Məhkəmə qərarları › İş №2(103)-2195/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2195/2024

09.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2195/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X25, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 və Nümayəndə1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxslər X26, X22, X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 (Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X17 və qeyrilərinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı "etibarnamələrin, razılıqların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və dövlət reyestr qeydiyyatının ləğv edilməsi" tələbinə dair ilkin iddia ərizəsinə, iddiaçılar Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(009)-47/2024 nömrəli qətnaməsindən iddiaçılar – qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyətçilər olan İddiaçı2 ilə İddiaçı1 mülkiyyətində olmuş və həmin sahə xx.xx.2022-ci il tarixdə Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi icarəçi Cavabdeh4 tərəfindən saxta sənədlər əsasında hazırki iş üzrə Cavabdeh2, daha sonra isə sonuncu tərəfindən digər cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 ilə Cavabdeh1 adlarına özgəninkiləşdirilmişdir. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 ilk iddialarında sözügedən özgəninkiləşdirilmələrin tam qanunsuz olmasını göstərərək etibarsız hesab edilməsi və onun hüquqi nəticələrin ləğv edilməsini, mülkiyyət hüquqlarının bərpasını, həmin sahənin hazırki mülkiyyətçiləri olan Cavabdeh3 və Cavabdeh1 isə qarşılıqlı iddialarında İddiaçı2, İddiaçı1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılaraq sahənin onlara təhvil verilməsini iddia edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X17, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli və xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatının ləğv edilməsi; əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması; həmin əmlakdan Cavabdeh3 və Cavabdeh1 çıxarılmaqla əmlakın boşaldılması və birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, obyekt birgə iddiaçıların mülkiyyətindədir. İddiaçı2 (bundan sonra– “1-ci iddiaçı”) və İddiaçı1 (bundan sonra– “2-ci iddiaçı”) (1-ci iddiaçı və 2-ci iddiaçı birlikdə “Birgə Mülkiyyətçilər və ya Birgə İddiaçılar” kimi adlandırılacaqdır) xx.xx.2004-cü il tarixli 003510 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinin ümumi birgə mülkiyyətçiləridir. Birgə iddiaçılar obyekti icarəyə vermişlər. Birgə mülkiyyətçilər obyekti xx.xx.2022-ci il tarixdə Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2024cü il tarixədək icarəyə vermişdir. Birgə iddiaçıların adına qanunsuz olaraq yeni elektron çıxarış əldə edilmişdir. xx.xx.2023-cü il tarixdə obyektin yanından keçərkən obyektdə satılma barədə elanı 1-ci iddiaçı görmüş, bundan sonra obyektin qanunsuz olaraq mülkiyyətdən çıxmasını aşkar etmişdir. Araşdırdıqda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə birgə mülkiyyətçilərin adına obyektə dair mülkiyyət hüququnu təsdiq edən yeni sənəd- **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə edilmişdir. Buna səbəb obyektin alqı-satqısı haqqında müqavilənin notarius tərəfindən təsdiq edilməsinin mümkün edilməsi olmuşdur. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini notariat işinə əlavə edir. “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Qanuna uyğun olaraq real vaxt rejimində əldə edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı elektron çıxarışla rəsmiləşdirilmədiyi halda, əmlaka sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən təsdiq edilərkən əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında sənədin əsli notariat işinə əlavə edilməlidir. Obyektə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin əsli isə birgə iddiaçılarda olduğundan və cavabdehlərdə olmadığından onlar dövlət reyestrindən elektron çıxarış əldə etmişlər, bununla da elektron çıxarış “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində notarius tərəfindən əldə edilmişdir. Birgə iddiaçıların adından obyekt 1-ci dəfə başqasının adına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Bu hadisədən sonra, xx.xx.2023-cü il tarixdə AN-1 ******* nömrəli müqavilə ilə birgə iddiaçılar adından 1ci cavabdeh obyekti Cavabdeh2 (bundan sonra–“2-ci Cavabdeh”) 480.000 manata satmışdır. Həmin müqavilənin bağlanmasının əsasını aşağıdakı sənədlər təşkil etmişdir: 1ci iddiaçı adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhər X19 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023-2-204 reyestr nömrəli etibarnamə; 2-ci iddiaçının adından verilmiş və eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamə (bundan sonra–hər 2 etibarnamə birlikdə “Etibarnamələr” adlandırılacaqdır); 1-ci iddiaçının xx.xx.1993-cü il tarixdən nikahda olduğu arvadı X2 (ş.v. nömrəsi: AZE14637991, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 1L1H7T8) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq; 2-ci iddiaçı ilə xx.xx.1986-cı il tarixdən nikahda olduğu arvadı X22 (ş.v. nömrəsi: AZE09084003, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 2AG2H3B) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq (bundan sonra– hər 2 razılıq birlikdə “Razılıqlar” adlandırılacaqdır); Halbuki, nə 1-ci iddiaçı, nə də 2-ci iddiaçı hər hansı bir şəxsin, o cümlədən 1-ci cavabdehin adına etibarnamə verməmiş, onların arvadları da obyektin satışına dair heç bir razılıq verməmiş, həmin şəxslərin heç biri ümumiyyətlə xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında olmamışdır. **********328 nömrəli ərizənin və xx.xx.2023-cü il tarixli AN- 11145814 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin skan edilmiş surətindən həmçinin görünür ki, həmin alqı-satqı müqaviləsini Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X17 (bundan sonra– “3-cü cavabdeh”) təsdiqləmişdir. Eyni gündə, yəni xx.xx.2023-cü il tarixdə 2-ci cavabdeh öz adına **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə etmişdir. Obyekt 2-ci dəfə başqasının adına qanunsuz rəsmiləşdirilmişdir. Çıxarış əsasında xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə 2-ci cavabdeh obyektin 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini Cavabdeh3 (bundan sonra– “3-cü cavabdeh”), 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini isə Cavabdeh1 (bundan sonra– “4-cü cavabdeh”) 480.000 manata satmışdır. Həmin müqavilə 52 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiqlənmişdir. 3-cü və 4-cü cavabdeh daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarış əldə etməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, müraciətin icra müddətinin bitməməsinə görə onların mülkiyyət hüququ hələ dövlət qeydiyyata alınmamış və onların adına elektron çıxarış tərtib edilməmişdir. Aşağıdakı səbəblərə görə obyektin alqı-satqısını nəzərdə tutan xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli və xx.xx.2023-cü il tarixli AN 1 ******* nömrəli alqı-satqı müqavilələri, habelə daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26- 05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı ləğv edilməli, obyektə dair birgə iddiaçıların birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, habelə 3-cü və 4cü cavabdehlər obyektdən çıxarılmaqla obyekt boşaldılmalı və birgə iddiaçılara təhvil verilməlidir. Əmlak uydurma əqd nəticəsində 3-cü və 4-cü cavabdehlərin mülkiyyətinə keçmişdir. Etibarnamələr və razılıqlar qanunsuz hazırlanmış rəsmi (saxta) sənəddir. İlk növbədə, obyekt saxta etibarnamələr və saxta razılıqlar olan uydurma əqdlər əsasında başqasının adına rəsmiləşdirildiyindən etibarsız hesab edilməli və həmin etibarnamələrdən irəli gələn bütün hüquqi nəticələr ləğv edilməlidir. Belə ki, nə 1-ci iddiaçı, nə 2-ci iddiaçı, nə də onların arvadları xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında olmadığından etibarnamələr və razılıqların onlar tərəfindən imzalanmaması və həmin rəsmi sənədin qanunsuz hazırlanması aşkar şəkildə bəlli olur. Etibarnamələrin və razılıqların qanunsuz hazırlanması isə cinayət məcəlləsinin 320.1-ci maddəsinin tərkibini yaradır. Çünki etibarnamələr və razılıqlar rəsmi sənəd hesab edilir. Belə ki, Prezidentin xx.xx.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirilmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “CMin 320.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən, sənədin rəsmi sənədə aid edilməsi üçün o, səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Etibarnamələrin və razılıqların tərtibi isə ona görə qanunsuz hazırlama hesab edilir ki, əslində etibarnamələr birgə iddiaçıların, razılıqların isə birgə iddiaçıların arvadlarının iştirakı olmadan başqa şəxs tərəfindən imzalanmışdır və bununla da birgə iddiaçıların və onların arvadlarının iradəsini ifadə etməmişdir. Saxta etibarnamə və razılıq əhəmiyyətsiz əqddir. Göründüyü kimi, birgə iddiaçıların adından tərtib edilən etibarnamələrin, habelə birgə iddiaçıların arvadlarının adından tərtib edilən Razılıqların hazırlanması faktı üzrə təsvir edilən əməl CM-in 320.1-ci maddəsində nəzərdə tutulan cinayətdir. Saxta etibarnamələrin və razılıqların isə 1-ci və 2ci cavabdeh tərəfindən istifadə edilməsi, yəni obyektin alqı-satqısında istifadə edilməsi CMin 320.2-ci maddəsinin təsiri altına düşür. Belə ki, həmin maddəyə əsasən, qanunsuz hazırlanmış saxta sənəddən bilə-bilə istifadə etmə cinayət məsuliyyətinə səbəb olur. Saxta etibarnamələr və razılıqlar mülki-hüquqi müstəvidə uydurma əqd hesab olunur. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarındakı hüquqi mövqeyi). Saxta etibarnamələr və razılıqlar lazımi səlahiyyətli şəxslər tərəfindən bağlanmadığından və həqiqi əqd iştirakçısının iradə ifadəsinin bildirilmədiyindən etibarsız əqd hesab edilir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-910/14 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə saxta əqd uydurma əqd hesab edilmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqd bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Bunun üçün məhkəmə mülki işlər üzrə həqiqətə nail olmaq vəzifəsindən irəli gələrək ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-11145814 nömrəli daşınmaz əmlakın alqı-satqısı üzrə notariat işini Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X4, xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı üzrə notariat işini isə 52 saylı notariat ofisinin xüsusi notariusu X5 əldə etməlidir. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadının 47-ci bəndində formalaşmış hüquqi mövqeyə əsasən mülki icraat qaydasında hakimin tərəfə yardım etmə vəzifəsi olmasa da, MPM-in 14.1, 184.1-ci maddələrindən irəli gələn işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, habelə işin və mübahisənin vəziyyətini müzakirə etmək kimi vəzifələri vardır. Əhəmiyyətsiz əqdin nəticəsində əldə edilənlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, Mülki Məcəllənin 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Həmçinin, Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Habelə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 3-cü və 4-cü cavabdehlər vicdansız əldə edəndirlər. Obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə 3-cü və 4-cü cavabdeh arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının (3-cü və 4-cü cavabdehlərin) vicdanlı olmamasına işarə edir. Belə ki, bu hallar ona işarə edir ki, alıcı əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Beynəlxalq normativ sənədlərdə şəxsin əmlakın mənbəyinin qanuniliyinə şübhə duyması halı da məsul şəxslərin məsuliyyət dairəsinə aid edilmişdir və bu hal məsul şəxsin əmlakın mənbəyinin qanunsuzluğunu dəqiq bilməsini deyil, daha az sübutetmə tələb edən mənbənin qanunsuzluğunu təxmin etməsini kifayət hesab edir. Odur ki, yuxarıda qeyd edilən 3 hal həm alıcıda əqdin legitimsizliyi barədə şübhə yaradan, həm də əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından alıcının xəbərdar olmasına işarə edən hallardır, bu da onun vicdanlı alıcı qismində qəbul olunmasını istisna edir. Halbuki, S.N.Məmmədovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-3060/10 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə görə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində əşyanın bazar qiymətindən xeyli aşağı qiymətə satılması nəticəsində əldə edən şəxs vicdanlı hesab edilməmiş və əmlakın mülkiyyətçiyə qaytarılması tələbi qanuni və əsaslı hesab edilmişdir (qərarın surəti əlavə edilir). Bu baxımdan 3-cü cavabdehdən obyekti alan 3-cü və 4-cü cavabdehlər vicdanlı alıcı hesab edilmirlər və obyekt onların qanunsuz sahibliyindən birgə iddiaçılara qaytarılmalıdır. Beləliklə, obyekt saxta etibarnamələr və razılıqlar olan uydurma əqd əsasında 1-ci cavabdeh tərəfindən 2-ci cavabdehin adına rəsmiləşdirilmiş, sonra 2-ci cavabdeh tərəfindən yenidən satılmış obyekt 3-cü və 4-cü cavabdehlər tərəfindən vicdansızcasına əldə edilmişdir. Obyektin 2-ci cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2023-cü il tarixdən etibarsız hesab edilməli, həmin əqddən irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilməli, obyektə dair birgə iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və 3-cü və 4-cü cavabdehlər obyektdən çıxarılmaqla obyekt boşaldılmalı və birgə iddiaçılara təhvil verilməlidir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 1-ci iddiaçının adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhər X19 İvanovna tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamənin; 2-ci iddiaçının adından verilmiş və eyni notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamənin; 1-ci iddiaçının xx.xx.1993-cü il tarixdən nikahda olduğu arvadı X2 (ş.v. nömrəsi: AZE14637991, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 1L1H7T8) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığın; 2-ci iddiaçının xx.xx.1986-cı il tarixdən nikahda olduğu arvadı X22 (ş.v. nömrəsi: AZE09084003, ümumvətəndaşlıq pasportunun nömrəsi: C01567223, FİN: 2AG2H3B) adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığın; ünvan 2 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli və xx.xx.2023 cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; habelə xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatının ləğv edilməsi; əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması; hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pulun cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə işi üzrə iddia predmetinin dəyişdirilməsi zərurəti yaranmışdır. Mübahisəli əmlakın boşaldılması zərurəti aradan qalxmışdır. Belə ki, mübahisəli əmlak hazırda birgə iddiaçıların istifadəsində olduğundan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakdan çıxarılması və birgə iddiaçılara təhvil verilməsi zərurəti yoxdur. Bu baxımdan həmin tələb iddianın predmetindən çıxarılmalıdır. Mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair 1-ci alqı-satqı müqaviləsinin bağlanmasının əsasını təşkil edən 4 saxta əqd də etibarsız hesab edilməlidir. Bundan əlavə, iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi 4 saxta sənəd əsasında, yəni xx.xx.2023-cü il tarixli ** AA ***3125 nömrəli etibarnamə; xx.xx.2023-cü il tarixli ** AA ***4709 nömrəli etibarnamə; xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq və xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq əsasında rəsmiləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Yuxarıda qeyd edilən 4 əqd-sənəd isə saxta olduğundan uydurma əqd hesab edilir, uydurma əqd isə Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən əhəmiyyətsizdir. Bu baxımdan həmin 4 əqd tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 4 saxta sənədin etibarsız hesab edilməsi xahiş edilmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 oglu və İddiaçı1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində də qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin əmlakın mülkiyyətçisi olan Cavabdeh2 almışlar. Qarşılıqlı iddia üzrə iddiaçılar əmlakı onun qanuni mülkiyyətçisindən alqı-satqı yolu ilə əldə edərkən həmin əmlak barəsində hər hansı problem olmasından xəbərsiz olmuşlar. Belə ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçi Cavabdeh2 bütün sənədləri qaydasında olmuş, ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Ona görə də əmlak qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən vicdanlı şəkildə əldə edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi alınarkən və ondan əvvəl qarşılıqlı iddia üzrə iddiaçılar əvvəlki mülkiyyətçilər olan İddiaçı2 və İddiaçı1 də tanımamışlar. Bununla da daşınmaz əmlaka dair münasibətdə başqa şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişlər və bilə də bilməzdilər. Beləliklə, alqı-satqı müqaviləsi bağlanarkən satıcının mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hüquq olmuşdur, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur və əldə edən şəxs kimi qarşılıqlı iddia üzrə iddiaçıların bu qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi olmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakı vicdanlı şəkildə əldə etmişlər. Buna baxmayaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı şəkildə əldə etdikləri qeyri-yaşayış sahəsindən istifadə etməyə mane olurlar. Onlar qanunsuz olaraq həmin əmlakdan çıxarılmışlar. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(009)- 47/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45 2023- 2-204 reyestr nömrəli etibarnamə; İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2-115 reyestr nömrəli etibarnamə; X2 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023 cü il tarixli 45AA ******* nömrəli razılığı; X13 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli İddiaçı2 və İddiaçı1 adından etibarnamə ilə Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Cavabdeh2 adına olan dövlət reyestr qeydiyyatının ləğv edilməsi, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 400 (dörd) manatın iddiaçıların hər birinə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat hissəsi, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 (qırx) manat olmaqla, ümumilikdə 80 (səksən) manat hissəsinin müvafiq olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 oglu və İddiaçı1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 münasibətdə təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıların hər birinə 40 (qırx) manat olmaqla, ümumilikdə 80 (səksən) manat hissəsinin müvafiq olaraq iddiaçılar Cavabdeh3 və Cavabdeh1 xeyrinə cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manat hissəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1, 30 (otuz) manat hissəsinin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e- 2(009)-47/2024 nömrəli qərardadı ilə mülki mübahisəyə baxılması zamanı aşkara çıxmış, yuxarıda göstərilən faktla bağlı xüsusi qərardadın çıxarılması və xüsusi qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, həqiqətən də iddiaçıların Cavabdeh4 ilə bir il müddətinə bağladıqları icarə müqaviləsi məzmunundan da göründüyü kimi obyektin icarə hüquq münasibətləri əsasında sonuncu tərəfindən istifadəsi üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, ilk iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməsi məqsədi olmamış, sahənin mülkiyyət sənədləri şəhadətnamə özlərində olmuş və bu sənədlər yalnız icarə müqaviləsinin tərtib və təsdiqi zamanı istifadə edilmişdir. Lakin, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin bağlanmasından sonra Cavabdeh4 tərəfindən ilk iddiaçıların adından ona verilmiş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə birgə mülkiyyətçilərin adına mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən yeni sənəd - **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə edilmişdir. İşin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, ilk iddiaçılar xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən başqa Cavabdeh4 ilə digər əqdlər bağlamamış və ya ona buna dair Azərbaycan Respublikasının ərazisində olan notariat ofisində tərtib və təsdiq edilmiş özündə geniş səlahiyyətləri əks etdirən etibarnamə verməmişlər. Cavabdeh4 sözügedən elektron çıxarışı ilk iddiaçıların adından ona verilmiş, Rusiya Federasiyası Kurqan şəhər Notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023-2-204 reyestr nömrəli, eləcə də ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2 115 reyestr nömrəli etibarnamələr əsasında əldə etmiş və xx.xx.2023-cü il tarixdə ilk iddiaçıların adından əmlakı Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən alqı-satqı müqaviləsinin təsdiqi zamanı notariat ofisinə həmçinin ilk iddiaçıların arvadları X2 və X13 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli və xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılıq ərizələri də təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiqindən sonra, eyni tarixdə Cavabdeh2 öz adına əmlakın tam mülkiyyətçisi olaraq **********26-05101-083003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış əldə etmiş, Çıxarış əsasında 54 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-11138498 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə Obyektin 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini Cavabdeh3, 1/2 hissəsini təşkil edən 67,70 m sahəsini isə Cavabdeh1 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satmışdır. Hazırda Babayev X23 Üzeyir Adil oğlu mübahisəli sahəni rəsmi alqı-satqı müqaviləsi ilə əldə etsələr də məhkəmənin müvafiq qərardadı əsasında müvəqqəti təminat tədbiri tətbiq edilərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarış əldə edilməsi qadağan edilmişdir. İş materiallarından görünür ki, X9 xx.xx.1993-cü il tarixdən İddiaçı2 ilə, X22 isə xx.xx.1986-cı il tarixdən İddiaçı1 ilə nikahdadırlar. İş materiallarında olan İddiaçı2, İddiaçı1, X2 və X13 ümumvətəndaşlıq pasportunun surətləri ilə, eləcə də məhkəmə tərəfindən əldə edilmiş elektron məhkəmə informasiya sisteminin sərhədkeçmə məlumatları ilə tam təsdiq edilmişdir ki, etibarnamə və razılıq ərizələrinin verildiyi tarixlərdə ilk iddiaçılar və onların həyat yoldaşları Rusiya Federasiyasının Kurqan şəhərində olmamışlar. Həmçinin, məhkəmə tərəfindən əldə edilmiş elektron məhkəmə informasiya sistemi məlumatları ilə tam təsdiq edilmişdir ki, Cavabdeh4 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixində gecə saatlarında Azərbaycan Respublikasının hüdudlarını tərk etmişlər. Məhkəmə, ilk iddiaçı tərəfin Cavabdeh4 ilə Cavabdeh2 əlbir olaraq saxtalaşdırılmış sənədlər əsasında mübahisəli sahəni qanunsuz olaraq özgəninkiləşdirilməsinə dair dəlilləri ilə razılaşmış və təqdim etdikləri sübutlara qiymət verərək hesab etmişdir ki, xx.xx.2023-xx.xx.2023 il tarixlərdə ilk iddiaçılar və onların həyat yoldaşlarının Rusiya Federasiyası Kurqan şəhərində olmamaları işin araşdırılmış hallarına əsasən mübahisəsiz halıdır və buna görə də İddiaçı2 adından verilmiş və Rusiya Federasiyası Kurqan şəhərində notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***3125 nömrəli və 45/24-n/45-2023- 2-204 reyestr nömrəli etibarnamə; İddiaçı1 adından verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ** AA ***4709 nömrəli və 45/15-n/45-2023-2 115 reyestr nömrəli etibarnamə; X2 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı; X13 adından tərtib edilmiş Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 45AA ******* nömrəli razılığı adlanan sənədlər saxtalaşdırılmışdır. Bu saxtalaşdırılmış sənədlər əsasında Cavabdeh4 ilə Cavabdeh2 arasında ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqd kimi qiymətləndirilə bilməz və buna görə də etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunsuz bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli müqavilə ilə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2023-cü il tarixli **********26-05101-083003 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı da ləğv edilməlidir. Məhkəmə, Cavabdeh2 alqı-satqı müqaviləsinin tərtib edildiyi tarixdə də adına müvafiq çıxarış alınmasına və onun təcili olaraq, yəni 3 gündən sonra özgəninkiləşdirməyə nail olmaqla, Cavabdeh4 ilə birlikdə eyni tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi kimi işin mühüm və diqqətəlayiq hallarına qiymət verərək bu hərəkətlərinin onun da mübahisəli sahəyə dair hüquqverici və müəyyən edici sənədlərin Cavabdeh4 tərəfindən saxtalaşdırılmasından tam məlumatlı olmasına və onunla əlbir olması qənaətinə gəlmək üçün kifayət qədər əsas yaradır. Lakin, göstərilən nəticəyə gəlməklə yanaşı məhkəmə eyni zamanda ilk iddia tələblərinin qalan hissədə təmin edilməsini mümkün saymamışdır. Belə ki, işin mübahisəsiz hallarından biri də odur ki, qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsini həmin əmlakın onlara satılan məqamda mülkiyyətçisi olmuş Cavabdeh2 rəsmi qaydada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almışlar. Cavabdehlər İddiaçı2, İddiaçı1 qarşılıqlı iddiaçıların bu əmlakı əldə etmələrində vicdanlı alıcı olmamalarına dair dəlillərini irəli sürmüş və göstərmişlər ki, qanunvericiliyə əsasən əldə edən şəxs əşyanı iradəsi ziddinə ondan məhrum olmuş mülkiyyətçiyə qaytarmalıdır, çünki daşınmaz əşyaların mülkiyyətçisinə qaytarılması məsələsində vicdanlı əldə edən olmur. Məhkəmə, göstərilən dəlillərlə razılaşmamış və qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olmaması sübut edilənədək vicdanlı sahib hesab olunur. Alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Sadalanan normalar mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlakı əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını sübut etməli deyil, əksinə şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf bu halı sübuta yetirməlidir. Vicdanlı olmama faktının sübutu üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, ilkin iddia üzrə iddiaçılar belə sübut növü təqdim etməmişlər. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin əmlaka çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) alqı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər interner saytlarında) heç bir elan verilmədən əşyanın satılması alıcının sonuncuların vicdanlı olmamasına işarə etməsinə, eləcə də əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etməklə bununla bağlı lazımi araşdırma aparmadıqlarına dair dəlillərini əsassız saymışdır. Belə ki, ilk iddiaçıların hüquqi mövqeyinə görə Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız hesab olunduğu üçün qarşılıqlı iddiaçıların tərəf olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də məhz bu əsasla etibarsız hesab olunmalıdır. Lakin, yuxarıda qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsini alarkən qarşılıqlı iddiaçıların həmin əmlak barəsində hər hansı mübahisənin olması və ya sənədlərin saxtalaşdırılması faktlarından məlumatlı olmalarına dair iş materiallarında heç bir sübut yoxdur. Həmçinin məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, ilk iddiaçı tərəfin məhkəməyə ünvanladığı xüsusi qərardadın çıxarılması barədə vəsatətin məzmunu yalnız Cavabdeh4 və Cavabdeh2 qarşı yönəlmiş, qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 bu işlərdə hər hansı formada iştirakları olması vurğulanmamışdır. Məhkəmə hesab etmişdir ki, bu hal da Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən olmasını təsdiq edən amillərdən biridir. Daha sonra, iş materiallarından görünür ki, Cavabdeh2 öz adına dövlət reyestrindən elektron çıxarışı alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra alsa da, ondan fərqli olaraq sonuncu alıcılar- Cavabdeh3 və Cavabdeh1 dövlət reyestrindən çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra əldə etməmişlər və hazırda da əldə etməyiblər. Belə ki, iş materiallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş verilsə də, Səbail Rayon Məhkəməsinin e-16(009)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlaka sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən X27 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qadağan edilmişdir. Məhkəmə, qarşılıqlı iddiaçılara satılan əmlakın alış qiymətinin bazar qiymətindən az olmaqla heç bir iqtisadi fayda əldə etmədən satılmasının da onların vicdanlı əldə edən olmamasına əsas olmasına dair dəlillərlə bağlı qeyd etmişdir ki, bu halın mövcudluğu belə göstərilən dəlilin əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmədə verilmiş izahatlardan da görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi heç də alqı-satqı müqaviləsində qeyd edilən 480.000 (dörd yüz səksən min) manata satılmamışdır. Belə ki, iş materiallarında müqavilədə qeyd edilən qiymətdən əlavə əmlakın sonuncu satıcısı Cavabdeh2 200.000 (iki yüz min) manat məbləğində pulun verilməsinə dair müqavilədən kənar tərtib edilmiş qəbz mövcuddur ki, qarşılıqlı iddiaçı tərəfin izahatlarında əsasən bu qəbzlə Cavabdeh2 imza edərək alıcılar Cavabdeh3 və Cavabdeh1 480.000 (dörd yüz səksən min) manatdan əlavə 200.000 (iki yüz min) manat da (cəmi 680.000 (altı yüz səksən min) manat məbləğində pulu) təhvil aldığını təsdiq etmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfin heç bir elan verilmədən əşyanın satılmasının sonuncu alıcıların vicdanlı olmamasına işarə etməsi dəlili ilə bağlı hesab etmişdir ki, qanunvericilikdə hər hansı daşınmaz əmlakın alınması üçün həmin əmlakın hansısa elan saytında və ya qəzetdə elan olunmalı olmasına dair imperativ norma yoxdur və cavabdeh tərəfin qeyd etdiyi kimi bu işgüzar adətlərə uyğun olan bir hal olmaqla bütün hallara şamil edilmir. Cavabdeh3 və Cavabdeh1 məhkəmədə verdiyi izahatlarında da bildirmişlər ki, Cavabdeh3 xarici dövlətdən (Polşadan) zəng edərək mübahisəli əmlakın satılması bildirilmiş və nəticədə əmlakın 680.000 manata alınmasına dair razılıq əldə olunmuşdur. Məhkəmənin qənaətinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 həmin əmlaka hazırda faktiki sahiblik etməmələri də onların vicdanlı əldə edən hesab edilməmələri üçün əsas ola bilməz, ona görə ki, onlar öz iradələrindən asılı olmayaraq qanuni əsaslarla əldə etdikləri əmlakdan hazırda istifadə edə bilmirlər. Məhkəmə qarşılıqlı iddiaçıların əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etdikləri və bununla bağlı lazımi araşdırma aparmadıqlarına dair həmin iddia üzrə cavabdehin dəlillərini əsassız saymış və hesab etmişdir ki, onların belə bir araşdırma apardıqdan sonra əminliklə əmlak əldə etmələrinə dair qanunvericilkdə heç bir norma və göstəriş yoxdur. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddiaçılar mübahisəli obyekti əldə edərkən həmin sahənin mülkiyyətçi Cavabdeh2 adına müvafiq çıxarışı olmuş, əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Həmçinin, işin mübahisəsiz hallarından biri də odur ki, qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli qeyri-yaşayış sahəsi almamışdan əvvəl nə Cavabdeh2, nə də əvvəlki mülkiyyətçilər olan İddiaçı2 və İddiaçı1 də tanımamış, iddiaçılar əmlakı həmin vaxt qanuni mülkiyyətçisi sayılan Cavabdeh2 alqı-satqı yolu ilə əldə edərkən sözügedən əmlakın əvvəlki mülkiyyətçilərinin kim olması, kimə icarəyə verməsi, sonradan əmlakın satılmasına dair etibarnamə verilməsi və s. məsələlərin olmasından xəbərsiz olmuşlar. Başqa sözlə, daşınmaz əmlaka dair münasibətdə başqa şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişlər və bilə də bilməzdilər. Məhkəmə hesab etmişdir ki, ümumi qəbul edilmiş təcrübəyə əsasən əmlak əldə edən hər hansı bir şəxsin, konkret olaraq hazırki iş üzrə Cavabdeh3 və Cavabdeh1 maraqlı və vacib olan mübahisəli daşınmaz əmlakın çıxarışının onlardan əvvəl dövlət qeydiyyatına alınması, həmin əmlakın alqı-satqısının notariusda baş tutması, dəyərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsidir ki, məhz bu halların mövcudluğu əmlakı əldə edən şəxsdə əmlakın qanuni yollarla əldə etməsində əminlik yaradır. Beləliklə də, məhkəmə hesab etmişdir ki, işin araşdırılmış halları ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı və Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan hallar isə Cavabdeh3 və Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri saymışdır ki, yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdin etibarsızlığına əsas ola biləcək hal müəyyən olunmamaqla əmlaka Cavabdeh2 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən həmin əmlakı əldə etmişlər. Məhkəmə qeyd etmişdir ki, iş üzrə əmlakın dəyəri ilə bağlı rəy vermiş ekspertlərin izahatlarına görə mübahisəli qeyri yaşayış sahəsi təmirsiz olduğu üçün analoji təmirsiz obyektlər olmadığı üçün dəyəri analoji olaraq müəyyən edilə bilmədiyindən təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyləri ilə mübahisəli sahənin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət– 1.465.000 manat müəyyən edilsə də, təmir xərclərini çıxdıqdan sonra belə həmin sahənin bazar dəyərindən aşağı qiymətə- 680.000 manata özgəninkiləşdirilməsi baş vermişdir. Lakin, buna baxmayaraq məhkəmə hesab etmişdir ki, İddiaçı2 və İddiaçı1 mübahisəli əmlaka dair hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar məruz qaldıqları zərərin əvəzinin ödəmək yükünü onların əmlakını saxtalaşdırılmış sənədlər əsasında bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirmiş şəxslər daşıdıqları üçün mübahisəli əmlakı əldə etmiş vicdanlı əldə edən statusuna malik şəxslərin hüquqları bu əsasla xələl görməməlidir. Bundan başqa, hazırki iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən olduqları qənaətinə gəlindiyindən və onlarla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etbarsız sayılmasına dair hissədə ilk iddia tələbi təmin edilmədiyindən məhkəmə, qarşılıqlı iddianın cavabdehlər İddiaçı2 və İddiaçı1 aid hissədə əsaslı olması nəticəsinə gəlir və hesab etmişdir ki, iş üzrə iddiaçılar ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin sahə boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməlidir. Lakin, məhkəmə qarşılıqlı iddianın Cavabdeh2 aid hissədə təmin edilməsini mümkün saymamış və bunu onunla əsaslandırmışdır ki, o, mübahisəli sahəni Cavabdeh3 və Cavabdeh1 satdıqdan sonra faktiki olaraq Azərbaycan Respublikasının ərazisində getmişdir, başqa sözlə o, hazırda mübahisəli sahədə olmamaqla heç bir əlaqəsi də qalmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri saymışdır ki, İddiaçı2 və İddiaçı1 əmlaklarını saxtalaşdırılmış sənədlər əsasında bazar dəyərindən aşağı qiymətə özgəninkiləşdirmiş şəxslərə qarşı məruz qaldıqları zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq qaydada iddia qaldırmaq hüquqları vardır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 140, 144.1, 144.2, 144.3, 152.1, 152.5, 157.2, 157.4, 337.1, 647.1-cü maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarlarına, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına, «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarına, «X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar – qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsi, ünvan 3 ünvanda yerləşən 125,4 m qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin vicdansız alıcı hesab edilməsi üçün ona əldə etdiyi daşınmaz əşyanın qanunsuz yolla əldə edildiyini bilməsi deyil, şübhə etməsi (güman etməsi) belə kifayətdir. Bu onunla bağlıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyinə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Yəni həmin hüquqi mövqedən aydın olur ki, alıcıda əqdin legitimsizliyi barədə dəqiq məlumat olmasa belə, əqdin legitimsizliyi şübhə yaradırsa, alıcı vicdanlı əldə edən hesab edilmir. Qeyd edilən hüquqi dəyərləndirmə mübahisəsizdir, çünki hakimin özü də qətnamənin 56-cı vərəqinin 4-cü abzasında qeyd etmişdir ki, alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə qarşılıqlı iddiaçılar arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alğı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması kimi dəlillərin məcmusu əvvəlki satıcının, yaxud 2-ci cavabdehin obyekti qeyri-legitim yolla əldə etməsi barədə alıcıda (qarşılıqlı iddiaçılarda) şübhə yaranmasını (əmlakın mənbəyinin qanuniliyinə şübhə duymasını) təsdiq edir. Qarşılıqlı iddiaçıların vicdansız olmasına dair 4 dəlil ayrı-ayrılıqda deyil, məhz birlikdə götürüldükdə bu nəticəyə gəlmək olur ki, həmin şəxslər vicdansız alıcı olmuşdur. Çünki 4 dəlil birlikdə götürüldükdə, kumulyativ effektə malik olur və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən faktın mövcudluğu ilə bağlı hər bir meyarın ayrıca təhlili birmənalı qənaətin əldə edilə bilməsi üçün kifayət etmədikdə kumulyativ yanaşma tətbiq edilə bilər. Məhkəmə isə qarşılıqlı iddiaçıların vicdanlı alıcı olmamasına dair 4 dəlili düzgün qiymətləndirmədən, həmin dəlilləri bütövlükdə kumulyativ yanaşma üzrə nəzərə almadan əsassız olaraq ayrılıqda qiymətləndirmiş və nəticədə maddi hüquq normalarının pozuntusu ilə qətnamə çıxarmışdır. Xüsusi qərardad çıxarılması barədə vəsatətdə yalnız 1-ci Cavabdehin əməlində Cinayət Məcəlləsinin 320.2-ci (saxta sənədlərdən istifadə etmə) və 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin olmasının göstərilməsi isə qarşılıqlı iddiaçıların vicdanlı əldə edən olmasını təsdiq edən amillər kimi heç bir halda qəbul edilə bilməz. Çünki hakimin özünün də qətnamənin 56-cı vərəqinin 1-ci abzasında qeyd etdiyi kimi, iş üzrə hazırda müəyyən edilmiş faktiki hallar 1-ci və 2-ci cavabdehlərin (hərçənd ki, xüsusi qərardad barədə vəsatətdə mövcud sübutların yalnız 1-ci cavabdehin əməlində cinayət olmasına dəlalət etdiyini göstərilmişdir) saxta rəsmi sənədlərdən istifadə etmələrindən tam məlumatlı olmasına və əlbir olmalarına, beləliklə CM-in 320.2 və 178.4-cü maddəsində nəzərdə tutulan cinayətləri törətmələrinə kifayət qədər əsas yaradır. Lakin işin hazırki mərhələsi üzrə (mülki iş üzrə) müəyyən edilmiş faktiki hallar qarşılıqlı iddiaçılar tərəfindən saxta rəsmi sənədlərdən istifadə etmələrindən tam məlumatlı olmasına və 1-ci və 2-ci cavabdehlərlə əlbir olmalarına əsas vermədiyindən onlara qarşı xüsusi qərardad çıxarılması barədə məhkəməyə vəsatət verilməmişdir. Buna baxmayaraq, qarşılıqlı iddiaçıların cinayət törətməsinə, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı almalarına dair dəlillərin müəyyən edilməməsi ona işarə etmir ki, onlar vicdansız alıcı hesab edilə bilməz. Çünki onları tərəfindən cinayət törədilməsinin (o cümlədən CM-in 194-cü maddəsində nəzərdə tutulan qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə cinayətini törətmələrini) təsdiqi üçün saxta sənədlərdən istifadə barədə məlumatlı olmaları və obyektin cinayət yolu ilə əldə edildiyini bilmələri barədə dəlillərin mövcudluğu zəruridir. Onların vicdansız alıcı olmasının təsdiqi üçün isə həmin dəlillərə ehtiyac yoxdur, 2-ci cavabdeh tərəfindən obyektin qeyri-legitim yolla əldə edilməsi şübhələnmələrinə dair dəlillərin olması kifayətdir ki, bu da yuxarıda qeyd edilən 4 dəlildə özünü biruzə verir. Qarşılıqlı iddiaçılar tərəfindən elektron çıxarışın alınmaması onların iradəsinə uyğun deyil, iradələrindən asılı olmadan – müvəqqəti təminat tədbirinin tətbiqinə görə mümkün olmamışdır. Bundan başqa 2-ci cavabdehdən fərqli olaraq qarşılıqlı iddiaçılar elektron çıxarışı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra əldə etməmişlər və hazırda da əldə etməyiblər. Halbuki, qarşılıqlı iddiaçıların obyektə dair elektron çıxarışı əldə etməməsi onların iradəsindən asılı olmayan səbəbdən baş vermişdir və bu da obyektə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən qarşılıqlı iddiaçıların adına dövlət qeydiyyatına alınmasının Ərazi İdarəsinə qadağan edilməsi (müvəqqəti təminat tədbirinin tətbiqi) barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 16(009)-61/2023 nömrəli qərardadının qəbul edilməsi ilə əlaqədar olmuşdur. Bu baxımdan həmin dəlil heç bir halda əmlakın qeyri-legitim yolla əldə edilməsində qarşılıqlı iddiaçıların şübhələnməsini istisna edən və onların vicdansız əldə edən hesab edilməməsinə əsas verən hal kimi dəyərləndirilə bilməz. Hakim sübutları qarşılıqlı iddianın təsdiqinə uyğunlaşdırma istiqamətində dəyərləndirmiş və birgə iddiaçıların dəlillərini rədd etmədən qarşılıqlı iddiaçıların dəlillərinə üstünlük vermişdir. Qeyd edilməlidir ki, hakim tərəfindən qeyd edilən sübutların qiymətləndirilməsi qaydaları pozulmuş, bütün proses və proses əsasında çıxarılmış yekun məhkəmə aktı (qətnamə) qarşılıqlı iddiaçıların iddia etdiklərinin təsdiq edilməsi üzərində qurmuşdur. Bu onunla təsdiq edilir ki, hakim 2-ci cavabdehin imzasının həqiqiliyi barədə məlumat olmadan, qəbzdəki imza ilə 2-ci cavabdehin imzasının eyniliyini müəyyən etmədən qarşılıqlı iddiaçıların söylədiklərinə istinadən qəbzdəki imzanın 2-ci cavabdehə məxsus olması nəticəsinə gəlmişdir. Belə nəticəni əks etdirən qətnamə isə MPM-in 390-cı maddəsinə əsasən işin hallarına uyğun hesab edilməyən qətnamə sayılır və MPM-in 385.1.4-cü maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Peşəkar bazar iştirakçıları tərəfindən alğı-satqı müqaviləsində daşınmaz əşyanın qiymətinin guya real göstərilmədiyinə dair dəlillərin inandırıcı olmamasına baxmayaraq, hakim tərəfindən həmin dəlilin qarşılıqlı iddianın təsdiqinə uyğunlaşdırma məqsədi güdməsinə qərəzli şəkildə münasibət bildirilməmişdir. Eyni zamanda, formal olaraq lazımi qaydada rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində müqavilə qiymətinin 480.000 manat göstərilməsinə baxmayaraq, hakim tərəfindən mötəbərliyi şübhə doğuran qəbz əsasında müqavilə qiymətinin 680.000 manat olması nəticəsinə gəlmişdir. Lakin hakim obyektin qiyməti barədə nəticəyə gələn sənəd kimi qəbzi əsas götürərkən aydınlaşdırmamışdır ki, əgər müqavilə qiyməti həqiqətən 480.000 manat deyil, məhz 680.000 manat təşkil etmişdirsə, nə səbəbə görə həmin qiymət müqavilədə göstərilməmiş və müqavilədən kənar tərtib edilmiş digər sənəddə (qəbzdə) əks olunmuşdur və bunun müqavilədə qiymətin real göstərilməsinin istər 2-ci cavabdehə, istərsə də qarşılıqlı iddiaçılara nə kimi ziyanı və ya riski olmuşdur. Halbuki, müqavilədə qiymətin 480.000 manat deyil, 680.000 manat göstərilməsi nə 2-ci cavabdehə, nə də ki, qarşılıqlı iddiaçılara vergi tutma riski və ya digər hüquqi risklərə səbəb ola bilər. Göründüyü kimi, 2-ci cavabdeh obyekti satarkən sadələşdirilmiş vergi ödəyicisi olaraq onun vergi öhdəliyi satışdan əldə edilən gəlirə görə deyil, obyektin sahəsinə görə yaranır. Qarşılıqlı iddiaçılar tərəfindən obyektin alınması onların gəlirinə deyil, xərcinə səbəb olduğundan həmin xərcin çox göstərilməsi də ona hər hansı bir vergi öhdəliyi yaratmır, yaxud öhdəliyinə təsir etmir, eləcə də digər hüquqi öhdəliklərinə səbəb olmur. Bütün bunlar isə ona işarə edir ki, qəbzin məhkəməyə təqdim edilməsi obyektin alış qiymətinin real bazar qiymətinə nisbətən uyğunlaşdırılması və real bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənməməsini göstərməyə yönəlmişdir. Hakim isə sübutları qərəzli şəkildə qiymətləndirərək qarşılıqlı iddiaçıların dəlillərinə üstünlük vermiş və bütün qiymətləndirmələri onların söylədiklərini “həqiqət” kimi göstərməsi istiqamətində aparmışdır. Hakimin bu qərəzli mövqeyi həm də onunla təsdiq edilir ki, ekspert rəyində obyektin orta bazar qiyməti 1.465.000 manat müəyyən edildiyi halda, bunun obyektə aid olmadığı və obyektin təmirsiz olması nəticəsinə gəlmişdir. Halbuki, ekspert rəyi analoji əmlakların deyil, məhz obyektin orta bazar qiymətinin (olduğu vəziyyətdə) müəyyən edilməsinə dair olmuşdur və nəzəri qiymətləndirməni (obyektə analoji olan əmlakın qiymətini) nəzərdə tutmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, hətta hakimin qiymətləndirdiyi şəkildə təmirli vəziyyətdə obyektin qiyməti 1.465.000 manat təşkil etsəydi belə, obyektin təmirsiz qiyməti qarşılıqlı iddiaçıların aldığı qiymətdən əhəmiyyətli dərəcədə (3 dəfə) fərqlənərdi. Çünki məhkəmədə dindirilən X26 qeyd etmişdir ki, əmlakın icarəyə verilməsi üçün 50.000-60.000 manat təmir xərci tələb edilirdi. Həmin dəlili nəzərə aldıqda, obyektin təmirsiz qiymətinin ən azı 1.405.000 manat (1465.000-60.000=1.405.000 manat) olması nəticəsinə gəlmək olur və bu qiymət də qarşılıqlı iddiaçıların alış qiymətindən təxminən 3 dəfə fərqlənir. Hakimin obyektin qiymətini qarşılıqlı iddiaçıların iddia etdiyi qiymətə uyğunlaşdırması onun qərəzliliyinin göstəricisi olmaqla qanunun güddüyü legitim məqsəddən kənar hansısa “gizli” məqsədə xidmət edən qiymətləndirmə apardığına və əsassız və qanunsuz qətnamə çıxarmasına işarə edir. Hakim daşınmaz əmlakın satışının açıq mənbələrdə elan vasitəsilə həyata keçirilməsinə dair işgüzar adəti qərəzli şəkildə nəzərə almamışdır. Bununla yanaşı birgə iddiaçılar tərəfindən daşınmaz əmlakın satışı zamanı həmin əmlakın əvvəlcə açıq mənbələrdə (elan saytında və ya qəzetdə) elan olmasına dair imperativ norma olması qeyd edilməmiş, həmin davranış qaydasının daşınmaz əmlak bazarı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qayda (işgüzar adət) olması qeyd edilmişdir, hansı ki, həmin qayda qanunvericilikdə nəzərdə tutulmasa da, qanuna zidd deyildir və bu səbəbdən Mülki Məcəllənin 10-cu maddəsinin tələblərinə əsasən işgüzar adət sayılır. Hakim isə daşınmaz əmlakın satışının açıq mənbələrdə elan edilməsinə dair davranış qaydasının işgüzar adətin əlamətlərinə uyğunluğunu heç bir dəlilə istisna etmədən hesab etmişdir ki, bütün hallara şamil edilmir. Lakin ən azından bu mövqeyini ifadə etməklə izah etməmişdir ki, işgüzar adət hansı hallara şamil edilir, nə səbəbə görə daşınmaz əmlakın satışı halına şamil edilmir. Bu isə hakimin obyektiv və qərəzsiz olmamasından, səhv qiymətləndirmə aparmaqla qanunsuz qətnamə çıxarmasından xəbər verir. Hakimin qərəzliliyinə o fakt da işarə edir ki, qarşılıqlı iddiaçıların izahatında qeyd etdiyi Polşa Respublikasından gələn zəng əsasında obyektin onlara təklif edilməsi və 680.000 manata razılaşmaları əsasında vicdanlı alıcı olmasını təsdiq etməyə çalışmışdır. Halbuki, həmin fakt özlüyündə heç bir halda qarşılıqlı iddiaçıların vicdansız alıcı olması faktını təkzib etmir. Çünki obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə qarşılıqlı iddiaçılar arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alğı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması kimi dəlillərin məcmusu 2-ci cavabdehin obyekti qeyri-legitim yolla əldə etməsi barədə qarşılıqlı iddiaçılarda şübhə yaranmasını təsdiq edir. Bu 4 dəlil də birlikdə götürüldükdə həmin şəxslərin vicdansız alıcı olmasına işarə edir. Qarşılıqlı iddiaçılar işdə neytral subyekt olmadığından onların söylədikləri heç bir halda öz iddialarının təsdiqi üçün yeganə sübut kimi dəyərləndirilə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçıların izahatında qeyd etdiyi Polşa Respublikasından gələn zəng əsasında obyektin onlara təklif edilməsi və 680.000 manata razılaşmaları barədə irəli sürdükləri dəlil onların vicdanlı alıcı hesab edilməsinə əsas olan yeganə dəlil olsaydı belə, onların izahatı əsasında vicdanlı alıcı olması qənaətinə gəlinməsi qərəzli və birtərəfli nəticə olardı. Çünki qarşılıqlı iddiaçıların izahatı mötəbər (güvənli və həqiqi) sübut kimi qəbul edilə bilməz və bu onların işdə neytral [1] şəxs olmaması ilə bağlıdır və işin öz maraqlarına uyğun davranacağına dair apriori [2] (lap əvvəldən) nəticə çıxartmağa (əvvəldən sübut kimi qəbul edilməməsinə) imkan verir. Qeyd edilməlidir ki, Ali Məhkəmə tərəfindən də neytral olmayan şahid ifadəsinin məhkəmə aktının əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə mövqeyi formalaşmışdır (Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli 2(102)-2810/12) nömrəli qərarı əlavə edilir). Odur ki, qarşılıqlı iddiaçıların izahatı heç bir halda iddianın təsdiq edilməsi və qətnamə çıxarılmasının əsasını təşkil edən sübut və ya dəlil kimi qəbul edilə bilməz. Məhkəmə isə sübutları obyektiv qiymətləndirmədən qərəzli münasibət bəsləmiş və qarşılıqlı iddiaçıların irəli sürdüyü dəlilləri üstün hesab edərək və birgə iddiaçıların dəlillərini məcmu qaydasında rədd edə bilmədən məntiqsiz, əsassız və qanunsuz qətnamə çıxarmışdır. Hakim qarşılıqlı iddiaçıların vicdansız əldə edən hesab edilməsi üçün əhəmiyyətsiz halı qarşılıqlı iddianın təsdiqi üçün əsas kimi götürmüşdür Həmçinin birgə iddiaçılar qarşılıqlı iddiaçıların obyektə hazırda faktiki sahiblik etməmələri səbəbindən vicdanlı əldə edən hesab edilməmələri barədə dəlil irəli sürməmiş, təbii ki, özlüyündə obyektə həmin şəxslərin faktiki sahiblik etməmələri vicdanlı alıcı olmamalarının əsasını təşkil edən fakt deyildir. Onların vicdansızlığının əsasını məhz qeyd edilən 4 faktın məcmusu təşkil edir ki, həmin faktlar təkzibedilməz olmaqla birgə iddiaçıların iddiasının təsdiq edilməsi üçün kifayətdir. Qarşılıqlı iddiaçıların obyektin alınmasından öncə lazımi ehtiyatlılıq tədbirləri görməməsi onların vicdansız əldə edən lmasına işarə edir. Bundan başqa obyekti alan şəxsin əmlakın legitimliyinə dair lazımi araşdırma aparması vəzifəsinin qanunvericilikdə nəzərdə tutulmaması onların vicdansız alıcı hesab edilməməsinə səbəb ola bilməz. Çünki şəxsin təkcə yazılmış qaydaların deyil, həm də yazılmamış qaydaların (ius non scriptum) tələblərinə riayət etmək öhdəliyi vardır və yazılmamış qaydaların pozuntusuna görə də məsuliyyət daşıyır. Qarşılıqlı iddiaçıların isə öz izahatlarında qeyd etdikləri kimi alqı-satqı sahəsində kifayət qədər təcrübəli olmaqla peşəkar bazar iştirakçısı olmasına əsasən, heç şübhəsiz ki, onlar daşınmaz əmlak bazarında mövcud işgüzar adətləri bilmişlər, o cümlədən əmlak əldə edərkən onun legitimliyinə dair lazımi araşdırma aparılmalı olmasını başa düşmüşlər. Qeyd edilən davranış qaydasına zidd hərəkət etmələri, əmlakın qısa müddət ərzində mülkiyyətçilərinin dəyişməsi və satılması halını gözardı etmələri isə heç bir halda onların vicdanlı alıcı hesab olunmasına imkan verə bilməz. Qeyd edilməlidir ki, iddiaçı X6 cavabdeh X28 və digərlərinə qarşı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi də tələb edir ki, əmlak alan şəxs alqı-satqıdan əvvəl lazımi ehtiyatlılıq göstərsin və əmlak mülkiyyətçisinin əmlakın satışına dair həqiqi niyyətinə yəqinliklə əmin olduqdan sonra alsın. Lazımi ehtiyatlılıq göstərmədən əmlak almış şəxsin vicdanlı sahib olması isə istisna olunur. Qarşılıqlı iddiaçılar da həmin işdə olduğu kimi, lazımi ehtiyatlılıq göstərmədən, lazımi araşdırma aparmadan obyekti almışdır ki, bu onlarda əmlakın 2-ci cavabdeh tərəfindən əldə edilməsinin legitimsizliyi şübhəsinin olmasını təsdiq edir və onların vicdanlı əldə edən olmasını istisna edir. Qarşılıqlı iddiaçıların vicdanlı alıcı hesab olunması halı belə əmlakın birgə iddiaçılara qaytarılmasını istisna etmir təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, qarşılıqlı iddiaçılar vicdansız alıcı (əldə edən) hesab edilməsə belə, əmlakı mülkiyyətçiyə qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin müddəalarının tətbiq təcrübəsini müəyyən edən hər hansı bir normativ sənəd, o cümlədən Konstitusiya Məhkəməsinin Plenumunun hər hansı bir qərarı daşınmaz əşyanın vicdanlı sahibi (əldə edəni və ya alıcısı) tərəfindən mülkiyyətçisinə geri qaytarılmamasına təminat vermir. Digər tərəfdən, Plenumun vicdanlı alıcı ilə bağlı qərarları, o cümlədən xx.xx.2004-cü il tarixli qərarı Mülki Məcəllənin 157.3-cü maddəsinə əsaslanır ki, həmin maddə xx.xx.2005-ci il tarixdə Mülki Məcəllədən çıxarılmaqla qüvvədən düşmüşdür. Hətta qarşılıqlı iddiaçıların istinad etdiyi Plenumun xx.xx.2020-ci il tarixli qərarı yeni olsa da, qərarın əsaslandırılması Plenumun əvvəlki hüquqi mövqelərinə istinad edir, hansı ki, əvvəlki hüquqi mövqelər də Mülki Məcəllənin qüvvədən düşmüş 157.3-cü maddəsinin şərhini nəzərdə tutur. Odur ki, Plenumun istinad edilən qərarları qüvvədən düşmüş hüquq normasının şərhini nəzərdə tutduğundan qeyd edilən qərarlar öz əhəmiyyətini (aktuallığını) itirmişdir. Əhəmiyyətini itirən normativ aktlar isə ləğv edilməli olan və qüvvədən düşmüş hesab edilməli olan aktlardır. Qarşılıqlı iddiaçılar məhkəmə tərəfindən hətta əmlakın vicdanlı alıcısı hesab olunsalar belə, əmlak birgə iddiaçılara qaytarılmalıdır. Cavabdehlər isə əmlakı satın aldıqları Cavabdeh2 (aralıq mülkiyyətçiyə) qarşı kompensasiya iddiası ilə məhkəməyə müraciət etməlidirlər. Cavabdehlərin nümayəndə-vəkili apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunur ki, obyektə çıxarış aldıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) 2-ci cavabdehlə qarşılıqlı iddiaçılar arasında heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən (təxminən 1 milyon manat) xeyli aşağı qiymətə (480.000 manata) obyektin alğı-satqı müqaviləsinin bağlanması, satış barədə formalaşmış işgüzar adətlərə uyğun olaraq açıq mənbələrdə (bina.az və digər internet saytlarında) heç bir elan verilmədən əşyanın satılması kimi dəlillərin məcmusu əvvəlki satıcının, yaxud 2-ci cavabdehin obyekti qeyri-legitim yolla əldə etməsi barədə alıcıda (qarşılıqlı iddiaçılarda) şübhə yaranmasını (əmlakın mənbəyinin qanuniliyinə şübhə duymasını) təsdiq edir; qarşılıqlı iddiaçıların vicdansız olmasına dair 4 dəlil ayrı-ayrılıqda deyil, məhz birlikdə götürüldükdə bu nəticəyə gəlmək olur ki, həmin şəxslər vicdansız alıcı olmuşdur. Cavabdehlərin nümayəndə-vəkili qeyd edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sonuncu alıcıları (xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə) Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını bildirir və bu fikri 4 hal ilə əsaslandırırlar: 1) daşınmaz əmlakın çıxarışı xx.xx.2023-cü il tarixdə alındıqdan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin əmlak Cavabdeh3 və Cavabdeh1 satılıb. 2) daşınmaz əmlak heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə Cavabdeh3 və Cavabdeh1 satılıb. 3) daşınmaz əmlak bazar qiymətindən xeyli aşağı qiymətə Cavabdeh3 və Cavabdeh1 satılıb. 4) daşınmaz əmlak heç bir elan saytında elan verilmədən Cavabdeh3 və Cavabdeh1 satılıb. Onlar apelyasiya şikayətinin Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmamasına istinad edilən bu dəlilləri ilə aşağıdakı səbəblərə görə qətiyyən razı deyillər: Birincisi, birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli hazırlıq iclasında ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi Vəkil2 ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 ünvanladığı “Siz Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin vicdanlı alıcısı olduğunu qəbul edirsinizmi?” sualına sonuncu belə cavab vermişdir: “Hesab edirəm ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4 saxta etibarnamə və razılıq ərizələri alaraq ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarış almış və həmin əmlakı Cavabdeh2 satmışdır. Əsas mübahisəmiz həmin dələduzluğu edən Cavabdeh4 və Cavabdeh2 qarşıdır. Cavabdeh3 və Cavabdeh1 isə burada heç bir günahı yoxdur, onlar mübahisəli əmlakı alqısatqı yolu ilə əldə edərkən həmin əmlaka dair hər hansı mübahisənin olmasından xəbərsiz olmuşlar. Sadəcə olaraq hesab edirəm ki, Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab olunarsa, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də etibarsız hesab olunmalıdır”.Göründüyü kimi ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini alarkən həmin əmlak barəsində hər hansı mübahisənin olmasından xəbərsiz olmasını bildirməsi, dolayısı ilə Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən faktdır. İkincisi, birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə iddiaçıların nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı xüsusi qərardad çıxarılması barədə vəsatətin 3-cü səhifə sonuncu abzasında qeyd edilir ki, 1-ci cavabdeh, yəni Cavabdeh4 saxta etibarnamələr və razılıqları təqdim etməklə 12 saylı xüsusi notariusu və daşınmaz əmlakın dövlət reyestri orqanını aldatmış, obyekti 2-ci cavabdeh, yəni Cavabdeh2 mülkiyyətinə keçirməyə nail olmuş və birgə iddiaçılara 1.962.400 manat ziyan vurmuşdur. Göründüyü kimi, burada da bütün ittihamlar 1-ci və 2-ci cavabdehlərə, yəni Cavabdeh4 və Cavabdeh2 qarşı yönəlir, qeyri-yaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 hər hansı günahı olması vurğulanmır. Cavabdehlərin nümayəndə-vəkili hesab edir ki, bu fakt da Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən faktlardan biridir. Üçüncüsü, daşınmaz əmlakın çıxarışı xx.xx.2023-cü il tarixdə alındıqdan 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh3 və Cavabdeh1 satılması heç də onların vicdanlı alıcı olmasını şübhə altına alan fakt deyildir. Çünki diqqətlə fikir verilsə, müəyyən olunar ki, ilkin iddia ərizəsinin 9-cu bəndində qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli alğısatqı müqaviləsi bağlandığı gündə 2-ci cavabdeh, yəni Cavabdeh2 öz adına dövlət reyetrindən elektron çıxarışı almışdır. Lakin, ondan fərqli olaraq sonuncu alıcılar - Cavabdeh3 və Cavabdeh1 isə dövlət reyestrindən çıxarışı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş vermişlər (xx.xx.2023-cü il tarixli notariat işinin sonuncu 2 səhifəsindəki birkalar). Əgər Cavabdeh3 və Cavabdeh1 alğı-satqı müqaviləsinin legitimliyi barədə şübhələri olsaydı, onda hüquqların dövlət reyestrindən çıxarış elə müqavilə bağlandığı günə, xx.xx.2023-cü il tarixə sifariş edilərdi.Göründüyü kimi onların əldə etdikləri əmlaka 3cü şəxslərin mümkün iddialarından xəbəri olmamışdır, beləliklə vicdanlı alıcı hesab edilirlər. Dördüncüsü, apelyasiya şikayətində Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını əsaslandıran hallardan biri də daşınmaz əmlakın heç bir iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən xeyli aşağı qiymətə onlara satılmasıdır. Cavabdehlərin nümayəndə-vəkili hesab edir ki, burada da heç bir qanun pozuntusu yoxdur, çünki “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Göründüyü kimi daşınmaz əmlak sahibinin həmin əmlakı özü müəyyən etdiyi qiymətə satmaq hüququ vardır. Həmin qiymətin əmlakın real bazar qiymətindən aşağı və ya yuxarı olması, həmin əmlakın alıcısının vicdanlı əldə etməməsinə səbəb olan hal deyildir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi heç də alğı-satqı müqaviləsində qeyd edilən 480000 (dörd yüz səksən min) manata satılmamışdır. Müqavilədə qeyd edilən qiymətdən əlavə əmlakın sonuncu satıcısı Cavabdeh2 200000 (iki yüz min) manat məbləğində pul müqavilədən kənar tərtib edilmiş qəbzə əsasən verilmişdir. Cavabdeh2 öz xətti ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 cəmi 680000 (altı yüz səksən min) manat məbləğində pulu təhvil aldığını təsdiq edir: “Mən Cavabdeh2 bu məbləği təhvil aldım, heç bir narazılığım yoxdur, bu yazıları öz imzamla təsdiq edirəm” (qəbz əlavə edilir). İlkin iddia üzrə iddiaçılar məhkəmə iclaslarında qeyd olunan qəbzin Cavabdeh2 məxsus olub-olmamasını qətiyyən mübahisələndirməmişlər. Qeyd ediləndən əlavə, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri ilkin iddia üzrə iddiaçıların məhkəməyə təqdim etdikləri “X20” MMCnin xx.xx.2023-cü il tarixli rəyində qeyd edildiyi kimi 1.962.400 (bir milyon doqquz yüz altmış iki min dörd yüz) manat deyildir. Qeyd edilən rəqəm şişirdilmişdir. Bununla əlaqədar olaraq müvafiq qanunvericiliyə əsasən cavabdehlərin nümayəndə-vəkili tərəfindən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar qiymətinin müəyyən edilməsi üçün “X11” MMC-yə müraciət edilmiş və rəydən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 14/16 ünvandakı 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.4 kv metr olan qeyri-yaşayış sahəsinin, mövcud istifadə vəziyyətinə uyğun olaraq hazırki bazar qiyməti ilə təqribi dəyəri 695000 (altı yüz doxsan beş min) manat məbləğində müəyyən edilir. Həmin rəy də birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Hətta, məhkəmə də qiymətləndirmə barədə ekspertiza təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 10/4963-9/5211 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 125.4 kv metr olan qeyri-yaşayış sahəsinin 1 kv metrinin dəyərinin hazırki orta bazar qiymətlərinə uyğun təqribən 11722 manat, ümumi dəyərinin isə təqribən ******* manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin, ekspertlər Teymur Məmmədov və Elvin Qəhrəmanov məhkəmə iclasında dindirildikdə, həmin ərazidə obyektlərin fərqli qiymətlərinin olması, mübahisəli obyektin təmirsiz olması, havalandırma sisteminin olmaması, obyektin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət müəyyən edilməsini, hətta təmirin 500.000 (beş min) manata başa gələ biləcəyini də bildirmişlər.Odur ki, apelyasiya şikayətində obyektin qiymətinin guya aşağı olması ilə bağlı qeyd edilən dəlillər təsdiqini tapmır. Hətta qiymət aşağı olsa belə, onu müəyyən etmək mülkiyyətçinin subyektiv hüququdur.Beşincisi, apelyasiya şikayətində Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmadığını əsaslandıran hallardan biri də daşınmaz əmlakın heç bir elan saytında elan verilmədən Cavabdeh3 və Cavabdeh1 satılmasıdır. Cavabdehlərin nümayəndə-vəkili hesab edir ki, burada da heç bir qanun pozuntusu yoxdur. Belə ki, hər hansı daşınmaz əmlakın alınması üçün həmin əmlakın hansısa elan saytında və ya qəzetdə elan olunmalı olması ilə əlaqədar imperativ hal yoxdur. Bakı şəhərində ev alqısatqısı üzrə işləyən vasitəçilər Cavabdeh3 daşınmaz əmlak alıb-satan kimi tanıyırlar. Cavabdeh3 məhkəmədə verdiyi izahatında da bildirmişdir ki, ona zəng edərək mübahisəli əmlakın satılması bildirilmiş və son nəticədə əmlakın 680000 manata alınmasına dair razılıq əldə olunmuşdur. Altıncısı, Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən sübutlardan biri də mübahisəli daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməsi, hər hansı nöqsana yol verilməməsidir. Onlar mübahisəli əmlakı alarkən həmin əmlak Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Ona görə ki, sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 əmlakın satıcı Cavabdeh2 məxsus olduğunu, saxta yolla onun adına keçirildiyini və s. barədə məlumatı olmamışdır. Bundan başqa, alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş vəsait sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 tərəfindən bank depozitinə yerləşdirilmiş, satıcı Cavabdeh2 isə həmin vəsaiti depozitdən çıxarıb mənimsəmişdir. Yəni Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə üzərinə düşən vəzifəni icra edərək müqavilə predmeti olan əmlakın dəyərini ödəmişdir, lakin həmin əmlakı öz adlarına dövlət qeydiyyatına aldıra bilməmişlər. Çünki hüquqların dövlət qeydiyyatı haqqında çıxarış müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə sifariş verilsə də, Səbail Rayon Məhkəməsinin e-16(009)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlaka sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, qeyri yaşayış sahəsinə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən X27 və Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qadağan edilmişdir. Göründüyü kimi mübahisəli əmlakı vicdanlı şəkildə əldə etmiş Cavabdeh3 və Cavabdeh1 həmin əmlakı öz adlarına məhkəmə qərardadı ilə həbs qoyulduğuna görə keçirə bilməmişlər. Cavabdehlərin nümayəndə-vəkili hesab edir ki, bu hal əmlakın vicdanlı əldə edilməməsini göstərən hal deyildir. Çünki əsas olan əqdin, yəni alğı-satqı müqaviləsinin notariusda bağlanması və nəzərdə tutulmuş pulun notariusun depozit hesabına köçürülməsidir. Hətta, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin sonuncu alıcıları Cavabdeh3 və Cavabdeh1 həmin əmlaka hazırda faktiki sahiblik etməmələri də vicdanlı alıcı olmamalarına səbəb ola bilməz. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir və Mulki Məcəllədə gostərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bundan əlavə, həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Məhkəmədə iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X17 bildirmişdir ki, tərəfləri müraciət əsasında tanımışdır, sənədləri təqdim etdilər, etibarnamələr Rusiya Federasiyasında verildiyinə görə ətraflı yoxlanılıb. Qaydaya uyğun olaraq bu cür etibarnamələr iki formada yoxlanılır– portal və QR kod vasitəsi ilə– hər iki vasitə ilə yoxlanılıb. Notariusların hər üçü ilə dörd sənədlə bağlı əlaqə saxlayıb təsdiqi barədə yoxlama aparmışdır. Telefon danışıqları barədə çıxarışı məhkəməyə təqdim edir. Satıcı Cavabdeh4 etibarnamə əsasında alıcı Cavabdeh2 alq-satqı müqaviləsi üzrə həyata keçirilib. Nümayəndənin şəxsiyyətini və səlahiyyətlərini yoxlamış, etibarnamə bu günədək qüvvədədir. Ondan öncə 1 saylı Notariat Kontorunda təsdiq edilmiş tərcüməsi var idi. Portal ilə etibarnamə qüvvədədir və sonra portala uyğun məlumatları yoxlamışdır.Notarius etibarnamə və razılıq ərizələrinin qanuni olub-olmamasını yoxlayıb onların həqiqiliyini müəyyən edibsə, burada əqdin etibarsızlığından söhbət gedə bilməz. Göründüyü kimi daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün yuxarıda gostərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alğı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmir. Ona görə də hesab edirlər ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında mübahisəli əmlakın xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanan zaman sonuncular mübahisəli əmlakın Cavabdeh2 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. Cavabdeh3 və Cavabdeh1 mübahisəli əmlakın Cavabdeh2 mülkiyyətində olmasına inanaraq, ona etibar etmiş və həmin əmlakın alğı-satqı müqaviləsini bağlamağa dair öz iradə ifadəsinə uyğun olaraq razılığını göstərmişdir. xx.xx.2023-cü il tarixli notariat işindən də görünür ki, Cavabdeh1 240.000 manat, Cavabdeh3 240.000 manat, cəmi 480.000 manat məbləğində pulu notariusun depozit hesabına keçirmişlər. Notarius S.Xankişiyevin "xxxx" ASC-nin Dostluq filialına ünvanladığı məktubdan görünür ki, notariusun hesabına keçirilən pulun Cavabdeh2 verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli 2 ədəd xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən 240000 manat və Cavabdeh1 tərəfindən 240000 manat məbləğində pul xüsusi notarius X12 ASC-nin Dostluq filialında yerləşən depozit hesabına köçürülmüşdür. Odur ki, Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilmir. Qeyd olunan hallar isə Cavabdeh3 və Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, ilkin iddia üzrə iddiaçılar belə sübut növü təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə, hazırda mövcud olan vahid məhkəmə təcrübəsi də ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı kimi hüququnu qoruyur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş oxşar işlər üzrə məhkəmə qətnamələrində də saxta sənəd əsasında özgəninkiləşdirilmiş əvvəlki alğı-satqı müqaviləsi etibarsız hesab edilsə də, sonuncu alıcıların iştirak etdiyi alğısatqı müqaviləsi etibarsız hesab edilməmiş və əmlakın əvvəlki mülkiyyətçisinə izah edilmişdir ki, onara məxsus olmuş əmlakın cinayət yolu ilə əllərindən çıxması nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndə-vəkilləri Vəkil3 və Nümayəndə1 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onların nümayəndə-vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X26, X22 və X9 ayrıayrılıqda izahat verərək apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə ilk iddia tələbinin rədd edilən və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X16 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilki iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməli, ilkin iddia tələbi tam təmin edilməli və qarşılıqlı iddia təmin edilən hissədə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli İddiaçı2 və İddiaçı1 adından saxta sənədlər əsasında Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsi bağlanmış, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 ünvanda yerləşən 125,40 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olmaqla xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi bağlandıqdan və mübahisəli əmlaka dair Cavabdeh2 çıxarış əldə etdikdən cəmi 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 125,4 kv.m. qeyri-yaşayış sahəsini Cavabdeh3 və Cavabdeh1 480.000 (dörd yüz səksən min manat) manata satmışdır. “X11” MMC-nin 09 iyun 2023-cü il tarixli 88 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 7 ünvandakı 3 (üç) mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.4 kv.m olan qeyri-yaşayış sahəsinin, mövcud istifadə vəziyyətinə uyğun olaraq, hazırkı bazar qiyməti ilə təqribi dəyəri 695.000,00 (altı yüz doxsan beş min) manat məbləğində müəyyən edilir. X8 10 aprel 2023-cü il tarixli 51 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 125.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 1.962.400 AZN (bir milyon doqquz yüz altmış iki min dörd yüz manat) müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 10/4963-9/5211 nömrəli ekspert rəyindən görünür ki, ünvan 7 ünvandakı yerləşən ümumi sahəsi 125.4 kv.metr olan qeyri-yaşayış sahəsinin 1 kv.metrinin dəyəri hazırki orta bazar qiymətlərinə uyğun təqribən 11722,00 manat, ümumi dəyərinin isə təqribən 1.465.000,00 manat məbləğində olduğu müəyyən edilir. (Ekspertiza xərci 50 manat) Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində belə nəticəyə gəlmişdir ki, işin araşdırılmış halları ilə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması halı Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında aparılmış notariat əməliyyatlarına şübhə ilə yanaşmağa hər hansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan hallar isə Cavabdeh3 və Cavabdeh1 vicdanlı tərəf olmasına dəlalət edir. Kollegiya ilk öncə qeyd edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayan kollegiya hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməyən hissəsi üzrə və qarşılıqlı iddianın təmin edilən hissəsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, qətnamə bu hissələrdə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, işdəki sübutlar mülki prosessual qanunvericiliyin (MPM 88) tələblərinə uyğun qiymətləndirilmədiyindən əsaslı olmamış, maddi hüquq normaları isə hazırki mübahisəyə düzgün tətbiq və təfsir olunmadığından, gəlinən nəticə qanuni olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyətçilər olan İddiaçı2 ilə İddiaçı1 mülkiyyətində olmuş və həmin sahə xx.xx.2022-ci il tarixdə Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2024cü il tarixədək icarəyə verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin icarəçi Cavabdeh4 tərəfindən birgə mülkiyyətçilərin mülkiyyətindən çıxarılaraq saxta etibarnamə əsasında hazırki iş üzrə Cavabdeh2, daha sonra isə sonuncu tərəfindən Cavabdeh3 ilə Cavabdeh1 adlarına özgəninkiləşdirilmişdir. Lakin işin müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, ilk iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsini özgəninkiləşdirilməsi məqsədi olmamış, sahənin mülkiyyət sənədləri şəhadətnamə özlərində olmuş və bu sənədlər yalnız icarə müqaviləsinin tərtib və təsdiqi zamanı istifadə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən saxtalaşdırılmış sənədlər əsasında Cavabdeh4 ilə Cavabdeh2 arasında ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqd kimi qiymətləndirilməmiş və buna görə də etibarsız hesab edilmişdir. Qətnamə həmin hissədə mübahisələndirilməmişdir. İşin mübahisəli halı qarşılıqlı iddiaçıların vicdanlı alıcı hesab edilməsi ilə bağlıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin əmlakın onlara satılan məqamda mülkiyyətçisi olmuş Cavabdeh2 rəsmi qaydada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almışlar. Birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdin etibarsızlığına əsas ola biləcək hal müəyyən olunmamaqla əmlaka Cavabdeh2 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən həmin əmlakı əldə etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçıların vicdanlı alıcı hesab edilməsi üçün əsaslar olmamışdır. Belə ki, mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb. Belə ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüququnu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olubolmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı) Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017 il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2018-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı və ya ona bu qeyri-dəqiqliyin şübhəli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, alıcının təkcə əmlakın legitimsizliyini bilməsi deyil, həm də legitimsizliyinə dair şübhə və ya gümanın olması onun vicdanlı əldə edən hesab edilməsini istisna edir. Müqavilə bağlayarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirilməməsi də alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığını istisna edən hallardan biridir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında vicdanlı əldə edən barədə formalaşdığı hüquqi mövqedən aydın olur ki, alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Avropa İnsan Hüquqları Məhkəməsinin də vicdanlı alıcı ilə bağlı hüquqi mövqeyinə əsasən əmlakın alıcısı onun mənşəyini diqqətlə araşdırmalı, xüsusən də qısa müddət ərzində əmlakın mülkiyyətçisi bir neçə dəfə dəyişərsə, sözügedən əmlakın mübahisə predmeti olmadığını yoxlamalıdır (Belova Rusiyaya qarşı işi, 2020, § 40-41) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vicdanlı alıcı hesab edilməsi ilə bağlı gəldiyi qənaət qanunvericilik normalarına və işin faktiki araşdırılmış hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin o dəlili razılaşmır ki, daşınmaz əmlak alan şəxsin əmlakın legitimliyinə dair lazımi araşdırma aparması vəzifəsi qanunvericilikdə nəzərdə tutulmadığından alıcı vicdansız hesab edilə bilməz. Bu onunla bağlıdır ki, həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alıcının əmlakın legitimsizliyinə dair şübhə duyması onun vicdanlı əldə edən hesab edilməsini istisna edir, müqavilə bağlayarkən ağlabatan ehtiyatlılıq və sayıqlıq nümayiş etdirməyən alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığına istinad edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator tərəfindən təqdim edilən və izahatında istinad etdiyi oxşar işlərlə bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış hüquqi mövqeyi də tələb edir ki, əmlak alan şəxs alqı-satqıdan əvvəl lazımi ehtiyatlılıq göstərsin və əmlak mülkiyyətçisinin əmlakın satışına dair həqiqi niyyətinə yəqinliklə əmin olduqdan sonra alsın. Lazımi ehtiyatlılıq göstərmədən əmlak almış şəxsin vicdanlı sahib olması isə istisna olunur. Belə ki, yuxarıda sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, reyestrdəki qeydiyyatla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağılabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Kollegiya hesab edir ki, ilk iddia üzrə cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçıların mübahisəli əmlakı əldə etmə şəraiti daşınmaz əmlak bazarında analoji əmlakların alqısatqısı zamanı formalaşmış işgüzar praktika baxımından, həmçinin, cavabdehlərin əmlakı əldə etmə şəraiti ilə bağlı özlərinin verdikləri izahatları ilə əlaqəli qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçılar da ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərmədən, lazımi araşdırma aparmadan qeyri-yaşayış sahəsini almışlar ki, bu onlarda əmlakın Cavabdeh2 tərəfindən əldə edilməsinin legitimsizliyi şübhəsinin olmasını təsdiq edir və onların vicdanlı əldə edən olmasını istisna edir. Bu qənaət qeyri-yaşayış sahəsinin real bazar qiyməti və həqiqi satış qiyməti, yeni alınmış əmlakın qısa zaman sonra alqı-satqısı, habelə daşınmaz əmlakın satışı üzrə təşəkkül tapan işgüzar adət barədə mövcud sübutların birinci instansiya məhkəməsindən fərqli olaraq aşağıdakı göstərilən düzgün dəyərləndirilməsinə əsaslanır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən 125,4 kv. metr qeyri-yaşayış sahəsi saxta sənədlər əsasında Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satıldıqdan 3 gün sonra sonuncu həmin əmlakı digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 satmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin qiyməti 480.000 manat təşkil etmişdir. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh1 iddia edir ki, müqavilə qiymətindən əlavə onlar Cavabdeh2 200.000 manat əlavə pul ödəmişlər və bu onların öz aralarında əlyazma ilə tərtib edilmiş qəbzlə təsdiq edilir. Həmin əlyazmada göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin qiyməti 680.000 manat təşkil edir, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 332.000 ABŞ dolları və 115.600 manat ödəmişdir (Cild 2, i.v. 11). Məhkəmə kollegiyası mübahisəli əmlakın alqı-satqı müqaviləsində göstərilən məbləğə deyil, 680.000 manata alınması barədə nəticəsi ilə razılaşmır. Belə ki, məhkəmə əlyazma ilə tərtib edilmiş qəbzə tənqidi yanaşır və hesab edir ki, həmin qəbz mötəbər sübut olmadığından qeyri-yaşayış sahəsinin həqiqi qiymətini təsdiq edən sənəd olaraq qəbul edilə bilməz. Bu onunla bağlıdır ki, cavabdehlərin qeyd edilən dəlilləri özlərinin izahatlarından başqa hər hansı bir sübutla təsdiqini tapmır. Digər tərəfdən, qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə deyil, müqavilədən kənar əlyazma ilə tərtib edilmiş qəbzdə göstərilməsi ağlabatan deyildir, çünki 200.000 manat qiymətin müqavilədə göstərilməməsinin məntiqi açıqlaması yoxdur, qiymətin real göstərilməsinin satıcıya və alıcıya riski və ya ziyanı (itkisi) mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin tələbinə əsasən mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər (Vergi Məcəlləsi, 218.4.3-cü maddə). Həmin ödəyicilər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. (Vergi Məcəlləsi, 220.8-ci maddə). Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nə əsasən mübahisəli obyektin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi zona 1 sərhədləri daxilindədir. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə zona 1 üzrə 4,0 əmsalı tətbiq olunur (Vergi Məcəlləsi, 220.8.1-ci maddə). Göründüyü kimi, Cavabdeh2 qeyri-yaşayış sahəsini satarkən sadələşdirilmiş vergi ödəyicisi olaraq onun vergi öhdəliyi satışdan əldə edilən gəlirə görə deyil, qeyri-yaşayış sahəsinin sahəsinə görə yaranır. Yəni daşınmaz əmlakın alqı-satqısı satıcının gəlirinə səbəb olur və bu zamanı alıcının əldə etdiyi gəlir satış qiymətindən deyil, satılan qeyriyaşayış sahəsinin ölçüsündən asılıdır. Bu baxımdan gəlirin az və ya çox göstərilməsi vergi dərəcəsinə heç cür təsir etmir, yəni vergi məbləğini dəyişdirmir. Həmçinin, daşınmaz əmlakın alqı-satqısı alıcının xərcinə səbəb olur və həmin xərcin çox göstərilməsi də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən alıcı üçün hər hansı bir vergi və ya digər öhdəlik yaratmır. Digər tərəfdən, qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsinin qiyməti nəinki vergi öhdəliyinə hətta digər məcburi ödənişlərə (dövlət rüsumu və xidmət haqqına) da təsir etmir. Belə ki, Dövlət rüsumu haqqında" Qanunun 10.1.2-ci və 11.3-cü maddələrinə əsasən müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, müqavilənin təsdiqi üçün 280 manat dövlət rüsumu ödənilir və həmin dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz ödənilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 10-cu bəndinin 2-ci cümləsinə əsasən notariuslar əqdlərin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (əqdlərin layihələrinin tərtib edilməsinə, texniki işlərin yerinə yetirilməsinə) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar. Göründüyü kimi, Bakı şəhərində yerləşən əmlakın başqa şəxsin mülkiyyətinə keçirilməsinə dair müqavilənin notarial təsdiqi üçün 280 manat dövlət rüsumu və həmin müqavilənin təsdiqi ilə əlaqədar göstərilən xidmətə görə 42 manat (280 manatın 15 faizi miqdarında) haqq tutulur ki, bu da həmin əqdin cəmi 322 manat xərcə səbəb olmasını göstərir. Bu baxımdan o nəticəyə də gəlmək olur ki, daşınmaz əmlakın qiymətinin alqı-satqısı müqaviləsində az və ya çox göstərilməsi müqavilənin notariat qaydada təsdiqlənməsi üçün tələb edilən xərclərə də heç bir təsir etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin qəbz ağlabatan olmadığından mötəbər sübut hesab edilə bilməz və qeyri-yaşayış sahəsinin həqiqi qiymətini təsdiq edən sənəd olaraq qəbul edilə bilməz, sözügedən qəbzin məhkəməyə təqdim edilməsi isə qeyri-yaşayış sahəsinin alış qiymətinin real bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənməməsinin göstərilməsinə yönəlmişdir. Bundan əlavə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 qeyri-yaşayış sahəsinin qiymətinin müqavilədə tam göstərilməməsini bununla əlaqələndirmişdir ki, 54 saylı notariat ofisinin xüsusi notariusu onlara qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə tam göstərilməməsini, 480.000 manat göstərilməsini bildirmiş, qalan 200.000 manatı isə öz aralarında hesablaşma aparılmasını tövsiyə etmiş, bunun birdəfəlik əməliyyat limitinin 500.000 manat təşkil etməsi, monitorinqdən yan qaçmaqdan ötrü müqavilə qiymətinin 500.000 manatdan aşağı məbləğdə göstərilməli olmasını izah etmişdir. Qeyd edilən dəlilə məhkəmə kollegiyası tənqidi yanaşaraq hesab edir ki, həmin dəlil də inandırıcı olmamaqla ağlabatan deyildir, qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin 680.000 manat olmasına dair məhkəmədə heç bir halda əminlik yaratmır. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 54 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, o, müqaviləni tərtib etmişdir, alış qiyməti 480.000 manat məbləğ idi. Əlavə məbləğdən məlumatı yoxdur. Notariat ofisinin içində əlavə ödənişin edilməsini görməmişdir (Cild 4, i.v.17). Göründüyü kimi, 54 saylı notariat ofisində qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilədə tam göstərilməməsi, 480.000 manat göstərilməsi, qalan 200.000 manatın öz aralarında hesablaşma aparılması barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tövsiyə edilməsi təsdiq edilmir. Digər tərəfdən isə, xx.xx.2023-cü il tarixdən qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın əməliyyatını apardıqda həmin Qanunun tələbləri onlara münasibətdə də tətbiq olunur. Həmin Qanunun 4.2.2-ci maddəsinə əsasən 20.000 manat (limit) və ya daha artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. 4.3-cü maddəyə əsasən əməliyyatın ümumi məbləği əməliyyatın icrasından əvvəl məlum deyilsə, müştəri uyğunluğu tədbirlərinin tətbiqi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir. Qanunun 4.5.1-ci maddəsinin mənasına görə aparılan əməliyyatların maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi davamlı müştəri uyğunluğu tədbirlərinə aiddir. Göründüyü kimi, Cavabdeh2 ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlanarkən monitorinq olunan vəsaitin limiti 500.000 manat deyil, 20.000 manat təşkil etmişdir və həmin məbləğdən yuxarı əməliyyatlar monitorinq olunmaqdadır, yəni əməliyyat məbləğinin mənbəyinin qanuniliyi araşdırılmaqdadır. Bu isə ona işarə edir ki, nəinki 680.000 manat, həm də 480.000 manat dəyərdə daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə öhdəlik daşıyan şəxs kimi notariuslar tərəfindən monitorinq edilməli olan əməliyyatlar dairəsinə aiddir. Bu baxımdan qeyri-yaşayış sahəsinin həqiqi dəyərinin 680.000 manat olmasına, müqavilədə əmlakın qiymətinin həqiqi qiymətindən az göstərilməsinin 54 saylı notariat ofisində tövsiyə edilməsinə dair dəlillər inandırıcı və ağlabatan olmamaqla əsassızdır və birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin həqiqi qiyməti barədə səhv nəticəyə gəlmişdir ki, işin faktiki halları üzrə qeyri-yaşayış sahəsinin həqiqi qiymətinin müqavilə qiyməti ilə eyni olması müəyyən edilir. Məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin real bazar qiymətinə münasibətdə də qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, ekspert rəyləri ilə mübahisəli sahənin təmirli obyektlərlə müqayisə edilərək orta qiymət 1.465.000 manat müəyyən edilmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilərkən Nümayəndə1 ekspert X15 verilən suala cavab olaraq ekspert bildirmişdir ki, Obyektin təmirli, yoxsa təmirsiz olması ekspert qarşısında sual qoyulmayıb. Mübahisəli obyektə baxış keçirəndə təmirsiz vəziyyətdə olmuşdur (Cild 3, i.v. 194). Göründüyü kimi, ekspert rəyi üzrə müəyyən edilən orta bazar qiyməti məhz təmirsiz vəziyyətdə qeyri-yaşayış sahəsinin qiymətini nəzərdə tutur, təmirli olsaydı, qeyri-yaşayış sahəsinin qiyməti 1.465.000 manatdan da artıq qiymətə dəyərləndirilə bilərdi. Digər tərəfdən, cavabdehlər öz izahatları da qeyri-yaşayış sahəsi real bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə almalarını bildiklərini təsdiq edir. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunan Cavabdeh3 izahatından görünür ki, o, məhkəmələrə düşməmək üçün obyektin 2.000.000 manata satılmasını və özlərinin xərclədikləri 700.000 manat pulu götürmələrini iddiaçılara təklif etmişdir (Cild 2, i.v. 219). Bu hal ona dəlalət edir ki, Babayev X23 Üzeyir Adil oğlu ilə birlikdə qeyri-yaşayış sahəsini alarkən özlərinin iddia etdikləri kimi 680.000 manata deyil, bu məbləğdən əhəmiyyətli dərəcədə yuxarı qiymətə olmasını bilmiş və həmin əmlakı real bazar qiymətinə deyil, həmin qiymətdən əhəmiyyətli dərəcədə ucuz qiymətə almışlar. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin daşınmaz əmlakın satışı barədə elan verilməsinin işgüzar adət hesab edilməməsi dəlilinə münasibətdə də qeyd edir ki, daşınmaz əmlakın satışı zamanı həmin əmlakın əvvəlcə açıq mənbələrdə (elan saytında və ya qəzetdə) elan olmasına dair imperativ norma olmasa da, həmin davranış qaydası daşınmaz əmlak bazarı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qaydadır, hansı ki, həmin qayda qanunvericilikdə nəzərdə tutulmasa da, qanuna zidd deyildir və bu səbəbdən Mülki Məcəllənin 10-cu maddəsinin tələblərinə əsasən həmin davranış qaydası işgüzar adət sayılır. Qeyd edilən məcmusu onu təsdiq edir ki, qarşılıqlı iddiaçılar qeyri-yaşayış sahəsini bazar dəyərindən (1.465.000 manatdan) əhəmiyyətli dərəcədə ucuz (480.000 manata) almışlar. Kifayət qədər dəyərə malik əmlakı alarkən isə alıcılar Cavabdeh3 və Cavabdeh1 lazımi və ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməmiş, Cavabdeh2 tərəfindən qeyriyaşayış sahəsinin əldə edildikdən qısa zaman ərzində, yəni 3 gün sonra, işgüzar adətə uyğun olmayaraq açıq mənbələrdə elan verilmədən və bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə onlara satılmasında satıcının həqiqi niyyətini araşdırmayıb alqısatqı müqaviləsi bağlamışlar ki, bu onların vicdanlı sahib olmasını istisna edir. Halbuki, alıcılar Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında müəyyən edilən işin halları tələb edirdi ki, onlar lazımi və ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərsin və yalnız bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlamaqla qeyri-yaşayış sahəsini əldə etsinlər. Belə ki, xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunan Cavabdeh1 izahatından görünür ki, Cavabdeh2 onlara qeyri-yaşayış sahəsinin xaricdə yaşayan Şamil adlı əmisinin adına olduğunu və həmin sahəyə dair icarədarın olmadığını bildirmişdir (Cild 1, i.v. 198). xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunan Cavabdeh1 izahatından görünür ki, Cavabdeh3 Polşadan Şamil adlı şəxs zəng vuraraq təcili pul lazım olduğunu demiş və qeyri-yaşayış sahəsini təklif etmişdir, qeyri-yaşayış sahəsinin çıxarışı xx.xx.2023cü il tarixdə onlara təqdim etmişdir (Cild 2, i.v. 221). xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunan Cavabdeh1 izahatından görünür ki, onlar qeyri-yaşayış sahəsi ilə bağlı araşdırma apardıqda Hacı Əlağa adlı şəxsdən obyekt barədə soruşmuşlar və həmin şəxs obyektin sahibini tanımadığını bildirmişdir (Cild 3, i.v. 54). xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərkən göstərmişdir ki, o, Hacı Əlağa adlı şəxsdən obyektin sahibi barədə məlumat əldə edə bilmədikdən sonra heç bir araşdırma aparmamışdır və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyd etdiyi qeyri-yaşayış sahəsinə dair araşdırma aparılması barədə izahatını təkzib etmişdir (Cild 4, i.v.17). Həmin izahatlar əsasında belə müəyyən edilir ki, qeyri-yaşayış sahəsini Cavabdeh3 və Cavabdeh1 Şamil adlı şəxs təklif etmiş, onlar qeyri-yaşayış sahəsinin həmin şəxsə məxsus olmasını güman etmişlər, qeyri-yaşayış sahəsi onlara Cavabdeh2 tərəfindən göstərilmiş və bu dəfə həmin şəxs əmlakın özünə məxsusluğunu bildirmiş, qeyri-yaşayış sahəsinə aid elektron çıxarış onlara xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və həmin çıxarışda qeyri-yaşayış sahəsini Cavabdeh2 adına olmasını və həmin tarixdə rəsmiləşdirildiyini görmüşlər. Qeyri-yaşayış sahəsinin Şamil adlı şəxsin təklif etməsindən sonra qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirildiyini bilmələri şəraiti ən azından həmin sahənin həqiqi mülkiyyətçisinin kim olması, Şamil adlı şəxsin olub-olmaması, Şamil olmalı olduğu halda, çıxarışda hansı səbəbdən Cavabdeh2 adının qeyd edilməsi, mülkiyyət hüququ yeni əldə edənin qeyri-yaşayış sahəsini satmaq niyyətinin nədən irəli gəlməsi, nə səbəbə görə birbaşa öz adından deyil, Cavabdeh2 adına rəsmiləşdirdikdən sonra Şamil adlı şəxsin qeyri-yaşayış sahəsini satması kimi sualların aydınlaşdırılmasını tələb edirdi. Qeyd edilən şübhə və tərəddüd yaradan məqamlara göz yumulması isə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsinə, beləliklə xoş niyyətlə deyil, pis niyyətlə əqd bağlayaraq qeyriyaşayış sahəsinin əldə edilməsinə dəlalət edir ki, həmin hallar Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqelərinə uyğun olaraq Cavabdeh3 və Cavabdeh1 vicdanlı sahib olmasını istisna edir. Göstərilənlərin davamı olaraq, məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdehlərin birinci instansiya məhkəməsinə verdikləri izahatlarında göstərmişlər ki, Polşa Respublikasından onlara zəng olunaraq əmlakın satılması barədə məlumat verilmiş və əmlakı almaları təklif olunmuşdur. İş materialları ilə həmçinin, birmənalı müəyyən edilən hallardan biri də budur ki, potensial alıcıların məlumatlandırılması və alıcı bazarına təklif olunması məqsədilə əmlakın satışına dair hər hansı formada elan, reklametmə, bildiriş və s. yayılmamış, daşınmaz əmlak bazarının vasitəçilərinə müraciət olunmamışdır. Kollegiya, qeyd edir ki, daşınmaz əmlak bazarında formalaşmış mövcud praktika (əmlakın satışı barədə hər hansı elan, vasitəçilərə müraciət və s.) ilə uyğun olmayan qaydada əmlak satışına dair gələn təklifin bu bazarın təcrübəli iştirakçıları olan hazırki cavabdehlər (Cavabdeh3 və Cavabdeh1) tərəfindən qəbul edilməsi zamanı əmlakın qeydiyyat sənədlərində onun satıcısı tərəfindən çox qısa müddət (cəmi 3 gün) əvvəl əldə edilməsi aşkar göründüyü halda, belə qısa müddətdə satışın legitimsizliyinin onlarda şübhə yaratmaması ağlabatan mühakimə ilə, yəni adi müşahidəçinin (kəmağıllıq, digər psixi və yaxud psixoloji, fizioloji problemləri olmayan şəxsin) qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır. Bu hal da Cavabdeh3 və Cavabdeh1 qeyri-yaşayış sahəsini əldə edərkən onlarda aralıq mülkiyyətçi olan Cavabdeh2 legitim sahibi olmasından şübhələnmələrini təsdiq edir və onların vicdanlı alıcı olmalarını istisna edir. Kollegiya, həmçinin, onu da qeyd edir ki, Cavabdeh3 və Cavabdeh1 onlara “Polşa Respublikasından olan zənglə əmlak satışı barədə məlumat verilməsinə dair” mülahizələrini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Bu baxımdan, ilk iddia üzrə cavabdehlər – qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 mövcud praktikaya və ağlabatan mühakiməyə əsaslanmayan bu dəlilləri (Polşa Respublikasında yaşayan şəxs tərəfindən gələn zəng əsasında əmlakın satışına dair məlumat almaları) də onların əmlakın vicdanlı alıcısı olmadıqları qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddiaçıların vicdanlı alıcı olmamasına dair ilk iddiaçı tərəfin dəlillərini düzgün qiymətləndirmədən, həmin dəlilləri məcmu şəklində nəzərə almadan əsassız olaraq ayrılıqda qiymətləndirmiş və nəticədə maddi hüquq normalarının pozuntusu ilə qətnamə çıxarmışdır . Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin Bendenun Fransaya qarşı (ərizə: 12547/86, §47) və Deumeland Almaniyaya qarşı (ərizə: 9384/81, §74, 90) işlər üzrə qərarlarındakı hüquqi mövqeyinin mənasına görə faktın mövcudluğu ilə bağlı hər bir meyarın ayrıca təhlili birmənalı qənaətin əldə edilə bilməsi üçün kifayət etmədikdə, faktlar birlikdə və məcmu şəklində götürülərək qiymətləndirilə bilər (§ 47). Avropa Məhkəməsi tərəfindən belə yanaşma, kumulyativ yanaşma hesab edilir (Garyfallou AEBE Yunanıstana qarşı, ərizə: 93/1996/712/909, §33) Birinci instansiya məhkəməsi isə mübahisəli qeyri-yaşayış sahəsinın çıxarış alındıqdan sonra çox qısa müddət ərzində (3 gün sonra) həm iqtisadi faydaya əsaslanmadan alış qiymətinə, həm də bazar qiymətindən xeyli aşağı qiymətə satılması, həm də işgüzar adət olan daşınmaz əmlakı satışının açıq mənbələrdə elan verilməklə həyata keçirilməməsi, Polşa Respublikasından olan zəng əsasında əmlak satışı barədə məlumat verilməsinə dair mülahizələrini irəli sürərkən həmin mülahizələri təsdiq edən mötəbər sübut təqdim etməsi aşkar surətdə zərurət olduğu vəziyyətdə hər hansı bir mötəbər sübut təqdim etməmələri kimi dəlillərin məcmusunu ağlabatan mühakimə əsasında düzgün qiymətləndirməmiş, həmin dəlilləri ayrı-ayrılıqda qiymətləndirmiş və həmin halların satıcı Cavabdeh2 qeyri-yaşayış sahəsini qeyri-legitim yolla əldə etməsi barədə alıcıda (qarşılıqlı iddiaçılarda) şübhə yaranmasını (əmlakın mənbəyinin qanuniliyinə şübhə duymasını) təsdiq etməsi barədə nəticəyə gəlməli olduğu halda, dəlillərin məcmu qiymətləndirməsini aparmayaraq səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası daha sonra iddiaçı tərəfin məhkəməyə ünvanladığı xüsusi qərardad çıxarılması barədə vəsatətin məzmununda yalnız cavabdehlər Cavabdeh4 və Cavabdeh2 təqsirli bilməsi, qarşılıqlı iddiaçıların sənədlərin saxtalaşdırılmasında hər hansı formada iştirakının vurğulanmaması halının onların vicdanlı əldə edən olmasını təsdiq edən amillərdən biri olmasına dair qənaətinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şəxsin vicdansız alıcı hesab edilməsi üçün ona əldə etdiyi daşınmaz əşyanın qanunsuz yolla əldə edildiyini bilməsi deyil, şübhə etməsi (güman etməsi) belə kifayətdir. İşin halları ilə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən mübahisəli qeyriyaşayış sahəsi əldə edilərkən onlardan əvvəlki əldə edənin əmlakı qeyri-legitim yolla əldə etməsinin özlərində şübhə doğurması təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçıların cinayət törətməsinə, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı almalarına dair dəlillərin müəyyən edilməməsi ona dəlalət etmir ki, onlar vicdansız alıcı hesab edilə bilməz. Çünki, Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin qeyri-legitim yolla əldə edilməsindən qarşılıqlı iddiaçıların şübhələnmələrinə dair dəlillərin olması kifayətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, iş materiallarına əsasən qarşılıqlı İddiaçıların qeyri-yaşayış sahəsinə dair elektron çıxarışı əldə etməməsi onların iradəsindən asılı olmayan səbəbdən baş vermişdir və bu da qeyri-yaşayış sahəsinə sərəncam verilməsi, o cümlədən özgəninkiləşdirilməsi haqqında əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların, o cümlədən qarşılıqlı iddiaçıların adına dövlət qeydiyyatına alınmasının Ərazi İdarəsinə qadağan edilməsi (müvəqqəti təminat tədbirinin tətbiqi) barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2023cü il tarixli e-16(009)-61/2023 nömrəli qərardadının qəbul edilməsi ilə əlaqədar olmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, Cavabdeh1 çıxarışı o, 15 iş gününə, Cavabdeh3 isə 10 iş gününə almalı olduğunu, hazırki məsələlər ortalığa çıxandan sonra 3 gün müddətində obyektin sənədini almağa qərara gəlmələrini bildirmişdir (Cild 2, i.v. 221). Bu hallar onu təsdiq edir ki, qarşılıqlı iddiaçıların qeyri-yaşayış sahəsinə dair elektron çıxarışı əldə etməməsi onların iradəsindən asılı olmayan səbəbdən baş vermiş, birgə iddiaçılar cavabdehlər onlara qarşı iddia qaldırdıqdan dərhal sonra onlar çıxarışın alınması üzrə xidmətlərin sürətləndirilməklə icra olunması barədə sifariş vermiş, lakin qeyri-yaşayış sahəsinə sərəncam verilməsi məhkəmə qərardadı ilə qadağan edildiyindən bu sifarişin icrası baş tutmamışdır. Bu baxımdan həmin dəlil heç bir halda əmlakın qeyri-legitim yolla əldə edilməsində qarşılıqlı iddiaçıların şübhələnməsini istisna edən və onların vicdansız əldə edən hesab edilməməsinə əsas verən hal kimi dəyərləndirilə bilməz. Əksinə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 tərəfindən xx.xx.2023cü il tarixli məhkəmə iclasında verdiyi öz izahatını təkzib edərək qeyri-səmimilik göstərməsi, eləcə də Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyri-yaşayış sahəsinin çıxarışına xx.xx.2023-cü il tarixdə (çıxarış əldə edilən tarixdə) baxış keçirməsini, sonra həmin əmlaka dair araşdırma aparmasını və əmlakın mülkiyyətçinin Cavabdeh2 olmasını müəyyənləşdirdiyini bildirdiyi halda, işin faktiki hallarına əsasən xx.xx.2023-cü il tarixədək əmlakın mülkiyyətçisi (istər həqiqi, istərsə də formal mülkiyyətçisi) olmuş şəxsin Cavabdeh2 olmasının müəyyənləşdirməsinin mümkünsüz olmasına söykənən Cavabdeh1 ona məlum olan halları düzgün danışmaması, habelə, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh3 tərəfindən obyektin 2.000.000 manata satılmasını və özlərinin xərclədikləri 700.000 manatı götürmələrini iddiaçılara təklif etməsini bildirməsi, ilkin iddiaçılar onlara qarşı iddia qaldırdıqdan dərhal sonra çıxarış alınması üzrə xidmətlərin sürətləndirilməklə icra olunması barədə hüquqların dövlət qeydiyyatı orqanına sifariş vermələri kimi dəlillərin məcmusu mübahisəli qeyriyaşayış sahəsinin Cavabdeh2 tərəfindən qeyri-legitim yolla əldə edilməsində Cavabdeh1 və Cavabdeh3 ən azından şübhələrinin olmasını güman etməyə kifayət qədər əsas yaradır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, mübahisəli əmlaka dair sonuncu alıcılar Cavabdeh3 və Cavabdeh1 vicdanlı sahib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu hallar araşdırılmamış və iddia tələbinin bu hissədə də rədd olunması qənaətinə gəlinməsi ilə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iştirakçısı olduğu xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab olunduğundan və qarşılıqlı iddiaçıların mübahisəli əmlaka dair vicdanlı əldə edən olmaları müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi də etibarsız hesab edilməli, ilkin iddia tələbi - mübahisəli əmlaka dair birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması hissəsində də təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, bağlanmış alğı-satqı müqavilələri etibarsız əqdlər hesab edildiyindən mülki qanunvericiliyin tələblərinə görə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllə 337.5). Birinci instansiya məhkəməsi nəticəyə gələrkən qeyd edilən normanın tələbi üzrə ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manat satıcı qismində çıxış edən Cavabdeh4 alınıb, alıcı Cavabdeh2 qaytarılmasını göstərməmişdir. Göstərilən qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 480.000 manat satıcı qismində çıxış edən Cavabdeh4 alınıb, alıcı Cavabdeh2, xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli alğısatqı müqaviləsinə əsasən ödənilmiş 480.000 manat satıcı qismində çıxış edən Cavabdeh2 alınıb, alıcılar - Cavabdeh3 və Cavabdeh1 qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 və Cavabdeh1 vicdanlı alıcı olmaları öz təsdiqini tapmadığından, İddiaçı2 oglu və İddiaçı1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qarşılıqlı iddia bu hissədə də rədd edilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilki iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilən qaydada ilkin iddia tələbi tam təmin edilməli və qarşılıqlı iddia təmin edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia ərizəsi üçün ödənilmiş 100 manat, vəkil xərcinə görə 400 manat rüsum müştərək qaydada ilkin iddia üzrə cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçılara ödənilməlidir. Qarşılıqlı iddia tələbinə dair iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Ekspertiza xərci olan 50 manat müştərək qaydada ilkin iddia üzrə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(009)- 47/2024 nömrəli qətnaməsi - mübahisələndirilən hissədə, yəni ilki iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilsin. İlkin iddia tələbi təmin edilməyən hissədə təmin edilsin. Cavabdeh2 tərəfindən Cavabdeh3 və Cavabdeh1 480.000 (dörd yüz səksən min manat sıfır qəpik) manata satılması barədə ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyriyaşayış sahəsinə dair xx.xx.2023 cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınsın. ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 480.000 (dörd yüz səksən min) manat satıcı qismində çıxış edən Cavabdeh4 alınıb, alıcı Cavabdeh2 qaytarılsın. ünvan 3 ünvanda yerləşən 125,4 m2 qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 480.000 (dörd yüz səksən min) manat satıcı qismində çıxış edən Cavabdeh2 alınıb, alıcılar - Cavabdeh3 və Cavabdeh1 qaytarılsın. Qarşılıqlı iddia tələbi təmin edilən, yəni, - İddiaçı2 oglu və İddiaçı1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh3 və Cavabdeh1 təhvil verilməsi hissəsində rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. İlkin iddia ərizəsi üçün ödənilmiş 100 manat, vəkil xərcinə görə 400 manat rüsum müştərək qaydada ilkin iddia üzrə cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçılara ödənilsin. Qarşılıqlı iddia tələbinə dair iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Ekspertiza xərci olan 50 manat müştərək qaydada ilkin iddia üzrə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar