Məhkəmə qərarları › İş №2(103)-2164/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2164/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2164/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İddiaçı Həsənqulu qızının cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2007/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Həsənqulu qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Həsənqulu qızı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş 5770 manat məbləğində ümumi maddi zərərin ödənilməyən 3458 manat məbləğində hissəsinin və Cavabdeh2 vurduğu mənəvi zərərə görə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ASC-dən vurulmuş maddi ziyana görə 2227,17 manat məbləğində pul vəsaiti və 91 manat dövlət rüsumunun tutularaq, İddiaçı Həsənqulu qızının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-561/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra İddiaçı Həsənqulu qızının Yasamal Rayon Məhkəməsinin 2(004)- 2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması barədə ərizəsi daxil olmuşdur. Ərizə belə əsaslandırılmışdır: “Cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş 5770 manat məbləğində ümumi maddi zərərin ödənilməyən 3458 manat məbləğində hissəsinin və Cavabdeh2 vurduğu mənəvi zərərə görə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişəm. Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 2227,17 manat məbləğində pul vəsaiti və 91 manat dövlət rüsumunun tutularaq, iddiaçı Hüseynli Sənay Həsənqulu qızının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bildirirəm ki, mülki işdə iddiaçı qismində iştirakçı olsam da iş üzrə əhəmiyyəti olan məhkəmə sənədi – məhkəmə qətnaməsi mənə göndərilməmişdir. Qətnamə nümayəndəmin elektron poçtuna gəlsə də,mən onunla yalnız 1-ci instansiya məhkəməsinə müqavilə bağladığımdan,nümayəndəm mənə apellyasiya şikayətinin zəruri olması barədə məlumat verməmişdir. Nümayəndənin verdiyi məlumata əsasən isə elə bilmişəm ki, mənə zərər hər iki cavabdeh tərəfindən ödəniləcəkdir.Bu üzdən,bununla kifayətlənərək zamanında şikayət verməmişəm. Lakin,cavabdeh sığorta təşkilatının apellyasiya şikayətindən və apellyasiya instansiyası məhkəməsinin Konstitusiya Məhkəməsinə sorğusundan,nəticədə KM-nin qəbul etdiyi qərardan sonra mənə aydın olmuşldur ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini mən, sığorta təşkilatından deyil, zərərvurandan tələb edə bilərəm. KM-nin qərarı14 aprel 2023-cü il tarixdə qəbul olduğundan, apellyasiya şikayəti verilməsi ilə bağlı müddəti isə buraxdığımdan apellyasiya instansiyası məhkəməsində hakimlər tərəfindən mənə izah olunmuşdur ki,müddətin bərpası ilə bağlı ərizə verməklə,1-ci instansiya məhkəməsinin qərarından şikayət verə bilərəm. Göründüyü kimi müddəti üzrlü səbəbdən buraxmışam. Hesab edirəm ki,konstitusion məhkəmə müdafiəsi hüququmun gerçəkləşməsi üçün müddət bərpa olunmalı və apellyasiya şikayətim baxılmasından ötrü apellyasiya instansiyasına göndərilməlidir.” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Həsənqulu qızının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, İddiaçı Həsənqulu qızının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması xahiş edilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Məhkəmənin 22(004)-2007/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İş materiallarında olan xəbərnamədən görünür ki, İddiaçı Həsənqulu qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə təhvil almışdır (i.v 89). Həmçinin, məhkəmə tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı Hüseynli X3 Rayon Məhkəməsinin 2(004)-2007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən sığorta şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman həm onun özü, həm də vəkili məhkəmə iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdeh müddəti ötürməsində üzrlü hal kimi məhkəmə qətnaməsinin ona təqdim olunmadığına istinad etsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmamış, iddiaçının xx.xx.2022-ci il tarixindən etibarən sözügedən qətnamədən məlumatlı olduğu aşkar olunmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2007/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar