Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2238/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh “xxxx” ASC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həlimə Baxşıyeva, cavabdeh “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi və xx.xx.2020-ci il tarixli, NDM 017965 saylı akta əsasən ondan 741,95 manatın tələb edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “xxxx” ASC-nin Abonentlərlə İş İdarəsinin xx.xx.2020-ci il tarixli razılaşma protokoluna əsasən, xx.xx.2020-ci il tarixli akta əsasən aşkar olunmuş kənar xətlə bağlı 6746 kvts. itirilmiş elektrik enerjisinin məbləği 741.95 manat olmaqla iddiaçının **********50016 nömrəli abonent koduna daxil edilməklə iddiaçıdan tələb edilmişdir. Məhkəmə isə, iş üçün əhəmiyyətli olan halları müyyən etmədən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, NDM 017965 nömrəli akta əsasən, Anar Cəfərova məxsus ünvan 1 ünvanında (abonent kodu: **********50019) yoxlama zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacına gələn xətti abonent zədələyərək, birbaşa kənar xətt çəkmişdir. Axan yük onlar tərəfindən ampermasa vasitəsilə ölçülmüşdür. Kənar xəttin kəsiyi 2,5 mm ev kəsikli mis naqildən ibarətdir. “xxxx” ASC-nin Abonentlərin İş İdarəsinin xx.xx.2020-ci il tarixli, AŞ/018 saylı razılaşma protokolunda qeyd olunmuşdur ki, abunə haqqında bildiriş vərəqələrinin təhlilini və Satışa Nəzarət İdarəsinin rəisinin Enerji Satışı Departamentinin direktoruna ünvanladığı xidməti məlumatı nəzərə alaraq, xx.xx.2020-ci il tarixli, NDM 017965 saylı akta əsasən **********50019 saylı əhali koduna daxil edilmiş 6746 kvts, məbləği 741,95 manat çıxarılsın və **********50016 saylı əhali koduna işlənilsin. Razılaşma protokolu yalnız “xxxx” ASC-nin işçiləri tərəfindən imzlanmışdır. Abunə haqqında Çıxarışdan görünür ki, Həlimə Baxşıyevaya məxsus ünvan 2 ünvanına (abonent kodu: **********50016) xx.xx.2020-ci il tarixli protokola əsasən 741,95 manat məbləğində cərimə yazılmışdır. Göründüyü kimi, hazırda “xxxx” ASC, xx.xx.2020-ci il tarixli, NDM 017965 nömrəli akta və xx.xx.2020-ci il tarixli, AŞ/018 saylı razılaşma protokoluna istinad etməklə, iddiaçının sayğacdan kənar xətlə elektrik enerjisindən istifadə etdiyini bildirir. İddiaçı isə, həmin aktın onun barəsində qeyil qonşusu Anar Cəfərov barəsində tərtib olunduğunu, sonradan cərimə borcunun əsassız olaraq onun hesabına daxil edildiyini bildirərək, qeyd olunan razılaşma protokolunun etibarsız hesab edilməsini və borcun ondan tələb olunmasının cavabdehə qadağan olunmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə görə, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Kollegiya, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, Anar Cəfərova məxsus yaşayış sahəsində aparılmış yoxlama nəticəsində sayğacda aşkar edilmiş qüsura görə cərimənin xx.xx.2020-ci il tarixli protokola əsasən iddiaçıya yazılması tamamilə yanlışdır və iş materiallarında cərimənin hansı səbəbdən **********650019 abonent kodundan çıxarılaraq **********650016 abunə koduna keçirilməsini izah edən heç bir sənəd yoxdur. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Odur ki, heç bir əsaslandırılma aparılmadan “xxxx” ASC-nin öz işçiləri tərəfindən tərtib edilmiş bu protokol hüquqi baxımdan keçərli hesab edilə bilməz. Belə olan halda, yəni etibarlı hüquqi əsas olmadan cavabeh tərəfindən iddiaçının hesabına yazılmış cərimənin ondan tələb edilməsi də qanunsuzdur. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3219/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2238/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2238/2021
17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver