Məhkəmə qərarları › İş №2(103)-2243/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2243/2022

21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2243/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsi və sair” tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8661/2021 nömrəli işi üzrə 19.11.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının və müvafiq müavinətlərin ona ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı 18.11.2021-ci il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı 19.11.2021-ci il tarixli qərardadı ilə şikayətin əsaslandırılmamasına əsasən qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8661/2021 saylı 19.11.2021-ci il tarixli qərardadından şikayət vermiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.11.2021, 19.11.2021 il tarixli qərərdadlarının ləğv edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 16.11.2021 il tarixli İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8661/2021 saylı mülki iş üzrə 03.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 263, 264, 266-269, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş (səbəbləri düzgün əsaslandırılmamış) qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən: Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, prosessual qanunvericilik ilə qərardaddan verilən şikayətin əsassızlığı ilə onun geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə verilməmiş, yalnız mahiyyəti üzrə qiymət verilməsi nəzərdə tutulmuşdur. Ona görə 19.11.2021-ci il tarixli qərardad ləğv edilməli və 18.11.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxıb qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8661/2021 nömrəli işi üzrə 19.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin geri qaytarılması barədə 18.11.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar