Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2244/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Nurlanə Quliyevanın, cavabdeh-iddiaçı Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan evin açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh X1 qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Qətnamədən cavabdeh-iddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Apelyasiya icraatı zamanı iddiaçının vəkili bildirdi ki, cavabdehlər qətnamədən apelyasiya şikayəti verilməsi müddətini ötürüblər. Belə ki, apelyasiya şikayətinin surəti poçt daşıması ilə məşğul olan müəssisə vasitəsilə məhkəməyə çatdırıldığına dair sənəd iş materiallarına əlavə olunsa da həmin müəssisə fəaliyyət göstərmir. Habelə xx.xx.2020-ci il tarixdə surətli poçt xidmətinə təhvil verilən apelyasiya şikayətinin 3 gün sonra – xx.xx.2020-ci il tarixdə məhkəməyə çatdırılması inandırıcı deyil. Ona görə də surəti poçt daşımasına aid olan sənədin üzərindəki “xx.xx.2020” tarixi həqiqi tarix sayıla bilməz. Müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti verlməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılmamış hesab edilməsi qərara alınıb, habelə həmin qərardaddan 10 gün müddətində şikayət vermək hüququnun olduğu qeyd edilib. Lakin qərardadın işdə iştirak edən şəxslərə veridliyini təsdiq edən sənəd yoxdur. İddiaçı-cavabdeh İddiaçı vəkili bildirdi ki, belə bir qərardadın qəbul edilməsindən məlumatsızdırlar, əgər qərardad onlara verilərsə onu mübahisələndirəcəklər. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apelyasiya qeyri-mümkün hesab edilməli və iş apelyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra xx.xx.2020-ci il tarixli qərardadın iddiaçı-cavabdeh İddiaçı rəsmi qaydada verilməsi məhkəmə tərəfindən təmin etməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 266.1-ci maddəsinə görə məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Bundan əvvəl apelyasiyanın mümkün hesab edilməsi sonradan apelyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur, çünki qanunvericilik bunu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və iş apelyasiya baxışından çıxarılaraq Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2244/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2244/2021
26.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver