, İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul olan şəxs müalicə həkimidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 16 noyabr 2022-ci il tarixli rəydən görünür ki, “Labioplastika” əməliyyatının taktiki və texniki cəhətdən qüsurlu icrası ilə əlaqədardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, “Labioplastika” əməliyyatı ilə əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma müəyyən edilmədi. Apellyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertiza üzrə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli rəyində də iddiaçının xx.xx.2024-cü ildə mamaginekoloq Natavan Nəbiyevanın, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının mama-ginekoloqu, t.e.d professor Səadət Sultanovanın müayinəsinin və Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri X2 və X4”nın baş həkimi t.ü.f.d. Ayaz Məmmədov tərəfindən verilmiş rəyinə istinad edərək göstərilmişdir ki, "Labioplastika" əməliyyatı ilə əlaqədar hər-hansı bir ağırlaşma və ya fəsad müəyyən edilmədi. Həmçinin “Labioplastika" əməliyyatının düzgün, səhiyyə sistemində olan müvafiq qaydalara uyğun icra edildiyinin müəyyən edilməsi göstərilmişdir. Qeyd edilən rəyin natamam olmasını, qoyulmuş sualların tam cavablandırılmamasını, əvvəlki rəylərlə tam ziddiyət təşkil etməsini və s. kimi iş üzrə mühüm və diqqətəlayiq halların aydınlaşdırılması baxımından kollegiyanın təşəbbüsü ilə iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul edilməsi üçün mülki iş üzrə təkrar kompleks məhkəmə-patoloji ekspertizası təyin edilməsi zərurəti yaranmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkəmənin qərardadına əsasən Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri X2 və X4”nın baş həkimi t.ü.f.d Ayaz Məmmədov mütəxəssis kimi cəlb edilsə də, xx.xx.2024-cü il tarixdə yeni tərkibdə ekspert komissiyası tərəfindən tərtib olunmuş obyektiv ekspert rəyini imzalamaqdan imtina etdiyi üçün rəyi vaxtında təqdim etmək mümkün olmamışdır (cild 2, i.v.88). Lakin apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri X2 və X4”nın baş həkimi t.ü.f.d Ayaz Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı adına olan tibbi sənədlər təhlil olunmuş və mütəxəssis rəyi verilmişdir. Başqa sözlə, t.ü.f.d Ayaz Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı müayinə etməsinə dair qeyd yoxdur. Həmçinin onun verdiyi rəyin imzalanmış nüsxəsi əlavə edilməmişdir. Sözügedən ekspertiza rəyindən görünür ki, iddiaçını əvvəl xx.xx.2024-cü ildə mamaginekoloq Natavan Nəbiyeva, daha sonra isə, yəni, t.ü.f.d Ayaz Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd edilən rəyi verdikdən sonra, iddiaçı təkrarən xx.xx.2024-cü il tarixdə digər Azərbaycan Respublikasının Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının mama-ginekoloqu, t.e.d professor Səadət Sultanovanın müayinəsində olmuşdur. Lakin t.ü.f.d. Ayaz Məmmədov tərəfindən verilmiş rəyin məzmunundan fərqli olaraq müayinə aparmış hər iki mama-ginekoloq qənaətləri (rəyləri) eyni məzmunda qısa olaraq qeyd edilmişdir. Həmin həkimlərin də verdikləri rəylərin imzalanmış nüsxələri əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı üzərində icra edilmiş “Labioplastika” plastik cərrahi əməliyyatından sonra şikayəti əsasında istər prokurorluq, istərsə də birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı verilmiş rəydə “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilməsi, İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması müəyyən edilsə də, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş sonuncu rəydə, eləcə də apellyasiya baxışı zamanı təqdim edilmiş rəydə həmin halların əksi göstərilmiş, istinad olunan əmrin və protokol qaydalarının məzmununu ümumiyyətlə açıqlanmamış, rəydə iddiaçını müayinə etmiş həkimlərin müayinənin nəticələrinə dair rəylərinin məzmunu tam göstərilməmiş, imzalanmış rəyləri əlavə edilməmiş, iddiaçının sözlərinə görə onu müayinə etməyən həkim isə yalnız onun adına olan tibb sənədlərin təhlili əsasında verdiyi rəyin məzmunu açıqlansa da, imzalıdığı rəy əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, sözügedən həkim, yəni Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri X2 və X4”nın baş həkimi t.ü.f.d. Ayaz Məmmədovun ekspertiza rəyi imzalamaqdan imtina etməsinə dair apellyasiya instansiyası məhkəməsin rəsmi məktub təqdim edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X3 xx.xx.2022-ci il tarixli 42/KEŞ №lirəyi imzalamış Cavid Cahangirli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyin də verilməsində iştirak etmişdir. (imzalamışdır). Halbuki, həmin rəylər tam ziddiyyət təşkil edir. Başqa sözlə, xx.xx.2022-ci il tarixli 42/KEŞ №li rəy üzrə “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilməsi göstərilsə də, 08 dekabr 2023cü il tarixli rəydə isə “Labioplastika” əməliyyatının qüsurlu icra edildiyi qeyd edilməsi əməliyyatdan qısa bir müddət sonra şəxsin müayinədən keçdiyindən qeyd olunan dəyişikliklərin əməliyyatın qüsuru kimi qiymətləndirilmiş, İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda aparılmış “Labioplastika” əməliyyatı ilə əlaqədar hər hansı bir fəsad və ya ağırlaşmanın müəyyən edilməməsi göstərilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, təyin edilərək keçirilmiş ekspertiza zamanı qərardadda verilən cavablar qoyulmuş sualları tam əhatə etməmişdir. Belə ki, iş materiallarında olan Yasamal rayon prokurorluğunun materialında Cavabdeh1 verdiyi izahatında onun tərəfindən İddiaçı üzərində “Labioplastika” cərrahiyyə əməliyyatından 2 ay sonra narahatçılıqlarının olmasını, cinsi orqanın onu narahat etdiyini bildirməsini, deməsinə görə cinsi orqanında yanma, qaşınma qızartılar olduğundan 2021ci ilin yay aylarında üzərində "Vaginoplastika" əməliyyatının icra olunmasını, lakin İddiaçı şikayətlərinin səngiməməsini göstərmişdir. Verilən suallara cavab olaraq qeyd etmişdir ki, İddiaçı ilkin müraciətində klitorunun tam kəsilməsini istəyirdi, onu çox narahat etdiyini deyirdi. O isə bunun mümkün olmamasını demiş, onu müayinə etdikdən sonra “kiçik cinsi dodaqların deformasiyası” diaqnozunu qoymuş və “Labioplastika” əməliyyatı icra olunmuşdur. Məqsədi deformasiya olunmuş kiçik cinsi dodaqları hissəsini ləğv etmək olmuşdur. İddiaçı tələbinə əsasən əməliyyat zamanı kiçik cinsi dodaqlar hissəvi olaraq götürülmüş, xəstənin bu barədə hər hansı şikayəti ola bilməzdi, əgər əməliyyat düzgün icra olunubsa, müayinə zamanı İddiaçı özünü rahat hiss etdiyini, əməliyyatın çox xeyirli olduğunu bildirməzdi. Lakin əməliyyatdan 2 ay sonra həmin bölgədə göynəməsi olduğu barədə müraciət etmişdir. Həmin şikayətlər əməliyyatdan öncə qaşınma və göynəmə kimi olmuşdur. Cəmilənin üzərində 2021-ci ilin yay aylarında üzərində aparılmış "Vaginoplastika" əməliyyatı ilə “Labioplastika” əməliyyatı ayrı-ayrı əməliyyatlardır. "Vaginoplastika" zamanı lobio adlı hissədə tikilir və dartılır. Həmçinin Cavabdeh1 verilən suallara cavab olaraq qeyd etmişdir ki, götürülmüş orqanın funksiyası xarici infeksiya və bakteriyaların bədənə daxil olmasına mane olmaqdır. “Labioplastika” əməliyyatı zamanı Səhiyyə sistemində qüvvədə olan tibbi göstərişlər, protokollar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclasında iddiaçı izahatında Cavabdeh1 1-ci əməliyyatı “Hudoplastika” və “Labioplastika” əməliyyatını bir yerdə aparmasını, 2-ci əməliyyat olan "Vaginoplastika" əməliyyatına onu Səkinə xanımın göndərməsini, lakin yenə kömək olmamasını, ağrılarının düzəlməməsini, 3-cü əməliyyatdan da sonra ağrılarının keçməməsini göstərmişdir. Kollegiyanın qənaətinə görə iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul edilməsi üçün xüsusi bilik tələb edən sualların tam cavablandırılması zərurəti yaranmasına və dəfələrlə təyin edilərək keçirilmiş ekspertiza rəylərində qoyulan suallar tam və əhatəli formada cavablandırılmadığından, birinci instansiya məhkəməsi baxışı zamanı, eləcə də, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyləri, həmçinin, prokurorluqda araşdırma zamanı verilən rəy arasında kəskin ziddiyyətlər olduğundan iş üzrə obyektiv nəticəyə gəlmək mümkün olmadığından prokurorluqda araşdırma zamanı ilk növbədə iş materiallarında olan əvvəlki rəylər arasında yaranmış ziddiyyətin yaranma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üçün iş üzrə təkrar kompleks məhkəmə-patoloji ekspertizası təyin edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 X16 12 dekabr 2024-cü il tarixli, 587 MEŞ saylı rəyindən görünür ki:

1. "Labioplastika" qadın cinsiyyət üzvlərinə aid olan uşaqlıq yolunun böyük və kiçik dodaqlarının estetik görünüşə salınması əməliyyatıdır. "Labioplastika" normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir. Həm də qadınlar müəyyən diskomfort və ya xəstəlik olmadan daha estetik bir görünüşə sahib olmaq məqsədi ilə bu əməliyyatı keçirirlər. "Labioplastika" əməliyyatı xəstənin istəyinə uyğun olaraq anatomik quruluşu pozulmadan icra edilir;

2. "Hudoplastika" qadın cinsiyyət orqanlarının estetik və funksional görünüşünü yaxşılaşdırmaq üçün klitorun ətrafındakı dəri qatlarının çıxarılması və ya formalaşdırılması prosedurudur;

3. "Labioplastika" əməliyyatı ilə "Hudoplastika" cərrahiyyə əməliyyatının eyni vaxtda aparılması mümkündür;

4. Qadında klitorun ağrılı olması tibbi nöqteyi nəzərdən "Labioplastika" va "Hudoplastika" əməliyyatına mütləq göstəriş deyildir;

5. "Labioplastika" əməliyyatı həyata keçirməsi üçün USM-nin aparılması məqsədə müvafiq hesab edilmir. Lakin kiçik dodaqların hansı vəziyyətdə olmasını təsdiq etmək üçün əməliyyatdan öncə fotoşəkil çəkilməlidir;

6. "Labioplastika" əməliyyatının mama-ginekoloq tərəfindən stasionar şəraitdə aparılması zəruridir;

7. İddiaçı tez-tez təkrarlanan cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri əsasında aparılmış müayinələrdən sonra "kiçik cinsiyyət dodağının hipertrofiyası və uşaqlıq yolu divarının iltihabı prosesi" diaqnozu təyin edilmiş və bu göstərişə əsasən həkim Cavabdeh1 tərəfindən "Labioplastika" əməliyyatı icra edilmişdir;

8. İddiaçı xarici cinsiyyət üzvündə cinsiyyət dodaqlarının tamlığı pozulmuşdir, "Labioplastika" qeyri-simmetrikdir və kiçik dodaqların tam götürülməsi hesabına aralıq açıqdır, hətda aparılan "Vaginoplastika" uşaqlıq yolu dəhlizini tam bağlamır. Bu da əməliyyatın tam həcmdə aparılmaması nəticəsində yaranır;

9. İddiaçı "Labioplastika" əməliyyatından sonrakı dövrdə cinsiyyət orqanında quruluq, yanma, qaşınma, qızartı kimi fəsadlar yarana bilərdi, bu fəsadların əməlliyyatdan öncə mövcud olması ilə əlaqədar tibbi sənədlərdə tibbi informasiya yoxdur;

10. "Labioplastika" əməliyyatının texniki və taktiki cəhətdən peşəkar səviyyədə aparılmaması səbəbindən İddiaçı cinsiyyət orqanında quruluq, yanma, qaşınma, qızartı kimi fəsadlar inkişaf etmişdir. Vulvovaginal nahiyədə qeyri-estetik xarici görünüş, cinsiyyət yarığının açıq qalması müşahidə edilir. Uşaqlıq yolunun selikli qişası cinsiyyət yarığından görünür. Bu zaman daima açıq olan aralığın sürtülməsi, yanğı hissi verir və xroniki vulvovaginit yaranır. Hətta daima alt paltarının sürtülməsi hissi xəstədə diskomfort və aralığın travmasını yaradır;

11. Həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində "Labioplastika" əməliyyatı icra edilərkən eyni zamanda "Hudoplastika" cərrahiyyə əməliyyatı icra edilməsi haqqında hər hansı bir tibbi qeydiyyat aparılmamışdır;

12. Həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində "Hudoplastika" cərrahiyyə əməliyyatının aparılması barədə tibbi sənədlərdə hər hansı bir qeydiyyat aparılmamışdır;

13. Həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində "Labioplastika" cərrahiyyə əməliyyatı aparmış və nəticədə qeyri-estetik hal yaranmış, asimmetrik icra olunmuş əməliyyat zamanı kiçik dodaqlar çox kəsildiyindən yox dərəcəsindədir;

14. İddiaçı üzərində keçirilmiş "Labioplastika" cərrahiyə əməliyyatından sonra kiçik cinsiyyət dodaqlarının anatomik quruluşunun tam itirilməsi, uşaqlıq yolunun bağlanmaması, bartolin vəzilərinin axarlarının anatomik quruluşunun dəyişdiyi üçün şişkinləşmiş və qalxan infeksiyalar səbəbi ilə ödemli olması kimi hallar olmuşdur. Qeyd olunanlar infeksion mənşəli xəstəliklərə gətirib çıxarar va həyat üçün təhlükəli olan patoloji vəziyyətlərə səbəb ola bilər.

15. "Vaginoplastika" əməliyyatı uşaqlıq yolunun daraldılması üçün icra olunan əməliyyatdır. Çoxsaylı doğuşlardan və ya çətin doğuşdan sonra uşaqlıq yolunun elastikliyinin itməsi və deformasiyası, anadangəlmə deformasiyalar və şəxsin istəyi ilə icra edilə bilər.

16. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və X1 İddiaçı "Uşaqlıq yolunun sallanması" diaqnozu təyin edilərək 22 iyun 2021-ci il tarixdə "Vaginoplastika" əməliyyatı icra edilmişdir. İcra edilmiş "Vaginoplastika" cərrahiyyə əməliyyatının Cavabdeh2 klinikasında həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində keçirilmiş "Labioplastika" əməliyyatının fəsadları ilə əlaqəsi yoxdur.

17. "Ön-arxa kolpoperineorafiya. Levatoroplastika" əməliyyatı uşaqlıq və uşaqlıq yolunun sallanmalarında çanaqdibi əzələlərin möhkəmləndirilməsi üçün uşaqlıq yolu divarlarının və aralıq əzələlərinin tikilməsidir.

18. "X8"da İddiaçı üzərində aparılmış 02 aprel 2022-ci il tarixdə "Ön-arxa kolpoperineorafiya "Levatoroplastika" əməliyyatının keçirilməsi üçün göstəriş mövcud olmuş və bu göstərişlə Cavabdeh2 klinkasında işləyən həkim Cavabdeh1 tərəfindən İddiaçı müayinəsi nəticəsində sonuncunun üzərində keçirilmiş "Labioplastika" əməliyyatının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və Rekonstruk-tiv Cərrahiyyə Klinikasında 22 iyun 2021-ci il tarixdə İddiaçı üzərində aparılmış "Vaginoplastika" əməliyyatları arasında səbəbli əlaqə yoxdur.

19. Həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində aparılmış qüsurlu "Labioplastika" cərrahiyyə əməliyyatı Səhiyyə sistemində qüvvədə olan, xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1 bəndinin tələblərinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") pozulması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi Azərbayjan Respublikasının MPMnin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Təqdim edilən ekspet rəyinə əsasən "Labioplastika" qadın cinsiyyət üzvlərinə aid olan uşaqlıq yolunun böyük və kiçik dodaqlarının estetik görünüşə salınması əməliyyatıdır. "Labioplastika" normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir. Həm də qadınlar müəyyən diskomfort və ya xəstəlik olmadan daha estetik bir görünüşə sahib olmaq məqsədi ilə bu əməliyyatı keçirirlər. "Labioplastika" əməliyyatı xəstənin istəyinə uyğun olaraq anatomik quruluşu pozulmadan icra edilir; "Hudoplastika" qadın cinsiyyət orqanlarının estetik və funksional görünüşünü yaxşılaşdırmaq üçün klitorun ətrafındakı dəri qatlarının çıxarılması və ya formalaşdırılması prosedurudur; "Labioplastika" əməliyyatı ilə "Hudoplastika" cərrahiyyə əməliyyatının eyni vaxtda aparılması mümkündür; (rəyin 1-3 bəndləri) Göründüyü kimi, "Labioplastika" əməliyyatı xəstənin istəyinə uyğun olaraq anatomik quruluşu pozulmadan icra edilməli idi. Lakin rəydən daha sonra görünür ki, həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində "Labioplastika" cərrahiyyə əməliyyatı aparması nəticəsində qeyri-estetik hal yaranmış, asimmetrik icra olunmuş əməliyyat zamanı kiçik dodaqlar çox kəsildiyindən yox dərəcəsində olması, onun xarici cinsiyyət üzvündə cinsiyyət dodaqlarının tamlığı pozulması, "Labioplastika" əməliyyatının qeyri-simmetrik olmaqla kiçik dodaqların tam götürülməsi hesabına aralıqın açıq qalması, "Labioplastika" əməliyyatından sonrakı dövrdə iddiaçının cinsiyyət orqanında quruluq, yanma, qaşınma, qızartı kimi fəsadlar yaranması, "Labioplastika" əməliyyatının texniki və taktiki cəhətdən peşəkar səviyyədə aparılmaması səbəbindən onun cinsiyyət orqanında quruluq, yanma, qaşınma, qızartı kimi fəsadlar inkişaf etməsi, vulvovaginal nahiyədə qeyri-estetik xarici görünüş, cinsiyyət yarığının açıq qalmasının müşahidə edilməsi, uşaqlıq yolunun selikli qişası cinsiyyət yarığından görünməsi, daima açıq olan aralığın sürtülməsi, yanğı hissi verməsi və xroniki vulvovaginit yaranması, hətta daima alt paltarının sürtülməsi hissinin iddiaçıda diskomfort və aralığın travmasını yaratması, əməliyyatından sonra kiçik cinsiyyət dodaqlarının anatomik quruluşunun tam itirilməsi, uşaqlıq yolunun bağlanmaması, bartolin vəzilərinin axarlarının anatomik quruluşunun dəyişdiyi üçün şişkinləşmiş və qalxan infeksiyalar səbəbi ilə ödemli olması kimi hallar olması, qeyd olunanların infeksion mənşəli xəstəliklərə gətirib çıxarması va hayat üçün təhlükəli olan patoloji vəziyyətlərə səbəb ola bilməsi kimi hallar olması müəyyən edilmişdir. ( rəyin 8, 9, 10, 13, 14-cü bəndlər) Başqa sözlə, həkim Cavabdeh1 tərəfindən İddiaçı tez-tez təkrarlanan cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri əsasında aparılmış müayinələrdən sonra "kiçik cinsiyyət dodağının hipertrofiyası və uşaqlıq yolu divarının iltihabı prosesi" diaqnozu təyin edildikdən sonra bu göstərişə əsasən onun tərəfindən "Labioplastika" əməliyyatı iddiaçının anatomik quruluşu pozulmaqla icra edilmişdir. Beləliklə də rəyə əsasən həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində aparılmış qüsurlu "Labioplastika" cərrahiyyə əməliyyatı Səhiyyə sistemində qüvvədə olan, xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1 bəndinin tələblərinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") pozulması kimi qiymətləndirilir. ( rəyin 19-cu bəndi) Məhkəmə kollegiyası qeyd edir ki, 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması səbəbi ilə əladəqar Yasamal rayon prokurorluğunun 14 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi qərarı”nda həmçinin Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vasitəsilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunması üçün Bakı şəhər prokurorluğuna xx.xx.2022-si il tarixdə müraciət edilməsi də göstərilmişdir. Rəydə eyni zamanda "Hudoplastika" əməliyyatına anlayış verilərək bunun qadın cinsiyyət orqanlarının estetik və funksional görünüşünü yaxşılaşdırmaq üçün klitorun ətrafındakı dəri qatlarının çıxarılması və ya formalaşdırılması proseduru olması göstərilməklə qeyd edilmişdir ki, həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində "Labioplastika" əməliyyatı icra edilərkən eyni zamanda "Hudoplastika" cərrahiyyə əməliyyatı icra edilməsi haqqında hər hansı bir tibbi qeydiyyat aparılmamışdır. ( rəyin 2 və 11-ci bəndləri) Həmçinin rəydə "Vaginoplastika" əməliyyatının uşaqlıq yolunun daraldılması üçün icra olunan əməliyyat olmaqla çoxsaylı doğuşlardan və ya çətin doğuşdan sonra uşaqlıq yolunun elastikliyinin itməsi və deformasiyası, anadangəlmə deformasiyalar və şəxsin istəyi ilə icra edilə bilməsi, "Ön-arxa kolpoperineorafiya. Levatoroplastika" əməliyyatının isə uşaqlıq və uşaqlıq yolunun sallanmalarında çanaqdibi əzələlərin möhkəmləndirilməsi üçün uşaqlıq yolu divarlarının və aralıq əzələlərinin tikilməsi kimi həmin əməliyyatların anlayışları verilmişdir.( rəyin 15 və 17-ci bəndləri) Daha sonra rəyin 37 və 38-ci vərəqələrində göstərilmişdir ki, Dövlət Həkimləri X2 və X1 tərtib edilmiş ******* saylı xəstəlik tarixçəsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Uşaqlıq yolunun sallanması” diaqnozu ilə İİ cərrahiyə şöbəsinə qəbul edilmiş, daxil olarkən şikayətləri “Uşaqlıq yolunun sallanması”ndan, fiziki hərəkət və cinsi əlaqə zamanı narahatçılıqlardır. xx.xx.2021-ci il tarixdə xəstəyə ümumi anestiziya altında “Vaginoplastika” cərrahiyə əməliyyatı icra edildi. xx.xx.2021-ci ildə xəstə kafi vəziyyətdə evə yazıldı. İddiaçı adına "X8"da tərtib edilmiş isə epikrizdən görünür ki, xx.xx.2022-ci il tarixdə tez-tez sidiyi getmə, qəbzlik şikayətləri ilə hospitala müraciət etmişdir. Ginekoloji müayinədə sistosel, restosel aşkarlandı, əməliyyat təklif olundu. Diaqnoz “Sistosel”. Həmin tarixdə "Ön-arxa kolpoperineorafiya. Levatorplastika" cərrahiyyə əməliyyatları icra edilmiş, xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazıldı. İddiaçı tərəf rəyin 37 və 38-ci vərəqələrində göstərilənlərə əsasən rəyin nəticə hissəsinin 16 və 18-ci bəndləri, yəni, İddiaçı üzərində icra edilmiş “Vaginoplastika” və “Önarxa kolpoperineorafiya. “Levatorplastika” cərrahiyyə əməliyyatlarının “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmamasına dair hissələri ilə razılaşmasalar da, məhkəmə kollegiyası hesab edir ki, bu mövqe keçirilmiş bütün əvvəlki rəylərdə də əsasən müəyyən edildiyi üçün sonuncu rəyin bu hissələrini sübut növü kimi qəbul edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı sonuncu ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair cavabbeh tərəfin dəlilləri ehtimal və mülahizə xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin aparılmış “Labioplastika” əməliyyatının qüsursuz yerinə yetirilməsi və bununla əlaqədar hər-hansı bir fəsad və ya ağırlaşma müəyyən edilməməsinə dair dəlilləri öz təsdiqini tapmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə “Labioplastika” əməliyyatının qüsurlu icra edilməsi müəyyən edildiyi halda birinci instansiya məhkəməsi qətnamədə “İşə baxan məhkəmənin mövqeyi” hissəsində “Hudoplastika” əməliyyatının qüsurlu icra edilməsini qeyd etmişdir. Məhkəmə kollegiyası həmin halı texniki səhv olaraq qiymətləndirməklə hesab edir ki, qətnamənin əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsi məhz “Labioplastika” əməliyyatının qüsurlu icra edilməsini müəyyən etmiş, gəldiyi nəticələrini də məhz bu əməliyyatının qüsurlu icra edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimləri X2 və X4”nın baş həkimi t.ü.f.d Ayaz Məmmədov və digər Azərbaycan Respublikasının Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının mama-ginekoloqu, t.e.d professor Səadət Sultanovanın rəylərinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, bu rəylərin artıq hazırki iş üzrə heç bir əhəmiyyəti yoxdur. Belə ki, əvvəla iddiaçının izahatından görünür ki, həkim, t.ü.f.d Ayaz Məmmədov onu ümumiyyətlə müayinə etməmişdir, həmçinin də iş materiallarından görünür ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı müayinə etməsinə dair qeyd yoxdur. Bundan əlavə, iş materiallarından görünür ki, sözügedən həkimin ekspert komissiyası tərəfindən tərtib olunmuş obyektiv ekspert rəyini imzalamaqdan imtina etməsi barədə apellyasiya instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixli məktub təqdim edilmişdir. T.e.d professor Səadət Sultanovanın rəyi isə sonuncu rəyə əlavə edilməli olmalı halda edilməyərək cavabdeh tərəfindən təqdim edilməsi isə sonuncu rəyi vermiş ekspertlərin mövqeyinin səhv olması kimi qiymətləndirilə bilməz. Belə ki, onun rəyi iddiaçını müayinə etməyərək rəy vermiş t.ü.f.d. Ayaz Məmmədov tərəfindən verilmiş rəyə istinadən verildiyindən sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən qaydada sonuncu ekspert rəyinin verilməməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, müəyyən çatışmamazlıqları, yəni əvvəl rəy vermiş həkimlərin rəylərini cavabdehin nümayəndəsi təqdim etməklə aradan qaldırmışdır. Həmçinin də rəyin məzmununda bütün işin halları və keçirilmiş ekspertizalar sadalanmaqla ekspertlər əvvəlki rəyləri vermiş ekspert və mütəxəsislərin fikirləri ilə tanış olaraq onları ümumiləşdirmiş, ən əsası iddiaçını 30 il stajı olan ginekoloq müayinə də edərək əsaslandırılmış rəy vermişlər. Məhkəmə kollegiyasının qənaətinə görə təkrar kompleks məhkəmə-patoloji ekspertizasını həyata keçirən ekspertlər və mütəxəssis apellyasiya instansiyası məhkəməsinin qərardadında adları sadalanan ziddiyyətli rəylər vermiş həkim və mütəxəssislərin bu ekspertizada yenidən iştirakını məqbul saymamış və iş materiallarında olan 4 rəy arasında kəskin ziddiyyətləri aradan qaldıraraq keçirdikləri təkrar kompleks məhkəmə-patoloji ekspertizası zamanı verdikləri rəydə həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində “Labioplastika” əməliyyatının taktiki və texniki cəhətdən düzgün ya qüsurlu icra edilmiş olub-olmaması, qüsurlu və natamam icra edilmişdirsə, hansı fəsadlara yol açması, qüsurlu icranın nədən ibarət olması, sonrakı əməliyyatların “Labioplastika” əməliyyatı ilə əlaqəsinin olub-olmaması ilə bağlı bütün zəruri suallara tam aydınlıq gətirmişlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin mənəvi ziyanla bağlı dəlillərinə də qiymət verərək əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmidir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, çıxıntı, narahatçılıq, məyusluq, ədalətsizlik və ya alçaltma hissi üzün müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli qərarı) Məhkəmə kollegiyası həmçinin qeyd etməyi də zəruri sayır ki, zərərvuran şəxsin hüquqazidd davranışı ilə mənəvi zərər (şəxsi qeyri-əmlak hüquqlarının pozulması və ya qeyri-maddi nemətlərə qəsd nəticəsində sarsıntı və iztirab keçirməsi) arasında səbəbli əlaqənin mövcudluğu ona dəlalət edir ki, zərərvuranın hüquqa zidd davranışı nəticəsində fiziki və mənəvi sarsıntılar keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri ilə iddiaçıya mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcuddur və hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi cavabdeh tərəfindən “Labioplastika” cərrahiyə əməliyyatının qüsurlu aparılması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. İddiaçı izahatlarında 3 uşaq anası olmaqla son 5 ildə normal həyatını yaşaya bilməməsini, gəzərkən əziyyət çəkməsini, antidepresant və dərmanlar qəbul etməklə yaşamasını, hətta normal həyatını davam edə bilməməsinə görə həyat yoldaşı ilə boşanma həddində olmalarını bildirmişdir. Beləliklə də, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının üzərində qüsurla keçirilmiş “Labioplastika” cərrahiyyə əməliyyatı nəticəsində onun sağlamlığının pozulması, normal həyatını davam edə bilməməsi, bununla da mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi kimi hallar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən İddiaçı psixi-emosional sferasında əhval-ruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə və intihar fikirlərinin aşkar olunmasını, onda müəyyən edilən psixoloji vəziyyət keçirdiyi əməliyyatlardan sonrakı fəsadlaşma ilə əlaqədar ola bilməsinə dair iş materiallarında olan iddiaçının psixi vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş 29 avqust 2023-cü il tarixli rəydə göstərilən halları da nəzərə almışdır. Göründüyü kimi iş materialları ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması müəyyən edilir. Həmçinin də maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Məhkəmə kollegiyası göstərilən nəticələrə gələrkən həmçinin cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etməsinə baxmayaraq təmin edilmiş tələbin məbləğinin mövcud praktikaya uyğun olmamasına, analoji işlər üzrə məhkəmə qərarlarına baxdıqda oxşar işlər üzrə təmin edilən mənəvi zərərin məbləği 5000 (beş min) manatdan çox olmamasına, belə olan halda ümumiyyətlə, İddiaçı biolojik şikayətləri ilə Cavabdeh1 icra etdiyi əməliyyat arasında səbəbli əlaqə olsa belə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin təmini Azərbaycan Respublikasının analoji işlər üzrə movcud praktikasına da zidd olmasına dair dəlillərini də nəzərə alır və hesab edir ki, cavabdehin şikayətinin bu mövqeyindən tam aydın olur ki, o, İddiaçı hazırki sağlıq durumu ilə özünün qüsurlu icra etdiyi əməliyyat arasında səbəbli əlaqə olsa belə 15.000 (on beş min) manat məbləğində deyil, 5000 manat məbləğində mənəvi zərərin ondan tutulmasına bir növ etiraz etmir. Hətta bu fikir apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinin dəlillərini müdafiə edərkən də səsləndirilmiş və bunu onunla əsaslandırmış ki, 500 manatlıq əməliyyata görə 5000 manat mənəvi ziyan müəyyən edilməsi daha ədalətli olardı, nəinki 15000 manat məbləğin tutulması. İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin apellyasiya şikayətinin bu dəlili və onun nümayəndəsinin bununla bağlı fikirləri ilə razılaşmayaraq onda olan fəsadların və ağırlaşmaların xaricdə müalicəsi, aradan qaldırılması üçün onun maddi vəsaitə ehtiyacı olmasını, bunu da cavabdehin ona vurduğu mənəvi ziyanla əlaqədar tələb etdiyi məbləği ödədiyi halda mümkünlüyünü bildirmişdir. Belə olan halda kollegiya cavabdehdən iddiaçının xeyrinə 15000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin faktiki hallarına tam uyğun olmuşdur. Lakin məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin İddiaçı üzərində icra edilmiş “Vaginoplastika” və “Ön-arxa kolpoperineorafiya. “Levatorplastika” cərrahiyyə əməliyyatlarının “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmamasına dair dəlilləri əsaslıdır. Belə ki, sonuncu rəydə göstərilmişdir ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və X1 İddiaçı "Uşaqlıq yolunun sallanması" diaqnozu təyin edilərək 22 iyun 2021-ci il tarixdə "Vaginoplastika" əməliyyatı icra edilmişdir. İcra edilmiş "Vaginoplastika" cərrahiyya əməliyyatının Cavabdeh2 klinikasında həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində keçirilmiş "Labioplastika" əməliyyatının fəsadları ilə əlaqəsi yoxdur. Həmçinin rəydə qeyd edilmişdir ki, "X8"da İddiaçı üzərində aparılmış 02 aprel 2022ci il tarixdə "Ön-arxa kolpoperineorafiya "Levatoroplastika" əməliyyatının keçirilməsi üçün göstəriş mövcud olmuş və bu göstərişlə Cavabdeh2 klinkasında işləyən həkim Cavabdeh1 tərəfindən İddiaçı müayinəsi nəticəsində sonuncunun üzərində keçirilmiş "Labioplastika" əməliyyatının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və X1 22 iyun 2021-ci il tarixdə İddiaçı üzərində aparılmış "Vaginoplastika" əməliyyatları arasında səbəbli əlaqə yoxdur(rəyin 16 və 18-ci bəndləri). Həmçinin məhkəmə kollegiyası hesab edir ki, həkim Cavabdeh1 tərəfindən 500 manat ödəniş əsasında İddiaçı üzərində "Labioplastika" cərrahiyyə əməliyyatı aparması tərəflərin izahatları ilə müəyyən edildiyndən bu işin mübahisəsiz halıdır və iddiaçı həmin məbləği maddi ziyan əvəzi olaraq cavabdehdən tələb etməkdə haqlı olsa da, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan maddi ziyanın məbləğini düzgün müəyyən etməmişdir. Bu baxımdan da cavabdehin dəlilləri qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan qəbzlərə istinadən birinci instansiya məhkəməsinin qənaətinə əsasən ümumilikdə1.740 manat məbləğində iddiaçı xərc çəkmişdir. Həkim Cavabdeh1 tərəfindən İddiaçı müayinəsi nəticəsində sonuncunun üzərində keçirilmiş "Labioplastika" əməliyyatına görə 500 manat ödənilməsini tərəflərin izahatları ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin maddi ziyanla bağlı nəticəsini iş materiallarında olan göstərilən ödəniş qəbzləri əsasında əsaslandırsa da, müəyyən edilmişdir ki, cavabdehə ödənilmiş 500 manatdan kənar digər ödəniş qəbzlərindəki tarixlər 2021-2022-ci illəri əhatə edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı üzərində icra edilmiş “Vaginoplastika” və “Ön-arxa kolpoperineorafiya. “Levatorplastika” cərrahiyyə əməliyyatlarının “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmaması müəyyən edildiyi halda birinci instansiya məhkəməsinin maddi ziyanla bağlı ümumlikdə sözügedən qəbzlərin tarixinin icra edilmiş əməliyyatın, sonrakı əməliyyatların da iddiaçının sağlamlığına vurduğu zərərin mövcud olduğu müddətə aid olması, həmçinin bundan sonra iddiaçının sağlamlığının pozulması nəticəsində sonuncunun bədənində başqa kənar fəsadların da törənə biləcəyi ehtimalının bu qəbzlərin məhz sözügedən əməliyyatın nəticəsi ilə bağlı çəkilən xərclərə sərf edilmiş pul məbləği olması qənaətini formalaşdırması kimi səhv olmasını təsdiq edir. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı üzərində 21 aprel 2020-ci il tarixdə Cavabdeh2 tibb mərkəzində icra edilmiş “Labioplastika” cərrahiyyə əməliyyatı tam qüsurlu olmuş və o yalnız həmin əməliyyatla bağlı ona vurulmuş ziyan məbləğini tələb edə bilərdi. Həmçinin də, kollegiya qeyd edir ki, məhkəmənin maddi ziyanın əvəzi olaraq iddiaçının məhkəməyə təqdim etdiyi qəbzləri və arayışları əsas götürərək orada əks edilmiş, ümumilikdə 1.740 manat məbləğin tutulmasını məqsədəmüvafiq hesab etməsinə dair nəticəsi sonradan keçirilmiş əməliyyatlarlarla bağlı olmuşdur. Lakin həkim Cavabdeh1 tərəfindən İddiaçı üzərində keçirilmiş "Labioplastika" əməliyyatına görə tərəflərin izahatları ilə müəyyən edilmiş 500 manat məbləğinə məhkəmə maddi ziyan olaraq qiymət verməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı üzərində sonradan “Vaginoplastika” və “Ön-arxa kolpoperineorafiya. “Levatorplastika” cərrahiyyə əməliyyatlarının aparılmasına baxmayaraq qüsurlu aparılmış “Labioplastika” cərrahiyyə əməliyyatının fəsadlarından hazırki vaxta kimi əziyyət çəkir. Lakin bu əməliyyatların “Labioplastika” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmaması müəyyən edildiyindən onların aparılması üçün çəkilmiş xərclərə dair cavabdehə qarşı maddi ziyan tələbi əsaslı sayıla bilməz. Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya maddi ziyan dəyməsinə dair düzgün nəticəyə gəlsə də, “Labioplastika” cərrahiyyə əməliyyatına görə cavabdehə ödənilmiş 500 manatdan əlavə digər məbləğlərindən cavabdehdən tutulmalı olmasına dair səhv nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sonraki əməliyyatları ilə cavabdeh tərəfindən həyata keçirilmiş əməliyyat arasında səbəbli əlaqə olmadığından xx.xx.2020-ci il tarixdən sonra edilmiş ödənişlər maddi ziyan kimi cavabdehdən tutula bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı maddi ziyanın məbləği 500 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mənəvi ziyanla bağlı dəlillərinə qiymət verərək onları əsassız sayır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə apellyasiya şikayətində sadaladığı fiziki və mənəvi əzablar çəkməsi birmənalı olduğundan əlavə tələb etdiyi 5000 manat məbəlğində ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin iddiaçı əlavə tələb edilən 5000 manat məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi əlavə məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Kollegiya işin hallarını, xüsusən iddiaçının hazırki sağlıq durumunu, psixo-emosional vəziyyətini və əvvəlki normal həyatını yaşaya bilməməsini nəzərə alaraq dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə 15000 manat pul tutulmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. İddiaçı sağlamlığında yaranmış fəsadlarla bağlı xaricdə müalicənin mümkünüyünü göstərsə də, bunun üçün tələb edilən vəsait barədə sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi mənəvi ziyan məbləği ən azından onun psixoloji rahatlığına səbəb olacaqdır. Beləliklə də iddiaçının mənəvi zərərin məbləğinin iddia tələbində göstəriləndən daha az miqdarda tutulması barədə məhkəmənin gəldiyi nəticənin ədalətli və düzgün olmamasına dair apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız sayır. Məhkəmə kollegiyası həmçinin iddiaçının apellyasiya şikayətinin maddi ziyanla bağlı dəlillərinə də qiymət verərək onları da əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi qəbzlərdən əlavə digər əməliyyatlara görə əlavə çəkdiyi xərcləri də tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının digər əlavə çəkilmiş məbləğlərə dair sübutlar təqdim etməmiş və bunu bir çox klinikalarda əməliyyat üçün edilmiş ödənişlərə görə vətəndaşlara qəbz təqdim edilməməsi və bu halın artıq “işgüzar adət” halını alması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının bu dəlilinə tənqidi yanaşır və qeyd edir ki, iş materiallarında olan çoxsaylı qəbzlərdən görünür ki, iddiaçı məhz müraciət etdiyi klinikalarda müalicə və müayinə olunduğu sahələr üzrə etdiyi ödənişlərə dair qəbzlər təqdim etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının təqdim etdiyi qəbzlərdən əlavə cəkdiyi digər xərclərə dair qəbzlər də təqdim etsə idi belə bu iddianın maddi ziyanla bağlı apellyasiya şikayətinin dəlillərinə əsasən əsaslı sayıla və təmin edilə bilməzdi. Belə ki, işin araşdırılmış halları ilə cavabdehin iddiaçı üzərində "Labioplastika" əməliyyatının texniki və taktiki cəhətdən peşəkar səviyyədə aparılmaması səbəbindən ona dəymiş maddi ziyan bu əməliyyata görə ödənilmiş 500 manat məbləğ həddində müəyyən olunmuşdur ki, həmin ziyanın da cavabdehdən tutulmalı olmasına yuxarıda hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilən maddi ziyan hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdedən tutulmalı olan maddi ziyanın məbləği 500 manat müəyyən edilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(011)-18/2024 nömrəli qətnaməsi - Cavabdeh1 maddi ziyana görə 1.740 (min yeddi yüz qırx) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar