Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2205/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızına qarşı əmlak tələbinə dair ilkin, cavabdehin iddiaçıya qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızına qarşı əmlak tələbinə dair ilkin, cavabdehin iddiaçıya qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)-422/2018 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Fransa Respublikası Nanter şəhərində Jorj Klemanso küçəsi, 289 ünvandakı yaşayış evinin üzərində Fransa qanunları ilə müəyyən edilmiş qaydada onun və cavabdehin birgə mülkiyyət kimi paylarının müəyyən edilməklə bölünməsi, birgə nikah zamanı onun tərəfindən alınan, ümumi dəyəri 72720 manat olan qızıl-zinət və brilyant əşyalarının; birgə nikah dövründə onun tərəfindən alınan, ümumi dəyəri 42700 manat olan mebellərin və ev əşyalarının birgə mülkiyyət kimi bərabər şəkildə bölünməsi və həmin əşyalardan ona düşən hissənin özünün və ya dəyərinin cavabdeh Orucova Jalə Məhərrəm qızı tərəfindən ona verilməsi; ona məxsus olan şəxsi əşyalarının və uşaqlarına məxsus olan kubok mükafatların cavabdeh Orucova Jalə Məhərrəm qızı tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Orucova (Babayeva) Jalə Məhərrəm iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 218-ci il tarixli, 2(008)- 422/2018 nömrəli qətnaməsi ilə, ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri dəyəri 550 manat X4 istehsalı olan sırğa iki yarpaq, brilyant qaşlar ilə, dəyəri 750 manat X4 istehsalı olan üçbucaq gül şəklində xırda brilyant ilə olan sırğa, dəyəri 190 manat Rusiya Federasiyasının istehsalı olan göz qaşı ilə sep, dəyəri 240 manat İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 1800 manat X4 istehsalı yarpaqları ilə sep, dəyəri 200 manat Rusiya Federasiyasının istehsalı olan quş şəklində mirvari ilə sep, dəyəri 500 manat Fransa Respublikasının istehsalı tam qızıldan yumru sırğa, dəyəri 100 manat Rusiya Federasiyasının istehsalı olan kulon asılqan baş ilə (qədimi), dəyəri 700 manat X4 istehsalı olan brilyant ilə 6 qaş gül şəklində iri üzük, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan brilyant qaşlar ilə 14 qaş brilyant paxlava üzük, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan xırda brilyant və rubin (göy) qaş ilə qızıl üzük, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan nazik, bürc “Vodoley” sep, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 2 ürək ilə sırğa, dəyəri 200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 1 ürək ilə sırğa, dəyəri 220 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan yumru nöqtəli başlı sırğa, dəyəri 1550 manat İtaliya Respublikasının istehsalı olan yumru (Versachi) qolbaq, dəyəri 800 manat İtaliya Respublikasının istehsalı olan 12 ədəd brilyant qaş ilə birgə nişan üzüyü, dəyəri 420 manat İtaliya Respublikasının istehsalı olan iri tam qaşlı (Versachi) iri sırğa, dəyəri 380 manat Fransa Respublikasının istehsalı olan 3 sıra xırda brilyant üzük, dəyəri 3200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan kolye, dəyəri 1550 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan qolbaq, dəyəri 1800 manat Cənubi Afrika Respublikasının istehsalı olan 32 ədəd mirvari ilə iri kolye, dəyəri 5500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilyant 35 ədəd qaşTanzanit qaşları 7 ədəd 1.4 karatlı qolbaq, dəyəri 6500 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-kulon, ağ qızıldan 8 ədəd iri brilyant ilə (l.l)-l ədəd çox iri Tanzanit qaşı 1.6 karat olan sep, dəyəri 2100 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan 12 ədəd brilyant qaş və 1 ədəd iri Tanzanit qaş ilə 0.8 karat olan üzük, dəyəri 2300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan brilyant qaşlı (4 iri+10 xırda+11 orta) sırğa, dəyəri 1400 manat Fransa Respublikasının istehsalı olan ürəklər ilə qolbaq, dəyəri 400 manat Fransa Respublikasının istehsalı olan “Ürək” şəklində brilyantlar ilə üzük, dəyəri 350 manat Fransa Respublikasının istehsalı olan nazik, Svorovski ürək şəklində iri qaşlı sep, dəyəri 1300 manat Fransa Respublikasının istehsalı olan tros şəklində sep - ümumi dəyəri 51170 manat olan qızılzinət və brilyant əşyaları; dəyəri 3200 manat olan Fransanın “Gautier” firmasından 8 ədəd stul, dəyəri 5000 manat Fransanın “Gautier” firmasından olan 2 ədəd divan kreslo, dəyəri 2850 manat Fransanın “Gautier” firmasından olan eni 2,5 metr iri kamod, dəyəri 510 manat Fransa Respublikasının istehsalı olan jurnal stolu, dəyəri 550 manat Fransa Respublikasının istehsalı olan mebel televizor altı, dəyəri 300 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, 82 sm, Avropa standartlı televizor, dəyəri 2600 manat İtaliya Respublikasının istehsalı olan “Whirlpood” markalı, iki kameralı, 490 litrli soyuducu, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı paltaryuyan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı, Avropa standartlı qabyuyan, dəyəri 170 manat İtaliya Respublikasının istehsalı olan “Ariston” markalı, Avropa standartlı 4 gözlü elektrik sobası üstü, dəyəri 240 manat Fransa Respublikasının istehsalı olan 4 ədəd mətbəx stolu, dəyəri 1250 manat Fransa Respublikasının istehsalı olan ofis mebeli, kreslo, dəyəri 2200 manat iki 2 Zürafə (2 metr)+l balaca (0,6 metr), Anqolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 1800 manat Anqola Respublikasının istehsalı olan üstü stol iki fil suveniri, Anqolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 1400 manat Anqola Respublikasının istehsalı olan divardan asmaq üçün “Kərgədan” suveniri, Anqolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir, dəyəri 2500 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner, tumba, kamod), dəyəri 2200 manat Fransa Respublikasının istehsalı olan yataq dəsti (taxt, şifoner tumba), dəyəri 420 manat Fransa Respublikasının istehsalı olan iki mərtəbəli uşaq yataq dəsti, dəyəri 200 manat Hollandiya Respublikasının istehsalı olan “Philips” markalı tozsoran, dəyəri 150 manat Fransa Respublikasının istehsalı olan “Brandt” markalı mikrodalğalı soba, dəyəri 280 manat Fransa Respublikasının istehsalı olan ütü mərkəzi buxar sistemi ilə, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan “Babyliss” markalı saç qurudan (professional), dəyəri 350 manat Yaponiya Respublikasının istehsalı olan “Fuji” markalı fotoaparat, dəyəri 60 manat olan Fransa Respublikasının istehsalı olan giriş otağı üçün güzgü, dəyəri 600 manat olan Afrika suveniri, adam statusu, dəyəri 22 manat Fransa Respublikasının istehsalı olan plastik materiallardan paltar qurudan, dəyəri 450 manat Cənubi Koreya Respublikasının istehsalı olan “Samsung” markalı ev kinoteatr mərkəzi, dəyəri 40 manat Fransa Respublikasının istehsalı olan yay üçün açılan kreslo, dəyəri 550 manat Çin Xalq Respublikasının istehsalı olan “Laptop” kompyuter, dəyəri 340 manat Mərakeş Krallığının istehsalı olan dəvə dərisindən oturmaq üçün puf, dəyəri 480 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ rəngli dəvə quşu yumurtaları, dəyəri 240 manat Cənubi Afrika Respublikasının istehsalı olan bəzəkli dəvə quşu yumurtaları, dəyəri 180 manat Fransa Respublikasının istehsalı olan zal otağında suvenirlər üçün hündür gorka mebeli və dəyəri 60 manat Fransa Respublikasının istehsalı olan gecə çıl-çırağı və Fransa Respublikası Nanter şəhərində Jorj Klemanso küçəsi 289 ünvanda yerləşən yaşayış evi onların birgə nikah dövründə əldə olunmuş əmlakı hesab edilməsi və hər bir əmlak üzrə İddiaçı payı 1/2, Cavabdeh payı 1/2 pay müəyyən edilmiş və həmin əmlakların dəyərinin (hər bir əşyanın) yarısı Cavabdeh alınaraq İddiaçı ödənilməsi, İddiaçı məxsus olan təkqaş dəyəri 3000 manat Rusiya Federasiyasının istehsalı olan üzük, Sibir brilyant (təmizliyi WS1 rəngi “F”), dəyəri 2600 manat Rusiya Federasiyasının istehsalı olan qızıl saat (Antikvar, Çayka markalı), dəyəri 240 manat İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 6300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilyant 30 ədəd qaşlı qolbaq, dəyəri 850 manat Rusiya Federasiyasının istehsalı olan qədimi saat üçün iki hissəli qolbaq və ya həmin əmlakların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, dəyəri 300 manat olan 1 ədəd 3x4 olan xalça, dəyəri 300 manat olan 1 ədəd mətbəx kombaynı, dəyəri 50 manat 1 ədəd olan sadə çilçıraq, dəyəri 1800 manat olan 1 masa və 8 ədəd stul və ya həmin əmlakların dəyərinin İddiaçı alınaraq Cavabdeh qaytarılması və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
4. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)-12483/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)- 422/2018 nömrəli qətnaməsi dəyəri 190 manat Rusiya Federasiyasının istehsalı olan göz qaşı ilə sep, dəyəri 240 manat, İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 100 manat Rusiya Federasiyasının istehsalı olan kulon asılqan baş ilə (qədimi), dəyəri 200 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan 1 ürək ilə sırğa, dəyəri 220 manat Fransa Respublikasının istehsalı olan tam qızıldan yumru nöqtəli başlı sırğa, dəyəri 1800 manat Anqola Respublikasının istehsalı olan üstü stol iki fil suveniri, Angolada bahalı qırmızı ağac taxtasından düzəldilmiş əl işi olan suvenir əşyalarına tərəflərin birgə mülkiyyət hüquqlarının tanınmasına dair hissəsində və eləcə də İddiaçı məxsus olduğu hesab edilən dəyəri 3000 manat, Rusiya Federasiyasının istehsalı olan üzük+Sibir brilliant (təmizliyi VVS1 rəngi “F”), dəyəri 2600 manat, Rusiya Federasiyasının istehsalı olan qızıl saat (Antikvar, Çayka markalı), dəyəri 240 manat, İtaliya Respublikasının istehsalı olan Səbinə yazısı ilə sep, dəyəri 6300 manat Cənubi Afrika Respublikasının istehsalı olan ağ qızıldan-brilliant 30 ədəd qaşlı qolbaq, dəyəri 850 manat Rusiya Federasiyasının istehsalı olan qədimi saat üçün iki hissəli qolbaq və ya həmin əmlakların dəyəri Orucova Jalə Məhərrəm qızından alınaraq İddiaçı verilməsinə dair hissəsində dəyişdirilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
6. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, onun apellyasiya şikayətinin təmin edilmədiyi, iddiaçının apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilib, iddiaçının iddia tələblərinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli, 2(102)-3790/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ilk iddianın təmin edilməsi hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İKİNCİ İCRAAT
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(103)-10732/2019 nömrəli qətnaməsi ilə, İddiaçı və cavabdeh Orucova Jalə Məhərrəm qızının apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-422/2018 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızına qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmişdir.
9. İddiaçı və cavabdeh qətnamədən kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin qismən ləğv olunması və iddianın tam təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilib, iddiaçının iddia tələblərinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İKİNCİ İCRAAT
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli, 2(102)-2566/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının şikayəti təmin edilməmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ ÜÇÜNCÜ İCRAAT
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2022-ci il tarixli, 2(103)-118/2022 nömrəli qətnaməsi ilə, iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlər qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(008)-422/2018 nömrəli qətnaməsi yoxlanılan hissədə (ilk iddiaya aid hissədə) ləğv edilmiş, ilk iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, Fransa Respublikası Nanter şəhəri, Jorj Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 nömrəli mənzil İddiaçı və cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızının birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin mənzil üzərində hər birinin ½ hissədə mülkiyyət payı müəyyən edilmiş, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının müxtəlif yarışlarda qazandıqları şahmat kubokları - X2 məxsus olan kiçik ölçülü parlaq gümüş rəngli iki xırda qulplu şahmat kuboku, parlaq gümüş rəngli ətrafı mavi rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, parlaq gümüş rəngli ətrafı tünd qırmızı rənglə bəzənmiş iri ölçülü şahmat kuboku, parlaq gümüş rəngdə aşağı oturacağı qəhvəyi rəngli orta ölçülü şahmat kuboku, parlaq qızıl rəngdə olan aşağı oturacağı mərmər rəngli orta ölçülü şahmat kuboku, parlaq gümüş rəngli orta hissəsi qızıl parlaq olan aşağı oturacağı mərmər rəngdə iri ölçülü şahmat kuboku, 5 ədəd kiçik ölçülü parlaq qızıl rəngli olan aşağı oturacaqlarında 2010, 2011 və 2012-ci illər qeyd edilən şahmat kubokları, kiçik ölçülü parlaq gümüş rəngli iki iri qulplu şahmat kuboku, orta ölçülü olan parlaq gümüş və qızıl rəngdə şahmat kuboku, parlaq gümüş rəngdə olan aşağı oturacağı mərmər rəngli iri ölçülü şahmat kuboku, qara şüşə üzərində at fiquru, dörd rəngli parlaq şüşəli və Nimes 2012 yazılı şahmat kuboku və X3 məxsus olan kiçik ölçülü mavi və rəngsiz şüşədən hazırlanmış ortasında qızıl parlaq elementi olan şahmat kuboku, kiçik ölçülü parlaq qızıl rəngli iki xırda qulplu şahmat kuboku, kiçik ölçülü tünd şüşədən hazırlanmış və üzərində şahmat fiqurları olan şahmat kuboku, qəhvəyi rəngli taxtadan hazırlanmış üzərində gümüş rəngli şahmat fiqurları təsvir edilmiş şahmat kuboku, kiçik ölçülü parlaq gümüş rəngli aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi və aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, orta ölçülü parlaq gümüş rəngli orta hissəsi yaşıl parlaq rəngli olan aşağı oturacağı mərmər rəngdə şahmat kuboku, iri ölçülü parlaq qızıl rəngli olan aşağısı parlaq qızıl rəngli üzəri isə parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kuboku, iki iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş rəngli aşağısı və üzəri parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokları, iki çox iri ölçülü parlaq qızıl rəngli üst tərəfi parlaq gümüş və dairəvi qırmızı rəngli aşağısı parlaq qızıl üzəri dairəvi parlaq qırmızı rənglə bəzənmiş aşağı oturacağı mərmər rəngli şahmat kubokları cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızından alınaraq İddiaçı verilmiş, ilk iddia qalan hissədə təmin olunmamışdır.
12. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, ilkin iddianın təmin edildiyi hissədə ləğv edilərək - Fransa Respublikası Nanter şəhəri Jorj Klemanso prospekti 285- 323 və Vatford küçəsi 2/6 ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 nömrəli mənzil İddiaçı və cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızının birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin mənzil üzərində hər birinin ½ hissədə mülkiyyət payı müəyyən edilməsi və tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının müxtəlif yarışlarda qazandıqları şahmat kuboklarının cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızından alınaraq İddiaçı verilməsi hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ ÜÇÜNCÜ İCRAAT
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(102)-5259/2022 nömrəli qərarı ilə cavabdeh Orucova Jalə Məhərrəm qızının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2022-ci il tarixli, 2(103)-118/2022 nömrəli qətnaməsi qismən - ilk iddianın Fransa Respublikası Nanter şəhəri Jorj-Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6-saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 nömrəli mənzildən payların müəyyən edilməsi hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Qərarın əsaslarına görə, “ - Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların müxtəlif yarışlarda qazandıqları şahmat kubokları tələbinə aid hissədə təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı - Fransa Respublikası, Nanter şəhəri, Jorj-Klemanso prospekti 285- 323 və Vatford küçəsi 2/6-saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 saylı mənzilə aid hissədə təmin etməklə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 20.1, 20.2-ci maddələrinin tələblərini pozub. Belə ki, həmin normaların mənasına görə, daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur; Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Hazırkı işdən görünür ki, iddiaçının mübahisə predmetinə çevirdiyi daşınmaz əmlak Azərbaycan Respublikasının deyil, Fransa Respublikasının ərazisində yerləşir və o, həmin daşınmaz əmlaka əşya hüququnun tanınmasını iddia edir. Belə olan halda iddiaçının həmin daşınmaz əmlaka mülkiyyət hüququ yalnız daşınmaz əmlakın yerləşdiyi ölkənin, yəni Fransa Respublikasının hüquqi ilə müəyyən edilə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, daşınmaz əmlakın yerləşdiyi Fransa Respublikasının bu sahədə mövcud olan hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün zəruri tədbirlərin görüldüyünü, lakin bu tədbirlərin bir nəticə vermədiyini, habelə tərəflərin bu istiqamətdə tələb və etirazlarını əsaslandırmaq üçün məhkəməyə sənədlər təqdim etmədiyini əsas tutub, hazırkı mülki mübahisəyə milli qanunverciliyi tətbiq etməklə işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 39.1. 444.0, 444.0.1-ci maddələrinin mənasına görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyəçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; Daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, qeyd olunan maddələrdə nəzərdə tutulan müstəsna səlahiyyət qaydasının mahiyyəti ondan ibarətdir ki, şərh olunan maddələrdə sadalanan işlərə o, halda Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilər ki, iddianın predmetini təşkil edən daşınmaz əmlak Azərbaycan Respublikasının ərazisində yerləşmiş olsun. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Fransa Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka tərəflərin əşya hüquqlarını tanıyıb paylarını müəyyən etməklə Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətlərindən kənara çıxıb və gələcəkdə tanınması və icrası mümkün olmayan qətnamə qəbul edib. Nəzərə alınmalıdır ki, sadalanan mülki prosessual normaların mənasına görə, xarici dövlətlərin məhkəmələri tərəfindən Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka əşya hüququnun tanınıması və sair tələblər baradə qətnamə çıxarılmışdırsa, Mülki Prosessual Məcəllənin 465.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin qətnamənin Azərbaycan Respublikasında tanınmasından və icra edilməsindən sözsüz imtina ediləcəkdir. Eyni hüquqi mövqe “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” 07 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 59-cu maddəsinin “d” bəndində də təsbit edilib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.”
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
15. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş etirazın dəlillərinə görə, o, Fransa Respublikasında TOTAL Neft şirkətində çalışaraq uzun illər (1997-2014) ərzində yaşamış, xaricdə yaşamağına baxmayaraq ailə həyatı qurmaq üçün Bakıya gəlmiş və Azərbaycan Respublikasının Vətəndaşı ilə Bakıda nikaha daxil olmuşdur. Birgə nikah dövründə 2 övladları doğulmuş və bir çox əmlakların, o cümlədən Fransada 2012-ci ildə alınmış 5 otaqlı mənzilin sahibi olmuşlar. Birgə nikah zamanı bütün maliyyələşdirilmə məsələləri tamamı ilə onun üzərində olmuş, Fransada alınmış mənzil onun yüksək maaşı və digər daşınmaz əmlaklarının satılması ilə əldə edilmişdir. Sonralar nikah münasibətləri 2014-cü ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində pozulmuş, hər iki övladları onun himayəsində saxlanılmış, uşaqlarının anası isə Fransada qeyri leqal qalaraq orada yaşamağı öz doğma övladlarından və Vətənindən üstün tutmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, ardınca Bakı Apellyasiya Məhkəməsi əmlak bölgüsü üzrə onun iddiasını təmin edərək birgə əmlakın bölünməsi üzrə qətnamələr qəbul etmiş, lakin həmin mülki işə Ali Məhkəmə artıq 4 dəfə Bakı Apellyasiya Məhkəməsinin qətnamələrini heç bir əsas olmadan, qanuni nöqsanlar tapmadan tam və yaxud qismən ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərirlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının məhkəmə sistemində dəfələrlə xaricdə yerləşən daşınmaz əmlaklar üzərində bölgü aparılıb. Sadəcə mövcud olan bu praktika onun qaldırdığı əmlak bölgüsündə naməlum səbəblərdən tətbiq olunmur. Eyni praktika Avropa Birliyi dövlətlərində də mövcuddur. Misal olaraq: bir ispan vətəndaşı alman vətəndaşı ilə İtaliyada tanış olub İtaliya dövlətində rəsmi nikaha daxil olurlar. Birgə nikah dövründə Fransada daşınmaz əmlak alırlar və son illər isə Avstriyada yaşayırlar. Sonralar nikah Avstriyada pozulur və Fransada yerləşən əmlak bölünməli olur. Avropa Birliyi dövlətləri daxilində məlum olan 1978-ci il tarixli “Ər-arvadın əmlakına tətbiq edilən qanun haqqında” Haaqa Konvensiyası mövcuddur. Həmin Konvensiyanın 4-cü maddəsinə əsasən, əgər ərlə-arvad nikaha daxil olanadək əmlak rejiminə tətbiq olunmalı hüququ müəyyən etməmişlərsə, bu rejim onlar nikaha daxil olduqdan sonra ilk birgə yaşadıqları Dövlətin qanunu ilə tənzimlənir. Demək gətirdikləri misalda Fransada yerləşən əmlak üzərində İtaliya qanunvericiliyi tətbiq edilməlidir, çünki nikaha daxil olduqdan sonra ilk birgə yaşadıqları Dövlət İtaliya idi. Bu Konvensiyanın maddələrini Bakı Apellyasiya Məhkəməsi onun mülki işinə 2-ci dəfə baxarkən hələ 24 dekabr 2018-ci ildə, 2(103)- 12483/2018 nömrəli qətnaməsində göstərmiş və nəticə olaraq bildirnlişdir ki, “Tərəflərin nikaha daxil olduqdan sonra ilk birgə yaşadıqları dövlətin Azərbaycan Respublikası olması milbahisələndirilmir. Göründüyü kimi, istər Azərbaycan Respublikası Qanunlarına, istərsə də Fransa Respublikası Qanunlarına əsasən, hazırki mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.” Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində tam düzgün nəticəyə gəlmişdir. Lakin, bu nəticə ilə 2-ci və 3-cti dəfə işə baxan Ali Məhkəmənin kollegiyası heç bir nöqsan tutmamış və sonuncu 4-cü baxışda Ali Məhkəmə bildirmişdir ki, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, daşınmaz əmlakın yerləşdiyi Fransa Respublikasının bu sahədə mövcud olan hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün zəruri tədbirlərin görüldüyünü, lakin bu tədbirlərin bir nəticə vermədiyim, habelə tərəflərin bıı istiqamətdə tələb və etirazlarını əsaslandırmaq üçün məhkəməyə sənədlər təqdim etmədiyini əsas tutub, hazırki mülki mübahisəyə milli qanunverciliyi tətbiq etməklə işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Bir daha qeyd edir ki, əmlak bölgüsü iddiası nikahın pozulmasından əmələ gələn mübahisədir. Nikahın pozulması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində, yəni cavabdehin rəsmi yaşayış yeri üzrə pozulmuş, hər iki övladları onun himayəsinə verilməsi prosesi də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən baxılaraq təstiq edilmişdir. Demək ki, əmlak bölgüsü də də Azırbaycan Respublikasının Məhkəməsi tam səlahiyyətlidir və bunu etməlidir. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun 2.1ci maddəsinə əsasən, xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən isə, Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliy ini tətbiq edir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən isə Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsi lhazırkı mülki mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq etməlidir. Fransa məhkəmələri xarici dövlərlərin məhkəmə qətnamələrini çox qısa zamanda tanıyır, bu qanun 28 fevral 1860-cı ilin Bulkley qanunu kimi tanınır və Azərbaycan Respublikasının məhkəmələri qətnamənin tanınması prosesi ilə heç maraqlanmalı belə deyillər, onlar sadəcə bizim Respublikada mövcud qanunları və mövcud praktikanı tətbiq etməlidirlər.
16. Məhkəmə iclasında iddiaçı etirazında qeyd edilənlərə uyğun izahat vermişdir.
17. Cavabdehin nümayəndəsi Vəkil2 əmlakların bölünməsinə aid hissədə işə baxılması üçnü Azərbaycan Respublikasının məhkəmələrinin səlahiyyətli olmadığını bildirdi və həmin hissədə xitam verilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir; Maddə 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə; Maddə 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə.
19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir; Maddə 20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur; Maddə 20.2. Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd olunan hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 20.1, 20.2-ci maddələrinin tələblərinə əsasən daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur; Əmlakın daşınar və ya daşınmaz olması, habelə əmlakın digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.
21. Mübahisənin predmeti olan daşınmaz əmlak Azərbaycan Respublikasının deyil, Fransa Respublikasının ərazisində yerləşir və o, həmin daşınmaz əmlaka əşya hüququnun tanınmasını iddia edir. Belə olan halda iddiaçının həmin daşınmaz əmlaka mülkiyyət hüququ yalnız daşınmaz əmlakın yerləşdiyi ölkənin, yəni Fransa Respublikasının hüquqi ilə müəyyən edilə bilər.
22. İşə üçüncü dəfə apellyasiya instansiyası icraatı zamanı məhkəmə daşınmaz əmlakın hüquqi statusu və tətbiq edilməli olan qanunvericiliklə bağlı Fransa Respublikasının səlahiyyətli orqanlarına məhkəmə tapşırığı göndərsə də, alınmış cavaba yalnız əmlakın hüquqi statusu ilə bağlı sənədlər əlavə olunmuş, sorğunun tətbiq edilməli olan qanunvericiliklə bağlı hissəsi isə cavablandırılmamışdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1. 444.0, 444.0.1-ci maddələrinin mənasına görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyəçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; Daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. Qeyd olunan normaların məzmununa əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması ilə bağlı işlərə Azərbaycan Respublikasının məhkəmələrində o halda baxıla bilər ki, iddianın predmetini təşkil edən daşınmaz əmlak Azərbaycan Respublikasının ərazisində yerləşmiş olsun.
24. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddianın Fransa Respublikası Nanter şəhəri Jorj- Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6-saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 nömrəli mənzildən payların müəyyən edilməsi hissəsinə baxmaq üçün Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətli olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və bu hissədə iş üzrə icraata xitam verilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Orucova (Babayeva) Jalə Məhərrəm qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 218-ci il tarixli, 2(008)-422/2018 nömrəli qətnaməsi ilk iddia üzrə Fransa Respublikası Nanter şəhəri Jorj-Klemanso prospekti 285-323 və Vatford küçəsi 2/6-saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış kompleksindəki 261 nömrəli mənzildən payların müəyyən edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev