Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2203/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pulun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(001)-7702/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 25 avqust 2018-ci il tarixdə 6500 manat məbləğində pulu 13 ay müddətinə, hər ayın 25-i 500 manat məbləğində qaytarmaq şərtilə borc vermişdir. Cavabdeh həmin borcdan bir dəfə qızı vasitəsilə 200 manat, bir dəfə də özü 800 manat geri qaytarmış, lakin bu günə kimi müxtəlif bəhanələrlə qalıq 5500 manat pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi, İddiaçı aldığı 3500 manat borc məbləğindən artıq ödədiyi 2000 manat pulun və ödənilmiş dövlət rüsumunun ondan alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, övladının müalicəsi üçün müəyyən məbləğdə pul vəsaiti çatışmadığı üçün 25 avqust 2018-ci il tarixdə ilk iddiaçıya müraciət edərək ondan 3500 manat pulun ona borc verilməsini xahiş etmişdir. O, İddiaçı faizlə və girovsuz pul verdiyini bilmiş, ancaq İddiaçı 13 ay ərzində ona 3500 manatı 6500 manat qaytarmaq şərti ilə borc verəcəyini demişdir. Ehtiyacı olduğuna görə o razılaşmış və 3500 manat pulu ondan almışdır. Cavabdeh aldığı 3500 manat borcdan əlavə qarşı tərəfə 3000 manat artıq pul vermişdir. Borc müqaviləsi 3000 manatdan çox olduqda notarial qaydada bağlanmalıdır. Hesab edir ki, həmin əqd qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanıldığına görə etibarsız hesab edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(001)- 7702/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 5426 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında apellyatorun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk İddiaçı isə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(001)-7702/2021 saylı qətnaməsi ilk iddianın təmin olunmasına dair hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən yazılmış 25 avqust 2018-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı hər ay 500 manat olmaqla 13 ay müddətində 6500 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İlk İddiaçı iddia ərizəsində həmin borcun 200 manat hissəsinin Cavabdeh qızı vasitəsilə, 800 manat hissəsinin isə Cavabdeh tərəfindən şəxsən ödənildiyini etiraf etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Milliön” və “EManat” ödəniş sistemləri vasitəsilə aparılmış ödəmə qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla cəmi 874 manat məbləğində pul göndərilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində və izahatında İddiaçı cəmi 3500 manat məbləğində borc götürdüyünü, bunun müqabilində ona 6500 manat məbləğində borc ödədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh ona 6500 manat məbləğində pul ödəməsi barədə sonuncu tərəfindən yazılmış qəbzi təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, Cavabdeh isə iddiaya qarşı etirazın əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində 3000 manatdan yuxarı məbləğdə borc müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğunu, öhdəliyin icrasına zamin durmuş qızı Aysel Musayevanın müqavilə bağlanarkən 15 yaşına çatmadığına görə həmin əqdin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsində borc müqaviləsinin predmetinin üç min manatdan çox olduğu təqdirdə yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Müqavilənin yazılı qaydada bağlanması mütləq qaydada notarial qaydada bağlanmalı olmasını ehtiva etmir. Borcun qaytarılmasına zamin durmuş Aysel Musayeva müqavilə bağlanarkən 15 yaşına çatmadığına görə həmin əqdin etibarsız hesab edilməli olması barədə şikayətin dəlili ilə bağlı kollegiya qeyd edir ki, əvvəla qarşılıqlı iddia ərizəsində bu dəlil irəli sürülməmiş və məhkəmə araşdırmasının predmeti olmamışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, əqd bağlanarkən Aysel Musayevanın yetkinlik yaşına çatmaması bütövlükdə əqdin yox, onun zaminliklə bağlı hissəsinin etibarsızlığına səbəb ola bilərdi. Mülki Məcəllənin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında olan borc münasibətləri yazılı formada rəsmiləşdirilmiş, birinci instansiya məhkəməsi tərəfindən də ilk iddianın düzgün həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması araşdırılmış, əqdin etibarsızlığına dair hər hansı bir hal mövcud olmamış, buna görə də ilk iddia qismən təmin edilmişdir. İlk iddianın təmin edilməsi isə düzgün olaraq qarşılıqlı iddianın rədd edilməsini şərtləndirmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin 1074 manat hissəsinin ödənildiyinin sübut edildiyini hesab etmiş, bu zaman cavabdehin iddiaçıya 200 manatın qızı vasitəsi ilə nağd şəkildə, 874 manatın isə “Milliön” və “EManat” ödəniş sistemləri vasitəsilə, cəmi 1074 manat məbləğində pulun iddiaçıya geri qaytarıldığını əsas götürmüşdür. Lakin iddiaçı cavabdeh tərəfindən ona 800 manatın da geri qaytarıldığını iddia ərizəsində qeyd etmişdir. Cavabdeh tərəfindən bilavasitə qaytarılan 800 manat pulun “Milliön” və “EManat” ödəniş sistemləri vasitəsilə qaytarılan 874 manat pula daxil olması barədə işdə hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsi isə ümumi məbləğdən qaytarılan borcu hesablayarkən həmin məbləği nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı aldığı borcun məbləği 25 avqust 2018-ci il tarixli yazılı qəbzdə qeyd olunan məbləğdə, yəni 6500 manat olmuş, Cavabdeh həmin puldan 1874 manat hissəsini iddiaçıya qaytarmış, İddiaçı 4626 manat borcu qalmışdır. Məhkəmə kollegiyası Cavabdeh Pzabala qızı tərəfindən yazılmış 25 avqust 2018-ci il tarixli qəbzi borcun alınmasını təsdiq edən yazılı əqd kimi qiymətləndirir və həmin əqdin etibarsız hesab edilməsinə hər hansı əsasların olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(001)- 7702/2021 saylı qətnaməsi Cavabdeh 5426 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 4626 manat pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin qarşılıqlı iddianın təmin olunmamasına dair hissəsindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2203/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2203/2022
05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver