Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2178/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-43/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ev 2, 56 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda, mənzilin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 vəsatət verərək Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər X1, İddiaçı, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbinə dair işə baxılmaq üçün xx.xx.2023cü il tarixə təyin olunmuşdur. Odur ki, həmin iş baxılıb qurtarlanadək, hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdir Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə 2(007)-43/2023 saylı mülki işin icraatı dayandırılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verilərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün təyin olunmasını xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 2(007)-312/2022 saylı mülki işin icraatının dayandırılması barədə vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin MKnın və Ali Məhkəməsinin MK-nın qərarları ilə qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi H.Əhmədova eyni mübahisə predmetinə dair müxtəlif qərardadlar qəbul etmişdir. Bu yolverilməzdir. Kobud qanun pozuntusudur. Məhkəməyə sədrlik edən şəxsin işin nəticəsi ilə maraqlı olmasını təsdiq edir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı Cavabdehlər X1, İddiaçı, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və hazırda həmin inzibati iş məhkəmənin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-43/2023 nömrəli, 09 yanvar 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2178/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2178/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver