Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2173/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu X2 Məmmədovadan ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qərı̇ b oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC-in nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qətnaməsindən İddiaçı Qərı̇ b oğlu və cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin ləğvi, borcun 5820 manat məbləğində olmasının müəyyən edilməsi, avtomobilin iddiaçının mülkiyyətinə verilməsi və rüsumun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində “X14” Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 871/043/2015 saylı X11 Müqaviləsi bağlanmışdır. (xx.xx.2017-ci il tarixində “X14” Qapalı Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti adlandırılmışdır). Həmin müqaviləyə əsasən “Volkswagen Passat” markalı (BAN 1VWBH7A30DC086544) avtomobil lizinq verən tərəfindən xx.xx.2015-ci il tarixli, 871 saylı Lizinq Obyektinin alğı-satqı müqaviləsinə əsasən alınaraq iddiaçıya verilmişdir. Bağlanmış Lizinq müqaviləsinə 1 saylı ödəniş qrafiki tərtib edilmiş və aylıq ödənişlər orada öz əksini tapmışdır. Ödəniş qrafikinə əsasən aparılan ödənişlərin Azərbaycan manatı ilə aparılması şərtləşdirilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixində cavabdehlə əlavə olaraq öhdəliklərin təmini məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. 871 saylı zaminlik müqaviləsinə əsasən X10 iddiaçının öhdəliklərinin icrasına zamin durmuşdir. X4 Müddəalar adlanan ilk bəndində göstərilir ki, “bu müqavilənin ayrılmaz hissəsi hesab olunan, satıcı fiziki şəxs X5 ilə Lizinqverən “X14” QSC arasında imzalanacaq alğısatqı müqaviləsində qeyd edilmiş, ətraflı təsviri verilmiş, xüsusiyyətləri göstərilmiş və bu müqavilə ilə nəzərdə tutulan maliyyə lizinq xidmətinin predmetini təşkil edən əmlak lizinq obyektidir.” Lizinq Müqaviləsinin 1.2-ci bəndində göstərilir: “Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan aşağıda göstərilmiş alğı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş lizinq obyektini Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə verir." Lizinq Müqaviləsinin 1.3-cü bəndinə isə göstərilir: “Alğı-satqı müqaviləsinə əsasən əldə ediləcək lizinq obyektinin qiyməti 19079 (on doqquz min yetmiş doqquz) şərti maliyyə vahidi təşkil edir və Lizinqalan buna razıdır.” Həmin bəndin ikinci hissəsində göstərilir: "Lizinqverən Satıcıya hər hansı ödənişləri Lizinqalan avans (əgər bu müqavilə ilə və ya ödəmə cədvəli ilə nəzərdə tutulubsa) ödədikdən sonra həyata keçirəcəkdir." Həmin bəndin üçüncü hissəsində isə göstərilir: "Lizinqalanın avansı lizinq obyektinin ümumi qiymətinin 3816 (üç min səkkiz yüz on altı) şərti maliyyə vahidi hissəsini təşkil edir. Lizinqalan avansı bu müqavilə imzalandığı tarixdən 5 iş günü ərzində ödəmədikdə Lizinqverən bu müqaviləni birtərəfli qaydada məhkəməyə müraciət etmədən xitam edə bilər". İddiaçı tərəfindən göstərilən avans, 3816 (üç min səkkiz yüz on altı) ABŞ dolları Azərbaycan manatı ekvivalentində Lizinq şirkətinə ödənilmişdir. Lizinq Müaqaviləsinin 1.5-ci bəndinə əsasən Lizinq şirkəti tərəfindən illik 18% dərəcəsi ilə gəlir hesablanır. Həmin bənddə həmçinin şərti maliyyə vahidi də açıqlanır: “Lizinqalan qəbul edir ki, bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Lizinq ödənişləri ödəmə gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək”. Həmçinin müqavilənin bu bəndinin 6-1-ci hissəsində göstərilir: “Tərəflər razılaşırlar ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi bu müqavilə imzalanan günə müqayisədə 1 %-dən çox dəyişdikdə Lizinqverən birtərəfli qaydada bu müqavilənin ümumi məbləğinin və/və ya Lizinq ödənişlərinin qrafikini (ilk ödəniş tarixindən və ya son edilmiş ödənişdən sonra hesablamaqla) dəyişdirə bilər. Belə dəyişiklik olduqda Lizinq alan öhdəlikləri müvafiq məbləğlərdə dəyişəcəkdir və bunun üçün Lizinq alanın əlavə razılığı tələb olunmur”. Müqavilə bağlandıqdan sonra Lizinq şirkəti tərəfindən ödəniş qrafiki dəyişdirilməmiş və bununla bağlı ona heç bir məlumat verilməmişdir. İstər Lizinq müqaviləsində, istər alğı-satqı müqaviləsində, istərsə də ödəniş qrafıkində bütün əməliyyatların Azərbaycan manatı ilə aparılması şərtləşdirilsə də məbləğlər ABŞ dolları ilə göstərilmişdir. X5 ilə Lizinq şirkəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 871 saylı alğı-satqı müqaviləsində lizinq obyektinin qiyməti 19079 ABŞ dolları müəyyən edilir. Lizinq obyekti olan əmlak Azərbaycan Respublikasının vətəndaşından satın alındığı üçün ödənişin də ABŞ dolları ilə edilməsi mümkün deyildir. Göründüyü kimi tərəflər arasında hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilələrdən biri olan alğı-satqı müqaviləsi üzrə əmlakın alınması Azərbaycan manatı ilə həyata keçirilmişdir. Lakin Lizinq şirkəti tərəfindən qəsdən məbləğ ABŞ dolları ilə göstərilmişdir. Cavabdeh QSC ilə iddiaçı arasında bağlanmış X11 müqaviləsinə əsasən konkret olaraq avtomobil alınaraq iddiaçıya lizinqə (kirayəyə, icarəyə) verilmişdir. Lizinq müqaviləsi isə kredit və ya borcmüqaviləsi deyildir. Göründüyü kimi lizinq müqaviləsi əmlak kirayə müqaviləsinə oxşar bir müqavilədir və bu müqavilə kredit və ya borc müqaviləsi hesab edilə bilməz. Lizinq müqaviləsinin obyekti əmlakdır və əmlak da Azərbaycan manatı ilə əldə olunduğu üçün lizinq müqaviləsinə görə müəyyən olunan haqq xarici valyutada ifadə edilə bilməz. Cavabdeh, lizinqverən və ya alğı-satqı müqaviləsi üzrə satıcı xarici hüquqi və ya fiziki şəxs deyilsə tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə pul öhdəliyi xarici valyutada ifadə edilə bilməz. Lizinq müqaviləsinə kredit və ipoteka müqavilələri kimi qiymət verilə bilməz və bu müqavilələr eyni tipli müqavilələr deyildir. Tərəflər arasında bağlanan lizinq müqaviləsinin 1.2-ci bəndində müqavilənin predmeti açıq şəkildə göstərilmişdir. Müqavilənin 1.3-cü bəndində isə lizinq predmetinin əldə edilməsi barədə şərtlər göstərilir. Lizinq predmetinin əldə edilməsi isə lizinq şirkəti ilə fiziki şəxs X5 arasında bağlanan alğı-satqı müqaviləsi ilə tənzimlənir. Ümumilikdə bu günə kimi iddiaçı tərəfindən cavabdehə 9689 Azərbaycan manat ödənilmişdir. xx.xx.2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə görə bir ABŞ dolları 0.78 Azərbaycan manatı təşkil edirdi. 15263 ABŞ dolları həmin dövrdə 1 1905 Azərbaycan manatı, 4621 ABŞ dolları isə 3604 Azərbaycan manatı təşkil edirdi (11905+3604= 15509). Ümumilikdə iddiaçı 36 ay müddətində cavabdehə 15509 Azərbaycan manatı ödəməli idi. Buna qarşılıq isə iddiaçı hazırkı günə kimi 9689 Azərbaycan manatı ödəmişdir. Hazırda iddiaçının cavabdehə 5820 Azərbaycan manatı borcu qalmaqdadır. Lakin xx.xx.2019-cu il tarixində iddiaçı rəsmi qaydada cavabdehə müraciət edərək borcu barədə məlumat verilməsini xahiş etdi. Cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubu isə iddiaçını olduqca gərgin bir vəziyyətə gətirdi. Belə ki, cavab məktubunda cavabdeh ona olna borcun 19436.98 ABŞ dolları olduğunu qeyd etmişdi. Necə ola bilər ki, bu qədər ödənişlər edildiyi halda iddiaçıya misli görünməmiş məbləğdə borc hesablana bilər. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində borc məbləği əsassız olaraq bu məbləğdə şişirdilmişdir. İddiaçı cavabdehə bütün ödənişlərini manatla etdiyi və bunun müqavilə ilə şərtlədirildiyi halda necə ola bilər ki, ondan ABŞ dolları ilə borc tələb edilsin. Bu cavabdehin əsassız varlanma cəhdidir və qanunvericiliyə tamamilə zidd bir hərəkətdir. Göstərilənlərə əsasən, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı X11 Müqaviləsinin və xx.xx.2015-ci il tarixli, 871 saylı Zaminlik müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı X11 Müqaviləsinə əsasən cavabdehə olan borcunun 5820 Azərbaycan manatı olmasının müəyyən edilməsi, lizinq müqaviləsinin predmeti atan “Volkswagen Passat” markalı (BAN 1VWBH7A30DC086544) **-PE-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Sonradan iddiaçı tərəf ilkin iddia tələbini dəqiqləşdirilərək, məhkəmədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı və X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı X11 Müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı X11 Müqaviləsinə əsasən iddiaçının cavabdehə olan borcunun 5820 Azərbaycan manatı olmasının müəyyən edilməsi, lizinq müqaviləsinin predmeti olan “Volkswagen Passat” markalı (BAN 1VWBH7A30DC086544), **-PE-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti İddiaçı və X8 qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması, avtomobilin qaytarılması və rüsumun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC (əvvəlki adı “X14” QSC) ilə İddiaçı arasında bağlanmış 871/043/2015 saylı, xx.xx.2015-ci il tarixli X11 müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı və X3 lizinq ödənişləri üzrə əsas borc 12754,27 ABŞ dolları, faiz borcu 3180,17 ABŞ dolları, dəbbə pulu 3502,54 ABŞ dolları, cəmi borc 19436,98 ABŞ dollarının ödəmə gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq Cavabdeh QSC-nin xeyrinə köçürülməsi, Cavabdeh QSC-yə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, 10-PE063 dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdeh - İddiaçı geri alınaraq Cavabdeh QSC-yə verilməsi, Cavabdeh QSC tərəfindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub,Cavabdeh QSC-nin xeyrinə köçürülməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh QSC (əvvəlki adı “X14” QSC) ilə İddiaçı arasında bağlanmış 871/043/2015 saylı, xx.xx.2015-ci il tarixli X11 Müqaviləsinə əsasən “Volkswagen Passat” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı 36 ay müddətinə lizinqə verilmişdir. Lakin xx.xx.2016-cı ildən sonra heç bir lizinq ödənişi həyata keçirilməmiş, həmin dövrədək həyata keçirilmiş ödənişlər isə vaxtında və tam ödənilməmişdir. Hazırda, İddiaçı 871/043/2015 saylı xx.xx.2015-ci tarixli X11 Müqaviləsi üzrə əsas borc 12754, 27 ABŞ dolları, faiz borcu 3180,17 ABŞ dolları, dəbbə pulu 3502,54 ABŞ dolları, cəmi borc 19436,98 ABŞ dollarının manatla ekvivalentinə bərabər məbləği təşkil edir. Bu borcun ödənilməsi ilə bağlı İddiaçı ilə aparılan danışıqlar heç bir fayda verməmişdir. Həmçinin, 871 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə cavabdeh X10 871/043/2015 saylı xx.xx.2015-ci il tarixli tarixli X11 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə İddiaçı öhdəliklərinin tam icrasına görə birgə məsuliyyət daşıyır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X8 qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması, avtomobilin qaytarılması və rüsumun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 12754,27 (on iki min yeddi yüz əlli dörd ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 3180,17 (üç min bir yüz səksən ABŞ dolları, on yeddi sent) ABŞ dolları faiz borcu, 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16234,44 (on altı min iki yüz otuz dörd ABŞ dolları, qırx dörd sent) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh İddiaçı geri alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdeh İddiaçı tutulub, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Qərı̇ b oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Lizinq və alğı-satqı müqavilələrində öhdəliyin ABŞ dolları ilə müəyyən edilməsi ilə bağlı heç bir müddəa yoxdur, işin mübahisəsi olan bu halına məhkəmə qərəzli olaraq münasibət bildirmiş və öhdəliyi ABŞ dolları kimi qəbul etmişdir. Lizinq müqaviləsinin 1.5-ci bəndinə əsasən Lizinq şirkəti tərəfindən illik 18% dərəcəsi ilə gəlir hesablanır. Həmin bənddə həmçinin şərti maliyyə vahidi də açıqlanır: “Lizinqalan qəbul edir ki, bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir”. Öhdəliyin yaranma tarixinə 1 ABŞ dolları 0,78 Azəbaycan manatı təşkil edirdi. Göründüyü kimi öhdəlik manat ilə müəyyən edilmişdir. Ümumiyyətlə Lizinq müqaviləsinin xarici valyutata müəyyən edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Həmçinin müqavilədə öhdəliyin açıq şəkildə şərti maliyyə vahidi ilə ehtiva edilməsi bunu bir daha göstərir. Müqavilələrdə açıq şəkildə ABŞ dolları qeyd edə bilmədikləri üçün öhdəlik şərti maliyyə vahidi kimi yazılmış və dolayı cümlələrlə bunun ABŞ dlları kimi qeyd edildiyini sübut etməyə çalışırlar. Lizinq Müqaviləsinin 1.2-ci bəndində göstərilir: “Lizinqverən, Lizinqalan tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan aşağıda göstərilmiş alğısatqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş lizinq obyektini Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə verir.”Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh QSC ilə onun arasında bağlanmış X11 müqaviləsinə əsaəsn konkret olaraq avtomobil alınaraq ona lizinqə (kirayəyə, icarəyə) verilmişdir. Lizinq müqaviləsi isə kredit və ya borc müqaviləsi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-ci maddəsində Lizinq müqaviləsinə aşağıdakı kimi anlayış verilir: “Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Göründüyü kimi lizinq müqaviləsi əmlak kirayə müqaviləsinə oxşar bir müqavilədir və bu müqavilə kredit və ya borc müqaviləsi hesab edilə bilməz. Lizinq müqaviləsinin obyekti əmlakdır və əmlak da Azərbaycan manatı ilə əldə olunduğu üçün lizinq müqaviləsinə görə müəyyən olunan haqq xarici valyutada ifadə edilə bilməz. Məhkəmə prosesində şifahi olaraq vəsatətə verərək lizinq şirkətinin lizinq predmetini almasını təsdiq edən sənədin məhkəməyə təqdim edilməsini tələb etsəkdə məhkəmə bu vəsatətimizi təmin etməmişdir. Göstərilən sənədin məhkəməyə təqdim edilməsi halında lizinq predmetinin hansı valyuta ilə əldə edilməsi aydınlaşardı. İstər Lizinq müqaviləsində, istər alğı-satqı müqaviləsində, istərsədə ödəniş qrafikində bütün əməliyyatların Azərbaycan manatı ilə aparılması şərtləşdirilsədə məbləğlər ABŞ dolları ilə göstərilmişdir. X5 ilə Lizinq şirkəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 871 saylı alğı-satqı müqaviləsində lizinq obyektinin qiyməti 19079 ABŞ dolları müəyyən edilir. Halbu ki, Azərbaycan Respublikası Konstitusiyanın 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə isə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Lizinq obyekti olan əmlak Azərbaycan Respublikasının vətəndaşından satın alındığı üçün ödənişində ABŞ dolları ilə edilməsi mümkün deyildir. Göründüyü kimi tərəflər arasında hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilələrdən biri olan alğı-satqı müqaviləsi üzrə əmlakın alınması Azərbaycan manatı ilə həyata keçirilmişdir. Lakin Lizinq şirkəti tərəfindən qəsdən məbləğ ABŞ dolları ilə göstərilmişdir. İlkin iddia ərizəsində Lizinq təşkilatının müqavilədə qeyd olunan borc məbləğinin açılışını göstərmişdir. Həmin Lizinq müqaviləsinin 1 saylı əlavəsi olan ödəniş qrafikinə əsasən 15263 ABŞ dolları kimi müəyyən edilən borca görə 36 ay ərzində illik 18% hesablanmaqla 4621 ABŞ dolları mükafat, muzd ödəməli idi. Ümumilikdə bu günə kimi tərəfimdən cavabdehə 9689 Azərbaycan manatı ödəmişdir. xx.xx.2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə görə bir ABŞ dolları 0,78 Azərbaycan manatı təşkil edirdi. 15263 ABŞ dolları həmin dövrdə 11905 Azərbaycan manatı, 4621 ABŞ dolları isə 3604 Azərbaycan manatı təşkil edirdi (11905+3604=15509). Ümumilikdə 36 ay müddətində cavabdehə 15509 Azərbaycan manatı ödəməli idi. Buna qarşılıq isə hazırkı günə kimi 9689 Azərbaycan mantı ödəmişdir. Hazırda cavabdehə 5820 Azərbaycan manatı borcum qalmaqdadır. Məhkəmə iddia ərizəmdə göstərdiyi bu fakta münasibət bildirməmiş və “kredit götürüb zəhmət çəksin ödəsin” deyərək, iddialarının üzrəindən qar bir xətt çıkmişdir. Hakimin məhkəmə prosesində iddiaya bu cür münasibət bildirməsi əvvəlcədən idiaya öz münasibətini bildirməsidir. xx.xx.2015-ci il tarixli, 871 saylı həmin müqavilənin 2.1-ci bəndinə əsasən “tərəflər qəbul edirlər ki, bu müqavilə üzrə öhdəliklər şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə Azərbaycan Mərkəzi Bankının bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Bütün ödənişlər ödəmə gününə bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək. Müqavilənin 2.2-ci bəndinə görə isə əmlakın ümumi dəyəri 19079 (on doqquz min yetmiş doqquz) şərti maliyyə vahidi təşkil edir. Göründüyü kimi cavabdeh müqavilələrdə və ödəniş qrafikində ödənişin Azərbaycan manatı ilə ödənilməsini şərtləşdirsədə müqavilədəki məbləğləri ABŞ dolları ilə müəyyən edir. Göstərilənlərdən başqa tərəflər arasında bağlanmış Zaminlik müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticədə yalnışdır. Belə ki, bizim məhkəməyə təqdim etdiyimiz zaminlik müqaviləsinin əslində lizinq verənin imza və möhürü olmadığı halda sonradan lizinq təşkilatının təqdim etdiyi zaminlik müqaviləsində ica edilən imzanın ştamp vasitəsi ilə icra edilməsinə məhkəmə münasibat bildirməmişdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza xərci olan 150 manatında məndən tutulması məhkəmənin bu məsələdə də ədalətsiz olduğunu bir daha göstərir. Qətnamədən cavabdeh “xxxx” QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, Cavabdeh QSC-nin qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-2954/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində əsassız olaraq cavabdehlər İddiaçı, X6 871/043/2015 saylı xx.xx.2015-ci il tarixli X11 müqaviləsi üzrə dəbbə pulu borcunu 3502,54 ABŞ dollarından 300 ABŞ dollarınadək azaltmışdır. Nəsimi rayon Məhkəməsi isə cəriməni azaldaraq, demək olar ki, onu ləğv etmişdir. Bu zaman məhkəmə öz qətnaməsində cərimənin tənasübsüz olub-olmamasını araşdırmamış, kreditorun hansı əmlak və digər əsaslı mənafelərini nəzərə aldığını qeyd etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-in nümayəndəsi X7 öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayəti və qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, lizinq müqaviləsi tərəflərin iradə ifadəsi əsasında bağlanılıb. Müqavilə manatla bağlanılıb. İddiaçı tərəfin dəlili tam olaraq əsassızdır. Ekspert rəylərini əsassız hesab edir. Xahiş etdi ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilsin, iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya ilk öncə qeyd edir ki, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qətnamənin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsinə qiymət verilməzdən əvvəl, ilkin iddia tələbi ilə bağlı hissəsinə qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 871/043/2015 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinin 1.3-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 19079 şərti maliyyə vahidi təşkil edir. Lizinq müqaviləsinin 1.5-ci bəndinə əsasən ödəmə cədvəli lizinqalan və lizinqverən tərəfindən razılaşdırılaraq bu müqavilənin ayrılmaz təkrib hissəsi olan əlavə 1-də tam əks etdirilir. Lizinqalan qəbul edir ki, bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Lizinq ödənişləri ödəmə gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək. Lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu müqavilə ilə cavabdeh illik 18% olmaqla, 36 ay müddətinə 19079 şərti maliyyə vahidi məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. Həmin Əlavədə qeyd olunmuşdur ki, bir şərti maliyyə vahidi ödəmə gününə Azərbaycan Mərkəzi Bankının bir ABŞ dollarının Azərbaycan manatına bərabər məbləği təşkil edir. Lizinq ödənişləri Azərbaycan manatı ilə ödəniləcək. Lizinqalanın avansı lizinq obyektinin ümumi qiymətinin 3816 (üç min səkkiz yüz on altı) şərti maliyyə vahidi hissəsini təşkil edir. Lizinqalan avansı bu müqavilə imzalandığı tarixdən 5 iş günü ərzində ödəmədikdə Lizinqverən bu müqaviləni birtərəfli qaydada məhkəməyə müraciət etmədən xitam edə bilər. İşdə olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsindən görünür ki, zamin, xx xxxxxx 2015-ci il tarixli, 871/043/2015 saylı X11 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə İddiaçı öhdəliklərinin tam icrasına görə bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinqverən qarşısında məsuliyyət daşıyır. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, 871 saylı lizinq obyektinin alğı-satqı müqaviləsindən görünür ki, satıcı 1 ədəd “Volkswagen Passat” minik markalı avtomobili alıcıya satmağı, alıcı həmin əmlakın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 2.2-ci maddəsinə əsasən əmlakın dəyəri 19079 (on doqquz min yetmiş doqquz) şərti maliyyə vahidi təşkil edir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli təhvil-təslim aktına əsasən “Volkswagen Passat” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı minik avtomobili satıcı tərəfindən lizinq alana təslim edilmişdir. İşdə olan xx xxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə İddiaçı Cavabdeh Şirkətinə əsas borc üzrə 12,754.27 (USD) , faiz borcu üzrə 3180.17 (USD), dəbbə borcu üzrə 3502.54 (USD) olmaqla cəmi 19,436.98 (USD) borcu vardır. İşdə olan xx xxxx 2019-cu il tarixli, 329 saylı məktubun surətindən görünür ki, İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Lizinq obyekti lizinq alana təqdim edilmiş, lizinq alan isə ödəniş cədvəlində müəyyən edilmiş qaydada lizinq ödənişlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə lizinq obyektinin dəyəri 190779 ŞMV (şərti maliyyə vahidi) həcmində müəyyən edilmişdir. Ödəniş cədvəli və müqavilədə şərti maliyyə vahidinin öhdəliyin yaranma tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda, qeyd olunan müqavilə üzrə lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinin təminatı olaraq zamin X10 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı iddia edir ki, lizinq müqaviləsində borc məbləği kimi şərti maliyyə vahidinin, yəni öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği ilə göstərilməsi və bu məbləğin tələb eidlməsi əsassızdır, belə ki, lizinq obyektinin dəyəri manatla ödənilir və ölkə ərazisində pul vahidi manatdır. Bununla yanaşı iddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə cavab vermir, belə ki, həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq imzalanmamış və möhürlənməmişdir. Məhkəmə müqavilənin ləğvi ilə bağlı qeyd etmişdir ki, xx xxxxxx 2015-ci il tarixli, 871/043/2015 saylı lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir və bu müddət 2018-ci ilin mart ayında başa çatmışdır. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının göstərilən müqavilə üzrə öhdəliyi mövcud olsa belə, həmin müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Odur ki, ilkin iddianın xx xxxxxx 2015-ci il tarixli, 871/043/2015 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməməlidir. İlkin iddianın xx xxxxxx 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Hazırkı halda iddiaçı iddia etmişdir ki, xx xxxxxx 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsində lizinq verənin imzası olmamış və müqavilə möhürlənməmişdir. Lizinq verən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş lizinq müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, müqavilə lizinq verənin nümayəndəsi, lizinq alan və zamin tərəfindən imzalanmış və möhürlənmişdir. Buradan aydın olur ki, qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Kollegiya qeyd edir ki, məhkəmə, ilkin iddianı “xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı X11 Müqaviləsinə əsasən iddiaçının cavabdehə olan borcunun 5820 Azərbaycan manatı olmasının müəyyən edilməsi” və lizinq obyektinin onun mülkiyyətinə verilməsi hissəsində təmin etməmişdir. Belə ki, iddiaçı onun borcunun 5820 manat olmasını qeyd etsə də, onun həmin məbləğdə borcunun olması iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə də müəyyən olunmamışdır. Lizinq müqaviləsinin predmeti olan “Volkswagen Passat” markalı (BAN 1VWBH7A30DC086544), **- PE-*** dövlət nömrə nişanlı avtomobil lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (Mülki Məcəllənin 748-2.1-ci maddəsi). İşin hallarına görə lizinq alan tərəfindən lizinq verən qarşısında öhdəlik tam olaraq icra edilməmişdir. Belə olan halda, avtomobilin lizinq verənin mülkiyyətindən alınaraq lizinq alanın mülkiyyətinə verilməsi əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə, tutulmalı olan məbləği ABŞ dolları ilə tutmaqla, düzgün olmayan nəticəyə gəldiyindən qətnamə qarşılıqlı iddianın qismən təmin edilən və rədd olunan hissəsində ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 748-10.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-nin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Kollegiya qeyd edir ki, İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən, cavabdeh haqlı olaraq müqavilə üzrə yaranmış borcun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmasını tələb etməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borc məbləği ABŞ dolları ilə deyil, manatla tutulmalıdır. Belə ki, Lizinq müqavilənə əsasən bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Kollegiya qeyd edir ki, müqavilədə ödəniş şərti maliyyə vahidi ilə ifadə olunsa da, belə bir ödəniş vahidi mövcud olmamaqla yanaşı, ödənişin faktiki olaraq ABŞ dolları ilə ödənilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20172 saylı, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxxxx 2015-ci il tarixli, 871/043/2015 saylı X11 müqaviləsinə əsasən İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 12688,48 şərti maliyyə vahidi həcmində müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyində Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə müəyyən olunmuş suallar ayrı-ayrılıqda cavablandırılmadığından və yalnız ümumi borc məbləği göstərildiyindən, həmin rəyi sübut qismində qəbul etməmək qərarına gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərardadı əsasında rəyi alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/426 saylı, xx xxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərdən (maliyyə arayışı məlumatları), xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı öhdəliyin verilməsi haqqında müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx xxxxxx 2018-ci il tarixli və xx xxxxx 2019-cu il tarixlərə “xxxx” QSC-yə olan borcu 6205,03 manat müəyyən edilir. 14999,91 manat -8794,88 manat=6205,03 manat. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərardadı əsasında rəyi alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/301 saylı, xx xxxxxx 2020-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərdən (maliyyə arayışı məlumatları), xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı öhdəliyin verilməsi haqqında müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx xxxxxx 2018-ci il tarixli və xx xxxxx 2019-cu il tarixlərə “xxxx” QSC-yə olan əsas və mükafat borcu 6205,03 manat müəyyən edilir. 14999,91 manat -8794,88 manat=6205,03 manat. Bundan başqa iş materiallarında olan sənədlərdən (maliyyə arayışı məlumatları) xx.xx.2015-ci il tarixli, 871/043/2015 saylı öhdəliyin verilməsi haqqında müqavilənin 3.5-ci bəndində qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx xxxxx 2019-cu il tarixə “xxxx” QSC-yə olan gecikdirilmiş borcu (cərimə borcu) 1330,98 manat məbləğində müəyyən edilir. Kollegiya hesab edir ki, iş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia əsas və faiz borcu hissəsində qismən təmin edilməli, İddiaçı və X3 Cavabdeh QSC xeyrinə əsas və faiz borcu üzrə 6205,03 manat məbləğində pul tutulmalıdır. MM-nin 462.1 maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi,o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmalı olan dəbbə pulu olan 3502,54 ABŞ dolları məbləğinə qiymət verərək hesab edir ki, işin halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək olan həmin məbləğ azaldılaraq, qarşılıqlı iddia üzrə cavabdehlərdən 600 manat məbləğində dəbbə pulunun (cərimənin) tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Kollegiya həmçinin hesab edir ki, qarşılıqlı iddia Cavabdeh QSC-yə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, 10-PE063 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı geri alınaraq Cavabdeh QSC-yə verilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməli və onlardan 6,0 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspertiza tədqiqatının dəyərinin tutulması ilə bağlı gəldiyi nəticə prosessual pozuntuya səbəb olduğundan, qətnamə ekspertiza xərci ilə bağlı hissədə dəyişdirilməli, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 450 manatın 90 manatı İddiaçı və X3, 260 manatı Cavabdeh QSC-dən alınıb, dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Qərı̇ b oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı və X3 müştərək qaydada əsas və faiz borcu üzrə 6205,03 (altı min iki yüz beş manat üç qəpik) manat, cərimə üzrə 600 (altı yüz) manat, cəmi 6805,03 (altı min səkkiz yüz beş manat üç qəpik) manat, 6 (altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh İddiaçı geri alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 450 (dörd yüz əlli) manatın 90 (doxsan) manatı İddiaçı və X3, 260 (iki yüz altmış) manatı Cavabdeh QSC-dən alınıb, dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Qətnamə qalan hissədə-ilkin iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2173/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2173/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver