Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2254/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X17, İddiaçı2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8, Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X7 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 Agalar oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən; İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X7 və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Agalar oğluna və X7 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə 07 noyabr 2019-cu il tarixdə 06 noyabr 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia tələbi 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat artırılaraq, 48.615,92 (qırx səkkiz min altı yüz on beş manat doxsan iki qəpik) manat hesablanması, habelə həmin məbləğə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu da əlavə edilməklə, cavabdehlər Cavabdeh1 və X3 ümumilikdə 48.646,32 (qırx səkkiz min altı yüz qırx altı manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 noyabr 2018-ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% sığortalanmışdır. 29 aprel 2019-cu il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər cavabdeh X7 məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 barəsində 30 aprel 2019-cu il tarixli TP seriyalı ******* nömrəli X29 haqqında iş üzrə qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 (altmış beş min qırx dörd manat otuz qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat hissəsi isə bu günə gədər ödənilməmiş qalmaqdadır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 Agalar oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsinə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona vurulmuş maddi zərərə görə ümumilikdə 7.500 (yeddi min beş yüz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Agalar oğlu qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona və X7 qarşı iddiasının heç bir əsası yoxdur və aşağıda göstərilən səbəblərdən rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Qeyd olunmalıdır ki, idarə etdiyi “Mercedes Benz” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 29 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospektində “Vorovskiy” adlanan dairədə Binəqədi istiqamətinə dönüb qayıtmaq istərkən bu zaman yüksək sürətlə işıqforun qırmızı işığında keçən və orada olan piyada keçidinə məhəl qoymayan “Audi A7” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs idarə etidiyi avtomaşını sağ qabaq hissədən vurmuşdur və idarə etdiyi avtomaşın fırlanaraq sol tərəfdə hərəkətdə olan avtomobilə dəymişdir. Nəticədə, ona məxsus avtomaşın tam yararsız hala düşmüşdür və özü də başından xəsarət almışdır. Hadisədən dərhal sonra ona bir nəfər yaxınlaşaraq digər şəxsi göstərdi və bildirdi ki, ondan soruşanda desin ki, sükan arxasında bu idi, halbuki sükan arxasında başqa bir şəxs olmuşdur, sonradan hadisəni törədən şəxsin X26 olduğu göstərilmişdir. Halbuki, sükan arxasında başqa şəxs olmuşdur. Onda olan məlumata görə hadisəni törədən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin yaxınıdır və işin istindaqda birtərəfli aparılması da onu sübuta yetirir ki, onu zərərçəkmiş deyil, təqsirkar qismində göstərsinlər, belə ki, ona məxsus avtomaşın tamamilə sıradan çıxmasına baxmayaraq sığorta şirkətindən ona bildiriş gəlmişdir və “Audi A7” markalı, 10- PP-122 dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı maddi zərərin qiymətləndirilməsinin aparılmasında iştirak etməyi barədə bildirilmişdir .Belə ki, avtomobilin sahibi tərəfindən ona verilmiş etibarnamənin müddətinin bitməsini bəhanə edərək ona sığorta ödənişi verilməmişdir, bu sığorta ödənişinin verilməməsi üçün əsas ola bilməz, halbuki ona məxsus sənədlər tam qaydasında olmuşdur, onun idarə etdiyi avtomobili vurmuş şəxsin isə heç sürücülük vəsiqəsi olmamışdır. Halbuki, o zərərçəkmiş olduğu halda ona məxsus avtomaşına vurulmuş maddi zərərin müəyyən edilməsi üçün heç bir qiymətləndirmə aparılmamışdır. Ona məxsus avtomaşına 7.000 (yeddi min) manat məbləğində maddi ziyan vurulmuşdur və ola bilər ki, avtomaşının əvvəlki vəziyyətinə bərpa edilməsi üçün bundan da artıq vəsait xərclənməlidir. Nəzərə çatdırılmalıdır ki, hadisə nəticəsində o başından aldığı xəsarətlə bağlı xəstəxanada müalicədə olmuşdur, ona ən azı 15 (on beş) gün stasionar müalicədə olmağı bildirilmişdir, lakin onun həyat yoldaşı xəstə olduğu üçün və köməyə ehtiyacı olması səbəbindən o cəmi 7 (yeddi) gün xəstəxanada müalicədə olmuş və ərizə yazaraq evə buraxılmağını xahiş etmişdir. Ona vurulmuş bu ziyan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Belə ki, sığorta ödənişi əslində ona ödənilməli, ona vurulmuş maddi zərər onlardan tutulmalı olduğu halda sığorta şirkəti qanunvericliyin tələblərini pozaraq bunu etməmişdir, əksinə ondan tələb etməkdə davam edir. Ona sığorta ödənişi hesablanmadığı üçün vurulmuş 7.000 (yeddi min) manat məbləğində maddi zərər və xəstəxanada yatmağı ilə bağlı müalicə xərclərinə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmalıdır. Cavabdehin təqsiri üzündən o çox ciddi stress keçirmiş, idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi, xəsarət alaraq sağlamlığının pozulması cavabdehin təqsiri ucbatından maddi zərərə məruz qalmağı şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, sağlamlığı pozulmuşdur və bütün bunların səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayət verən Cavabdeh1 Agalar oğlu onun ləğv olunmasını və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, natamam ekspert rəyinə istinad edildiyini, nəticədə qanunsuz nəticəyə gəlindiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. Bundan başqa İddiaçı2 Sığorta Şirkəti ASC cavabdehlər X7 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və "Audi A7" markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 5030.40 manat cavabdehlər X9 və Cavabdeh1 müştərək qaydada tutularaq “Atəşgah" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29.04.2019-cu il tarixdə idarə etdiyi cavabdeh X7 məxsus “Mercedes Benz E280” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində yol-nəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz C180" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 312D” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı və “Audi A7” markalı, **- PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X29 haqqında Qərarında öz əksini tapmışdır.29.05.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 312D" markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1075 manat ziyan dəymişdir. 22.05.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz C180" markalı, **-UV- *** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat ziyan dəymişdir. 07.05.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata uyğun olaraq, “Audi A7" markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə 65044.30 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 067092, 067556 və 069630 saylı sığorta aktına əsasən “Atəşgah" Sığorta Şirkəti 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində ‘Atəşgah" sığorta şirkətinə dəymiş 5000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı2 Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı onun iştirakı lazımi qaydada təmin edilməmişdir. Bundan başqa işdə iştirakı təmin edilsə idi, TP ******* saylı protokol əsasında qəbul edilmiş qərardaddan verdiyi şikayəti məhkəməyə təqdim edərdi və şikayət üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat da dayandırılmış olacaqdı. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5954/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə 2(103)-5954/2021 saylı mülki iş və 2(103)-2254/2021 saylı mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X25 apellyasiya şikayətinin təmin edilmədən və tərəf olduqları iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilmədən və tərəf olduqları iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi məbləğin müəyyən edilməsi hissəsində dəyişirilməli qalan hissədə isə dəyişdirilmədən saxlanılmalı, digər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər iki mülki iş üzrə tələb eyni cavabdehlərə qarşı yönəldiyindən eləcə də mübahisənin mahiyyətini eyni yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişi təşkil etdiyindən hər iki işə eyni zamanda qiymət verilməsi daha məqsədəuyğundur. Belə ki, işin müəyyən olunmuş hallarına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 noyabr 2018-ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% hissədə sığortalanmışdır. 29 aprel 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi digər cavabdeh X7 məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsi ilə **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 barəsində 30 aprel 2019-cu il tarixli TP seriyalı ******* nömrəli X29 haqqında iş üzrə qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 65.044,30 (altmış beş min qırx dörd manat otuz qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş ziyana görə 42.365,03 (qırx iki min üç yüz altmış beş manat üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 37.562,03 (otuz yeddi min beş yüz altmış iki manat üç qəpik) manat hissəsi isə ödənilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 21 oktyabr 2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsinin təmir prosesində əlavə xərclərin miqdarı 16.580 (on altı min beş yüz səksən) manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 oktyabr 2019-cu il tarixli sığorta aktına əsasən sığorta şəhadətnaməsinin şərtləri nəzərə alınmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş əlavə ziyana görə 11.053,89 (on bir min əlli üç manat səksən doqquz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi Rpi-nin Təhqiqat Şöbəsinin 09 avqust 2021-ci il tarixli qərarından görünür ki: “toplanmış material üzrə 02.09.2019-cu il tarixdə təhqiqatçı F.İsayev tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1 -ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra edilməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Toplanmış material üzrə qəbul edilmiş qərar 28.12.2019-cu il tarixdə Binəqədi rayon prokurorluğu tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün Binəqdi RPİ-nin təhqiqat şöbəsinə göndərilmişdir. Material üzrə 13.01.2021-ci il tarixdə təhqiqatçı F.İsayev tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X2 29.04.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış rədd materialı Bakı şəhəri Binəqədi rayon məhkəməsində araşdırılıb baxıldıqdan sonra Binəqədi RPİ-nin təhqiqat şöbəsinə qaytarılmışdır. Bununla da aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 29.04.2019-cu il tarixdə saat 09 radələrində Binəqədi rayonu Azadlıq prospekti ilə “Davudoğlu” küçəsinin kəsişməsində yerləşən dairədə X18 idarə etdiyi Mercedes markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 Dayanmadan keçmək qadağandır) tələbini pozaraq əsas baş yolda hərəkət olmuş X19 idarə etdiyi Audi markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq toqquşmuş və zərbənin təsirindən X20 idarə etdiyi Mercedes markalı ** UV *** dövlət qeydiyyat nişanlı və X10 idarə etdiyi Mercedes Sprinter markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində Mercedes markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Toplanmış materialdan görünür ki, hadisəni törədən təqsirkar X4 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunması barədə 30 aprel 2019-cu il tarixdə TP-2938766 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin Şəki rayon məhkəməsinin 02 fevral 2021 -ci il tarixli qərarı əsasında X13 barəsində tərtib edilmiş 29.04.2019-cu il tarixli AP-0114990 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 30.04.2019-cu il tarixli TP- 2938766 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Aparılmış əlavə araşdırma zamanı da yol-nəqliyyat hadisəsinin məhz «Mercedes Benz» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 təqsiri ucbatından baş verməsi tam olaraq sübuta yetirilmişdir. X6 törətmiş olduğu yolnəqliyyat hadisəsi üzrə hərəkətlərində cinayət tərkibli xüsusatların olmadığı müəyyən edilmişdir. Bununla belə «Mercedes Benz» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X18 etibarnamə olmadan svetoforun qadağanedici işığında hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikasının İXM-in 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməli və qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü X18 barəsində Azərbaycan Respublikasının İXM-in 327.2 və 332.1 -ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməlidir”. Göründüyü kimi Cavabdeh1 sözügedən qəzada təqsirinin olması işin faktiki halları ilə müəyyən edilmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi törədilən zaman "Mercedes Benz E280" markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin X5 mülkiyyətində olması müəyyən olunmuş, eyni zamanda Cavabdeh1 həmin avtomobili etibarnamə olmadan idarə etdiyi də müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə münasibətdə Cavabdeh1 apellyasiya şikayəti əsassız olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinə münasibətdə mahiyyəti üzrə düzgün nəticəyə gəlinsə də iddia tələbinin məbləğin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı işin obyetiv həlli baxımından iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 9/4875-8/1584 nömrəli ekspert rəyindən görünür ki, məlumatların təqdim edilməsi barədə vəsatətə cavab verilmədiyindən yol nəqliyyat hadisəsinin hansı sürücünün təqsiri nəticəsində baş verməsinin müəyyən edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin 07.05.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Audi Q7” minik markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 62760 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində təşkil etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş 9/3263-8/1419 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 07 may 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Audi A7” markalı **- PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 62.760 (altmış iki min yeddi yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Aparılmış iqtisadi ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi sığorta ödənişinin məbləğini müəyyən edərkən işin faktiki hallarına düzgün qiymət verməmişdir. İş materiallarından həmçinin görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-PP-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 noyabr 2018-ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% sığortalanmışdır. Hazırda 2018-ci il buraxılışlı “Audi Q7” minik markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 62760 manat müəyyən edildiyindən və Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə 66,67% sığortalandığından (62760 manat təmir-bərpa xərcinin 66,67 faizi) cavabdehlərdən tutulası sığorta ödənişinin məbləği 41842,09 manat müəyyən edilməlidir. Həmçinin iş materiallarından göründüyü kimi **-ND-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E280” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada İddiaçı2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4.803 (dörd min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti həmin şirkət tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Belə olan halda da (41842,09–4803=37.039.09) cavabdehlərdən sığorta ödənişinə görə tutulmalı olan vəsaitin məbləği 37.039.09 manat müəyyən edilməlidir. Belə olan halda məhkəmə kolelgiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Digər tərəfdən Cavabdeh1 Agalar oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələbini rədd etmişdir Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Hacıyev Nərman Ağalar oğlu tərəfindən cavabdeh "xxxx" X24 təqsirli hərəkətlərinin təsirindən onun maddi və mənəvi ziyana düşməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılmaması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə iş materiallarında olan ünvanına müvafiq məhkəmə bildirişi göndərilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməməli və həmin qətnamə dəyişdirilmədən saxlanılmalı - Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti isə qismən təmin edilərək, həmin qətnamə cavabdehlərdən sığorta ödənişinin tutulması hissəsində dəyişdirlərək, cavabdehlərdən sığorta ödənişinə görə 37.039.09 manat vəsait tutulmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3133/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi sığorta məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və X3 37.039.09 manat (otuz yeddi min otuz doqquz manat doqquz qəpik) məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-242/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X11, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətlərinin verməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri cavabdehin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2254/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2254/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver