Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2155/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qəbz əsasında borc tələbi, borcun etirafı haqqında mücərrəd müqavilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən görünür, borclu Cavabdeh İddiaçı 42.000 ABŞ dolları borcun olduğunu qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir.
2. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, **- ZD-*** qeydiyyat nişanlı 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqu Cavabdeh tərəfindən 2200 manata Şahid satılaraq, sonuncunun adına rəsmiləşdirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xalası oğludur. 2017-ci ildə cavabdeh biznes işi ilə əlaqədar olaraq ondan müxtəlif vaxtlarda 42.000 ABŞ dolları məbləğində borc almış, lakin borcunu qaytarmamışdır. Sonuncu dəfə onunla xx.xx.2017-ci il tarixdə görüşərək söhbət etmiş, cavabdeh isə ona 42.000 ABŞ dolları borcun olmasına dair qəbz vermişdir. Həmin vaxt iddiaçının dostu Kənan adlı şəxs də onlarla birlikdə olmuşdur. Bundan sonra dəfələrlə borcun qaytarılmasını cavabdehdən xahiş etsə də, borc hələ də qaytarılmamışdır. Cavabdeh həmin borcu ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etməyi qərara almışdır.
5. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı onun dostudur. O, tərəflərin ikisində tanıyır. Yazılı qəbz 2017-ci ildə onun yanında Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh dəfələrlə onun yanında mülkiyyətində olan avtomobili sataraq İddiaçı olan borcunu ödəyəcəyini bildirmişdi.
6. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində X3 izahatında bildirmişdir ki, cavabdehi profilaktoriyadan tanıyır. Onlar oradakı kafedə oturub söhbət ediblər. Ondan kağız istəyiblər, həmin vaxt maşın söhbəti etdiklərini eşitmiş, pul söhbəti barəsində isə eşitməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 42.000 (qırx iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740, 385.1, 386.1, 425.1, 427.3, 442, 448.1-ci maddələrinə istinadən gəldiyi nəticə ilə qeyd etmişdir ki, cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarından, həmçinin şahid ifadəsindən aydın olur ki, Cavabdeh İddiaçı 42.000 ABŞ dolları borc almış və qaytarmamışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona heç vaxt borc pul verməyib, aralarında olan münasibətlər yanacaq daşıyan maşının alınıb Azərbaycana gətirilməsi və onun tərəfindən işlədilməsi olmuşdur. Belə ki, iddiaçı Moskva şəhərində yaşayır. Onlar qərara gəliblər ki, iddiaçı yanacaq daşıyan çən-sistern alıb ölkəyə göndərsin, cavabdeh isə yanacaq daşımaqla əldə etdikəri gəliri bölsünlər. 2017-ci ilin yanvar ayında iddiaçı tərəfindən çən- sisterni alınmış, cavabdeh həmin çəni Bakıya gətirərək, adına rəsmiləşdirmişdir. Lakin sonradan işləri yaxşı getmədiyindən tərəflər arasında anlaşılmazlıq yaranmışdır. İddiaçı həmin çən-sisterni öz adına rəsmiləşdirmək istəsə də, Azərbaycanda olmadığından bu mümkün olmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı məsələni aydınlaşdırmaq üçün bir neçə günlüyə Bakıya gəlmişdir. Bundan sonra tərəflər qərara gəliblər ki, çən-sisternin pulu İddiaçı tərəfindən ödənildiyindən, lakin çən Cavabdeh adına rəsmiləşdirildiyindən, hər ehtimala qarşı xx.xx.2017-ci il tarixdə maşının pulu məbləğində olan borc barədə cavabdeh iddiaçıya qəbz versin. Lakin 2017-ci il oktyabr ayının 18-də çən-sistern iddiaçının əmisi oğlu Şahid adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh borc barədə verdiyi qəbzin mövcudluğu barədə unutmuş, İddiaçı ona qarşı həmin qəbzdən sui-istifadə edərək iddia qaldıra biləcəyini güman etməmişdir.
Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4847/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və şahid ifadələrinə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbində cavabdeh tərəfindən imzalandığını qeyd etdiyi qəbzə istinad edərək Cavabdeh 42.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir. İddiaçı iş üzrə istinad etdiyi hallara dair sübut kimi öz izahatını və qəbzi təqdim etmişdir. İddiaçı cavabdehin ondan dəfələrlə pul aldığını qeyd etsə də, məhkəməyə yalnız xx.xx.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzi təqdim etmişdir. İddiaçının Cavabdeh 42.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı izahatı qeyri-müəyyən və ziddiyyətli olmuşdur. İddiaçı həmçinin hansı səbəbdən 42.000 ABŞ dolları məbləğində borcla bağlı ən azından sadə yazılı müqavilə bağlamamasının səbəbini məhkəməyə izah edə bilməmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının izahatı və təqdim etdiyi qəbz onun cavabdehdən tələb etdiyi 42.000 ABŞ dolları məbləğində borca dair tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin qəbzə əsasən cavabdehdən tələb olunan məbləğdə borc müqaviləsinin hansı tarixdə, hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin qəbz mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir. Şahid ifadələrindən görünür ki, iddiaçı ilə cavabdeh arasında borc barəsində deyil, maşın barəsində söhbət olmuşdur. Cavabdeh isə məhkəməyə verdiyi izahatında və etiraz ərizəsində 42.000 ABŞ dolları məbləğində pulu almadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən alınmış çən-sistern cavabdehin adına rəsmiləşdirildiyindən həmin qəbzi imzalamış daha sonra çən-sistern iddiaçının əmisi oğlunun adına rəsmiləşdirildiyindən o qəbzin bir əhəmiyyəti olmadığını düşünmüş və iddiaçının həmin qəbzdən ona qarşı sui-istifadə edəcəyini düşünməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin məhkəməyə verdiyi izahatlar faktlara əsaslanmış və cavabdehin izahatı ilə işin halları arasında uyğunluq müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli tədqiq etməmiş, işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən edə bilməmiş, sübutların qiymətləndirilməsi zamanı prosessual normaların tələblərini pozmuş və bu səbəbdən də nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 739.1, 740.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 385.1, 385.1.2, 386, 387.1, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(103)-4847/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5906/2021 saylı 13 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4847/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olması barədə sadə yazılı əqd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmin əqd əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur. Apellyasiya məhkəməsi isə xx.xx.2017-ci il tarixli qəbzin məzmununu düzgün təfsir etməmiş, həmin sənədin yazılı olmasını, məzmunundan cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etdiyini, yəni müqavilənin mühüm şərtlərinin həmin əqddə əks olunduğunu nəzərə almamış, həmin sənədi tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut kimi qəbul etməmişdir. Digər tərəfdən, cavabdeh belə bir qəbzi yazdığını və borcu etiraf etdiyini mübahisələndirməmiş, sadəcə həmin əqdin iddiaçıya məxsus yanacaq çəninin onun adına rəsmiləşdirilməsinə görə tərtib edildiyini, 42000 ABŞ dollarının həmin çənin qiyməti olduğunu və həmin yanacaq çənini iddiaçının əmisi oğlunun adına rəsmiləşdirilməklə, bu əqd üzrə öhdəlliyini icra etdiyini göstərir. Lakin cavabdeh yanacaq çəninin dəyərinin 42.000 ABŞ dolları təşkil etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən həmin əmlakın dəyəri müəyyən edilmədən yanacaq çəninin iddiaçının əmisi oğluna satılması barədə müqaviləyə istinad edilməklə, verilən qəbzin öz əhəmiyyətini itirdiyi qənaətinə gəlmişdir”.
Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy alınanadək işin icraatı dayandırılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.
Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında borc münasibətləri olmamış, iddiaçının istinad etdiyi qəbz isə borcun verilməsi deyil, sadəcə çənin dəyəri iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğə münasibətdə qəbz imzalanmışdır. Sonradan isə çən iddiaçının dediyi şəxsə verilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin bildirdiyi kimi tərəflər arasında borc münasibətləri olmamışdır. Qəbzin yazılmasına əsas olmuş çən isə sonradan başqa şəxsə verilmişdir ki, bu zaman iddiaçının istinad etdiyi qəbz öz əhəmiyyətini itirmişdir. Bundan başqa təqdim edilmiş ekspert rəyi əsassızdır. Belə ki, rəydə çənin dəyəri olduqca aşağı göstərilmişdir, halbuki çənin materialı alüminiumdan olmuş və bu da çənin dəyərini əhəmiyyətli dərəcədə artırır. Hesab edir ki, yenidən ekspertiza təyin edilməklə çənin dəyəri müəyyən edilməlidir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçı ilə borc münasibətlərinin olmamasını bildirsə də, əslində bu belə olmamışdır. Belə ki, tərəflər arasında borc münasibələrinin olması mütəmadi hal daşımışdır. Lakin cavabdeh verilmiş borcları qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır, eləcə də iş üzrə yenidən ekspertiza təyin edilməsinə də əsaslar yoxdur.
Tətbiq edilən maddi hüquq norması
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
25. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Apelyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılmalıdır.
28. Bununla yanaşı qeyd edilməlidir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
30. İş materialları ilə müəyyən edilmişdir ki, ə iddiaçı ilə cavabdeh arasında xx.xx.2017ci il tarixli cavabdehin iddiaçıya 42.000 ABŞ dolları məbləğində borcunun olması barədə sadə yazılı əqd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
31. Lakin birinci instansiya məhkəməsi həmin əqdi borc müqaviləsi kimi qiymətləndirməklə maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir ki, bu da mülki prosessual qanunvericilikdə qətnamənin ləğv edilməsi üçün əsaslardandır.
32. Belə ki, xx.xx.2017-ci il tarixli sadə yazılı əqdin məzmununda da göründüyü kimi həmin əqdlə cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir.
33. Bu isə həmin sadə yazılı əqdin əslində borcun etirafı haqqında mücərrəd müqavilə olmasına dəlalət edir.
34. Göründüyü kimi tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli sadə yazılı əqd əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir.
35. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında hər hansı borc münasibətlərinin olmamasını bildirsə də, istinad edilən yazılı əqdə əsasən tərəflər arasında olan borc razılaşma yolu ilə etiraf olunmuşdur. Eyni zamanda cavabdeh belə bir qəbzi yazmasını və borcu etiraf etdiyini mübahisələndirməmişdir.
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin istinad edilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
37. Bununla belə cavabdeh bildirmişdir ki, həmin əqdin iddiaçıya məxsus yanacaq çəninin onun adına rəsmiləşdirilməsinə görə tərtib edildiyini, 42000 ABŞ dollarının həmin çənin qiyməti olduğunu və həmin yanacaq çənini iddiaçının əmisi oğlunun adına rəsmiləşdirilməklə, bu əqd üzrə öhdəlliyini icra etdiyini göstərir.
38. İddiaçı tərəf də xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə yarımqoşqunun satılmqla cavabdehin 42000 ABŞ dolları məbləğində olan borcunun ödənilməsinə yönəldiyinə etirazını bildirməmişdir.
39. İş materiallarında olan xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, **-ZD-*** qeydiyyat nişanlı 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqu Cavabdeh tərəfindən 2200 manata Şahid satılaraq, sonuncunun adına rəsmiləşdirilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, cavabdeh yanacaq çəninin dəyərinin 42.000 ABŞ dolları təşkil etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən həmin əmlakın dəyəri müəyyən edilmədən yanacaq çəninin iddiaçının əmisi oğluna satılması barədə müqaviləyə istinad edilməklə, verilən qəbzin öz əhəmiyyətini itirdiyi qənaətinə gəlmişdir.
41. Qeyd olunanlarla yanaşı işi yeni apellyasiya baxışa göndərərkən kassasiya instansiyası məhkəməsinin mövqeyini də nəzərə alınmaqla apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi eləcə də hazırki mübahisənin obyektiv həlli üçün - **-ZD-*** qeydiyyat nişanlı 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun müqavilə bağlanan tarixə, yəni 2017-ci il üçün eləcə də hazırki dövrə bazar dəyərini müəyyən etmək məqsədi ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir.
42. Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 4/4658 nömrəli ekspert rəyindən görünür ki, 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun 2017-ci il üzrə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 17000 manat, hazırki dövrə 16000 manat müəyyən edilir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
43. Qeyd edilməlidir ki, ekspertiza bu sahə üzrə xüsusi biliyə malik olan şəxs tərəfindən həyata keçirilmişdir. Ekspert rəyini şübhə altına almaq üçün rəydə müəyyən edilən halların düzgün olmamasına dəlalət edən sübutlar təqdim edilməmişdir.
44. Bundan başqa məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 çənin materialının (xüsusiyyətinin) alüminiumdan olması və bu da çənin dəyərinin əhəmiyyətli dərəcədə artırmasını bildirsə də, cavabdeh tərəfin təqdim etdiyi “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 02 may 2017-ci il tarixli şəhadətnamə”dən həmin qoşqunun materialının (xüsusiyyətinin) alüminumdan olması öz təsdiqini tapmamışdır.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Kroll TSA40ALPHA” yarımqoşqunun materialının alüminumdan olması müəyyən edilmədiyindən, eləcə də cavabdeh tərəfindən bu barədə, həmçinin “Kroll TSA40ALPHA” yarımqoşqunun materialının (xüsusiyyətinin) alüminumdan olması halında belə həmin materialın dəyərinin yüksək olmasına dair mötəbər sübutlar təqdim edilmədiyindən cavabdehin qeyd etdikləri əsassız olmuşdur.
46. Göründüyü kimi xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə cavabdehin 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunu Şahid satmaqla iddiaçıya olan 42000 ABŞ dolları dəyərində olan borcunu tam olaraq ödəməsi öz təsdiqini tapmır. Belə ki, 2017-ci il üzrə həmin yarımqoşqunun dəyəri 17000 manat olmuşdur.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun dəyəri formal olaraq 2200 manat göstərilmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqunun dəyəri 2200 manat olması göstərilsə də, ekspert rəyi ilə həmin yarımqoşqunun dəyəri 17000 manat müəyyən edildiyini və yarımqoşqunun cavabdeh tərəfindən iddiaçıya olan borcunun ödənilməsi istiqamətində satlımasını nəzərə alaraq hesab edir ki, 17000 manatın ABŞ dollarına olan ekvivalenti (1 ABŞ dolları – 1.70 AZN) olan 10000 ABŞ dolları cəmi borcdan çıxılmaqla cavabdehdən tutulmalı olan borcun məbləği 32000 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) müəyyən edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
50. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 32000 (otuz iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləği tutularaq İddiaçı ödənilməlidir. Həmçinin işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza tədqiqtının dəyəri olan 100 (bir yüz) manat iddiaçı və cavabdehdən arasında bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid edilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
54. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsin ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 32000 (otuz iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləği tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov