Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2190/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı torpaq sahəsinin kompensasiya ödəməklə əldə edilməsi tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh ərizəsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4759/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına rəsmiləşmiş Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin bir hissəsində yerləşən, onun tərəfindən inşa və təmir olunmuş, həmçinin sahibliyində və istifadəsində olan yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin cavabdehə 2000 manat bazar qiyməti ödəməklə cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X5 da iş üzrə iddiaçı qismində işə cəlb olunmuşdur. İddiaçı və X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh adına rəsmiləşmiş, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin bir hissəsində yerləşən, onlar tərəfindən inşa və tam təmir olunmuş,həmçinin sahibliklərində və istifadələrində olan yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinin cavabdehə 2000 manat bazar qiyməti ödəməklə cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətlər etməyi, həmin torpaq sahəsində hər hansı işlərin aparılması və müdaxilənin cavabdehə və digər şəxslərə qadağa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4759/2021 saylı qərardadı ilə ərizə təmin edilərək Cavabdeh məxsus Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsi, həmin torpaq sahəsində hər hansı işlərin aparılması və müdaxilənin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4759/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə hazırki iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1182/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4759/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin üzərinə qoyulmuş hər hansı qadağa və həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4759/2022 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Hazırda İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4759/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Belə olan halda işə onun iştirakı olmadan baxılması mülki prosessual hüquqlarımın kobud pozuntusuna səbəb olmuşdur. Bu hal isə düzgün olmayan qərardadın çıxarılmasına səbəb olduğu üçün qərardadın ləğvi üçün əsas təşkil edir. Məhkəmə Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmasını müvəqqəti təminat tədbirinin ləğvi üçün kifayət hesab etmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi həmin qətnamənin qüvvəyə minməsinin qarşısını alır və işə kassasiya instansiyası məhkəməsində baxılanadək müvəqqəti təminat tədbiri də qüvvədə saxlanmalıdır. Çünki kassasiya instansiya məhkəməsinin apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin etmək səlahiyyəti də olduğu üçün iddianın gələcəkdə təmin edilməsi istisna deyil. Belə vəziyyətdə müvəqqəti təminat tədbirinin ləğvini əsassız hesab edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4759/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4759/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycanb Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Hazırki iddia tələbi üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4759/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı torpaq sahəsinin kompensasiya ödəməklə əldə edilməsi barədə iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1182/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4759/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1182/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1182/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1182/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və qərardad icra edilməsi Azərbaycan Respublikası Vəkillər X2 həvalə edilmişdir. Daha sonra yenidən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1182/2022 saylı qərardadı ilə 21 fevral 2022-ci il tarixli qətnaməsindən vəkil X6 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və bundan sonra hər hansı hərəkət olmamışdır. Hazırda iddia tələbi təmin edilmədiyindən və bu barədə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1182/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə olan zərurət prosessual qanunvericiliyin tələbləri baxımından aradan qalxmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məxsus Xaçmaz rayonu Səlimoba kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə, həmin torpaq sahəsində hər hansı işlərin aparılması, müdaxilənin cavabdehə və digər şəxslərə qadağan edilməsinin götürülməsi barədə ərizəni təmin etməkdə haqlı olmuşdur. Belə ki, həmin məhdudlaşdırmanın davam etdirilməsi mülkiyyət hüququna həddən artıq müdaxilə kimi qiymətləndirilməlidir. Şikayətin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab edilməməklə qərardadın ləğv edilməsinə əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4759/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2190/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2190/2023
06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver