Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2242/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 2(004)-1452/2024 saylı qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Xanhüseynova (Mərərrəmova) Amalya Pərviz qızı və Cavabdeh2 Yasamal Rayon Məhkəməsinin iş 2(004)-641/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etməklərinə görə vurulmuş ziyana hər ay üçün 500 manat kirayə haqqı, ümümilikdə 20 ay 10 günə görə 10167 manat, 127,5 manat dövlər rüsumu, mənəvi zərərə görə 2000 manat, hüquqi yardıma görə 320 manat məbləği müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 2(004)- 1452/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Vəkil şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ona dəymiş maddi zərərin ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsinin geri qaytarılması üçün əsası cavabdehlərin Yasamal rayonun ərazisində qeydiyyatda olmaması kimi göstərilmişdir. Qeyd edilməlidir ki, cavahbehlər Şuşa şəhərində qeydiyytada olmaqla yanaşı ünvan 2 ünvanında məcburi köçkün kimi məskunlaşmışlar, bu hallar məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin hallar işin mübahisəsiz hallarıdır. Lakin bütün qeyd edilənlərə baxmayaraq məhkəmə işi geri qaytarılması haqqında qərardad qəbul etmişdir. Hesab edir ki, qəradad qanunsuzdur, bu səbəbdən ləğv edilməli və iş məhkəmənin icraatına qəbul olunmalıdır. İşin hallarından və təqdim edilmiş sübutlardan müəyyən edilir ki, cavabdehlərin ünvanı Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasındadır, belə ki, cavabdehlər məcburi köçkün qismində qeyd edilmiş mənzildə 1993-cü ildən məskunlaşmışlar. Eyni zamanda cavabdehlər qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmədən ünvan 4 ünvanında yaşamağa davam edirlər. Göründüyü kimi cavabdehlərin qeydiyyatı Şuşa şəhəri olmasına baxmayaraq, onlar 1993cü ildən ünvan 4 ünvanında məskunlaşmışlar. ünvan 6 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Belə ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Mülki prosessual qanunvericiliyin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər cavabdeh hüquqi şəxsdirsə, iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. “AZEMİS” X1 əldə edilmiş məlumata əsasən cavabdehlərin ünvan 1 ünvanında qeydiyyatda olduqları müəyyən edilmiş, ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək hallar (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti) isə hazırki işdə aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisinə aid olmadığından mülki işə həmin məhkəmədə baxılması prosessual qanunvericiliyin yuxarıda qeyd edilən qaydalara ziddir. Beləliklə hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2024-cü il tarixli, 2(004)-1452/2024 saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1452/2024 saylı 07 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2242/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2242/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver