Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2162/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçının atası X5 xx.xx.2023-cü il tarixdən xəstəxanada stasionar müayinə və müalicədə olmuş, onun üzərində cərrahiyyə əməliyyatı aparılmış və İ.Hüseynov xx.xx.2023-cü il tarixə vəfat etmişdir. iddiaçının atasına “X10 Mərkəzi” MMC-də təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş edilmişdir. İddiaçının atası X4 üzərində xx.xx.2023-cü il tarixdə “X10 Mərkəzi” MMC-də “Digər kranlotomiya (dekompessiv trepanasiya) tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sğorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunmuşdur və göstərilən xidmətə görə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdeh X7 MMCdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atası X4 iş yerində aldığı xəsarətlərlə bağlı X20 Xəstəxanası tərəfindən göstərilmiş tibbi xidmətə görə tərəfindən 6439 manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdikdən sonra həmin Agentliyin ona göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur ki, sığorta tərəfindən xəstəxanaya 4000 manat vəsait mərkəzi X6 hesabına ödəniş edilmişdir. Lakin buna baxmayaraq atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat X20 Xəstəxanasına ödədiyi ödəniş ona qaytarmamışdır.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə “X10 Mərkəzi” MMC-ni birgə cavabdeh kimi işə cəlb edib 3082 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh MMC və “X10 Mərkəzi” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə AR MPM-nin 167.1.4-cü maddəsinin tələblərinə əsasən birgə cavabdehlərin işə daxil olması məsələsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək həll edilməli olan məsələ olmasını və vəsatətin isə məhkəmə baxışı təyin edildikdən sonra təqdim edilməsini nəzərə alaraq, vəsatətin təmin edilməməsi və tələbin cavabdeh qismində iddia ərizəsində göstərilən Cavabdeh MMC-yə münasibətdə qiymət verilməli olması barədə yerində müşavirə edərək qərar qəbul etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(009)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan:
7. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətinə əsasən X5 və X9 nikah haqqında xx.xx.1993-cü il tarixdə 169 No-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Qeyd: X1 xx.xx.2023-cü ildə ölməsi (ölüm xx.xx.2023-cü il 1082 No-li akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsi) ilə bağlı xitam verilmişdir.
8. Doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X5, anası X14 göstərilmişdir.
9. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X5 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1082 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi “Mədəciklərin fibrilyasiyası və titrəməsi, Baş beynin diffuz travması”, öldüyü yer Gəncə şəhəri kimi göstərilmişdir.
10. “X10 Mərkəzi” MMC tərəfindən verilmiş hesabların (invoice) surətlərindən görünür ki, xəstə İsmayıl Hüseynova göstərilmiş tibbi xidmətlərə görə xx.xx.2023-cü il tarixdə 351.15 manat, xx.xx.2023-cü il tarixdə 93 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023cü il tarixdə 2.437,78 manat məbləğində pul ödənilmişdir.
11. X10 Mərkəzi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X10 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 3.082 manat ödəniş etmişdir.
12. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, atası X4 X20 Xəstəxanasıda göstərilmiş tibbi xidmətlərə görə etdiyi ödənişin geri qaytarılmasına köməklik göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, həmçinin İcbari Tibbi Sığorta üzrə X11 Heyətinin sədri Zaur Əliyevin xx.xx.2024-cü il tarixdə Zaqatala şəhərində keçirilmiş qəbulu zamanı etdiyi müraciəti ilə bağlı aşağıdakıları bildirirlər: müraciətinin araşdırılması ilə əlaqədar X23 Xəstəxanasının Agentliyə təqdim etdiyi məlumata atası X5 xx.xx.2023-cü il tarixdə göndəriş olmadan öz vəsaiti hesabına təcili yardım xidmətlərindən keçdiyi, cərrahi əməliyyata qərar verildikdən sonra məktub vasitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən müvafiq cərrahi əməliyyat üçün icazə alındığı qeyd edilmişdir. Eyni zamanda reanimasiya müalicəsi üçün əlavə ödəniş alınmış, bununla əlaqədar İddiaçı məlumat verildiyi bildirilmişdir. Xəstənin həyat yoldaşı Aynur Hüseynova tərəfindən Mərkəzi X6 “Ciddi riskli tibbi xidmətə xəstə yaxını razılıq bildirişi” imzalanaraq 3000 manat avans məbləğinin geri qaytarılmayacağına dair razılıq verildiyi müəyyən olunmuşdur. X2 xx.xx.2023-cü il tarixdən beş gün müddətində X20 Xəstəxanasında stasionar müalicədə olmuş və xx.xx.2023-cü il tarixə vəfat etmişdir. Agentliyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ilk yazılı müraciətinə əlavə etdiyi sənədlərə əsasən atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş etdiyi qeyd olunmuşdur. Bildirirlər ki, atası X4 xx.xx.2023-cü il tarixdə X20 Xəstəxanasında “2.6.28.- Digər kranlotomiya (dekompessiv trepanasiya)- *1.*2.*3.*4.*5.*6” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sğorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunmuşdur. Göstərilən xidmətə görə Agentlik tərəfindən tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. Sorğusuna əsasən əlavə olaraq bildirirlər ki, “ * ” qeydlərin açıqlanması aşağıdakı kimi müəyyən olunur: *1-Əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir. *2-Anesteziya stasionar tibbi xidmətin tarifinə dazildir. *3- Reanimasiya və stasionarda satış tibbi xidmətin tarifinə daxildir. *4-Yatış zamanı (əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf tibbi xidmətin tarifinə daxildir. *5-Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi tibbi xidmətin tarifinə daxildir. Angioqrafiya, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası tibbi xidmətin tarifinə daxil deyil. *6-Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər tibbi xidmətin tarifinə daxildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, əlavə olaraq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı X20 Xəstəxanasına müraciət olunmasını məqsədəmüvafiq hesab edirlər, eyni zamanda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğunu diqqətinə çatdırırlar. Müraciəti ilə bağlı Agentlikdə qəbullarda və xx.xx.2024- cü il tarixdə keçirilmiş İcbari Tibbi Sığorta üzrə X11 Heyəti sədrinin Zaqatala şəhərində qəbulu zamanı da müvafiq izahat verilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması diqqətinə çatdırılmışdır.
13. xx.xx.2019-cu il tarixli 12 saylı Ərazi Vergilər Departament tərəfindən verilmiş çıxarışın surətinə əsasən “X10 Mərkəzi” MMC (VÖEN **********) xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı Gəncə şəhəri, Totanlı küçəsi, 17, Azərbaycan Respublikası 100% pay hüququ ilə “X10 Mərkəzi” MMC-nin təsisçisidir, X17 qanuni təmsilçisidir.
14. Məhkəmə iddianın rədd edilməsi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının atası X5 xx.xx.2023-cü il tarixdən xəstəxanada stasionar müayinə və müalicədə olmuş, onun üzərində cərrahiyyə əməliyyatı aparılmış və İ.Hüseynov xx.xx.2023-cü il tarixə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının atasına “X10 Mərkəzi” MMC-də təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş edilmişdir. iddiaçının atası X4 üzərində xx.xx.2023-cü il tarixdə “X10 Mərkəzi” MMC-də “Digər kranlotomiya (dekompessiv trepanasiya)-*1.*2.*3.*4.*5.*6” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sğorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunmuşdur və göstərilən xidmətə görə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə atası X4 iş yerində aldığı xəsarətlərlə bağlı X20 Xəstəxanası tərəfindən göstərilmiş tibbi xidmətə görə tərəfindən 6439 manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdikdən sonra həmin Agentliyin ona göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur ki, sığorta tərəfindən xəstəxanaya 4000 manat vəsait mərkəzi X6 hesabına ödəniş edilmişdir. Lakin buna baxmayaraq atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat X20 Xəstəxanasına ödədiyi ödəniş ona qaytarmamışdır.Bu səbəbdən iddiaçı 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdeh X7 MMC-dən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi 3082 manat məbləğində pul vəsaiti müstəqil hüquqi şəxs olan “X10 Mərkəzi” MMC-yə ödənildiyi üçün həmin pul məbləğinin geri alınması ilə bağlı tələb üzrə Cavabdeh MMC hazırkı iddiaya cavab verməli olan şəxs hesab edilə bilməz. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən tələb edilən 3082 manat məbləğində pul vəsaiti müvafiq dövlət reyestrində qeydiyyatdan keçmiş və dövlət reyestrinə daxil edilmiş “X10 Mərkəzi” MMC-yə ödənilmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, “X10 Mərkəzi” MMC müstəqil hüquqi şəxs kimi öhdəliklərinə görə cavabdehlik daşıdığından, bununla da iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh MMC hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, ona qarşı qaldırılmış iddia tələbi əsassızdır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 43.1, 48.1, 49.1, 50.1, 51, 52.1-ci maddələri; M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki işlə bağlı qətnamə qəbul edərkən nəzərə alınmamışdır ki, xx.xx.2023-cü il tarixdə atası X4 iş yerində aldığı xəsarətlərlə bağlı X20 Xəstəxanası tərəfindən göstərilmiş tibbi xidmətlə görə tərəfindən 6439 (altı min dört yüz otuz doqquz) manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Ağentliyinə müraciət etdikdən sonra həmin Agentliyin iddiaçıya göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı oldu ki, sığorta tərəfindən xəstəxanaya 4.000 manat vəsait Mərkəzi X6 hesabına ödəniş edilmişdir. Lakin buna baxmyaraq atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat X20 Xəstəxanasına ödədiyi ödəniş ona qaytarmamışlar. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, hazırki mülki işlə bağlı məhkəmə iclasında iştirak etdikdən sonra ona məlum oldu ki, iddia tələbində “X10 Mərkəzi” MMC-ni birgə cavabdeh kimi qeyd etməlidir. Odur ki, sonradan müvafiq ərizə ilə məhkəməyə müraciət etdi. Lakin, məhkəmə Mülki Prosessaul Məcəllənin 53-cü maddəsində qeyd edilənləri nəzərə almayaraq, həmin məcəllənin 167.1.4-cü maddəsinə istinad edərək ərizəni qəbul etməmişdir. Halbuki, məhkəmə hazırki işlə bağlı iddianın mümkün sayılması barədə qərardad qəbul etməmişdən öncə MPM-nin 152.1.3-cü maddəsində qeyd edilənləri araşdırıb, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edə bilərdi ki, bu da, məhkəmə mübahisəsinin üzun çəkməməsinə və əlavə vaxt itkisənə gətirib çıxardan hallar olmazdı, nəticədə həmin vaxt ərzində o yaşadığı və qeydiyyatda olduğu yer üzrə məhkəməyə müracitə edərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində ona hüquqları aydın izah edilmədi, cavabdehin nümayəndəsi onunla əlaqə saxlayaraq yanlışlıq olduğunu bildirmişdir, rayon məhkəməsində təqdim etdiyi ərizənin qəbul edilməsini xahiş edir, hakim ona ətraflı işin hallarını bildirməyib, bilsəydi X10 Mərkəzini də cavabdeh kimi əlavə edərdi, atasının vəfat etməsi ilə bağlı cinayət işi də açılıb, Gəncə şəhər Prokurorluğunun əməkdaşları səhlənkarlıq edirlər, ona görə də iddianı Bakı şəhərində qaldırdı, mülki işi əgər mümkündürsə Gəncə şəhərinə göndərilməsini xahiş edir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Maddə 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyrikommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: Maddə 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 25.Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını şikayətin dəlilləri üzrə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin halları ilə müəyyən edilir ki, iddiaçının atası X5 xx.xx.2023-cü il tarixdən xəstəxanada stasionar müayinə və müalicədə olmuş, onun üzərində cərrahiyyə əməliyyatı aparılmış və İ.Hüseynov xx.xx.2023-cü il tarixə vəfat etmişdir. İddiaçının atasına “X10 Mərkəzi” MMC-də təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətlərə görə 3082 manat ödəniş edilmişdir. İddiaçının atası X4 üzərində xx.xx.2023-cü il tarixdə “X10 Mərkəzi” MMC-də “Digər kranlotomiya (dekompessiv trepanasiya)-*1.*2.*3.*4.*5.*6” tibbi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sğorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunmuşdur və göstərilən xidmətə görə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin tibb müəssisəsinə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilmişdir.
28. İddia tələbi üzrə iddiaçının mövqeyinə görə xx.xx.2023-cü il tarixdə atası X4 iş yerində aldığı xəsarətlərlə bağlı X20 Xəstəxanası tərəfindən göstərilmiş tibbi xidmətə görə tərəfindən 6439 manat ödənilmişdir. Sonradan rəsmi qaydada İcbari Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdikdən sonra həmin Agentliyin ona göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra məlumatı olmuşdur ki, sığorta tərəfindən xəstəxanaya 4000 manat vəsait mərkəzi X6 hesabına ödəniş edilmişdir. Lakin buna baxmayaraq atasına təcili yardım və reanimasiyada göstərilmiş tibbi xidmətə görə 3082 manat X20 Xəstəxanasına ödədiyi ödəniş ona qaytarmamışdır. Bu səbəbdən iddiaçı 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdeh X7 MMC-dən alınıb ona verilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən 3082 manat məbləğində pul vəsaiti müvafiq dövlət reyestrində qeydiyyatdan keçmiş və dövlət reyestrinə daxil edilmiş “X10 Mərkəzi” MMC-yə ödənildiyindən, iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh MMC hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığından məhkəmə iddia tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 30.Belə ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Hazırkı işdə Cavabdeh MMC hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. 31.İddiaçı apellyasiya şikayəti üzrə mövqeyini belə əsaslandırır ki, hazırki mülki işlə bağlı məhkəmə iclasında iştirak etdikdən sonra ona məlum olmuşdur ki, iddia tələbində “X10 Mərkəzi” MMC-ni birgə cavabdeh kimi qeyd etməlidir. Odur ki, sonradan müvafiq ərizə ilə məhkəməyə müraciət etdi. Lakin, məhkəmə Mülki Prosessaul Məcəllənin 53-cü maddəsində qeyd edilənləri nəzərə almayaraq, həmin məcəllənin 167.1.4-cü maddəsinə istinad edərək ərzizəni qəbul etməmişdir. Halbuki, məhkəmə hazırki işlə bağlı iddianın mümkün sayılması barədə qərardad qəbul etməmişdən öncə MPM-nin 152.1.3-cü maddəsində qeyd edilənləri araşdırıb, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edə bilərdi ki, bu da, məhkəmə mübahisəsinin üzun çəkməməsinə və əlavə vaxt itkisənə gətirib çıxardan hallar olmazdı. 32.Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən şikayətin dəlillərini əsassız hesab edir: 33.İddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda əlavə olaraq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı X20 Xəstəxanasına müraciət edilməsinin məqsədəmüvafiq olduğu izah edilmişdir. 34.Bundan başqa, Cavabdeh MMC tərəfindən əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən cavabdehin tam başqa bir hüquqi şəxs olduğunu bildirərək əsl olmayan tərəfin (cavabdehin) əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında vəsatətə münasibət bildirən iddiaçı vəsatəti qəabul etmədiyini, əsl cavabdehin Cavabdeh MMC olduğunu, buna görə də ona qarşı iddia qaldırdığını bildirmişdir. Buna görə də məhkəmə iddiaçı vəsatəti qəbul etmədiyindən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə Cavabdeh MMC tərəfindən təqdim edilmiş vəsatəti qəbul etməmişdir. Bundan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə baxış iclası xx.xx.2025ci il tarixə təyin edilmişdir. 35.İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək onun iddia ərizəsində cavabdeh kimi “X10 Mərkəzi” MMC-ni göstərməli olmasının məhkəmə gedişi zamanı ona məlum olduğunu bildirərək “X10 Mərkəzi” MMC-ni birgə cavabdeh kimi işə cəlb edib 3082 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh MMC və “X10 Mərkəzi” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Göründüyü kimi iddiaçıya Cavabdeh MMC tərəfindən təqdim edilmiş cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatətin məzmunu və mahiyyəti məhkəmə hazırılıq iclasında təqdim edilmiş, lakin iddiaçı bunu qəbul etməmiş, məhkəmə hazrlıq iclası yekunlaşdıqdan sönra iddiaçı özü oxşar vəsatətlə məhkəməyə müraciət etmişdir. 37.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə MPM-nin 167.1.4-cü maddəsinin tələblərinə əsasən birgə cavabdehlərin işə daxil olması məsələsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək həll edilməli olan məsələ olmasını və vəsatətin isə məhkəmə baxışı təyin edildikdən sonra təqdim edilməsini nəzərə alaraq, vəsatətin təmin edilməməsi və tələbin cavabdeh qismində iddia ərizəsində göstərilən Cavabdeh MMC-yə münasibətdə qiymət verilməli olması barədə düzgün qənaətə gəlmişdir.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov