Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2198/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2198/2024 (Açar sözlər: vərəsəlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2Teyyub qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(001)-3487/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 27 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli mənzil İddiaçı babası, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 atası-X3 məxsus olmuş, X4 xx.xx.1980-ci il tarixdə ölmüşdür. X4 öləndən sonra adına vərəsəlik işi açılmamışdır. İddiaçı mübahisəli mənzildə yaşayan bibisi Cavabdeh1 övladlığına verilmiş və X6 hələ sağlığında iddiaçının həmin mənzilə köçürülməsinə dair məhkəmə mübahisələri olmuşdur.
2. X14 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri 27 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və atası X1 qalmış əmlakları qəbul etməsini bildirmişdir. Nəticə etibarilə X2 üç sağ olan övladına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X4 22 aprel 1980-ci il tarixdə, atası X14 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Babası (miras qoyan) Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, keçid 1, ev 1 (bəzi sənədlərdə 1-ci keçid) ünvanında qeydiyyatda olmuşdur. Onunla birgə iddiaçının atası X14, İddiaçı və hazırki iş üzrə cavabdehlər pasport qeydiyyatında olmuşdur. Qanun üzrə şəhadətnamə hazırki iş üzrə cavabdehlərə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən verilmişdir. Notariat ofisində bu istiqamətdə iş aparılarkən, vərəsə olan hazırki iş üzrə İddiaçı gizlədilmiş və bu barədə ona məlumat verilməmişdir. Halbuki iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq vərəsəliyi qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3487/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 554 və 1159.1.3-cü və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi transmisiya yolu ilə olan hissələri araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. X20 miras qoyanın evində yaşamış, təsərrüfat aparmış, orada pasport qeydiyyatında olmuşdur. Məhkəmə bunlara hüquqi qiymət verməmiş və səthi yanaşmışdır. İş materialları ilə sübut edilmişdir ki, vəfat etmiş şəxs, yəni miras qoyan, mübahisəli ünvanda yaşamış və qeydiyyatda olmuşdur, onunla birgə oğlu Əliyev Elxan yaşamış və qeydiyyatda olmuş, hazırki İddiaçı də 1991-ci ildə anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Bu kimi əhəmiyyətli hal sübut edilməmiş və bu hissəyə düzgün hüquqi qiymət verilməmişdir. Burada irsi transmissiya yolu ilə iddiaçı artıq vərəsədir, onun vərəsəlik hüquqları qorunmalı idi. Mübahisəli evə dair mötəbər sübutlardan olan ölən şəxsin sonuncu qeydiyyat yerindən olan arayışdır ki, o da iş materiallarına əlavə edilməsinə baxmayaraq buna münasibət bildirilməmişdir. Arayışda da sıralama ilə ünvanda qeydiyyatda olan və yaşayan şəxslər barədə məlumatlar öz əksini tapmış və birinci instansiya məhkəməsi bu kimi əhəmiyyətli halları nəzərə almamışdır. Ən mötəbər sübutlar bir sıra məhkəmə qətnamələridir ki, orada da sübut edilir ki, mübahisəli evə dair bir sıra məhkəmə mübahisələri olmuş və iddiaçı həmişə həmin proseslərdə qalib olmasına baxmayaraq, birinci instansiya məhkəməsinə bunları sübuta yetirməmiş və çox səthi yanaşmışdır. Birinci instansiya məhkəməsi tərəfindən baxış zamanı ifadə verən şəxslərin izahatlarında ziddiyyətlər olmuş, ancaq bu hallar da nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının atasının mübahisəli əmlaka faktiki sahiblik etməsinə dair heç bir mötəbər sübut mövcud deyildir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh Bakı şəhəri 27 saylı Notariat ofisi nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
15. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
16. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
17. Maddə 554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
18. Maddə 561.1. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
29. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (MPM-nin 217.2-ci maddəsi). Ona görə də hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsini tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, miras əmlakı olan Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Binəqədi küçəsi, 1-ci keçid, 1 saylı evin mülkiyyətçisi olan X4 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları, yəni xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.
31. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.1980-ci il tarixdə, X14 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
32. Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.1980-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakdan (Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Binəqədi küçəsi, 1-ci keçid, ev 1) hərəsi 1/3 payda irs almışlar.
33. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-725/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, atası X14 məhkəmə iclasında nümayəndəsi qismində çıxış etmiş və izahatında göstərmişdir ki, Cəmilə İsmayılova 1996-cı ildən etibarən mübahisəli evdə yaşamağa başlamış, həmin tarixdən etibarən də daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişdir. Cəmilə İsmayılovanın həmin iş üzrə iddiasının ana xətti ondan ibarətdir ki, Cavabdeh1 onun anasıdır və o, anası ilə birlikdə mübahisəli mənzilə qeydiyyata alınmış, onunla birgə təsərrüfat aparmış, hal-hazırda isə anası onu həmin evə buraxmır.
34. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1032/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi rayon Polis İdarəsinə və üçüncü şəxs X7 qarşı “qeydiyyatın verilməsinə dair qərarın ləğv edilməsi barədə” iddia ərizəsi ilə müraciət etmiş və həmin icraatda da X8 atası X14 təmsil edərək izahatında göstərmişdir ki, “... qızı İsmayılova Cəmiləni uşaq vaxtında Binəqədi rayon icra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 346 saylı sərəncamına əsasən bacısı Cavabdeh1 Bəhrəm qızına övladlığa vermişdir. İsmayılova Cəmilə anası sayılan Cavabdeh1 ilə birlikdə ünvan 1 ünvanda yaşayır. xx.xx.2007-ci il tarixdə həmin evə pasport qeydiyyatına alınmaqla ailə üzvü kimi birgə təsərrüfat idarə etmişlər. Lakin buna baxmayaraq Cavabdeh1 son vaxtlar Cəmiləni evə buraxmır, dəfələrlə mənzilə köçüb yaşamaq istəsədə iddiaçı buna imkan vermir və onun hüquqlarını pozur”.
35. Birinci instansiya məhkəməsibdə şahid qismində dindirilən X17 ifadəsində məhkəməyə bildirmişdir ki, o, Cavabdeh2 dostu və eyni zamanda qonşusudur. Evlərinə daim gedib-gəlib. Bilir ki, Bəxtiyarın qardaşı Elxan hələ atasının sağlığında başqa mənzilə köçüb getmişdir. O, “sünbüllü” binada yaşayırdı. Elxanın həmin evdə yaşamasını ondan bilirdi ki, Elxan prokurorluq işçisi idi və avtomobili seçilirdi – üstündə xüsusi antenası var idi. Həmin maşın daim “sünbüllü” binanın qarşısında olurdu. Bəxtiyarın atası öləndə iştirak edib, lakin anası ölən vaxtı xatırlamır. Düşünür ki, həmin vaxt onun əsgərlikdə olan müddətə düşüb. Elxanın qızı Cəmiləni tanımır.
36. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil X3 məxsus olmuş və o, xx.xx.1980-ci il tarixdə ölmüşdür. Onun sağlığında 4 övladı olmuşdur: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və iddiaçının atası X14. Mərhum X4 vəfat etdikdən sonra vərəsəlik işi açılmamış, iddiaçının atası X14 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixində Cavabdeh1 Bakı şəhəri 27 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və atası X1 qalmış əmlakları qəbul etməsini bildirmişdir. Nəticə etibarilə X2 üç sağ olan övladına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı hazırda bildirir ki, onun atası Elxan İsmayılov əvvəldən mübahisəli mənzildə yaşamışdır və iddiaçı, atası, o cümlədən cavabdehlər həmin ünvanda qeydiyyatda olmuşlar. Ona görə də hesab edir ki, iddiaçı da vərəsələr sırasında tanınmalı və ona da mübahisəli mənzildən pay verilməlidir.
37. İddiaçının qeyd etdikləri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X6 ölümündən sonra irsi transmissiya baş verməmişdir. Belə ki, mübahisənin mövcud olduğu zaman qüvvədə olan Mülki Məcəllənin 554-cü maddəsinə müvafiq olaraq, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Qeyd edilən maddənin tələblərindən də göründüyü kimi irsi transmissiya o halda baş verir ki, vərəsə miras açıldıqdan sonra 6 ay keçməmiş ölsün. İş materialları ilə müəyyən olunur ki, iddiaçının babası ölən zaman vərəsəlik işi açılmamışdır və iddiaçının atası X14 mülkiyyətçinin, yəni miras qoyan babasının ölümündən 41 il keçdikdən sonra ölmüş, miras qoyan X4 ilə bağlı vərəsəlik işi isə bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə açılmışdır.
38. Qanunvericilik mirasın qəbulunun iki formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi.
39. Hazırki iş üzrə birinci formaya münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum atası X14 öz atasından qalan əmlakın əldə edilməsi üçün notariat orqanına hər hansı ərizə verməmişdir və bu hal iddiaçının özü tərəfindən də təkzib olunmur.
40. Mirasın qəbulunun ikinci formasına münasibətdə isə iddiaçı atasının babasının sağlığında və ondan sonra da mübahisəli mənzildə yaşadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
41. xx.xx.2014-cü il tarixli, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin plenum qərarında faktiki sahibklik aşağıdakı kimi əsaslandırılmışdır: Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
42. Kollegiya qeyd edir ki, mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər.
43. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının atasının miras açıldıqdan sonra miras əmlakdan ona çatası payı faktiki olaraq qəbul etməsinə dair hansısa mötəbər sübut olmadığından, apellyasiya şikayətinin qeyd edilən hissədə də dəlillərinin əsassız olduğunu deməyə əsas verir.
45. Məhkəmə kollegiyası iddiaçının mərhum atasının və özünün də əvvəldən mübahisəli mənzildə qeydiyyatda olmasının nəzərə alınmalı olduğu ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu fakt iddiaçının mərhum atasının həmin mənzildə yaşamış olduğu mənasına gəlməməlidir. Belə ki, qeydiyyatın anlayışının məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bu hal şəxsin qeydiyyatda olduğu yerdə yaşamalı olduğu anlamına gəlmir və sadəcə uçot məlumatı xarakteri daşıyır. Buna görə də kollegiya hesab edir ki, iddiaçının mərhum atasının və özünün də əvvəldən mübahisəli mənzildə qeydiyyatda olması səbəbindən mübahisəli mənzilə vərəsəlik hüquqlarının mövcudluğuna dair dəlilləri əsassızdır.
46. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(001)- 3487/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva