Məhkəmə qərarları › İş №2(103)-2217/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2217/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2217/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətindən imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2025ci il tarixli, e-2(004)-122/2025 nömrəli qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məznil Tikinti Kooperativinin payçıları Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1ndən 280500 manat məbləğində pul vəsaitinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 571 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(004)- 122/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 280500 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 571 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh4 nümayəndəsi Nümayəndə2 məhkəməyə tərəflər arasında bağlanmış 12 iyun 2025-ci il tarixli razılaşdırma müqaviləsini təqdim etdi və ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi.

5. Tərəflər apasında bağlanmış 12 iyun 2025-ci il tarixli razılaşdırma müqaviləsinin mətni aşağakı məzmundadır: “1. Tərəflər İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1nə qarşı 280500 (iki yüz səksən min beş yüz) manat məbləğində pul tələbi üzrə mübahisələrini aşağıda göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.

2. İddiaçı 280500 manat məbləğində pulun cavabdeh "xxxx" MTK- dan tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət elmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək həmin vəsaitin cavabdeh "Xəzri” MTK-dan tutulması qət edilmişdir.

3. Daha sonra MTK-nın mülkiyyətində heç bir əmlak və pul vəsaiti olmadığına görə İddiaçı həmin tələblə MTK-nın payçılarına qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsi Bakı şeher Yasamal Rayon Məhkəməsinin e-2(004)-122/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ile təmin edilmişdir. Həmin qətnaməyə əsasən cavabdehler Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X3 müştərək qaydada 280500 manat məbləğində pul tutularaq X1 ödənilməsi müəyyən olunmuşdur.

4. Hazırda tərəflər, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, “FUAD" Kiçik Müəssisəsi işin məhkəmədən kənar tərəflərin müəyyənləşdirilmiş məbləğ müqabilində razılığa gəlməyə qərar vermişdirlər.

5. Belə ki, tərəflər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, “FUAD" Kiçik Müəssisəsi qarşı tərəf İddiaçı 63000 manat məbləğində pulu razılaşma müqaviləsi imzalanan gün ödəniləcək.

6. Qeyd olunan 63000 manat məbləğində pul vəsaiti İddiaçı notariusun depozit hesabına qoyulmaqla ödəniləcəkdir.

7. İddiaçı bu razılaşma müqaviləsi imzalamaqla 63000 manat pulu aldığını təsdiq edir.

8. İddiaçı 280500 manat pulun ödənilmiş hissəsindən geri qalan 217500 manat pulun 169500 manat hissəsinə olan tələbdən imtina edir. İddiaçı “Xəzri" MTK-nın payçılarına qarşı olan iddiasından 232500 manat məbləğində olan hissəsinə qarşı heç bir tələbi olmayacağını, tələbinin yalnız qalıq hissə olan 48000 manata və yalnız Cavabdeh2 qarşı münasibətlə məhdudlaşdığını qəbul edir.

9. Tərəflərin Müqaviləyə əsasən İddiaçı gələcəkdə yalnız 48000 manatını Cavabdeh2 tələb edə bilər.

10. Qeyd olunan münasibətin 5-ci bənddə qeyd olunan məbləğdən artıq və həmin bənddə qeyd olunan şəxsdən qeyrisinə qarşı tərəflər heç bir tələb, o cümlədən pul və əmlak tələbi irəli sürməcəklərini öhdəsinə götürür. Həmin məsələlər gələcəkdə tərəflər arasında, məhkəmədə mübahisə predmeti ola bilməz və "xxxx" MTK-ya və onun bütün payçılarına qarşı gələcəkdə hər hansı bu cür tələb irəli sürülə bilməz.”

6. Cavabdeh3 tərəflər arasında razılaşdırma müqaviləsi bağlandığından, həmin müqaviləyə əsasən tərəflərin öhdəlikləri konkret müəyyən olunduğundan apellyasiya şikayətindən imtinanın qəbul olunmasına etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. MPM-nin 369.3-cü maddəsinin tələbinə əsasən məhkəmə kollegiyası həmin Məcəllənin 191-ci maddəsinin tələbləri və tərəflər arasında bağlanmış 12 iyun 2025-ci il tarixli razılaşdırma müqaviləsinin şərtləri baxımından qiymtəndirmə aparmaqla ilkin olaraq qeyd edir ki, apellyasiya şikayətindən imtinanın hüquqi nəticəsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsidir.

9. Hazırkı iş üzrə apellyasiya şikayətindən imtina məhkəmə tərəfindən qəbul olunaraq apellyasiya icraatına xitam verilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olduğundan həmin qətnamə icraya yönəlməlidir. Tərəflər arasında bağlanmış 12 iyun 2025-ci il tarixli razılaşdırma müqaviləsində tərəflər arasında öhdəliklər konkret müəyyən olunmuşdur, yəni, 5-ci bənddə nəzərdə tutuluduğu kimi 63000 manat məbləğində pul vəsaiti tələbkara ödənildiyi təqdirdə müqavilənin 8-ci bəndində nəzərdə tululmuş İddiaçı 280500 manat pulun ödənilmiş hissəsindən geri qalan 217500 manat pulun 169500 manat hissəsinə olan tələbindən imtina etməsi icra prosesində həyata keçirilməli, tələbin yalnız qalıq hissə olan 48000 manata və yalnız Cavabdeh2 münasibətdə olan hissəsində icra hərəkətləri aparılmalıdır.

10. 12 iyun 2025-ci il tarixli razılaşdırma müqaviləsində tərəflərin iradə ifadəsi mövcuddur, həmin müqavilə qanuna uyğundur və 3-cü şəxslərin hüquqlarını pozmur. Belə olduğu təqdirdə isə artıq apellyasiya şikayətindən imtinanın qəbul edilməsi üçün MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar da mövcud olmur.

11. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 369 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh4 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(004)- 122/2025 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar