Məhkəmə qərarları › İş №2(103)-2184/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2184/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2184/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızı katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh nümayənəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Türkiyə Respublikasının “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Türkiyə Respublikasının “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyinə (bundan sonra, cavabdeh) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə itən boqajdakı əşyalara görə maddi zərər kimi 150 manat, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, boqajın itməsi səbəbi ilə yarışlara qatılmamaqla dəymiş maddi zərər olaraq 2000 ABŞ dolları manatla məzənnə üzrə, 100000 manat olimpiada mükafatı və 100000 manat mənəvi zərər, habelə vəkilə göstərdiyi yardıma görə ödədiyi 300 manat və 506.2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5639/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin olunaraq, cavabdehdən maddi zərərə görə 460 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), mənəvi zərərə görə 1000 manat pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, iddiaçının vəkilə göstərdiyi yardıma görə ödədiyi 300 manat, tərcümə haqqı olaraq ödədiyi 230 manat və 506,20 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%, yəni 518,10 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50% hissəsinin isə iddiaçının özünə aid edilməsi qət olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı tərəflər məhkəmədən kənar qaydada razılığa gələrək, məhkəməyə 15 may 2025-ci il tarixli yazılı barışıq sazişi təqdim etmiş və yalnız barışıq sazişində qeyd edilənlərin icra olunacağını bildirərək, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olmasını, məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin tam ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişini nəzərdən keçirib, tərəflərin münasibətini aydınlaşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunmaqla, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 15 may 2025-ci il tarixli barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh Türkiyə Respublikasının “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyi öhdəsinə götürür ki, barışıq sazişinin təsdiqlənməsinə dair məhkəmə qərardadının qəbul edilməsindən 10 (on) iş günü ərzində 960 (doqquz yüz altmış) ABŞ dollarının hazırkı tarixə manat ekvivalenti olan 1564 (min beş yüz altmış dörd) manat məbləğində pul vəsaitini İddiaçı (Ş/V AA*******) bank hesabına köçürəcəkdir.

2. Cavabdeh “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyi öz öhdəsinə götürür ki, İddiaçı (Ş/V AA*******) 2025-ci ilin noyabr ayında Fransa Respublikasının Paris şəhərinə təyyarənin ekonom sinfi üzrə səyahət etməsi üçün (gediş və qayıdış) onun tərəfindən heç bir əlavə və əsas ödənişlər edilmədən 1 (bir) ədəd açıq (yəni 2025-ci ilin noyabr ayında olması şərtilə uçuş tarixləri göstərilmədən) aviabilet verəcəkdir.

3. Cavabdeh “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyi öz öhdəsinə götürür ki, İddiaçı (Ş/V AA*******) X4 uçuş həyata keçirdiyi Avropa qitəsinin istənilən bir ölkəsinə təyyarənin ekonom sinfi üzrə səyahət etməsi üçün (gediş və qayıdış) sazişdə göstərilən şərtlərlə onun tərəfindən heç bir əlavə və əsas ödənişlər edilmədən 1 (bir) ədəd açıq (yəni 2025-ci ilin noyabr ayında olması şərtilə uçuş tarixləri göstərilmədən) aviabilet verəcəkdir.

4. Tərəflər razılaşırlar ki, iddiaçı, Fransa Respublikasının Paris şəhərinə olan uçuşla bağlı aviabiletin X4 komputer məlumat bazasında yerləşdirilməsi üçün bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 30 (otuz) təqvim günü müddətində, X4 uçuş həyata keçirdiyi Avropa qitəsinin istənilən bir ölkəsinə olan uçuşla bağlı isə 2025-ci ilin sonuna qədər bütün zəruri məlumat və sənədləri təqdim etməklə THY-nin Bakı ofisinə müraciət etməlidir.

5. Tərəflər razılaşırlar ki, komputer məlumat bazasında yerləşdirilən açıq (yəni tarixləri göstərilməyən) aviabilet yerləşdirilmə tarixindən etibarən 1 (bir) il müddətinə etibarlıdır və həmin müddət qurtardıqdan sonra aviabilet etibarlı olmayacaqdır, bununla da iddiaçı ondan istifadə edə bilməyəcəkdir.

6. Tərəflər razılaşırlar ki, planlanan uçuşların tarixinə ən azı 2 (iki) həftə qalmış iddiaçı heç bir əlavə və əsas ödənişlər etmədən THY-nin Bakı ofisinə müraciət etməklə sazişin 7-ci bəndi nəzərə alınmaqla dəqiq uçuş tarixləri (gediş və qayıdış) göstərilmiş aviabileti əldə etməlidir.

7. Tərəflər razılaşırlar ki, komputer məlumat bazasında yerləşdirilən açıq (yəni tarixləri göstərilməyən) aviabilet başqa bir sərnişin adına dəyişdirilə bilməz.

8. Tərəflər razılaşırlar ki, həmin açıq (yəni tarixləri göstərilməyən) aviabiletlərin geri qaytarılması mümkün deyildir.

9. Tərəflər razılaşırlar ki, aviabiletlərin təsdiqi THY-nin baş ofisi tərəfindən təsdiq edildiyi üçün pik sezon və ya keçirilən tədbirlər səbəbi ilə iddiaçının uçuşla bağlı tələbi qarşılanmaya bilər.

10. Tərəflər razılaşırlar ki, açıq (yəni tarixləri göstərilməyən) aviabiletlərin əldə edilməsi və biletləmə əməliyyatları ancaq X4 Bakı ofisi vasitəsilə aparılmalıdır.

11. Tərəflər razılaşırlar ki, barışıq sazişi icra edildikdən sonra Tərəflərin bir-birinə qarşı heç bir tələbi qalmayacaq.

12. İddiaçı təsdiq edir ki, cavabdeh tərəfindən yuxarıda göstərilən şərtlərə əməl olunmaqla ona vurulmuş bütün real və mənəvi zərər tam həcmdə ödənilmiş hesab olunacaqdır.

13. İcraata xitam verilmə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

14. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

15. Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olmaqla 4 (dörd) nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib ..., bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Türkiyə Respublikasının “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 15 may 2025-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. Cavabdeh Türkiyə Respublikasının “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyi öhdəsinə götürür ki, barışıq sazişinin təsdiqlənməsinə dair məhkəmə qərardadının qəbul edilməsindən 10 (on) iş günü ərzində 960 (doqquz yüz altmış) ABŞ dollarının hazırkı tarixə manat ekvivalenti olan 1564 (min beş yüz altmış dörd) manat məbləğində pul vəsaitini İddiaçı (Ş/V AA*******) bank hesabına köçürəcəkdir.

2. Cavabdeh “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyi öz öhdəsinə götürür ki, İddiaçı (Ş/V AA*******) 2025-ci ilin noyabr ayında Fransa Respublikasının Paris şəhərinə təyyarənin ekonom sinfi üzrə səyahət etməsi üçün (gediş və qayıdış) onun tərəfindən heç bir əlavə və əsas ödənişlər edilmədən 1 (bir) ədəd açıq (yəni 2025-ci ilin noyabr ayında olması şərtilə uçuş tarixləri göstərilmədən) aviabilet verəcəkdir.

3. Cavabdeh “X5 X3 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X5” Nümayəndəliyi öz öhdəsinə götürür ki, İddiaçı (Ş/V AA*******) X4 uçuş həyata keçirdiyi Avropa qitəsinin istənilən bir ölkəsinə təyyarənin ekonom sinfi üzrə səyahət etməsi üçün (gediş və qayıdış) sazişdə göstərilən şərtlərlə onun tərəfindən heç bir əlavə və əsas ödənişlər edilmədən 1 (bir) ədəd açıq (yəni 2025-ci ilin noyabr ayında olması şərtilə uçuş tarixləri göstərilmədən) aviabilet verəcəkdir.

4. Tərəflər razılaşırlar ki, iddiaçı Fransa Respublikasının Paris şəhərinə olan uçuşla bağlı aviabiletin X4 komputer məlumat bazasında yerləşdirilməsi üçün bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 30 (otuz) təqvim günü müddətində, X4 uçuş həyata keçirdiyi Avropa qitəsinin istənilən bir ölkəsinə olan uçuşla bağlı isə 2025-ci ilin sonuna qədər bütün zəruri məlumat və sənədləri təqdim etməklə THY-nin Bakı ofisinə müraciət etməlidir..

5. Tərəflər razılaşırlar ki, komputer məlumat bazasında yerləşdirilən açıq (yəni tarixləri göstərilməyən) aviabilet yerləşdirilmə tarixindən etibarən 1 (bir) il müddətinə etibarlıdır və həmin müddət qurtardıqdan sonra aviabilet etibarlı olmayacaqdır, bununla da iddiaçı ondan istifadə edə bilməyəcəkdir.

6. Tərəflər razılaşırlar ki, planlanan uçuşların tarixinə ən azı 2 (iki) həftə qalmış iddiaçı heç bir əlavə və əsas ödənişlər etmədən THY-nin Bakı ofisinə müraciət etməklə sazişin 7-ci bəndi nəzərə alınmaqla dəqiq uçuş tarixləri (gediş və qayıdış) göstərilmiş aviabileti əldə etməlidir.

7. Tərəflər razılaşırlar ki, komputer məlumat bazasında yerləşdirilən açıq (yəni tarixləri göstərilməyən) aviabilet başqa bir sərnişin adına dəyişdirilə bilməz.

8. Tərəflər razılaşırlar ki, həmin açıq (yəni tarixləri göstərilməyən) aviabiletlərin geri qaytarılması mümkün deyildir.

9. Tərəflər razılaşırlar ki, aviabiletlərin təsdiqi THY-nin baş ofisi tərəfindən təsdiq edildiyi üçün pik sezon və ya keçirilən tədbirlər səbəbi ilə iddiaçının uçuşla bağlı tələbi qarşılanmaya bilər.

10. Tərəflər razılaşırlar ki, açıq (yəni tarixləri göstərilməyən) aviabiletlərin əldə edilməsi və biletləmə əməliyyatları ancaq X4 Bakı ofisi vasitəsilə aparılmalıdır.

11. Tərəflər razılaşırlar ki, barışıq sazişi icra edildikdən sonra Tərəflərin bir-birinə qarşı heç bir tələbi qalmayacaq.

12. İddiaçı təsdiq edir ki, Cavabdeh tərəfindən yuxarıda göstərilən şərtlərə əməl olunmaqla ona vurulmuş bütün real və mənəvi zərər tam həcmdə ödənilmiş hesab olunacaqdır.

13. İcraata xitam verilmə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

14. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

15. Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olmaqla 4 (dörd) nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar