Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2200/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağ sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, İddiaçı nümayəndəsi X4, Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili X8, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 17 aprel 2007-ci il tarixli, 40335 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi Bakı Şəhər İHB-nın X1 və İstismarı Birliyi tərəfindən İddiaçı istifadəsinə verilib.
2. 30 may 2009-cu il tarixdə İddiaçı həmin bağ sahəsinə dair Cavabdeh1 adına 29 iyul 2038-ci il tarixədək qüvvədə olan və özündə geniş səlahiyyətləri, o cümlədən həmin bağ sahəsi üzərində sərəncam vermək səlahiyyətini əks etdirən etibarnamə verib və 19 oktyabr 2020-ci il tarixdə İddiaçı ərizəsinə əsasən həmin etibarnamə ləğv edilib.
3. 12 iyul 2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ sahəsinə dair İddiaçı adına “Plan və ölçü” sənədi tərtib edilib.
4. 19 iyul 2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb.
5. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.
6. Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli arayışına əsasən 28 iyun 2014-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ sahəsində Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X5 və X6 yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, 0,12 ha torpaq sahəsində yerləşən 1362 “v” saylı bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılmaları, 1362 “v” saylı bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən 19 iyul 2011-ci il tarixli Çıxarışın, torpaq sahəsinin “Planı və ölçüsü” sənədinin, habelə Texniki Pasportun cavabdehlərdən alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Rəşad Əliyev adlı şəxsin vasitəçiliyi ilə mübahisəli bağ evinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh1 32.000 ABŞ dollarına satılması ilə bağlı razılığa gəliblər. İlkin ödəniş olaraq ona 8.000 ABŞ dolları pul verilib, lakin qalan məbləğ bu günədək ona ödənilməyib. Hazırda onun mülkiyyətində olan bağ evi cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Ötən dövr ərzində cavabdehləri həmin bağ sahəsindən çıxartmaq imkanı olmayıb. Hazırda o, cavabdehləri çıxardıb mülkiyyətində olan bağ sahəsindən istədiyi kimi istifadə etmək və ona sahiblik etmək istəyir. Hətta bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər də bu günədək cavabdehlərdədir və onlar həmin sənədləri ona qaytarmaqdan imtina edirlər. Nəticədə o, aldadılıb və öz mülkiyyətindən qanunsuz olaraq məhrum edilib. Ona ilkin olaraq, ödənilmiş 8.000 ABŞ dollarını isə geri qaytarmağa hazırdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ haqqında Çıxarış alıb. Mülkiyyətçi kimi iddiaçı, ona mənsub olan bağ sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malikdir. Həmin bağ sahəsində hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Murad Paşazadə və Aylin Paşazadə yaşayır və bağ sahəsi onların istifadəsində və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə isə iddiaçı tərəfindən ləğv edilib.
11. Məhkəmə gəldiyi nəticəni 6, 148.2, 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)- 4172/2022 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndiriləniddianın Cavabdeh3 qarşı təmin edimiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddianı mübahisələndirilən hissədə təmin etməklə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilib. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən 6, 148.2, 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(103)-4172/2022 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 18.1 Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin tələbləri baxımından, Cavabdeh3 hazırki iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini, habelə mübahisəli bağ sahəsində hər hansı tikilinin, fərdi yaşayış evinin olubolmadığını, həmin evin nə vaxt, kimin tərəfindən tikildiyini, evin hüquqi vəziyyətini, həmin evin Cavabdeh3 və ailə üzvlərinə aid olub-olmadığını, onlar tərəfindən inşa edilibedilmədiyini araşdırmadan, başqa sözlə, tərəflər arasında mübahisəli bağ sahəsi ilə bağlı hansı razılaşmanın olduğunu, iddiaçının hazırki mülki hüquqlarlarını hüquqa uyğun həyata keçirib-keçirmədiyini, onun bu hüquqdan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvlərinə ziyan vurmaq məqsədi ilə istifadə edib-etmədiyini adınlaşdırmadan və ümumiyyətlə hansı dəlillərə əsasən Cavabdeh3 apellyasiya şikayətini təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, yalnız mübahisəli bağ sahəsinin sonradan mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığını əsas tutub, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. 18.2 Halbuki, sözügedən normaların mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir və heç bir halda hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 18.3 Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.6, 157.7, 157.8, 158.1, 158.1.2, 158.2, 158.4-cü maddələrinin tələblərini pozaraq, ümumiyyətlə iddiaçının iddia ərizəsində, cavabdehlərin isə etirazlarında göstərdikləri faktlar üzrə heç bir araşdırma aparmadan, cavabdehlərin bağ sahəsinə sərf etdikləri zəruri məsrəflərin və ya yaxşılaşdırmaların olub-olmadığını, onların nədən ibarət olduğunu, zərər yetirmədən həmin yaxşılaşdırmaların bağ sahəsindən ayrıla bilən olub-olmadığını dəqiqləşdirmədən, cavabdehlərə bağ sahəsinə çəkdikləri xərcin ödənilməsini iddiaçıdan tələb etmək hüquqlarının olmasını izah etmədən, işə əlavə edilmiş sübutları, habelə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə yoxlayıb qiymətləndirmədən, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, iddianı təmin etməklə əslində iddiaçının hüquqi əsas olmadan başqa şəxslərin, yəni cavabdehlərin hesabına əmlak əldə etməsinə süni şərait yaradıb və bununla da Mülki Məcəllənin 1091.1, 1091.2-ci, həmçinin Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələblərini pozub.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, ev əvvəl nə vəziyyətdə olub, ustalar necə tikinti işləri aparıb hamısının şəkilləri var. İsmayılla bu evə görə əlaqə saxlayıb. Evə baxıb bəyənmişdi. Beh üçün də razılaşmışdı. İsmayıl ondan 30 min istədi ki, atası xaricə gedir. O, Asan xidmətə gedib adına keçirmək istəsə də bu alınmadı. Çünki ondan 67 min pul tələb edildi. İsmayıldan pul istəsə də ona vermədi.
21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, bütün sənədlərin əsilləri F.Paşayevdədir. 2009-cu ildə razılaşıb pulu götürüblər. Daha sonra Rəşad adlı şəxsə etibarnamə veriblər. 2011-ci ildə mülkiyyət hüququnu təsdiq edən sənədi Cavabdeh1 və onun oğlu alıblar. 2014-cu ildə həmin torpaq sahəsinin satışa çıxarılması ilə bağlı elan verilir və F.Paşayev həmin torpaq sahəsini almışdır. Onlar arasında razılaşma olur, 67.000 pulu Cavabdeh1 veriblər. Çünki onların münasibətində heç bir problemi olmamışdır. Həmin zaman cavabdeh evi adına keçirmək istədikdə isə Cavabdeh1 pulu xərclədiyini bildirmişdir. 2020-ci ildə restoran sahibi cavabdehə yaxınlaşaraq həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Daha sonra etibarnamənin sahibini tapıblar və etibarnaməni ləğv ediblər. Ali Məhkəmənin qərarında da göstərilib ki, faktiki sahiblik cavabdeh F.Paşayevə məxsusdur. Elektron kabinetə yerləşdirilən eskpert rəyindən aydın olur ki, tikinti-təmir işlərinə nə qədər xərc çəkilmişdir. Əlavə olaraq bildirir ki, onların maddi zərər tələbi ilə bağlı mülki işin icraatı hazırkı işə görə dayandırılmışdır.
22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirir ki, 14 ildir bir dəfə də onlara deyilməyib ki, burada niyə bu tikili var. İsmayıl dələduzluq etmişdir. Asan xidmət 67 min tələb edirdi ki, evi adlarına keçirə bilər. İsmayıl isə həmin zaman Antalyada idi. Onlara dedi ki, onu daha narahat etməsinlər.
23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İddiaçının atası ona bildirmişdi ki, Rəşad adlı şəxsə etibarnamə verib ki, torpaq sahəsini satsın. Rəşada hissə-hissə pul vermişdir. Daha sonra dünyasını dəyişmişdir. Lakin, iddiaçıya məlum olmamışdır ki, Rəşad etibarnaməni kimə vermişdir. 2018-ci ildə onlar biliblər ki, mülkiyyət hüququnu təsdiq edən sənəd var. Elə həmin ərəfələrdə Cavabdeh1 məhkəmədə iddia qaldırmışdır, daha sonra iddiaçı da etibarnaməni ləğv etmişdir. İddiaçının atası həmin torpaq sahəsində ev tikmişdir. Evin nədən tikilməsini aydınlaşdırmaq da mümkün deyil. Birinci instansiya məhkəməsində iş araşdırılmalıdır, çünki hazırkı tələb birbaşa ondan aslıdır. Buna görə də hazırkı iş üzrə araşdırma aparılması düzgün deyildir.
24. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 148.2 Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
28. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
32. Maddə 157.6 İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
33. Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
Mülki Prosessual Məcəlləsi
34. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisəli bağ sahəsi Bakı Şəhər İHB-nın X1 və İstismarı Birliyi tərəfindən İddiaçı verilmişdir. 30 may 2009-cu il tarixdə İddiaçı həmin bağ sahəsinə dair Cavabdeh1 adına 29 iyul 2038-ci il tarixədək etibarnamə vermişdir. Cavabdeh1 də iddiaçının adından Cavabdeh3 adına etibarnamə vermişdir.
39. Bağ sahəsinə dair iddiaçının adına “Plan və ölçü” sənədi tərtib edilib və 19 iyul 2011-ci il tarixli Çıxarışa əsasən bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb.
40. Cavabdeh3 ailə üzvləri ilə birlikdə 28 iyun 2014-cü ildən mübahisəli bağ sahəsində yaşayır.
41. 19 oktyabr 2020-ci il tarixdə isə iddiaçının ərizəsinə əsasən onun tərəfindən Cavabdeh1 adına verilmiş etibarnamə ləğv edilib.
42. İddiaçı mübahisə predmeti olan bağ sahəsindən Cavabdeh3 və onun ailə üzvləriin çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən ona istinad edilmişdir ki, iddiaçı - mülkiyyətçi İddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin bağ sahəsində hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X5 və X6 yaşayır, bağ sahəsi onların istifadə və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə iddiaçı tərəfindən ləğv edilmişdir. Bu cavabdehlərin həmin əmlakda yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hazırda hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan bağ sahəsində yaşaması və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən əmlaka sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən idiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşməklə 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmalıdır
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bağ sahəsi mülkiyyət hüquqları ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bağ sahəsinin Cavabdeh1 və sonradan Cavabdeh3 adına rəsmiləşdirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi imzalanmamış, həmçinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
44. Mülki Məcəllənin 139.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
45. Həmin Məcəllənin 144.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
46. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların cavabdehlərin hesabına sökülməsi və bağ sahəsindən çıxarılması tələbi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir.
47. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, Cavabdeh3 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı maddi zərərin ödənilməsi tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İddiaçı və Cavabdeh1 müştərək qaydada torpaq sahəsinə görə ödənilmiş 67000 manat məbləğində pulun və maddi ziyana görə (əsassız varlanmaya görə) 129 426 manat, cəmi 196 426 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 486.42 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən məhkəməyə təqdim edilən yazılı izahatdan, həmçinin iddiaçı və onun vəkilinin məhkəməyə təqdim etdiyi izahatdan görünür ki, iddiaçı mübahisəli bağ sahəsində evin ilkin olaraq onun tərəfindən tikildiyini iddia edir.
49. Digər tərəfdən Cavabdeh3 28 iyun 2014-cü ildən mübahisəli bağ sahəsində ailə üzvləri ilə birgə yaşadığını, bağ sahəsindəki evin onun tərəfindən tikildiyini, həmçinin yaxşılaşdırmaların aparıldığı, bağ sahəsinə zəruri məsrəflərin sərf edildiyini bildirmişdir.
50. Göründüyü kimi, bağ sahəsində edilmiş tikinti və yaxşılaşdırma işləri, onlara çəkilmiş məsrəflərlə bağlı tərəflər arasında mübahisə mövcuddur və bu mübahisə ilə bağlı həm iddiaçı, həmçinin cavabdeh tərəfindən məhkəməyə müraciət edilmişdir.
51. İş materiallarının araşdırılması zamanı müəyyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə bir icraatda birləşdirilmiş İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların cavabdehlərin hesabına sökülməsi və bağ sahəsindən çıxarılması tələbi və iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat hazırkı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alana kimi dayandırılmışdır.
52. Kassasiya instansiyası məhkəməsi öz qərarında göstərir ki, işə baxan məhkəmə cavabdehlərin bağ sahəsinə çəkdiyi xərcin iddiaçıdan tələb etmək hüququnun olduğunu izah etməmişdir. Hazırda müəyyən olunur ki, başqa məhkəmənin icraatında pul tələbi ilə bağlı mülki iş vardır. Lakin həmin işin icraatı hazırkı işə görə dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, cavabdehin hazırkı iş üzrə zərər tələbi yoxdur, məhkəmə kollegiyası tərəfindən zərərlə bağlı araşdırma aparılsa belə, bununla bağlı müvafiq qərar qəbul edilməsi mümkün deyil. Tikiniti və təmir xərci ilə bağlı müvafiq araşdırma aparılması ilə əlaqədar ekspertizalar keçirilməsi zərurətinin olması, bununla əlaqədar işə baxıb yekun qərar vermə müddətinin uzanması və nəticədə cavabdehlərin zərərlə bağlı qarşılıqlı iddia tələbinin olmaması və hazırda başqa məhkəmənin icraatında pul tələbinə dair mülki işin icraatının bu işə görə dayandırılmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bu iş üzrə zərərlə bağlı geniş araşdırmanın aparılmasına zərurət yoxdur.
53. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
54. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fuad Babayev