Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2174/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu X19 cəlb edilməklə) “evdən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Açar sözlər:(evdən çıxarılma və evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X24 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(001)-205/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı Sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsini alğısatqı qaydasında X12 mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsi üzərində olan tikili isə xx.xx.2005-ci il tarixli yazılı müqavilə əsasında X16 tərəfindən X20 15500 ABŞ dollarına satılmışdır. 2.Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X8rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X25 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Azərbacan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 fevral 2014-cü il tarixli 2-1(81)-997/2014 saylı qərarı ilə X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı Sərəncamı etibarsız hesab edilmişdir. Lakin buna baxmayaraq, qətnamə icrasız qalmaqla X25 həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. 3.X25 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Cavabdehlər həmin evdə yaşamaqla, evin X25 tərəfindən onlara satıldığını bildirirlər. 4.İddiaçı hazırki tələblə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı tələbini dəqiqləşdirməklə “evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün mərhum X12 adına rəsmiləşdirilmiş 200 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X17 və X2 ilə birlikdə özlərinə məxsus əşyaları ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38, ev 48-də yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı Yuriyevnanın fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xalası X25 X7 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə həyat şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 38, ev 48 ünvanında 200 kv.m torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi inşa etdirmişdir. Mərhum xalası X28 tək yaşadığından yaşadığı evə Cavabdeh1 ailəsi ilə birlikdə yaşamasına icazə vermişdir. Xalası rəhmətə getməmişdən 1 il əvvəl ona məxsus evi xəstəliyi ilə əlaqədar olaraq tərk edərək, anası İddiaçı evində qalmış və 21 mart 2021-ci ildə orada vəfat etmişdir. Mərhum X25 kimsəsiz olduğundan ondan qalan daşınardaşınmaz əmlak vərəsəliklə anası İddiaçı keçmiş, anası da, etibarnamə ilə ona vermişdir. Halhazırda mərhum xalasından qalan fərdi yaşayış evində yaşayan Cavabdeh1 onlara məxsus evi boşaltmaqdan imtina edir. Cavabdeh1 ilə birlikdə ailə üzvləri olan Cavabdeh2, X17 və X2 da, evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə kimi təqdim etdiyi sənədlərdən də, göründüyü kimi hətta 2012-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti qanunsuz tikilinin sökülməsi və cavabdehin qanunsuz tikilidən çıxarılması tələbinə dair iddiasını X8rşı qaldırılmışdır. 2011-ci ildən evə qoyulan qaz sayğacı cavabdehin adınadır. Qarşı tərəf evə dair bələdiyyədən öz adlarına olan sərancam təqdim etsə də, həmin sərəncamın saxta olmasını və bələdiyyə arxivində də, belə bir sənədin olmadığını bildirmişdir. Bundan başqa məhkəmənin təyin etdiyi yerli müayinə zamanı cavabdeh tərəf guya mənzili aldığını pulu hissəhissə ayda 300-500, 1000 manat həcmində ödənişlər etdiyini bildirmişdir. Halbuki, özlərinin də iddia etdiyi kimi 2015-ci ildən qaldıqları evə görə aylıq edilən ödənişlər nəzərə alındıqda, evin dəyəri həddindən çox hesablanır. Volkova Svetlana həmin evi cavabdehə kirayə qalması üçün versə də, cavabdehlər Svetlananın ölümündən sonra kirayə ödənişini etməkdən imtina etmişlər. Hazırda Bakı İnzibati Məhkəməsinin 2014-cü il tarixli qərarı ilə Volkova Svetlanaya torpaq sahəsinin ayrılması haqqında 1366 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı etibarsız hesab edilsə də, həmin ərazidə tikili Svetlana tərəfindən inşa edilib, Svetlana özü orada yaşayıb. Qasımova X9 üzrə vərəsəsi kimi tanınmış və 27000 manat pul vəsaitini miras əmlak kimi qəbul etmişdir. Odur ki, hazırki iddianı qaldırmaq üçün də, subyektiv hüququ vardır. 8.Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, cavabdeh ailəsi ilə birlikdə mübahisəli mənzildə kirayə yaşamışdır. Hətta kirayə puluna görə onların borcu belə vardır. 1 il yarımdır ki, onlar həmin evdə yaşayırlar. 22 mart tarixində Svetlana öləndən sonra cavabdehlərə müraciət edərək, bildirmişdir ki, mənzil onun anasına vərəsəlik qaydasında keçdiyindən, ev onlarındır. Ondan ev üçün sənəd təqdim etməli olması deyilmiş və evin onlara məxsus olduğu bildirilmişdir. Əgər ora cavabdehin öz evi olmuşdursa, cavabdeh hansı əsaslarla iddiaçıya 2 ay kirayə pulu ödəyib. Svetlananın ölümündən xəbər tutan kimi kirayə pulu verməkdən imtina edərək, evin özlərinə məxsus olduğunu bildirmişlər. Eyni zamanda evin iddiaçının əmisi qızından miras qaldığını bildirmişdir. Vera və Svetlana əmiqızı olmuşlar. Svetlananın başqa vərəsəsi olmadığından, ev də vərəsəlik qaydasında iddiaçıya keçib. Bələdiyyənin müvafiq sərəncamından görünür ki, fərdi yaşayış evi Volkova Svetlananın istifadəsində olub. Lakin mənzilə dair mülkiyyət hüququ tanınmayıb. Həmin mənzilə çıxarış alınmayıb. Volkova Svetlana fərdi yaşayış evini 2005-ci ildə alıb və fərdi yaşayış evini aldıqdan sonra sənədləşmə ilə bağlı Bələdiyyəyə müraciət edib, lakin Bələdiyyə 2004-cü ilin sənəd verib. Bundan başqa hazırki iş üzrə Cavabdeh1 X7 xx.xx.2004-cü il tarixli sərəncamının ləğv olunması barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edib, lakin Cavabdeh1 iddiası subyektiv hüququnun olmaması səbəbi ilə mümkünsüz sayılmışdır. 9.Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh ailəsi ilə birlikdə mübahisəli mənzildə kirayə yaşamışdır. Hətta kirayə puluna görə onların borcu belə vardır. 1 il yarımdır ki, onlar həmin evdə yaşayırlar. 22 mart tarixində Svetlana öləndən sonra cavabdehlərə müraciət edərək, bildirmişdir ki, mənzil onun anasına vərəsəlik qaydasında keçdiyindən, ev onlarındır. Ona ev üçün sənəd təqdim etməli olmağı deyilmiş və evin onlara məxsus olduğu bildirilmişdir. Hətta neft şirkəti “SOCAR” tərəfindən Svetlanaya qarşı iddia qaldırılmışdır. Əgər ora cavabdehin öz evi olmuşdursa, cavabdeh hansı əsaslarla ona 2 ay kirayə pulu ödəyib. Cavabdeh və ailəsi Svetlananın ölümündən xəbər tutan kimi kirayə pulu verməkdən imtina edərək, evin özlərinə məxsus olduğunu bildirmişlər. Ev anasının əmisi qızından miras qalmışdır. 10.Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının əmlaka dair subyektiv hüququ yoxdur. Bələdiyyənin sərəncamının mövcudluğu, iddiaçıya mübahisəli fərdi yaşayış evinə dair subyektiv hüquq vermir. Cavabdeh və ailəsi faktiki olaraq orada yaşayırlar. Həmin torpaq sahəsinə dair X19 tərəfindən vətəndaş Cavabdeh2 2005-ci il tarixində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə Sərəncam verilmişdir. Necə olur ki, torpaq sahəsi ilə bağlı 2 fərqli Sərəncam verilir. Hazırda torpağa dair iddiaçıda olan 2004-cü il tarixli sərəncam mübahisəlidir. Yəni həmin torpaq sahəsinin doğurdanda Volkovaya aid olması mübahisəlidir. Cavabdeh 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikib və 10 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Cavabdeh ümumiyyətlə orada kirayə yaşamayıb. 11.Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxsin nümayəndəsi X22 izahatında bildirmişdir ki, işin hallarından göründüyü kimi Volkova Svetlayana məxsu olan sərəncam etibarsız hesab edilmişdir. Həmin qərardan bələdiyyə tərəfindən şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Cavabdehin sübut kimi təqdim etdiyi sərəncam isə bələdiyyənin arxivində aşkar edilməmişdir. Cavabdeh və onun ailə üzvləri mənzildə qaçqın kimi məskunlaşmışlar. Hesab edir ki, qaçqın kimi öz evlərinə köçürülən zamana qədər iddiaçı tərəfindən onlara güzəşt edilə bilər. Digər tərəfdən Volkova Svetlananın sərəncamı etibarsız hesab edildiyindən, Veranın da, iddia qaldırmaq üçün subyektiv hüququ aradan qalxmış olur. 12.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 oktyabr 2023-cü il tarixli, 2(001)-205/2023 saylı qətnaməsi ilə (sədrlik edən-İlkin Əliyev) iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu X7 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə X20 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən(şərti ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X17 və X1 özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 13.Bakı şəhəri Binəqədi rayonu X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı sərəncamından görünür ki, Bakı şəhər sakini X25 ərizə ilə X11 müraciət edərək, istifadəsində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X12 alğı-satqı qaydasında mülkiyyətinə alınması qərara alınmışdır. 14.**********00220 abonent kodlu X21 məxsus Abonentin Saldosundan görünür ki, X14 2011-ci ildə qaz sərfiyyatı 1512 kub.m olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək edilən ödənişlər **********00220 abonent kodlu X26 tərəfindən ödənilmişdir. 15.Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsindən verilən AZ-İİ seriyalı, 189920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2021-ci il tarixində ölmüşdür. 16.Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar aydın oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi İddiaçı olması, şəhadətnamə verilən miras əmlak Azərbaycan Beynəlxalq Bankının xx.xx.2019-cu il tarixli BPM**********23 nömrəli müqavilə üzrə açılmış ******************** nömrəli hesabda olan 27000 manat məbləğində puldan və üzərinə hesablanan faizlərdən ibarətdir. 17.Bakı şəhəri Binəqədi rayon X19 tərəfindən verilən xx.xx.2005-ci il tarixli 1727 saylı sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 100 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh2 alğı-satqı qaydasında mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir. 18.Torpaqların alğı-satqısına dair xx.xx.2005-ci aktdan görünür ki, Cavabdeh2 torpaq sahəsi almaq barədə ərizəsinə baxılmış, X19 ərazisində 100 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 1727 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Quliyev X6 rayon Kapital Bankın hesabına 400000 manat haqq ödəmişdir. 19.Binəqədi rayonu X7 xx.xx.2022-ci il tarixli 122 saylı arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, korpus 38 ünvanında qonşuların imzaladığı akta əsasın qeydiyyatsız yaşayır. 20.Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan xx.xx.2022-ci il tarixli su təchizatı və tullatı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bu müqavilə ilə "xxxx" ASC istehlakçının tələbatına uyğun içməli su ilə təmin edir və tullatı sularının fasiləsiz qəbulunu həyata keçirir. 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8730 saylı ekspert rəyindən görünür ki, X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 saylı Sərəncamları əsasında verilmiş sxemlərdə torpaq sahələrinin texniki göstəriciləri (eni, uzunluğu), döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından X12 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hansı hissədə kəşisməsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə tədqiqatın təsviri hissəsində qeyd edilmişdir ki, 2004-cü il tarixli və 2005-ci il tarixli Bələdiyyə sərəncamı əsasında verilmiş sxem üzrə torpaq sahələrinin yerləşmə mövqeyinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. 22.Bakı Apellyasia Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cüil tarixli, 2(103)-557/2014 saylı qətnaməsindən görünür ki, cavabdeh X12 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. 23.Həmin qətnamədə göstərilir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh X8rşı cavabdehin qanunsuz tikilidən çıxarılması və özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilərək, X12 ünvan 3 ünvanda yerləşən özbaşına tikilidən çıxarılmaqla, həmin tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Sadalanan iş materiallarından görünür ki, Azərbacan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 fevral 2014-cü il tarixli 2- 1(81)-997/2014 saylı qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh X11 və üçüncü şəxs X8rşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Binəqədi raton X7 X20 torpaq sahəsinin ayrılması haqqında 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi qərara alınmışdır. 24.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi rayonu X4rşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə, sonuncunun 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadın əsaslandırılması zamanı qeyd edilmişdir: üçüncü şəxsin adına olan Bakı şəhəri Binəqədi qəsəbəsi Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur və məhkəmənin məktubuna əsasən surəti məhkəməyə təqdim edilmişdir. Lakin iddiaçının istinad etdiyi xx.xx.2005-ci il tarixli 1727 saylı sərəncam nə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, nə də Binəqədi qəsəbəsi Bələdiyyəsində müəyyən edilməmişdir. 25.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli 09/3-155 saylı məktubundan görünür ki, X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 nömrəli sərəncamları Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. 26.İş materiallarında olan X25 ilə satıcı Anar Abdullayev arasında bağlanan xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə daşınmaz əmlakın qiyməti 15500 abş dolları həddində müəyyən edilmiş və 200 abş dolları məbləğində beh verilmişdir. Eyni tərəflər arasında bağlanan xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X18 tikdiyi iki otaq, bir zal, hamam-tualetdən ibarət evi 0,5 sot həyətyanı torpaq sahəsi ilə birlikdə X20 15500 abş dollarına satmış və pulu şahidlərin iştirakı ilə qəbul etmişdir. 27.Məhkəmə tərəfindən 18 sentyabr 2023-cü il tarixində baş tutmuş yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1 zal, 1 mətbəx və 2 yataq otağından ibarətdir. Həyətə daxil olarkən həyətin sağ tərəfində hin, sol tərəfində isə sanitar qovşağı yerləşir. Evdə Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 Şahnar qızı və uşaqları yaşayırlar. Torpağın ümumi sahəsi 1 sotdan çoxdur. 28.Yerində müayinə zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, Volkova Svetlananı 2015-ci ildən tanıyır. Belə ki, o, ailəsi ilə birlikdə qonşuluqda kirayə yaşayırdı. Volkova Svetlana heç vaxt bu evdə yaşamayıb. X23 (Vorovski) qəsəbəsində oğlu ilə birlikdə yaşayıb. Evi internet elanında görmüşdür. Bundan başqa adını bilmədiyi makler evi 20000 manata almaq istəyirdi, lakin Volkova Svetlana maklerin təklif etdiyi qiymətlə razı olmadığı üçün evi satmamışdır. Volkova Svetlanaya evə görə ilkin olaraq 1000 manat, qalan məbləği isə 2021-ci ilin mart ayına kimi aylıq 300-500-1000 manat olmaqla ödəmişdir. X33 almağı barədə rəsmi sənədi yoxdur. Volkova Svetlana özü və oğlu xəstə idilər. Volkova Svetlananın oğlu içki aludəçisi idi, hətta Volkova Svetlananın onu müalicə etdirdiyini də bilir. Mübahisəli evə 2015-ci ildə ailəsi ilə birlikdə köçmüşdür. O, alanda evin sənədi yox idi. Lakin 2019-cu ildə X11 rəsmi müraciət edib, evin sənədin almışdır. Ev 3 otaq və 1 mətbəxdən ibarətdir. Evin kommunal müqavilələri Volkova Svetlananın adınadır. 29.Yerində müayinə zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Volkova Svetlanaya xəstə olduğu zaman qulluq etmişdir. Həmin vaxtı iddiaçını bir dəfə olsun görməmişdir. X10 almışlar. 30.Yerində müayinə zamanı şahid qismində dindirilmiş X27 izahatında bildirmişdir ki, 5 ildir Əlizamangilnən qonşudur. Bu müddət ərzində evdə Əlizaman və onun ailəsindən başqa heç kimi görməmişdir. 31.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı Sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsini alğı-satqı qaydasında X12 mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsi üzərində olan tikili isə xx.xx.2005-ci il tarixli yazılı müqavilə əsasında X16 tərəfindən X20 15500 abş dollarına satılmışdır. Ehtimal olunur ki, Svetlana Volkova fərdi yaşayış evini 2005-ci ildə aldıqdan sonra torpaq sahəsinin sənədləşmə işini aparmış və naməlum səbəbdən əvvəlki ilə dair Bələdiyyə tərəfindən sərəncam verilmişdir. X25 xx.xx.2021-ci il tarixində ölmüşdür və onun əmisi qızı İddiaçı miras qoyanın qanun üzrə vərəsəsi kimi tanınmışdır. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak Azərbaycan Beynəlxalq Bankında xx.xx.2019-cu il tarixli müqavilə üzrə açılmış hesabda olan 27000 manat puldan və üzərinə hesablanan faizlərdən ibarət olmuşdur. 32.Bundan əlavə Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X8rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X25 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Azərbacan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 fevral 2014-cü il tarixli 2-1(81)-997/2014 saylı qərarı ilə X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı Sərəncamı etibarsız hesab edilmişdir. Lakin buna baxmayaraq, qətnamə icrasız qalmaqla X25 həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. 33.Hazırda yaranmış mübahisə isə onunla bağlıdır ki, cavabdehlər Quliyev İradə və Cavabdeh2 həmin fərdi yaşayış evində uşaqları ilə birlikdə yaşayırlar və evdən çıxmaqdan imtina edirlər. İmtinaları isə ilkin olaraq nümayəndə tərəfindən başqa cür əsaslandırılsa da, sonradan cavabdehlər tamam fərqli mövqedən çıxış etmişdirlər. Belə ki, cavabdehin nümayəndəsi, vəkili əvvəlcə torpaq sahəsinin 2005-ci ildə cavabdeh tərəfindən alındığını, bu barədə ona Bələdiyyə tərəfindən sərəncam verildiyini və evin də məhz cavabdeh tərəfindən tikildiyini bildirməklə iddiaya etiraz etsə də, yerində müayinə zamanı cavabdehlər şəxsən bildirdilər ki, həmin evdə 2015-ci ildən yaşamağa başlamışlar. Belə ki, əmlakın satıldığı barədə internet səhifəsində elan görmüş və bundan sonra evlə maraqlanmışlar. Həmin ərəfədə o, ərazidə işləyən maklerlər də həmin evi almaq istəyirdilər. Onlar Svetlanaya 20000 manat təklif etsə də, Svetlana razılaşmamışdır. Lakin o, evi 2015-ci ildə hissə-hissə ödəməklə X15 18000 aldığını, 2021-ci ilədək müxtəlif məbləğlərdə 1000, 500, 300 manat ödənişlər etdiyini, Bələdiyyənin sərəncamını isə 2019-cu il tarixdə əldə etdiyini bildirdi. Cavabdehlər 20000 manata maklerə satmaqdan imtina edən Volkova Svetlananın hansı səbəbə görə həmin evi onlara 6 il ərzində hissə-hissə ödəməklə 18000 manata satdığı barədə verilən suala Cavabdeh2 cavab verməmişdir. Bundan başqa hissə-hissə ödənişlərlə bağlı hər hansı şəxsin şahid olub-olmaması, alğı-satqı barədə razılığın təsdiq edilməsinə dair hər hansı sübutun olub-olmadığı barədə verilən suallara cavabdehlər cavab verməmişdir. 34.Məhkəmə tərəfindən X5 ayırdığı torpaq sahəsinin, Cavabdeh2 ayırdığı torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsi barədə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, Volkova Svetlanaya 200 kv.m ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 ayrılması nəzərdə tutulan 100 kv.m torpaq sahəsi üst-üstə düşür, lakin hansı hissədə kəsişməsini müəyyən etmək mümkün deyil. Bununla belə eyni fərdi yaşayış evi barədə mübahisə edildiyi işin mübahisəsiz halıdır. Eyni zamanda həmin torpaq sahəsinin X19 ərazisində yerləşməsi və X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 nömrəli sərəncamlarının Arxiv sənədlərində aşkar edilməməsi işin mübahisə doğurmayan digər hallarıdır. 35.Hazırda iddiaçı qanun üzrə vərəsəsi olduğu X20 məxsus fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin hər hansı hüquqi əsasının olmadığını, mirası qəbul etmiş vərəsənin harda və nədə ifadə edilməsindən asılı olmayaraq bütün miras əmlakı qəbul etdiyinə əsaslanaraq, cavabdehlərin əşyaları və uşaqları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmasını və özünün həmin evə köçürülməsini xahiş edir. Bununla yanaşı iddiaçı idda edir ki, cavabdehlər qeyd edilən evdə kirayəçi kimi yaşamış, Volkova Svetlananın vəfat etməsindən yararlanaraq evə qanunsuz sahiblik etməyə başlamışlar. 36.Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin obyekti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna baxmayaraq, mərhum X25 həmin fərdi yaşayış evini dəyərini ödəməklə 2005-ci ildə əldə etmişdir. Həmin fərdi yaşayış evinin mərhuma məxsus olmuş olması işin digər halları ilə də təsdiq olunur. Belə ki, məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı mülki işinin materiallarından da müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X8rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X25 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə qeyd edilən fərdi yaşayış evinin kommunal xidmətlərlə bağlı müqavilələri, sayğacları da məhz onun adı ilə bağlıdır. Bununla yanaşı cavabdehlər də fərdi yaşayış evinin mərhum X20 məxsus olmuş olduğunu qəbul edirlər. İşin mübahisələndirilən halı isə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması və fərdi yaşayış evinin cavabdehlər tərəfindən dəyərinin ödənilməklə alınıb-alınmamasıdır. 37.Birinci məsələ barədə məhkəmə qeyd etmişdir ki, mübahisənin obyektini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sökülməsi barədə qətnamə qəbul edilsə də, tikilinin yerləşdiyi torpaq sahəsinə dair Bələdiyyə qərarı etibarsız hesab edilsə də, bir iqtisadi dəyər kimi mövcuddur və onun müəyyən əmlak qiyməti vardır. Necə ki, mərhum X25 həmin fərdi yaşayış evini alarkən onun dəyərini ödəməklə sahiblik hüququ əldə etmişdir. Bu səbəbdən də mirası qəbul edən vərəsənin miras qoyanın bütün əmlak hüquqlarını da qəbul etmiş olması və bununla bağlı sahiblik hüququnu müdafiə etməsi qanuna uyğundur. 38.İkinci məsələ ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin sahibliyinin qanuniliyini sübut etmək bunu iddia edən tərəfin üzərinə düşür. Hansı ki, cavabdehlər həmin fərdi yaşayış evini dəyərini hissəhissə ödəməklə əldə etdiklərini bildirsələr də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki, məhkəmə tərəfindən onlara kifayət qədər şərait yaradılmış və mübahisənin davam etdiyi 1 ildən artıq müddətdə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayonu X7 xx.xx.2005-ci il tarixli sərəncamının da etibarlılığı mübahisə doğurur. Çünki 2005-ci ilə aid Bələdiyyə sərəncamı cavabdehlər tərəfindən əslində 2019-cu il tarixdə alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin qanuniliyi mübahisələndirilir. Odur ki, məhkəmə cavabdehlərin istinad etdiyi halları sübut edə bilmədiyinə görə, həmin halları mövcud olmayan kimi qiymətləndirir və o qənaətə gəlir ki, cavabdehlərin keçən müddət ərzində həmin evdə kirayə yaşamaları barədə iddiaçının dəlilləri inandırıcıdır. Lakin faktiki olaraq tərəflər arasında halhazırda hər hansı kirayə münasibətləri yoxdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisələndirilən fərdi yaşayış evinə sahibliyi qanunsuzdur. 39.Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə X20 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən(ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X17 və X2 və özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmalı və İddiaçı Yuriyevna həmin fərdi yaşayış evinə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 40.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 162, 164.1, 164.2, 165.2, 1151.1, 1243.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 41.Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 42.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində tərəflərindən iddiaçının əmlaka dair subyektiv hüququnun olmadığı bildirilmişdir. Belə ki, bələdiyyənin sərəncamının mövcudluğu, iddiaçıya mübahisəli fərdi yaşayış evinədair subyektiv hüquq vermir. Cavabdehlər və ailəsi faktiki olaraq orada yaşayırlar. Həmin torpaq sahəsinə dair X19 tərəfindən vətəndaş Cavabdeh2 2005-ci il tarixində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə Sərəncam verilmişdir. Necə olurki, torpaq sahəsi ilə bağlı 2 fərqli Sərəncam verilir. Hazırda torpağa dair iddiaçıda olan 2004-cü iltarixli sərəncam mübahisəlidir. Yəni həmin torpaq sahəsinin doğurdan da Volkovaya aid olması mübahisəlidir. Cavabdehlər 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikib və 10 ildən çoxdur ki, həmin mənzildəyaşayır. Cavabdehlər ümumiyyətlə orada kirayə yaşamayıb. Qeyd edilənlər birinci instansiya məhkəməsində tərəfindən səslənmişdir, lakin birici instansiya məhkəməsi səslənənlərə etinasız yanaşaraq qeyd edilən qətnaməni qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsinin cavabdehlərə qarşı qərəzli mövqedə olduğu, iddiaçının maraqlarını qoruduğu müəyyən olur. Eyni zamanda məhkəmə iclas barədə cavabdehi lazimi qaydada məlumatlandırmadan, cavabdehin iştirakı olmadan tələsik qətnamə qəbul edilmişdir. Bu səbəblərə görə də,hesab edirki, birinci instansiya məhkəsinin qətnaməsi ləğv olunmalıdır. Məhkəmə hazırki iş üzrə iddia tələblərini təmin edərkən iddiaçının əsassız və hər hansı bir subyektiv hüququ olmadan vermiş olduğu iddia tələblərindən iddiaçının xeyrinə qərəzli olaraq qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsinin aşağıdakı bəndlərində məhkəmənin qərəzli mövqeyi açıq-aşkar görünür. Qətnamənin 8-ci bəndində - ”Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxsin nümayəndəsi X22 izahatında bildirmişdir ki, işin hallarından göründüyü kimi Volkova Svetlayana məxsu olan sərəncam etibarsız hesab edilmişdir. Həmin qərardan bələdiyyə tərəfindən şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Cavabdehin sübut kimi təqdim etdiyi sərəncam isə bələdiyyənin arxivində aşkar edilməmişdir. Cavabdeh və onun ailə üzvləri mənzildə qaçqın kimi məskunlaşmışlar. Hesab edir ki, qaçqın kimi öz evlərinə köçürülən zamana qədər iddiaçı tərəfindən onlara güzəşt edilə bilər. Digər tərəfdən Volkova Svetlananın sərəncamı etibarsız hesab edildiyindən, Veranında, iddia qaldırmaq üçün subyektiv hüququ aradan qalxmış olur” göstərilən müddəaya əsasən məhkəmə iclasında iştirak edən müstəqil tələbirəli sürməyən İİİ şəxsin nümayəndəsinin verdiyi izahatdan da görünür ki, iddiaçının istinad etdiyi Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamı etibarsız hesabolunmuş və müvafiq qətnamə ilə iddiaçıya miras qoyan Volkova Svetlananın artıq həmin mübahisəli mənzilə hər hansı hüququnun olmadığını və həmin mənzildən çıxarılmasını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması qeyd olunan bənddə bələdiyyənin nümayəndəsinin məhkəməyə verdiyi izahatlarda özəksini tapmışdır. Bundan əlavə məhkəmə qətnaməsinin17-ci bəndində - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cüil tarixli, 10/8730 saylı ekspert rəyindən görünür ki, X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 saylı Sərəncamları əsasında verilmiş sxemlərdə torpaq sahələrinin texniki göstəriciləri (eni,uzunluğu), döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından X12 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hansı hissədə kəşisməsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə tədqiqatın təsviri hissəsində qeyd edilmişdir ki, 2004-cü il tarixli və 2005-ci il tarixli Bələdiyyə sərəncamı əsasında verilmiş sxem üzrə torpaq sahələrinin yerləşmə mövqeyinin eynilik təşkil etdiyi müəyyən edilmişdir” - göstərilən müddəaya əsasən Məhkəmə Ekspertizası Mərkəzi X12 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hansı hissədə kəşisməsini müəyyən edə bilməmişdir. Sözügedən məhkəmə qətnaməsinin18-ci bəndində qeyd edilmişdir ki, məhkəmə Bakı Apellyasia Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-557/2014 saylı qətnaməsinə istinad etmiş və həmin qətnamənin məzmunundan dagöründüyü kimi cavabdeh X12 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci itlarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmış və hansı ki həmin qətnamə ilə məhkəmə öz iş materalındakı sübutlara əsasən X12 adına verilmiş Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamı etibarsız elan edilmiş və həmin şəxsin evdən çıxarılması ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamənin 19-cu bəndində hazırkı işə baxan hakim tərəfindən Bakı Apellyasia Məhkəməsinin qətnaməsinin məzmununa da istinad edilmişdir. Bundan əlavə məhkəmə qətnaməsinin 21-ci bəndində - ”Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli 09/3-155 saylı məktubundan görünürki, X7 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 nömrəli sərəncamları Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir” müddəasına istinad etmişdir. Qeyd edilən bütün bu hallar onu göstərir ki, məhkəmə bütün bu faktlara istinad etməsinə baxmayaraq qərəzli şəkildə qanunla tətbiq olunmalı normanı tətbiq etməli olduğu halda etməmiş və iddiaçının mənafeyini güdərək Mülki Məcəllənin 115, 1243, 164, 157, 162-ci maddələrinə istinad etmişdir. Halbuki qeyd olunan maddələrin bu mübahisəyə tətbiq olunması tamamilə qanunsuz və əsassız olması məhkəmənin qərəzli olduğunu göstərir. Daha bir məqamı qeyd edir ki, məhkəmə qətnaməsinin 22-ci bəndində - ”X25 ilə satıcı Anar Abdullayev arasında bağlanan xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə daşınmaz əmlakın qiyməti 15.500 Abş dolları həddində müəyyən edilmiş və 200 Abş dolları məbləğində beh verilmişdir. Eyni tərəflər arasında bağlanan xx.xx.2005-ci iltarixli alğı-satqı müqaviləsindən görünür ki, X18 tikdiyi iki otaq, bir zal,hamam-tualetdən ibarət evi 0,5 sot həyətyanı torpaq sahəsi ilə birlikdə X20 15.500 Abş dollarına satmış və pulu şahidlərin iştirakı ilə qəbul etmişdir” faktını göstərilmişdir. Bu bəndin məzmunundan görünür ki, X12 adına verilmiş Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamı özü-özlüyündə etibarsızdır. Belə ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərə əsasən mübahisəli mənzili X25 Anar Abdullayev adlışəxsdən xx.xx.2005-ci il tarixində 15.500 Abş dollarına almışdır. Lakin həmin alğı-satqı müqaviləsi qanunsuz və əsassız olmaqla müvafiq qaydada notarial qaydada bağlanmışdır. Bunda irəli gələrək mənzilin hər hansı hüquqi sənədləri mövcud deyildir. Həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatından keçmədiyindən, X16 adlı şəxsin həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ mövcud olmamışdır. Buradan irəli gələrək qeyd olunan əmlak qanunsuz tikili olması səbəbindən onun üzərində mülkiyyət hüququnun elementlərinin hər hansı biri (sahiblik, istifadə və sərəncam) olmadığından X25 və Anar Abdullayev adlı şəxs arasında şərti olaraq xx.xx.2005-ci il tarixli bağlanan alğı-satqı müqaviləsi özü-özlüyündə hər hansı bir məna kəsb etmir. Buna baxmayaraq qeyd edilən sənədin mövcudluğu X12 adına verilmiş 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamın sonradan hansısa qanunsuz yollarla əldə edildiyinə dəlalət edir. Sözügedən məhkəmə qətnaməsinin 27-ci bəndində qeyd edilmişdir ki, ”Yerində müayinə zamanı şahid qismində dindirilmiş X27 izahatında bildirmişdir ki, 5 ildir Əlizamangilnən qonşudur. Bu müddət ərzində evdə Əlizaman və onun ailəsindən başqa heç kimi görməmişdir”. Qeyd edilən izahatdan da göründüyü kimi bu mənzildə ancaq cavabdeh və onun ailə üzvləri yaşamış və X25 dünyasını dəyişməmişdən əvvəl mənzili tərk etmiş və həmin mənzildə ümumiyyətcə yaşamamışdır. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə faktiki hallar qismində əsassız olaraq X12 adına verilmiş Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı 30 noyabr 2004-cü iltarixli sərəncamı etibarsız hesab etməsinə baxmayaraq X12 həmin mənzildə yaşadığını qeyd etmişdir. Lakin iddiaçının özünün də iddia ərizəsindən görünür ki, X25 həmin evdə yaşamayıb. Həmin evdə Cavabdeh1 ilə birlikdə ailə üzvləri olan Cavabdeh2, X17 və X2 ilə yaşayıblar. Qətnamənin 31-ci bəndində -“Məhkəmə tərəfindən X5 ayırdığı torpaq sahəsinin, Cavabdeh2 ayırdığı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, Volkova Svetlanaya 200 kv.m ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 ayrılması nəzərdə tutulan 100 kv.m torpaq sahəsi üst-üstə düşür, lakin hansı hissədə kəsişməsini müəyyən etmək mümkün deyil. Bununla belə eyni fərdi yaşayış evi barədə mübahisə edildiyi işin mübahisəsiz halıdır. Eyni zamanda həmin torpaq sahəsinin X19 ərazisində yerləşməsi və X7 xx.xx.2004-cü il tarixli,1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 nömrəli sərəncamlarının Arxiv sənədlərində aşkar edilməməsi işin mübahisə doğurmayan digər hallarıdır”- müddəalarını qeyd etmişdir. İddianın əsassız olduğuna dəlalət edən bütün bu müddəaların qətnamədə sadalanmasına baxmayaraq məhkəmə hansısa maraqlarını güdərək qətnamənin 32-ci bəndində ”Hazırda iddiaçı qanun üzrə vərəsəsi olduğu X20 məxsus fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin hər hansı hüquqi əsasının olmadığını, mirası qəbul etmiş vərəsənin harda və nədə ifadə edilməsindən asılı olmayaraq bütün miras əmlakı qəbul etdiyinə əsaslanaraq, cavabdehlərin əşyaları və uşaqları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmasını və özünün həmin evə köçürülməsini xahiş edir. Bununla yanaşı iddiaçı idda edirki, cavabdehlər qeyd edilən evdə kirayəçi kimi yaşamış, Volkova Svetlananın vəfat etməsindən yararlanaraq evə qanunsuz sahiblik etməyə başlamışlar”müddəasını qeyd etmişdir. Sözügeden bu müddəa haqqında qətnamənin ilk 31 bəndində hər hansı bir hal müəyyən olunmamış, lakin 32-ci bənddə məhkəmə qəflətən qeyd olunan halı məhkəmədə müəyyən edir və buna əsasən məhkəmə qanunsuz və əsassız olaraq iddiaçının maraqlarını güdərək Mülki Məcəllənin 157; 162; 164; 165; 1051; 1243.3-cü maddələrinə istinad edərək qeyd olunan əsassız qətnaməni qəbul etmişdir. Məhkəmə hazırki əsassız qətnaməni qəbul edərkən qətnamənin 41 və 42-ci bəndlərində absurt olaraq hüquqla və qanunla hər hansı bir əlaqəsi olmayan əsaslandırma etməyə çalışmışdır. Beləki, “Birinci məsələbarədə məhkəmə bildirir ki, mübahisənin obyektini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sökülməsi barədə qətnamə qəbul edilsə də, tikilinin yerləşdiyi torpaq sahəsinə dair Bələdiyyə qərarı etibarsız hesabedilsə də bir iqtisadi dəyərkimi mövcuddur və onun müəyyən əmlak qiyməti vardır. Necəki, mərhum X25 həmin fərdi yaşayış evini alarkən onun dəyərini ödəməklə sahiblik hüququ əldə etmişdir. Bu səbəbdən də mirası qəbul edən vərəsənin miras qoyanın bütün əmlak hüquqlarını da qəbul etmiş olması və bununla bağlı sahiblik hüququnu müdafiə etməsi qanuna uyğundur”. Məhkəmə 41 və 42-ci bəndlərdə bunları göstərməklə özünün aşkar şəkildə qərəzli mövqeyini göstərmiş olur. Məhkəmə heç bir hüquqi əsas olmadan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən qanunsuz olduğu təsdiq olunan, həmçinin həmin qanunsuz tikilinin sökülməsinə və Svetlana Volkovanın həmin qanunsuz tikilidən çıxarılmasına dair qətnamə olmasına baxmayaraq mərhum X12 həmin qanunsuz tikiliyə sahiblik hüququnun olmasını qeyd etmişdir. Halbuki qanunvericilik üzrə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun elementləri kimi şəxsin həmin əmlaka sahibliyi yalnız həmin əmlaka dair hüquqmüəyyənedici sənədinin olduğu halda tanına bilər. Yəni bu hüquqların mövcud olması üçün həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin şəxsə məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədi olmalı, ya da daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmiş olmalı və yaxud da qeydiyyatdan keçməyə əsas verən hüquqmüəyyənedici sənədi olmalıdır. Halbuki qətnamənin ümumi məzmunundan görünür ki, bumübahisəli əmlak qanunsuz tikilidir və burada hər hansı sahiblik və istifadə hüquqdan söhbət gedə bilməz. Həmin əmlaka X12 sahiblik hüququ yaranmadığı halda iddiaçının həmin əmlaka hansı hüquqi əsaslarla sahiblik hüququn yaranması və belə bir iddia irəli sürməsi təəssüf hissi doğurur. Həmçinin məhkəmənin də belə bir qətnamə qəbul etməsi qərəzdən və iddiaçının maraqlarını güdməsindən başqabir şey deyildir. Yuxarıda sadalanan faktlar onu deməyə əsas verir ki, məhkəmə hazırki qətnaməni qəbul edərkən iş materiallarında olan çoxsaylı sübütlara baxmayaraq bilə-bilə ədalətsiz qətnamə qəbul etmişdir! b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 43.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 44.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, mübahisəli ev mərhum X20 məxsus olmuşdur. Cavabdehlər həmin evi pulunu ödəməklə mərhum X15 almışlar. Lakin bununla bağlı məhkəməyə təqdim olunası sübutları mövcud deyildir. 45.İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 46.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 47.Maddə 162.Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 48.Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 49.Maddə 164.2.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 50.Maddə 165.2.Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 51.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 52.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 53.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 55.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 57.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 58.Kollegiya cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 59.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna baxmayaraq, mərhum X25 həmin fərdi yaşayış evini dəyərini ödəməklə 2005-ci ildə əldə etmişdir. 60.Özbaşına tikili olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin mərhum X20 məxsus olmasını məhkəmə kollegiyası həmçinin ona görə qəbul edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı mülki işinin materiallarından da müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X8rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X25 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. 61.Göründüyü kimi Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə hazırki iş üzrə mübahisə predmeti olan özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbini məhz X8rşı yönəltmiş və həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini X25 apellyasiya şikayəti verərək mübahisələndirmişdir. 62.Bundan əlavə qeyd edilən fərdi yaşayış evinin kommunal xidmətlərlə bağlı müqavilələri, sayğacları da məhz onun adı ilə bağlıdır. 63.İş üzrə keçirilmiş ekspertiza rəyində torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından X12 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hansı hissədə kəşisməsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə tədqiqatın təsviri hissəsində qeyd edilmişdir ki, 2004-cü il tarixli və 2005-ci il tarixli Bələdiyyə sərəncamı əsasında verilmiş sxem üzrə torpaq sahələrinin yerləşmə mövqeyinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. 64.Göründüyü kimi, cavabdehlərin yaşadığı evin yerləşdiyi torpaq sahəsi mərhum X20 ayrılmış torpaq sahəsi ilə eynilik təşkil edir. 65.Cavabdeh tərəf isə birinci instansiya məhkəməsinin iclasında 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikdiyini bildirsə də, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı X33 satın aldığını bildirərək ziddiyətli ifadələrə yol vermişdir. Hazırki apellyasiya mərhələsində də, cavabdehlərin nümayəndəsi izahatında qeyd etdi ki, mübahisəli ev mərhum X20 məxsus olmuşdur. Cavabdehlər həmin evi pulunu ödəməklə mərhum X15 almışlar. Lakin bununla bağlı məhkəməyə təqdim olunası sübutları mövcud deyildir. 66.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sökülməsi barədə qətnamə qəbul edilsə də, tikilinin yerləşdiyi torpaq sahəsinə dair Bələdiyyə qərarı etibarsız hesab edilsə də, hal-hazırda bir iqtisadi dəyər kimi mövcuddur və onun müəyyən əmlak qiyməti vardır. 67.İş materiallarından göründüyü kimi mərhum X25 həmin fərdi yaşayış evini alarkən onun dəyərini ödəməklə sahiblik hüququ əldə etmişdir. Bu səbəbdən də mirası qəbul edən hazırki iş üzrə iddiaçı olan vərəsənin miras qoyanın bütün əmlak hüquqlarını da qəbul etmiş olması və bununla bağlı sahiblik hüququnu müdafiə etməsi nəzərə alınmaqla hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 68.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı fərdi yaşayış evindən digər şəxslərin (cavabdehlərin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mübahisələndirilən fərdi yaşayış evininə sahiblik hüququ ilə malik olan X12 vərəsəsi kimi digər şəxslərin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehlərin, iddiaçının iradəsi ziddinə orada yaşamaları qanuni və əsaslı hesab edilə bilməz və onun hüquqlarının pozulmasına gətirib çıxarar. 69.Cavabdehlər isə mübahisələndirilən ev üzərində sahiblik hüquqlarının qanuni olduğunu, həmin evi mərhum X15 satın aldığını iddia etsələr də, bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. 70.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 71.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 72.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 73.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 74.Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə kifayət qədər şərait yaradılmış və mübahisənin davam etdiyi 1 ildən artıq müddətdə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayonu X7 xx.xx.2005-ci il tarixli sərəncamının da etibarlılığı mübahisə doğurur. Çünki 2005-ci ilə aid Bələdiyyə sərəncamı cavabdehlər tərəfindən əslində 2019-cu il tarixdə alınmışdır. 75.Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin qanuniliyi mübahisələndirilir. Odur ki, məhkəmə cavabdehlərin istinad etdiyi halları sübut edə bilmədiyinə görə, həmin halları mövcud olmayan kimi qiymətləndirmişdir. 76.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 77.Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətində məhkəmə baxışından xəbərsiz olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasının keçirilməsi ilə bağlı cavabdeh tərəfin nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə bildiriş yüklənmişdir (İ cild, i/v 178) 78.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(001)-205/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 79.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 80.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 81.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 82.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(001)-205/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2174/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2174/2024
21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver