Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2247/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh TexnikaBank” ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Mahmudova Təhminə Məhəmməd qızının, cavabdeh "xxxx" MMC-nin nümayənədəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan TexnikaBank” ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddiasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 saylı işi üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə borcunun yenidən hesablanması və iddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan "TexnikaBank” ASC cavabdehlər "AAAF-İnşaat” MMC-yə və İddiaçı qarşı ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat məbləğində əsas borc, 41271,60 manat məbləğində faiz borcu, ümumilikdə isə 101669,44 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(011)-5194/2021 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli ekspert rəyinə - əsasən, İddiaçı Cavabdeh1 ASC-yə 07 iyun 2021-ci il tarixə olan əsas borcu 64406,56 manat, faiz borcu isə 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilmişdir (səh.163). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 saylı işi üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı cavabdeh ləğv prosesində olan "TexnikaBank” ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə olan əsas borcunun 64406,56 manat, faiz borcunun 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilməsi, İddiaçı ilə "Bank Technique” ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan "TexnikaBank” ASC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan Cavabdeh1 ASC- nin özünə aid edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271, 307, 309, 329, 470, 472; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 124, 217.4, 218-ci maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.3 -cü maddələrinə istinadən qeyd edilmişdir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. İlkin iddia tələbinin Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə borcunun yenidən hesablanması ilə bağlı hissəsini üzrə iddia tələbi həmin hissədə təmin edilməlidir. Ekspert rəyi sübut qismində qəbul edilməli, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə ekspert rəyinə əsasən məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64406,56 manat, faiz borcu 37454,75 manat, ümumilikdə isə 101861,31 manat məbləğində müəyyən edilməlidir. İlkin iddia tələbinin iddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi həmin hissədə də əsaslı olmaqla təmin edilməlidir. Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70800 manat məbləğində kredit verilmişdir. 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzili 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. tərəflər arasında 06 avqust 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu öz özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. İlkin iddia tələbi həmin hissədə də təmin edilməli, İddiaçı ilə "Bank Technique” ASC-nin arasında bağlanmış 06 avqust 2014- cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. cavabdeh "xxxx" MMC-dən pul tutulması hissəsində iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 18 mart 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinin kredit öhdəliyinin təminatı olaraq bağlanmasını bildirmiş, Mülki Məcəllənin 460.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə "xxxx" MMC ilə "Texnikabank” ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə nəzər yetirərək hesab edir ki, istinad edilən müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan və imzalarla təsdiq edilmiş qarışıq müqavilə olmaqla özündə birgə əməkdaşlıq göstərilməsi və bir növ zaminlik müqaviləsinin ünsürlərini əks etdirir. Qarışıq müqavilələrlə bağlı müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsi ilə tənzimlənir. Maddəyə əsasən tərəflər müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən "AAAF-İnşaat” MMC satdığı mənzilin dəyərinin hansı hissəsi miqdarında kredit məbləğinin ayrılması, krediti müddəti, ona hesablanan faizlər barədə məlumatlı olmaqla alıcı tərəfindən bank qarşısında olan kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Normanın məzmununa görə məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmalı olduğundan hesab edir ki, iddiaçının tələb etdiyi pul məbləği ekspertin müəyyən etdiyi məbləğdən az olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən əsas borca görə 60397,84 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 37454,75 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəf 20 dekabr 2021-ci il tarixdə iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehdən faiz borcuna görə 41271,60 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi hal-hazırda qüvvədə olduğundan məhkəmə cavabdehdən iddianın həcminin artırılması barədə ərizədə tələb olunan 41271,60 manat faiz borcunun tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin “tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi” hissələrinə qiymət verərək belə hesab edir ki, məhkəmə tərəfindən İddiaçı ilə "xxxx" ASCnin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edildiyindən qarşılıqlı iddia tələbi bu hissələrdə əsassızdır. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Odur ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İlkin iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayətini verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsini qismən ləğv edilməsi və Fondun iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271, 307.3, 309.1, 329, 453.2, 470.1, 472.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.1, 260-cı maddələrinə istinadən qeyd edilmişdir ki, ipoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçı müvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər. Məhkəmənin Bankın bu hüququnu məhdudlaşdırması qanunsuz və əsassızdır. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə düzgün qiymət verməmiş zaminlik müqaviləsinin ünsürlərini aydınlaşdırmışdır. Halbuki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin zaminlik deyil, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, qarışıq müqavilə olduğunu və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Məhkəmə müqaviləyə düzgün qiymət verməməklə tərəflərin iradə ifadəsini nəzərə almamış, həmçinin Mülki Məcəllənin müqavilə azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipini pozmuşdur. Məhkəmə sözügedən müqaviləni özündə zaminlik müqaviləsinin ünsürlərini əks etdirən müqavilə kimi qəbul etsə də, qətnamədə qeyd etdiyi kimi həmin müqaviləyə münasibəti birgə məsuliyyət yox, subsidiar məsuliyyət daşıması barədə müqavilə kimi qəbul edərək, Mülki Məcəllənin 472.1-ci mddəsinə istinad etsə də, fikrini əsaslandırmamışdır. Halbuki, həmin maddəyə əsasən müqavilədə subsidiar məsuliyyətin göstərilməsi imperativ qayda kimi göstərilmişdir (əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar). Lakin tərəflər arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilədə subsidiar məsuliyyətə heç bir maddədə istinad edilməmişdir. Müqaviləsinin 4.3-cü bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi huququnu Banka verir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə Ali Məhkəmənin Mülki Kollegiyasının 17.11.2021-ci tarixli, 2(102)- 5884/2021 saylı qərarı mühüm əhəmiyyət kəsb edir. Belə ki, sözügedən qərarda digər tikinti şirkəti ilə bağlanmış əməkdaşlıq müqaviləsini Ali Məhkəmə subsidiar məsuliyyətlə bağlı müqavilə kimi qiymətləndirməmişdir. Həmçinin, Ali Məhkəmənin "xxxx" MMC-dən borclu ilə müştərək qaydada pulun tutulmasına dair vahid məhkəmə təcrübəsi formalaşmışdır (Ali Məhkəmənin qərarları qoşmaya əlavə olunur). LPO Cavabdeh1 ASC cavabdeh İddiaçı 12.06.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə müraciət edərək, Banka olan borcunun ödənilməsini tələb etmişdir (Qoşmaya əlavə olunur). Göründüyü kimi LPO Cavabdeh1 ASC əsas borcluya xəbərdarlıq məktubu göndərmiş, əsas borclu isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra, "xxxx" MMC-yə də borclunun borcun vaxtında ödəməməsi ilə bağlı dəfələrlə xəbərdarlıq göndərilərək Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank olan borcun ödənilməsi tələb edilmişdir (Qoşmaya əlavə olunur). Bundan əlavə, "xxxx" MMC özü də Banka müraciət edərək, Əməkdaşlıq müqaviləsi çərçivəsində verilmiş kreditlər üzrə öhdəliklərini vaxtında icra etməyən borclular haqqında məlumat tələb etmişdir. Bu səbəbdən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcun müştərək qaydada İddiaçı və "xxxx" MMC-dən tutulmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 453.2-ci maddəsinə əsasən, Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Müqavilənin 4.3-cü maddəsinə əsasən, Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş alındığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, Bu müqavilənin 2.1 -ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq həmin günə mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. məhkəmə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18.03.2014cü il tarixli müqaviləni subsidiar məsuliyyətli zaminlik müqaviləsinin ünsürlərini əks etdirən müqavilə kimi qiymətləndirsə belə, iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. İddiaçı müvafiq qaydalara əməl etdikdən sonra borcun ödənilməsi üçün "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edə bilər. Məhkəmənin Bankın bu hüququnu məhdudlaşdırması qanunsuz və əsassızdır. İddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş mülahizədə qeyd edilmişdir ki, AAAF-İNŞAAT” MMC ilə "xxxx" arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin ilkin müqavilə olması ilə bağlı hər hansı iradə ifadəsi yoxdur. Tərəflər arasında gələcəkdə əsas müqavilə bağlanması ilə bağlı öhdəlik mövcud deyildir. Həmçinin müqavilənin müddəti də müəyyən edilərək "xxxx" MMC tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. AAAF-İNŞAAT” MMC ilə "xxxx" ASC arasında 18.03.2014-cü il tarixli müqavilə əvəzli müqavilədir. "xxxx" MMC satıcı olduğu mənzillərin satılması, müştərilərin cəlb edilməsi ilə bağlı "xxxx" ASC ilə Əməkdaşlıq Müqaviləsi bağlamışdır. Sözügedən müqavilə predmentində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə (irəlidə müştərilər adlanacaq) satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmaya hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, Bu müqavilənin 2.1 -ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş alındığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməni öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun aksepsiz qaydada silinməsi hüququnu Banka verir.Əməkdaşlıq müqaviləsinin 2.1-ci bəndinə əsaslanaraq qeyd edə bilərik ki, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin qarşılıqlı öhdəliklərin əsasları, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq həmin günə mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir.18 mart 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC satdığı mənzilin dəyərinin hansı hissəsi miqdarında kredit məbləğinin ayrılması, kreditin müddəti, ona hesablanan faizlər barədə məlumatlı olmaqla alıcı tərəfindən bank qarşısında olan kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış Əməkdaşlıq müqaviləsi qarısıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və pul tələbi üzrə öhdəliyin icra edilməsi ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən görüldüyü kimi, Müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada öhdəliyin icra edilməsi ilə bağlı müqavilə aydın şəkildə göstərilmişdir. Belə ki, Cəmiyyət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbardar olmuş və öhdəliyi icra etməsi ilə bağlı bank qarşısında məsuliyyət daşımışdır. Həmçinin, Cəmiyyət Əməkdaşlıq müqaviləsini imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır."xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin zaminlik deyil, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, qarışıq müqavilə olduğunu və Mülki Məcəllənin 460.1 -ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə zaminlik müqaviləsi olsaydı belə, Tərəflər arasında bağlanmış müqavilə MM 472-ci maddəsində nəzərdə tutulmuş qaydada (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) bağlanmışdır.İş materiallarından görünür ki, Bankla Cəmiyyət arasında 18.03.2014-cü il tarixdə Əməkdaşlıq müqaviləsi bağlamış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən krediləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onun imzalaması, lakin məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq və "xxxx" MMC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir.1) Cavabdeh "xxxx" MMC etirazda qeyd etmişdir ki, kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq 18.03.2014-cü il tarixli müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin geçikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir.Etirazda göstərilən bu dəlilin heç bir qanuni əsası yoxdur. Belə ki, öhdəliyin təmin üsulu Kredit müqaviləsi bağlandıqdan sonra da artırıla və ya azaldıla bilər olduğundan, bu barədə şərtin Kredit müqaviləsində qeyd edilib-edilməməsi əsas şərt deyildir. Buna bağlı müvafiq təmin üsulu müqaviləsinin olması əsas şərtdir. Həmçinin, borcverən “Bank Techniue” və borcalan İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı Kredit Müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı sübyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. Həmçinin bu Müqavilənin 17.2-ci maddəsinin ç) bəndində qeyd edilmişdir ki, Borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyi halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminatı üsulu ilə bağlı müqaviləsinə uyğun olaraq Borcverənin tələbləri tam şəkil lə təmin edildikdə bu müqavilə xitam olunur.Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.2) Həmçinin, məlum olduğu kimi Bank peşakar maliyyə təşkilatıdır və məqsədi minimum risklə maksimum gəlir əldə etməkdir. Bu səbəbdən Bank tərəfindən öhdəliklərin təminatı olmadan 32683 AZN məbləğində kreditin verilməsi Bank fəaliyyətinə ziddir və qeyri mümkündür. Həmçinin nümunə olaraq Bankın digər MTK-lar ilə bağladığı eyni növlü müqavilələri və məhkəmə təcrübəsi haqqında bu və digər MTK-lara qarşı məhkəmə qərarları təqdim edilə bilər ki, həmin müqavilələrdə də borclunun kredit müqaviləsi üzrə öhdəliyini lazımi şəkildə yerinə yetirə bilməyəcəyi təqdirdə, həmin MTK-larla bağlanmış müqavilələr kredit məbləğinin qaytarılması üçün öhdəliyin təminatı olaraq çıxış etmişdir.Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, imzalaması, lakin məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" MMC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Bakı Apellyasiya Məhkəməsində cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətinə etiraz verilərək, ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiva şikayətini cavabdeh "xxxx" MMC-nə aid hissədə rədd edilməsini və MMC münasibətdə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5194/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İlkin İddiaçı nümayəndəsi Vəkil tərəfindən mülahizə təqdim edərək, Texnikabank” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin rədd edilməsi, Xətai rayon məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(011)-5194/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh TexnikaBank” ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Mahmudova Təhminə Məhəmməd qızı apellyasiya şikayətini müdafiə edərək, qətnamənin "xxxx" MMC-dən tutulmaması hissəsindən narazı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil mülahizəni müdafiə edərək, borcun ödənilməsindən imtina etmədiklərini,borcun artıq hesablanması ilə bağlı banka müraciət etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayənədəsi X7 birinci instaniya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, zaminliyi əks etdirən hər hansı bir müqavilənin olmadığını, "xxxx" MMC ilə bağlanılmış müqavilələrin məzmununda birinin digərinə istinad olmadığını və hər birinin ayrı müqavilələr olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisə edilən hissədə tədqiq edilərək və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-12, 15, 34.1, 36.1, 36.3, 47.4, 48; Mülki Məcəllənin 269-270, 319.1, 324.4, 324.5, 337-354, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 149-152, 155-156, 217.4, 259, 372, 385- 390-cı maddələrinə, müqavilə (öhdəliklər) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamə üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsədə, qarşılıqlı iddianın icraata qəbulu və müvafiq olaraq hər bir cavabdehə qarşı yönəlmiş tələbin nədən ibarət olduğu əsaslandırılmamışdır. Qeyd edilənlərdən əlavə Bankın «AAAF-İnşaat” MMC ilə bağlanılmış müqaviləinn məzmununa (2.1 və 4.3 bəndinə) müvafiq pretenziya qaydasına tam riayət etməklə prosedurların həyata keçirilməsi təmin edilməmiş və ümümiyyətlə, bir-biriylə bilavasitə bağlı olmayan müqavilələr (öhdəliklər) üzrə kreditor borclu subyektlərinin fərqli vəzifələri qarışıq və ziddiyyətli mövqeydən təqdim edilmiş, bildiriş formal olaraq göndərilsə də digər müqavilə şərtlərinə əməl edilməsi həyata keçirilməmişdir. Qeyd edilənlərdən əlavə, qarşılıqlı iddia üzrə subyekt tərkibi baxımından mərkəmə aidiyyatı, yəni iki hüquqi şəxs arasında olan munasibətlərin kommersiya və ya mülki səciyyə daşıması ayırd edilməmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında subyektlərinin fərqli tərkibi və fərqli öhdəliklərə dair aşağıdakı müqavilələr bağlanmışdır: -«AAAF-İnşaat” MMC ilə İddiaçı arasında bağlanılmış 06.08.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzil İddiaçı satılmışdır; -18 mart 2014-cü il tarixli Bankla bağlanılan müqaviləyə əsasən «AAAF-İnşaat” MMC satdığı mənzilin dəyərinin (2.1-ci bəndində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir) kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təvqim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizlər mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptiz qaydada silinməsi hüququnu Banka verir. -"TexnikaBank” ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında 06 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında 14/162 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış "AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70800 manat məbləğində kredit verilmişdir; -06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış "AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzili 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir; (l cild.səh.71, 81, 140, 9). “Bank Technique» ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin (2.1-ci bəndi ilə) predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq otmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirməsi barədə ümumi razılıq olsada, əqdin 4.3 və digər müddəaları tam və müstəqil məsuliyyət müəyyən edən öhdəliklər nəzərdə tutmuşdur. “AAAF-İNŞAAT» MMC borc alan İddiaçı ilə «‘Bank Technique” ASC 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə zamin kimi birgə məsuliyyəti üzərinə götürməmişdir. Belə ki, 18 mart 2014-cü il tarixli əqdin 4.3 bəndində ipoteka ilə təmin edilmiş öhdəlik 120 ay müddətində icra edilməli olması qeyd edilmiş, lakin bu pretenziya proseduruna əməl edilməsini, habelə bu əqdə münasibətdə kredit öhdəliklərinin müştərək məsuliyyətini müəyyən edən əsaslar sübuta yetirilməmişdir. Apellyatorun qətnamənin ilkin iddiaya aid hissədə mübahisələndirmədiyini və yalnız öz iddiasının təmin edilməyən hissəsində mübahisələndirdiyini, habelə qətnamənin digər proses iştirakçıları tərəfindən ümumiyyətlə mübahisələndirməməsini apellyasiya instansiyasında baxış hədlərini şərtləndirən meyar kimi nəzərə alaraq kollegiya hesab edir ki, qarşılıqlı tələbin təmin edilən hissəsi mülki prosessual əsaslara müvafiq ləğv edilməli, tələbin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qarşılıqlı tələb üzrə iddiaçı hər bir cavabdehə olan tələbin (müqavilə öhdəliklərindən irəli gələrək) nədən ibarət olduğunu göstərməklə, habelə pretenziya qaydalarına və muqavilə prosedurlarına riayət etməklə yenidən müraciət etmək hüququna malikdir. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərci qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 saylı işi üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi qismən- (qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) İddiaçı 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan "TexnikaBank” ASC-yə ödənilməsi hissəsində - ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2247/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2247/2022
04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver