Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2163/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər X2, Cavabdeh1 nümayəndəsi və vəkili X3, 3-cü şəxs Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)- 5035/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehlər X4 və Cavabdeh1 ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 88.273 manat (onun tərəfindən ödənilmiş 38295 manat + motor yağının dəyərini təşkil edən 49978 manat), və cavabdehlərin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, avtomobil motoru yağının alqı-satqısı ilə məşğuldur. İşi ilə əlaqədar maliyyə vəsaitinə ehtiyac yarandığından 2012-ci ildə kredit borcu götürmək qərarına gəlmişdir. Bunun üçün “xxxxxxxxxxxxxxxxxx” ASC-nin 4 saylı filialına müraciət etmişdir. Bankdan götürmək istədiyi borc üçün təminat istəmişlər. İpotekaya qoymaq istədiyi ünvan 1 ünvanında yerləşən evinin xx.xx.2011-ci il tarixli çıxarışını notariusa təqdim etmişdir. Notarius çıxarışa baxdıqdan sonra bildirilmişdir ki, evə dair yeni çıxarışın verilməsi nəzərdə tutulmuşdur, buna görə də ipoteka müqaviləsi çıxarış təzələndikdən sonra bağlana bilər. Bu səbəbdən də ipoteka müqaviləsinin bağlanması bir neçə ay yubanmalı olmuşdur. Bankın 4 saylı filialının müdiri Cavabdeh1 təklifinə əsasən evin sənədləri düzələnə kimi ona bankın işçisi kimi təqdim etdiyi baş mühasib Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixdə formal olaraq 110.000 manat məbləğində borcun etirafı müqaviləsi bağlanmışdır. Bu bir növ verilən borca dair zəmanət xarakteri daşıyırdı. Cavabdeh3 ona bir qəpik də olsun pul verməmişdir. Pul bank tərəfindən ona verilmiş, lakin bununla bağlı qəbz verilməmişdir. Cavabdeh1 sanki bu pulun verilməsi üçün qəbz əvəzi kimi bu etiraf müqaviləsini ona bağlatdırmışdır. Qeyd edir ki, o, əvvəllər Cavabdeh3 tanımamışdır. Bankın filial müdiri Cavabdeh1 göstərişi ilə bankdan borc götürmək üçün onunla müqavilə bağlamışdır. Daha sonra ipoteka müqaviləsinin bağlanmasının mümkünlüyü ilə maraqlanmış, notarius onda həmin çıxarışla müqavilə bağlaya biləcəklərini bildirmişdir. Bank onunla xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlamış, ona istehlak məqsədilə 24 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 110.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Bunun üçün o, ünvan 1 ünvanında yerləşən evini də bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bank ona hər ay 5.815,82 manat olmaqla aylıq ödənişlərini müəyyən edən ödəniş cədvəlini də tərtib edib vermişdir. Onunla kredit müqaviləsinin 2012-ci ildə bağlanmasına baxmayaraq, borc Mərkəzi Kredit Reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Həmin tarixə kimi isə o, borcuna məsuliyyət daşıyaraq ödənişlərini Cavabdeh1 göstərdiyi kimi, işçi Q.Yunusova ödəmişdir. Bankın xx.xx.2014-cü il tarixli ödəniş cədvəlinə əsasən ödədiyi pulları Q.Yunusov qəbul etmiş, cədvəldə qeyd etmiş, öz imzasını çəkmişdir. Qəbzlərdə qeyd olunur ki, xx.xx.2012-ci ildə 5.815 manat, xx.xx.2013-cü ildə 5.815 manat, xx.xx.2013-cü ildə 10.000 manat, xx.xx.2014-cü ildə 7.800 manat, xx.xx.2014-cü ildə 1.065 manat məbləğində nağd şəkildə pul ödəmiş, 7.800 manat dəyərində isə avtomobil motor yağı vermiş, həmin mal satılaraq əldə edilmiş vəsait borcun ödənilməsi üçün nəzərə alınmalı idi. Sadalanan məbləğ cəmi 38.295 manat təşkil etmişdir. Qasım pulu ondan götürərək aparıb xəzinəyə versə də, qəbz verməmişdir. Pulun banka ödənilməsi görüntüsünü yaradaraq onu inandırmışdır ki, borcunu ödədiyi nəzərə alınacaqdır. Daha sonra yenə filialın rəhbərinin göstərişi ilə o, xx.xx.2014-cü ildə 99.956 manat dəyərində olan 9.376 litr “10w40”, 6.700 litr “15w40”, 13.440 litr “10w40” adlı maşın yağını Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən “AQAT” şadlıq sarayına Əsgər adlı işçisi vasitəsilə göndərmiş, orada isə Kənan adlı şəxs malları təhvil almışdır. Buna dair qəbzləri şikayətinə əlavə etmişdir. Əsgər bu iş üzrə şahid qismində dindirilmişdir. Həmin malların yarısını sonradan geri qaytarsalar da, qalan yarı hissəsi borc pulun əvəzində onlarda qalmışdır. Həmin maşın motor yağı satılaraq pul əldə etmişlər. Buna dair Q.Yunusov qəbzlərdə qeyd edir ki, 10.442 ABŞ dolları məbləğində mal satılmış, konkret motor yağının növlərini də qeyd edərək, faiz və əsas borca hesablandığını aşkar yazmışdır. Digər borcun ödənilməsinə dair qəbzdə də 7.800 manatlıq malın satılmasını qeyd etmişdir. Beləliklə, Q.Yunusov özü həmin pulları aldığını, motor yağlarının satılaraq borcdan silindiyini qəbzdə qeyd etmişdir. Həmin ödənilən pulun bir qismini Əsgər adlı işçisi də aparıb Qasıma vermiş, həmin pulu da cədvəldə qeyd etmiş, lakin qəbz verməmişdir. Cavabdeh1 onu inandırmışdır ki, həm əlbəəl verdiyi 38.295 manat, həm 49.978 manat dəyərində motor yağının satışından əldə edilən pul onun banka olan borcundan çıxılacaqdır. Bankın işçisi, filial müdiri bankdan verdikləri pulu Mərkəzi Kredit Reyestrində qeydə aldırmadan verdiklərindən ödənişlərini bu cür əlbəəl almışlar. Krediti rəsmiləşdirənə qədər pulları kassaya versə də, bankın işçiləri pulunu ələ keçirmişlər. O, polis orqanına bu məsələ ilə bağlı şikayət etmiş, orada cavabdehlərin izahatları alınmışdır. Hazırda Q.Yunusov bildirir ki, həmin pul Cavabdeh3 pulu üçün ödənişləri qəbul etmişdir. Onun özü də yaxşı bilir ki, həmin pul bankın puludur. Cavabdeh3 ona pul verməmişdir. Daha sonra bank ona qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia tələbi Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə yekunlaşmışdır. O, həmin qərardan sonra başa düşmüşdür ki, ödədiyi pullar və verdiyi mal mənimsənilmişdir. Bu səbəbdən o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5035/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada ödənilməmiş pulun əvəzi olaraq 29.430 manat və satılan motor yağının dəyərinin əvəzi olaraq 49.014,4 manat, cəmi 78444,04 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Q.Yunusovun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Q.Yunusov “xxxxxxxxxxxxxxxxxx” ASC-də mühasib vəzifəsində işləmişdir. İddiaçını Ceyhun adlı şəxs vasitəsi ilə tanımışdır. İddiaçıya pul lazım olduğuna görə, ona kömək məqsədi ilə “xxxxxxxxxxxxxxxxxx” ASC-də baş mühasib işləyən Cavabdeh3 iddiaçı üçün borc pul tapmasını xahiş etmişdir. Cavabdeh3 da xx.xx.2012-ci il tarixdə xx.xx.2013-cü il tarixədək qaytarmaq şərti ilə iddiaçıya 110.000 manat məbləğində borc vermiş, bununla bağlı onlar arasında xx.xx.2012-ci il tarixdə borcun etirafı haqqında müqavilə bağlanmışdır. xx.xx.2012-ci il tarixdə isə iddiaçı və “xxxxxxxxxxxxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Bank tərəfindən iddiaçıya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə istehlak məqsədi ilə 110.000 manat məbləğində kredit xətti açılmışdır. Lakin həmin vaxt iddiaçı kredit xəttindən istifadə etməmiş, yalnız 2014-cü ildə Cavabdeh3 olan borcunun ödənilməsi məqsədi ilə Bankdan kredit götürmüşdür. Bu hal işdə olan kassa məxaric orderi ilə də təsdiq olunur. İddiaçı Cavabdeh3 olan borcunu 2 il ərzində 2014-cü il tarixinədək tamamilə qaytarmışdır. Borcun iki il ərzində qaytarılması ilə bağlı ödəniş cədvəlində müvafiq qeydlər aparılmışdır. Həmin qeydlərin iddiaçının Banka olan borcu ilə hər hansı bağlılığı yoxdur. Çünki, həmin müddət ərzində iddiaçı Bankdan kredit götürməmişdir. Həmin ödənişlər məhz iddiaçının Cavabdeh3la bağladığı və hazırda da qüvvədə olan borcun etirafı haqqında müqavilə üzrə aparılan ödənişlər olmuşdur. Onu da qeyd etmək lazımdır ki, iddiaçının “xxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə iddiası qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan başqa “xxxxxxxxxxxxxxxxxx” ASC-nin iddiaçıya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiası qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cəmi 124.094,64 manat məbləğində kredit borcunun iddiaçıdan tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə 110.000 manat məbləğində kredit almış, xx.xx.2014-cü il tarixdə isə həmin borcun qaytarılması müddətinin uzadılması barədə Bankla saziş bağlamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə almamış, sübutları qiymətləndirərkən mülki prosessual qanunvericiliiyn tələblərini kobud surətdə pozmuşdur. Digər Cavabdeh1 da öz növbəsində Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları cavabdeh Q.Yunusovun apellyasiya şikayətinin əsasları ilə eynilik təşkil edən Cavabdeh1 apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, iddiaçı və Cavabdeh1 arasında hər hansı formada öhdəlik münasibətləri olmamışdır. İddiaçı,“xxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh1 müdiri olduğu 4 saylı Filialı ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Fiziki şəxs kimi Cavabdeh1 və iddiaçı arasında hüquq münasibətləri mövcud olmamış və hazırda da mövcud deyil. Lakin işə baxmış Rayon Məhkəməsi işin həqiqi hallarını nəzərə almamış, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Qasım Yunusov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi ödəniş qrafikinin arxasında olan əl yazılar ona məxsusdur. Göstərilən məbləğlər iddiaçı tərəfindən borcun etirafı müqaviləsi üzrə verilən ödənişlər olduğuna görə, o, pulları borcverən Cavabdeh3 vermişdir. İddiaçının təqdim etdiyi ödəniş qrafikinin arxasında olan əl yazıların iddiaçı ilə Bank arasında bağlanmış kredit müqaviləsinə heç bir aidiyyatı yoxdur. Bank tərəfindən kredit xətti 2012-ci ildə açılsa da, iddiaçı bundan istifadə etməmiş, iddiaçı 2014cü ildə kassa məxaric orderi ilə kredit vəsaitini almış və Cavabdeh3 da olan borcunun əsas hissəsini məhz 2014-cü ildə Bankdan götürdüyü kredit vəsaiti hesabına bağlamışdır. O ki qaldı iddiaçıya məxsus maşın yağlarının satılmasına, həqiqətən də o, iddiaçıya həmin yağların satılmasında köməklik göstərmiş, əldə olunan vəsaitlər iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış borcun etirafı müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Bununla bağlı cavabdeh Qasım Yunusov hər iki apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 nümayəndəsi və vəkili Vüqar Babalıyev apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı hüquq münasibəti olmamış, heç bir sənəddə Cavabdeh1 imzası da olmamışdır, buna görə də Cavabdeh1 bu işə aidiyyəti yoxdur. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili hər iki apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil hər iki apellyasiya şikayətini qəbul etməyərək ona istinad etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında borcun etirafı müqaviləsi bağlansa da, həmin müqavilə üzrə iddiaçıya hər hansı pul vəsaiti verilməmiş, iddiaçı bankdan kredit götürmüş və həmin kredib məbləğindən edilmiş ödənişlər Qasım Yunusova edilsə də, sonuncu bu ödənişləri bankın kassasına mədaxil etməmiş və buna görə də iddiaçının borcundan həmin ödənişlər çıxılmamışdır. Bundan başqa iddiaçı maşın yağının satışı ilə də məşğul olmuş, Qasım Yunusov ona özünün də etiraf etdiyi kimi maşın yağının satışı ilə bağlı köməklik etmişdir ki, əldə edilən pul vəsaiti iddiaçının Banka olan borcundan silinsin, lakin Qasım Yunusov həmin əldə olunan pul vəsaitlərini də banka olan borcdan çıxılmasına yönələn hərəkətləri etməmişdir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyi üçün iddiaçının nümayəndəsi və vəkili hər iki apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs Cavabdeh3 hər iki apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, o, “xxxxxxxxxxxxxxxxxx” ASC-də baş mühasib vəzifəsində işləmiş, iş yoldaşı Q.Yunusovun xahişinə əsasən 110.000 manat məbləğində pulu aylıq 2% dərəcəsi ilə xx.xx.2012-ci ildə iddiaçıya borc vermiş, xx.xx.2012-ci il tarixdə isə tərəflər notarial qaydada borcun etirafı müqaviləsini imzalamışlar. İddiaçı ilə bağladığı borcun etirafı müqaviləsinin iddiaçı ilə Bank arasında bağlanmış kredit müqaviləsinə hər hansı aidiyyatı yoxdur, iddiaçı ondan borcu 2012-ci ildə götürmüş, onun bir hissəsini ödəsə də, borcunu tam olaraq ödəyə bilmədiyi üçün 2014-cü ildə Bankdan kredit götürmüş və ona olan borcunu 2 ilə, yəni 2014-cü ildə bağlamışdır. Bununla bağlı 3-cü şəxs Cavabdeh3 hər iki apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxs ləğv prossesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə 3-cü şəxs ləğv prossesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti hər iki cavabdeh tərəfindən verilib, şikayətin sonunda məhkəmə qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətlərinin məzmunundan görünür ki, hər iki apelyant qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirir. Buna görə də məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın həmin cavabdehlərə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, qətnamə iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İşdə olan iddiaçı və iş üzrə üçüncü şəxs Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, həmin müqavilə ilə iddiaçı, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə 110.000 manat borc pul aldığını etiraf etmiş və həmin borcu xx.xx.2013cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçı və “xxxxxxxxxxxxxxxxxx” ASC-nin 4 saylı Filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 240F4 №-li bərpaolunan təminatlı kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya istehlak məqsədi ilə 110.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı, özünə məxsus və Gəncə şəhəri, Nizami rayonu, Bülbül küçəsində yerləşən 78 №-li evi Bankın xeyrinə ipoteka ilə yüklü etdirmiş və bununla bağlı tərəflər arasında xx.xx.2012-ci il tarixli 240/1F4 №-li ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra “xxxxxxxxxxxxxxxxxx” ASC-nin 4 saylı Filialının xx.xx.2014-cü il tarixli 33/K/F4/14 №-li sərəncamından görünür ki, yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən iddiaçıya 110.000 manat məbləğində tranşın verilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən iddiaçıya 107.910 manat məbləğində pul ödənilmişdir. Həmin borcun, faiz borcu ilə birlikdə 24 ay müddətində bərabər hissələrə bölünməklə hər ay 5.000-6.000 manat məbləğində ödənilməsi barədə xx.xx.2014-cü il tarixdə iddiaçı və Bankın 4 saylı Filialının müdiri Cavabdeh1 arasında borcun hissə-hissə ödənilməsi barədə saziş imzalanmışdır. İşdə olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Banka xx.xx.2014-cü il tarixdə 1065 manat, xx.xx.2015-ci il tarixdə 5000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat, xx.xx.2015-ci il tarixdə 10635 manat, xx.xx.2015-ci il tarixdə 5000 manat olmaqla, cəmi 31.700 manat məbləğində pul ödənilmişdir. xx.xx.2012-ci il tarixli 240F4 №-li kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, kredit ödənişlərinin ödənilmə müddəti xx.xx.2012-ci il tarixdən başlayaraq, aybay ödənişlərin məbləği müəyyən edilmişdir. Həmin sənədin arxasında “xx.xx.20xx xxxxx 5815 AZN, xx.xx.20xx xxxxx 5815 AZN, xx.xx.2013 10000 AZN” yazılaraq imza ilə təsdiqlənmiş, xx.xx.2014-cü ildə 7800 manat verdi, xx.xx.2014-cü ildə 7800 manat mal satılıb, xx.xx.2014-cü ildə kassaya nağd verdi 1065 AZN. Cəmi 38295 manat” barədə qeydlər aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, xx.xx.2012-ci il tarixli 240F4 №-li kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxx” ASC-nin 4 №-li filialı tərəfindən İddiaçı 24 ay müddətinə, illik 24 faiz ödənilməsi şərti ilə istehlak məqsədi ilə 110.000 manat kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalana məxsus fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı sözügedən kredit müqaviləsi üzrə 110.000 manat məbləğində tranşın verilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Bank tərəfindən İddiaçı 107.910 manat pul verilmişdir. Bundan sonra Bank ilə İddiaçı arasında “borcun hissə-hissə ödənilməsinə dair” xx.xx.2014-cü il tarixli saziş imzalanmış və sazişin şərtlərinə görə tərəflər 110.000 manat məbləğində əsas borcun və 18.418,49 manat məbləğində faiz borcunun ödənilməsi barədə razılığa gəlmişlər. Həmin sazişə əsasən həmçinin İddiaçı öhdəsinə götürmüşdür ki, saziş imzalandığı tarixdən etibarən 24 ay müddətində bərabər hissələrə bölməklə hər ay 5.000-6.000 manat pulu Banka ödəyəcək və borc məbləğinin ödənilməsi qaydasını və şərtlərini bir dəfə pozarsa bu saziş öz qüvvəsini itirəcəkdir. Daha sonra İddiaçı sözügedən kredit müqaviləsi üzrə bankdan 110.000 manat kredit məbləğini 2012-ci ildə almasını və xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə edilən və bank tərəfindən verilən xx.xx.2012-ci il tarixli ödəniş cədvəlinə əsasən kredit məbləğini 2014-cü ilin may ayınadək tam məbləğdə banka ödəyəcəyini əsas tutaraq məhkəmədə “xxxxxxxxxxxxxxxxxx” ASC-nə qarşı “xx.xx.2012-ci il tarixli, 240F4№-li kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2012-ci il tarixli 240|1F4 №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” barədə iddiaqaldırmış, lakin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onun iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə sonradan İddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından həmçinin görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli, 240F4№-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, “xxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcu ödəməmişdir. Bank da bu səbəbdən borc tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bankın bu iddiası Nəsimi Rayon Məhkəməsinin 2(006)-7776/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-608/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bankın apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiyaməhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı cəmi 124.094,64 manat məbləğində kredit borcunun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsivə s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2119/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki, xxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən iddiaçıya 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 110.000 manat kredit verilməsi barədə tərəflər arasında xx.xx.2012-ci il tarixdə 240F4 №-li kredit müqaviləsi bağlanmışdır. Bankın xx.xx.2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 110.000 manat məbləğində tranşın verilməsi barədə qərar qəbul edilmişdir. Bank tərəfindən iddiaçıya 107.910 manat pul xx.xx.2014-cü il tarixdəverilmiş, iddiaçı bununla bağlı kassa məxaric orderinə imza etmişdir. Hazırda iddiaçı, iddia ərizəsinə əlavə etdiyi əl ilə yazılmış sənədlərə (i.v. 20-25), o cümlədən ödəniş qrafikinin arxasındakı yazılara əsaslanaraq, sənədlərdə əks olunmuş ödənişlərin məhz onunla “xxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişlər olmasına, lakin həmin pulların cavabdehlər tərəfindən Banka ödənilmədiyinə, kredit borcunun ondan Bankın xeyrinə tutulması barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına istinad edərək hesab edir ki, qəbzlər üzrə ödədiyi cəmi 88.273 manat məbləğində pul və borcun əvəzi olaraq təhvil verdiyi motor yağının dəyərini təşkil edən 49.978 manat məbləğində pul cavabdehlərdən onun xeyrinə tutulmalıdır. İddiaçının bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçının təqdim etdiyi və istinad etdiyi əl ilə yazılmış sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, kredit təşkilatlarına pulun mədaxili və məxarici ciddi hesabat sənədləri hesab olunan mədaxil və məxaric orderləri əsasında həyata keçirilir. İddiaçının istinad etdiyi əl yazısı ilə tərtib olunmuş sənədlər ciddi hesabat sənədləri üçün qoyulan tələblərə cavab vermir, habelə bu sənədlərin atributlarını özündə əks etdirmir. İddiaçı həmin sənədlərin ciddi hesabat sənədlərinə aid olmaması barədə məlumatlı olmuşdur. Belə ki, iş materiallarında iddiaçının kredit müqaviləsi üzrə ümumilikdə 31.700 manat məbləğində ödəniş etdiyini təsdiq edən xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli mədaxil qəbzləri mövcuddur. Bu səbəbdən məhkəmə kollegiyası əlyazmalarda əks olunmuş məbləğlərin məhz xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aparılan ödənişlər qismində qəbul etmir. Bununla yanaşı, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxx” ASC və iddiaçı arasındakı kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlansa da, sonuncuya kredit borcu yalnız xx.xx.2014-cü il tarixdəverilmişdir. İddiaçının istinad etdiyi əl ilə yazılmış sənədlərdə qeyd edilən ödənişlərin isə 2012-ci ildən, yəni Bank tərəfindən iddiaçıya hələ borc verilməzdən təxminən 2 il əvvəl həyata keçirilməsinə başlanmış və bu ödənişlər 2014-cü ilədək davam etmişdir. Bundan başqa işdə olan xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə iddiaçıya 110.000 manat məbləğində borc vermiş, borcun qaytarılması müddəti xx.xx.2013-cü il tarixədək müəyyən edilmişdir. Hazırda iddiaçı iddia edir ki, sözügedən müqavilə üzrə Cavabdeh3 tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir; həmin müqavilə, gələcəkdə ona Bank tərəfindən veriləcək borca dair zəmanət xarakteri daşıyırdı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bildirdikləri inandırıcı və həqiqətəuyğun deyil. Çünki, iddiaçının, borcun etirafı müqaviləsi üzrə Cavabdeh3 pul almadığı, həmin müqavilənin gələcəkdə alacağı borca təminat qismində çıxış etdiyini bildirməsi, əslində müqavilənin etibarsız olmasına dəlalət edir. Lakin sözügedən müqavilənin bağlandığı 2012-ci ildən bu günədək müqavilənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin müqavilə məhkəmə qaydasında ləğv və ya etibarsız hesab edilməmişdir; müqavilə hazırki gün də qüvvədədir. İş üzrə cavabdeh Q.Yunusovun məhkəmələrə verdiyi şifahi və yazılı izahatlarından məlum olur ki, iddiaçının istinad etdiyi əl ilə yazılmış sənədlərdə göstərilən məbləğlər iddiaçı tərəfindən Q.Yunusova verilmiş, həmin pullar borcun etirafı müqaviləsi üzrə ödənişlər olduğuna görə, o, pulları borcverən Cavabdeh3 vermişdir. Bundan başqa, Q.Yunusov Cavabdeh3 ilə birlikdə iddiaçıya məxsus motor yağının satılmasında ona köməklik etmiş, əldə olunmuş vəsait isə qeyd edilən “borcun etirafı müqaviləsi” üzrə olan borcun ödənilməsinə yönəldilmişdir. xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsi üzrə borcverən tərəf – iş üzrə üçüncü şəxs Cavabdeh3 məhkəmələrə verdiyi izahatlarında göstərmişdir ki, o, “xxxxxxxxxxxxxxxxxx” ASC-də baş mühasib vəzifəsində işləmiş, iş yoldaşı Q.Yunusovun xahişinə əsasən 110.000 manat məbləğində pulu aylıq 2% dərəcəsi ilə xx.xx.2012-ci ildə iddiaçıya borc vermiş, xx.xx.2012-ci il tarixdə isə tərəflər notarial qaydada borcun etirafı müqaviləsini imzalamışlar. İddiaçı ona olan borcunu 2 ilə ödəmiş, yəni 2014-cü ildə Bankdan kredit götürərək borcunu tam qaytarmışdır. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının təqdim və istinad etdiyi ödəniş qrafikinin bank sənədi olub, arxasındakı qeydlərin Qasım Yunusov tərəfindən aparıldığına istinad edərək həmin ödənişlərin məhz Bankla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə aparıldığı qənaətinə gəlmişdir. Halbuki işdə olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarda da qeyd olunmuşdu ki, təhqiqata izahat verən X4 bildirmişdir ki, 2012-ci ilin avqust ayında İddiaçı bankdan kredit götürməmişdən əvvəl notarius vasitəsilə Cavabdeh3 110000 manat borc almış və həmin borcun faizini mütəxəssis kimi hesablamış və ona əl yazma ilə yazıb vermişdir. Həmin izahat Qasım Yunusovun Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində İddiaçı şikayəti əsasında alınmış izahatında da öz əksini tapmışdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olundu ki, iddiaçının istinad etdiyi əl ilə yazılmış sənədlərdə əks olunmuş və cavadeh Q.Yunusov tərəfindən qəbul edilərək üçüncü şəxs Cavabdeh3 verilmiş ödənişlər “xxxxxxxxxxxxxxxxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə deyil, iş üzrə üçüncü şəxs Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsi üzrə aparılmış ödənişlərdir. Çünki iddiaçı bu halları təkzib edən halları sübuta yetirə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarixli təhvil-təslim aktına, həmin akta əsasən Qasım Yunusovun iddiaçının göndərişi ilə Əsgər adlı şəxsdən həmin motor yağlarını təhvil almasını təsdiqləməsini, bununla da təhvil verilmiş və sonradan motor yağlarının bir hissəsinin qaytarıldığını nəzərə alaraq satılan motor yağının dəyəri olaraq 49014,4 manatın iddiaçıya verilmədiyi üçün həmin pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Halbuki bu zaman məhkəmə Qasım Yunusov tərəfindən həqiqətən də iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış borcun etirafı müqaviləsi üzrə yaranmış borclarını ödəmək məqsədilə iddiaçıya motor yağlarının satışı ilə bağlı yalnız köməklik göstərdiyini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, Qasım Yunusov tərəfindən motor yağının satılmasında köməklik göstərilməsinin etiraf olunması həmin motor yağının satışından əldə olunan pul vəsaitinin Qasım Yunusov tərəfindən mənimsənilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə aparılan araşdırmalar zamanı Qasım Yunusov verdiyi izahatlarda təhvil verilən motor yağının satışından əldə olunmuş vəsaitin qeyd edilən “borcun etirafı müqaviləsi” üzrə olan borcun ödənilməsinə yönəldildiyini bildirmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları, o cümlədən Qasım Yunusova etdiyi ödənişlərin onunla Bank arasında bağlanmış kredit müqaviləsi üzrə borclara aid olduğunu, təhvil verdiyi motor yağlarının satışından əldə olunmuş pul vəsaitinin isə əsassız olaraq cavabdehlərdə qalmasını sübuta yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək Kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının bilavasitə cavabdeh Q.Yunusova etdiyi ödənişlər və təhvil verilən motor yağının satışından əldə olunan pul vəsaitləri xx.xx.2012-ci il tarixli borcun etirafı müqaviləsi üzrə iddiaçınınCavabdeh3 olan borcundan çıxılmasına yönəldildiyi üçün iddiaçı və cavabdeh Q.Yunusov arasında əsassız varlanmadan söhbət gedə bilməz.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Q.Yunusova qarşı pul tələbinə dair (qətnamə ilə təmin olunmuş pul tələbi) iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın digər cavabdeh- Cavabdeh1 qarşı təmin olunmuş hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında hər hansı şəxsi öhdəlik münasibətləri mövcud olmamışdır. Başqa sözlə, hazırki işdə Cavabdeh1 bilavasitə iddiaçıdan hər hansı əmlakı əldə etməmiş, yaxud da iddiaçı bilavasitə Cavabdeh1hər hansı əmlak verməmişdir. Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması üçün əsas yaradacaq hər hansı hərəkəti də olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus pul vəsaiti hesabına Cavabdeh1 əsassız varlanması iş materialları ilə təsdiqini tapmadığından, iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin cavabdehə qarşı da iddiası qətnamə ilə təmin olunmuş hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə maddi hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qətnamə qəbul edilmişdir ki, bu hallara da yol verilməsi MPM-nin 385-ci maddəsinin tələbləri baxımından həmin qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas yaradır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2(010)-5035/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən- iddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər X4 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5035/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən- iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-2163/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2163/2020
29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver