Məhkəmə qərarları › İş №2(103)-2210/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2210/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2210/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“saxlanca qoyulmuş qızıl ziynət əşyalarının açıq hərracda satılması və kredit borcuna yönəldilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı hüquqi varisi X9 və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı LPO Cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “saxlanca qoyulmuş qızılziynət əşyalarının açıq hərracda satılması və 179988,9 ABŞ dolları məbləğində kredit borcuna yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlər Cavabdeh1 ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna(sonradan - İddiaçı vəfat etdiyinə görə hüquqi varisi X9 ilə əvəz edilmiş, həmçinin iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə əsasında cavabdehlər Cavabdeh1 ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, LPO Cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir) qarşı (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən) cavabdeh tərəfindən ekspertə təqdim olunmuş iddiaçıya məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızılzinət əşyalarının iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin bank tərəfindən ekspertə və ya məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş məmulatlarının dəyərindən iddiaçının bankdan götürdüyü kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış və Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbəti 305981.13) miqdarında yaranmış borcunun bu hissədə əvəzləşdirilərək, yerdə qalan 229158.87 AZN manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları İddiaçı hüquqi varisi X5 təhvil verilməsi, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilməsi, qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X5 ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində ekspertiza xərclərinin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. 3.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 301, 385.1, 386.1, 540.1, 540.2, 543, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə “Azəriqazbank” X7 (hazırda ləğv prosesində olan Cavabdeh1 ASC) arasında 26 yanvar 2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 26 yanvar 2010-cu il tarixli K-4622 saylı kredit müqavilələri və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı əmlakı saxlanca verməyi, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009- cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi dəyərli qızıl zinət əşyalarını “Azəriqazbank” X4 (hazırda ləğv prosesində olan Cavabdeh1 ASC) saxlanca qoymuşdur. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-751/2016 saylı Qərardadına əsasən İddiaçı Cavabdeh1 ASC-yə kredit müqavilələri üzrə ümumilikdə 179988,9 ABŞ dolları məbləğində borcu vardır. Hazırda iddiaçı, cavabdeh tərəfindən təqdim edilməmiş qızıl-zinət əşyalarının bir hissəsinin göstərilən borcla əvəzləşdirilməsini, qalan hissəsinin dəyərinin ödənilməsi, eyni zamanda təqdim olunmuş qızıl-zinət əşyalarının qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış 26 yanvar 2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən saxlanca verilmiş əşyaların müəyyən hissəsi məhkəməyə təqdim edilməmiş və onların yeri qeyri-müəyyəndir. Belə olan halda Cavabdeh1 ASC göstərilən müqavilənin bəndinə əsasən məsuliyyət daşıdığından təqdim oluna bilinməyən qızıl-zinət əşyaların dəyəri cavabdehdən tutulmalıdır. Qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri “X8” MMC-nin xx.xx.2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə hesabatı ilə 535140 AZN müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Təqdim oluna bilinməyən 535140 AZN dəyərində qızıl-zinət əşyaları və gümüş məmulatlarının İddiaçı Cavabdeh1 ASC-yə borclu olduğu ümumilikdə 179988,9 ABŞ dolları borcla əvəzləşdirilməli və borc əvəzləşdirildikdən sonra qalan məbləğ iddiaçıya ödənilməlidir. Eyni zamanda təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri borcu təmin edə bildiyinə görə təqdim olunmuş qızıl-zinət əşyaları və gümüş məmulatları cavabdehdən alınaraq iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir. 4.İşin icraatı zamanı müəyyən edilmişdir: İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş İddiaçı qanuni varisi əri - X9 miras payını xx.xx.2022-ci il tarixdə tam olaraq qəbul etmişdir. X9 birinci növbədə vərəsədir. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr) “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20076929 saylı bağlama ilə 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179047 saylı bağlama ilə 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir;- xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən 5 saylı bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet) “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir;- xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30061877 saylı bağlama ilə 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhviltəslim aktına əsasən AC 20062071 saylı bağlama ilə 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179038 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhviltəslim aktına əsasən AC 20179024 saylı bağlama ilə 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165777 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir; - xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165774 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir;- xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20175410 saylı bağlama ilə 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti “Azəriqazbank” X4 saxlanc kimi təhvil verilmişdir;- Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 751/2016 saylı Qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 751/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 ASC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin qərardadın nəticə hissəsi xx.xx.2016-cı il tarixli qərardadla dəyişdirilmişdir. Həmin qərardaddan müəyyən olunur ki, cavabdeh İddiaçı Binəqədi rayon məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(001)-1488/2015 saylı qətnaməsi üzrə 14 yanvar 2010-cü il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508,75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borcucərimə olmaqla, ümumi 170149,75 ABŞ dolları məbləğində borcun, 26 yanvar 2010-cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648,27 ABŞ dolları faiz borcu,416 ABŞ dolları artırılmış faiz borcu cərimə olmaqla, ümumi 4546.7 ABŞ dolları məbləğində borcun, 13 aprel 2010-cu il tarixli K-4685 saylı kredit müqaviləsi üzrə 05 aprel 2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları faiz borcu, 665 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 5292.45 ABŞ dolları məbləğində borc, 219 ABŞ dolları məbləğində kredit üzrə komissiya ödənişi, cəmi 179988,9 ABŞ dolları məbləğində tutulması qət olunmuş borc üzrə əsas borc hissəsini 26 noyabr 2019-ci ilə kimi icra edəcəyinə dair öhdəlik götürmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3213 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə qeyd edilmiş AC20596280 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Onlardan sıra nömrələri 6 və 7 olanların üzərlərində 583/585 əyarlı qızıldan hazırlanmış hissələr vardır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir – brilyantdır. AC20596279 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20596278 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AA2185409 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-6 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Onlardan sıra nömrəsi 2 və 6 olanların üzərində firuzə və korund qrup qaşlar vardır. AC20825153 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20825342 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3989 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının hal-hazırda likvid orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 58360,80 müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının əyyarı, kütləsi, kefiyyət göstəriciləri və qiymətləri ayrı- ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir;- “X8” MMC-nin xx.xx.2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə hesabatına əsasən, Bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64520 AZN, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunan AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlama birkaları iş üzrə təqdim edilmiş analoji bağlama birkaları ilə uyğundur. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilmədi. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalardan çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl-zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmadığından həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhvil-təslim olunduğu zaman eyni olub-olmadığı müəyyən edilə bilmədi. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Üçüncü şəxs apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Plenum qərarına; “ Banklar haqqında “ qanunun 72.1.2, 72.1.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 76.1, 76.2, 77.1, 80, 88, 101.3, 102.2, 206.1, 217.1, 217.3, 220.4, 385.1.2, 390, 261.0.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş “X8” MMC-nin 27 iyul 2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə rəyinə əsasən, Bank tərəfindən təqdim olunan bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64520 AzN təşkil edir; İş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535140 AZN təşkil edir; Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli,AC20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkalarının (AA ******* nömrəli, AC 20825153 nömrəlivə AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilməmişdir. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızl-zinət əşyaları orijinaldır. Ekspert rəyinin məhkəməyə ünvanladığı məktubun 5-ci bəndində bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyalarının iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eyni olduğu qeyd edilmişdir. Həmçinin, həmin bəndin 2-ci cümləsində, bank tərəfindən təqdim edilən digər bağlama birkalarının (AA ******* nömrəli, AC 20825153 nömrəli vəAC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmaması əsas gətirilərək, həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhviltəslim olunduğu zaman eyni olub-olmamasını müəyyən edə bilməmişdir. Buna baxmayaraq, iddiaçı həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və ona qaytarılmasının tələb etmişdir. Göründüyü kimi, bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli,AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalarından çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl zinət əşyaları ilə eynidir. Lakin, məhkəmə bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının dəyərini- 64520 manat məbləği nəzərə almamış, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhviltəslim aktlarında olan ekspert tərəfindən 535 140 manat məbləğində qiymətləndirilən qızılzinət əşyaları və gümüş məmulatlarının dəyərindən çıxmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsininxx.xx.2016-cı il tarixli, 2(103)- 751/2016 saylı qərardadı ilə cavabdeh Məmmədzadə (Niyazova) Lalə Zahid qızı tərəfindən 14 yanvar 2010-cu il tarixli K- 4605 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508.75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borc-cərimə olmaqla, cəmi 170149.75 ABŞ dolları məbləğində borcun; 26 yanvar 2010-cu il tarixli K-4622 sayl kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648.27 ABŞ dolları faiz borcu, 416 ABŞ dolları artırılmış borc-cərimə olmaqla, cəmi 4546.7 ABŞ dolları məbləğində borcun; 13 aprel 2010-cu il tarixli K-4685 sayl kredit müqaviləsi üzrə xx.xx.2013cü il tarixinə olan 4627,45 ABŞ dolları əsas borc, 665 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5292.45 ABŞ dolları borcun, 219 ABŞ dolları kredit üzrə komissiya olmaqla, cəmi 179988,9 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə 26 noyabr 2019-cu il tarixinədək icra edilməsi öhdəliyi qərara alınmışdır. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında”Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaları nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğvprosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1ci maddəsinə əsasən mümkündür. Həmçinin, Nəsimi Rayon Məhkəməsi qətnaməsində qalan borc məbləğinin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qeyd olunmuşdur. Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondu müxtəlif hüquqi şəxslər olduğundan, qalan borc məbləğinin kimdən tutulması qeyri-müəyyən olaraq qalır. Bu özlüyündə birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmanın bariz nümunəsidir. ƏSF bankın öhdəliklərini deyil bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu(sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd edilmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Beləliklə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin və Əmanətlərin Sığortalanması Fondufaktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan Cavabdeh1 ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Buradan da görünür ki, hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkündür. Göründüyü kimi, məhkəmə tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş” qanunsuz və əsassız qətnamə qəbul etdiyinə görə iddia tələbi rədd edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosessində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, Mulki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Məhkəmə qətnamədə yalnız iddiaçının irəli sürdüyü dəlillərə və izahatlara əsaslanmışdır. Məhkəmə tərəflərin çəkişmə prinsipinə əsaslanmadan qərar qəbul etmişdir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi dəlillərə, sənədlərə və izahatlarına qətnamədə hüquqi münasibət bildirməmişdir. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarının hansı kredit müqaviləsi üzrə saxlanca qoyulması, həmçinin saxlanc və girov müqaviləsində qeyd edilən qızıl- zinət əşyalarının və gümüş məmulatlarının həqiqətən banka təhvil verilib-verilməsinə dair təhvil-təslim aktının olması məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi, -xx.xx.2009-cu il tarixli təhviltəslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük ümumilikdə 9490 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, ekspertin də qeyd etdiyi kimi cavabdeh tərəfindən ekspertə təhvil verilən qızıl zinət əşyaları ilə eyniliyi təsdiq olunsa da, hansı kredit müqaviləsi üzrə saxlanca qoyulması müəyyən edilməmişdir. - xx.xx.2009-cu il tarixli təhviltəslim aktına əsasən AC 20076929 saylı bağlama ilə 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa (6100 manat), bir ədəd 2.17 karat brilyant daş (17800 manat) və bir ədəd 1.18 karat brilyant daş (8300 manat),ümumilikdə 32200 manat məbləğində qiymətləndirilmişdir. 6100 manat dəyərində qiymətləndirilən 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa bank tərəfindən təqdim olunan AA ******* saylı bağlamalardan çıxan (5,87 Brilyant), 750 əyyar sarırəngli bir cüt sırğa ilə eynidir. 17800 manat məbləğində qiymətləndirilən bir ədəd 2.17 karat brilyant daş cavabdehin nümayəndəsinin təqdim etdiyi təhvil-təslim aktına əsasən xx.xx.2011-ci il tarixində İddiaçı tərəfindən təhvil alınmışdır. (32200-6100 (təkrar olduğu üçün)-17800 (təhvil verildiyi üçün)=32200-23900=8300 manat) xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179038 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük (17800 manat), bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa (16900 manat) və bir ədəd 0.2 karat brilyant daş (9800 manat), ümumilikdə 44500 manat məbləğində qiymətləndirilmişdir. Bankın nümayəndəsinin təqdim etdiyi xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçı tərəfindən təhvil alınmışdır. - xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama birkalı təhvil-təslim aktında qeyd edilən 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd klon 6300 manat məbləğində qiymətləndirilmişdir. -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasənAC 20165777 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük (17900 manat), bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa (16900 manat) və 0.2 karat brilyant daş (9800 manat), ümumilikdə 44600 manat məbləğində qiymətləndirilmişdir. Bunlardan bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa (16900 manat) və 0.2 karat brilyant daş (9800 manat) təkrar (26700 manat) qiymətləndirilmişdir. (44600-26700=17900 manat) -xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasənAC 20179047 saylı bağlama ilə 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük 9050 manat məbləğində qiymətləndirilmişdir. - xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20175410 saylı bağlama ilə 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti təkrar 7700 manat məbləğində; -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasənAC 20165774 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük təkrar (17900 manat) təkrar qiymətləndirilmiş, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa (16900 manat),ümumilikdə 34800 manat məbləğində qiymətləndirilmişdir, həmçinin -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən qaytarılıb. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən 5 saylı bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet) -16100 manat, xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst 8700 manat, xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30061877 saylı bağlama ilə 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük - 5200 manat, -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20062071 saylı bağlama ilə 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük (5200), bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa 7200 manat, ümumilikdə 12400 manat məbləğində qiymətləndirilmişdir. - xx.xx.2010-cu il tarixli təhviltəslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 (8700 manat), 6 ədəd gümüş badə (6300 manat), bir dəst (6 predmet) gümüş qaşıq (2000 manat), 1ədəd gümüş Servis (22 predmet), gümüş kodu 33072 (7400 manat), ümumilikdə 24400 manat məbləğində; -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 (8700 manat), 6 ədəd gümüş badə (6300 manat), bir dəst (6 predmet) gümüş qaşıq (2000 manat), 1 ədəd gümüş Servis (22 predmet), gümüş kodu 33072 (7400 manat), ümumi li kdə 24400 manat məbləğində təkrar qiymətləndirilmişdir. -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə (6300 manat), 1 ədəd gümüş Servis (22 predmet), gümüş kodu 33072 (7400 manat), bir dəst (6 predmet) gümüş qaşıq (2000 manat), ümumilikdə 15700 manat məbləğində təkrar qiymətləndirilmişdir. -xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 8700 manat məbləğində təkrar qiymətləndirilmiş, həmçinin xx.xx.2011-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilmişdir. -13 avqust 2009-cu il tarixli S-4375 saylı Saxlanc müqaviləsinə Əlavə № 1-də qeyd edilən qızıl-zinət əşyaları və gümüş məmulatları 61300 manat təkrar qiymətləndirilmiş, həmçinin xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən İddiaçıZahid qızına təhvil verilmişdir. - 13 avqust 2009-cu il tarixli S-4375 saylı Əlavə № 3- də qeyd edilən qızıl-zinət əşyaları 58300 manat məbləğində təkrar qiymətləndirilmiş; 17 noyabr 2009-cu il tarixli S-4375 saylı saxlanc müqaviləsinə Əlavə № 2-də qeyd edilən qızıl-zinət əşyaları və gümüş məmulatları 58300 manat dəyərində təkrar qiymətləndirilmişdir. xx.xx.2008-ci il tarixli S-3967 saylı Saxlanc müqaviləsinə Əlavə № 1 və Əlavə № 2-də qeyd edilən qızıl-zinət əşyaları ekspert tərəfindən ümumi li kdə 26500 manat məbləğində təkrar qiymətləndirilmişdir. Bank tərəfindən təqdim olunan bağlamalardan çıxan ekspert tərəfindən likvid qiyməti 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan 535140 manat məbləğində qiymətləndirilən analoji qızıl zinət əşyaları ilə eyniliyi ekspert rəyində əks olunmuşdur. Buna baxmayaraq, məhkəmə həm likvid qiyməti 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, həm də onların dəyərinin iddiaçıya qaytarılması barədə qərar qəbul etmişdir. Eyni zamanda, iş üzrə təqdim edilmiş S-4375 və S3967 saylı saxlanc və girov müqavilələrində qeyd edilən qızıl-zinət əşyalarının və gümüş məmulatları ümumilikdə 230900 manat məbləğində qiymətləndirilmişdir. Lakin, qeyd olunan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının banka təhvil verilməsinə dair təhvil-təslim aktları təqdim edilməmişdir. Bundan başqa, S-4375 və S-3967 saylı saxlanc və girov müqavilələri İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış K-4605, K-4622 və K-4685 saylı kredit müqaviləsinin təminatı olmadığından, həmin saxlanc və girov müqavilələri üzrə qiymətləndirilən qızıl-zinət əşyalarının və gümüş məmulatlarının ümumilikdə 230900 manat dəyəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilə bilməz. Odur ki, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiymətindən 535140 manatdan, həm S-4375 və S-3967 saylı saxlanc və girov müqavilələrində qeyd edilənə qızıl -zinət əşyalarının və gümüş məmulatları ümumi dəyəri 230900 manat, həm də təkrarlanan və qaytarılan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının ümumi dəyəri (219890 manat) çıxılmalıdır. (535140- 230900 - 219890= 84350 azn) Göründüyü kimi, məhkəmənin iş üzrə mövcud olan qiymətləndirmə rəylərini düzgün təhlil etmədən qətnamə çıxarması cavabdeh Bankın hüquqlarının kobud şəkildə pozulmasına dəlalət edən amildir. Bu həm də, cavabdeh bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır.Ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Qiymətləndirici ekspert tərəfindən saxlanc-girov müqavilələrinin predmeti olan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının qiymətləndirilməsi zamanı prosessual qaydaya riayət edilməmişdir. Belə ki, qızıl-zinət əşyalarının və gümüş məmulatlarının real likvid dəyərinin müəyyən edilməsi üçün sözügedən ekspertə təqdim edilməyən saxlanc-girov müqavilələrinin predmeti olan qızıl-zinət əşyalarına və gümüş məmulatlarına predmetlərinə baxış keçirilməmiş yalnız işdə olan təhvil təslim aktlarına və saxlanc və girov müqavilələrinə əsasən qiymətləndirilərək rəylər təqdim edilmişdir. Məhkəmə cavabdehin etiraz və mülahizələrinə, dəlillərinə hüquqi münasibət bildirməmiş, iddiaçının təqdim etdiyi sübutlara fərqli və yanlış hüquqi qiymət verməyə çalışmış, mövcud olan qiymətləndirmə rəyini düzgün təhlil etmədən, iddiaçı tərəfindən sübuta yetirilməyən tələblər üzrə qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Üçüncü şəxs tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə uyğun ərizə təqdim edilmişdir. 7.Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş və ərizədə “ Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 78; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-3(103)- 132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanununun 72-ci maddəsinin tələblərinə əsasən banka qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata keçirilməsi mümkünlüyünü müəyyən etmişdir. Cavabdehin iddiasının təmin edilməsi hazırki iş üzrə kreditor tələblərinə münasibətdə Bankın öhdəliklərinin azalmasına səbəb olacaqdır ki, bu da öz növbəsində qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müflis elan edilmiş banklarla əlaqəli məhkəmə mübahisələrində və digər hüquq tənzimləyici münasibətlərdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydaların nəzərə alınması qeydləri vardır. Hazırki mübahisə predmetinin yuxarıda qeyd edilən formada icrası faktiki olaraq tələblərin BHQ-nun 78-ci maddəsində nəzərdə tutulmuş formada əvəzləşdirilməsini nəzərdə tutur. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilməsi və qalan məbləğin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan iddiaçıya ödənilməsi yalnız “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən mümkündür. Göründüyü kimi, “məhkəmə tətbiq etməli olduğu hüquq normasını düzgün tətbiq etməmiş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş” qanunsuz və əsassız qətnamə qəbul etdiyinə görə iddia tələbi rədd edilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarı düzgün tətbiq edilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi bir daha onu söyləməyə əsas verir ki, ləğv prosesində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, Mulki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutur. Dediklərinin nəzərə alınaraq , Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-29/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, həmçinin banka olan borclarının ekspertiza rəyi ilə müəyyən edilmiş bankada saxlanca verdikləri əmlakla əvəzləşdirilərək silinməsini və yerdə qalan 235000 manat pulun da 100000 manatının banka güzəştə gedilməsi ilə bağlı banka barışıq təklif etdiklərini, lakin bankın bu barışığı qəbul etmədiyini, belə ki, bankın yalnız onların borcunun silinməsi və qarşılığında da onlardan heç bir şey tələb etməməsi şərti ilə barışığa razı olduqlarını bildirdiklərini, həmçinin hazırkı iş üzrə banka girova, saxlanca qoyulmuş əmlakın özbaşınalıq nəticəsində oğurlandığını, bugünki gündə həmin qızıl-ziynət əşyalarının artıq mövcud olmadığını, qarşı tərəfin bakın müflis olması ilə bağlı məsələni ortalığa qoymasına münasibətdə isə , həmin qanunvericilikdə aktivlərdən söhbət getdiyini və aktivlərin nədən ibarət olmasının açıq-aydın qanunda qeyd edildiyini, saxlanca qoyulan əmlakın bank aktivləri siyahısına daxil olmadığını, həmin əmlak barəsində sərəncam verməyin yalnız məhkəmə qərarı ilə mümkün olduğunu, həmçinin ekspertə 40 adda qızıl-ziynət əşyalarının siyahı üzrə təqdim olunduğunu, lakin faktiki olaraq ekspertiza keçirilən zaman həmin paketlərin tək-tək açıldığı və içərisində 29 adda qızıl-ziynət əşyasının çıxdığını, həmçinin qarşı tərəf ekspertiza keçirilən zaman bəzi qızıl-ziynət əşyalarının yalnışlıqla təkrarən qiymətləndirildiyini qeyd etsə də, bu mövqe ilə qəti şəkildə razı olmadıqlarını, belə ki, mərhum iddiaçının qızıl-gümüş ticarəti ilə aktiv şəkildə məşğul olduğunu, bu səbəbdən də bir ziynət əşyasından bir neçə ədəd gətirməsinin də çox normal olduğunu, əgər hər hansı əmlak təkrar qoyulurdusa da öncəki təhvil təslim aktının ləğv olunmalı olduğunu və ya əvvəlki təhvil-təslim aktının üzərində əlavələr olunmalı olduğunu, ekspertiza keçirilərkən hər hansı qızıl-ziynət əşyalarının təkrarən qiymətləndirilməsi kimi bir yalnışlığa yol verilməsinin mümkün olmadığını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin hüquqi varisi X9 nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 10.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək, ümumiyyətlə hazırkı məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılmasının düzgün hesab etmədiyini, belə ki,apellyasiya şikayətlərində də qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının hazırkı iş üzrə tətbiq edilməli olduğunu, Konstitusiya Məhkəməsinin müvqeyinə uyğun olaraq ləğv prosessində olan banklara qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin, Mulki Prossesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsini nəzərdə tutulduğunu, hazırkı məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılmalı olduğu təqdirdə isə birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmadığını, belə ki, birinci instansiya məhkəməsində keçirilən ekspertiza üzrə ekspert rəyi ilə qismən razılaşmadıqlarını, belə ki, ekspert rəyində müəyyən qızıl-ziynət əşyalarının yalnışlıqla təkrarən qiymətləndirildiyini, həmçinin müəyyən qızıl-ziynət əşyalarının bank tərəfindən iddiaçıya təhvil verilməsinə də ekspert rəyində qiymət verilmədiyini, ekspert hesablama apararkən mövcud qızıl zinət əşyalarının dəyəri olan 64000 manatın ümumi məbləğdən çıxılmadığını, digər tərəfdən iş üzrə təqdim edilmiş S-4375 və S3967 saylı saxlanc və girov müqavilələrində qeyd edilən qızıl-zinət əşyalarının və gümüş məmulatları ümumilikdə 230900 manat məbləğində qiymətləndirildiyini, lakin, qeyd olunan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının banka təhvil verilməsinə dair təhvil-təslim aktları təqdim edilmədiyini, bundan başqa, S-4375 və S-3967 saylı saxlanc və girov müqavilələri İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış K-4605, K-4622 və K-4685 saylı kredit müqaviləsinin təminatı olmadığından, həmin saxlanc və girov müqavilələri üzrə qiymətləndirilən qızıl-zinət əşyalarının və gümüş məmulatlarının ümumilikdə 230900 manat dəyərinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc ilə əvəzləşdirilə bilməsinin də mümkün olmadığını, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızılzinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiymətindən 535140 manatdan, həm S-4375 və S-3967 saylı saxlanc və girov müqavilələrində qeyd edilən qızıl zinət əşyalarının və gümüş məmulatları ümumi dəyəri 230900 manat, həm də təkrarlanan və qaytarılan qızıl-zinət əşyalarının və gümüş məmulatlarının ümumi dəyəri (219890 manat) çıxılmalı olduğunu qeyd etmiş dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 11.Məlumatlandırılması qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. 12.Binəqədi rayon məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(001)-1488/2015 saylı qətnaməsi üzrə 14 yanvar 2010-cü il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508,75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borcu-cərimə olmaqla, ümumi 170149,75 ABŞ dolları məbləğində borcun, 26 yanvar 2010-cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648,27 ABŞ dolları faiz borcu,416 ABŞ dolları artırılmış faiz borcu cərimə olmaqla, ümumi 4546.7 ABŞ dolları məbləğində borcun, 13 aprel 2010-cu il tarixli K-4685 saylı kredit müqaviləsi üzrə 05 aprel 2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları faiz borcu, 665 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 5292.45 ABŞ dolları məbləğində borc, 219 ABŞ dolları məbləğində kredit üzrə komissiya ödənişi, cəmi 179988,9 ABŞ dolları məbləğində tutulması qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 751/2016 saylı Qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-751/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 ASC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. 13.Mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-751/2016 saylı icra sənədinin icra vəziyyəti barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə sorğu edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 9-cu maddələrinin tələbinə əsasən icraata qəbul edilmədən məhkəməyə geri qaytarılmışdır. Apellyasiya baxışının hədləri: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin.269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir.269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.300.0. Girov aşağıdakı növlərdə ola bilər:300.0.1. saxlanc;300.0.2. əşyanın lombardda girovu;300.0.3. hüquqların girovu;300.0.4. pul vəsaitinin girovu;300.0.5. sabit girov;300.0.6. dövriyyədəki malların girovu.301.Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. 305.Sabit girov elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır.306.1. Dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir.306.2. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, girov müqaviləsində göstərilən mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur.306.3. Dövriyyədəki mallar girov qoyulduqda, tərəflər onların ümumi dəyərinin girov müqaviləsində göstərilən dəyərdən aşağı düşməməsini şərtləndirə bilərlər. Bu zaman:306.3.1. əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş dövriyyədəki malların dəyərinin azalmasına girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir.306.3.2. girov qoyan girov qoyulmuş malların qeydiyyatı kitabını tərtib etməyə borcludur. Həmin kitaba malların girov qoyulması şərtləri haqqında və girov qoyulmuş malların tərkibinin və ya natural formasının dəyişməsinə səbəb olan bütün əməliyyatlar, o cümlədən onların emalı haqqında sonuncu əməliyyat günü üçün qeydlər daxil edilir.306.4. Girov qoyan dövriyyədəki malların girovu şərtlərini pozduqda girov saxlayan girov qoyulmuş mallara öz nişanlarını vurmaq yolu ilə onlarla bağlı əməliyyatları pozuntu aradan qaldırılanadək dayandıra bilər.385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır.453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir.453.2. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.453.3. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz.453.4. Subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir.527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.543.Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. 544.Öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir.545.0. Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir:545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə;545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə;545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa;545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə;545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda;545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir.545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir.963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir. 16.“ Banklar haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə görə: 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir71.2. Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir. 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktmı məhkəmə təsdiq edir.Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər.Ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər.71.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən ləğv prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək ləğvedici bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidir71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir:71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir;71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir;71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür;71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür;71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür;71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir;71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür;71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir;71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.71-1.1. Mərkəzi Bank ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.71-1.2. Mərkəzi Bank:71-1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;71-1.2.2. ləğvedicidən hesabat almağa;71-1.2.3. ləğvedicinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verməyə;71-1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa;71-1.2.5. ləğvedicinin bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir.71-1.3. Bankın iflası dövründə ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. 78.2. İflas prosedurana başlanılmasına dair məhkəmə qərarı qüvvəyə minənədək qanunsuz yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda onların və qərar qəbul edildikdən sonra bankın əldə etmiş olduğu tələblərin və yaratdığı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.80. Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir;81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. 81.2. Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir. 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 17."Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən: 1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir.“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.

18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 460-467, 470-477, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, kredit ( girov-saxlanc) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair tədqiq edən məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan təfsirin tətbiqinə yönəlmişdir və əsassızdır. Belə ki, LPO "xxxx" ASC şikayətini iki əsasla təqdim etsə də sonadək qəti mövqeyini nümayiş etdirməmiş və sübuta yetirə bilməmişdir. Tərəflər arasında kredit-girov münasibətləri uzun müddət davam etmiş və mübahisə Bankın ləğvetmə prosesinə başlanılmaqdan öncə baş vermiş, məhkəmə qətnaməsi üzrə barışıq əldə edilmiş, sonra icraya yönəlsə də icra qurumu tərəfindən geri qaytarılmışdır. Xüsusi ilə diqqətə çatdırılmalıdır ki, tələbin yönəldiyi cavabdeh şikayət verməmiş, şikayəti yalnız üçüncü şəxs vermişdir. Deməli cavabdeh ləğvetmədə olan bankın idarəedilməsində kreditor-borclu münasibətlərdən (öhdəliklərdən) irəli gələn vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi ilə razılaşmışdır. Hazırda iddiaçıdan borcun tutulmasını və işin icra qaydasında həll edilməsi mümkünlüyünü müəyyən edən icra işinin olmaması, mübahisənin icra qaydasında həll edilməsini, yəni icra sənədi üzrə mövcud olan tələbin girov predmetinə yönəldilməsini mümkünsüz edir. Bundan əlavə, iş materialları ilə və üçüncü şəxsin öz etirafı ilə saxlanca verilmiş əşyaların hamısının olmaması mübahisənin mövcudluğunu müəyyən edir. İddiaçı təhvil-təslim aktları təqdim etsə də, bank onların hamısının təqdim edilməməsi, əşyaların təkrarlanması və sair dəlillər irəli sürsə də onların sübut etmək yükü və imkanı həddində mötəbər sübutlar təqdim etməmişdir. 19.Beləliklə, münasibətlərin üçüncü şəxsin və sonra da cavabdehin öz vəzifələrinin icra edilməsindən irəli gələn mübahisə üzrə yaranması və məhkəmə araşdırılmasının tələb edilməsi, icra işinin olmaması, o cümlədən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmasını müyyən edir. Mahiyyəti üzrə araşdırma cavabdehin vəzifələrinin vaxtında, lazımi qaydada yerinə yetirilməməsini əhatə etsə də, üçüncü şəxsin və cavabdehin vəzifələri üzrə cavabdehin qətnaməni mübahisələndirmədiyi şəraitdə, üçüncü şəxsin isə ləğv prosesində olması öz bankının nümayəndəlik funksiyalarının yerinə yetirilə bilməsi hüquqlarının yalnız ləğvedicinin müəyyən etdiyi hədlər (göstərişlər) yönündə məhdud olduğundan, keçmiş (fəaliyyət dövründə) zamanlara aid münasibətlərə aydınlıq gətirilməsi baxımından qəbul ediləndir, ləğvedicinin vəzifələri üzrə isə ləğv prosesində bankın onu təmsil etmək hüquqları mövcud deyildir. Əşyların təhvil verilməsi və qarşılqılı borcların olması, işdə olan (icra sənədi, ekspert rəyləri və s) sənədlərlə təsdiq edilir, bunları təkzib edən (ekspert, audit və sair ixtisalı mütəxəssis araşdırmasının nəticəsi olan) sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərdən irəli gələrək məhkəmə kollegiyası üçüncü şəxs kimi cəlb edilən LPO "xxxx" ASC-nin əsassız və sübuta yetirilməyən şikayəti həddində qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. 20.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə onları ödəyən şəxslərə aid edilməlidir. 21.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Üçüncü şəxs LPO "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-29/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar