Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-2220/2025 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüququnun məhdudlaşdırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) nümayəndə2 və cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mülkiyyətində olan, ailəsi ilə birgə yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu, 1-ci döngədə ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin qonşuluğunda yerləşən ** nömrəli evin həyətində iri və xırda buynuzlu ev heyvanlarının (mal-qara, qoyun) və ev quşlarının (toyuq-cücə) saxlamasının həmin evdə yaşayan cavabdehə qadağan edilməsi, mal-qaranın, qoyunların və toyuq-cücənin həyətdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi göstərilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərə məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri qonşu sahələrdir. Cavabdeh özünə məxsus torpaq sahəsində iri buynuzlu mal-qara, qoyun və toyuq-cücə saxlayır. Nəticədə natəmizlik yaranmış, mal-qaranın sidiyinin və yaş peyinin qoxusu hər tərəf yaşayış evlərindən ibarət olan və körpə uşaqların da yaşadığı ərazini bürümüş və pis qoxudan evdə və ərazidə yaşamaq mümkünsüz olmuşdur. Bundan başqa cavabdeh saxladığı mal-qaranın sidiyini və peyinini ümumi kanalizasiya xəttinə axıdır və beləliklə kanalizasiya xəttinin dolması nəticəsində, bütün kanalizasiya suları yollarda dolub ətrafa pis iy-qoxu verməkdədir. İddiaçı, qeyd edilən vəziyyətin aradan qaldırılması ilə bağlı iş üzrə III şəxs olan təşkilatlara və polis orqanlarına dəfələrlə müraciət etsə və cavabdeh cərimələnsə də, problem aradan qalxmamışdır. Bu səbəbdən də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat
4. İddiaçının vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, yaşadığı yer şəhərdən kənar olmaqla kənd kimi yerdir. Orada hamı heyvan saxlayır. O da maddi durumu pis olduğundan ailəsini saxlamaq üçün heyvan saxlayır. Onun ünvanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyinin, Sukanal İdarəsinin əməkdaşları gəlmişlər. Yoxlama zamanı həmin qurumun əməkdaşları ona heç bir irad bildirməmişlər. O, hal-hazırda qapalı şəraitdə 3 dana, 1 inək, 6 keçi, 6-7 toyuq saxlayır. Heyvanların sidiyi kanalizasiyaya axıdılır, peyini və digər zibillər hər gün yığışdırılır və tullanır. Onun təsərrüfatından heç bir qoxu gəlmir, su və kanalizasiya ilə bağlı ona hər hansı cərimə tətbiq edilməmişdir. Onun sənədlə torpaq sahəsi 2 sot olsa da, faktiki olaraq oğlu ilə birlikdə 6 sot torpaq sahəsi vardır. O həmin heyvanları özünün ehtiyacları üçün saxlayır, hər hansı satışla məşğul deyil.
6. Üçüncü şəxsin – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Məmmədov Vəli Mənsim oğlu Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Agentliyin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilmiş, lakin cavabdeh barəsində hər hansı cərimə tətbiq edilməmişdir. Belə olan halda başa düşülür ki, cavabdeh, həyətində izahatında bildirdiyi qədər heyvan saxlamaqla hər hansı qanunun tələblərini pozmamışdır. Hazırkı mülki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
7. Digər üçüncü şəxsin – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi Abbasov Rəşid Əli oğlu Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, “Baytarlıq haqqında” qanunun tələblərinin və “heyvanların (quşların) saxlanması, yetişdirilməsi və istifadə olunması” qaydalarının pozulmasına görə onların protokol tərtib etmək səlahiyyəti yoxdur. Hazırkı mülki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
8. İş üzrə digər üçüncü şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Nazirlik məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəblərin Rayon Məhkəməsinə bildirməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Rayon Məhkəməsi işə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin həyətyanı sahəsində ev heyvanları saxlaması özü-özlüyündə qanun pozuntusu hesab edilə bilməz. İş materiallarında olan sübutlar cavabdehin heyvan saxlamasının iddiaçının hüquqlarını pozmasını və heyvanların saxlanılmasının tam qadağan edilməsini zəruri edən halların mövcudluğunu təsdiq etmir. d) apellyasiya şikayəti barədə məlumat
11. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia tələbinin əsasları ilə təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş və iş materiallarında olan ##.##.2024-cü il tarixli aktla cavabdeh tərəfindən heyvanların (quşların) saxlanılması, yetişdirilməsi və istifadə olunması qaydalarının pozulduğu müəyyən edilmiş, ona həmin pozuntuların aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Buna baxmayaraq Rayon Məhkəməsi həmin sübuta lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqinin nəticələrindən isə görünür ki, cavabdehin həyətyanı sahəsində spesifik iy-qoxu müşahidə olunmuşdur. Rayon Məhkəməsi həmin halı müəyyən etsə də, iy-qoxunun iddiaçının yaşayış şəraitinə təsir edib-etməməsini və bunun hansı səbəbdən baş verdiyini tam araşdırmamışdır. Eyni zamanda cavabdehin həyətyanı sahəsində yerləşən heyvan saxlanılan tikilinin yaşayış evlərinə olan məsafəsinin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmamış, həmin tikilinin normativ tələblərə cavab verib-vermədiyi müəyyən edilməmişdir. Buna görə də iş üzrə əlavə sübutların toplanması və xüsusi bilik tələb edən halların ekspertiza vasitəsilə araşdırılması zəruridir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin və habelə iddia tələbinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi.
14. Cavabdeh apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, Rayon Məhkəməsində verdiyi izahatın və qətnamənin məzmununa uyğun izahat verərək tələbin təmin edilməməsini xahiş etdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, apellyasiya baxışı zamanı toplanmış əlavə sübutları və ekspert rəylərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. İş materiallarından müəyyən olunur ki, tərəflərə məxsus yaşayış evləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu, 1-ci döngədə yerləşir. Sahələr qonşu sahələrdir. Cavabdehə məxsus ** nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlar, habelə ev quşları saxlayır. Bu hal tərəflərin izahatları və iş materiallarında olan digər sübutlarla təsdiq olunur.
17. X2 verdiyi ##.##.2024-cü il tarixli aktı ilə cavabdeh tərəfindən heyvanların saxlanılması qaydalarının pozulduğu müəyyən edilsə də, Rayon Məhkəməsi həmin pozuntuların aradan qaldırılmasına dair iş materiallarında hər hansı sübutun olubolmamasını araşdırmamış və həmin sübuta hüquqi qiymət verməmişdir.
18. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqinin nəticələrindən görünür ki, cavabdehin həyətyanı sahəsində spesifik iy-qoxu müşahidə olunmuşdur. Rayon Məhkəməsi həmin halı müəyyən etsə də, iy-qoxunun yaranma səbəblərinin cavabdehin saxladığı heyvanlarla əlaqəli olub-olmamasını, həmin iy-qoxunun müvəqqəti və ya davamlı xarakter daşımasını, habelə bunun yaşayış şəraitinə təsirini araşdırmamışdır.
19. Məhz bu səbəbdən apellyasiya icraatı zamanı Məhkəmə iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki və sanitar-epidemioloji ekspertizaları təyin etmişdir.
20. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ##.##.2025-ci il tarixli, **/**** saylı rəydə qeyd edilir ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində bir ədəd tövlə tikilisi mövcuddur. Ekspert tərəfindən aparılmış ölçü işləri nəticəsində iddiaçının fərdi yaşayış evi ilə tövlə arasındakı məsafənin 3,2 metr, yaşayış evinin pəncərələrinə qədər olan məsafənin isə təxminən 6,2 metr olduğu müəyyən edilmişdir. Həmin tikili AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması normaları”nın 4.20-ci bəndinin, habelə AzDTN 2.7-3 “Fərdi yaşayış evləri layihələndirmə normaları”nın 4.10-cu bəndinin tələblərinə uyğun deyildir.
21. Ekspert rəyində göstərilənlərdən müəyyən edilir ki, cavabdehin həyətyanı sahəsində yerləşən mal-qara saxlanılan tikili yaşayış evlərinə münasibətdə normativ sənədlərlə müəyyən edilmiş məsafə tələblərinə cavab vermir. Buna görə də, Binəqədi Rayon Məhkəməsinin cavabdehin heyvan saxlamasının iddiaçının hüquqlarına təsir göstərməməsi barədə gəldiyi nəticə iş materiallarında olan sübutlarla təsdiq olunmur.
22. Cavabdeh apellyasiya baxışı zamanı heyvanları şəxsi ehtiyacları üçün saxladığını və onların saxlanılmasının qonşuların hüquqlarını pozmadığını bildirmişdir.
23. Məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, X2 ##.##.2024-cü il tarixli aktı ilə heyvanların saxlanılması qaydalarının pozulduğu müəyyən edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqi zamanı spesifik iy-qoxu müşahidə olunmuş, məhkəmə ekspertizasının rəyi ilə isə tövlənin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh həmin sübutların əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
24. Bununla yanaşı, iş materiallarında cavabdehin ev heyvanlarını saxlamasının tam qadağan edilməsini və ya saxlanılan heyvanların həyətyanı sahədən çıxarılmasını zəruri edən hallar müəyyən edilməmişdir.
25. İş materiallarında olan sübutlarla yalnız cavabdehin ev heyvanlarını saxlayarkən sanitariya-gigiyena, baytarlıq və tikinti norma və qaydalarının tələblərinə tam riayət etmədiyi müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması qaydalarının” tələblərinə görə, baytarlıq, sanitariyagigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir (bənd 2.1.). Şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir: (bənd 8.1.). Daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir (bənd 8.2.).
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinə görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
28. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni cavabdehin üzərinə ev heyvanlarını saxlayarkən sanitariya-gigiyena, baytarlıq, tikinti norma və qaydalarına, habelə ətraf mühitin mühafizəsi ilə bağlı məcburi tələblərə riayət etmək öhdəliyinin qoyulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Çünki iddianın ev heyvanlarının saxlanılmasının tam qadağan edilməsi və onların həyətyanı sahədən çıxarılması hissəsində təmin edilməsi üçün hüquqi və faktiki əsaslar müəyyən olunmamışdır. g) apellyasiya baxışının nəticəsi
29. Beləliklə, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Binəqədi Rayon Məhkəməsi iş üzrə X2 ##.##.2024-cü il tarixli aktına, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqinin nəticələrinə və işin digər hallarına düzgün hüquqi qiymət verməmişdir.
30. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyində tədqiqatın əks olunmuş nəticəsi nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə iş materiallarında olan sübutlarla uzlaşmır.
31. Eyni zamanda, iş materiallarında cavabdehin ev heyvanlarını saxlamasının tam qadağan edilməsini və ya saxlanılan heyvanların həyətyanı sahədən çıxarılmasını zəruri edən hallar apellyasiya baxışının nəticəsi ilə müəyyən edilməmişdir.
32. Buna görə də, Məhkəmə hesab edir ki, iddia yalnız cavabdehin üzərinə ev heyvanlarını saxlayarkən sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına, o cümlədən baytarlıq nəzarəti, səs-küyün azaldılması və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tələblərə riayət etmək öhdəliyinin qoyulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
33. Belə olan halda, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.
34. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə xərcləri tərəflərin təmin edilmiş və rədd edilmiş tələblərinə mütənasib olaraq bölüşdürülür.
35. Hazırkı iş üzrə iddia və apellyasiya şikayəti qismən təmin edildiyindən, Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında bərabər bölünməlidir.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “mülkiyyət hüququnun məhdudlaşdırılması tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh üzərinə öhdəlik qoyulsun ki, o, yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolu, 1-ci döngədə ünvanında yerləşən ** nömrəli evin həyətində iri və xırda buynuzlu ev heyvanlarının (mal-qara, qoyun) və ev quşlarının (toyuq-cücə və s.) saxlayarkən sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət etsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin ödənilməsi məqsədi ilə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının cəmi ödədiyi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin yarısı, yəni 75 (yetmiş beş) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci – 100 (bir yüz) manat iş üzrə tərəflərə bərabər hissələrdə aid edilsin. Bu məqsədlə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh hər birindən 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.