Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2225/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı (Daşdiyevanın), onun vəkili və nümayəndəsi Vəkil3, cavabdeh Niyaməddin Daşdiyevin, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı Abdullayeva (Daşdiyeva) Qızqayıt Rafiq qızının cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1625/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdehlər Niyaməddin Daşdiyev və Cavabdeh3 ər-arvaddır. Cavabdeh Niyaməddin Daşdiyev İddiaçı keçmiş əri Əli Daşdıyevin qardaşıdır. Cavabdeh2 iddiaçının bacısının əridir. 2.Mübahisə Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayş kompleksi, ev 10-da yerləşən 58 nömrəli mənzilin əldə edilməsi və təmiri üçün ödənilən pulla bağlıdır. Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur, onun mülkiyyət hüququ xx.xx.2023-cü ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib (iş v. 9). Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, mənzilin əldə edilməsi üçün ödənilmiş 34.000 manat, mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi kimi 5.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin tutulması da xahiş olunub. 4.İddia ərizəsində tələb belə əsaslandırılıb ki, İddiaçı və Şahid1 keçmiş ər-arvaddır, onların nikahı xx.xx.2005-ci ildə bağlanıb, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi pozulub. Ər-arvad əvvəlcə İsmayıllı rayonunda yaşayıblar, daha sonra qərara gəliblər ki, Bakıda ev alsınlar. Bu məqsədlə İsmayıllı rayonunun Qubaxəlilli kəndində olan, nikah dövründə tikilmiş evi 17.000 manata satıblar. İddiaçının bacısının əri Cavabdeh2 onlara “Abşeron Gənclər Şəhərciyi”ndə 34.000 manata ev tapmışdır. Bundan sonra iddiaçının atası özünə məxsus olan, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki 25 sot torpaq sahəsini 8.000 manata sataraq pulu iddiaçıya vermişdir. Bundan başqa, iddiaçının anası iddiaçıya 5.000 manat pul vermişdir. Bununla yanaşı, iddiaçı özünə məxsus qızılları 4.000 manata satmış, nəticədə cəmi 34.000 manat toplamışlar. İddiaçı 34.000 manat pulu şəxsən Cavabdeh2 vermişdir. Bundan sonra Cavabdeh2 həmin pulu Şahid4 vermişdir. Şahid4 isə öhdəsinə götürmüşdür ki, “Abşeron Gənclər Şəhərciyi”ndəki mənzilə dair iddiaçının əri Şahid1 adına etibarnamə verəcək. Ərarvad – İddiaçı və Şahid1 həmin mənzilə köçmüşlər. İddiaçının anasının əlavə verdiyi 5.000 manatla mənzil təmir olunmuşdur. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, əri Şahid1 razılığı ilə, əvvəlcədən qurulmuş plan əsasında mənzilə dair etibarnamə Şahid1 qardaşı Niyaməddin Daşdıyevin adına verilib. Niyaməddin Daşdiyev izi itirmək üçün tələsik mənzili öz arvadı Cavabdeh3 adına sənədləşdirib və mənzilə dair Cavabdeh3 adına xx.xx.2023-cü il tarixli reyestr çıxarışı verilib. Bununla da cavabdehlər iddiaçıya məxsus pul vəsaitini mənimsəmiş və iddiaçının hesabına əsassız varlanmışlar. 5.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı (Daşdiyeva) və onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 8.Məhkəmə iclasında iştirak edən cavabdeh Niyaməddin Daşdiyev və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin özlərinə aid olan hissədə əsassız olduğunu bildirdilər. 9.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddiaçı tələb etdiyi 34.000 manatın tərkibinə göstərilənləri daxil edib: 1) İsmayıllı rayonunun Qubaxəlilli kəndində olan, nikah dövründə tikilmiş evin satışından əldə olunan 17.000 manat; 2) iddiaçının atasına məxsus olan, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki 25 sot torpaq sahəsini satışından əldə olunan 8.000 manat; 3) iddiaçının anasının iddiaçıya verdiyi 5.000 manat; 4) iddiaçının özünə məxsus qızılların satışından əldə olunan 4.000 manat. Bu məbləğlərin cəmi 34.000 manat təşkil edir. 11.İddiaçı iddia ərizəsində bildirib ki, 34.000 manat pulu şəxsən bacısının ərinə - Cavabdeh2 verib (iş v. 1). Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatda bildirib ki, baldızı (iddiaçı) həyat yoldaşı (Şahid1) ilə birlikdə həmin pulu ona verib, o isə pulu dostu Şahid4 verib (iş v. 44). İddiaçı da iddia ərizəsində təsdiq edib ki, Cavabdeh2 həmin pulu Şahid4 verib. Şahid4 birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən bildirib ki, 34.000 manat pulu götürüb, həmin pulu ona Cavabdeh2 verib (iş v. 219, 210). Göründüyü kimi, 34.000 manat pulun Şahid4 verildiyi müəyyən olunur. Əgər Şahid4 həmin pulu başqasına veribsə, bu barədə sübut (ödəniş qəbzi və s.) təqdim olunmalıdır. Lakin hazırkı işdə bu barədə sübut yoxdur. Şahid4 iddia ərizəsində cavabdeh kimi göstərilməyib, yəni iddiaçı ondan pul tələb etmir. İddia ərizəsində 3 cavabdeh göstərilib. 1-ci Cavabdeh2 34.000 manata görə iddiaçının qarşısında məsuliyyət daşımır, çünki iddiaçı özü təsdiq edir ki, Cavabdeh2 həmin pulu Şahid4 verib. 2-ci cavabdeh Niyaməddin Daşdiyev və 3-cü Cavabdeh3 34.000 manata görə iddiaçının qarşısında məsuliyyət daşımır, çünki hazırkı mülki işdə Şahid4 həmin pulu bu şəxslərə verməsi və ya bu şəxslərin Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 10-da yareləşən 58 nömrəli mənzili əldə etməsi məqsədilə başqa şəxsə ödəməsi barədə sübut yoxdur. 12.Bundan başqa, iddiaçı öz anasının ona 5.000 manat pul verdiyini və həmin pulu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, ev 10-da yarləşən 58 nömrəli mənzilin təmirinə xərclədiyini bildirsə də, mülki işdə iddiaçının həmin mənzilin təmirinə 5.000 manat pul xərclədiyini təsdiq edən sübut yoxdur. 13.Beləliklə, cavabdehlər Cavabdeh2, Niyaməddin Daşdiyev və Cavabdeh3 iddiaçının hesabına 34.000 manat və 5.000 manat məbləğində əsassız varlandığı müəyyən olunmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1625/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2225/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2225/2025
02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver