Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2230/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: müddətin bərpasından imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/18 saylı, xx.xx.2023-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı və X4 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia ərizəsinin təmin olunması, iddiaçı X4 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 sentyabr 2010-cu il tarixli, 103/SB saylı və 10 avqust 2012-ci il tarixli, 645 saylı, həmçinin İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 oktyabr 2010-cu il tarixli, 160/SB saylı müqavilələrin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə qeyri-yaşayış sahəsinə görə 27000 (iyirmi yeddi min) manat, maddi zərərə görə 12000 (on iki min) manat, hüquqi xidmət xərcinə görə 300 (üç yüz) manat, cəmi 39300 (otuz doqquz min üç yüz) manat məbləğində pul vəsaitinin tutulması, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə qeyri-yaşayış sahəsinə görə 27000 (iyirmi yeddi min) manat, maddi zərərə görə 12000 (on iki min) manat, hüquqi xidmət xərcinə görə 300 (üç yüz) manat, cəmi 39300 (otuz doqquz min üç yüz) manat pul vəsaitinin tutulması, cavabdeh "xxxx" MMC-dən iddiaçıların xeyrinə 31 (otuz bir) manat dövlət rüsumu vəsaitinin tutularaq ödənilməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)- 67/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması təzələnərək, işin yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.
5. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, şikayət ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022ci il tarixli, 2(006)-67/2018 saylı qərardadının ləğv edilməsi, "xxxx" MMC-nin “qiyabi qətnamənin ləğv olunması barədə” ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)- 67/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması təzələnərək, işin yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, şikayət ərizəsinin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Bakı Apelyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(103)-5027/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 67/2018 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilən şikayətin qeyrimümkün hesab edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)- 67/2018 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadından verilmiş şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır.
9. Həmin qərardaddan cavabdeh "xxxx" MMC tərəfindən şikayət ərizəsi verilsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(006)- 67/2018 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(103)-6997/2022 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin şikayət ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə apelyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, barələrində başlanan mülki iş haqqında məlumatları olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtları barədə bildirişlər almamışlar. Bu səbəbdən də, məhkəmə iclaslarında iştirak etmək, iddiaya qarşı öz etirazlarını və iddianın əsassızlığı barədə dəlillərini və sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunan mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsini də əldə etməmişlər. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin “icraata başlamaq haqqında” qərarı ilə onlara məlum olmuşdur ki, "xxxx" MMC barəsində sözügedən qətnamə qəbul edilmişdir. Qətnamənin sürətini İcra və probasiya şöbəsindən ala bilmədikləri üçün və onlara qarşı irəli sürülən iddianın dəlilləri ilə, habelə qətnamə ilə müəyyən edilmiş hallar ilə tanış olmadıqları üçün, qətnamənin əldə edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə 20/21 saylı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişlər. Lakin qətnamə onlara göndərilməmişdir. Qətnaməni əldə etmədikləri üçün tərəflərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə 04/22 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə təkrarən müraciət etmişlər. Lakin yenə də qətnamənin surətini əldə edə bilməmişlər. Məcburiyyət qarşısında qalaraq qətnamənin əldə edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə 06/22 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş və qətnaməsinin surətinin onlara göndərilməsini xahiş etmişlər. Nəhayət ki, xx.xx.2022-ci il tarixində qiyabi qətnaməni əldə etmiş və dərhal onun ləğv edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2018 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 67/2018 saylı qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5027/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2018 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilən şikayət qeyri-mümkün hesab edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5027/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5027/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdehə qanunvericiliyin tələblərinə əməl etməklə yenidən kassasiya şikayətini vermək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2018 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-67/2018 saylı qərardadından verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6997/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 67/2018 saylı xx.xx.2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmiş, qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Qərardadı xx.xx.2022-ci il tarixində əldə etmişlər. Göründüyü kimi, qiyabi qətnamənin ləğv olunması üçün tərəflərindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülmüş, şikayətlər, apelyasiya və kassasiya şikayətlər verilmişdir. Bu səbəbdən də qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşlər.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ərizə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilmişdir.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işə baxılan dövrdə bütün məhkəmə bildirişləri və digər məhkəmə sənədləri, icra sənədi üzrə icraata başlamaq haqqında qərar, icra sənədi üzrə tələbin könüllü icra edilməsi haqqında bildirişlə cavabdehin rəsmi (hüquqi) ünvanı olan ünvan 1ir. Məhkəməyə iddia ərizəsi verilən zaman cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşməklə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35, mənzil 9 olmuşdur. Digər tərəfdən məhkəmə tərəfindən iş materiallarında olan sənədlərdə, ünvan sahibinin məhkəməyə məlum olmuş və iş materiallarında öz əksini tapmış ünvanına göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işə baxılan dövrdə qanunun tələblərinə riayət edilməklə, cavabdehin məlumatlandırılması istiqamətində bütün zəruri tədbirlər düzgün olaraq həyata keçirilmişdir. Digər tərəfdən cavabdeh tərəf məhkəməyə aidiyyəti qurumdan əldə edilmiş məlumatı təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 35 saylı evin 9 saylı mənzilinin başqa şəxsə (şəxslərə) məxsus olmasını bildirmiş və bu səbəbdən məhkəmə sənədlərinin həmin ünvana göndərilməsinin yolverilməzliyini mübahisələndirmişdir. Lakin cavabdeh tərəfin iddia etdiklərinin əksinə Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixli çıxarışı ilə bir daha təsdiq edilmişdir ki, həmin ünvan üzrə cavabdeh "xxxx" MMC qeydiyyatdan keçmiş və hazırda da cavabdehin hüquqi ünvanı olaraq qalmaqdadır. Belə olan halda isə məhkəmə öz üzərinə düşən vəzifəsini yerinə yetirməklə, habelə məhkəməyə məlum olan və cavabdehin hüquqi ünvanı qismində qeyd edilmiş ünvana məhkəmə sənədlərini göndərməklə, hər hansı bir pozuntu halına yol verməmiş və qanunvericiliyin tələb etdiyi tərzdə cavabdeh tərəfi məlumatlandırmaq istiqamətində imkan daxilində bütün zəruri tədbirləri həyata keçirmişdir. Əksinə cavabdeh tərəfin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 35 saylı evin 9 saylı mənzilinin başqa şəxsə (şəxslərə) məxsus olması və eyni adda iki ünvanın olması faktını bildiyi halda bununla əlaqədar hər hansı bir tədbir görməməsi və bilə-bilə həmin ünvan üzrə qeydiyyatda qalmağa davam etməsi gələcəkdə yarana biləcək bütün hallarla əlaqədar məsuliyyəti öz üzərinə götürərək cavabdehlik daşıyacağı faktını şübhəsiz edir. Habelə, məhkəməyə daxil olmuş və icra işində olan tələbin könüllü icra edilməsi haqqında bildirişdən görünür ki, cavabdeh tərəf (bildirişə əsasən X9) bildirişi rəsmi şəkildə qəbul etmiş və bu halı öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, əvvəlki məhkəmə iclasında iştirak edərkən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədov qeyd edilən bildirişin həqiqətən də cavabdeh tərəfə (Rövşən Qarayevə) məhz 2018-ci ilin 20 avqust tarixində təqdim etdiyini öz izahatı ilə bir daha təsdiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından, o cümlədən aidiyyəti dövlət qurumundan əldə edilmiş məlumatlardan da aydın olur ki, X9 "xxxx" MMC-nin direktor vəzifəsinə 2020-ci il tarixindən etibarən təyin edilmişdir. Məhkəmə qeyd edir ki, icra işində “tələbin könüllü icra edilməsi haqqında” xx.xx.2018-ci il tarixli bildirişin eyni tarixli “icraata başlamaq haqqında” qərarla birlikdə cavabdeh tərəfə, daha doğrusu X8 təqdim edildiyi aydın şəkildə qeyd edilmişdir. Cavabdeh tərəf həmin ərəfədə Rövşən Qarayevin MMC-nin direktoru olmaması, habelə sonuncunun bildirişi direktor qismində imzalaması faktına istinad etsə də, məhkəmə qeyd edir ki, Rövşən Qarayev həmin dövrdə "xxxx" MMC-nin direktoru olmasa da, 2018-ci il tarixində cavabdehə aid sənədi qəbul etmək səlahiyyətinə malik olan şəxs olmuşdur. Habelə cavabdeh tərəf bildirişin həqiqətən də X9 tərəfindən qəbul edildiyini və məhz onun tərəfindən imzalandığını inkar etməmişdir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, cavabdeh "xxxx" MMC apelyasiya şikayəti ilə məhkəməyə müraciət etməklə yanaşı, şikayətə “buraxılmış müddətin bərpasına” dair ərizə də əlavə etmişdir. Lakin ərizədə cavabdeh tərəfin qəbul edilmiş qətnamədən apelyasiya şikayəti verilmə müddətinin üzrlü səbəbdən ötürülməsinə dair əsaslı dəlillər qeyd edilməmiş və tərəf buraxılmış müddətin bərpa edilməsini tələb etməklə kifayətlənmişdir. Halbuki, prosessual müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülmədiyi təqdim edilmiş sübutlar əsasında müəyyən edilir. Yalnız əsaslı dəlillər olduqda hakim müddəti üzrlü hesab edərək, ötürülmüş müddətin bərpasına dair qərar qəbul edir. Hazırda isə müddətin üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə əsaslı sübut təqdim edilməməklə, məhkəmə tərəfindən də bu məsələyə dair yeni bir hal aşkar edilməmişdir
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
15. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-67/2018 saylı qərardadının ləğv edilməsi, "xxxx" MMC-nin “ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair” ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi, buraxılmış müddətin bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 16 Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan Nəsimi Rayon Məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, dəlillərə dair sübutlar olduğu halda heç bir əsası olmayan mülahizələrə dayanaraq qərardad qəbul etmişdir. Məhkəmə, cavabdehin “qiyabi qətnamənin ləğv edilməsi barədə” ərizəsini heç bir tutarlı əsas gətirmədən rədd etmiş, daha sonra eyni qaydada cavabdehin “ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə” ərizəsini də rədd etmişdir. “Q.Hüseynovun şikayəti üzrə ”xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Nəticədə, cavabdeh "xxxx" MMC-nin məhkəmə müdafiəsi hüququnu pozulmuşdur. İşə baxan Nəsimi Rayon Məhkəməsi, cavabdeh "xxxx" MMC-ni məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməmiş və cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə cavabdeh "xxxx" MMC-ni iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib-edilməməsini aydınlaşdırmamışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsi 2018-ci ildə işə baxarkən məhkəmə bildirişlərini (iddia ərizəsini və s.) cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına göndərməklə kifayətlənmişdir. Cavabdeh "xxxx" MMC-yə göndərilən Məhkəmə bildirişləri (iddia ərizəsi və s.) “yaşayış yoxdur” səbəbindən Nəsimi Rayon Məhkəməsinə geri qayıtmışlar. Buna baxmayaraq işə baxan Nəsimi Rayon Məhkəməsi mübahisənin baş verdiyi və tərəflərin faktiki fəaliyyət göstərdikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi, yolun şimal-qərb hissəsinə məhkəmə bildirişlərini (iddia ərizəsi və s.) göndərməmiş və ya iddiaçılar vasitəsilə məhkəmə bildirişlərin (iddia ərizəsinin və s.) cavabdehə çatdırılmasını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 138.4-cü maddəsi Məhkəməyə belə səlahiyyət verir. Qiyabi icraatda baxılan mülki işin mahiyyəti cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi, yolun şimal-qərb hissəsində inşa etdiyi ticarət obyektləri ilə bağlı iddiaçılarla bağlanmış müqavilələr və bu müqavilələrdən irəli gələn münasibətlər olmuşdur. Belə ki, tərəflər arasında mübahisə "xxxx" MMC-nin və iddiaçıların fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi, yolun şimal-qərb hissəsində yaranmışdır. "xxxx" MMC-nin həmin ünvanda yerləşməsini bütün ticarətçilər, o cümlədən iddiaçılar da bilirlər, çünki bağlanan müqavilələr, hesablaşmalar həmin ünvanda olmuşdur. Lakin, cavabdeh "xxxx" MMC məhkəmə mübahisələri haqqında nə iddiaçılar, nə də məhkəmə tərəfindən xəbərdar edilməmiş, cavabdehin iştirakı və xəbəri olmadan işə baxılmış və qanunsuz qətnamə qəbul edilmişdir. İşə baxan Nəsimi Rayon Məhkəməsi cavabdeh "xxxx" MMC-nin 2018-ci ildə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsini aydınlaşdırmamışdır. İşə baxan Nəsimi Rayon Məhkəməsi öz qərardadında qeyd etmişdir ki, mülki işə baxılan dövrdə bütün məhkəmə bildirişləri və digər məhkəmə sənədləri cavabdehin rəsmi (hüquqi) ünvanı olan ünvan 1ir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı kimi göstərilən 2 ünvan mövcuddur. Onlardan biri (ümumi sahəsi 35.84 kv.m.) X6, digər isə (ümumi sahəsi 73.4 kv.m,) X3 məxsusdur. Belə olan halda, Nəsimi Rayon Məhkəməsi bildirişlərini, iddia ərizəsini, qiyabi qətnaməni və s. sənədləri kimə və hansı ünvana göndərməsi bəlli deyildir. Bakı şəhərində 2 eyni ünvanın mövcud olması cavabdeh "xxxx" MMC-nin məhkəmə bildirişlərini və qiyabi qətnaməni almağını istisna edir. Məhz bu səbəbdən də, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına göndərilən Məhkəmə sənədləri (bildirişlər, iddia ərizəsi, qətnamə və s.) cavabdeh "xxxx" MMC-yə çatmamış və Nəsimi Rayon Məhkəməsinə geri qayıtmışdır. Bu səbəbdən də, işə qiyabi icraatda baxılaraq, qiyabi qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə sənədlərinin (bildirişlərin, iddia ərizəsinin, qiyabi qətnamənin və s.) həqiqətən də cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına göndərilməsi və Bakı şəhərinin Nəsimi rayonunda 2 eyni ünvan olduğu təqdirdə cavabdeh "xxxx" MMC-nin həmin məhkəmə sənədlərin əldə etmək imkanının olub-olmamasını işə baxan Nəsimi Rayon Məhkəməsi aydınlaşdırmamışdır. İşə baxan Nəsimi Rayon Məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-67/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icra edilməsi barədə xx.xx.2018-ci il tarixli № e172358/2018-5-9 saylı bildiriş borclunun hüquqi ünvanına göndərilmişdir. Qeyd edilən bildiriş borclunun direktoru X9 tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir.” Məhkəmənin bu mövqeyi iş materiallarında olan sənədlərlə nəinki sübut edilmir, əksinə bu mövqeyin səhv olması tam sübuta yetirilir. Belə ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı və bildirişi cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına göndərilməmiş, həmin sənədlər cavabdehin direktoru X8 2021-ci ilin sentyabr ayının sonunda Nəsimi rayon İcra şöbəsində təqdim edilmişdir. Qeyd olunan sənədlərin 2018-ci il tarixində əldə edilməsi barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin məmuru X10 izahatında tələbin könüllü icra edilməsi haqqında bildiriş və qərar cavabdeh "xxxx" MMC-nin direktoru Rövşən Qarayev tərəfindən xx.xx.2018-ci il tarixində imza edilməklə qəbul edilməsini bildirsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan sənədlərdə cavabdeh "xxxx" MMC-nin direktorunun həmin sənədləri hansı tarixdə qəbul etməsi əks olunmamışdır. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin arayışları ilə sübut olunur ki, X9 yalnız xx.xx.2020ci il tarixdən cavabdeh "xxxx" MMC-nin rəhbəri təyin edilmişdir. Beləliklə, Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan bu hal sübut edilməmişdir. Qərardadı qəbul etmiş Nəsimi Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materiallarından, o cümlədən aidiyyəti dövlət qurumundan əldə edilmiş məlumatlardan da aydın olur ki, X9 "xxxx" MMC-nin direktor vəzifəsinə 2020-ci il tarixindən etibarən təyin edilmişdir. Məhkəmə qeyd edir ki, “Rövşən Qarayev həmin dövrdə "xxxx" MMC-nin direktoru olmasa da, 2018-ci il tarixində cavabdehə aid sənədi qəbul etmək səlahiyyətinə malik olan şəxs olmuşdur.” Dövlət Vergi Xidmətinin arayışları ilə, Əmək müqaviləsi bildirişi haqqında "xxxx" dövlət portalından çıxarışla, habelə MMC-nin təsisçisinin təsdiq edilmiş qərarı ilə X7 yalnız 2020-ci ildə "xxxx" MMC-də işə başlaması təsdiq edilsə də, Nəsimi Rayon Məhkəməsi heç bir sübutu olmayan mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, Qarayev Rövşən 2018-ci ildən "xxxx" MMC-də işləmiş və 2018-ci ildə İcra şöbəsinin sənədlərini qəbul etmişdir. Halbuki, sənədlərin 2018-ci ildə alınmasına dair sübut yoxdur və icra məmuru da bunu məhkəmə iclasına sübut edə bilməmişdir. Məhkəmənin hansı səbəbdən bu nəticəyə gəlməsi qərardadda əsaslandırılmamışdır. Beləliklə, Nəsimi Rayon Məhkəməsinin qərardadında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi tam sübuta yetirilir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(006)- 67/2018 saylı qərardadı ilə İddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-67/2018 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
18. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
19. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
20. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
23. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materiallarında olan iddia ərizəsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin ünvanı – ünvan 56. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2016-cı il tarixli, **********117800 saylı məktubundan görünür ki, işə baxılan dövrdə "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 6 qurumlarının dövlət reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, hazırda "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 7akı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icra edilməsi barədə xx.xx.2018-ci il tarixli, № e172358/2018-5-9 saylı bildiriş borclunun hüquqi ünvanına göndərilmişdir. Qeyd edilən bildiriş borclunun direktoru X9 tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir.
29. "xxxx" MMC Təsisçisinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020ci il tarixindən X7 "xxxx" MMC-nin baş direktoru vəzifəsinə təyin edilməsi, bundan sonra cəmiyyətin bütün sənədlərini imzalamaq səlahiyyətinin X8 həvalə edilməsi qərara alınmışdır.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********009600 saylı məktubundan görünür ki, X7 xx.xx.2020-ci il tarixindən "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru olması qeyd edilmişdir.
31. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)- 67/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, mübahisələndirilən qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Şikayətin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
33. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsinin ona rəsmi qaydada təqdim edilməməsi, həmin qətnaməni israrla xx.xx.2022ci il tarixdə alması və yalnız bundan sonra ilk öncə qiyabi qətnamənin ləğv edilməsi, işin yeni məhkəmə baxışına təyin edilməsi, hal-hazırda isə apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etməsi ilə əlaqələndirmiş, bu zaman müddətin ötürülməsinin məhkəmənin təqsirindən baş verdiyini əsaslandırmağa çalışmışdır.
34. Lakin qeyd edilməlidir ki, sözügedən qiyabi qətnamənin ləğv edilməsi barədə cavabdehin verdiyi ərizə daha əvvəl Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadı ilə təmin edilməmiş, qanuni qüvvəsini almış bu qərardadla cavabdehin işin gedişatı, qətnamənin icra mərhələsində olması barədə məlumatlı olduğu öz təsdiqini tapmış, cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi və ya üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmadığı halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh müddətin bərpası barədə ərizəsini əsasən məhkəmənin qiymət verdiyi məsələlərə yenidən toxunmaqla əsaslandırmış, halbuki, istinad etdiyi bu hallar birinci instansiya məhkəməsinin sözügedən qərardadı ilə təkzib edilmişdir.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir (bax. Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).
36. Bu baxımdan cavabdehin hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməmişdür.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/18 saylı, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov