Məhkəmə qərarları › İş №2(103)-2255/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2255/2025

15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2255/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus yaşayış evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Təbii X3nın pozulması haqqında aktlara əsasən cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 24718,36 manat borc hesablamışdır. O cümlədən, 715 manat ödənilməmiş debitor borcu vardır.

2. Cavabdeh məxsus **********00120 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1620 m3 , xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 666 m3 , xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasında 666 m3 dəymiş ziyan hesablanmış, aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25433,36 manat məbləğində əsas borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400,0 manat xərc və 167,5 manat dövlət rüsumu olmaqla ümumilikdə 26000,86 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 03-560 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusuistifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçıİB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00120 Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans vəistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindənfoto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 2016-ci il üzrə 1 akt olmaqla cəmi 258.70 manat 2. 2017-ci il üzrə 2 akt olmaqla cəmi 1291 manat 3. 2018-ci il üzrə 10 akt olmaqla cəmi 3274.70 manat

4. 2019-ci il üzrə 12 akt olmaqla cəmi 1413 manat 5. 2020-ci il üzrə 12 akt olmaqla cəmi 3458.90 manat 6. 2021-ci il üzrə 11 akt olmaqla cəmi 3673.42 manat 7. 2022-ci il üzrə 12 akt olmaqla cəmi 6281.28 manat 8. 2023-ci il üzrə 11 akt olmaqla cəmi 5067.36 manat Ümumilikdə 24718.36 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyirəm ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 715 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği(itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 25433.36 təşkil etməkdədir. Ona görə Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə yaranmış 25433,36 manat məbləğində əsas borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400,0 manat xərc və 167,5 manat dövlət rüsumu olmaqla ümumilikdə 26000,86 manat manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 715,0 manat pul və 30,0 manat dövlət rüsumu, cəmi 745,0 manat məbləğində pul tutularaq Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus yaşayış evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Təbii X3nın pozulması haqqında aktlara əsasən cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 24718,36 manat borc hesablamışdır. Məhkəmə ilk öncə qeyd etmişdir ki, abonentə 2016-2023-cu il tarixlərdə ayrı-ayrı aylar üzrə aktlar əsasında ümumilikdə 24718,36 manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, iddiaçı tərəfindən həm iddia ərizəsində 2016-ci il üzrə 1 akt ,2017-ci il üzrə 2 akt, 2018-ci il üzrə 10 akt, 2019-ci il üzrə 12 akt, 2020-ci il üzrə 12 akt, 2021-ci il üzrə 11 akt, 2022-ci il üzrə 12 akt, 2023-ci il üzrə 11 akta istinad etmiş, lakin iddia ərizəsinə həmin aktları (xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt istisna olmaqla) əlavə etməmişdir və beləliklə həmin dövrdə zərərin hesablanmasına əsas olunmuş aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddiasının əsası kimi istinad həmin tarixlərə dair ziyanın hesablanmasına əsas olmuş aktları məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia təmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə cavabdehin mübahisəli evdə qaz sayğacından kənar qaz xəttindən istifadə etməməsi dəlillərinə tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmamışdır. Məhkəmə işdə olan ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddianın xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış zərərin qaytarılması hissəsində də tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına aktlar əsasında hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir. Məhkəmə debitor borc hissəsində iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan faktiki istifadəyə görə cavabdehin 715,0 manat debitor borcu ödənilməmiş qalmışdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2, 21.1, 21.2, 385.1-ci «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-2, 13.8, 13.8-1-ci; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 5.1, 5.3, 5.4, 5.5, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5- 1.3, 6.5-4, 6.6, 6.7-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 107, 115.0.5, 101.7, 103.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv ediləsini və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, 1-ci instansiya məhkəməsi İddiaçıİB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini tam təmin edərdi. Çünki tərəfindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbinin əsaslı olduğunu sübut edir. İddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda 1-ci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qətnaməsindən məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində Paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Qətnamədə bildirilmişdir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun həqiqətən də, təbii qazdan istifadəyə görə 745 manat debitor borcu vardır. Lakin akt əsasında hesablanmış borcu qəbul etmir. Belə ki, tərtib olunmuş akt əssasızdır. Belə ki, o heç vaxt sayğacdan kənar qaz xətdindən istifadə etməmişdir. Akta əlavə olunmuş fotoşəkillər onun ünvanına məxsus deyil. Həmin şəkillər onun qonşusuna aiddir. Lakin cavabdehin bu ifadəsi tədqiq edilməmiş və kənar xətdən istifadənin doğrudan da, qonşuya və ya cavabdehə aid olub-olmaması araşdırılmamışdır. Bununla bağlı hər-hansı yerli baxış və ya ekspertiza keçirilməmişdir. Bilindiyi kimi məhkəmə həqiqəti müəyyən etməli və bu istiqamətdə təşəbbüskarlğını həyata keçirməlidir. Lakin məhkəmə bu addımı atmamaqla prosessual normaları pozmuşdur. İddiaçı İB-nin iddia tələbinin qismən təmin edilməsi abonenti təbiiqazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı “Azəriqaz“ İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda apellyasiya baxışının hədləri qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus yaşayış evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Təbii X3nın pozulması haqqında aktlara əsasən cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 24718,36 manat borc hesablanmışdır. O cümlədən, 715 manat ödənilməmiş debitor borcu müəyyən edilmişdir.

21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, abonentə 2016-2023-cu il tarixlərdə ayrı-ayrı aylar üzrə aktlar əsasında ümumilikdə 24718,36 manat sayğacdan kənar qaz xəttinə görə zərər hesablansa da, iddiaçı tərəfindən ancaq xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar iş materiallarına əlavə edilmişdir. Nəticədə, iddiaçının iddia ərizəsində qeyd etdiyi dövrdə zərərin hesablanmasına əsas olunmuş aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi həmin tarixlərə dair ziyanın hesablanmasına əsas olmuş aktları məhkəməyə təqdim edə bilmədiyindən, işə baxan məhkəmə iddia tələbini təqdim edilməmiş aktlarla bağlı olan hissədə rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. Bununla belə, 2018-ci il tarixdə tərtib olunmuş “Təbii X3nın pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin aktlar üzrə hesablanmış borcun tutulması tələbinin rədd edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə düzgün hesab edilə bilməz. Belə ki, abonent saldosu nəzərdən keçirilərkən cavabdeh tərəfindən həmin dövr üzrə qazdan istifadə üçün ödənişlərin edilməsi müəyyən edilmir.

23. İstehlakçı tərəfindən aylıq ödənişlər olmadığı üçün işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmə borcun düzgün hesablanmasını yoxlamaq üçün sorğu vermişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentli Bakı Filialının 06 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəyinin verilməsi üçün zəruri olan sənədlər (materiallar) toplanılmış və Bakı Regional Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Cavabdeh ilə əlaqə saxlanılaraq ona məxsus fərdi yaşayış evində 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi, 1 ədəd 24 kw-lıq kombi və 1 ədəd qeyri standart su su qızdırıcısında təbii qazdan istifadə olunduğu, evin qaz xətti üzərində Zenner G-4T markalı **********2 nömrəli mexaniki tipli qaz sayğacının olduğu müəyyən edilmişdir. 24.Qeyd olunan mütəxəssis rəyinə əsasən rəyin hazırlanması üçün toplanmış materiallara əsasən mütəxəssis qarşısında akt və istehlakçının abonent saldosundakı məlumatların (AGİS) təhlili göstərir ki, quraşdırıldığı xx.xx.2020-ci il tarixindən qaz sayğacı işlək vəziyyətdə olmuşdur.“Zenner” G-4T mexaniki tipli qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismara yararlılıq müddəti 10 (on) ildir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğacları üçün dövrü yoxlama (növbəti yoxlama) müddəti 5 (beş) il müəyyən edilmişdir. ünvan 2 İstehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “X3”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd qeyri standart su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3, 1 ədəd 24 kw-lıq kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3 və 90 gün istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12saat x 90 gün = 1296m3; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1 x 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3; 1 ədəd kombi 24 kw üçün - 1 x 2,6 m3 x 12 saat x 90 gün = 2808 m3; 2018-ci il ərizində hesablanan 5724 m3 qaz həcminin dəyərinin 1500 m3-i 0, 10 manat (1500 x 0,10=150 manat), qalan 4224 m3-i 0,20=844,8 manat), illik 944,8 manat (150+844,8 manat= 944,8 manat) məbləğində müəyyən edilə bilər.

25. Beləliklə kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar üzrə cavabdeh tərəfindən həmin dövr üzrə qazdan istifadə üçün ödənişlərin edilməsi müəyyən edilmədiyindən həmin aktlar üzrə hesablanmış borc əsaslı hesab edilməli, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentli Bakı Filialının 06 may 2025-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla qeyd olunan xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 944,8 manat borc Abonent tərəfindən Qazpaylayıcıya ödənilməlidir. 26.Belə olan halda kollegiya qeyd edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar üzrə məhkəmə iddia tələbini təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə Cavabdeh İddiaçı xeyrinə 944,8 manat pul tutulmalıdır. 27 Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən – xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlarla bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 944,8 manat pul tutulmalıdır, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Kollegiya MPM-in 402.1-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. 31.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddianı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən – xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlarla bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 944,8 (doqquz yüz qırx dörd manat, səksən qəpik) manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar