Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-223/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə Açar sözlər:(Pul, mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(001)-1026/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının qızı Maraqlı şəxs2 ilə Cavabdeh1 oğlu Məlik Babayev 2012-ci ildə ailə qurmuşlar. Sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Təxminən 5 il müddət keçdikdən sonra yenidən barışmış, təkrar evlənmişlər. Birgə nikahlarından 30 aprel 2013-cü il təvəllüdlü Mələk, 01 iyun 2020-ci il təvəllüdlü Murad adlı iki uşaqları olmuşdur. 2.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)-1009/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs1 ilə X8 arasında 26 dekabr 2019-cu il tarixdə bağlanmış rəsmi nikah pozulmuşdur. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə (ünvan 2i ərazisində) yerləşən 2 ha torpaq sahəsindən Cavabdeh1 faktiki olaraq verdiyi 0,003 ha hissəsində inşa etdiyi fərdi yaşayış evinin tikintisinə xərclədiyi 29000 manat vəsaitin, habelə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin ümumilikdə 30180 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, X18 şəhərində yaşamışlar, sonradan Məlik Bakı şəhərində işlədiyi üçün iddiaçının dəvəti ilə bir müddət Sulutəpə qəsəbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evində ayrıca tikilidə ailə üzvləri ilə birlikdə yaşamışlar. Sonradan isə Cavabdeh1 məxsus, Qobustan şəhərində yerləşən evə köçüb orada yaşamışlar. Məlik Sevincə məlumat vermədən Türkiyə Respublikasına getdiyi üçün aralarındakı münasibət pozulmuş, sonradan isə məhkəmə qaydasında nikahları pozulmuşdur. Maraqlı şəxs2 Maraqlı şəxs1 ilə barışdıqdan sonra Cavabdeh1 iddiaçıya Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə ünvan 2i ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha hissəsini isə digər oğluna verəcəyini bildirmişdir. Həmçinin, iddiaçıya təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində evi isə iddiaçı tikdirsin. İddiaçı əvvəl etiraz etsə də, sonradan razılaşmış, evin inşası bitdikdən sonra sənədləşmə işləri aparılaraq evin Məlikin və ya Sevincin adına rəsmiləşdirilməsi ilə bağlı da razılığa gəlmişlər. İddiaçı ustalar dəvət etmiş, bütün materialları Sulutəpə qəsəbəsində yerləşən “Eurohome” tikinti materialları bazarından özü almış, usta xərci ilə birlikdə orta hesabla 29000 manat xərc çəkərək evi təmirsiz vəziyyətdə inşa etdirmişdir. X25 boşandıqları üçün iddiaçı çəkdiyi xərci Cavabdeh1 tələb etmiş, sonuncu isə pulu ödəməkdən imtina etmişdir. Torpaq sahəsi rəsmi olaraq Cavabdeh2 istifadəsində olduğundan evin hüquqi müqəddəratını o həll etməlidir. İddiaçı sözügedən fərdi yaşayış evini borc-xərclə inşa etdirdiyindən və hazırda Cavabdeh1 ona pulu qaytarmadığından iddiaçı mənəvi-psixoloji sarsıntı, əsəb keçirmişdir. Buna görə də o, cavabdehlərdən mənəvi zərərin də tutulmasını tələb edir və məbləği 1000 manat müəyyən edir. 5.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsinin və orada inşa edilmiş evin ümumiyyətlə Cavabdeh1 aidiyyəti yoxdur. Belə olan halda, iddiaçının inşa etdirdiyi evə çəkdiyi xərcin əvəzinin Cavabdeh1 tutulmasına heç bir əsas yoxdur. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, sözügedən evin tikintisində usta kimi işləmişdir. Belə ki, İddiaçı qızı üçün ev tikdirirdi. O, Qabil və sonuncunun qudası Abgül ilə birlikdə evi tikəcəkləri torpaq sahəsini nəzərdən keçirmiş, sahənin balaca olduğunu görmüşlər. Qabil Abgülə onun torpağının olduğunu, evi orada tikməyi təklif etsə də, Abgül razılaşmamış, evin burada tikilməli olduğunu demişdir. Evin tikintisi üçün pulu Qabil ona vermişdir və o, Qabil və digər ustalarla birlikdə gedib lazımi materialları almışdır. Qabil evin tikintisi üçün təxminən 29-30 min manat pul xərcləmişdir. Həmçinin, onlar evi inşa edərkən heç kim onlara maneçilik törətməmişdir. O, Cavabdeh2 tanımır, torpağın sənədinin olub-olmadığını bilmir. 7.Məhkəmə iclasında şahid qisminə dindirilmiş X7 ifadəsində göstərib ki, sözügedən evin daş işlərini və dam örtüyünün vurulmasında iştirak etmişdir. İddiaçı evi başqa yerdə tikdirmək istəyirdi, lakin qudası Abgül buna etiraz edərək “torpaq sahəsi məndən, ev tikmək sizdən” demişdir. Evin tikintisi üçün bütün xərcləri Qabil ödəmişdir. Söhbət zamanı Abgül iki oğlu olduğunu, torpağın bir hissəsini digər oğluna verəcəyini bildirmişdir. 8.İş materiallarında olan torpaq sahəsinin plan və ölçüsündən, habelə çıxarışdan müəyyən edilmişdir ki, ünvan 2ində yerləşən 2 ha. torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh2 adına 18 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. 9.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 14 fevral 2022-ci il tarixli məktubda göstərilir ki, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha. icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********54 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən 2 ha. icarə torpaq sahəsindən 0,48 ha. hissəsi X19 Saeed Alamerının adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,52 ha. icarə torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. 10.Məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadına əsasən, evin tikintisi üçün sərf edilmiş pul vəsaitinin məbləğinin hesablanması məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 07 aprel 2022-ci il tarixli, QXM 417/M saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evinin mövcud vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclərin bazar dəyəri 32000 manat təşkil edir. 11.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyun 2022-ci il tarixli, 2(001)- 1026/2022 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə rədd olunması qət edilmişdir. 12.Məhkəmə mövqeyini iş materiallarına və məhkəmə icraatı zamanı keçirilmiş ekspertiza rəyinə istinadən əsaslandırmış və qeyd etmişdir ki, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə Cavabdeh2 icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır. Hazırki halda İddiaçı tərəfindən 32000 manat pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən məhkəmə hesab edir ki, evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia bu hissədə digər Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh1 torpaq sahəsinin bir hissəsini oğlu Məlikə, qalan hissəsini isə digər oğluna verəcəyinə dair vədləri ilə torpaq sahəsinin özünə məxsus olmasına əsaslandığından iddiaçı ilə Cavabdeh1 ilə şifahi razılıq əsasında tikinti işlərini öz vəsaiti hesabına məhz İddiaçı aparmışdır. Bu hal iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Digər cavabdeh və mübahisəli evin yerləşdiyi torpaq sahəsinin icarədarı Cavabdeh2 isə tikinti aparılmasından və bununla bağlı tərəflər arasında hər hansı razılığın olmasından məlumatlı olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı iddia tələbində cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. 13.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 14.Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayəti qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının onun keçmiş qudası olması, lakin buna baxmayaraq iddia olunan torpaq sahəsinin, eyni zamanda onun üzərində yerləşən tikilinin ona heç bir aidiyyatının olmaması, iddiaçı tərəfindən təqdim edilmiş 18 noyabr 2014-cü il tarixli çıxarışda onun adının olmaması, başqasının mülkiyyətində olan torpaq sahəsində tikilmiş, mülkiyyətində hətta istifadəsində olmayan əmlaka görə cavabdehlik daşımaması, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********54 reyestr nömrəsi ilə qeydiyyata alınması, şahidlərin hansı müqavilə əsasında həmin tikilini tikməsi, həmin torpaq sahəsinin cavabdehə məxsus olması barədə dediklərinin həqiqətə uyğun olmaması, əsassız varlanmaması, iddianın tam rədd olunmalı olması və s. kimi dəlillərə istinadən əsaslandırmışdır. 16.Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında iddia olunan torpaq sahəsində tikilinin inşa edilməsi və onun nəticələri ilə bağlı hər hansı razılaşma olmamışdır. Yəni, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Eyni zamanda cavabdeh əsassız varlanmamışdır. Çünki nə iddia olunan torpaq sahəsi, nə də onun üzərində inşa olunmuş torpaq sahəsinin cavabdehə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi nəyə görə cavabdehin iddiaçıya pul ödəməli olmasını əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 17.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(103)-6021/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat tutularaq İddiaçı ödənilməsi” hissədə) ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamışdır 18.Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş faktiki hallarından isə Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması halı müəyyən olunmur. Yəni, iddiaçıya məxsus əmlak hesabına (iddia olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsi) Cavabdeh1 varlanması (həmin əmlakı əldə etməsi və s.) işdə olan sənədlərlə sübuta yetirilmir. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini əsaslandıra bilməmişdir (iddiaçı əsasən ümumi mülahizələrdən çıxış etmişdir). Əksinə iddiaçının özünün bildirməsindən və təqdim etdiyi sənədlərdən (çıxarış və s.) görünür ki, iddia olunan torpaq sahəsi cavabdehın adına qeydə alınmamışdır. Bundan əlavə, şahidlərin tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunması ilə bağlı bildirdikləri özüözlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, işdə olan sübutlardan tərəflər arasında iddia olunan tikilinin inşası və onun sonrakı nəticələri ilə bağlı da hər hansı razılaşmanın olması müəyyən edilmir. Hətta, “Cavabdeh1 iddia olunan torpaq sahəsində mübahisəli tikilinin inşasını iddiaçıya təklif etməsi” şərti olaraq qəbul edilsə belə, yenə də hazırki vəziyyətdə iddiaçının əsassız varlanma əsası kimi həmin cavabdehdən pul tələb etməsi əsaslı və qanuni sayıla bilməz. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilmir. Yəni, ən azından tikilinin inşa olunduğu torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyində (əşya hüquqları üzrə) olmuş olsaydı, o zaman iddiaçının həmin cavabdehə qarşı müvafiq tələb hüququndan söhbət gedə bilərdi. İddiaçı məhkəməyə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü (cavabdehin əsassız varlanmasını) təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 20.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 21.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir. Belə ki, işdə olan şahid ifadələrinə əsasən Cavabdeh1 tərəfindən torpaq sahəsi tikinti üçün təqdim edilmiş, tikinti üçün isə tələb olunan xərcləri iddiaçı çəkmişdir. Cavabdeh sadəcə məsuliyyətdən yayınmaq üçün məhkəməyə yanlış məlumat vermişdir. Bundan əlavə, məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Cavadeh Cavabdeh2 məxsus olmuş torpaq sahəsinə dair ekspertiza keçirməmiş, aidiyyatı orqanlardan sorğular vermədən, iddiaçının iştirakı olmadan bir məhkəmə iclasında işi yekunlaşdırmışdır. Həmçinin, məhkəməyə işin təxirə salınması barədə ərizə təqdim edilmiş, lakin məhkəmə ərizəni sübut təqdim edilməməsi səbəbindən nəzərə almamışdır. Belə ki, vəkillərin iştirak edəcəkləri məhkəmə iclasları barədə e-məhkəmə sistemində məlumatlar mövcuddur. Məhkəmə asanlıqla bunu müəyyən edə bilərdi. Nəticədə norma düzgün tətbiq edilməmişdir. 22.Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(102)-1135/2023 saylı, qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(103)-6021/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 23.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, Cavabdeh1 ünvan 2i ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha hissəsini isə digər oğluna verəcəyini bildirmişdir. Cavabdeh1 ona təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində evi isə iddiaçı tikdirsin. Razılığa görə evin inşası bitdikdən sonra sənədləşmə Məlikin və ya Sevincin adına aparılmalı idi. Bu razılıq əsasında evi inşa etmiş, X25 boşanmışlar. Cavabdeh1 evə çəkilən xərci tələb etsə də, cavabdeh bundan imtina etmişdir. 24.İddiaçının göstərdiyi bu hallar təsdiq olunacağı halda, cavabdehin iddiaçı tərəfindən evin tikintisinə çəkilən xərcləri ödəmək vəzifəsi yarana bilər. 25.Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, vəkili ilə təmsil olunmuş, vəkili isə iddiaçının dəlillərini rədd etmişdir. 26.Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 27.İddiaçı şərh etdiyi işin faktiki hallarını sübut etmək üçün şahidləri dəvət etmişdir. Həmin şahidlər evin inşasında iştirak etməklə, iddiaçı ilə Cavabdeh1 torpaq sahəsi və evin inşası ilə bağlı danışıqları barədə məlumatlı şəxslərdir. 28.X4 ifadəsində bildirib ki, iddiaçı və Cavabdeh1lə birlikdə evi tikəcəkləri torpaq sahəsini nəzərdən keçirmiş, sahənin balaca olduğunu görmüşlər. Qabil Abgülə onun torpağının olduğunu, evi orada tikməyi təklif etsə də, Abgül razılaşmamış, evin burada tikilməli olduğunu demişdir. 29.Digər şahid X7 ifadəsində göstərib ki, iddiaçı evi başqa yerdə tikdirmək istəyirdi, Cavabdeh1 buna etiraz edərək “torpaq sahəsi məndən, ev tikmək sizdən” demişdir. Söhbət zamanı Cavabdeh1 iki oğlu olduğunu, torpağın bir hissəsini digər oğluna verəcəyini bildirmişdir. 30.Birinci instansiya məhkəməsi bu şahidlərin ifadələrini sübut kimi qəbul etmiş və iddianı qismən təmin etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi şahidlərin ifadələrini (tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunmasını bildirmələrini) özü-özlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut olmadığını bildirmişdir. 31.Apelyasiya instansiyası məhkəməsi şahid ifadələrini yetərli və mötəbər sübut olmadığını bildirməsinə baxmayaraq, məhz nəyə görə mötəbər olmadığını və yetərsizliyini əsaslandırmamışdır. 32.Bundan başqa, torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmaması faktı, özlüyündə iddianın rədd olunmasına əsas vermir. Doğrudur ki, iddiaçı tələbinin maddi-hüquqi əsası kimi əsassız varlanmaya istinad etmişdir və torpaq sahəsi üzərində Cavabdeh1 hüququnun olmaması bu iddianın rədd olunması üçün əsasdır. 33.Lakin nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). 34.İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. 35.İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilir. 36.Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 37.Bu baxımdan, verilmiş iddia tələbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi. Yəni, hətta torpaq sahəsi Cavabdeh1 sahiblik, istifadə və sərəncamında olmadığı halda belə, tikilinin iddiaçı tərəfindən orada məhz Cavabdeh1 dediklərinə inanıb tikməsi müəyyən olunduğu halda, iddia tələbi başqa maddi-hüquqi əsaslarla təhlil edilə bilər. 38.Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsinin digər Cavabdeh2 məxsus olması barədə dəlil irəli sürmüşdü və bu barədə ilkin sübut kimi torpaq sahəsinin Cavabdeh2 məxsus olması barədə sübutu təqdim etmişdi. Lakin iddia üzrə cavabdehlərin müştərək cavabdehliyi müəyyən olunmasına baxmayaraq heç bir məhkəmə iclasında Cavabdeh2 iştirak etməmiş, iddia tələbinə qarşı onun münasibəti, tikilinin həqiqətən də həmin torpaq sahəsində yerləşib yerləşmədiyi müəyyən edilməmişdir. 39.Göründüyü kimi məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 40.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 41.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 42.Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəsis rəyindən görünür ki, iddiaçının tikdiyi evin yerləşdiyi torpaq sahəsi X11 icarəsinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir. X11 icarəsində olan torpaq sahəsi ilə Cavabdeh2 icarəsində olan torpaq sahəsi qonşuluqda yerləşməklə ümumi sərhədləri olmaq şərti ilə bir-birinə yaxın yerləşir. Həmçinin aparılmış sorğular nəticəsində müəyyən olundu ki, X21 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Pirəşükül kəndində yerləşən 8,40 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin icarə hüquqlarını xx.xx.2017-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsinə əsasən alıcı X9 800 manata satmışdır. xx.xx.2018-ci ildə verilmiş etibarnaməyə əsasən X13 xx.xx.2017-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş torpaq sahəsinin icarə hüquqlarının alğı-satqı müqaviləsinə əsasən həmin 0,04ha torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmağı, icarəyə verməyi, sərəncam verməyi tikinti işləri aparmağı, alğı-satqı müqaviləsi bağlamağı və.s həvalə etmişdir. Bir daha iddiaçının iddia tələbində qeyd etdikləri tam olaraq sübuta yetirilir. 43.İş üzrə digər Cavabdeh2, 3-cü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 44.Maddə 14.2 və 14.2.7.Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi əsassız varlanma təsbit edilmişdir. 45.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 46.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 47.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 48.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 49.Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
50. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 51.Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsi: 52.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 54.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 55.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.. 56.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 57.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 59.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60.Kollegiya ilk olaraq qeyd edir ki, MPM-nin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 61.MPM-nin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 62.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 məhkəmə prosesinə cəlb edilmədən işə baxılmışdır. 63.Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli, buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. 64.Həmçinin kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. 65.Kollegiya qeyd edir ki, MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 66.Hazırda mübahisələndirilən hissədə mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin, Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır. 67.Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq işin tam və hərtərəfli araşdırmasını həyata keçirmişdir. 68.Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 23 yanvar 2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə **********03 reyestr nömrəli çıxarışa əsasən X5 üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir. 69.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli, 32132/1-01690/24 saylı məktubuna əsasən **********03 reyestr nömrəli çıxarışa əsasən X11 icarəsində olan torpaq sahəsi ilə **********24 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan torpaq sahəsi məktuba əlavə edilmiş ortofoto baza xəritəsindən çıxarışda təsvir edildiyi şəkildə qonşuluqda yerləşməklə ümumi sərhədləri olmamaq şərti ilə bir-birinə yaxın torpaq sahələridir. Bununla əlaqədar olaraq ortofoto baza xəritəsindən çıxarış təqdim edilir. 70.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 2 saylı Notariat Ofisinin 27 fevral 2024-cü il tarixli, 36 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2ində yerləşən 8,40 ha torpaq sahəsi üzərində X11 icarə hüquqları xx.xx.2016-cı il tarixdə **********03 reyestr nömrəsi ilə 99 il müddətinə qeydiyyata alınmışdır. 71.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 2 saylı Notariat Ofisinin 27 fevral 2024-cü il tarixli, 36 saylı məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixdə X21 tərəfindən X24 və Cavabdeh2 verilmiş etibarnamədən görünür ki, ünvan 2ində yerləşən 8,40 ha torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin icarə hüquqlarını idarə etməyi və onun üzərində sərəncam verməsi və.s həyata keçirməyi etibar etmişdir. 72.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 43 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 387 saylı və xx.xx.2024-cü il tarixli, 144 saylı məktublarına əlavə edilmiş 17 mart 2017-ci il tarixli, torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən satıcı X21 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş **********7 Qeydiyyat No-li xx.xx.2016-cı il tarixli, **********03 reyestr nömrəli çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Pirkeşkül kəndində yerləşən 8,40 ha torpaq sahəsindən 0,04ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 800 manata satmışdır. 73.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 43 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 387 saylı və xx.xx.2024-cü il tarixli, 144 saylı məktublarına əlavə edilmiş xx.xx.2018-ci ildə verilmiş etibarnaməyə əsasən X14 xx.xx.2017-ci il tarixli 3M-470 saylı icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,04ha torpaq sahəsini AR ƏMDK yanında DƏDX-nin ərazi idarəsinə təqdim edib çıxarış aldıqdan sonra sənədləşdirmə işləri aparmağı, icarəyə verməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarşı almağı, tikinti işləri aparmağı, notariat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığı yerinə yetirilməsiylə bağlı adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2068-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. 74.Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, icarəçi X21 tərəfindən 8,40 ha torpaq sahəsinin 0,04 ha hissəsi ilə bağlı icarə hüquqları torpaq sahəsinin icarə hüquqlarının alğısatqı müqaviləsinə əsasən 17 mart 2017-ci il tarixdə X2, sonuncu isə həmin torpaq sahəsi (0,04 ha) ilə bağlı istifadə hüquqlarını xx.xx.2018-ci il tarixli etibarnamə əsasında xx.xx.2068-ci il tarixədək Cavabdeh1 vermişdir. 75.Buna görə də, kollegiya apellyatorun torpaq sahəsinin ona aidiyyatı olmaması ilə bağlı dəlilini əsassız hesab edir. 76.Göründüyü kimi, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə icarə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşamaları olmuşdur. Lakin Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır. 77.Cavabdeh1 tələbi ilə icarə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən evin tikilməsi birinci instansiya məhkəməsində dindirilmiş şahdlərin ifadələri ilə də təsdiq olunur. 78.Belə ki, X4 ifadəsində bildirib ki, iddiaçı və Cavabdeh1lə birlikdə evi tikəcəkləri torpaq sahəsini nəzərdən keçirmiş, sahənin balaca olduğunu görmüşlər. Qabil Abgülə onun torpağının olduğunu, evi orada tikməyi təklif etsə də, Abgül razılaşmamış, evin burada tikilməli olduğunu demişdir. 79.Digər şahid X7 ifadəsində göstərib ki, iddiaçı evi başqa yerdə tikdirmək istəyirdi, Cavabdeh1 buna etiraz edərək “torpaq sahəsi məndən, ev tikmək sizdən” demişdir. Söhbət zamanı Cavabdeh1 iki oğlu olduğunu, torpağın bir hissəsini digər oğluna verəcəyini bildirmişdir. 80.Kollegiya qeyd edir ki, şahid ifadələri digər sübutlarla təsdiq olunduğundan, mötəbər sübut kimi qəbul olunmalıdır. 81.Hazırki halda İddiaçı tərəfindən pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən, bununla da, Cavabdeh1 əsassız olaraq varlandığından, kollegiya hesab edir ki, evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. 82.İddiaçı evin tikintisi üçün 29000 manat xərc çəkilməsini qeyd etmiş, kollegiya bununla bağlı xüsusi biliyə malik ekspert rəyinin alınmasını məqsədəmüvafiq hesab etmişdir. 83.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3- 16-16/2-10/4801 saylı ekspert rəyinə əsasən ünvan 2ində yerləşən fərdi yaşayış evinin tikintisi ilə yerinə yetirilmiş təkinti-təmir işlərinin ümumi dəyəri təqribən 20210,8 manat təşkil edir. Yerinə yetirilmiş tikinti-təmir işlərinin nədən ibarət olması və həcmi rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. 84.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 85.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla, mübahisələndirilən hissədə iddia qismən təmin edilməli, Cavabdeh1 20210,8 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. 86.Hazırkı apellyasiya mərhələsində apellyator X21 ilə X15 arasında xx.xx.2020-ci il tarixdə aparılmış icarə hüququnun alğı-satqı müqaviləsinə istinad edərək, hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. 87.Kollegiya bununla bağlı apellyatorun dəlilini əsassız hesab edərək qeyd edir ki, X21 ilə X15 arasında xx.xx.2020-ci il tarixdə aparılmış icarə hüququnun alğı-satqı müqaviləsində Valeh Axundov icarə hüququ əsasında 8,40 ha torpaq sahəsinin yalnız 0,04 ha sahəsinə olan icarə hüququnu X1. Valeh Axundov icarəsində olan 8,40 ha torpaq sahəsinin digər 0,04 ha sahəsinə olan icarə hüququnu 17 mart 2017-ci il tarixdə X3, sonuncu isə həmin torpaq sahəsi (0,04 ha) ilə bağlı istifadə hüquqlarını xx.xx.2018-ci il tarixli etibarnamə əsasında xx.xx.2068-ci il tarixədək Cavabdeh1 vermişdir. 88.Həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 120 manatı Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. 89.İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 67 manatı Cavabdeh1 33 manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 90.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(001)-1026/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 20210,8 (iyirmi min iki yüz on manat səksən qəpik) manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (yüz iyirmi) manat, cəmi 20330,8 (iyirmi min üç yüz otuz manat səksən qəpik) pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 67 (altmış yeddi) manatı Cavabdeh1 33 (otuz üç) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov