Məhkəmə qərarları › İş №2(103)-2169/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2169/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2169/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əmlakın geri qaytarılması və pulun ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3511/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Salyan Rayon Məhkəməsinin 2(057)-1482/2022 nömrəli 09 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçına qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-4385/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 cavabdeh X7 qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 13.500 manat məbləğində pul iddiaçı X8 qaytarılması qət edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-271/2023 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi, İddiaçı 9500 manat, Cavabdeh 3800 manatın alınaraq iddiçı X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3443/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiyi 16650 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat, ümumilikdə 16790 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 2011-ci buraxılış ili olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili 17000 manata hissə-hissə ödəmək şərti ilə satın alınması barədə razılaşmışdırlar. Cavabdeh 20 avqust 2020-ci il tarixdə iddiaçıya etibarnamə verdi və iddiaçı ilk olaraq cavabdehə 1000 manat pul ödəmişdir. Yerdə qalan pulu isə 7600 manat pulu da “Kapital Bank” kartı vasitəsilə ödəmişdir. Daha sonra avtomobili vurdular və avtomobil qəzalı vəziyyətdə olduğuna görə iddiaçı cavabdehə avtomobili satmağı, daha sonra qalan 2000 manat borcunu ödəməyi təklif etdi. Cavabdeh razılıq verdiyi üçün, iddiaçı Meylamov Elşad adlı şəxsə avtomobil qəzalı vəziyyətdə olduğuna görə 9000 manata satmışdır. Avtomobil cavabdehin mülkiyyətində idi, o, özü könüllü şəkildə üçüncü şəxsə etibarnamə vermişdir. Meylamov Elşad avtomobili təmir edib Ləzgiyev Coşqun adlı şəxsə satmışdır. Bundan sonra cavabdeh bütün etibarnamələri ləğv etmiş və avtomobili geri tələb etmişdir. Cavabdeh iddiaçıya qarşı Salyan Rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilmişdir. Cavabdeh avtomobilə görə pulları aldığına baxmayaraq avtomobili geri götürmüşdür.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3511/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 9650 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X10)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdeh avtomobilin idarə edilməsi səlahiyyətinə dair 2028-ci il tarixədək iddiaçıya etibarnamənin vermiş, avtomobilin qəzası nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə ödənilmiş sığorta haqqının iddiaçıya ödənilmiş, daha sonra avtomobil məhz iddiaçı tərəfindən üçüncü şəxsə satılaraq, pullar onun tərəfindən alınmışdır. Bütün bunlar ona dəlalət edir ki, tərəflər arasında razılaşma avtomobilin kirayəyə verilməsi ilə bağlı deyil, məhz nisyə qaydada satılması ilə bağlı olmuşdur. Cavabdeh isə avtomobili satmaq adı iddiaçıdan 9650 manat məbləğində pulu aldıqdan sonra, ona verilmiş etibarnaməni ləğv etmiş və nəticədə heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə ödəmiş pulların geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçı cavabdehə 16790 manat məbləğində pulun ödənildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada iddiaçı tərəfindən cavabdehə 9650 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, iddia qalan hissədə sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçıya ödənilmiş 9650 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğuna görə, iddia qismən təmin edildiyindən, cavabdehlərin isə dövlət rüsumunu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissədə cavabdehə aid edilməli, 80,5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 21.1 ci, 21.2-ci, 386-cı, 1091-ci, 1094-cü, 1096-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən onu məhkəmədə təmsil etmək üçün kimsəyə etibarnamə verilməmişdir. X7 verilən etibarnamə sırf avtomobil ilə bağlıdır, məhkəmədə onu təmsil etmək üçün deyil. Görünən odur ki, məhkəmə sözügedən məsələyə düzgün qiymət verməmişdir. O, avtomobili İddiaçı etibarnamə əsasında idarə etmək üçün vermişdir. Ustəlikdə, həmin avtomobili yaxşı vəziyyətdə vermişdir. Bundan başqa da, o avtomobili iddiaçıya satmamışdır. Bütün bu olanları bu həddə gətirən elə İddiaçı özü olmuşdur. O, həm onun etibarından istifadə edərək avtomobilinə ziyan vurmuş (halbuki dəymiş ziyanla bağlı 5000 manat sığorta pulunu alaraq ona vermişdir), həm dəki, vurulmuş maşını Elşad Meylamova onun xəbəri olmadan “turbo.az” internet səhifəsi vasitəsi ilə satmışdır. Hətta, qəzadan sonra X3 həmin avtomobilin onda qalması təklifini etmişdir. Yekunda, X3 atasıya avtomobilin 20000 manata satılması ilə bağlı şifahi razılığa gəlmişlər. Lakin, 20000 manatdan cəmi 1650 manat (1000+250+400 manat) X3 tərəfindən ödənilmişdir. Həmin avtomobil X3 tərəfindən bir başqasına satılmışdır. Avtomobil satılsa da, X3 tərəfindən pulun ödənilməsi ilə bağlı addım atılmayınca məcbur qalıb etibarnaməni ləğv etmişdir. Hətta “avtomobilin geri qaytarılması” tələbi ilə bağlı Salyan Rayon Məhkəməsinə də müraciət etmişdit. Salyan Rayon Məhkəməsinin 2(057)-1482/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra”markalı avtomobilin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Görünən odur ki, o, tələbində haqlı olmuşdur ki məhkəmə qətnaməni onun xeyrinə çıxarmışdır. Göründüyü kimi, Kürsüm Babayeva tərəfindən məhkəməyə 9650 manat pulun verməsi ilə bağlı hər hansı bir rəsmi sənəd təqdim edilmədiyi halda, məhkəmə yalnız tərəflərin məhkəmədə verdiyi izahatlarına əsasən qətnaməni 9650 manata nisbətdə təmin etmişdir. Halbuki, tərəf deyərkən məhkəmədə yalnız iddiaçı tərəfin özü olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-4385/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X2 13.500 manat məbləğində pul iddiaçı X8 qaytarılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, şahid qismində cəlb edilmiş İddiaçı məhkəmə iclasında ifadəsində bildirmişdir ki, “o, avtomobili Heydərov Əli adlı şəxsdən etibarnamə ilə almışdır. O, təlimçi kimi fəaliyyət göstərir və maşından təlim keçmək üçün istifadə edir. Cavabdeh onun tələbəsi olmuşdur. Orxan ona avtomobillərini satdığını bildirmiş və o, Orxanın atası Əli adlı şəxs ilə hər ay 1000 manat ödəniş etməklə ümumi 17 000 manat ödəməklə maşını almaq barədə razılığa gəlmişdir. O, 15 ay ödəniş etdikdən sonra avto-qəza törətdim və nəticədə avtomobilə ziyan dəymişdir. Bu səbəbdən də, avtomobili qəzalı vəziyyətdə internetdə satışa qoymuş və maşını Meylamov Elşada 9000 manata satmışdır. Eyni zamanda, sığortadan da, 5000 manat pul almışdır. Bu puldan 1600 manatı Heydərov Əliyə vermişdir. Məlumat üçün bildirir ki, o, ödənişləri əlbəəl etdiyi üçün ödənişlərlə bağlı heç bir sübutu yoxdur. Heydərov Əli borcla bağlı o, ödəniş etdikcə öz dəftərində qeydlər aparsa da, hal hazırda Heydərov Əli dəftərin itdiyini bildirmişdir. Hal-hazırda nə Heydərov Əli nə də ki, Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. X15 350 manat borcu qalmışdır.” Qeyd olunan qətnamədə də iddiaçı özü etiraf edir ki, Orxanın atası ilə maşının alqı-satqısı ilə bağlı razılığa gəlmişdir, Orxanla deyil. Buna görə də, məhkəmə preyudisial xarakter daşıyan qüvvədə olan qətnaməni mübahisələndirməmişdir. Halbuki, həmin qətnamə qanuni qüvvədə olduğu zaman MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir onun mübahisələndirilməsinə yol verilmir. məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, qətnamədə qeyd olunan 9650 manatın onunla heç bir bağlılığı yoxdur. Çünki, həmin o sövdələşməni iddiaçı zamanında atası Əli ilə etmişdir, onunla deyil. Bundan savayı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-271/2023 saylı qətnaməsində atasının xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatı yer almışdır. O izahatında bildirmişdir ki, avtomobil oğlunun adına olsa da, etibarnamə əsasında hər şeyi özü etmişdir, bu səbəbdən hazırki işdə də özü çıxış edir, “Hyundai Elantra markalı" 90-ZF- 502 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əvvəlcə özü taksi fəaliyyəti ilə məşğul olmuşdur, daha sonra cavabdeh İddiaçı ona yaxınlaşaraq, avtomobili ona kirayəyə verməsini istəmiş, bildirmişdir ki, qadın sürücülük kursu işlədir, o da, avtomobili etibarnamə ilə kirayəyə İddiaçı vermişdir, xanım təlim keçmək üçün avtomobili ondan istəmiş, o da razılaşmışdır, 8 ay ərzində ona 8000 manat pul vermişdir, avtomobil bu zaman saz vəziyyətdə olmuşdur, daha sonra pandemiya dövrü olmuş, işləyə bilməmişdir, bu səbəbdən Kürsüm ona pul ödəməmişdir, bu zaman onunla danışmış, iş olmadığı üçün ona güzəştə getmişdir, daha sonra avtomobil Kürsüm tərəfindən idarə olunarkən Dərnəgüldə qəza baş vermişdir, Kürsüm də ondan maşını istəmiş, 20000 manat verəcəm demişdir, o da satmışdır, lakin 7 ay ərzində 1600 manat pul vermişdir, Kürsüm qəzalı vəziyyətdə avtomobili satışa qoymuş, Elşad avtomobili ondan almışdır, daha sonra Elşad avtomobili təmir etmiş, 7 ay sonra təmir edilmiş vəziyyətdə maşını satılığa qoymuşdur, 13.500 manata Elşad maşını Coşquna satmışdır, Elşad və Coşqunu tanımır, daha sonra oğlu Orxan, avtomobilin təmirli şəkildə satışa qoyulduğunu görmüş, bu səbəbdən Gənclikdə notariusda etibarnaməni ləğv etdirmişdir, Kürsüm anası ilə onlara gəlmiş, danışmışdırlar, hazırda maşınını istəyir, Elşada pul verməli deyil, maşını isə Coşqundan istəyə bilməz, çünki maşını ona o satmamışdır, maşını Kürsümə vermişdir, həm də saz vəziyyətdə vermişdir, lakin o qadındır deyə sürə bilməmişdir. Hətta həmin məhkəmədə Kürsüm Babayevada iştirak etmişdir. İddiaçı Kürsüm Babayeva məhkəmə zalında iştirak etdiyi halda və atası tərəfindən deyilənləri bildiyi halda məhkəmədə buna etiraz etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə cavabdehin atası arasında razılaşma olmuşdur. Avtomobil isə cavabdehə məxsusdur. O atasına taksi fəaliyyəti vermək üçün vermişdir. O, iddiaçı ilə tanış olur və münasibətləri yaranır. İddiaçı Əliyə təklif edir ki, avtomibili onu icarəyə versin və bunun müqabilində aylıq 1000 manat pul versin. Razılaşmaya əsasən cavabdeh etibarnamə əsasında sürmək üçün iddiaçıya verir. 8 ay ayda 1000 manat olmaqla pul ödənilir. 8 aydan sonra qəza baş verir. Razılaşma ilə həmin zaman 20000 manata razılaşırlar ki, hissə hissə ödəməklə avtomobil iddiaçıya qalsın. Sığortadan alınan 5000 manat pulu da cavabdeh iddiaçıya verir. Sonra iddiaçı avtomobili təmir etdirmək üçün ustaya verir. Bu zaman ustaya etibarnamə verilir. Razılaşma olandan sonra iddiaçı 1650 manat pul ödənilmişdir. Bundan sonra cavabdeh avtomobilin satıldığını görürlər. Etibarnaməni ləğv etməyə getdikdə avtomobilin usta Elşən tərəfindən satıldığını biliblər. Elşən bildirmişdir ki, o pulunu verib hazırki iddiaçıdan avtomobili almışdır. Bundan sonra məhkəmə çəkişmələri başlamışdır. Digər qətnamədən apellyasiya şikayəti verməmişik. Avtomobil bizim adımıza olduğu üçün Elşənə təmirə xərc çəkdiyi 3800 manatı ödədik. Nəticə etibarı ilə 5000 manat sığorta məbləğini, 3800 Elşənə verdiyi pul manat cavabeh tərəfindən ödənilmişdir. Yenidən 9600 manat ödəməyi öz maşınını özünə satmağı deməkdir və absurtdur. Cavabdehə razılaşdırılmış məbləğdən yalnız 1650 manat ödənilmişdir. Etibarnamənin verilmə müddətində də görünür ki, cavabdeh avtomobili icarəyə vermişdir. Avtomobilin qiyməti 20000 ola-ola 17000 manat hissə-hissə ödənişə satması ağlabatan deyil. Cavabdeh 3 ildir ki, avtomobilindən məhrum edilmişdir. Razılaşma avtomobil vurulandan sonra olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, o, hər ay 1000 manat olmaqla ödəməyi ilə 17 aya avtomobilin ona verilməsinə razılaşmışdlar. 1000 manatı bütövlükdə vermişdir, alınmayanda da hissə hissə ay ərzində vermişdir. Ümumilikdə 16650 manat pul ödəmişdir. Maşın vurulan zaman Əliyə, yəni Orxanın atasına 2000 manat borcu qalmışdı. Sığortadan pulu aldıqdan sonra 1650 manat ödəmişdir. Hal-hazırda onun 350 manat borcu qalmaqdadır. Cavabdeh atasına etibarnamə vermədiyini bildirsə də, bu əsassızdır. Sığortadan 5000 manat almışdır. Onu avtomobilin təmirinə xərcləməmiş, üstünü düzəldərək yeni avtomobil almışdır. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki apellyator qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iddianın həmin hissədə də rədd edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.

20. Hazırkı işin faktiki hallarına əsasən Hyundai Elantra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. O, 20 avqust 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı xx.xx.2028-ci il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti vermişdir. xx.xx.2021-ci il tarixində avtomobil İddiaçı tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən - avtomobilin sahibi Cavabdeh “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi ödənilmiş, həmin məbləğ sonuncunun razılığı ilə İddiaçı tərəfindən alınmışdır. Sonradan iddiaçı avtomobil həmçinin etibarnamə əsasında X7 verilmiş və bu məqsədlə də İddiaçı ondan 9500 (500 manat beh, 9000 manat satış) manat pul almışdır, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin arxa hissəsinə zərər dəymiş və avtomobil belə vəziyyətdə X7 verilmişdir. Sonuncu isə avtomobili X1. Salyan Rayon Məhkəməsinin 2(057)-1482/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra”markalı avtomobilin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

21. Göründüyü kimi cavabdeh avtomobilin idarə edilməsi səlahiyyətinə dair 2028-ci il tarixədək iddiaçıya etibarnaməni vermiş, avtomobilin qəzası nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə ödənilmiş sığorta haqqı iddiaçıya ödənilmiş, daha sonra avtomobil məhz iddiaçı tərəfindən üçüncü şəxsə satılaraq, pullar onun tərəfindən alınmışdır. Bütün bunlar ona dəlalət edir ki, tərəflər arasında razılaşma avtomobilin kirayəyə verilməsi ilə bağlı deyil, məhz nisyə qaydada satılması ilə bağlı olmuşdur. Hətta məhkəmə kollegiyasının iclasında həmin avtomobilin təlim maşını kimi düzəldilməsi də əlavətən buna dəlalət edir. Cavabdeh tərəf isə sonradan avtomobillə bağlı bütün etibarnamələri ləğv etmiş, Salyan Rayon Məhkəməsinin qanuni qüvədə olan qətnaməsi ilə avtomobilin İddiaçı tərəfindən ona qaytarılmasının təmin edilməsinə nail olmuş, o cümlədən ödənişmiş məbləği də geri qaytarmamışdır. Bu halda əlbətdəki, cavabdeh iddiaçının hesabına varlanmış hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə ödəmiş olduğu pulların geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

22. İddiaçının avtomobildən istifadəsi dövründə ümumilikdə 9650 manat pulun cavabdehə verilməsinin təsdiqi isə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-271/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Belə ki, həmin qətnamədə cavabdehin atası Əli Heydərovun verdiyi izahatdan aydın olur ki, o, avtomobili etibarnamə əsasında İddiaçı vermiş, sonuncu isə 8 ay ərzində hər ay 1000 manat olmaqla ödənişlər etmişdir. Bu məbləğin əslində icarəyə avtomobilin icarə verilməsi kimi ödənilməsi barədə hazırki iş üzrə caabd tərəfindən qeyd edilən xüsusatlar isə işin yuxarıda qeyd edilən xüsusatları ilə təkzib ediulir. Daha sonradan isə əlavə olaraq 1650 manatın verildiyini isə məhkəmə iclasında cavabdeh tərəf öz izahatında da etiraf etmişdir.

23. Beləliklə yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçı həm avtomobilin əldə edilməsinə nail ola bilməmiş, eyni zamanda həmin avtomobilə görə ödədiyi pul vəsaitindən də məhrum olmuşdur.

24. Lakin birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, məhkəmə yalnız 9650 manat pulun ödənilməsinə istinad etməklə iş üzrə zərərin məbləğini qiymətləndirirərkən iddiaçıya verilən 5000 manat məbləğində icbari sığorta məbləğini nəzərə almamışdır. Belə ki, həmin məbləğin verildiyini iddiaçı özü məhkəmə iclasında etiraf etmişdir.

25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası avtomobilə görə cavabdehə 9650 manat pul ödəməsinin müəyyən edildiyini, habelə cavabdeh tərəfindən sözügedən avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişinin alınaraq iddiaçıya verildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği 9650-5000=4650 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalıdır (əksi yanaşmada iddiaçının özü qanuni əsas olmadan mülkiyyətçinin hesabına varlanmış olur). Belə ki, həmin sığorta ödənişi məhz həmin avtomobilin təmirinə sərf edilmək üçün ödənilmiş, lakin avtomobil iddiaçı tərəfindən zədəli halda satılmaqla həmin avtomobilin təmiri satılan şəxs Elşad tərəfindən edilmişdir. Təmir məbləği də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhz Cavabdeh Elşad Meylamovun xeyrinə tutulmuşdur. Belə olan halda avtomobilin mülkiyyətçisi olan cavabdeh həm avtomobilin təmirinə ödənilmiş xərci qaytarmaqla yanaşı sığortadan alınan pul da İddiaçı verildiyi halda, yenə də İddiaçı xeyrinə Cavabdeh həmin pul nəzərə alınmadan 9650 pulun tutulması təmin edilərsə bu zaman ortaya çıxan mənzərə bundan ibarət olur ki, görünüş olaraq İddiaçı iddia tələbi qismən təmin edilmiş olsa da, əslində təxmini olaraq tam təmin edilmiş olur və o cümlədən avtomobilin mülkiyyətçisi özünə məxsus avtomobili yenidən pul ödəməklə əldə edir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3511/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh İddiaçı xeyrinə 9650 maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 4650 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3511/2023 nömrəli, 06 oktyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh İddiaçı xeyrinə 9650 manat maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 4650 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən İddiaçı 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar