Məhkəmə qərarları › İş №2(103)-2170/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2170/2024

11.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2170/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Əlisahab oğlu cavabdehlər Cavabdeh1 Əlisahab oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1281/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Əlisahab oğlu cavabdehlər Cavabdeh1 Əlisahab oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1281/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1281/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, “xx.xx.2024-cü il tarixdə eyni tələb üzrə cavabdehlərin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığından icraata qəbul edilmədən geri qaytarılmışdır. Məcəllənin 35-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 39-cu maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd olunan maddənin tələbinə əsasən, müstəsna aidiyyat üzrə iddialar əmlakın olduğu yer üzrə məhkəmələrə verilməlidir. Biz maddənin tələbinə uyğun olaraq, iddiamızı tələbimizdə göstərdiyimiz əmlaklardan daha çoxunun yerləşdiyi ərazi üzrə Xəzər Rayon Məhkəməsinə vermişik Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmazəşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakımübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Adıçəkilən qərara görə “Paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsinə dair” iddia tələbi ilə əmlakın yerləşdiyi məhkəməyə müraciət edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə almadan xx.xx.2024-cü il tarixli, 2(003)-1281/2024 nömrəli qərardadı ilə iddia ərizəsini iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən icraata qəbul etmədən geri qaytarılmasını qəbul etmişdir. Halbuki iş qanunvericiliyin tələbinə əsasən, müstəsna aidiyyat üzrə Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1281/2024 saylı, 29 yanvar 2024cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1281/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçı – “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin, ünvan 3 ünvanda yerləşən mənzilin, ünvan 4 Yeni qaydalarla: AZ 1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X4 küçəsi, 120 ünvanda yerləşən torpaq sahəsinin, Zaqatala rayonu, Əlilabad qəsəbəsində yerləşən müəssisənin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi”nə dair iddia tələbi irəli sürmüşdür və o, bu iddiasını müstəsna aidiyyətə görə mübahisəli əmlakın Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşməsi əsasına görə Xəzər Rayon Məhkəməsində qaldırmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə müstəsna aidiyyət şamil olunur. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Həmin qərardan da göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-in 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Kollegiya hesab edir ki, iddiaçının hazırda irəli sürdüyü tələb- yəni əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirlməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsinə dair iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsir dairəsinə düşmür və bu səbəbdən iddiaçı işə ərazi üzrə baxılmasının ümumi qaydasını nizamlayan MPM-nin 35.1-ci maddəsinə əməl edərək müvafiq məhkəməyə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Elektron kabinet vasitəsi ilə göndərilmiş ərizə üzrə e-2(003)-1281/2024 saylı işdə tərəflər barədə məlumat pəncərəsindən görünür ki, İddiaçı Əlisahab oğlu-ünvan 7 ünvanında, cavabdehlər, yəni Cavabdeh1 Əlisahab oğlu-Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 176, mənzil 8A, Cavabdeh2-Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 176, mənzil 11 və Cavabdeh3- ünvan 9 ünvanında qeydiyyatdadırlar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdehlərin rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri, Nəsimi rayonunda yerləşdiyindən, həmin işə ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsində baxılması mümkün olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1281/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar